Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni iki istiqaməti əhatə edir. Bu fənnin tədrisi zamanı tələbələr Azərbaycan dilində aydın, səlis danışmaq, savadlı yazmaq, ədəbi dil normalarına əməl etmək bacarıqlarına yiyələnməklə bərabər, işgüzar və akademik mühitdə necə davranmalı, nələrə önəm verməli, işgüzar və akademik sənədləri hansı yolla hazırlamalı kimi mühüm əhəmiyyət kəsb edən bilikləri də mənimsəmək imkanı əldə edəcəklər. Cəmiyyətdə tutduğunuz mövqedən, hansı peşənin sahibi olmağınızdan asılı olmayaraq bu fənnin tədrisində öyrəndikləriniz bütün proffesional həyatınızda, hətta bəzi şəxsi münasibətlərinizin qurulmasında sizə yardımçı olacaq. Təəssüflər olsun ki, müasir gənclərimizin ən zəif cəhətlərindən biri özlərini ifadə edə bilməmək, hətta bildikləri mövzu ətrafında belə aydın mülahizələr irəli sürməkdə çətinlik çəkmək və savadlı yazmaq vərdişlərinin zəif formalaşmasıdır. Özünü təqdim etmək, fikir və ideyalarını qarşı tərəflə bölüşmək, bilik və təcrübələrini ötürmək üçün nitq qurmaq bacarığı gərəkdir. İstər şifahi, istərsə də yazılı nitqə verilən bütün linqvistik, estetik, psixoloji tələbləri bilmədən, yetərincə söz bazasına malik olmadan, idrak və ifadə bacarıqlarınızı təkmilləşdirmədən gözəl, aydın, məntiqli danışmaq qeyri-mümkündür. Xüsusən də dünyada bütün istiqamətlər üzrə inkişaf dinamikasının artdığı, rəqabətin gücləndiyi müasir dövrdə istənilən sahə üzrə peşəkar mütəxəssis olmaq, fərqlənmək, uğurlu karyera qurmaq üçün bir çox yeni tələblər mövcuddur ki, bunların önündə keyfiyyətli ünsiyyət qurmaq bacarığı gəlir. “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin əsas məqsədi bu və digər bilik və bacarıqları tələbələrə aşılamaq, onların gələcəkdə ana dilinin zəngin dil materialından istifadə edərək uğurlu karyera qurmalarına yardımçı olmaqdır. Mövzu 1. Azərbaycan dili və onun ünsiyyət imkanları. Azərbaycan ədəbi dilinin inkişaf mərhələləri Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili, 50 milyona yaxın azərbaycanlının ana dili, ünsiyyət vasitəsidir. Dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılar bir-biriləri ilə ana dilində danışır, ünsiyyət qururlar. Azərbaycan dili uzun inkişaf yolu keçmiş, bu dildə dünya ədəbiyyatı və mədəniyyətinə çoxsaylı sənət nümunələri bəxş edilmişdir. Müasir Azərbaycan dilinin semantik və qrammatik normaları istənilən funksional üslubda ünsiyyət qurmağa, gözəl danışmaq və ifadəli yazmağa imkan verir. Dünyanın istənilən dilindən tərcümə etmək üçün Azərbaycan dilinin zəngin leksik bazası və lüğət fondu mövcuddur. Bütün dillər iki prinsip əsasında təsnif edilir: genealoji və tipoloji. Genealoji təsnif dillərin soykökü, qohumluq dərəcəsinnə görə, tipoloji təsnif isə qrammatik, əsasən də morfoloji strukturuna əsasən aparılır. Azərbaycan dili genetik baxımdan türk dilləri ailəsinə mənsubdur. Lakin daha geniş rakursdan Azərbaycan dilinin söykökünü belə təqdim etmək mümkündür: Ural-Altay dil ailəsi Ural fin Altay macar türk monqol Tunqusmancur Yapon, koreya Qədim türk dili Oğuz Qıpçaq Bulqar Karluk- Uyğur- Türk dili Azərbaycan dili Qaqauz dili Türkmən dili Cədvəldən də göründüyü kimi, bəzi türkoloqlar Ural və Altay dillərini də qohum hesab edirlər. Lakin əksəriyyət türk dillərinin tarixini Altay dövrü ilə başlayır. Türk dillərinin ən qədim mərhələsi hesab edilən Altay dövründə ümumi Altay dilinin zamanla parçalanması nəticəsində türk, monqol, tunqus və mancur dilləri əmələ gəlmişdir. Qədim türk dili bütün müasir türk dillərinin, o cümlədən də Azərbaycan dilinin əcdadıdır. Qədim türk dilinin tədqiqi göstərir ki, müasir türk dillərinin leksik və qrammatik quruluşu öz mənbəyini bu dildən almışdır. Qədim türk dili (türki) uzun zaman əcdad babalarımızın ortaq istifadəsindən sonra I minilliyin sonu II minilliyin əvvəllərində oğuz, qıpçaq və karluk türkcələrinə bölünmüşdür. Azərbaycan dili tipoloji cəhətdən isə iltisaqi (elmi ədəbiyyatda daha çox “aqlütinativ” terminindən istifadə olunur) dillərə aiddir. Ümumiyyətlə, tipoloji cəhətdən dillər 4 qrupa bölünür: 1.Amorf (kök) dillər – Çin dili; 2.Aqlütinativ dillər – türk dilləri, monqol, macar, mari, fin-uqor dilləri; 3.Flektiv dillər – ingilis, fransız, rus, alman, ərəb, fars və s. 4.İnkorporlaşan dillər – Amerika hindularının dili. Aqlütinativ dillərin, o cümlədən Azərbaycan dilinin əsas qrammatik xüsusiyyətləri bunlardır: 1. Aqlütinativ dillərdə sözlər asanlıqla kök və şəkilçiyə ayrılır. Bu dillərdə söz kökünün leksik mənası olur. 2. Aqlütinativ dillərdə şəkilçi yalnız sözün sonuna əlavə edilıir: dağda, dağlar, dağdakı və s. Flektiv dillərdə təsadüf etdiyimiz prefiks və infikslərə bu dillərdə rast gəlmək mümkün deyil. Dilimizdə işlənən “bivəfa”, “nainsaf”, “biqeyrət” kimi sözlərin ön şəkilçiləri ərəb-fars mənşəlidir. 3. Aqlütinativ dillərdə vurğu sözün sonuncu hecasına, sözə şəkilçi artırıldıqda isə vurğu əsasən şəkilçinin üzərinə düşür. 4.Aqlütinativ dillərdə cins kateqoriyası yoxdur. Yalnız bioloji cinsi ifadə etmək üçün leksik (ana-ata, bacı-qardaş, toyuq-xoruz və s.), morfoloji (müəllimmüəllimə, şair-şairə və s.) üsullar mövcuddur. Azərbaycan ədəbi dilinin inkişaf mərhələləri. Ədəbi dil seçmə və əvəzetmə əməliyyatı ilə normaya salınmış dildir. Hər hansı bir dilin ədəbi dil səviyyəsinə çatması üçün onun müəyyən normaları müəyyənləşməli, üslub sistemi formalaşmalıdır. Dünyada ədəbi dilləri formalaşmayan, yalnız danışıq dilinə malik olan yüzlərlə xalq və etnik qrup mövcuddur. Azərbaycan ədəbi dili öncə şifahi formada yaranmış, xalqın minillik yaddaşından gələn atalar sözü, bayatı, nağıl və dastanlar sayəsində cilalanmış və yazılı ədəbi dilin formalaşması üçün əsas təşkil etmişdir. Azərbaycan şifahi ədəbi dilinin ən önəmli abidəsi “Kitabi Dədə Qorqud” dastanlarıdır. Abidə “Oğuznamə”lər silsiləsinə aiddir, belə ki Drezdendə saxlanılan nüsxə “Kitabi-Dədəm-Qorqud əla lisani-taifeyi-oğuzan” adlanır. Dastanın dilində oğuz qrupuna daxil olan digər türkcələrlə ortaq sözlər çoxdur. Bunun səbəbi dastanın qələmə alındığı güman edilən XI əsrin türk dillərinin differensasiya dövrü olmasıdır. “Kitabi Dədə Qorqud” dastanlarında işlənən söz və ifadələrin əksəriyyəti müasir Azərbaycan dilinin lüğət tərkibi ilə üst-üstə düşür: “Məgər xanım, Bayandır xanın bir buğası vardır, bir dəxi buğrası vardır. Ol buğa qatı daşa buynuz ursa un kibi ügidərdi. Bir yazın, bir güzin buğayla buğrayı savaşdırarlardı. Bayandır xan Qalın Oğuz bəgləriylə tamaşaya baqardı, təfərrüc edərdi”. Bərü gəlgil, başum baxtı, evüm taxtı, Evdən çıqub yürüyəndə səlvi boylum, Topuğında sarmaşanda qara saçlum, Qurulu yaya bənzər çatma qaşlum, Qoşa badam sığmayan dar ağızlum, Güz almasına bənzər al yanaqlum. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə XIII əsrdən başlayır. Daha doğrusu, Azərbaycan türkcəsində əlimizə çatan ilk yazılı ədəbi nümunə XIII əsrə aiddir. Azərbaycan yazılı ədəbi dilinin inkişaf tarixi 2 böyük dövrə ayrılır: 1. Əski dövr (XIII-XVII əsrlər) 2. Yeni dövr (XVIII-XXI əsrlər) Hər dövr də müəyyən mərhələlərə bölünür. Əski dövrün mərhələləri aşağıdakı kimidir: • ədəbi dilin təşəkkül mərhələsi (XIII-XIV əsrlər); • klassik şeir dili mərhələsi (XV-XVII əsrlər). XIII-XIV əsrlər adından da göründüyü kimi, yazılı ədəbi dilin formalaşdığı, təşkil olunma prosesini tamamladığı dövrdür. Bu dövr, eyni zamanda Azərbaycan türkcəsinin daha geniş arealda istifadəsi ilə xarakterikdir. Yazılı ədəbi dilimizin əlimizdə olan ilk nümunələri – İzzəddin Həsənoğlu qəzəllərinin dilindəki sistemli dil strukturu, ifadə tərzinin bütövlüyü XIII əsrdə artıq formalaşmış Azərbaycan ədəbi dilinin mövcud olduğunu deməyə tam əsas verir. Hətta Həsənoğlunun əsərlərində sonrakı əsrlərdə görəcəyimiz ərəb-fars sözlərinin üstünlüyü də yoxdur: Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər, Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər. Mən ölsəm, sən büti-şəngül, sürahi eyləmə qülqül. Nə qülqül? Qülqüli-badə. Nə badə? Badeyi-əhmər. Nümunədən də göründüyü kimi, alınma və milli sözlərimizin paralelliyi ilə yanaşı, sintaktik vahidlərdə də yanaşı işlənmə mövcuddur. Ədəbi dilimizin təşəkkülü üçün ən mühüm mərhələ, təbii ki, Nəsiminin dilidir. Nəsimi yaradıcılığı bir növ təşəkkül prosesinin yekunudur. İ.Nəsimi şəxsiyyət və yaradıcılığı ilə Azərbaycan ədəbi dilinin fəlsəfi və elmi cəhətdən ifadə imkanlarını müəyyənləşdirdi, qrammatik quruluş, alınma və milli sözlərin paralelliyi, dilin üslub differensiallığı cilalandı, normativ səviyyə qazandı. Prof. T.Hacıyevin də dediyi kimi, Nəsimi şəxsiyətinin kamilliyi XIII-XIV əsr Azərbaycan ədəbi dilini də kamillik həddinə çatdırdı. Nəsiminin qəzəllərində bəzən çox sadə, xalq dilinə yaxın, bəzən isə əksinə mürəkkəb ifadə və tərkiblərlə zəngin nümunələrə rast gəlmək mümkündür. Şair lirik qəzəllərində daha sadə və aydın ifadə tərzi, fəlsəfi məzmunlu əsərlərində isə mürəkkəb, qəliz dildən istifadə edir: Gəl ey dilbər ki, qan oldu könül eşqin bəlasından, Kərəm qıl, vəsl ilə qurtar məni hicran cəfasından. Təallah nə dilbərsən bu hüsn ilə, bu lütf ilə Ki, dildarın necə görsəm gözüm doymaz liqasından. *** Ərşilə fər şu kafü nun məndə bulundu cümlə çün, Kəs sözünü və əbsəm ol, şərhü bəyanə sığmazam. Kövnü məkandır ayətim, zati dürür bidayətim, Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam. Əski dövrün ikinci mərhələsi klassik şeir dili adlanmaqla XV-XVII əsrləri əhatə edir. İ.Nəsimi ilə ənənəsi qoyulan kamil klassik poeziya bu mərhələdə özünün ən yüksək inkişaf səviyyəsinə çatır. Şah İsmayıl Xətai və Məhəmməd Füzuli yaradıcılığı bunun ən parlaq nümunəsidir. Məlum olduğu kimi, Xətai həm xalq üslubunda, həm də klassik janrda əsərlər yazmışdır. Şairin qoşma, gəraylı və bayatıları sadə bənzətmələri xalq yaradıcılığı üslubundadır: Eşq xərmənində sovruldum, Həm ələndim, həm yoğruldum, Qazana girdim, qovruldum, Meydana yenməgə gəldim. dildə yazılmış, məcaz və Ədəbi dilin aydınlıq və sadəlik kimi keyfiyyətləri Xətainin klassik üslubda yazdığı əsərlərdə də qorunur: Yarə yar olmaq dilərsən, qeyrü sən yar istəmə. Cami dildən keçməmişsən, yeri, dildar istəmə. Varü varlıq varmayınca şahə varmaz varımız, Sən özüni şahə dapşur, dəxi gəl var istəmə. Azərbaycan klassik şeirinin, eləcə də Azərbaycan ədəbi dili əski dövrünün zirvəsi, şübhəsiz ki, Füzuli yaradıcılığı və Füzuli dilidir. Füzulinin dilində ərəb-fars mənşəli sözlər üstünlük təşkil etsə də morfoloji quruluş oğuz türkcəsi ilə demək olar ki uyğundur. Onun əsərlərində istifadə etdiyi təşbeh və bənzətmələrin gözəlliyinə başqa heç bir müəllifdə rast gəlmək mümkün deyil. Daş dələr ahim oxu şəhdi-ləbin şövqündən Nola zənbur evinə bənzəsə beytül-həzənim. Beləliklə, Azərbaycan ədəbi dilinin əski dövrünün əsas xarakterik xüsusiyyətlərini belə ümumiləşdirmək olar: 1.Türk ədəbi dillərinin differensasiyası tam başa çatdığından Azərbaycan ədəbi dili müstəqil inkişaf yoluna qədəm qoyur. 2. Azərbaycan ədəbi dilində klassik janr və xalq şeiri üslubunda əsərlər yazılır. 3. Azərbaycan ədəbi dilinin elmi və rəsmi üslublarının ilk ünsürləri yaranıb inkişaf etməyə başlayır. 4. Azərbaycan türkcəsi və Osmanlı dili arasında mövcud paralellik tədricən aradan qalxır. 5. Dövrün əvvəlində türk mənşəli sözlərlə ərəb-fars alınmalarının işlənməsindəki balans alınma sözlərin üstünlük qazanması ilə pozulur. 6. Söz birləşmələrinin işlənməsində izafət tərkibləri üstünlük təşkil edir və s. İkinci dövr Azərbaycan ədəbi dili isə üç mərhələni əhatə edir: • ədəbi dilin xalq dilinə yaxınlaşması (xəlqiləşməsi) mərhələsi (XVIII əsr); • milli dilin yaranması və inkişafı mərhələsi (XIX-XX əsrin əvvəli); • müasir mərhələ (XX əsrin 1-ci rübündən sonra). Azərbaycan ədəbi dili inkişaf tarixinin XVIII əsr mərhələsi xüsusi önəm daşıyır. Belə ki, müasir Azərbaycan mədəniyyətinin əsasını təşkil edən milli mədəniyyət məhz bu dövrdə formalaşmağa başlamışdır və milli dilin də yaranması eyni prosesin tərkib hissəsidir. XVIII əsrdə folklor üslubu əlamətdar dil-nitq ünsürlərini klassik üslubdan mənimsəməklə aparıcı mövqe əldə edir. Bədii ədəbiyyatın dili xalqın dilinə yaxınlaşır, sadə Azərbaycan türkcəsində gözəl sənət nümunələri yaranır. Bu istiqamətin ən bariz nümunəsi, şübhəsiz ki, Molla Pənah Vaqif yaradıcılığıdır. M.P.Vaqifin ədəbi dilimizin inkişafındakı ən mühüm xidmətlərindən biri folklor üslubu ilə klassik şeir janrını sintez şəklində təqdim etməsidir. Hər iki janrda yazdığı əsərlərin dil xüsusiyyətləri keyfiyyət baxımından vahid dil kimi çıxış edir. Çoxdan bəri yarın fərağindəyəm Nə olaydı bir buraya gələydi. Çəkəydi könlümü künci-zülmətdən, Döndərəydi üzün ayə, gələydi. Görməyə-görməyə gülüzarımı, Bülbül tək artırdım ahu zarımı. Təbibim oluban bu azarımı Yetirəydi bir dəvaya, gələydi. XVIII əsr Azərbaycan ədəbi dilinin üslub mənzərəsini əsasən bədii, elmi və rəsmi üslub müəyyən edir. Azərbaycan ədəbi dili Yeni dövrünün ikinci mərhələsi XIX əsr və XX əsrin əvvəllərini əhatə edir. Bu dövr Azərbaycan ədəbi dili və üslublar sisteminin formalaşmasının yekunudur. XIX əsrdə nəzmlə yanaşı, nəsr əsərlərinin yazılma intensivliyi artır, artıq Azərbaycan dilində dram əsərləri yaranmağa başlayır. Elmi və rəsmi üslublar da XIX əsrdə yüksək sıçrayışla inkişaf edir. Elmin müxtəlif sahələrini təmsil edən mətnlər qələmə alınır. Mirzə Adıgözəl bəyin “Qarabağnamə”si, M,F,Axundovun fəlsəfi traktatları məhz bu dövrün məhsuludur. Azərbaycan dilinə aid elmi əsər və dərsliklər XIX əsrdən etibarən yazılmağa başlayır. Mirzə Kazımbəyin rusca yazdığı "Türk-tatar dilinin ümumi qrammatikası" əsəri məşhurdur. XIX əsrin sonlarında “Əkinçi” qəzetinin nəşri ilə Azərbaycan ədəbi dili publisistik üslubunun təməli qoyulur. XX əsrin əvvəllərində isə Azərbaycan ədəbi dili üçün ən mühüm məsələ milli dilin yeni normalarının müəyyənləşməsi idi. Mürəkkəb inkişaf yolu keçən Azərbaycan ədəbi dili yeni əsrin astanasında bir daha dilin norması, imla məsələləri, orfoepik və orfoqrafik qaydalar kimi mühüm məsələlərin həll edilməsi problemi ilə qarşı-qarşıya idi. Əsrin əvvəllərindən başlayaraq, ədəbi dildə üç meyl, üç istiqamət özünü göstərir. Təbiidir ki, bu ən çox bədii əsərlərin dilinə və mətbuata aiddir. 1. Birinci meyl, ədəbi dili bacardıqca xalq dili ilə eyniləşdirmək meyli. Bu özünü "Molla Nəsrəddin" jurnalının və bu jurnalın əməkdaşlarının (C.Məmmədquluzadə, Ə.Haqverdiyev və b.) əsərlərində göstərir. Burada ədəbi dil ilə danışıq dili, dialektlər arasındakı fərq götürülür. Xalq bu dili asan başa düşür. 2. Daha çox osmanlı (indiki türk) və əski Azərbaycan dilinin ənənəsinə söykənən ədəbi dil yaratmaq meyli. Bu "Füyuzat" və "Həyat" kimi bir çox jurnal və qəzetlərin və əksərən bu redaksiyada işləyənlərin (Ə.Hüseynzadə, Səbribəyzadə və b.) əsərlərinin dilində özünü göstərir. Xalq bu ədəbi dili çətin anlayır. Bu dil o vaxtkı türk ədəbi dilindən, demək olar ki, seçilmirdi. 3. Hamı tərəfindən anlaşılan, ədəbi dil normalarına əsaslanan ədəbi dil yaratmaq meyli. Bu dil heç bir dialekt təsirini qəbul etməyən bir dil idi. Bu dili A. Şaiq, C. Cabbarlı, S. Hüseyn, A. Səhhət kimi şair və yazıçılar yaradırdılar. Ədəbi dil sahəsindəki bu vəziyyət əsrin əvvəllərindən 1930-cu illərədək davam etdi. Müasir Azərbaycan ədəbi dilinin sonrakı inkişafı isə məhz birinci istiqamət üzrə davam etdi. Mayasını canlı xalq dili və dialektlərdən alaraq seçmə və əvəzetmə əməliyyatı ilə tam mənada normativləşdi. Mövzu 2. Azərbaycan dili rəsmi dövlət dilidir Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və Azərbaycan dövləti Azərbaycan dilinin inkişafını təmin edir. Azərbaycan Respublikasında dövlət dili haqqında AZƏRBAYCAN RESPUBL KASININ QANUNU Azərbaycan Respublikası Azərbaycan dilinin d vlət dili olaraq işlədilməsini z m stəqil d vlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qay ısına qalır, d nya azərbaycanlılarının Azərbaycan dili ilə ba lı milli-mədəni z n ifadə ehtiyaclarının dənilməsi ç n zəmin yaradır. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uy un olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin d vlət dili kimi h quqi statusunu nizamlayır. I fəsil ÜMUMİ MÜDDƏALAR M a d d ə 1 . Dövlət dilinin hüquqi statusu 1.1. Azərbaycan Respublikasının d vlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə m va iq olaraq Azərbaycan dilidir. D vlət dilini bilmək hər bir Azərbaycan Respublikası vatəndaşının borcudur. 1.2. Azərbaycan Respublikasının d vlət dili kimi Azərbaycan dili lkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının b t n sahələrində işlədilir. 1.3. Azərbaycan Respublikası d vlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir. 1.4. Azərbaycan Respublikasında d vlət hakimiyyəti və yerli z n idarəetmə orqanlarında, d vlət qurumlarında, siyasi partiyalarda, qeyri-h kumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər h quqi şəxslərdə, onların n mayəndəliklərində və iliallarında, idarələrdə d vlət dilinin tətbiqi ilə ba lı fəaliyyət bu Qanuna uy un olaraq həyata keçirilir, o c mlədən karg zarlıq işləri d vlət dilində aparılır. 1.5. D vlət dilinin tətbiqinin normaları m va iq icra hakimiyyəti orqanı tərə indən m əyyən edilir. 1.6. Azərbaycan Respublikasının ərazisində fəaliyyət g stərən beynəlxalq təşkilatlarla (və ya onların n mayəndəlikləri ilə) və xarici d vlətlərin diplomatik n mayəndəlikləri ilə yazışmalar Azərbaycan Respublikasının d vlət dilində və ya m va iq xarici dildə Azərbaycan dilinə tərc mə olunmaq şərtilə aparıla bilər. M a d d ə 5 . Dövlət dilinin təhsil sahəsində işlənməsi ö ö ö f ğ ğ ü f ü ü ü ö ü ö ö ö ü ü ü ğ f ü ö ü ö ü ö ö f ü ö ö ü ü ü ü ö ö ü ö ö ö ü ö f İ ü ü ö ü ğ ö ğ ö ü ü ü ü 5.1. Azərbaycan Respublikasında təhsil d vlət dilində aparılır. 5.2. Azərbaycan Respublikasında başqa dillərdə təhsil m əssisələrinin fəaliyyəti qanunvericiliklə m əyyən edilmiş qaydada həyata keçirilir. Belə m əssisələrdə d vlət dilinin tədrisi məcburidir. 5.3. Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili m əssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir. ü ö Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində deyilir ki, M a d d ə 1 3 . Dövlət dilinin normaları 13.1. Dövlət dilinin normaları özündə Azərbaycan ədəbi dilinin orfoqra iya və orfoepiya normalarını ehtiva edir. Azərbaycan dilinin orfoqra iya və orfoepiya normalarını müva iq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Hüquqi, iziki və vəzifəli şəxslər bu normalara əməl etməlidirlər. [9] 13.2. M va iq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit edən l ətin (orfoqra iya l ətinin) nəşr olunmasını təmin edir. M a d d ə 1 8 . Dövlət dilinin qorunması və inkişafı 18.1. Azərbaycan Respublikasında d vlət dilinə qarşı gizli, yaxud açıq təbli at aparmaq, bu dilin işlənməsinə m qavimət g stərmək, onun tarixən m əyyənləşmiş h quqlarını məhdudlaşdırma a cəhd etmək qada andır. 18.2. Azərbaycan Respublikasının ərazisindəki b t n k tləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məş ul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər. Heydər ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 30 sentyabr 2002-ci il № 365-IIQ Hər bir xalğın dövlətçilik siyasətinin tərkib hissələrindən biri dil siyasətidir. Azərbaycan dilinin dövlət səviyyəsində işlənmə tarixi Səfəvi dövləti ilə başlayır. Daha dəqiq ifadə etsək, məhz səfəvilərin hakimiyyət zamanında Azərbaycan türkcəsi sarayda, dövlət əhəmiyyətli bəzi yazışmalarda istifadə olunur. Azərbaycan türkcəsinin Səfəvilər dövründə aparıcı olması əhalinin böyük əksəriyyətinin türkmənşəliyindən irəli gəlirdi. Lakin az sayda olan sənəd və məktublar Səfəvi dövlətinin rəsmi dilinin Azərbaycan türkcəsi olduğu anlamına gəlmir. Çünki həmin dövrdə ərəb və fars dilləri bütün sahələrdə, xüsusən dövlət əhəmiyyətli yazışmalarda dominantlığını davam etdirirdi. Azərbaycan türkcəsinin ilk dəfə rəsmi dövlət dili kimi elan olunması XX əsrin əvvəllərinə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan bir ay sonra 27 iyun 1918-ci ildə türk dili (Azərbaycan f ğ ü f ğ f ü ü ü f ö ğ ğ ü f ö ü ğ ğ ü f ü ü türkcəsi) rəsmi dövlət dili elan edildi. Qərara əsasən Cümhuriyyət daxilində bütün kargüzarlıq işləri türk dilində aparılmalı, bütün müəssisələrdə dövlət dilindən istifadə edilməli idi. Bununla yanaşı, 27.06.1918-ci il tarixli qərarda müxtəlif vəzifələrdə çalışanlara dövlət dilini öyrənənədək rus dilindən istifadə etməyə icazə verilirdi. Dövlət dilinin öyrənilməsi üçün dil kursları açan hökumət bu məqsədlə budcədən 351 min manat vəsait də ayırmışdı. AXC hökuməti dil siyasətini ardıcıl və planlı şəkildə həyata keçirirdi. 28 avqust 1918 ci ildə hökumət ibtidai və orta məktəblərdə təhsilin ana dilində aparılması ilə bağlı qərar imzaladı. Qərarda bütün ibtidai təhsil müəssisələrində təhsilin türk dilində aparılması və dövlət dilinin icbari qaydada tədris olunması nəzərdə tutulurdu. AXC dövründə dillə bağlı verilən qərarlardan biri də hərbi nazir Səməd bəy Mehmandarovun 11fevral 1919-cu ildə orduda türk dilinin tətbiqini nəzərdə tutan əmridir. Göründüyü kimi, qısa zaman müddətində xalqımızın tarixində əvəzsiz rol oynamış AXC milli dilimizin mənimsənilməsi, yaşaması üçün də mühüm qərarlar almışdır. Sovet hakimiyyətinin ilk illərində də dillə bağlı mütərəqqi mövqenin şahidi oluruq. 30 -cu illərin ortalarına qədər ümumi mədəni dirşəliş kontekstində aparılan islahatlar dil məsələlərindən də yan keçməmişdir. 1921-ci ildə Nəriman Nərimanov Dadaş Bünyadzadə ilə birgə Azərbaycan SSR-də dövlət dilinin türk dili (Azərbaycan türkcəsi) olması ilə bağlı dekret imzalayırlar. 1924-cü ildə Mərkəzi İcraiyyə Komitəsinin Azərbaycanda dövlət dilinin türk dili olması ilə bağlı qərarı qəbul olunur. Daha sonra 1922-ci ildən ərəb əlifbasından latın qrafikasına keçid, I Türkoloji qurultayın keçirilməsi, ədəbi dil normaları ilə bağlı qərarların qəbul edilməsi mədəni inqilabın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Lakin 30-cu illərin ortalarından başlayaraq artıq hakimiyyətini yetərincə möhkəmlədən sovet höküməti milli respublikalara, xüsusən də türkdilli xalqlara qarşı məkrli siyasətinə start verdi. 1937-cı ildə qəbul edilən Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına dövlət dili ilə bağlı maddə salınmır. Normativ sənədlərdə türk dili ifadəsinin yerinə Azərbaycan dili işlədilir. Bütün idarə və müəssisələrdə rus dilinin aparıcı dil statusu möhkəmlənir. Bütün SSRİ məkanında rus dili yeganə ünsiyyət vasitəsinə çevrilir. Heydər Əliyev və Azərbaycan dili. Azərbaycan dilinin ölkənin dövlət dili kimi elan edilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə Heydər Əliyev ölkəyə rəhbərliyə gəldiyi ilin (1969) ilk günlərindən başlamışdır. Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sayəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, məsələn, BDU-nun 50 illiyinə həsr olunmuş yubiley toplantısında, yenə həmin ali məktəbin partiya konfransında yüksək dövlət səviyyəsində aparılan başqa müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazandı. O çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət, eyni zamanda onun istifadə etdiyi, danışdığı dilə - Azərbaycan dövlət dilinə çox böyük hörmət və məhəbbət yaradır. Bütün bunlar təbii olaraq, ölkədə aşağıdan yuxarıya və eyni zamanda yuxarıdan aşağıya güclü bir dövlət dili abhavası yaratmağa xidmət edirdi. 1977-1978-ci illər respublika rəhbərini çətinliklər qarşısında qoydu. Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün bir nümunə rolunu oynamalı idi və faktiki olaraq oynayırdı. Həmin konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrıayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmadı. Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması üçün mübarizəsini davam etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə apardı və çətinliklərə və maneələrə böyük hünərlə sinə gərdi. 1978-ci il aprel ayının 2-də 9-cu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olundu: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Azərbaycan SSR dövlət və ictimai orqanlarında, maarif idarələrində və başqa müəssisələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir. 1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz dövləti, öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş yeni Konstitusiyasında da Azərbaycan dili dövlət dili kimi öz layiqli yerini tutur: Konstitusiyanın 21-ci maddəsində yazılır “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalamışdır. Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir. Bu yolların bəziləri artıq uğurla başa çatmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"kı sərəncamı, şübhə yoxdur ki, ölkədə əlifba ilə bağlı problemləri kökündən həll etdi. Azərbaycan dili ilə bağlı qanun və fərmanlar. Dil, cəmiyyətlə bir vaxtda yarandığından onun inkişafı da cəmiyyətin inkişafı ilə əlaqədardır. Cəmiyyətdə baş verən hadisələr – elmi-texniki və mədəni tərəqqi dilin inkişafında mühüm rol oynayır. Demokratik Azərbaycan cəmiyyətinin yaranması, inkişafı və onun formalaşmasında mütərəqqi rol oynayan Ulu Öndərimiz H.Əliyev Azərbaycan dilinin Konstitusiya hüququnun həyata keçirilməsinə, onun inkişafına, tətbiq dairəsinin genişləndirilməsinə xüsusi diqqət və qayğı göstərmişdir. H.Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan dili ilə bağlı qəbul edilən fərman və qanunlar: • 1995-ci ilin 12 noyabrında qəbul edilmiş Konstitusi¬yamızda dövlət dili kimi Azərbaycan dili adı işlədildi. (21. maddə); • 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman verildi; • 2001-ci ilin avqust ayının 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman verildi; • 2002-ci ilin sentyabrın 30-da 3 fəsil, 20 maddədən ibarət “Dövlət dili haqqında” qanun qəbul edildi; • 2003-cü il yanvarın 2-də isə “Azərbaycan Respub¬likasında Dövlət dili haqqında” fərman imzalandı. Müstəqilliyimizin sonrakı illərində verilən bu fərmanlar Azərbaycan dilinin öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiqi dairəsinin genişləndirilməsi imkanlarını daha da artırmışdır. Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində atdığı addımlar da əvəzedilməzdir. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Dövlətimizin başçısının imzaladığı Fərman və sərəncamlar ana dilimizin saflığının qorunması və inkişafı yönündə mühüm əsas olmaqla yanaşı, eyni zamanda, milli identikliyi də gücləndirən əhəmiyyətli amildir. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı − Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi mühüm tarixi hadisədir. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23 may 2012-ci il tarixli Sərəncamı Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 9 aprel 2013-cü il tarixli Sərəncam “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 iyul 2018-ci il tarixli Sərəncamı dövlət dilimizi xaricdəki həmvətənlərimizin və ölkəmizə maraq göstərən xarici vətəndaşların onlayn vasitələrlə öyrənmələri üçün lazımi tədbirlərin həyata keçirilməsinə meydan açıb. "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanda haqlı olaraq "əcnəbi söz və ifadələrin yersiz işlədilməsinin az qala adi hala çevrilməsi” xüsusi olaraq diqqətə çatdırılıb. Halbuki Azərbaycan dilinin zənginlikləri həmin alınma sözlərin və ifadələrin dilimizdəki münasib qarşılığı olan leksik vahidlərlə işlədilməsinə tamamilə imkan verir. Belə olduğu halda yad və kənar sözlərə kütləvi marağın güclənməsi və genişlənməsi Azərbaycan dilinin saflığının qorunması üçün həyəcan təbili çalınmasına böyük zərurət yaradır. Mövzu 3. Kommunikasiya anlayışı. Kommunikasiya prosesinin tərkib hissələri Kommunikasiya anlayışı. Çağdaş günümüzdə kommunikasiya anlayışının aktual olmadığı sahə tapmaq çətin olduğu kimi, müxtəlif tipli kommunikasiya prosesləri gündəlik yaşantımızın da əsas atributuna çevrilmişdir. Təsadüfi deyil ki, yaşadığımız XXI əsr informasiya və texnologiya dövrü kimi xarakterizə olunur. Gündəlik həyatımızı bütünlüklə zəbt etmiş kommunikasiya proseslərini lakonik, lakin tam anlamda ifadə etmək bir qədər çətindir. Çünki kommunikasiya deyərkən bir çox məna və anlayışlar nəzərdə tutulur: Kommunikasiya – münasibətlərin, biliklərin, düşüncələrin, hisslərin və davranışların "mənbədən" "hədəfə" köçürülməsidir; Kommunikasiya – məlumatın bir şəxsdən və ya qrupdan digər şəxsə və ya qrupa ötürülməsidir; Kommunikasiya – insanların hiss və düşüncələrinin, inanclarının, münasibət və davranışlarının şifahi, yazılı və şifahi olmayan formada ifadəsidir; Kommunikasiya – məlumat və mənaların mənbədən hədəfə ötürülməsidir; Kommunikasiya – mənaların simvollar vasitəsilə ötürülməsidir. Ünsiyyət və kommunikasiya terminlərini bir-biri ilə qarışdırmaq olmaz. Düzdür, müəyyən hallarda bu terminlərdən sinonim kimi istifadə edilir. Lakin bu terminlər arasında müəyyən fərqlər mövcuddur. Məlum olduğu kimi, cəmiyyət üzvləri arasında davamlı qarşılıqlı əlaqələr iki səviyyədə reallaşır. Bunlardan biri daha çox cəmiyyət üçün nəzərdə tutulan sosial həyatdır, digəri isə insanın fərdi ehtiyaclarından irəli gələn şəxsi həyat. Sosial səviyyədə qurduğumuz əlaqələr, iştirakçısı olduğumuz ünsiyyət bizim iradəmizdən kənar formalaşır, daha doğrusu, istəyib-istəməməyimizdən asılı olmayaraq müəyyən qarşılıqlı əlaqələrin iştirakçısına çevrilirik. Bu səviyyədə münasibətlər zəminində sosial qaydalar yaradılır və bu qaydaların qorunması təmin edilir. Cəmiyyətin hər bir üzvü həm ishehlakçı, həm də istehsalçı olmaqla mövcud sistemin fəaliyyətinə öz töhfəsini verir. İkinci səviyyə isə bizim şəxsi həyatımızdır. Burada qərarları biz veririk, məsafəni biz təyin edirik. Bu səviyyədə ünsiyyətin yaranması insanın şəxsi seçimi əsasında müəyyənləşir. Göründüyü kimi, burada 2 fərqli yanaşma mövcuddur: obyektiv və subyektiv. Ünsiyyətin obyektiv sahəsi asılılıq, tabeçilik, əməkdaşlıq kimi real əlaqələrlə, subyektiv sahə isə iştirakçıların bir-biri ilə şəxsi münasibətlərində ifadə olunur. Kommunikasiya məhz obyektiv əlaqələr zamanı mübadilə prosesidir. Daha doğrusu, bizim təhsil aldığımız mühitdə, iş həyatımızda, müxtəlif qurumlarla əlaqə zamanı qurduğumuz münasibət kommunikativdir. “Ünsiyyət”lə müqayiqədə “kommunikasiya” daha dar mənalı anlayışdır. Kommunikasiya – informasiya ötürməkdir. Kommunikasiyanın tərkib hissələri. Formal olaraq kommunikasiya prosesində iki tərəf iştirak edir: mənbə (informasiya ötürən, kommunikator) və alıcı (informasiya qəbul edən, resipient). Mənbə zehnində formalaşdırdığı mesajı (informasiyanı )müəyyən simvollardan (səslər, işarələr, jestlər və s.) istifadə edərək kodlayır və müvafiq kanallar (tellər, efir, kağız, telefon) vasitəsilə ötürür. Göndərilən mesajın məzmunu mənbə ilə alıcının münasibətindən asılıdır. Əgər mənbə alıcı ilə intellekt və peşəkarlıq, status cəhətdən eyni səviyyədədirsə, mesajı düşüncəsində tərtib etdiyi formada ötürür. Yox, əgər alıcının səviyyəsi fərqlidirsə, mesajın mətni adekvat qavrayış üçün redaktə edilməlidir. Tədqiqatlar göstərir ki, müsbət, xoş məlumat asanlıqla mesaj şəklində formalaşdırılır və alıcı tərəfindən daha tez və rahatlıqla qəbul edilir. Mənfi məzmunlu məlumatı ötürmək, məzmunu formalaşdırmaq daha çətindir. İstənilən kommunikasiya prosesində əsas 4 element çıxış edir: mənbə, mesaj,kanal və alıcı. Yuxarıda da qeyd eydiyimiz kimi, kommunikativ və yaxud rabitə prosesinin baş tutması üçün ən azı iki tərəf olmalıdır: tələb olunan iki tərəfdən biri göndərən, yəni informasiya mənbəyidir, digər tərəf isə qəbuledicidir. Göndərən əvvəlcə fikrində göndərmək istədiyi mesajı yaradır və sonra bu fikri kodlaşdırır; yəni onu sözlərə, rəqəmlərə, və ya bədən dilinə çevirir. Buna "simvollar yaratmaq" deyilir. Rəmzlər müəyyən kodlara çevrilir və rabitə kanalı vasitəsilə qəbulediciyə göndərilir. Mənbə. Mesajın mənbəyi kommunikasiyanın təşəbbüskarıdır. Mənbə olmadan rabitə mümkün deyil. Ünsiyyətdə ən vacib məsuliyyət göndərənə aiddir. Müvəffəqiyyətli ünsiyyətin əsas şərtlərindən biri göndəricinin mövcud olmasıdır. Göndərən mesajı alıcının zehni qavrayış qabiliyyətinə görə kodlaşdırmalıdır. Alıcının anlamadığı bir mesaj heç bir işə yaramaz. Kommunikasiya mənbə mesajı göndərməyə başlayanda yaranır. Keyfiyyətli mübadilə üçün informasiya mənbəyi və yaxud qaynağı aşağıdakı xüsusiyyətləri özündə birləşdirməlidir: • Mənbə ətraflı məlumata malik olmalıdır; • Mənbə kodlaşdırma qabiliyyətinə malik olmalıdır; • Mənbə daşıdığı statusa uyğun davranmalıdır; • Mənbə gizli olmamalıdır. Mesaj (Məlumat, Xəbər). Mesaj, a lıcı üçün stimul rolunu oynayan bir siqnal və ya siqnalların birləşməsidir. Kommunikasiya mənbə tərəfindən göndərilən mesajın alıcı tərəfindən qavranılmasıdır. Mesaj mənbə tərəfindən düşünülmüş fikir, və ya məlumatın kodlaşdırılmış forması kimi şifahi, vizual və eşitmə işarələrindən ibarət konkret bir məhsuldur. Mesajlar mənbədən gələn məlumatı birbaşa və birmənalı çatdırmaqla yanaşı, dolayısı ilə, sətiraltı mənalar da ehtiva edə bilər. Məs. işə gecikən bir şəxsə rəhbərinin “sabahın xeyir” sözləri həqiqi mənasından ziyadə digər ironik məqamlaqrı da ifadə edir. Mesaj tərtib edilərkən bir sıra mühüm şərtlərə əməl etmək lazımdır: • Mesaj aydın və anlaşıqlı formada tərtib edilməlidir. Aydın olmayan mesaj keyfiyyətli kommunikasiyaya mane olan ən önəmli əngəllərdən biridir; • Mesaj yetərincə açıq olmalı və mənbə alıcıdan nə istədiyini aşkar göstərməlidir; • Mesajın ötürülmə vaxtı da dəqiq müəyyən edilməlidir. Vaxtında ötürülən mesaj daha təsiredici keyfiyyətdə olur; • Mesajın mənbədən alıcıya qədər izlədiyi yol da çox önəmlidir. Bu yolda mesaja müəyyən əlavələr və dəyişikliklər edilə bilər ki, bu da alıcıda səhv düşüncə və fikir formalaşdıra bilər. Kanal. Kanal mesajları daşıyan hər hansı bir fiziki vasitədir. Kanal mesajın göndəricidən alıcıya ötürülməsidir. Bunlar işıq dalğaları, radio dalğaları, səs dalğaları, telefon kabelləri və sinir sistemi ola bilər. Kanal mesajın növünə görə seçilməlidir. Bu baxımdan mesajı uyğun kanal vasitəsilə göndərmək keyfiyyətli kommunikasiyanı təmin etmək üçün vacib bir ünsürdür. Təşkilatlarda rabitə kanalları rəsmi və qeyri-rəsmi ola bilər. İş daxilində rəsmi rabitə kanallarına əmr-göstəriş, təklif-şikayət qutuları, şirkət jurnalı və ya işgüzar görüşlər zənciri nümunə ola bilər. Qeyri-rəsmi ünsiyyət kanalları dedi-qodu və şayiələrdir. Digər tərəfdən, iş xaricində müxtəlif rabitə şəbəkələri, eləcə də yeni mobil ünsiyyət vasitələri, internet insanlar və təşkilatlara çox inkişaf etmiş bir ünsiyyət imkanı yaradır. Yadda saxlamaq lazımdır ki, işdən kənarda yaranan hər hansı şəxsi dostluq artıq kommunikativ proses olmaqdan çıxıb, şəxsi ünsiyyətə çevrilir. Əsas qayda budur ki, ünsiyyət vasitəsi və yaxud ünsiyyət kanalı göndərilən mesaja uyğun seçilsin. İnsanlarda eşitmə, görmə, duyma funksiyalarının inkişaf səviyyəsinin müxtəlif olduğunu nəzərə alıb bir neçə ünsiyyət kanalından birlikdə istifadə olunması daha çox effekt verir. Alıcı (Hədəf). Mənbənin mesajını qəbul edən şəxs alıcı hədəfdir. Alıcı, tək və ya çox adam, müəyyən və qeyri-müəyyən ola bilər. Ancaq alıcı yoxdursa, deməli, rabitə hadisəsi baş verməyib. Şifrəli mesajı alan və kodu açan şəxs alıcıdır. Alıcı mesajı qəbul edərək rabitəni dayandırır və ya mesaj göndərməklə göndəriciyə çevrilir. Qeyd etdiyimiz kimi, kommunikasiya ən azı iki nəfərin iştirak etməsini tələb edir. Onlardan biri informasiya mənbəyidir, digəri isə qəbuledicidir. Bir insan təkbaşına ünsiyyət qura bilmədiyi üçün (özü ilə qurduğu rabitədən başqa. Düşünmək və xəyal etmək şəxsin özü ilə qurduğu ünsiyyətdir) alıcılar və ya reseptorlar mütləqdir. Rabitə ilə göndərilən mesaj bir çox alıcıya ünvanlana bildiyi kimi, yalnız bir alıcıya da sahib ola bilər. Effektiv kommunikasiya prosesi üçün alıcının sahib olmalı olduğu xüsusiyyətlər aşağıdakılardır: • Alıcı mesajı qəbul edə bilməlidir. • Alıcı göndərilən mesajı dərk edə biləcək səviyyədə olmalı, qavramada problem yaşamamalıdır. • Ayrıca, alıcı istəkli olmalıdır. Alıcının mənbə tərəfindən göndərilən mesajına laqeyd qaldığı təqdirdə mesaj aşkarlanmayacaq. • Alıcının məlumatlı olması və geribildirim sistemi olmalıdır. • Alıcı seçici olmalıdır. • Alıcı tutduğu mövqe ilə barışmalıdır. Məsələn, tələbə müəllimin bələdçi olduğunu anlayarsa, mənbənin istəklərini qəbul edə, öz davranışlarının hüdudlarını bilər və mesajdan səmərəli istifadə edər. • Alıcı da bir mənbə olmağı bacarmalıdır. Cavab reaksiyası (geridönüş). Dönüş, mənbənin ötürdüyü mesaja hədəf alıcının cavabıdır. Bu rabitə prosesinin son mərhələsidir. Geridönüş vasitəsilə mənbə kommunikasiyanın təsirli olub-olmadığı barədə məlumat əldə edir. Geridönüşlə kommunikasiya prosesi tərsinə çevrilir və bu dəfə hədəf mənbə, mənbə hədəf halına keçir. Üzbəüz ünsiyyətdə dərhal rəy alırıq. Buna “dərhal rəyi” deyilir. Kütləvi ünsiyyətdə, rabitə prosesində rəy alınması müəyyən bir müddətdən sonra baş verdiyinə görə, buna “gecikmiş rəy” deyilir. Geridönüş nə üçün lazımdır? • Məqsədə çatıb çatılmadığını müəyyən edir; • Mesajın nəzərdə tutulduğu zamanda nəzərdə tutulan hədəfə yetişdiyini göstərir; • Mənbənin müvəffəq olub-olmadığını ortaya qoyur; • Mesajı göndərmək üçün istifadə edilən kanalın effektivliyini göstərir və s. Qavrama və qiymətləndirmə. Bu mərhələdə alıcının mesajları qavraması və qiymətləndirməsi reallaşır . Qavrama, insanın ətrafda baş verənlərin fərqinə varması və onları zəka süzgəcindən keçirərək şərh etməsi prosesidir. Fərdin yaşadıqları, içində var olduğu ictimai və sosial həyatı, malik olduğu əxlaqi-mənəvi dəyərlər onun qavrama qabiliyyətinə təsir edən mühüm amillərdir. Məhz bu səbəblərdən eyni mesaj fərqli insanlar tərəfindən müxtəlif anlamlarda qavranılır. Qavrama prosesindəki bu fərqlər həm daxili, həm də xarici faktorların təsiri ilə yaranır. Xarici faktorlara kişini digərlərindən fərqləndirən şəxsi keyfiyyətlər, onun məşğulluq dərəcəsi, gündəlik həyatındakı hərəkətlilik, yeniliklər və s. daxildir. Daxili faktorlar isə şəxsiyyət, ehtiyaclar, məqsədlər, motivasiya, inanclar, dəyərlər, münasibətlər, ümidlər, gözləntilər, arzu və istəklər, keçmiş təcrübə və vərdişlərdən ibarətdir. Beləliklə, mesajın tam qavranılması mənbənin və alıcının kifayət qədər bilik və bacarığa malik olmalarından çox asılıdır . Göndərən və alıcı simvollara eyni məna vermirsə, rabitə prosesi qüsurlu olacaq. Mesajın dərk olunması, anlaşılması da alıcının mənbəyə münasibətindən qaynaqlanır. Tədqiqatlar göstərir ki, eyni məlumat müxtəlif kateqoriyalarda fərqli formalarda qəbul edilir: • Müdir və iş yoldaşı • Dost, ya düşmən. • Yad, yaxud yaxın adam Beləliklə, kommunikasiya prosesinin effektivliyi hər iki tərəfin mesajın məzmununa münasibətindən asılıdır. Mövzu 4. İşgüzar kommunikasiyanın təşkili İşgüzar kommunikasiya hər hansı bir ümumi işin uğurunu təmin edən, insanların müəyyən hədəflərə çatması üçün bir araya gəldikləri fəaliyyətdir. İşgüzar kommunikasiya iş yoldaşları, rəhbər və tabeliyində olan işçilər, tərəfdaşlar və rəqiblər arasında baş verir. İşgüzar kommunikasiyanın tərkibinə məzmun, hədəf, vasitə, funksiya, forma daxildir. İşgüzar kommunikasiya fərdlərarası əlaqələrin qurulması və inkişafına xidmət etdiyi üçün sosial hadisədir. İnsanlar nə üçün işgüzar kommunikativ münasibətlər qururlar? Bu sualın cavabı birbaşa işgüzar kommunikasiyanın məqsədlərini müəyyən edir. Deməli, işgüzar kommunikasiya bizə aşağıdakı məqsədləri həyata keçirmək üçün lazımdır: • Subyekt və idarəedici obyektlər arasında informasiya mübadiləsi zamanı; • İşçilər və işçi qruplar arasında məlumat mübadiləsi fəaliyyətlərinə nəzarət və koordinasiya üçün; • İdarəetmənin səmərəliliyini artırmaq üçün informasiya axınlarının tənzimlənməsi və optimallaşdırılması proseslərində; • İş prosesində fərdlərarası münasibətlərin qurulmasında. Fərdlərarası işgüzar kommunikasiyanın məzmunu da çoxtərəflidir: • Maddi, yəni məhsul mübadiləsi; • Koqnitiv, bilik mübadiləsi; • Bacarıq və vərdişlərin mübadiləsi; • Psixoloji və fizioloji vəziyyətlərin mübadiləsi (gülmək, əhval yüksəltmək, gülümsəyərək qəzəbləndirmək və s.); • Həvəsləndirici mübadilə. Bütün hallarda isə kommunikasiyanın məzmununu bir insandan digərinə ötürülən informasiya təşkil edir. İşgüzar kommunikasiya müəyyən bir fəaliyyət növünün (peşəkar, istehsalat, elmi, ticari, siyasi və s.) təşkili və optimallaşdırılması üçün istifadə olunur. Və kommunikasiya məqsədyönlü fəaliyyət olduğundan onun hər bir formasının (müzakirə, söhbət, iclas və s) məzmunu kommunikativ niyyətdən və umulan nəticədən asılıdır. Əgər ünsiyyətin məqsədi nəyi isə aydınlaşdırmaqdırsa, bu informasiyanın məzmunu təlimat, izahat, məsləhət xarakterli olacaq. Yox, əgər məqsəd kimin isə mülahizələrini təkzib etməkdirsə, bu zaman məzmun dəlil, sübut və tənqidi fikirlərdən ibarət olmalıdır. “Funksiya” latın mənşəli termin olub mənası icra, vəzifə, fəaliyyət dairəsi, təyinat və s. deməkdir. İşgüzar kommunikasiyanın aşağıdakı funksiyalarını göstərmək olar: • İnstrumental, yəni zəruri fəaliyyətlərə təşəbbüskarlığı həyata keçirmək üçün idarəedici vasitə; • interaktiv, yəni insanları, iş ortaqlarını bir araya gətirən vasitə; • özünüifadə etmə, yəni şəxsi hədəf və maraqlarını nümayiş etdirmə vasitəsi; • Yayım vasitəsi, yəni məlumatötürmə (əmr, təlimat, hesabat və s.); • Sosial nəzarət, yəni işçilərin davranış və fəaliyyətlərini tənzimləyən vasitə kimi; • Sosiallaşma, yəni bir komanda daxilində işgüzar ünsiyyət mədəniyyəti bacarıqlarını inkişaf etdirmə vasitəsi kimi. İşgüzar kommunikasiyada davranış tipləri. Fərdlərarası kommunikasiyanın əsas tipləri bunlardır: imperativ, manipulyasiya və dialoq. İmperativ kommunikasiya tərəfdaşın davranış və hərəkətlərinə nəzarət edərək onu müəyyən qərarlar qəbul etməyə məcbur buraxacaq avtoritar ünsiyyət formasıdır. Burada partnyor passiv roldadır. Təsir vasitəsi kimi tələb, sifariş, təlimatdan istifadə edilir. Manipulyasiya isə müəyyən bir gizli niyyəti həyata keçirmək naminə tərəfdaşa təsir etmək üsuludur. Bu nominasiya tipində də tərəfdaşın rolu passivdir. İmperativ tipdən fərqi isə burada həqiqi ünsiyyət hədəfləri barədə tərəfdaşın məlumatlandırılmamasıdır. Həm imperativ, həm də manipulyasiya monoloji ünsiyyət tipidir. Burada fərd tərəfdaşını təsir obyekti kimi seçərək onun mənafeyini heçə sayır, yalnız öz xeyirini güdür. Dialoq ikitərəfli ünsiyyətdir. Dialoji ünsiyyətin şərtləri aşağıdakılardır: • Həmin andakı hiss, motiv və davranışları nəzərə alan “burada və indi” prinsipinə uyğun ünsiyyət formasıdır. • Bu ünsiyyət formasında tərəfdaşlarınızı şəxsi fikrə sahib bərabərhüquqlu fərd kimi qəbul etməyi nəzərdə tutur; • Dialoq zamanı ünsiyyəti fərdiləşdirərək öz fikir və düşüncələrinizi təqdim edə də bilərsiniz; • Dialoq zamanı sualları düzgün qoymaq və sual vermək taktikasından səmərəli istifadə etmək də çox vacibdir. İşgüzar kommunikasiyada maneələr. Kommunikasiya hər şeyin yolunda getdiyi, ötürülən informasiyanın nəzərdə tutulduğu formada alıcıya çatdığı hamar bir proses deyil. Nəzərə alsaq ki, kommunikasiyada ən önəmli faktorlardan biri insan amilidir, müəyyən maneə, problem, anlaşılmazlıqların ortaya çıxması qaçılmazdır. Çünki kommunikasiyanın tərəfləri olan insanlar müxtəlif dərketmə, qavrama, yorumlama səviyyəsinə malikdir. İnsanların temperament və emosional çıxışları da fərqli olduğundan informasiyanın mənbəyi və alıcı arasında maneələrin yaranması təbiidir. Əsas məsələ bu tip baryerlərin vaxtında aşkarlanıb aradan qaldırılmasıdır. İnformasiya mübadilə prosesində ən çox aşağıdakı tipli maneələrlə qarşılaşırıq: 1.Subyektiv interpretasiya – Hər bir alıcı qəbul etdiyi informasiyanı, ilk növbədə şəxsi ünsiyyət təcrübəsi, təhsil və intellekt səviyyəsi, mühakimə, arzu və istəkləri baxımından qiymətləndirir. Bu hallarda insanlar ötürülən mesajdan öz mənafelərinə uyğun nəticə çıxarır, eşitdiklərini yox, eşitmək istədiklərini anlayırlar. Bu maneəni minimuma endirmək üçün tərəfdaşlar düzgün seçilməli və hazırlanan mesajlar aydın və birmənalı tərtib edilməlidir. 2.Kommunikatora şəxsi münasibətdən qaynaqlanan psixoloji maneə. Kommunikasiyanın tərəfləri arasında inam və etibar prosesin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir. Etibar edilməyən mənbədən alınan mesaj dəyərsiz hesab edilir. Maneələr birbaşa mənbənin avtoriteti ilə bağlıdır. Avtoritet nə qədər yüksək olarsa, maneələr bir o qədər az olacaqdır. Bu hallarda alınan məlumatların yoxlanılması xüsusilə vacibdir. Bəzən etibar etmədiyiniz mənbədən belə mühüm mesajlar ötürülə bilər. İşgüzar kommunikasiyada şəxsi münasibətlər yox, obyektivlik öndə olmalıdır. 3.Sosial-mədəni maneə. Tərəfdaşlar arasında sosial durum, suyasi görüş, dini və etnik mənsubiyyət baxımından mövcud olan fərqlər də birbaşa informasiyanın qavranılmasında problemlər yaradır. Eyni simvollara müxtəlif anlamların yüklənməsi, fərqli etiket və etik normalar, məfhum və hadisələrin qiymətləndirilməsindəki baxış bucaqları və s. bu tip maneələrdəndir. Bu kimi fərqlər nəinki, mesajın qəbuluna, hətta tərəflərin bir araya gəlməsinə belə neqativ təsir edir. Sosial-mədəni baryerlərin aradan qalxması üçün insanların bir-birinə tolerant münasibət göstərməsi, dəyərlərə hörmətlə yanaşılması gərəkdir. Sosialmədəni maneələrin aradan qalxması üçün tərəfdaşınızı yaxşı tanımalı, mənsub olduğu sosial çevrə, dini və etnik mənsubiyyətindən irəli gələn xarakterik xüsusiyyətləri barədə məlumatlı olmalısınız. 4.Anlamada maneə. Buna bəzən dil (linqvistik) baryeri də deyilir. Anlamada maneələr 3 formada özünü göstərir: fonetik, üslubi, semantik. -fonetik maneə şifahi nitqlə əlaqədardır və aşağıdakı hallarda yaranır: a) həyəcan və düzgün nəfəs almamaqdan irəli gələn yavaş nitq. Belə nitq hətta bir neçə metrlik məsafədən belə eşidilmir; b) çox sürətli nitq də anlamada, dinləyicinin fikri təqib etməsində çətinlik yaradır; c) monoton nitqlər də dinləyicini yoraraq diqqətin yayınmasına səbəb olur. Nəticədə isə informasiyanın qəbuluna əngəl yaradır; d) cümlələrin sonunda müəyyən sözlərin “yeyilməsi” uzun nitqlər zamanı ən çox rast gəlinən maneələrdən biridir. semantik maneə ünsiyyət iştirakçılarının məna sistemlərindəki (tezaurilər) fərqlərlə bağlıdır. Bu və ya digər sahələrlə bağlı xüsusi leksikanın anlaşılmaması, - eyni və yaxud oxşar sözlərin fərqli mənalarda işlənməsini göstərə bilərik. Məsələn, “kosmopolitan” sözünün mənasını bilməyən şəxs bu ifadənin kosmosla bağlı olduğunu düşünəcək. Əslində isə “kosmopolitan” bütün insanların yeganə cəmiyyətdən ibarət olduğunu qəbul edən, heç bir dini-etnik fərq tanımayan dünyəvi insan deməkdir. Təbii ki, sözün kökü ilə yeni yaranan termin arasında semantik bağlılıq var, lakin leksik baxımdan termin yeni məna çaları əldə etmişdir. - üslubi maneə kommunikasiya prosesini kökündən məhv edə bilər. Ötürülən məlumatın üslub cəhətdən düzgün qurulmaması anlama və qavramada ən ciddi əngəldir. Kütlə qarşısında çıxış zamanı ağır elmi üslubda danışmaq, yaxud ikitərəfli işgüzar görüşdə həddindən artıq rəsmi-formal tərzdə ünsiyyət qurmaq, ciddi mövzularda yüksək pafos və bədiilik nümayiş etdirmək yolverilməzdir. Mövzu 5. İşgüzar kommunikasiyanın formaları: şifahi işgüzar kommunikasiya İşgüzar kommunikasiyanın ən geniş yayılmış formaları işgüzar söhbət, işgüzar görüş, konfrans, islac və sairədir. Bundan əlavə, daha müasir innovativ formalar – prezentasiya, dəyirmi masa, debat və s. də mövcuddur. Təqdimat. Yeni yaradılmış müəssisə,layihə,məhsul və s.nin gözəl təqdimatını hazırlamaq və hər kəsi heyran etmək, yəqin ki çoxlarının arzusudur. İşinizdə sizə mütləq maraqlı təqdimat hazırlamaq və onu maraqlı formada təqdim etmək həmişə lazım olacaq. Hər hansı mövzuda təqdimat hazırlamaq üçün müəyyən təməl qaydalar var ki, bunlara əməl olunması məsləhətdir: Hər hansı mövzuda təqdimat hazırlamaq üçün əsas qaydalar bunlardır: • Təqdimatın əvvəlində dinləyiciləri salamlayın, mövzunu və özünüzü təqdim edin; • Təqdimatda uzun cümlələr daxil etməyin, cümlələri qısa və aydın şəkildə daxil edin. Əlavə fikirləri isə şifahi şəkildə bildirin; • Təqdimatınızın dizaynına xüsusi önəm verin: göz üçün yorucu tünd arxa fondan, oxuna bilməyən rəngdə, ölçüdə və fontda olan yazılardan istifadə etməyin; • Həddindən artıq animasiya göz yorucu olduğundan onlardan yerində və düzgün istifadə edin; • Təqdimata əlavə etdiyiniz şəkillər, videolar, musiqi təqdimatın mövzusuna uyğun olmalıdır; • Başlıqları adi mətndən fərqləndirin, bötövlükdə böyük hərflərdən, ehtiyac olmadıqca nömrələnmiş siyahılardan istifadə etməyin. • İstifadə etdiyiniz mənbələri qeyd edin. • Təqdimat zamanı sizi dinləyən şəxslərlə göz təmasında olun, səs tonunuzu təqdimat zamanı düzgün idarə edin; • Təqdimat edərkən, sizi dinləyənlərə arxanızı çevirməyin və təqdimatdan bir başa cümlələri oxumayın, təqdimatın mövzusuna əvvəlcədən hazırlaşın; • Sonda əsas fikrinizi, nəticənizi bir daha xatırladın və dinləyicilərə təşəkkür etməyi unutmayın. Mübahisə fikirlərin, mövqelərin kəsişməsidir. Mübahisə zamanı tərəflər öz mövqeyini müdafiə edərək rəqibin dəlillərini təkzib etməyə çalışır. Mübahisə hər hansı bir işi, məsələni və s. müzakirə etdikdə öz fikrini qoruyan, sübut etməyə çalışan insanlar arasında baş verir. Hər bir müzakirə bu və ya digər dərəcədə mübahisə ilə tamamlanır. Əslində müzakirənin özü də mübahisədir. Həqiqətin ortaya qoyulması naminə aparılan müzakirə faydalı mübahisədir. Bu zaman tərəflər yüksək dərəcədə intizamlı olmalı, bir-birinə hörmətlə yanaşmaları ilə hadisələrin məcradan çıxmamasına nəzarət edirlər. Polemika hər hansı konkret sahədə (siyasətdə, incəsənətdə, dində, fəlsəfədə və s.) aparılan söz və fikir çəkişməsidir. Polemika zamanı çəkişən tərəflər yalnız öz fikirlərini və mövqelərini rəqibə yeritmək, onu məğlub etmək istəyirlər. Hətta bu söz yunancadan “düşmənçilik” kimi tərcümə olunur. Çəkişmədən fərqli olaraq, polemikada tərəflər arasında ziddiyyət təşkil edən tezis irəli sürülür və onun ətrafında mübahisələr aparılır. Bu barədə onlar, bir-birlərini eşidərək, növbə ilə çixiş edib öz mövqelərini sübut, rəqibin dəlillərini isə təkzib etməyə çalışırlar. Diskussiya (latinca discussio - baxılma, araşdırılma) hansısa çəkişməyə səbəb olan məsələnin müzakirəsidir. Diskussiya yalniz dəlillərin ortaya qoyulması ilə aparılır. Mübahisəli problemi müzakirə edərkən çəkişənlər öz mövqelərini təsdiq edən dəlillərlə çıxış edirlər. Mətbuatda, yığıncaqlarda, televiziyada və s. gedən ictimai mübahisələri də diskussiya adlandırırlar. Diskussiyaların özəlliyi ondadır ki, orada hansısa bir konkret tezis irəli sürülmür. Bu özəllik onu polemikadan fərqləndirir. Söhbətlər zamanı hansısa mövzular, aktual problemlər müzakirə olunur. Debat tərəflərin üçüncü tərəfi (tamaşaçıları, hakimləri) inandırmaq üçün apardıqları çəkişmələrdir. Bu, diskusiyanın bir növü kimi də təqdim olunur. Debatlar üçün müəyyən qaydalar tətbiq olunur. Udan və uduzan tərəflər üçüncü tərəfin rəyi, səsverməsi ilə təyin olunur. “Dəyirmi masa” isə müəyyən problemlərin birbaşa müzakirəsi üçün iştirakçıların bir araya gəldiyi daha geniş miqyaslı toplantıdır. Bu kommunikasiya forması aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur: • müzakirənin məqsədi gündəmdə olan problemlə bağlı fikir və ideyaları ümumiləşdirməkdir; • dəyirmi masanın bütün iştirakçıları tərəfdaş qismində çıxış edirlər, başqa sözlə desək, digər iştirakçıların mövqeyinə deyil, müzakirə olunan məsələyə dair fikirlərini bildirməlidirlər; • müzakirənin bütün iştirakçıları bərabərdir; heç kim iradə və qərarlarını diqtə etmək hüququna malik deyil. “Dəyirmi masa”lar çox nadir hallarda hər hansı problemin həllində əsaslı rol oynayır. Belə tədbirlərin təşkili demək olar ki, əksər hallarda diqqət cəlb etmək üçün reklam xarakterli olur. İşgüzar söhbət. idarəetmədə yaranmış hər hansı bir problemin həllinə xidmət edən və əksər hallarda 2 nəfər arasında baş tutan kommunikasiya formasıdır. Müxtəlif şirkət və təşkilat nümayəndələri arasında reallaşan işgüzar görüşlərdən fərqli olaraq işgüzar söhbət əksər hallarda eyni iş yerində çalışan əməkdaşlar arasında yaşanır və çox zaman qeyri-rəsmi xarakterdə olur. İşgüzar söhbətin məqsədləri aşağıdakılardır: • həmsöhbətə müəyyən təsir göstərməklə, onu hərəkətə gətirmək, yeni iş münasibətləri yaratmaq; • yaranmış problemin mahiyyətini başa düşmək; • işçilərin açıqlamalarına və fikirlərinin təhlilinə əsaslanan həll yolu işləmək; • işçi ideya və niyyətlərin birgə axtarışı, irəli sürülməsi və operativ işlənməsi; • artıq başlanmış işgüzar tədbirlərə nəzarət və onların əlaqələndirilməsi; • işgüzar fəallığın stimullaşdınlması; İşgüzar söhbət dialoq şəklində baş verir. Bunun üçün görüş zamanı veriləcək suallar, irəli sürüləcək mülahizələr diqqətlə seçilməli, həmsöhbətin müzakirə olunan mövzuya şəxsi münasibətinin ortaya çıxmasına yardımçı olmalıdır. Söhbəti sual verən şəxs idarə edir, buna görə söhbəti düzgün istiqamətə yönəltmək və nəzarətdə saxlamaq üçün açıq və birmənalı suallardan istifadə etmək məqsədəuyğundur. İşgüzar söhbət növləri: İş görüşməsi (işə qəbul). Söhbətin məqsədi aşağıdakıları müəyyən etməkdir: • namizədin işin öhdəsindən gəlmək potensialını və bunu başqalarından daha yaxşı edə biləcəyini; • namizədin şəxsi keyfiyyətlərinin təşkilatın davranış şərtlərinə uyğun olub-olmamasını; İşdən çıxarıldıqda söhbət (çıxış görüşü). Söhbətin gedişi işçinin işdən çıxarılma səbəblərindən asılıdır. • bir şəxs öz iradəsi ilə gedərsə, təşkilatda baş verənlər barədə doğru məlumat əldə etmək üçün işdən çıxmağının səbəbini daha ətraflı öyrənə bilərsiniz. Əgər səbəb iş prosesi ilə bağlı qarşıdurmadırsa, təşkilatın imicinə xələl gətirən informasiyanın yayılmasının qarşısını almaq üçün vəziyyəti yumşaltmağa çalışmaq, işçinin könlünü almaq vacibdir. • bir işçi işəgötürənin təşəbbüsü ilə işdən ayrılırsa, belə bir qərarın səbəblərini izah etmək, zəruri hallarda təşkilatın əmək bazarında nüfuzunu qorumaq üçün psixoloji və ya konsultativ dəstək vermək mümkündür. • İntizam söhbətləri. Belə söhbətlər hər hansı əməkdaşın işində problemlər olduqda, intizam pozuntuları baş verdikdə keçirilir. Bu söhbətin konstruktiv bir təbiətə sahib olması üçün aşağıdakı qaydalara riayət etmək tövsiyə olunur: • işçi və onun işi barədə bütün lazımi məlumatları əvvəlcədən toplamaq; • aşağıdakı mesajlar ardıcıllığına əməl etmək: ➢ işçinin işi barədə müsbət cəhətləri öncə vurğulayıb daha sonra tənqidə keçmək; ➢ işçinin qabiliyyətlərinə və motivasiyasına inam ifadə edərək vəziyyəti necə düzəltməyi öyrətmək. • şərhləri mümkün qədər spesifik etmək; • şəxsiyyəti deyil, işi tənqid etmək. İşgüzar görüş. İşgüzar görüş ünsiyyət mübadilə forması olaraq özündə insanların bir-biri ilə kontaktı zamanı müəyyən informasiya mübadiləsini, birgə fəaliyyət və əməkdaşlıq üçün bir araya gəlməyi ehtiva edir. Produktiv əməkdaşlıq, məqsəd və mövqelərin yaxınlığı, tərəfdaşlıq münasibətlərinin inkişafı işgüzar kommunikasiyanın əsas vəzifələrindəndir. İşgüzar görüş konkret vəzifələrin yerinə yetirilməsi üçün müəyyən məqsədə yönəlmiş fəaliyyətdir. Məhz bu cəhəti ilə də ümumi ünsiyyətdən fərqlənir. İşgüzar görüş kontakt qurmaqla başlayır, ikinci mərhələ özünü təqdim etməkdən ibarətdir. İlk görüş zamanı unutmayın ki, məhz qurduğumuz ünsiyyətin keyfiyyəti insanların bizə yaxınlaşma dərəcəsini müəyyənləşdirir, ünsiyyətimizə görə haqqımızda fikir formalaşır, ünsiyyətimiz qədər dəyər görürük. Belə olduqda, xüsusilə peşəkar iş həyatında yazılmamış qaydalar ortaya çıxır. Xüsusən də bu qaydalar yeni başlayan işgüzar münasibətlərdə çox önəmlidir. İlk işgüzar görüş üçün aşağıdakılar nəzərə alınmalıdır: 1) Öncə siz salamlaşın və bacardığınız qədər gülərüz olun. Bu hərəkətlər sizi daim bir addım irəlidə tutacaq; 2) Tərəfdaşınıza hörmətlə yanaşdığınızı və onu önəmsədiyinizi ilk dəqiqələrdən hiss elətdirin; 2) Yaxşı dinləyici olmaq uğurlu ünsiyyət üçün vacib şərtdir; 3) Qarşınızdakının fikir və hisslərini başa düşməyə çalışın, anlayış göstərin; 4) İlk görüşdən tərəfdaşınızı inandırmaq, fikirlərinizi qəbul etdirmək bir o qədər də vacib deyil. Bunu daha sonraya saxlayın. Hələlik isə onu olduğu kimi qəbul edin. 5) Anlaşılmazlıqlara yol verməmək üçün kifayət qədər sadə, aydın bir ünsiyyət qurun. 6) Danışıq və hərəkətlərinizdə uyum olsun, qarşı tərəfdə inanılacaq insan təsəvvürü yaradın. 8) İnsanlar söylədiklərinizdən daha çox necə danışdığınıza diqqət yetirir, bədən dilinizi düzgün və effektiv istifadə edin. 9) Uyğun olmayan hərəkətlərdən, yersiz pafosdan və ya zarafatlardan çəkinin, qarşı tərəfdən gözlənilməz bir reaksiya ilə qarşılaşa bilərsiniz. İstənilən növ işgüzar görüşlərin işlənib hazırlanmasına xüsusi diqqət yetirilməli, aşağıdakı məqamlar nəzərdən qaçmamalıdır: • həmsöhbətə veriləcək suallar üzərində düşünmək; • istədiyiniz son nəticəni müəyyənləşdirmək; • danışıqların vaxtını və yerini müəyyənləşdirmək; • danışıqların strategiyasını və taktikasını müəyyənləşdirmək. İşgüzar söhbətlərin düzgün aparılması əmək məhsuldarlığının 20-30% artmasına şərait yaradır. Bəzi firmalar işgüzar danışıq sənətini mükəmməl bilənləri “danışıq mütəxəssisi” kimi işə götürürlər. İşgüzar görüşlər, ümumiyyətlə beş mərhələdən ibarətdir: 1) söhbətin başlanğıcı; 2) məlumat ötürülməsi; 3) mübahisə; 4) həmsöhbətin dəlillərinin təkzib edilməsi; 5) qərar vermə. Araşdırmalar sübüt edir ki, işgüzar görüşləri uğurla yekunlaşdırmaq üçün bəzi amillər mövcuddur və onları belə qruplaşdırmaq olar: - peşəkar bilik, vəziyyəti düzgün dəyərləndirmək, informasiyanın obyektivliyini, etibarlılığını təyin etmək imkanı yaradır; - aydınlıq, ikibaşlı fikir və qeyri-müəyyənlikdən qurtulub fakt və detalları doğru əlaqələndirməyə kömək edir. - əyanilik, sənəd, cədvəllər, sxem kimi materiallardan maksimum istifadə etmək informasiyanın mücərrədliyini azaldır. - sabit diqqət, görüşün əsas məramını hər zaman ön planda tutaraq söhbətin tempini qorumağa və müsbət nəticələrə nail olmağa imkan verir; - əsas motiv və məqsədin təkrarlanması həmsöhbətə məlumatı qəbul və dərk etməyə kömək edir; - yumor və istehza (müəyyən bir dozada və uyğun vəziyyətlərdə) həmsöhbətlərin əhvalını yüksəldərək qarşı tərəfə təsir mexanizmini gücləndirir. Mövzu 6. Yazılı işgüzar kommunikasiya Rəsmi-işgüzar üslub – sənədlərin, beynəlxalq aktların, hüquqi qanunların, fərman və əmrlərin, iş yazışmalarının dilidir. Bu üslub qanunvericiliyə, bütün sahələrdə kargüzarlığa, huquqi zəmində münasibətlərin tənzimlənməsinə xidmət edir. Bu üslub üçün ümumiləşdirmə, obyektivlik, izahın məntiqi təşkili, fikrin aydınlığı, birmənalılıq və əsas şərtlər hesab edilir. Rəsmi-kargüzarlıq üslubu dövlətin digər dövlətlərlə, dövlətin vətəndaşlarla, vətəndaşların bir-biri ilə rəsmi formada, daha doğrusu, sənədlərin dili ilə ünsiyyət formasıdır. Rəsmi-işgüzar üslubda müəyyən qəliblərdən, standart formalardan istifadə olunur, hər hansı bir sənədin xüsusi yazılma qaydası mövcuddur. Bu üslubda nə forma, nə də məzmun standartlarından kənara çıxmaq olmaz. Çünki bu üslubun təzahürü olan hər bir mətn sənəd xarakteri daşıyır. Rəsmi-işgüzar üslubun dili digər funksional üslublarla müqayisədə daha mühafizəkar xarakter daşıyır. Digər üslublarda rast gəldiyiniz dil zənginliyi, obrazlılıq, ifadə rəngarəngliyi bu üslub üçün yolverilməzdir. Fikrin yığcam və aydın formada çatdırılması, faktların dəqiqliyi, şablon ifadələrdən istifadə rəsmiişgüzar üslubun əsas göctəriciləridir. Rəsmi-işgüzar üslubda istifadə olunan sənədləri 3 növə ayırmaq mümkündür: - Diplomatik sənədlər - Rəsmi sənədlər - İşgüzar sənədlər Diplomatik sənədlərə beynəlxalq sazişlər, konvensiyalar, deklorasiyalar və s. aiddir. Bu tip sənədlərin hazırlanması xüsusi peşəkarlıq, maksimum diqqət, ən xırda nüansın belə gözdən qaçmamasını tələb edir. Diplomatik sənədlərin hazırlanmasında bütün söz və ifadələr həssaslıqla seçilməli, fikrin tam aydınlığı üçün ən ideal variant əsas götürülməlidir. Bu sənədlərin dilində məna sürüşməsinə, ikimənalılığa, lüzumsuz təkrara yol vermək olmaz. Bir sözlə, hər hansı diplomatik sənəd hazırlayarkən dünən, bu gün və sabah da nəzərə alınmalıdır. Diplomatik sənədlərin dilində işlənən sözlərin böyük bir qismi beynəlmiləl termin səciyyəli olur. Əgər dildə hər hansı bir ifadənin həm beynəlmiləl, həm də milli terminlə ifadəsi mövcuddursa, bu halda belə beynəlmiləl termindən istifadə daha məqsədəuyğundur. Böyük Britaniyada diplomatik sənədlərin dili üçün “5C” qaydası tətbiq edilir: Clear – aydın Complete – dolğun Concise – yığcam Courteous – nəzakətli Correkt – düzgün (2) Rəsmi sənədlərə qanunlar, əmr və fərmanlar, vətəndaş aktları, kodekslər, konstitusiya və s. aiddir. Rəsmi-işgüzar üslubun bu növünə dövlət və ictimai qurumların, ayrı-ayrı vətəndaşlar, eləcə də hüquqi şəxslərin rəsmi münasibətlərinin tənzimlənməsində istifadə olunan sənədlər daxildir. Bir çox rəsmi sənədlər kollektiv əməyin məhsuludur və peşəkar mütəxəssislər tərəfindən hazırlanır. Məhz hər hansı yeni qanun və yaxud mövcud qanuna edilən dəyişikliklər dövlətin qanunverici orqanında müzakirə edilir, müzakirə zamanı edilən təklif və tövsiyələr nəzərə alınaraq redaktə edilmiş son variant qəbul edilir. Bəzən müəyyən sənədlər ümumxalq müzakirəsinə təqdim edilir və ümumxalq referendumu ilə qəbul edilir. Məs, Konstitusiyaya edilən əlavə və dəyişikliklər. Rəsmi sənədlərin dilində fikrin dəqiqliyinə ifadələrin aydınlığına, müddəaların hüquqi əsaslılığına xüsusi diqqət yetirilməlidir. İşgüzar sənədlər vətəndaşların bu və ya digər problemlərini həll etmək istiqamətində hazırlanan sənədlərdir. Bu sənədlər dövlət əhəmiyyəti daşımayaraq ya vətəndaşın dövlətlə, ya da vətəndaşın vətəndaşla münasibətlərini tənzimləyir. Belə sənədlərə misal olaraq, ərizə, izahat, tərcümeyi-hal, məktub və s. göstərmək olar. Bu tip sənədlərin hazırlanmasında şablonlardan istifadə edilir. Belə sənədlərdə məzmun yığcam verilməli, vətəndaşın mövqeyi aydın və lakonik formada izah olunmalıdır. Sənədlərin dilində mürəkkəb sintaktik konstruksiyalardan, obrazlı ifadələrdən, lüzumsuz təkrarlardan istifadə yolverilməzdir. Bir çox işgüzar sənədlər hazır blank formasında olur ki, vətəndaşlardan müvafiq yerləri doldurmaq tələb edilir. İstənilən rəsmi və işgüzar sənədlərin hazırlanmasında standartlaşdırma, unifikasiya və trafaretləşdirmə prinsiplərinə əməl edilməlidir. Bunlar sənədlərin hazırlanması işini xeyli sürətləndirir və xətalara yol verməməyə imkan yaradır. Standatlaşdırma – diplomatik, rəsmi, işgüzar sənədlərin hazırlanması və icrası üçün qayda və tələblərin yaradılmasıdır. Rəsmi sənədlərin dilini standart əsaslarla ümumiləşdirmək ünsiyyətin tipik vəziyyətlərini əks etdirən standart dil modelləri sistemini formalaşdırır. Sənədin bütün semantik tərəfləri sabit məntiqi formalar – modellər şəklində həyata keçirilir. Nəticədə rəsmi bir sənədin tərtib edilməsi prosesi standart dil modellərinin müəyyən bir məntiqi ardıcıllıqla birləşdirilməsinə qədər azalır. Sənədlərin dilini standartlaşdırmaq rahatlıq və vaxta qənaət etməyə xidmət edir. Unifikasiya – (birləşmə) müəyyən şeyləri vahid sistemə, formaya gətirməkdir. Rəsmi sənədlərin unifikasiya edilməsinin mahiyyəti sənədlərin növlərini azaltmaq, onların forma və quruluşunu, işləmə, saxlama, qeyd aparma əməliyyatlarının vahidliyini təmin etməkdir. Sənəd axınının vahid formalara və standartlara endirilməsi, eyni zamanda, sənəd formalarında detalların vahid yerləşdirilməsini, onların azaldılmasını, bir-biri ilə əlaqəli sənədlərdə məlumatların müqayisəli olmasını təmin etməkdir. Trafaretləşdirmə isə mümkün qədər çox sayda məlumatı standart formada daxil etməyə imkan verir. Trafaretdən istifadə edərək sənədlərin tərtib edilməsi çox zaman istifadə olunan, dəyişdirilə bilən hissələri ilə hazır mətnlərin və ya onların hissələrinin birləşməsinə əsaslanır. Tr a f a r e t l ə ş d i r m ə o f i s p r o s e s l ə r i n i n m e x a n i z a s i y a s ı n d a n , avtomatlaşdırılmasından və kompüterləşdirilməsindən istifadəni genişləndirməyə, müasir informasiya texnologiyalarını tətbiq etməyə kömək edir. Rəsmi-işgüzar yazılı nitqin leksik xüsusiyyətləri. Rəsmi-işgüzar yazılı nitq leksik, qrammatik, morfoloji, sintaktik xüsusiyyətlərinə görə digər üslublardan fərqlənir. İşgüzar yazışmalarda ən çox istifadə olunan rəsmi- işgüzar yazılı nitqin leksik xüsusiyyətləri elmi ədəbiyyatda aşagıdakı kimi xarakterizə olunur: 1.Rəsmi- işgüzar yazılı nitqin leksikası ali leksikadır. Bu üslubda dilimizdə işlənən bir sıra qəlib ifadələr, ştamplaşmış sözlərdən və ifadələrdən istifadə olunur. (məsələn: elan etmək, qərara almaq, sərəncam vermək, təklif vermək, müzakirə etmək və s.). Bu üslub üçün xarakterik cəhətlərdən ən başlıcası sabit söz birləşmələrinə daha çox yer verilməsi və metaforaların, məcazların, epitetlərin, frazeoloji birləşmələrin işlənməməsidir. 2.Rəsmi- işgüzar yazılı nitqdə ümumxalq danışıq dilində işlənən bəzi sözlərdən də istifadə edilir ki, bu ifadələr sənədlərdə rəsmi xarakter daşıyır. Məsələn: “qonaq”, “danışıq”, “görüş”, “elçi”, “söhbət”, “səfər”, “razılıq” və s. Lakin ümumxalq danışıq dilindən və bədii üslubdan fərqli olaraq, bu sözləri rəsmiləşdirmək üçün onların əvvəlinə “rəsmi” sifəti əlavə olunur: “rəsmi görüş”, “rəsmi səfər” və s. 3.Rəsmi- işgüzar yazılı nitqin dilində bir sıra terminlər daha fəal istifadə edilir. Məs;bəyannamə, bəyanat, diplomatik, konsul, müqavilə, nota, ultimatum, fərman, əmr, xasiyyətnamə, etibarnamə, arayış və s. Qeyd olunanalarla yanaşı rəsmi üslubda müraciət formaları da xüsusi əhəmiyyət kəsb edir. Müraciətə təntənəli xarakter vermək, xüsusi hörmət ifadə etmək üçün “cənab”, “zati alilər” kimi xitablardan istifadə olunur. Bu müraciətləri formalaşdırarkən xüsusən diqqətli olmalı, müraciət olunan şəxsin mövqeyi, təmsil etdiyi dövlətdə qəbul olunmuş normalar, milli və dini xüsusiyyətlər nəzərə alınmalıdır. Rəsmi- işgüzar yazılı nitqin morfoloji xüsusiyyətləri. Nazirliklərin, idarə və müəssisələrin, vəzifə və vəzifəli şəxslərin adlarının yazılış qaydaları, fellərin işlənməsi işgüzar üslubun morfoloyi xüsussiyətini özündə əks etdirir. Bu yazılı nitqdə isimlərdən fərqli olaraq, sifətlər az işlənir. Saylara gəlincə rəsmi sənədlərdə tarixlər, vaxt, nömrələr dəqiqlik tələb etdiyi üçün onlardan daha çox istifadə olunur. Yuxarıda göstərdiyimiz kimi rəsmi sənədlərin hazırlanmsında fellər də isimlər qədər böyük rol oynayır. Təlimatların, protokollrın, aktların və s. hazırlanmasında fellərdən geniş istifadə olunur. Bu zaman konkret halların, hadisə və prosseslərin vaxtından və zamanından, təzahür formalarından və üsulundan asılı olaraq felin müxtəlif şəkilləri (əmr, vacib, xəbər, lazım, arzu şəkilləri) və zamanları işlənir Rəsmi- işgüzar yazılı nitqdə konkret isimlərin işlənməsi xüsusi məqsəd güdür. Bununla belə qanunvericilik aktlarının xarakteindən asılı olaraq, cəza, cinayət, icra, şikayət haqqında kodekslərdə “rəhbərlik”, ”plan”, yoxlama”, “qərar”, ”üsul”, “istehsalat”, “müvəffəqiyyət” və sair mürəkkəb isimlər işlədilir. Bu qrup isimlərə mətnlərin giriş hissəsində və təsvir məqamlarında daha geniş yer verilir. Nəzərə almaq lazımdır ki, dəftərxana sənədlərində, bir sıra müqavilələrdə tək və cəm halda olan konkret isimlərin işlənilməsi vacibdir. Vətəndaşlıq aktlarında, ayrıayrı sahələr üzrə məcəllə və əsasnamələrdə mücərrəd isimlərə tez-tez rast gəlinir. Onu da qeyd etmək lazımdır ki, işgüzar üslubda lar, -lər şəkilçisi ümumiləşdirmə məqsədilə və termin yaradıcılığı məqamlarında işlədilir. Bu ən çox diplomatik sənədlərin dilində, müqavilələrdə müşahidə edilir. «Tərəflər ümumi bir rəyə gələ bilmədilər» cümləsində göründüyü kimi, hər hansı iki dövlət və yaxud onların nümayəndəsi nəzərdə tutulur. -lar, -lər söz birləşməsi tərkibində ismin konkretləşməsinə xidmət edir: mülki münasibətlər, hüquqi münasibətlər, mülki hüquqlar, mülki işlər, əşyavi dəlillər, prosessual müddətlər və s. İşgüzar sənədlərin tərtibi zamanı çalışmaq lazımdır kı, sənədin məzmununa xələl gətirən morfoloji vasitələrdən biri olan qeyri- müəyyən əvəzliklərdən istifadə edilməsin, çünki onlar əşya, fakt, hadisə və proseslər haqqında dəqiq məlumat və anlayış bildirmir. İşgüzar üslubda qeyri-müəyyən əvəzliklərdən istifadə olunması sənədlərin dilinin konkretliyini, dəqiqliyini və müəyyənliyini şübhə altına almaqla onun düzgün tətbiqi imkanlarını məhdudlaşdırır, bəzi hallarda isə, ümumiyyətlə, qeyri-mümkün edir. Qeyd etmək lazımdır ki, işgüzar yazılı nitqdə şəxs əvəzliklərindən istifadə edilməsinin özünəməxsus xüsusiyyətləri vardır. Qrammatik qaydalara uyğun olaraq bu üslubda tərtib olunan rəsmi sənədlərin məzmununda əvəzliklərdən istifadə olunarkən onlar birinci şəxsin təkində işlədilir Rəsmi - işgüzar yazılı nitqin sintaktik xüsusiyyətləri. Qeyd etmk lazımdır ki, işgüzar yazışmalar zamanı sənədlərin tərtib edilməsində sintaktik qaydalardan düzgün istifadə edilməsi bu sənədlərin forma və məzmunun, habelə məqsəd və vəzifələrinin tam aydın ifadə olunmasında mühüm rol oynayır. Ümumiyyətlə, mövcud qrammatik qaydalara görə cümlənin əsas üzvü olan mübtəda və xəbərin uzlaşması işgüzar sənədlərdə fikrin dolğun ifadə olunması, onun məzmun və mahiyyətinin düzgün dərk edilməsi üçün zəruri şərtlərdən biri hesab olunur. Ona görə də işgüzar sənədlərin tərtibatında bu mühüm qrammatik qaydaya ciddi surətdə əməl olunmalıdır. Bunu nəzərə alaraq, işgüzar üslubun əhatə etdyi sənədlərin tərtibatı zamanı mübtəda və xəbərin uzlaşması xüsusi olaraq diqqətdə saxlanmalıdır. Onu da nəzərə almaq lazımdır ki, bu üslubda mübtəda bir qayda olaraq, idarə, müəssisə və təşkilatların adları ilə ifadə olunur. Sənədlərin tərtibi zamanı həmcins üzvlü cümlələrə daha çox yer verilir. Həmin cümlələrdə adətən bir mübtəda bir neçə xəbərlə və yaxud bir neçə xəbər bir neçə mübtəda ilə uzlaşdırılır. Rəsmi- işgüzar üslubun dili bir sıra xüsusiyyətlərinə görə fərqlənən iki normanı əks etdirir: - Sənədin sxeminə uyğun dil materiallarını idarə edən dil normalarını; - Sənədin məzmununu, mətnini idarə edən mətn normalarını. Sənədlərdə təkcə xüsusi üslubu deyil, həmçinin onların tərtib olunması qaydalarının düzgünlüyünü, ştampların mövcudluğunu da nəzərə almaq lazımdır. Buna görə də çox vaxt hazır blanklardan istifadə olunur. Rəsmi-işgüzar üslub sənədlərin-beynəlxalq razılıqların, dövlət aktlarının, hüquqi qanunların, işgüzar sənədlərin və s. üslubudur. Məzmun müxtəlifliyinə və janr fərqlərinə baxmayaraq, rəsmi-işgüzar üslub bir sıra ümumi cəhətlərlə xarakterizə olunur. Buraya aiddir: - mətnin yığcamlığı; - materialın standart formada yerləşməsi; - terminologiyanın, nomenklaturanın, mürəkkəb sözlərin ixtisarı, abreviaturanın və s. istifadəsi; - cümlədə sözlərin düzgün ardıcıllığı; - ekspressiv leksikanın yoxluğu; - - fərdi olmaması. Bundan başqa, işgüzar nitqdə şəxs əvəzliklərinin (o, onlar) istifadəsi yol verilməzdir. Belə ki, onlar məzmunun dəqiqliyinə və aydınlığına xələl gətirə bilər. Sintaksis baxımından işgüzar nitq məntiqi olmalı, faktlara əsaslanmalıdır. Bu səbəbdən də işgüzar mətnlərdə mürəkkəb konstruksiyalar üstünlük təşkil edirlər; bağlayıcılı mürəkkəb cümlələr məntiqi münasibətləri ifadə etmək üçün ən yaxşı vasitədir. Rəsmi- işgüzar sənəd nümunələri. Rəsmi-əməli üslub, adından göründüyü kimi, həyatın praktik tələbləri ilə bağlıdır. B Rəsmi işgüzar yazılı nitqin onlarla sənəd növü vardır: qanun, fərman, sərəncam, qətnamə, viza, nota, ittihamnamə, təlimat, protest, etimadnamə, hökm, qərar, göstəriş, əmr, akt və s. Dövlət əhəmiyyətli rəsmi sənədlər xüsusi ayrılmış adamlar tərəfindən hazırlanır, dövlət başçısı tərəfindən imzalanır. Rəsmi-kargüzarlıq sənədləri yazışma məqsədi daşıyan (teleqram, anket, təliqə, ərizə, raport və s.), müəyyən faktı təsdiqləyən (vəsiqə, arayış, vəkalətnamə və s.), hər hansı hadisə və faktı əks etdirən (akt, protokol, müqavilə və s.) və iclas, toplantı, yığıncaq, konfransların qərarları-protokol, hesabat və s. formasında olur. Tələbə və məzunlarımıza lazım ola biləcəyini nəzərə alaraq əməli üslubun tələblərini özündə əks etdirən əsas rəsmikargüzarlıq sənəd növlərini aşağıda nəzərinizə çatdırırıq. 1. AKT. "Akt" latın dilindən alınmış termindir, "aktos", "aktum" formasında “hərəkət”, “fəaliyyət deməkdir. Müasir günümüzdə isə konkret bir sənəd növüdürş Akt məzmununa görə cinayət aktı, dövlət aktı, bu və ya digər bir faktı açmaq üçün tərtib edilən akt növlərinə bölünür. Mahiyyəti - hər hansı bir iş və ya hadisəni qanuniləşdirib ona hüquqi sənəd statusu verməkdir. Məzmunu - Akt imzaları ilə təsdiq edilən bir neçə nəfər tərəfindən tərtib edilir. Müəyyən bir həqiqəti üzə çıxarmaq üçün aktı tərtib edənlərdən ibarət komissiya yaradılır. Xüsusi təftiş komissiyasının hazırladığı akt aidiyyati ali orqana təqdim edilir. Aktın forması: 1. Aktın birinci səhifəsinin sağ tərəfindən yuxarı vəzifəli şəxsin təsdiq etdiyi qeyd verilir. 2. Akt sözü vərəqin yuxarı hissəsində ortada, böyük hərflə yazılır. 3. Sonrakı sətirdə solda ayın tarixi-gün, ay, il, sağda aktın tərtib olunduğu yer göstərilir. 4. Aktı tərtib edənlərin vəzifəsi, soyadı, adı və atasının adı yazılır. 5. Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir: 6. Yoxlamanın müddəti həm rəqəmlə, həm də sözlə qeyd olunur. 7. Aktın sonunda nəticə verilir və məsuliyyət daşıyan şəxs göstərilir. 8. Sonda aktı tərtib edənlər onu imzaları ilə təsdiqləyirlər. 3. ARAYIŞ. Arayış türk mənşəli söz olub "arama", "axtarma" mənasındadır. Arayış hər hansı bir şəxsin kimliyini təsdiq etmək və ya harada yaşaması, işləməsi, təhsil alması haqqında təşkilat (idarə, müəssisə) tərəfindən verilən rəsmi sənəddir. Təşkilatların bir-birinə ünvanladığı arayış növü də vardır. Arayışda müəyyən bir hadisənin gedişi və ya cinayət xarakterli bir məsələ də öz əksini tapa bilər. Arayışın kimə və nə məqsədlə verilməsi mütləq göstərilməlidir. Arayışın özünəməxsus yazılma forması vardır: Vərəqin yuxarı hissəsində ortada böyük hərflə "Arayış" sözü yazılır. Vərəqin sol tərəfdən üst küncündə idarənin ştampı, ştampın aşağı sətrində arayışın nömrəsi və verildiyi tarix (gün, ay, il) qeyd olunur. Arayış sözünün altında nisbətən sağda, ştampın yanından mətnin məzmunu verilir, axırdakı sətirbaşında arayışın təqdim olunduğu yer göstərilir. Sonda arayışı verən idarə rəhbərinin titulu, soyadı (bütöv şəkildə), adı və atasının adı (ixtisarla) yazılır, imza ilə təsdiqlənir və möhür vurulur. 4. BİLDİRİŞ. Bildiriş əməli yazıların sadə və çox işlənən formasıdır. Anons, bildiriş, afişa, reklam və s. kimi əməli yazılar elan xarakterlidir. Məzmun və məqsədinə, eləcə də əhatə dairəsinə görə bildiriş-elanlar müxtəlifdir. Bildiriş hər hansı bir tədbir (hadisə) haqqında müəyyən kollektivə və ya ictimayyətə əvvəlcədən verilən məlumat anlamındadır. Bildiriş (elan) yazılarkən aşağıdakı məqamlar diqqət mərkəzində saxlanmalıdır: 1. Vərəqin ortasında böyük hərflə "Bildiriş" yazılır; 2. Məlumatın mahiyyəti, məzmunu aydın və dəqiq olmalıdır; 3. Ayın tarixi, saatı və il dəqiq qeyd edilməlidir; 4. Tədbirin keçiriləcəyi yer, ünvan (ərazi, bina), lazım gələrsə təşkilatın yerləşdiyi otağın nömrəsi, varsa telefonu göstərilir; 5. Məlumatın kim tərəfindən verildiyi bilinməlidir; 6. Məlumatda hər hansı bir məsələ gizli saxlanıla bilər. Bildiriş respublika və ya şəhər miqyaslı olarsa qəzetdə, radio və televiziyada da verilə bilər. 5. ELAN. Elan çap olunmuş xəbərdir – müəyyən məlumatın əvvəlcədən çatdırılması nəzərdə tutulur. Elana verilən tələblər: -məzmun aydın qeyd olunmalıdır; -vaxt dəqiq göstərilməlidir; -tədbirin keçiriləcəyi yer yazılmalıdır; -tədbirin təşkilatçısı qeyd olunmalıdır. Elanın aşağıdakı növləri vardır: reklam, afişa, anons. -reklam latın dilində “qışqırmaq” mənasındadır; -afişa fransızca “tamaşa, konsert, idman yarışı haqqında elan” deməkdir; -anons fransızca “müəyyən bir məsələ ilə bağlı radio və televiziyada əvvəlcədən verilən elan”dır. 6. ETİBARNAMƏ. Etibarnamə ərəbcə "etibar" ("nəzərə alma") və farsca "namə" ("məktub", "kağız") sözlərinin birləşməsindən yaranıb, "etibaretmə sənədi" mənasındadır. Etibarnamə bir şəxsin bir işin icrasını başqa birisinə etibar etdiyini bildirən sənəddir. Bir şəxsin və ya bir idarənin adından iş görmək üçün verilən bu rəsmi sənəd müəssisənin kadrlar şöbəsində, yaxud dövlət notariusu tərəfindən təsdiq olunur. 7. Əmr. "Əmr" sözü ərəb mənşəli olub iş, şey, sərəncam mənasındadır, bir işin görülməsi üçün verilən hökm, göstərişdir. Bu əməli yazı forması idarə, müəssisə, təşkilat və s. rəhbərinin rəsmi sərəncamıdır. Əmr müəssisənin xüsusi əmr blankında çap olunur. Vərəqin birinci sətrində əmr verən müəssisənin adı göstərilir. İkinci sətirdə böyük hərflə "Əmr" sözü yazılır. üçüncu sətirdə sol tərəfdən əmrin verildiyi tarix, sağ tərəfdə isə əmrin verildiyi şəhərin adı qeyd edilir. Altında aşağıdan əmrin verilmə səbəbi və ya məqsədi açıqlanır. Ondan aşağıdakı sətirdə vərəqin ortasında "əmr edirəm" sözləri gəlir. Sonra əmrin məzmunu verilir. Əmrin aşağı hissəsində əmrin əsası yazılır. Sonra əmri verən məsul şəxsin vəzifəsi, titulu, adı və atasının adlarının baş hərfləri və soyadı göstərilir. Rəhbərin imzasından sonra əmri hazırlayanın və əmri verməyə razılığı olan şəxsin imzası qeyd edilir. Əmrin icrası ilə bağlı qurumlara göndərilməsi haqqında göstəriş olur. İdarə rəhbərinin, məktəb direktorunun (rektorun) əmri, işə qəbul etmə, işdən xaric etmə, müəyyən iş tapşırma, komissiya yaratma, tədbir keçirmə və s. kimi əmrlər vardır. 8. ƏRİZƏ. "Ərizə" ərəbcə "ərz" sözündən olub "bir şey bildirmə", "şikayət etmə", "xahiş" mənalarında işlənir. Məzmununa görə ərizənin iki növünə təsadüf olunur: 1. Şikayət xarakterli ərizə, 2. Xahiş məqsədilə yazılan ərizə. Ərizələr müxtəlif məzmunlu olsa da, formaca eynidir. Ərizənin yazılış forması belədir: 1. Ərizə vərəqin sol tərəfindən 4-5 sm yer buraxılmaqla ortadan yazılır. Nisbətən sağda, abzasdan böyük hərflə təşkilatın adı və ya müraciət edilən şəxsin vəzifəsi, titulu, adının və atasının adının baş hərfləri və soyadı yönlük halda qeyd olunur; 2. Sonrakı sətirdə abzasdan ərizə verən öz kimliyini, adını və soyadını bütövlükdə çıxışlıq halda göstərir; 3. Sonrakı sətirdə vərəqin ortasında böyük hərflə "Ərizə" sözü yazılır. 4. Təzə sətirdən, abzasdan qısa, aydın və məzmunlu şəkildə ərizəçinin istəyi, fikri şərh olunur; 5. Ərizənin sonunda ərizəçi şəxsi imzasını qoyur, aşağıdan sol tərəfdən ərizənin yazılma tarixini (gün, ay və ili) göstərir. 10. XASİYYƏTNAMƏ. "Xasiyyətnamə" ərəb mənşəli "xasiyyət" və fars mənşəli "namə" (məktub, kağız) sözlərinin birləşməsindən əmələ gəlmişdir, bir şəxsə, bir şeyə məxsus hal, xüsusiyyət mənasındadır. Bu sənəddə bir adamın xüsusiyyətləri, ictimai və əmək fəaliyyəti, kollektivdəki yeri haqqında ətraflı məlumat verilir. Məktəb illərində şagird məsul vəzifəyə məsləhət görüldükdə, başqa məktəbə oxumağa köçürüləndə, orta məktəbi qurtarıb ali məktəbə təhsil almağa gedəndə, sonralar işə, müəyyən vəzifəyə seçildikdə ona oxuduğu və ya iş yerindən xasiyyətnamə tələb olunur. Xasiyyətnaməyə verilən tələblər bunlardır: 1. Vərəqin əvvəlində ortada böyük hərflə "Xasiyyətnamə" sözü yazılır. 2. Xasiyyətnamədə şəxsin həyatı, milliyəti, ailə vəziyyəti, əmək fəaliyyəti, öz işinə münasibəti obyektiv şəkildə ardıcıl verilir. 3. Dövlət əhəmiyyətli xasiyyətnamələr müzakirə olunur və yoxlanılır. 4. Xasiyyətnamə vahid formada yazılmaqla həcmi 1-2 səhifədən artıq olmur. 5. Xasiyyətnamədə onun kimə, kimdən və haraya təqdim olunması göstərilir. 6. Xasiyyətnaməni rəsmi sənəd kimi müəssisə (idarə, təşkilat) rəhbəri verir, onu ən azı iki məsul şəxs (əsasən, həmkarlar təşkilatının sədri, şöbə müdiri) imzalayır, müəssisənin möhürü ilə təsdiqlənir və verilmə tarixi qeyd edilir. 11. HESABAT. "Hesabat" ərəbcə "hesab" sözünün cəmi olmaqla müəyyən tapşırığın yerinə yetirilməsi və ya görülmüş işin nəticəsi haqqında məsul şəxsə, təşkilata yazılı və ya şifahi şəkildə verilən rəsmi məlumatdır. Hesabat inandırıcı olmalı, faktlar və rəqəmlər dəqiq göstərilməlidir. Hesabatın əvvəlində onu yazan şəxsin (kollekivin, təşkilatın) kimliyi haqqında qısa məlumat qeyd edilir, altındakı sətrin ortasında böyük hərflərlə "hesabat" sözü yazılır, sonrakı sətirdə abzasdan hesabatın mətni verilir. Mətndən sonra imza qoyulur və tərtib edildiyi tarix göstərilir. 12. XƏBƏRDARLIQ. "Xəbərdarlıq" sözü ərəbcə "xəbər" (məlumat, bilgi), farsca "dar" (malik olan) sözlərindən və azərbaycanca-lıq şəkilçisindən düzəlmişdir, "xəbəri olmaq", "xəbər vermək" mənasındadır. Xəbərdarlıq, əsasən idarə, təşkilat və ya müəssisələrdə xətaya yol vermiş, qəbahət etmiş şəxsə bir daha belə işləri təkrar etməmək üçün verilir. O, yazılı və ya şifahi göstərişdir. Xəbərdarlıq intizam tənbehi hesab edilməsə də, nəticəsi olmadıqda həmin şəxsə töhmət verilir. Nizam-intizama zidd hərəkətlərə görə edilən xəbərdarlıq məktəblilərə, tələbələrə aiddir. 13. İZAHAT "İzahat" ərəb mənşəli "izah" sözünün cəm formasıdır, bir işi, məsələni, hadisəni "açıqlama", "məlumat vermə" anlamında işlədilir. İzahat müdiriyyətin, vəzifəli şəxsin tələbi əsasında qısa və ya ətraflı, yazılı və ya şifahi ola bilər. Vərəqin sol tərəfində 5-6 sm yer buraxmaqla izahatın ünvanlandığı şəxsin vəzifəsi, adı və soyadı göstərilir. Yeni sətirdən abzasdan izahat verənin kimliyi, adı və soyadı qeyd olunur. Yenidən abzasdan vərəqin ortasında böyük hərflərlə "İzahat" sözü yazılır. 2 sm yer buraxmaqla sətirbaşından iş, hadisə haqqında ətraflı açıqlama verilir. Sonda izahat verən imzasını qoyur, altından tarixi qeyd edir. 14. MÜQAVİLƏ. "Müqavilə" ərəb mənşəli söz olub, "qarşılıqlı razılaşma", "anlaşma" deməkdir. Məzmununa görə müqavilənin müxtəlif növləri vardır: sülh müqaviləsi, ticarət müqaviləsi, təhsil müqaviləsi, icarə müqaviləsi və s. Müqavilələr müəyyən şərtlərlə bağlanır və hər iki tərəfin nümayəndələri tərəfindən təsdiqlənir. Müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və nəzərdə tutulmuş vaxta qədər qüvvədə qalır. Müqavilələr dörd nüsxədə tərtib edilir və hər tərəfdə eyni qüvvəyə malik 2 nüsxə saxlanılır. 15. MÜRACİƏT. "Müraciət" ərəb mənşəli söz olub "rica", "çağırış" mənasını ifadə edir. Müraciət şifahi və yazılı formada olur. Yazılı formada olan müraciətdə aşağıdakılar nəzərdə saxlanılır: 1. Müraciətin kimə ünvanlandığı qeyd olunur; 2. Müraciətin mətni məzmunlu və qısa olur; 3. Sonda müraciəti qəbul edən təşkilat və ya şəxs göstərilir. 4. Müraciətin qəbul olunduğu yer və tarix qeyd edilir. 16. PROTOKOL. "Protokol" yunanca protok "ilk, birinci", kolos "yapışdırmaq" sözlərinin birləşməsindən düzəldilmişdir. Kollektivlərdə keçirilən müşavirə, konfrans, yığıncaq, toplantı və iclasların gedişini nizamlamaq üçün sədr və katib seçilir. Sədrin vəzifəsi yığıncağı nəzərdə tutulmuş formada aparmaq, katibin vəzifəsi isə iclasın gedişini sənədləşdirməkdir. Bu yazılı sənəd protokol adlanır. Forma və məzmununa görə protokol bir və ya bir neçə məsələni əhatə edə bilər. Protokolun tərtibi və yazılışında aşağıda göstərilən cəhətlər nəzərdə saxlanılır: 1. "Protokol" sözü və onun nömrəsi vərəqin yuxarısında, ortada böyük hərflərlə yazılır. 2. Təşkilatın adı, yığıncağın keçirildiyi tarix və yer qeyd edilir. 3. Yığıncaqda iştirak edən kollektiv üzvlərinin sayı, rəhbər orqanların nümayəndələrinin adı, soyadı və vəzifəsi göstərilir. 4. Giriş hissədən sonra "Gündəlik məsələlər" qeydi ortadan böyük hərflə yazılır, müzakirə olunacaq məsələ abzasdan verilir. Məsələ birdən çoxdursa, nömrələrlə qeyd aparılır. 5. Gündəlik məsələdən sonra yeni sətirdən abzasdan böyük hərflə "Eşidildi" sözü yazılır. 6. "Çıxış etdilər" hissəsində çıxış edənlərin adı və soyadı sətrin əvvəlində göstərilir, onların çıxışındakı fikirlərin qısa məzmunu aydın qeyd olunur. 7. Sonra vərəqin ortasında "Qərar" sözü yazılır. Məsələnin qərar hissəsi iclasın məqsədini ifadə etməli, bəndlər üzrə yığcam şəkildə yazılmalıdır. 8. Protokolun sonunda sədr və katibin adı, soyadı göstərilir və onlar protokolu imzalayırlar. 19. SƏRƏNCAM. "Sərəncam" fars mənşəli sər (baş) və əncam (son, nəhayət, aqibət) sözlərinin birləşməsindən düzəlmişdir. Əmr, göstəriĢ, tədbir görmə, həll etmə anlamındadır 20. TELEFONOQRAM. "Telefonoqram" yunanca tele(uzaq), fone(səs), qramme (yazı) sözlərinin birləşməsindən düzəlmişdir. Müəyyən bir məlumatı, hadisəni telefonla lazımi yerə çatdırmaq üçün telefonoqramdan istifadə olunur. Telefonoqrama verilən tələblər: 1. Telefonoqramın nömrəsi göstərilməlidir; 2. Telefonoqramın nə məqsədlə vurulması yazılmalıdır; 3. Çağırılan yerin ünvanı, tarix və saat dəqiq göstərilməlidir; 4. Telefonoqramı göndərən və qəbul edən şəxslər vəzifəsini, ad və soyadlarını, telefon nömrəsini, ayın tarixini dəqiq yazmalıdırlar; 21. TELEQRAM. "Teleqram" yunanca tele (uzaq), qramme (yazı) söz birləşmələridən yaranmışdır, "uzağa köçürmə" mənasındadır. Teleqram vasitəsilə müəyyən məlumat və ya müəyyən miqdarda pul uzaq məsafəyə təcili çatdırılır. Teleqramın yazılış forması: 1. Şəxsin ünvanı, adı və soyadı dəqiq göstərilməlidir; 2. Teleqramın məzmunu yığcam və aydın yazılmalıdır; 3. Rəqəmlər hərflərlə ifadə olunmalıdır. 22.TƏRCÜMEYİ-HAL (AVTOBİOQRAFİYA). "Tərcümeyi-hal" ərəbcə "tərci" (geri çevirmə, təkrar etmə) və hal (surət, vəziyyət) sözlərinin birləşməsindən düzəlmişdir. Tərcümeyi-hal şəxsin öz əli ilə həyatını ətraflı təsvir etməsi, özü haqqında tam məlumat verməsidir. Tərcümeyihalda şəxs özünün keçdiyi həyat yolunu əks etdirməklə bərabər, ata və anası, ailə üzvləri haqqında da məlumat verir. Tərcümeyi-hala verilən tələblər: 1. Tərcümeyi-hal sözü başlıq kimi vərəqin yuxarı hissəsində ortada yazılır; 2. Tərcümeyi-halda şəxs adını, atasının adını, soyadını, doğulduğu gün, ay, ili və yeri (şəhər, rayon, kənd) şəxsiyyət vəsiqəsində olduğu kimi dəqiq göstərir; 3. Məktəbdə oxuduğu dövrdə apardığı ictimai işləri və nailiyyətləri ardıcıl sadalayır. 4. Ailə üzvləri haqqında qısa məlumat verir; 5. Tərcümeyi-hal şəxsin öz xətti ilə yazılır, sonda şəxsi imza qoyulur və altında yazılma tarixi göstərilir; 23. TƏŞƏKKÜR. "Təşəkkür" ərəb mənşəli "şükr" sözündən olub yaxşı bir işə görə "minnətdarlıq", "razılıq etmə" anlamındadır. 24. TÖHMƏT. "Töhmət" ərəb mənşəli söz olub "danlama", "qınama", "məzəmmət" mənalarını verir.Töhmət idarə, müəssisə və təşkilatlarda yazılı şəkildə əmək kitabçasına və işçilərin şəxsi işinə yazılmaqla rəsmiləşdirilir. Məktəblərdə şagirdlərə və tələbələrə daxili intizam qaydalarını pozduqlarına görə rəhbərlik tərəfidən yazılı və ya şifahi töhmət verilə bilər. 25. ZƏMANƏT. "Zəmanət" ərəb mənşəli sözdür, "zamin olma", "öhdəsinə götürmə" mənasındadır. Hüquqi sənəd olan zəmanət əsasında məhkəmə, prokuror və ya müstəntiq müttəhimi azad edə bilər. Zəmanət əmək kollektivləri və ictimai təşkilatlar tərəfindən hüquq mühafizə orqanlarının adına yazılır. Mövzu 7. Qeyri-verbal (sözsüz) kommunikasiya Kommunikasiyanın mühüm sahələrindən biri də qeyri-verbal ünsiyyətdir. Gündəlik həyatımızda bəzən şüurlu, bəzən də şüursuz şəkildə müxtəlif anlayışları ifadə etmək və yaxud informasiya ötürmək üçün bir çox simvol və kodlardan istifadə edirik. Ümumiyyətlə, fərqli anlayış səviyyələrində fərqli məlumat mübadiləsi formaları mövcuddur. Şifahi və yazılı mesajlar tarixin heç bir dövründə yeganə ünsiyyət forması olmamışdır. Ünsiyyət zamanı duyğular, hisslər, üz ifadələri, jestlər yetərincə işlək olmuş, bəzi hallarda isə ünsiyyəti tənzimləyən, ona xüsusi anlam qatan vasitəyə çevrilmişlər. Sözlə ifadə olunmayan kommunikasiya qeyri-verbal ünsiyyət adlanır. Müasir dövrdə qarşılıqlı söhbətlərdə, xüsusən işgüzar görüşlər zamanı həmsöhbətimizin sözləri qədər onun davranışları, jestləri, mimikaları da xüsusi əhəmiyyət daşıyır. Belə ki, söhbət zamanı bu tip qeyri-verbal ünsiyyət amilləri də diqqətdən kənarda qalmamalıdır. Unutmaq lazım deyil ki, hər bir uğurlu işin özülündə tərəfdaşınızla güvənli münasibətlər yaratmaq dayanır ki, bu da dediklərimizdən ziyadə necə davranacağımızdan asılıdır. Qeyri-verbal, sözzsüz ünsiyyət formasının elmi maraq və araşdırma obyektinə çevrilməsi yeni hadisədir. Şifahi və yazılı ünsiyyətə daha çox üstünlük verildiyi, məhz bu ünsiyyət formalarının sənət səviyyəsinə yüksəldiyi müasir cəmiyyətimizdə qeyri-verbal ünsiyyət bir qədər arxa planda qalmışdır. Bunun digər səbəbi də fərdlərarası, üz-üzə ünsiyyətin yalnız danışıqla kifayətlənməsi kimi yanlış bir fikrin son zamanlara qədər dominant olması ilə bağlıdır. Bir sözlə, ünsiyyətin təbiəti ilə bağlı bu yanlış düşüncə insanın eşitmə qabiliyyəti qədər əhəmiyyətli olan vizual kanalları ilə yaranan sözsüz ünsiyyəti uzun müddət diqqətdən kənarda qoymuşdur. Halbuki qeyri-verbal ünsiyyət, vizual və əyani kodlarla münasibət yaratmaq, informasiya ötürmək ənənəsi insanların ünsiyyət tarixi qədər qədimdir. İlk insan cəmiyyətindən tutmuş bu günə qədər müəyyən kodlarla, simvol və şəkillərlə anlaşmaq, əşyalardan istifadə edərək xəbərləşmək, fikir mübadiləsi aparmaq bütün xalqların tarixində mühüm yer tutur. Verbal ünsiyyət formaları qədər qeyri-verbal ünsiyyət də xalqın milli-mənəvi kökləri, dini inancları, coğrafi və sosial mühitləri ilə sıx bağlıdır. İstər qədim mifoloji görüşlərdə, istərsə də klassik Azərbaycan ədəbiyyatında əşyalar vasitəsilə xəbər uçurmaq, gözlərlə söz demək, bir baş hərəkəti ilə hökm vermək və s. kimi sözsüz ünsiyyyət nümunələrinə rast gəlmək olar. Hətta yazının inkişaf tarixində rast gəldiyimiz əşyavi yazı da qeyri-verbal ünsiyyət formalarından biridir. Araşdırmalara görə, müəyyən edilmişdir ki, qarşılıqlı ünsiyyət prosesinin 60-80%-i sözsüz vasitələrlə baş verir, məlumatların yalnız 20-40%-i şifahi vasitələrlə ötürülür. Qeyri-verbal dilin mühüm bir xüsusiyyəti də ondan ibarətdir ki, bu dil təzahürü birbaşa şüuraltı impulslarla bağlıdır. Bu impulsları saxtalaşdırmaq, onlara kənardan müdaxilə etmək mümkün olmadığı üçün qeyriverbal ünsiyyət verbal ünsiyyət kanallarından daha etibarlı hesab edilir. Jest və mimikalarımızı tam nəzarətdə saxlaya bilmədiyimiz, bəzən gözlərimizin bizə xəyanət edərək duyğularımızı çölə vurması heş kəs üçün sirr deyil. Qeyri-verbal işarələrin növləri. Elmi ədəbiyyatlarda qeyri-verbal işarələr sistemini 3 qrupa ayırırlar: 1.optik-kinetik işarələr sistemi; 2.paralinqvistik və ekstralinqvistik işarələr sistemi; 3. məkanla bağlı işarələr sistemi; 1.Optik-kinetik (“kinetik” yunan mənşəli sözdür, hərfi mənası “hərəkət” deməkdir) ünsürlərə jestlər, mimikalar, müxtəlif davranış kodları daxildir. Çox zaman fərdin emosional cavabları kimi qiymətləndirilən bu elementlər insanın ümumi motor bacarıqları kimi qəbul edilir. Qeyri-verbal ünsiyyət elementlərindən ən populyarı da təbii ki, jest və mimikalardır. Buna bədən dili də deyilir. Bədən dili insanların duyğu, davranış və niyyətlərini açığa vuran elementlərdir. Mimika (Üz ifadələri). “Mimika” yunan mənşəli “mimikos” sözündən alınmış, hərfi tərcüməsi “təqlid” deməkdir. İnsanın üzü onun fiziki görünüşünün əsasını təşkil edir. Üz əzələlərinin gərginliyi insanın sifət ifadəsinin dəyişməsinə səbəb olur ki, bu da birbaşa həmin şəxsin ruh halında baş verənlərin ilk siqnal işarəsidir. Üzdəki hər bir ifadə çox sayda üz əzələsinin daralmasıdır. Çünki bütün üz əzələləri ümumi bir sinir sisteminə bağlıdır və vahid mərkəzdən idarə olunur. Bir çox təqlidin (üz ifadələrinin) mənası universaldır. Üz ifadəsini idarə etmək olduqca çətindir, amma onu inkişaf etdirib "zəngin bir üzə" sahibdir olmaq mümkündür. Belə bir ifadə var: “Qəlbi üzündən oxunur”. Ümumiyyətlə, insanın xarici görünüşü və daxili aləmi arasındakı əlaqənin nisbəti, birinin digərinə təsiri daim diqqət mərkəzində olan mövzulardandır. Fizioqnomika elminin banilərindən olan antic yunan filosofu Aristotel insanların intellect və davranışlarını onun xarici əlamətlərindən çıxış edərək şərh etmiş, heyvanlarla müqayisədən belə çəkinməmişdir. Aristotel yazırdı: “Öküz kimi yoğun burun tənbəllik, donuzda olduğu kimi iri deşikli burun axmaqlıq əlamətidir. İtdəki kimi sivri burnu olanlar kəmhövsələ, qartal burunlular cəsarətli, qarğa burunlular isə ehtiyatlı olurlar”. Aristotelə görə, əgər bir insanın üzündə hər hansı bir emosional vəziyyətin qabarıq təzahürləri varsa, o, böyük ehtimalla həmin xarakterin yiyəsidir. Yəni bir insanın üzündən qorxaqlıq yağırsa o, qorxaq, hiyləgərlik tökülürsə o, hiyləgər, cəsarət oxunursa, o, cəsarətlidir. Yaxın Şərqdə, xüsusən bədəvilər arasında nəinki səhranın, eyni zamanda, insan çöhrəsinin sirlərini oxumaqla məşğul olan qiyafə sənəti xeyli məşhur idi. Bədəvi ərəblər üçün aslana bənzər adamlar cəsur, mərhəmətli, qururlu, bəbirə bənzəyənlər isə kinli və xain hesab edilirdi. Onlara görə geniş alın axmaqlıq, dar alın çeviklik əlamətidir. Örta ölçülü gözlərə sahib olanlar kəskin ağıl və gözəl xarakterli olur, sabit baxışlar keylik, dağınıq baxış isə hərdəmxəyallıqdan xəbər verir. Insanlar razılıq və narazılıqlarını, sevinc və kədərini və s.məlumatları işarələr sistemi kimi jestlərdən istifadə etməklə bir-birinə çatdırırlar. Lakin heç də jest və mimikalar həmişə vahid şəkildə , eyni cür başa düşülmür. Müxtəlif mədəniyyət, social inkişaf pilləsinə malik olan insanlar bunları müxtəlif şəkildə dərk edrilər. Məsələn, əksər xalqlar kimi bizim xalqımız da başın yuxarıdan aşağıya doğru hərəkətini təsdiq, razılıq, yanlara doğru hərəkətini isə narazılıq kimi başa düşürük. Lakin bolqarlarda bu tamamilə əksinə başa düşülür. Bunula belə psixoloqlar aşkara çıxarmışlar ki, çox vaxt bədənin, üzün ifadəli hərəkətləri, qeyri-verbal yolla çatdırılan məlumatlar həmsöhbətə verbal yoldan daha çox təsir göstərir. 2.Paralinqvistik və ekstralinqvistik işarələrə tələffüz xüsusiyyətləri, səs tembri, səsin alçalıb-yüksəlməsi, nitqin surəti, nitqin təşkili və s. amillər aiddir. Paralinqvistika və ekstralinqvistika şifahi ünsiyyətə əlavələrdir. Paralinqvistika səsin keygiyyəti, diapazonu, tonudur. Ekstralinqvistika isə nitqdə fasilə, öskürək və s.dir. Paralinqvistik və ekstralinqvistik işarələrə nitq zamanı intonasiyanın dəyişdirilməsi, pauzanı, öskürməyi, narazılığı bildirmək üçün səs tonunun yüksəltilməsi, bir anlığa danışığın dayandırılması və s. hərəkətləri aid etmək olar. 3. Məkanla bağlı işarələr sistemini çox zaman proksemimika (“proxomi” latın mənşəli sözdür, hərfi mənası “yaxın”deməkdir) da adlandırırlar. Bəzən insanlarla həm zaman, həm məkan baxımından saxladığın məsafə də müəyyən mesajlar ötürmək üçün vasitəyə çevrilir. Bu baxımdan mütəxəssislər əsasən 4 yaxınlıq bölgəsindən bəhs edirlər: 1.Məhrəm bölgə - 15-46 sm 2.Şəxsi bölgə - 46 sm – 1.2m 3.Sosial bölgə - 1.2m – 3.6m 4.Ümumi bölgə - 3.6 – daha artıq Məhrəm bölgə ən yaxın qohumlar və ən səmimi dostlar, sevgililər arasında mövcud olur. Tanımadığın, yaxud tanıyıb heç sevmədiyin birinin bu bölgəyə daxil olması sizi narahat edəcək. Eləcə də sən başqasına bu məsafədə yaxınlaşdıqda onu narahat edəcək, heç də xoş hisslər yaratmayacaqsan. Şəxsi bölgə daha çox fərdi seçimlərlə bağlıdır. Bu bölgədə ətrafdakılarla məsafənizi özünüz təyin edirsiniz. Bu bölgə müxtəlif tədbirlərdə, ofis daxilində keçirilən mərasimlərdə, dost məclislərində yoldaşlarımızla aramıza qoyduğumuz məsafədir. Sosial bölgə isə yad insanlarla, misal üçün, evimizi təmir edən ustalarla, mağazadakı satıcı ilə, işə yeni gələn əməkdaşla aramızdakı məsafədir. Ümumi və ya ortaq ünsiyyət bölgəsində birinci və ikinci ünsiyyət bölgəsindəki hərəkət və davranışları həyata keçirçək mümkün deyil və yersizdir. Hətta bu məsafədə işgüzar ünsiyyət də həyata keçirilə bilməz. Bu məsafədə sadəcə olaraq, misal üçün mühazirə dinləyirsən və deyə bilərsən ki, ümumi ünsiyyət bölgəsinə düşmüsən. Mövzu 8. İşgüzar kommunikasiyada danışma- dinləmə mədəniyyəti və etiket qaydaları Kommunikasiya informasiya mübadilə sistemi olaraq insanların bir-birilə davamlı fikir və məlumat bölüşməsini nəzərdə tutan aktiv prosesdir. Bəzən monoloji, bəzən isə dialoji nitq vasitəsilə reallaşan bu kommunikativ proses hər iki halda danışan və dinləyən tərəfin mövcudluğunu tələb edir. Başqa sözlə desək, istər monoloq söyləyərkən, istərsə də dialoqun bir tərəfi olarkən qarşımızdakı insanın bizi dinləməsinə ehtiyac duyuruq. Beləliklə, danışma və dinləmə bütün ünsiyyət aktlarının vacib tərkib hissələridir. Danışmaq insana xas olan əsas keyfiyyətlərdən biridir. Yəni hamı danışmağı bacarır. Lakin hər kəsin danışıq qabiliyyəti fərqlidir. Aydın, səlis, ifadəli danışmaq isə xüsusi bacarıqdır. Gündəlik həyatımızdan fərqli olaraq işgüzar mühitdə fikir və mülahizələri dəqiq, aydın söyləmək, özünü ifadə edə bilmək iş prosesinin səmərəliliyinə birbaşa təsir edən amillərdəndir. İşgüzar kommunikativ münasibətlərdə danışıqlar adətən qarşılıqlı fikir mübadiləsi şəraitində dialoq formasında reallaşır. Dialoq zamanı danışıqlar daha çox sual cavab tərzində davam edir. Tərəfdaşın suallarına düşünülmüş, aydın cavab verməklə yanaşı, adekvat sualların da düzgün tərtibi xüsusi önəm daşıyır. Sualların qoyuluşu zamanı etik qaydaları gözləmək, uyğun intonasiya seçmək lazımdır. İşgüzar münasibətlərdə suallar tərəfdaşı nəyəsə sövq etməyin ən rahat formasıdır. Düzgün qoyulmuş sualların köməyi ilə qarşı tərəfin diqqətini cəlb edə, onu istədiyiniz cavaba yönləndirə bilərsiniz. Bir sözlə, suallar etibarlı münasibət və işin uğurlu həlli üçün əsas təşkil edir. İşgüzar kommunikasiyada bir neçə sual tipindən istifadə olunur: -məlumat toplamaq üçün verilən suallar; -tərəfdaşınızın sizi dinləyib dinləmədiyini anlamaq üçün yoxlama sualları; -qarşılıqlı anlaşmaya nail olmaq üçün təsdiqedici suallar; -əks mövqeyi ortaya qoyan suallar. Bu tip suallar düzgün tərtib edilərsə söhbətin konkretləşməsinə səbəb olur və tərəfdaşı razılığa yaxınlaşdırır; -istiqamətləndirici suallar. Söhbət əsas hədəfdən yayındıqda istifadə edilir. -təxribat xarakterli suallar. Bu tip suallar qarşı tərəf əsl niyyətini gizlətdikdə onu ortaya çıxarmaq üçün verilir. -yekunlaşdırıcı suallar. Görüşün nəticələrini bir daha vurğulamaq və əmin olmaq üçün verilir. Peşəkar iş adamları sualların köməyi ilə məlumatı tez və dəqiq əldə etməyi bacarırlar. İşgüzar kommunikasiyada zamanında tələb olunduğu kimi danışmaq bir iş adamı üçün uğura gedən yolun açarıdır. İşgüzar kommunikasiyanın uğuru təkcə məlumat ötürməkdən yox, həm də onu qəbul etmək bacarığından, yəni dinləməkdən asılıdır. Həmsöhbəti dinləyirik, dediklərinə maraq göstəririk və qarşı tərəfin hörmətini qazanırıq, bu da işgüzar ünsiyyətə təsir göstərməyə bilməz; dinləmək – qarşılıqlı anlaşmaqdır. İşgüzar ünsiyyət təcrübəsi göstərir ki, tərəfdaşı məqsədyönlü, aktiv şəkildə dinləmək bacarığı qarşılıqlı anlaşma üçün böyük əhəmiyyət kəsb edir. Keyfiyyətli dinləmə tərəfdaşın mövqeyini düzgün başa düşmək, fikir müxtəlifliyini aşkar edib qiymətləndirmək uğurlu işgüzar ünsiyyəti təmin etmək üçün zəruri şərtdir. Bizlər məlumat almaq, müəyyən mövzuya hakim olmaq, dünyagörüşümüzü zənginləşdirmək, ətrafdakılarla münasibət qurmaq, qiymətləndirmək, onların təcrübələrindən faydalanmaq üçün mütləq dinləməliyik. Ünsiyyətdə effektivliyi təmin etmək üçün yazı, oxu, danışma bacarıqlarına əhəmiyyət verilsə də dinləmə çox zaman diqqətdən kənarda qalır. Çünki dinləmək insanların anadangəlmə qabiliyyəti hesab olunur. Bu məqamda dinləmə eşitməklə səhv salınır. Əslində eşitmə dinləmə aktının başlanğıc mərhələsidir. Dinləmə isə eşitdiyimiz söz və ifadələri başa düşməyi ehtiva edir. Dinləmə şifahi və şifahi olmayan mesajları seçmək, onları anlamlandırmaq, dərk etmək, yadda saxlamaq kimi nüansları əhatə edən mürəkkəb sistemdir. Bu haqda prof. N.Məmmədli yazır ki, eşitmək “hər hansı bir səsi qulaqla qavramaq, almaq, duymaq, mənimsəmək” dinləmək “bir şeyə qulaq asmaqdır”. Eşitmək səsin fiziki olaraq qavranılmasıdırsa, dinləmək iradə aktıdır – yüksək düşüncə tərzi, məzmunlu səsləri qavramaqdır. Dinləmə aktiv prosesdir. Araşdırmalar göstərir ki, insanlar iş günlərinin 40% ni dinləməyə sərf edirlər. Lakin bunun yalnız 25%-i informasiyanın dəqiq qavranılması, yüksək səviyyədə dərketmə ilə müşaiyət olunan effektiv dinləmə sayıla bilər. İşgüzar münasibətlər zamanı oxumaq, yazmaq, danışmaq qabiliyyətləri ilə müqayisədə dinləmək bacarığı daha mühüm əhəmiyyət kəsb edir. Dinləmə - iş vaxtının 40%, danışıq - 35%, oxu - 16%, yazı - 9% -ni əhatə edir. İnsanın dinləmə tərzi isə şəxsiyyət, xarakter, maraqlar, cins, yaş, ünsiyyət iştirakçılarının statusu və digər amillərdən asılıdır. Dinləmə seçici bir prosesdir. Hər kəs öz ehtiyac və məqsədlərinə uyğun olan informasiyanı dinləməyə üstünlük verir. Dinləmə prosesi adətən üç mərhələdən ibarət olur. Dinləmənin ilk mərhələsində məlumat hiss orqanları vasitəsilə qəbul edilir. Bunun üçün öncə dinləyici düzgün eşitməyə mane olan fiziki və emosional maneələrdən uzaqlaşmalı, eşidilə biləcək səs tonu təmin edilməlidir. Bu mərhələdə eşitmə qədər görmə də əhəmiyyətlidir, çünki nə qədər papadoksal səslənsə də qulaqlarımızla dinlədiyimiz qədər, gözlərimizlə də dinləyirik. Görmə mesajın ötürülməsi və qavranılmasının xarakterini müəyən edən qeyri-verbal işarələr əldə etməyə kömək edir. Dinləmənin ikinci mərhələsi anlamaqla bağlıdır. Mesaj alındıqdan sonra onun daxili emal prosesi başlayır. Beyin aldığı məlumatı analiz edərək “həmsöhbətim nə demək istəyir?” sualına cavab verir. Üçüncü mərhələ qiymətləndirmədir. Bu mərhələdə danışan dinləyicinin reaksiyasını görür və eşidir. Dinləyici şifahi və şifahi olmayan vasitələrlə danışanı başa düşüb-düşmədiyini təsdiq edir. Natiq dinləyicinin onu başa düşdüyünü və qiymətləndirdiyini görəndə həmsöhbətlər arasında sıx əlaqə yaranır ki, bu da əməkdaşlığın səmərəliliyini artırır. Ünsiyyət prosesində dinləyici informasiyanı sadəcə olaraq qəbul etməməli, o, mimikası, jesti, replikaları və s. ilə müsahibinə həmrəy olduğunu və ya olmadığını bildirməli, etirazını danışana anlatmalıdır. Bu cür əks-əlaqə nitqin təsirini duymaq, lazım gələrsə onun istiqamətini dəyişmək, söhbəti qısaltmaq və ya genişləndirmək və sairədə danışana kömək edir. Dinləmənin növləri. Dinləmənin bir neçə növü mövcuddur: Qeyri-refleksiv dinləmə. Bu növ dinləmə həmsöhbətin nitqinə qarışmamağı nəzərdə tutur. Qeyri-refleksiv dinləmə informasiyanın mənimsənilməsinin ilk mərhələsidir. Başqa sözlə desək, həmsöhbətin nitqinə müdaxilə etmədən və ya minimal müdaxilə ilə diqqətli sükutdur. Bu dinləmə növündə kritik hallarda mühakimə və qiymətləndirmə məzmunu olmayan sadə ifadələr (bəli, aha, aydındır və s.) və mimika, jestlərdən istifadə etməklə söhbətə qoşulmaq mümkündür. Qeyrirefleksiv dinləmə aşağıdakı hallarda uyğundur: - həmsöhbət öz fikrini bildirmək istəyir; - həmsöhbət problemini danışır; - mübahisəli söhbətin kulminasiya hissəsində. Qeyri-refleksiv dinləmə çox vaxt həmsöhbətin ehtiyac duyduğu yeganə şeydir, çünki hər kəs ilk növbədə eşidilmək istəyir. Refleksiv dinləmə isə danışan və dinləyici arasında daha aktiv üssiyyəti nəzərdə tutur. Dinləyici diqqətlə dinləməklə yanaşı, həm də müxtəlif açıq və üstüörtülü suallar , ifadə və izahlarla nə anladığını da ortaya qoyur. Məhz bu qarşılıqlı izah və təkrarlar ünsiyyətin aydınlaşdırıcı və tənzimləyici elementi kimi ortaya çıxır. ”Başa düşmədim, Nə demək istəyirsiniz?, Zəhmət olmasa, bir də təkrar edin və s. eləcə də fikri başqa şəkildə ifadə etmək dəqiqliyi yoxlamaq üşündür. Belə başa düşdüm ki,.... Siz demək istəyirsiniz ki,....Sizin fikrinizcə,....və s. ifadələrin köməyi ilə dinləyənin emosional vəziyyətini əks etdirməyə yönəldir”. Bunlardan əlavə, daha iki dinləmə üsulu haqqında danışmaq olar: tənqidi və empatik. Tənqidi dinləmə zamanı dinləyici əvvəlcə alınan məlumatın tənqidi təhlilini aparır, sonra onu anlamağa çalışır. Bu çox zaman dinləyicinin münasibətindən asılı olur, daha doğrusu o, əvvəldən informasiyanı rədd etmək mövqeyində dayanır. Müəyyən layihələrin, ideyaların, baxışların müzakirə edildiyi yerdə belə dinləmə məqsədəuyğundur, lakin yeni məlumat və biliklərin ötürüldüyü yerdə isə perspektivsizdir. Empatik dinləmədə sözlərdən ziyadə sözlərin oyatdığı hisslər önəmlidir. Bu tip dinləmədə əgər danışan dinləyicidə müsbət emosiyalar doğurursa, ünsiyyət təsirli, mənfi emosiyalar doğurursa, təsirsiz olur. Dinləmə zamanı aldığımız informasiyanın çox kiçik hissəsi yaddaşımızda qalır. Lakin effektiv dinləmə üsullarından istifadə edərək bu nisbəti əhəmiyyətli dərəcədə artırmaq mümkündür. Dinləmə zamanı həmsöhbətə dəstək olmaq üçün aşağıdakı üsullardan istifadəni nəzərdə tutur: - aydınlaşdırma, “Mən başa düşmədim”; - parafraz, yəni həmsöhbətin sözlərini öz sözlərinizlə təkrarlayın ki, onu düzgün başa düşdüyünüzə əmin olsun: "Sən belə düşünürsən ..."; – hisslərin əks olunması: “Başa düşürəm ki, indi qəzəblisən…”; - motivasiya: "bundan sonra nə var ..."; - qiymətləndirmələr: “təklifiniz cazibədardır”, “xoşuma gəlmir”; – xülasə: “Deməli, siz düşünürsünüz… İşgüzar ünsiyyətin əsas xüsusiyyəti onun müəyyən reqlamentə tabe olmasıdır ki, bu da iştirakçıların işgüzar etiketə riayət etmə ehtiyacında özünü göstərir. Ünsiyyət prosesi proqnozlaşdırıla bilən və normativ davranış qaydalarına tabe olmalıdır ki, bunların məcmusu "etiket" anlayışı ilə ifadə edilir. Etiket - ünsiyyət prosesində insan davranışının xarici formalarını və onların münasibətlərini tənzimləyən norma və qaydalar sistemidir. Etiket termini XVII əsrin əvvəllərindən işlənməyə başlasa da əlbəttə ki, bir sıra nəzakətli davranış qaydaları xüsusi bir terminlə təyin edilməzdən çox əvvəl mövcud idi. Qədim dövrlərdən bəri insan münasibətlərinin xarici təzahürlərini tənzimləyən yazılmamış qaydalar inkişaf etməyə başladı. Bu qaydalar ünsiyyətdə hörmət, xoşməramlılıq, mehribanlıq ideyaları ilə insanların davranış və münasibətini əlaqələndirmək vərdişini formalaşdırmışdır. Ünsiyyətdə etiket normaları insanların sevgi və hörmət daxilində bir-birini tanıması üçün mövcud olan sosial ehtiyacı ödəmək naminə yaradılmışdır. Məqbul davranış formalarını tənzimləyən etiket normaları və qaydalar toplusu tarixi xarakter daşıyır və cəmiyyətin mədəni səviyyəsi ilə müəyyən edilir. İstənilən cəmiyyətdə etiket normaları var ki, bunun sayəsində münasibətlərdə müəyyən bir nizam qorunur və insanların hərəkətlərində və davranışlarında ardıcıllıq əldə edilir. Müasir etiketin ümumi prinsipləri aşağıdakılardır: - humanizm; - fəaliyyətin məqsədyönlülüyü; - davranışın estetik cəlbediciliyi; - öz ölkəsinin və işgüzar əlaqələrin qurulduğu digər ölkələrin adət-ənənələrinə hörmət. İşgüzar etiketdə yaş, cins kimi dünyəvi modellər yox, subardinasiya önəmlidir. İş prosesi müxtəlif yaş, cins, təhsil səviyyəsi və dünyagörüşü olan insanların birgə fəaliyyətidir. Müəyyən ortaq hədəflərin həyata keçirilməsi üçün bir araya gələn insanlar müəyyən ümumi qaydalara da əməl etmək məcburuyyətindədirlər. İş həyatında əməl olunmalı əsas qaydalara nəzər salaq: 1.Dəqiqlik (punktual olmaq). Unutmamaq lazımdır ki, zaman ən qiymətli resursdur və itirildiyi halda əsla bərpa edilmir. Uğurlu iş adamı olmaq istəyirsinizsə, özünüzün və tərəfdaşınızın zamanını dəyərləndirməyi öyrənin. İşgüzar görüş və səfərlərə gecikməyin. Əksər insanlar zamanı düzgün dəyərləndirməyənlərlə iş görmək istəmir. 2.Nəzakətli olmaq. Səmimi təbəssüm bir çox iş adamının vizit kartıdır. Həmkar və tərəfdaşlarla nəzakətli ünsiyyət problemlərin həllində sizə kömək edəcək. 3.Təvazökarlıq. Bu xüsusiyyət insana həmişə başucalığı gətirir. Təvazörkarlıq daha çox özünə güvənən insanlarda rast gəlinir və qarşı tərəfdən yüksək qiymətləndirilir. 4.Tolerantlıq. İşgüzar ünsiyyət zamanı siyasi baxış, milliyət, dini mənsubiyyət, xarici görkəm və s. asılı olmayaraq insanlara hörmətlə yanaşmaq etik qaydalarının ən önəmlilərindəndir. 5.Təmkinli olmaq. İstənilən məsələdə həmkarınızın qərarına və ya fikrinə hörmət etməlisiniz. İşgüzar etiket normaları hisslərinizə nəzarəti itirməməyi, təmkinli və mehriban olmağı tələb edir. İstənilən vəziyyətdə, tərəfdaşların və ya rəhbərliyin istənilən qərarına adekvat cavab vermək üçün emosiyalarınızı cilovlamaq lazımdır. Bütün sadalananlardan əlavə, məxfi məlumatları açıqlamamaq, işi nəzərdə tutulduğu vaxt təhvil vermək, müqavilədə nəzərdə tutulmuş öhdəlik və şərtləri vaxtında və dəqiq yerinə yetirmək də iş həyatında etik normalar kimi qəbul edilir. Akademik kommunikasiya Mövzu 9. Akademik kommunikasiya anlayışı Kommunikasiyanın bir forması da akademik mühitdə aparılan informasiya mübadiləsidir. Akademik kommunikasiya akademik səviyyədə ünsiyyəti, müxtəlif elmi ixtira və kəşflərin mübadiləsini, müəyyən elm sahəsinə aid biliklərin kütlələrə çatdırılmasını nəzərdə tutur. “Akademik” termini yunan mənşəli olub antik yunanlıların mifik qəhrəmanı Akademin (Ekadem, Gekadem) adı ilə bağlıdır. Rəvayətə görə, bu qəhrəman Afinanın yaxınlığında yerləşən müqəddəs zeytun bağında yaşamış və dəfn edilmişdir. Daha sonra, e.ə. IV əsrdə antik yunan filosofu Platon burada şagirdlərinə dərs keçmiş, yaratdığı məktəbə də “Akademiya” adı vermişdir. Akademik kommunikativ münasibətlərdən harada istifadə edirik? Təbii ki, akademik mühitdə - ali və orta ixtisas məktəblərində , elmi-tədqiqat institutlarında, müxtəlif səpkili elmi araşdırmalar aparan təşkilatlarda və s. Bəs bütün bu müəssisələrdə aparılan informasiya mübadiləsi akademik kommunikasiya nümunəsidirmi? Bu sualın birmənalı olaraq cavabı xeyrdir. Çünki hər bir müəssissə ilk növbədə iş yeri, insanları bu və ya digər ümumi hədəflər ətrafında birləşdirən təşkilatdır. Daha doğrusu, yuxarıda adlarını çəkdiyimiz bütün elm ocaqlarında rəhbər işçilər, elmi işçilər, pedaqoji fəaliyyətlə məşğul olanlar (tədris müəssisələrində), texniki işçilər və s. kimi qruplar fəaliyyət göstərir və onların arasında reallaşan informasiya mübadiləsinin müəyyən hissəsi akademik yox, işgüzar kommunikasiya formasıdır. Akademik kommunikasiya isə sırf koqnitiv tiplidir, biliklərin, elmi məlumatların ötürülməsini təmin edir. Məhz bu baxımdan “akademik kommunikasiya” ilə yanaşı, “elmi kommunikasiya” terminindən də istifadə olunur. Qloballaşma , elm və yeni texnologiyaların sürətli inkişafı, informasiya çoxluğu, həyat dinamikamızın dəyişkənliyi bütün sahələrdə olduğu kimi, elm aləmində də ünsiyyətin, qarşılıqlı anlaşmaların əhəmiyyətinin nə qədər zəruri və mühüm olduğu gerçəkliyini ortaya qoyur. Müasir dövr tələb edir ki, hər bir vətəndaş elm və texnikanın inkişafını izləyib ondan bəhrənməklə yanaşı, elmitexniki inkişafın yaratdığı problemləri də dərk edərək bunların həlli prosesində fəal iştirak etsin, dövlət və cəmiyyətin ümumi irəliləmə strategiyasını anlasın. Bu gün dünyada ən aparıcı elmi araşdırmalar hansı sahələri əhatə edir, bu araşdırmaların məqsədi nədir? Yaxud yaşadığı dövlətdə nə kimi elmi araşdırma və təcrübələr aparılır? Bu elmi-texniki nailiyyətlərin nə kimi fayda verdiyi və risklər daşıdığını bilmək önəmlidir. Məhz bu baxımdan alimlər, siyasətçilər və cəmiyyət arasında daimi qarşılıqlı əlaqəyə və sıx ünsiyətə ehtiyac var. Beynəlxalq aləmdə elmi kommunikasiya 2 istiqamətdə inkişaf etmişdir və aşağıdakı terminlərlə ifadə olunur: 1. Elmdə kommunikasiya (Science communication) 2. Elmi kommunikasiya (Scientific communication) Hər iki termin Azərbaycan dilinə hərfən “elmi kommunikasiya” formasında tərcümə edilsə də bunlar arasında müəyyən fərqlər var. “Science communication” alimlər arasında elmi ideya və informasiyaların mübadiləsini nəzərdə tutan sosioloji istiqamətdir. ABŞ sosioloqu Qerbert Menzelə görə, kommunikasiyanın bu növü alimlər arasında elmi məlumatların ötürülməsinə birbaşa və dolayı yolla təsir edən nəşr, vasitə, hadisə və mexanizmlərin məcmusudur. Bu halda “science communication” termini “elmdə kommunikasiya”, yaxud “daxili elmi kommunikasiya” kimi tərcümə edilməlidir. Elmdə ünsiyyət təcrübəsi hələ antik dövrdən yaranmışdır. Pifaqor və onun məktəbi, Platon və Akademiyası və s. Qədim zamanlarda alimlər bilik əldə etmək üçün çoxlu səyahətlər edər, öyrənmək üçün dialoqlar qurar, uzun-uzun söhbət aparardılar. Bu zamanlar ünsiyyətin şifahi formaları daha çox populyar idi. İlk universitetlər isə orta əsrlərdə yaranmağa başlayır. Bir-birinin ardınca 1088-ci ildə Bolonyada, 1109-da Kembricdə, 1160-da Parisdə, 1167-də Oksfordda ali təhsil ocaqları açılır. Universitetlər təhsil verməklə yanaşı, tələbə, alim və müəllimlərin bir araya gəldiyi, müxtəlif fikir mübadiləsi apardığı, mübahisələr etdiyi bir məkana çevrilir ki, bu da öz növbəsində elmi yaradıcılığın davamlı və məhsuldarlığının təminatçısı olur. Universitetlərdə mühazirələrlə yanaşı, elmi diskussiyalarda iştirak etmək təhsilin mühüm və tələbolunan elementlərindən biri hesab edilirdi. Akademik sahədə kommunikasiyanı təmin edən elmi diskussiyalar İntibah dövründə daha intensiv, məhsuldar xarakter alır. Bir çox məşhur alimlər bu müzakirələrdə iştirak edir, fikir və düşüncələrini bölüşür, kəskin mübahisələr edir, bir sözlə ünsiyyətdə olurdular. Daha çox şəxsi məktublar vasitəsilə həyata keçirilən bu ünsiyyət XIV əsrdə kitab nəşrinin meydana çıxması ilə yeni keyfiyyətlər qazandı. Artıq XVII əsrdə biliklərin bir araya toplanması və ötürülməsi sahəsində kitab əsas vasitəyə çevrilir. Qeyd etdiyimiz kimi, uzun zaman ziyalılar arasında elmi kommunikasiyanın əsas vasitələrindən biri məktubdan istifadə edilmişdir. Alimlər məktublarında əldə etdikləri dəlil və arqumentləri, müəyyən faktları, xırda detallarına qədər təsvir edir, mülahizələrini əsaslandırırdılar. İntellekt sahibləri artıq anlayırdılar ki, yeni dünyada elm və texnologiya sahəsində müəyyən irəliləyiş əldə etmək üçün birlikdə hərəkət etməli, problemlərin həllinə müxtəlif baxış bucaqlarından baxmalı, bütün alternativ fikirləri dəyərləndirməlidirlər. Məhz bu ehtiyacdan XVII əsrdən başlayaraq alimləri bir araya gətirən qeyri-rəsmi təşkilatlar yaranmağa başladı. R.Boylun təşkil etdiyi “Görünməz kollec”, P.Beylin yaratdığı “Məktublar respublikası”, və nəhayət “Alimlər respublikası” belə birliklərdən idi. Bunların arasında “Alimlər respublikası” daha məşhur idi. Bekon, Paskal, Spinoza, Luk, Dekart, Qaliley, Nyuton kimi alimlər bu birliyin üzvü idilər. Avropa intellektuallarını birləşdirən “Alimlər respublikası”nın vətəndaşı olmaq üçün geniş dünyagörüşünə sahib, müxalif fikirlərə qarşı tolerant, elmi mübahisə etikasına malik olmaq kimi keyfiyyətlər tələb edilirdi. XIX əsrdə ixtisaslaşmış elmi jurnalların nəşri akademik kommunikasiyada yeni mərhələnin əsasını qoydu. Şəxsi məktubların yerini alan elmi jurnallar mötəbər bilik mənbəyinə çevrildi. Qısa zamanda daha çox insana informasiya ötürən bu nəşrlər akademik kommunikasiyanın keyfiyyətini yüksəltməklə yanaşı, alimləri öz ətrafında sıx birləşdirməyə də nail oldu. Müasir günümüzdə də alimlər arasında dialoq və ünsiyyət akademik kommunikasiyanın ayrılmaz tərkib hissələrindən biridir. Belə ki, elmi-texniki tərəqqi elmi araşdırma və kəşflərin sürətlə yayılmasına səbəb olmuş, informasiya texnologiyalarının inkişafı dünyanın hər bir tərəfi ilə anında ünsiyyətə girmək imkanı yaratmışdır. “Scientific communication” isə elmi biliklərin alimlərdən cəmiyyətə ötürülməsini nəzərdə tutur və müvafiq olaraq “xarici elmi kommunikasiya” kimi adlandırılmalıdır. Bu sahələri hüquqi və fiziki şəxslər baxımından fərqləndirsək, birinci halda elm xadimlərinin bir-biri ilə, ikinci də isə elm adamlarının cəmiyyətin müxtəlif təbəqələri ilə (şagird, tələbə, dövlət strukturları, media) ünsiyyəti nəzərdə tutulur. Akademik kommunikasiya məzmun baxımından 2 böyük sahəyə ayrılır: tədris və tədqiqat. Bunlara akademik kommunikasiya prosesinin mərhələlələri də demıək mümkündür. Bu proses tədrislə başlayır. Hər bir kəs akademik kommunikativ münasibətlərə təhsil almağa başladığı zamandan qoşulur. İlkin təməlləri orta məktəbdə atılan elmi təfəkkür və dünyagörüşün sistemli şəkildə inkişafı universitet dövrünə təsadüf edir. Biz ali təhsil aldığımız zaman akademik elmlə tanış olur, gələcək həyatımızda elmin yerini müəyyənləşdiririk. Tədris prosesində akademik kommunikasiya təhsilalan ilə təhsilverənlər arasında şifahi-yazılı formada reallaşan bilik və bacarıqların mübadiləsi, müzakirəsi, eyni zamanda qiymətləndirilməsi prosesidir. Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, Təhsil Qanununa, digər normativ hüquq aktlarına, Azərbaycan Respublikasının imzaladığı beynəlxalq müqavilələlərə uyğun müəyyən edilir. Bu qanunlar Azərbaycan vətəndaşlarına qanunvericilikdə nəzərdə tutululmuş qaydada təhsil müəssisələrinə qəbul olunmaq, təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisasını dəyişmək, dövlət standartlarına uyğun keyfiyyətli təhsil almaq və s. yanaşı, elmi işlə məşğul olmaq hüququ da verir. Mühazirələrin dinlənilməsi və qavranılması, akademik dərsliklərdə əks olunan elmi məlumatların mənimsənilməsi ilə başlanan kommunikasiya prosesi, daha sonra kurs işləri, referat, elmi məqalə, dissertasiya kimi daha mürəkkəb yazılı formaların hazırlanması ilə davam edir. Qeyd etdiyimiz kimi, akademik kommunikasiyanın digər mərhələsi tədqiqatdır. Təhsil dövründə kiçik həcmlərdə aparılan tədqiqat işləri prosessional elmi fəaliyyətdə həcm, əhatə dairəsi, tədqiqat üsulları və s. baxımından xeyli mürəkkəb sistem xarakteri alır. İstənilən sahədə elmi tədqiqat işi aparmaq, ilk növbədə bilik bazası, analitik təhliletmə qabiliyyəti, dəqiq müşahidə, məntiqlə nəticə çıxarmaq və obyektivlik kimi keyfiyyətlər tələb edir. Beləliklə, akademik kommunikasiya bir neçə istiqaməti özündə birləşdirən mürəkkəb informasiya mübadiləsi sistemidir. Daha dəqiq desək, akademik kommunikasiya həm elmi kəşf və nəzəriyyələrin, bilik və təcrübələrin mübadiləsini, eyni zamanda əldə olunan bilik və təcrübələrin ictimaiyyətlə paylaşmağı və ən mühümü isə bunların tədrisini özündə birləşdirir. Akademik kommunikasiyanın bir elm sahəsi kimi yaranması isə XX əsrin sonlarına təsadüf edir. 1985-ci ildə ingilis genetiki Uolter Bodmer Kral Cəmiyyətinin iclasında “Public Understanding of Science” (Elmin cəmiyyət tərəfindən anlaşılması) adlı məruzə ilə çıxış edərək eyniadlı hərəkata start verdi. Məruzənin əsas tezisi ondan ibarət idi ki, elmin cəmiyyət tərəfindən anlaşılması milli yüksəlişin əsasını təşkil edərək dövlət və özəl sektorlarda qəbul edilən qərarların keyfiyyətini artıra, bununla da hər bir insanın həyat rifahının yaxşılaşmasına səbəb ola bilər. Mövzu10. Elmi tədqiqatların aparılma qaydaları Müasir dünyada elm cəmiyyətin aparıcı gücü və gələcək rifahı üçün ən önəmli sahədir. Bütün dövlətlərdə elmi-texniki tərəqqi cəmiyyətin inkişaf strategiyasının əsas prinsiplərindən biridir. Elmi araşdırma və təcrübələrin aparılmasına maksimum münbit şəraitin yaradılması, bir çox hallarda dövlət tərəfindən maliyyələşməsi məhz bununla bağlıdır. Dünyanın ən aparıcı universitetlərinin eyni zamanda elmi-tədqiqat institutları kimi fəaliyyət göstərməsi bir tərəfdən elm və təhsilin paralel inkişafını təmin edir, digər tərəfdən də istedadlı tələbələrin elmi fəaliyyətə cəlb edilməsi, elmi təcrübə və araşdırmalarda iştirak etməsinə şərait yaradır. Elmi işlər deyərkən müəyyən araşdırmaların nəticələrini özündə əks etdirən məqalə, tezis, dissertasiya, monoqrafiya, dərslik və s. nəzərdə tutulur. Tədqiqata cəlb edilən mövzu növ və həcmindən asılı olmayaraq elmi üslubda yazılmalıdır. Bütün elmi tədqiqatlar yeni biliklərin əldə olunması, tətbiq edilməsi və cəmiyyətə xidmət etməsi üçün aparılır. Lakin hər hansı bir elmi işin bütün cəmiyyət tərəfindən anlaşılması da mümkün deyil. Elmi dil elmi idrak fəaliyyətinin maddi ifadəsinə xidmət edən xüsusi işarələr sistemidir. Bu dil müxtəlif elmi məlumatları almağa istəkli və dərk etməyə hazır olan insanlar üçün nəzərdə tutulub. Ümumiyyətlə, vahid “elmi dil”, yəni “elmi dildə vahid yazma üsulu varmı?” sualının birmənalı cavabı belədir: nə qədər elm sahəsi varsa, bir o qədər də spesifik yazı üslubu var. Lakin elmin xarakter (təbiət , dəqiq, humanitar və s.) və janrından (məqalə, tezis, monoqrafiya və s.) asılı olmayaraq elmi üslubun bir sıra ümumi xüsusiyyətləri də vardır. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar: 1. Müddəa, bəyan və ifadələrin öncədən ətraflı düşünülməsi; 2. İfadənin monoloji xarakteri; 3. Əsaslandırılmış faktlar; 4. Fikirlərin sistemli və məntiqi ardıcıllığı; 5. Mövzu ilə bağlı ədəbiyyatlara istinadların verilməsi; 6. Terminoloji leksikadan istifadə. Hər hansı tədqiqata başlamaq üçün ilk olaraq problem-sual müəyyən edilməlidir. Başqa sözlə, tədqiqat mövzusu və tədqiqat problemi təyin edildikdən sonra tədqiqatçının cavablamaq istədiyi sual dəqiqləşdirilməlidir. Tədqiqatın məqsədi nə qədər aydın və birmənalı olarsa, araşdırma üsul və metodlarının seçilməsi də bir o qədər asan və uğurlu olacaq. Cavablanacaq sual bir növ araşdırmanın hədəflərini təyin edir. Tədqiqat prosesində hədəfdən yayınmamaq çox önəmlidir. Bəzən araşdırdığımız mövzu ilə bağlı o qədər çoxşaxəli informasiya alırıq ki, ilk qoyduğumuz hədəf unudulur, təqqiqatın istiqaməti fərqli yönə çevrilir. Bu, tamamilə yolverilməzdir. Xüsusən də elmi fəaliyyətin ilk dövrlərində daha konkret məsələlər ətrafında araşdırmalar aparmaq tövsiyə olunur. Mövzunu incələyərkən sizə maraqlı gələn nüansları bir kənara qeyd edərək əsas hədəf ətraflnda çalışmaq lazımdır. Bundan əlavə, tədqiqata başlamaq üçün mövzu ilə bağlı müəyyən mühakimələrə də sahib olmalısınız. Bu mühakimələr məsələ ilə bağlı müşahidə etdiyiniz, sınaqdan keçirdiyiniz, sizə doğru və yanlış gələn məlumatlar, faktlardır. Ümumiyyətlə, hər bir elmi araşdırmanın strukturunda sistem təşkil edən elementlər mövcuddur. Bu elementlər sırasında ən önəmli olanları aşağıdakı kimi sıralamaq olar: 1. Müddəa, bəyan və ifadələrin öncədən ətraflı düşünülməsi; 2. İfadənin monoloji xarakteri; 3. Əsaslandırılmış faktlar; 4. Fikirlərin sistemli və məntiqi ardıcıllığı; 5. Mövzu ilə bağlı ədəbiyyatlara istinadların verilməsi; 6. Terminoloji leksikadan istifadə. Düzgün elmi araşdırma aparmaq, biliklərdən məqsədəuyğun şəkildə istifadə etmək üçün bu elementlərdən hər birinin funksiyasını bilmək, fərqini anlamaq lazımdır. Faktlar – empirik (təcrübədən əldə edilmiş) məlumatlar olaraq reallığın bir parçasıdır və elmin təməlini təşkil edir. Elmin inkişafı bir qayda olaraq köhnə nəzəriyyə çərçivəsində proqnozlaşdırılması və izahı olmayan yeni faktların ortaya çıxması hesabına mövcud nəzəriyyənin təkmilləşdirilməsi və dəyişdirilməsidir. Müşahidə və təcrübələrin elmi fakt hesab edilməsi üçün isə 2 şərt lazımdır: 1. təkrar müşahidə və təcrübələr; 2. sistemləşdirmə, təsnifat və ümumiləşdirmə kimi nəzəri təhlillər. Hipotez – bir faktın, hadisənin və ya prosesin doğruluğu və yanlışlığı haqqında izahat vermək və ya nəticə çıxarmaq üçün irəli sürülən fərziyyədir. Hipotezin bir sıra xarakterik xüsusiyyətləri var: 1. Aktuallıq, başqa sözlə reallığı əks etdirmək. Hər bir hipotez müşahidə aparılaraq qeydə alınmış faktlara əsaslanmalıdır; 2. Empirik sınaq, müşahidə və təcrübələrdən keçərlilik; 3. Tədqiqatın əsasını təşkil edən elmi hədəflə uyğunluq; 4. İzahedici keyfiyyət. Hipotez izahedici xarakterdə olmalı, müəyyən qədər real fakt və gedişata açıqlama gətirə bilməlidir; 5. Hipotezlər ixtiyari və subyektiv xarakterdə olmamalıdır. Araşdırmanın gedişində öncə ilkin hipotez formalaşdırılır. Daha sonra bu hipotez yoxlanılır, dəqiqləşdirilir, müəyyən əlavələr edilir, bəzən isə tamamilə dəyişdirilir. Hesab edilir ki, elmi tədqiqata bir hipotezlə davam etmək düzgün deyil. Ən azı 2 hipotezlə işləmək lazımdır. Əsas hipotez və onun əksi olan konturhipotez. Nəzəriyyə - Elmi nəzəriyyələrin yaradılması tədqiqatın bütün obyekt və hadisələri haqqında müəyyən material toplandıqdan sonra baş verir. Buna görə də nəzəriyyələr hər hansı bir tədqiqatın yekun dövründə ortaya çıxır. Bir sözlə, elmi nəzəriyyələrin yaranması uzun zaman və gərgin əmək tələb edən bir prosesdir. Nəzəriyyələr yarandıqdan sonra onun elmi cəmiyyət tərəfindən müzakirə edilərək qəbul olunması, tətbiq edilərək dəfələrlə sınanması da prosesin tərkib hissəsidir. Elmi nəzəriyyələr fəaliyyət və təyinat xarakterinə görə bir sıra funksiyaları yerinə yetirir: 1.Təsviredici; 2.İzahedici; 3.Proqnozlaşdırıcı; 4.Metodoloji Elmi nəzəriyyə müəyyən bir sahə, anlayışla bağlı əlaqə və qanunauyğunluqları bütövlükdə təqdim etməyə imkan verən ifadələr toplusu olmaqla mövcud biliklərin təşkilinin ən yüksək inkişaf etmiş formasıdır. Nəzəriyyə, ilk növbədə alınan bilikləri sistemləşdirməli, aydın ardıcıllıqla qurmalıdır. Bütün faktlar, prinsiplər, qanun və qanunauyğunluqlar inteqral biliklər sistemində təqdim edilməlidir. Bütün bunları elmi nəzəriyyənin təsviredici funksiyası yerinə yetirir. Əldə olunan nəticələri, yeni formalaşdırılmış prinsipləri, eksperimental faktları, və s. əvvəl məlum olanlarla müqayisəli şəkildə analiz edərək təqdim etmək isə elmi nəzəriyyənin izahedici funksiyasına aiddir. Üçüncü, proqnozlaşdırıcı funksiya ilk iki funksiya əsasında qurularaq gələcək haqqında təsəvvür yaratdığı üçün mühüm əhəmiyyət kəsb edir. Proqnozların düzgün hesablanması prioritetləri təyin edərək daha perspektiv sahələrə diqqət yetitmək imkanı yaradır. Nəhayət, nəzəri prinsip və qanunauyğunluqlar əsasında elmi-tədqiqat fəaliyyətinin metod və üsulları formalaşır. Unutmaq lazım deyil ki, fundamental nəzəriyyələr tədqiqatçıların dünyagörüşünü, elmin metodologiyasını dəyişməklə bərabər, bəzən bütün dünyanı yenidən qurur. Metod anlayışı. İstənilən elmi tədqiqatın planlanmasının kökündə mövcud elmi metodlar durur. Elmi metod elmi və idrak fəaliyyəti çərçivəsində obyektiv gerçəkliklə bağlı biliklərin aşkar edilməsi prosesində tənzimləyici prinsiplər, üsullar və metodlar sistemidir. Metod hər hansı bir fenomen və prosesin nəzəri, təcrübi baxımdan öyrənilməsi üsulu olub elmin əsas vəzifəsi sayılan obyektiv reallığın qanunlarını kəşfetmə vasitəsidir. Qədim yunan sözü olan “metod” məqsədə çatmaq üçün yol deməkdir. Buna görə də sözün geniş mənasında metod dedikdə konkret problemi həll etmək, təcrübi və ya nəzəri məqsədə nail olmaq üçün həyata keçirilməli olan rasional fəaliyyətlərin məcmusu başa düşülür. İnsan fəaliyyətinin istənilən sahəsi üçün müəyyənləşmiş metodlar mövcuddur. Obyektiv biliklər əldə etmək üçün əsas vasitəyə çevrilən elmi metodların meydana çıxması və inkişafı öncə fəlsəfənin, sonra isə elmin yaranması ilə bağlıdır. Çünki məhz fəlsəfə ilk dəfə rasional-nəzəri dünyagörüş tipini ortaya qoymuş, daha sonra isə bu istiqaməti müxtəlif elmlər davam etdirmişdir. Elmi biliklərin əldə olunması tarixən inkişaf edən bir proses kimi insan təcrübəsi ilə təsdiq edilərək sübut olunan dünya haqqında etibarlı biliklərin meydana çıxmasına yönəlmişdir. Elm təkcə insanın gündəlik həyatda qarşılaşdığı obyektləri deyil, uzaq gələcəkdə mənimsəyə, qavraya biləcəkləri obyektləri də araşdırır. Bu baxımdan da elmi metodun düzgün seçilməsi tədqiqatın uğurunu təmin edən mühüm şərtlərdən biridir. Elmi işlərin aparılmasında iki fundamental metod tipi mövcuddur: 1.İnsanın ümumidrak prosesləri ilə bağlı həm elmi, həm də praktiki bilikləri aşkar edən universal metod. 2.Yalnız elmi idrakla bağlı metodlar. Bu metod özü də 2 yerə bölünür: 1) empirik elmi metodlar; 2) nəzəri elmi metodlar. Universal və ümumi elmi metodlarla yanaşı, yalnız konkret elmi fənlər çərçivəsində işlənən, tətbiq olunan və təkmilləşdirilən spesifik xarakterli yüksək ixtisaslaşdırılmış metodlar mövcuddur. Nəzəri və empirik tədqiqatın fənlərarası metodları, o cümlədən konkret tədqiqat metodları əsasən yüksək ixtisaslaşdırılmış idrak təcrübələridir. Elmdən elmə dəyişən belə metodların əhatə dairəsinə, məsələn, fiziki eksperimentin aparılması metodologiyası, biologiyada eksperimentin metodologiyası, sosiologiyada sorğu metodologiyası, tarixdə mənbələrin təhlili metodologiyası, və s. aiddir. Elmi və idrak fəaliyyətinin növündən asılı olmayaraq, istənilən elmi metod üç fundamental prinsipə - obyektivliyə, sistemliliyə və təkrar istehsala əsaslanır. - Obyektivlik idrak subyektinin öz obyektindən uzaqlaşdırılmasını nəzərdə tutur, yəni tədqiqatçı subyektiv fikirlərin elmi idrak prosesinə təsir göstərməsinə imkan vermir. - Sistemlilik elmi və idraki fəaliyyətin nizamlılığını nəzərdə tutur, yəni elmi bilik prosesi sistemli, nizamlı şəkildə həyata keçirilir. - Təkrarlanabilirlik elmi biliklər prosesinin bütün mərhələlərinin digər tədqiqatçıların rəhbərliyi altında oxşar, ardıcıl nəticələr əldə edərək təkrarlana (çoxaldıla) və bununla da onların etibarlılığının yoxlanıla biləcəyini nəzərdə tutur. Nəticələr təkrarlana bilmirsə, onlar etibarlı hesab edilə bilməz. Elmi-nəzəri tədqiqatlarda istifadə edilən universal metodlar bunlardır: 1.Analiz və sintez. Bizi özündə bir çox element, xassə və əlaqələrin birləşməsindən ibarət sistem təşkil edən obyektlər əhatə edir. Elmin əsas vəzifələrindən biri isə dünyanı əlaqə və münasibətlərin məcmusunda, dəyişmə və inkişaf prosesində dərk etməkdir. Bütövü tam dərk etmək üçün onu elementlərə, hissələrə ayıraraq tədqiq edən metod analizdir. Sintez isə əksinə hissələrinə bölünmüş obyektin xüsusiyyət, xassə və əlaqələrini bir araya gətirərək bütövlükdə təqdim edən idrak üsuludur. Analiz və sintez insan təfəkkürünün əsasında duran ən elementar və sadə idrak üsulları olmaqla bərabər, eyni zamanda onun bütün səviyyə və formalarına xas olan ən universal metodlardır. 2.İnduksiya və ya deduksiya. Elmi tədqiqat prosesində tədqiqatçı çox vaxt mövcud biliklərə əsaslanaraq elmə məlum olmayan nəticə çıxarmalı olur. Məlumdan naməluma keçərək tədqiqatçı ya ayrı-ayrı faktlar haqqında biliklərdən istifadə edərək, ümumi prinsiplərin kəşfinə yaxınlaşa bilər, ya da əksinə, ümumi prinsiplərə söykənərək, konkret hadisələr haqqında nəticə çıxara bilər. Belə bir keçid induksiya və deduksiya kimi məntiqi əməliyyatların köməyi ilə həyata keçirilir. İnduksiya müəyyən xüsusi detallar əsasında ümumi nəticənin qurulduğu əsaslandırma və tədqiqat üsuludur. İnduktiv təfəkkürün elmi əsasını canlı aləmdə mövcud olan hadisələr arasındakı universal əlaqələr təşkil edir. Deduksiya isə ümumi mülahizələrə əsaslanaraq daha kiçik hissə ilə bağlı nəticə çıxaran əsaslandırma üsuludur. Qısa olaraq, induksiya xüsusidən ümumiyə, deduksiya isə ümumidən xüsusiyə doğru istiqamətlənmiş təqdiqat üsuludur. 3.Abstraktlaşdırma və ümumiləşdirmə. Abstraktlaşdırma tədqiq olunan cisim və hadisənin bir sıra xassə və əlaqələrini nəzərə almadan yalnız tədqiqatçını maraqlandıran cəhət və münasibətlərin araşdırılması üsuludur. Təfəkkürün abstraksiya fəaliyyətinin nəticəsi həm ayrı-ayrı anlayışlar, həm kateqoriyalar, həm də onların sistemləri olan müxtəlif növ abstraksiyaların formalaşmasıdır Abstraksiya prosesi bir tərəfdən ayrı-ayrı xassələrin nisbi təcrid olmasını, digər tərəfdən isə xassələrin və tədqiqatçı üçün maraq doğuran münasibətlərin seçilməsini nəzərdə tutan iki mərhələli xarakter daşıyır. Obyektiv reallığın predmetləri sonsuz sayda müxtəlif xassə, xüsusiyyət və əlaqələrə malikdir. Bu xassələrin bəziləri bir-birinə bənzəyir və biri digərini müəyyən edir, bir qismi isə fərqli və nisbətən müstəqildir. İdrak və təcrübə prosesində hər şeydən əvvəl ayrıayrı xassələrin nisbi müstəqilliyi bərqərar olur, onların arasından predmeti dərk etmək və onun mahiyyətini açmaq üçün mühüm əhəmiyyət kəsb edənlər seçilir. Belə bir seçim prosesi onu deməyə əsas verir ki, bu xassələr və münasibətlər xüsusi əvəzedici əlamətlərlə təyin olunmalıdır, bunun sayəsində onlar şüurda abstraksiyalar kimi sabitləşirlər. Ümumiləşdirmə əşya və hadisələrin ümumi xassələri və xüsusiyyətlərini izah edən idrak üsuludur. Ümumiləşdirmə əməliyyatı xüsusi və ya daha az ümumi anlayışdan və mühakimədən daha ümumi anlayışa və ya mühakiməyə keçid kimi həyata keçirilir. Ümumiləşdirmə abstraksiya ilə sıx əlaqədə həyata keçirilir. Düşüncə bir sıra obyektlərin bəzi xassələrini və ya münasibətini mücərrədləşdirdikdə, onların vahid sinifdə birləşməsi üçün zəmin yaranır. Bu sinfə daxil olan obyektlərin hər birinin fərdi cəhətlərinə rəğmən onları birləşdirən amillər ümumi xüsusiyyət kimi çıxış edir. Ümumiləşdirmə nəinki empirik tədqiqatlarda, bəzən nəzəri biliklərin qurulmasının ilk mərhələlərində də geniş istifadə olunur. Empirik tədqiqat metodları içərisində isə ən önəmliləri bunlardır: Müşahidə - insanın baş verənləri anlamaq üçün ətraf mühiti izləməsidir. Müşahidə uzun sürən və dəfələrlə təkrar edilən bir prosesdir. Unutmaq lazım deyil ki, elmin inkişafı məhz müşahidə vasitələrinin ixtirası ilə mümkün olmuşdur. Bunlara misal olaraq, teleskop, mikroskop və s. göstərmək olar. Təsvir -müşahidə nəticəsində ortaya çıxan fakt və hadisələrin şərh və izahıdır. Müqayisə - hər hansı fenomen və hadisəni anlamaq və dərk etmək üçün ən çox istifadə etdyimiz metoddur. Müqayisə yalnız bir-birinə bənzər fenomenlər arasında aparılmalıdır.Tamamilə fərqli predmet və hadisələrin müqayisəsi metodoloji baxımdan düzgün hesab edilmir. Mövzu 11. Şifahi akademik kommunikasiya Akademik kommunikasiyanın şifahi və yazılı formaları mövcuddur. Hər iki forma akademik kommunikasiyanın ümumi xüsusiyyəti olan elmi biliklərin mübadiləsini ehtiva etsə də özünəməxsus cəhətlərə də malikdir. Şifahi akademik kommunikasiyanın ən populyar növləri mühazirə və məruzədir. Məlum ollduğu kimi, əsrlər boyu ali təhsil ocaqlarında tədrisin təşkili mühazirəseminar formasında həyata keçirilir. Mühazirə sözünün latın dilində qarşılığı “oxuma”dır. Belə ki, orta əsr universitetlərində müəllimlər dərz zamanı bu və ya digər kitabı ucadan oxuyar, lazım gələrsə çətin və anlaşıllmaz məqamların izahını verərdilər. Müasir günlərimizdə də mühazirə müəllim və tələbə arasında ən mühüm birbaşa kommunikasiya formasıdır. Mühazirə aydın, dolğun, düzgün ardıcıllıqla, məntiqi cəhətdən sistemləşdirilmiş və ən mühümü fənn proqramını tam əhatə edən materiallar toplusudur. Mühazirədə fənnin əsas ideya və məzmununun tam əhatə olunmasına diqqət yetirilir və sonrakı müstəqil işlərin istiqamətləri müəyyənləşdirilir. Tədris prosesində mühazirə aşağıdakı funksiyaları yerinə yetirir: - məlumatlandırıcı (tədris materialına uyğun yeni bilik və informasiyanın ötürülməsi); - yönləndirici (ixtisas, gələcək peşə və akademik intizamla tanışlıq); - metodoloji (müvafiq elmin metodologiyası, elmi-tədqiqat metodları ilə bağlı təsəvvürün formalaşdırılması); - həvəsləndirici və stimullaşdırıcı (fənni müstəqil öyrənməyə, tədqiqat işinə, özünütəhsil və peşəkar inkişafa təşviq); - tərbiyəvi (dəyərlərin dərk edilməsi və qəbulu; öyrənilən materialın məzmunu vasitəsilə dünyagörüşünün, münasibətlərin formalaşdırılması, mühazirəçimüəllimlə ünsiyyət); - inkişafetdirici (təfəkkürün, nitqin, yaddaşın, xüsusi qabiliyyətlərin və s. inkişafı). Mühazirələr üçün xarakterik olan əsas cəhətlər isə bunlardır: -ən azı 10-15 səhifəlik (bir mövzu üçün) material; - məntiqi konstruksiyaların, sübutların və ümumiləşdirmələrin əsaslılığı, mürəkkəbliyi; - müvafiq elm sahəsinin əsas anlayışlar sisteminin , metodologiyasının izahı; - fəndaxili və fənlərarası əlaqələrin əsaslandırılması; - nəzəriyyə və təcrübənin inkişaf səviyyəsinin təhlili və elmi qiymətləndirilməsi; - tələbələrin peşəkar inkişafı üçün tədris edilən fənnin və müvafiq elmin əhəmiyyətinin əsaslandırılması. Tədris prosesində bir neçə mühazirə növündən istifadə olunur. Bunların arasında “giriş mühazirə”, “istiqamətrverici mühazirə”, “icmal mühazirə”, “yekun mühazirə” və s. göstərmək olar. Strukturuna gəlincə isə tip və növündən asılı olmayaraq mühazirə üç hissədən ibarət olmalıdır: giriş, əsas hissi və nəticə. Girişdə lektor mühazirə mövzusunun məqsədini, toxunduğu məqamları, əhatə etdiyi məsələləi izah etməklə tələbələrin diqqət və marağını cəld etməli, bir növ auditoriyanı bu mövzu ətrafında düşünməyə, dinləməyə, yeri gələrsə dialoqa qoşulmağa hazır vəziyyətə gətirməlidir. Bu baxımdan mühazirənin giriş hissəsinin mükəmməl hazırlanması çox önəmlidir. Mühazirənin girişi ağır elmi dildə olmamalı, terminoloji leksikadan az istifadə edilməlidir. Unutmaq lazım deyil ki, mühazirə şifahi akademik kommunikasiya formasıdır və yazılı elmi dillə müqayisədə daha aydın və anlaşıqlı hazırlanmalıdır. Mühazirənin əsas hissəsi bütünlükdə mövzunun şərhi və izahına həsr olunur. Bu hissə tamamilə elmi xarakter daşımalı, nəzəri məlumatlar müvafiq elmi ədəbiyyatdakı fikirlərə uyğun olmalı, məsələ ilə bağlı mübahisəli məsələlərdən yan keçilməməlidir. Ali məktəb təhsilinin ən mühüm keyfiyyətlərindən biri də məhz budur. Müəyyən mövzularla bağlı alimlərin müxtəlif fikirlərini, fərqli yanaşma tərzlərini tələbələrə olduğu kimi çatdırmaq, onların mövqeyini, hansı alimin müddəalarına üstünlük verdiklərini öyrənmək, bir sözlə düşünməyə, müqayişə edib nəticə çıxarmağa yönləndirmək universitet təhsilinin əsas məqsədlərindən biridir. Nəticə isə mühazirədə izah olunan məsələlərin məntiqi yekunu, ümumiləşdirilmiş icmalıdır. Nəticədə mühazirə zamanı ortaya çıxmış elmi biliklər, müddəa və qanunauyğunluqlar bir daha qısa şəkildə vurğulanır. Daha doğrusu, bu mühazirədən nələr öyrəndik sualına cavab verilir. Mühazirə formasında dərs müasir təhsil sistemimizin əsasını təşkil etsə də burada da bəzi çatışmazlıqlar mövcuddur. Əsas problem passiv dinləyici məsələsidir. Təcrübə göstərir ki, bəzən hərtərəfli hazırlanan və təqdim olunan mühazirələr belə auditoriyanın marağını cəlb edə bilmir. Müasir dövrdə müxtəlif texniki vasitələrin tətbiqi ilə informasiyanın vizual şəkildə təqdimolunması mühazirələrin daha dinamik və cəlbedici təşkil edilməsinə şərait yaradır. Vizuallaşdırma verbal (sözlü) informasiyanın vizual (görüntülü) formaya transformasiyasını nəzərdə tutur ki, bu, abstrakt və nəzəri anlayışların təsəvvürünə şərait yaradaraq yalnız eşitmə deyil, görmə orqanlarının da informasiyanın qəbulu prosesində iştirakını təmin edir. Qərb təhsil sistemmində tələbələrdə idrak proseslərini sürətləndirmək, dinləmə keyfiyyətini artırmaq üçün “ikilikdə mühazirə”, “səhv hazırlan mühazirə” kimi variantlardan da istifadə edilir. “İkilikdə mühazirə” iki müəllimin eyni mövzu ətrafında dialoq, fikir mübadiləsi, mübahisəsi əsasında qurulur ki, məqsəd auditoriyanı da müzakirəyə qoşmaq, tələbələrin də mülahizələrini eşitməkdir. Bu tərz mühazirələr üçün adətən problemli mövzular seçilir, material mövzu ilə bağlı müxtəlif baxış və ziddiyyətli yanaşmalar formasında təqdim edilir. “Səhv hazırlanan mühazirə”lər də tələbələrin aktivliyini artırmaq məqsədi güdür. Bu tip mühazirələrin aparılması metodikası aşağıdakı kimidir: Mövzu elan edildikdən sonra müəllim mühazirədə məzmun və metodik baxımdan səhvlərin olduğunu elan edir. Səhvlərin miqdarı isə mövzunun həcmi və auditoriyanın hazırlıq səviyyəsindən asılıdır. Müəllim və tələbələr arasında tam etibarı təmin etmək üçün səhvlərin siyahısı əvvəlcədən hazır şəkildə olmalıdır. Mühazirənin sonunda tələbələr müəllimin buraxdığı səhvləri adlandırmalı və düzəltməlidirlər. Hər iki mühazirə tipi tələbələrin aktivlivliyi üçün zəmin yaradır, onlarda informasiyanı sadəcə qəbul etməklə kifayətlənməmək, analiz və qiymətləndirmə aparmaq bacarıqlarını da inkişaf etdirməyə sövq edir. Məruzələr elmi konfrans və seminarlarda şifahi formada ifadə edilən kommunikasiya növüdür. Belə konfransların təşkil edilməsində əsas məqsəd iştirakçıları müxtəlif elmi tədqiqatların nəticələri ilə tanış etmək, elmdə mübahisəli, həllini tapmayan problemləri birgə müzakirə etməkdir. Məruzə xüsusi struktura malik şifahi akademik kommunikasiya növüdür. Bütün məruzələr bir qayda olaraq giriş hissə ilə başlayır. Girişdə qısa olaraq elmi işin mahiyyəti izah edilir, daha sonra məqsəd və vəzifələri təqdim olunur. Tədqiqatın məqsəd və vəzifələri qısa və sayı çox olmayan bəndlər şəklində olmalıdır. Əks təqdirdə hər bəndin izahı uzun zaman tələb edəcək. Məruzənin ən geniş bölümü təbii ki, əsas hissəsidir. Burada tədqiqat prosesinin gedişi, qoyulan vəzifələrin həyata keçirilməsi üçün atılan addımlar ətraflı izah edilməlidir. İşin təqdimatında sxem, cədvəl və foto şəkillərdən istifadə məlumatın daha vizual formada çatdırılmasını təmin edir. Son olaraq işin nəticəsi ortaya qoyulur. Nəticənin də icmal formada olması, qısa və konkret bəndlər şəklində verilməsi tələb edilir. Məruzədəçidə isə 3 əsas keyfiyyət cəmlənməlidir: analiz aparmaq, nəticələri dinləyicilərə dəqiq çatdırmaq və suallara mükəmməl cavab vermək. Məruzənin əsas keyfiyyətləri bunlardır: - mümkün qədər qısa və aydın cümlələrdən istifadə etmək; - terminoloji leksikadan az istifadə etmək; - işin önəmli yerlərinə xüsusi vurğulamaq; - mövzunu slayd formasında təqdim etmək; - jest və mimikalardan düzgün istifadə etmək. Mühazirə və məruzə bir-birinə bənzər elmi mətn nümunəsi olsa da aralarında incə fərqlər də vardır. Məruzə bir qayda olaraq, müəyyən bir mövzuda faktların kifayət qədər konkret, aydın, ciddi sıralanmış siyahısıdır. Mühazirə isə lektorun bu faktlara və ya bütövlükdə mövzuya baxışının təqdim edilməsini, onun fakt və hadisələri şərh etməsini nəzərdə tutur. Mühazirə materialın təqdimatında daha çox sərbəstliyi və mühazirəçi ilə auditoriya arasında kifayət qədər intensiv ünsiyyəti nəzərdə tutur. Mühazirədə mövzu ilə bağlı artıq elmə məlum olan faktlar, müxtəlif alimlərin fikirləri bir arada təqdim edilir. Elmi məruzə isə daha çox yeni informasiya və təcrübə nəticələrini əks etdirir. Mövzu 12. Yazılı akademik kommunikasiya Yazılı akademik kommunikasiya elmi biliklərin qeydə alınması, saxlanılması və ötürülməsi prosesində əvəzolunmaz rol oynayır. Uzun əsrlərdən bəri filosof, alim və düşüncə sahiblərinin əsərləri bizə məhz yazılı şəkildə gəlib çatmış, elmin inkişafı bu yolla davam etmişdir. Monoqrafiya ən iri həcmli akademik yazı nümunələrindən biridir. Monoqrafiya müəyyən bir mövzunun hərtərəfli araşdırıldığı elmi işdir. Burada mövzu ilə bağlı mümkün qədər çox ədəbiyyat ümumiləşdirilir, təhlil edilir, problemlər diqqətə çatdırılır, fərzsiyyələr irəli sürülür və nəhayət ən optimal həll yolları göstərilir. Monoqrafiyalar adətən geniş biblioqrafik göstəricilər, qeydlər və s. ilə müşayiət olunur. Monoqrafiya bir müəllifin yazdığı əsər yox, konkret bir mövzuya həsr olunmuş tədqiqatdır. Buna görə də fərdi və kollektiv monoqrafiyalar mövcuddur. Elmi mühitdə monoqrafiyaların yazılmasına beşdən çox həmmüəllifin cəlb edilməsi tövsiyə edilmir. Monoqrafiyanın həcminə gəlincə, bununla bağlı heç bir normativ akt yoxdur. Lakin titul vərəqi, ədəbiyyat siyahısı, istinadlar və s. üçün qəbuledilmiş normalar mövcuddur. Dərslik və dərs vəsaitlərindən fərqli olaraq, monoqrafiya digər alimlərin əsərlərinin məcmuəsi və ya məlum faktların ifadəsi ola bilməz. Monoqrafiya müəllifin (yaxud müəlliflərin) şəxsi tədqiqatının nəticələrini, yeni fikirləri, problemin orijinal təhlilini əhatə etməlidir. Dissertasiya işini də monoqrafiya kimi çap etmək mümkündür. Lakin bu zaman onu daha oxunaqlı hala gətirmək, dilini bir qədər sadələşdirmək lazımdır. Dar mütəxəssis dairəsi üçün yazılan dissertasiyalardan fərqli olaraq, monoqrafiyalar daha geniş oxucu kütləsi üçün nəzərdə tutulur. Monoqrafik tədqiqatda elmi-publisistik üslubdan istifadə olunur. Burada dəbdəbəli başlıqlar, frazeoloji birləşmə və obrazlı ifadələrdən istifadə etmək yolverilməzdir. Materialın təqdimatını tədricən yekun nəticələrə çatdırmaq, onları mümkün qədər aydın şəkildə ifadə etmək lazımdır. İstənilən monoqrafiyanın əsas dəyəri məhz nəticələrdir. Dərslik tədris olunan fənnin təsdiqlənmiş proqramını bütünlüklə əhatə edən akademik nəşr növüdür. Dərslikdə bütün mövzular sistemli şəkildə, ardıcıllıqla, başlıq, yarımbaşlıqlar formasında təqdim edilir. Elmi istiqamətə uyğun olaraq cədvəllər, sxem və qrafiklər, müəyyən izahedici terminoloji lüğət, çalışma və tapşiriqların verilməsi də dərsliyə xas xüsusiyyətlərdən biridir. Ali məktəb dərsliklərinin hazırlanmasında diqqətə alınacaq əsas cəhətlər bunlardır: - universitetin (yaxud ixtisasın) texniki və humanitar yönümlü olması; - tələbələrin yaşı və bundan irəli gələn qavrama səviyyələri; - fənnin məcburi, yoxsa seçici olması; - dərsə verilən saatların miqdarı; - fənnin nəzəri, yoxsa praktiki əhəmiyyət daşıması və s. Dərsliklər daim yenilənən tədris vasitəsidir. Elmin durmadan inkişafı, müasir gənclərin tələb və istəklərinin dəyişməsi dərsliklərin mütamadi olaraq yenilənməsini, günün tələblərinə cavab verməsini tələb edir. İnformasiya texnologiyalarınn inkişaf etdiyi, bütün dərslik, dərs vəsaiti və əlavə kitabların əlçatan olduğu dövrdə yüksək səviyyəli dərslik yazmaq müəllifdən savad, təcrübə, müasir tələbləri düzgün qiymətləndirməyi tələb edir. Çünki müasir tələbənin müxtəlif dillərdə əldə edə biləcəyi dərslik sayı istənilən qədərdir. Dərs vəsaiti də tədris proqramına uyğun hazırlanan, dərsliyi tam və ya qismən əvəz edən nəşr hesab olunur. Dərs vəsaitinin hər bölməsində nəzəri materiala uyğun sual və tapşırıqların verilməsi tələb edilir. Əksər hallarda dərs vəsaiti dərsliyə əlavə olaraq hazırlanır. Bəzi istisna hallarda isə dərsliyi bütünlüklə əvəz edə bilir. Dərs vəsaitlərində adətən daha yeni və uyğun tədris materialı verilir, çünki dərsliklə müqayisədə daha tez və operativ hazırlanır. Bununla belə, dərs vəsaitinə daxil edilmiş tədris materialı dərslikdə verilən fundamental biliklərə və müddəalara uyğun olmalıdır. Elmi məqalə ən çox istifadə olunan akademik yazı nümunəsidir. Növündən asılı olaraq elmi məqalələrin məzmuni bir-birindən fərqlənir. İcmal məqsədilə yazılan məqalələrdə müəllif mövcud ədəbiyyatları təhlil edərək mövzunun tədqiqat səviyyəsini qiymətləndirir, həll edilməmiş problemləri və bu sahədə tədqiqat perspektivlərini müəyyənləşdirir. Adətən icmal məqalələr mövzuya dərindən bələd olan, bu sahədə sözünü demiş təcrübəli alimlər tərəfindən yazılır. Elmi məqalənin digər növü hesab edilən eksperimental məqalələrin müəllifləri isə əsasən magistr tələbə, doktorant və yaxud elmdə yeni addımlarını atan gənc alimlər olur. Bu tip məqalələrdə müəəyən konkret tapşırığa əsasən aparılan təcrübə və onun nəticələri ifadə edilir. Növündən asılı olmayaraq elmi məqalələr aydın struktura malikdir və bir qayda olaraq aşağıdakı hissələrdən ibarətdir: - başlıq (başlıq); - annotasiya; - açar sözlər; - griş; - ədəbiyyat icmalı; - əsas hissə; -nəticələr və tədqiqatın gələcək perspektivləri; -biblioqrafiya. Bəs elmi məqalə yazmağa necə başlamaq lazımdır? Hər şeydən əvvəl məqaləni xırda detallarına qədər əhatə edən plan hazırlanır. Sonra addım-addım plana uyğun hərəkət etmək gərəkdir. Məsələn, planın bəndlərindən biri məqaləyə ad seçməkdən ibarətdir. Məqalənin başlığı bir cümlə olsa da onu diqqətlə düşünərək seçmək üçün zaman ayırmağa dəyər. Başlıq məqalənin məzmununu tam əks etdirməklə yanaşı cəlbedici olmalıdır. Əks halda bu qədər informasiya axını içərisində sizin işniz diqqətdən kənarda qala bilər. Məqalənin oxucu marağına səbəb olması üçün annotasiyanın da düzgün və keyfiyyətli hazırlanması önəmlidir. Annotasiya elmi məqalənin məqsəd, məzmun və digər xüsusiyyətlərinə görə qısa təsviridir. O eyni zamanda məqalənin aktuallığını da müəəyən edir. Oxucu annotasiya ilə tanış olduqdan sonra məqaləni oxuyub-oxumayacağına qərar verir. İşin praktiki və elmi əhəmiyyəti, həyata keçirilən metodologiya, əldə edilmiş nəticələr haqqında məlumatlar da annotasiyada öz əksini tapmalıdır. Annotasiyada rəqəm, cədvəl, vizual materialların istifadəsi tövsiyə edilmir. Annotasiyanın mətni elmi üslubun tələblərinə uyğun, aydın, yığcam, anlaşılmaz sözlərə yol vermədən hazırlanır. Annotasiyanın mətni məqalə ilə eyni olmamalıdır. Açar sözlərin əsas vəzifəsi elmi məqalənin mənasını əks etdirməkdir. Bundan əlavə, açar sözlər həm də müvafiq elektron məlumat bazalarında məqalələri tapmağa kömək edir. Açar sözlər rus və ingilis dillərində tərtib olunur və annotasiyadan dərhal sonra verilir. Tövsiyə olunan miqdar: 4-8 söz. Məqalənin giriş hissəsində tədqiqatın məqsədi ilə bağlı məqamlar açıqlanır. Müəllif öncə mövzu haqqında ümumi məlumatları göstərir sələf alimlərin mövzu haqqında fikir və mülahizələrinə yer verir, problem kimi qiymətləndirdiyi məqamları açıqlayır. Məqalənin giriş hissəsinə daxil olmalı ən vacib məqamları belə qruplaşdırmaq olar: - Tədqiqat predmetinin xassələrinin məqsədi və xüsusiyyətlərinin təsviri; - Elmi məqalənin mövzusunun əhəmiyyət dərəcəsi və digər alimlərin oxşar əsərləri ilə müqayisədə onun yeniliyi; - Problemi nəzərdən keçirərkən ilkin fərziyyələr (əgər varsa); Əsas hissə elmi məqalənin ən geniş və mühüm bölməsi olaraq tədqiqat prosesini, nəticə çıxarmağa imkan verən əsaslandırmaları ortaya qoyur. Məqalə təcrübələrin nəticələrinə əsasən yazılıbsa, bu təcrübələri ətraflı təsvir etmək, mərhələləri və ara nəticələri əks etdirmək lazımdır. Bəzi təcrübələr uğursuz olarsa, uğursuz nəticəyə təsir edən şərtləri və çatışmazlıqların aradan qaldırılması üsullarını izah etmək vacibdir. Bütün tədqiqatlar mümkün qədər əyani şəkildə təqdim olunur. Məqalədə bu məqamlar sxemlər, cədvəllər, diaqramlar, qrafik modellər, düsturlar, fotoşəkillər vasitəsilə göstərilir. Cədvəllər başlıqlarla, qrafik material isə şəkil başlıqları ilə təmin edilməlidir. Hər bir belə element məqalənin mətni ilə birbaşa əlaqəli olmalı, məqalənin mətnində ona istinad keçid verilməlidir. Təcrübə üsullarının təsviri və sxemi o qədər təfərrüatlı olmalıdır ki, hər hansı digər alim mətni oxuyaraq işi təkrarlaya və ideal olaraq oxşar nəticələr əldə edə bilsin. Məqalənin nəticə hissəsində müəllifin əsas nailiyyətləri mücərrəd şəkildə dərc olunur. Bütün nəticələr obyektiv olmalı, müəllifin şərhi olmadan olduğu kimi dərc edilməlidir. Bu, oxuculara əldə edilən məlumatların keyfiyyətini qiymətləndirməyə və onların əsasında öz nəticələrini çıxarmağa imkan verir. Bütün elmi məqalələrin sonunda istinad edilən ədəbiyyat siyahısı əlifba sırasına uyğun şəkildə təqdim edilir. Tezis bir və ya bir neçə cümlə şəklində tərtib edilmiş fikirdir. Yunan dilindən tərcümədə "tezis" sözü "quraşdırma" deməkdir. Fikirləri tezis formasında formalaşdırmaq natiqin, siyasətçinin, təbliğçinin və jurnalistin faydalı keyfiyyətidir. Elmi tezis isə məqalə, məruzə, dissertasiya və s.nin xülasəsidir. Tezis müxtəlif konfranslarda, kütləvi çıxışlarda, dissertasiya müdafiəsində, eləcə də həcm məhdudiyyətləri səbəbindən materialın tam təqdimatı mümkün olmadığı elmi toplularda nəşr üçün, irihəcmli elmi işdə ilkin mərhələ kimi geniş istifadə olunur. Annotasiyadan fərqli olaraq tezisdə orijinal mətndən istifadə oluna bilər. Konfranslara təqdim olunan tezislər 2 növdə hazırlanır. Birinci halda artıq haqqında ətraflı məqalə yazılmış bir tədqiqat işinin tezisi hazırlanır. Məqalədəki əsas fikirləri, alınan nəticələri bəndlər formasında təqdim edilir.. İkinci halda isə tezis aparılması nəzərdə tutulan təcrübənin ilkin detalları, yaxud yazılacaq məqalənin əsas məqamlarını əhatə edir. . Mövzu 13. Kommunikativ proseslərsə nitq. Nitqin tip və növləri İşgüzar və akademik kommunikasiya dil vasitəsilə və nitq prosesində peallaşır. Kommunikasiya üçün “dil” və “nitq” anlayışları çox mühümdür. Hər hansı bir fikir və düşüncənin formalaşmasında dil, ötürülməsində isə nitq xüsusi əhəmiyyət kəsb edir. Bu prosesi daha dərindən anlamaq üçün “dil” və “nitq” anlayışlarının mahiyyətini düzgün dərk etmək, oxşar və fərqli cəhətlərini, funksiyalarını bilmək zəruridir. Uzun zaman dilçilikdə nitq və dil əksəriyyət tərəfindən eyni anlayışlar kimi qəbul edilmişdir. Düzdür, hələ antik dövrdə stoiklər dil və nitq məsələsi barədə müəyyən fikirlər irəli sürməyə cəhd göstərmişlər. Lakin dil və nitqin fərqli anlayışlar kimi tədqiqata cəld edilməsi ənənəsi alman filosof-alimi Vilhelm Humboltla başlayır. Onun bir sıra əsərlərində dil və nitqin sərhədlərinin müəyyənləşməsinə cəhd edilmişdir. Bu sahə ilə bağlı XX əsr dilçisi F.de Sössürün fəaliyyəti daha hərtərəfli və genişdir. Struktur dilçiliyin banisi sayılan F.de Sössürün sistemli dil haqqında təlimində əsas yeri dil və nitqi fərqləndirmək durur. O, belə bir sxem təqdim edir: nitq fəaliyyəti (langage) – nitq (parole) – dil (langua) Nitq fəaliyyəti - konkret nitq aktı, danışıq prosesidir. Nitq – insan danışığının cəmidir. Dil – insanın ünsiyyəti, təfəkkürü və onun ifadəsinə xidmət edən işarələr sistemidir. Dil və nitqi bir-birindən fərqləndirən əsas cəhətlər aşağıdakılardır: 1.Dil ünsiyyət vasitəsi, nitq ünsiyyət prosesidir. Biz bütün ünsiyyətimiz zamanı, istər şifahi, istərsə də yazılı kommunikativ münasibətlərimizdə hakim olduğumuz dil və ya dillərdən, dilin fonetik, leksik, sintaktik vahidlərindən bir vasitə kimi istifadə edərək, daha doğrusu, bu vahidlərdən öz fərdi kombinasiyalarımızı yaradaraq nitq prosesini reallaşdırırıq. Ümumi dil vahidlərindən fərdi nitqimizi qururuq. 2.Dil həcm və keyfiyyət baxımından nitqdən genişdir. Heç bir halda dilin potensialı ilə nitqin potensialı müqayisə edilə bilməz. Çünki nitq dilin təzahür formasıdır. Ən istedadlı, dilin bütün incəliklərinə bələd, uzun illər mütaliə təcrübəsi olan insanın nitqi belə dilin bütün potensialını özündə əks etdirə bilməz. 3.Dil ümumi, nitq isə fərdi xarakter daşıyır. Dil ictimai hadisə olduğu üçün xalqa məxsusdur, nitq isə qeyd etdiyimiz kimi, fərdi insanların danışığının cəmidir. Məsələn, “Azərbaycan xalqının dili” ifadəsi düzgün olduğu halda, “Azərbaycan xalqının nitqi” ifadəsini işlətmək doğru deyildir. 4.Nitqi dildən fərqləndirən başlıca əlamətlərdən biri odur ki, nitq yalnız şəxslər arasında baş verir. Şəxssiz nitq mümkün deyildir. Lakin dil belə deyil. Məsələn ölü dillər hazırda şəxslərarası ünsiyyətə xidmət etməsə də mövcuddurlar və biz onlar üzərində müəyyən tədqiqat işi apara bilirik. 5.Dil nitqə nisbətən sabit, nitq isə dəyişkəndir. Dilin qrammatik quruluşu uzun zaman müddətində formalaşdığı üçün möhkəm bir sistem təşkil edir və az dəyişir. Dil səviyyələri içərisində daha çox dəyişikliyə uğrayan leksik səviyyədir. Qrammatik quruluş isə əsrlər boyu sabit olaraq qalır. Müasir türk dilləri ilə onların əcdadı hesab edilən qədim türk dilinin qrammatikası arasında oxşar cəhətlər fərqlərdən qat-qat çoxdur. Nitqə gəlincə isə fərdi xarakter daşıdığından o daha dəyişkəndir. Bir insanın nitqi zamanla inkişaf edərək təkmilləşə və yaxud deformasiya oluna bilər. Nitqimizi zənginləşdirmək, daha təkmil formaya salmaq bizım əlimizdədir. Dil və nitq arasında fərqləri daha detallı şəkildə belə qruplaşdırmaq olar: Dil Nitq ümumbəşərilik millilik potensiallıq (mümkünlük) gerçəklik (realizə edilmək) ümumilik xüsusilik obyektivlik subyektivlik mücərrədlik konkretlik normalıq üslubilik neytrallıq emosionallıq ümumxalqlıq dialektlik Dil və nitqin funksiyaları arasında da müəyyən fərqlər mövcuddur. 1. Dil ünsiyyət və kommunikasiya vasitəsidir. Bu dilin ən mühüm funksiyasıdır. 2.Dil düşüncə formalaşdırma vasitəsidir, daha dəqiq desək dil təfəkkürümüzün sözlərlə ifadəsidir. 3.Dilin koqnitiv funksiya daşıyır. Dil dünyanı tanımaq, bilik toplamaq və başqa insanlara və sonrakı nəsillərə ötürmək vasitəsidir. Nitqə gəlincə, kommunikativ, emotiv (ekspressivlik), estetik (poetik) funksiyaları göstərmək olar. Bunlardan əlavə, nitq prosesində əşya, hal-hərəkət, vəziyyət, anlayışlar ümumi deyil, daha dar mənada, real vəziyyətdə adlandırılır. Bütün bunlarla yanaşı, dil və nitq biri digərinin təzahürü, biri digərini şərtləndirən anlayışlardır. Dil və nitqin qarşılıqlı münasibətləri obyektiv zərurət kimi mövcuddur. Çünki dil öz varlığını nitqdə, nitq isə mənbəyini dildə tapır. Bütün kommunikativ situasiyalar nitq prosesi ilə qurulur. Nitq prosesində üç başlıca amil mövcuddur. - danışmaq; - eşitmək; - dərk etmək. Düzgün danışmaq, yaxşı eşitmək və normal dərk etmək nitq prosesinin keyfiyyətini təmin edən əsas cəhətlərdir. Nitqin tipləri. Daxili nitq emosional-iradi tənzimləmə vasitəsi və özünütərbiyə üçün şərtdir. Bu nitq növünün köməyi ilə mürəkkəb nitq formaları formalaşır. Daxii nitqi bəzən “təfəkkür laboratoriyası”,“dil laboratoriyası”da adlandırırlar. O, təkcə nitqin inkişafının məhsulu deyil, həm də onun ən mühüm vasitəsidir. Daxili nitq şəxslıərarası ünsiyyət üçün nəzərdə tutulmamışdır. Daxili nitq səssizdir, tələffüz edilmir və daha çox düşüncə prosesi kimi xarakterizə edilir. Daxili nitq 2 formada təzahür edir: şəxsi daxili nitq və daxili oxuma. Şəxsi daxili nitq insanın düşüncələrindən, qısa mühakimələrindən ibarətdir. Daxili oxuma isə hər hansı bir mətnin fikrən təkrarıdır. Məsələn, müəyyən bir məruzə, çıxış və yaxud əzbər şeiri səsli təkrar etmək mümkün olmadıqda daxili oxumadan istifadə edilir. Daxili nitqin əsas xüsusiyyəti onun spesifik sintaktik quruluşa malik olmasıdır. Daxili nitqi qeydə almaq mümkün olsaydı xarici nitqlə müqayisədə qısa, parçalanmış, fraqment şəkilli, tutarsız, qarışıq bir mətn ortaya çıxardı. Daxili nitq nominativ xarakter daşımır, yəni əşya və hadisələri adlandırmır. Bu baxımdan da əksər hallarda cümlədə subyekti ifadə etmir. Daha çox nə edilməli olduğunu, hərəkətin istiqamətini bildirir. Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, daxili nitq predikativ xarakterdədir. Məsələn, “Biz səhər tezdən kəndə getdik”, “Bu gün hava çox soyuqdur” cümlələri daxili nitqdə “getdik” və “soyuqdur” şəklində ifadə olunur. Daxili nitq sürətlidir. Biz daha çevik düşünür, daxili nitq prosesində fikirlərimizi daha sürətli formalaşdırırıq. Fikirlərimizi başqalarına çatdırarkən isə daha mürəkkəb cümlələr qurduğumuz üçün nitqin sürəti təbii olaraq aşağı düşür. Daxili nitq elliptik xarakterlidir. Daxili nitqdə qurduğumuz cümlədə cümlə üzvlərinin bir çoxu düşür və yaxud yerini dəyişir. Məsələn, “Bu gündən məzuniyyətə çıxdım” cümləsi daxili nitqdə ya “Məzuniyyətə çıxdım”, ya da daha qısa “Məzuniyyət!” formasında qurulur. Daxili nitq eyni zamanda bütün norma və kriteriyalardan azad nitqdir. Burada nə ədəbi dil normalarına, nə də etik normalara əməl etmək tələb edilmir. Lakin unutmaq lazım deyil ki, insanın intellekti onun xarici nitqinin formalaşmasında mühüm rol oynadığı kimi, daxili nitqi üçün də əsas meyarlardan biridir. Xarici nitq səs siqnallarından, yazılı işarə və simvollardan istifadə edərək fikrin maddiləşdirilməsi prosesidir. Xarici nitq ünsiyyətə xidmət etdiyi üçün əsas xüsusiyyəti digər insanların qavrayışına münasib olmasıdır. Xarici nitq aydın və anlaşıqlı, məntiqi cəhətdən düzgün qurulmalı, ədəbi dilin fonetik, leksik və qrammatik normaları gözlənilməli, etik qaydalara əməl edilməlidir. Səslərdən, yaxud yazı işarələrindən istifadə olunmasından asılı olaraq şifahi və yazılı formada təzahür edən xarici nitq mədəni ünsiyyət nümunəsidir. Bu səbəbdən də mədəni nitqə verilən bütün tələblərə cavab verməlidir. Bəzən özümüzə aydın olan mətləbləri digərlərinə anlatmaqda, bildiklərimizi doğru-düzgün ifadə etməkdə çətinlik çəkirik. Bunlar birbaşa xarici nitqimizin inkişaf etməməsi ilə bağlıdır. Fikir və düşüncələrini dolğun, ətraflı, sərbəst ifadə etmək bacarığı insanın iş həyatında mühüm əhəmiyyət kəsb edir. Əbəs yerə “insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar” deyilməyib. Ağlınızı isə yalnız nitqinizlə (şifahi, yaxud yazılı) nümayiş etdirə bilərsiniz. Monoloji və dialoji nitq. Nitq şərait və məqsədlə əlaqədar iki növə ayrılır: a)monoloji nitq; b) dialoji nitq. Monoloq və dialoq nitqin vəhdət təşkil edən vahidləridir. Buna görə də dialoji nitqin ünsürləri monolojidə, monoloji nitqin ünsürləri isə dialojidə öz əksini tapır. Bunların hər ikisi nitq ünsiyyəti sisteminə daxil olub ümumi bir vəzifə yerinə yetirir. Bununla bərabər, hər növün özünə aid həm linqvistik, həm də ekstralinqvistik xüsusiyyətləri vardır. Monoloq yunan mənşəli söz olub mono (tək), loqos (söz, nitq, elm) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Monoloq bir subyekt tərəfindən ifadə edilən qarşı tərəflə tamamilə əlaqəsi olmayan mürəkkəb sintaktik bütövdür. Monoloq müəyyən zaman kəsiyində öz fikirlərini ifadə etmək, yaxud da hər hansı bilik sistemini ardıcıl təqdim etməkdir. Monoloji nitq aşağıdakı meyarlarla xarakterizə olunur: -fikrin tamlığını təmin edən ardıcıllıq və inandırıcılıq; -qrammatik cəhətdən düzgün formalaşma; -vokal vasitələrin keyfiyyəti və texniki cəhətdən düzgün istifadəsi. Monoloji nitq məzmun və dil quruluşu baxımından dialoqdan daha mürəkkəbdir və natiqdən yüksək proffesionallıq tələb edir. Monoloqlar standart tipli nitq nümunəsi olmayıb yetərincə rəngarəngdir.. Fikrin məzmunu baxımından monoloqları üç növə ayırmaq mümkündür: təsvir, təhkiyə və əsaslandırma. Təsviredici monoloqlarda əşya və hadisələrin xüsusiyyətləri xırda detallarına qədər işıqlandırılır. Təsviredici monoloji nitqdən müxtəlif üslublarda istifadə edilir. Elmi üslubda hazırlanmış monoloqda mövzunun xassə və əlamətlərinin açılması, dəqiqlik, məntiqilik əsasdır. Elmi üslubda hazırlanan monoloqlara mühazirələr, konfrans və seminarlarda söylənən məruzələr aiddir. Bədii üslubdakı təsviredici monoloq bədii təsvir vasitələrindən geniş istifadə olunması, obrazlı ifadələrin çoxluğu ilə seçilir. Bir çox bədii əsərlər məhz belə təsviredici monoloqlarla başlayır. İşgüzar üslubda isə təsviredici monoloqdan müəyyən xarakterik xüsusiyyətləri sadalamaq üçün istifadə olunur. Təhkiyə əsasında hazırlanmış monoloji nitq müəyyən hadisə haqqında məlumat vermək məqsədi daşıyır. Bu səbəbdən də bəzi ədəbiyyatlarda məlumatverici nitq adlanır. Məlumatverici nitq dinamikliyi ilə seçilir, bütün semantik və sintaktik vasitələr də baş vermiş hadisələr zəncirini bir-biri ilə əlaqəli surətdə nəql etməyə xidmər edir. Əsaslandırma məzmunlu monloji nitq məntiqi nəticənin çıxarılması ilə yekunlaşmalıdır. Bunun üçün hər hansı bir fikrin şifahi təqdimatı, aydınlaşdırılması və təsdiqindən istifadə olunur. Dialoji nitq bir qayda olaraq dialoqlar əsasında qurulur. Monoloji nitq prosesində bir nəfər iştirak edirsə, dialoqlar ən azı iki nəfər arasında reallaşır. Şifahi ünsiyyətin ilkin forması kimi dialoq daha çox məişət üslubunda istifadə edilir. Lakin digər üslub növlərini də dialoqsuz təsəvvür etmək mümkün deyil. Əsas ünsiyyət forması kimi dialoq spontan nitq növüdür. Hətta elmi, publisitik, işgüzar nitqdə də dialoqlar gözlənilməz istiqamətdə davam edə bilər. Çünki həmsöhbətlərin reaksiyaları naməlum və gözlənilməzdir. Keyfiyyətli dialoq üçün həmsöhbətlərin müəyyən bilik bazasına malik olması, intellekt səviyyələri arasındakı fərqin minimallığı şərtdir, əks halda verimli dialoq aparmaq qeyri-mümkündür. Kommunikativ baxımdan dialoqun aşağıdakı növləri var: 1.dialoq-söhbət; 2. dialoq-danışıq; 3.dialoq-mübahisə. İştirakçıların münasibətlərinin xarakterinə gəlincə, dialoqun tiplərini belə müəyyənləşdirmək olar: 1.bərabərhüquqlu; 2.tabeedici; 3.əməkdaşlıq. Birinci təsnifata görə, dialoq-söhbət əməkdaşlıq strategiyası ilə xarakterizə olunan şifahi ünsiyyət növüdür. İştirakçıların niyyətlərini ifadə edən məzmuna əsasən dialoq-söhbəti üç yarımnövə bölmək olar: hər hansı bir məsələ üzrə fikir mübadiləsi; şəxsi maraqlar haqqında məlumat mübadiləsi; məqsədsiz fikir, xəbər, məlumat mübadiləsi (fatik ünsiyyət). Hər bir dialoq növünün adına uyğun funksiyası var. Söhbətdən fərqli olaraq, danışıq məqsədyönlü dialoqdur. Burada ünsiyyətin stategiyası həm koperativ, həm də qeyri-kooperativ xarakterdə ola bilər. Mübahisə isə qərar qəbul etmək və ya həqiqəti tapmaq məqsədi ilə fikir mübadiləsidir. Dialoq-mübahisənin məqsədi məqbul həll yolu tapmaq olsa da, eyni zamanda həqiqət axtarışıdır. Dialoq-mübahisədə replikaların təsdiqedici nida xarakteri üstünlük təşkil edir. Dialoqlar həcminə görə mikro və makrodialoqlara bölünür. Bədii ədəbiyyatda mikrodialoqlara əsasən roman, povest və hekayələrdə past gəlirik. Makrodilaloqlardan isə dram əsərlərində istifadə olunur. Dram əsərləri səhnə üçün yazıldığından bütünlüklə obrazların arasında gedən dialoqlardan ibarətdir. Dünya ədəbiyyatında məşhur dialoq və monoloq nümunələri mövcuddur. Məsələn V.Şekspirin “Hamlet”ində Hamletin, Dostoyevskinin “İdiot” əsərində knyaz Mışkinin, A.P.Çexovun “Qağayılar” pyesində Maşanın, H.Cavidin “İblis” dramında İblisin, M,Cəlilin “Ölülər”ində kefli İskəndərin monoloqlarını göstərmək olar. Dialoqlara isə ən gözəl nümunə antik yunan filosofu Platonun əsərləridir. O bütün əsərlərində fikir və mülahizələrini dialoqlar şəkllində təqdim etmişdir. Şifahi və yazılı nitq. Nitq iki formada maddiləşir: ya danışıq səsləri vasitəsilə şifahi formada, ya da yazı işarələrinin köməyi ilə yazılı şəkildə. Yazılı və şifahi nitq hər ikisi ədəbi dil nümunəsi, mədəni nitq faktıdır. Bu səbəbdən də hər iki forma ədəbi dil normalarına tabedir, onların gözlənilməsini nəzərdə tutur. Bəzən yazılı nitqin ədəbi dil normalarına tabe olduğu, şifahi nitqin isə sərbəst olduğu düşünülür. Bu fikir tamamilə yanlışdır. Necə ki, yazarkən orfoqrafiya qaydalarına əməl ediriksə, danışarkən də orfoepiya normalarını gözləmək mütləqdir. Yazarkən sözləri doğru seçmək, cümləni qrammatik cəhətdən düzgün qurmaq səyimiz şifahi nitqdə də eynilə təkrarlanmalıdır. Çünki həm şifahi, həm də yazılı nitqimiz kommunikativ funksiya daşıyır, aydın, düzgün və məntiqi olması əsasdır. Bütün bunlar şifahi və yazılı nitqin ortaq cəhətləridir. Lakin şifahi və yazılı nitq ifadə vasitələri sisteminə, qavramanın təbiətinə və işlənmə yerinə görə fərqlənir. Şifahi nitq öncə yaranmışdır və yazısı olmayan dillər üçün yeganə mövcudluq formasıdır. İki tip şifahi nitq mövcuddur: rəsmi şifahi nitq və danışıq nitqi. Şifahi danışıq nitqi ünsiyyətin sadəliyini, həmsöhbətlər arasında münasibətin qeyri-rəsmiliyini, ekstralinqvistik və qeyri-verbal işarələrdən istifadəni, danışma-dinləmə mövqelərinin dəyişdirilməsini nəzərdə tutur. Rəsmi şifahi nitq iclaslarda, müxtəlif səpkili dövlət tədbirlərində, elmi konfranslarda və s. səsləndirilir. Bu tip nitq öncədən hazırlıq tələb edir, qeyriverbal vasitələrdən nisbətən az istifadə olunur, ədəbi dil normalarına daha ciddi əməl edilir. Şifahi ünsiyyət quran insanlar bir-birlərini görürlər və birbaşa vizual əlaqə qarşılıqlı anlaşmaya kömək edir. Şifahi nitq yazıdan qat-qat aktivdir - yazmaqdan və oxumaqdan daha çox danışırıq və dinləyirik. Yazılı nitqdə qrafik ifadə vasitələri sistemindən istifadə edilir və o, vizual olaraq qavranılır, müəllif və oxucu arasında real ünsiyyət qurulmur. Bu baxımdan yazılı nitq daha təkmil olmalıdır. Qeyd etdiyimiz kimi yazılı nitqdə leksik və qrammatik baxımdan dilin ədəbi normalarına ciddi riayət olunmalı, lüğət və frazeologiya xüsusi seçilməlidir. Yazılı nitqin sintaksisi mürəkkəb cümlələrlə xarakterizə olunur. Söz düzümü, ciddi ardıcıllıq, fikirlərin çatdırılmasında harmoniya böyük əhəmiyyət kəsb edir. Yazılı nitq forması ifadələrin ilkin əks olunması, müəllifin özü tərəfindən həyata keçirilə bilən mətnin redaksiya işlənməsi ilə fərqlənir. Bu, yazılı nitq formasının düzgünlüyünü və dəqiqliyini müəyyən edir. Mövzu 14. Mədəni nitqə verilən əsas tələblər Hərtərəfli vətəndaş yetişdirmək üçün təhsil və elmi biliklər qədər tələbənin şəxsi keyfiyyətləri, mədəni səviyyəsi, mənəvi inkişafı da önəmlidir. Məhz buna görə də son zamanlar ali təhsildə əsas diqqət peşə-bilik bacarıqlarını yüksək ümumi mədəniyyətlə birləşdirən şəxsiyyətin formalaşmasını təmin edən təhsilin humanistləşməsinə yönəldilmişdir. Nitq də insan xarakterinin ayrılmaz hissəsi kimi şəxsiyyəti geniş şəkildə müəyyən edir. Nitq insanın təfəkkür tipini, zəkasını, xarakterini, temperamentini əks etdirməklə yanaşı, insan hisslərinin də ifadəçısidir. Bir insanın nitqinin keyfiyyətini artırmaq üçün müəyyən sözləri istifadə etməmək, bəzi gözəl ifadələri əzbərləmək, müəyyən nitq texnikasını mənimsəmək kifayət deyil. Yalnız insanın ümumi mədəni səviyyəsi və intellektinin inkişafı fonunda nitqin keyfiyyətcə dəyişməsi mümkündür. Mədəni nitq nümayiş etdirmək üçün ən zəruri amillər bunlardır: a) dil vahidlərindən düzgün istifadə etmək. Ədəbi dildə istifadə olunmayan söz qrupları haqda məlumatlı olmaq; b) ünsiyyətin şərtlərinə uyğun ifadə və üslub seçmək; c) yalnız içində olduğunuz cəmiyyətin qəbul etdiyi linqvistik və davranış qaydalarından istifadə etmək. Bütün bu ümumi qaydalarla yanaşı mədəni nitqin linqvistik və üslub baxımından da müəyyən tələbləri vardır. Mədəni nitq istənilən halda düzgün, aydın, dəqiq, təmiz, rabitəli və zəngin olmalıdır. Düzgünlük mədəni nitqin əsas kommunikativ keyfiyyətidir. Məhz düzgün qurulan nitq ünsiyyət iştirakçılarının bir-birini anlamasını təmin edir. Əksinə düzgün qurulmayan nitq qavramada problem yaradaraq alıcını səhv yönləndirə bilər. Düzgün nitq şifahi olarsa orfoepik, yazılı olarsa orfoqrafik qaydalara əməl etməyi nəzərdə tutur. Nitqin düzgünlüyü uyğun variantın seçilməsi ilə birbaşa əlaqəlidir. Məsələn, bəzi sözlərin yazılış qaydaları arasında bənzərlik onların səhv yazılmasına səbəb olur. Bunlara misal olaraq bir saitlə fərqlənən sözləri göstərmək olar: əsl-əsil, əsr-əsir, nəfs-nəfis, həsr-həsir. Yaxud feil, eyib, meyil, heyif, izin kimi sözlər “i”siz, əksinə hüzn, qəhr, qəsr, sehr kimi sözlərdə isə sonda gələn iki samitin arasına sait artırılır. Nitqin dəqiqliyi istənilən ünsiyyət üçün ən vacib tələbdir. İnsan nitqinin dəqiq olması üçün sözlər mənalarına uyğun işlədilməli, yanlış faktlardan istifadə olunmamalıdır. Nitqin dəqiqliyini pozan əsas amil mövzunu dərindən bilməməkdir. Bilmədiyiniz mövzu haqqında danışarkən daha çox səhvlərə yol verir, dəqiq olmayan informasiyadan istifadə edirik. Dəqiqlik kommunikativ keyfiyyətlərdən biri kimi nitqi məzmun baxımından səciyyələndirir. O, nitqin reallıqla, təfəkkürlə əlaqəsi əsasında formalaşır və dil vahidlərinin ifadə olunmuş informasiya ilə əlaqələndirilməsi yolu ilə həyata keçirilir. Nitqin dəqiqliyi 2 istiqamətdə pozulur: ya faktlar təhrif edilir, ya da sözlər dəqiq mənada işlənmir. Faktların təhrif edilməsi nitqin məzmununun real məzmuna, nitqin predmetinə uyğun olmadığını əks etdirir. Məsələn, “C.Məmmədquluzadənin “”Poçt qutusu” romanında təsvir edilən hadisələr XVIII əsr cənubi Azərbaycanın ucqar dağ kəndlərindən birində baş verir” cümləsində bir neçə faktiki səhvlər mövcuddur. Bəzən isə nitqdə sözlər yerinə uyğun seçilmir. Müşahidələr göstərir ki, bu əsasən aşağıdakı hallarda baş verir: a) sözlər dəqiq leksik mənada işlənmir: “İmperativ ünsiyyət dialoji xarakterdədir”. “İnsanın çəkisi Yerdə və Ayda eynidir”. Bu cümlələrdə terminlərin işlənməsində qeyri-dəqiqliyə yol verilmişdir. Birinci cümlədə “dialoji” deyil, “monoloji”, ikincidə isə “çəki” yox, “kütləsi” olmalıdır. b) sinonimlər düzgün seçilmir: “Bu kitabın həcmi çox yekədir”. “Məni hərbi kommissarlığa dəvət etdilər”. c) çoxmənalı sözlərdən səhv istifadə edilir: “Şəhərin başında yarmarka təşkil edilmişdi”, “Dağın üzü lalələrlə dolu idi”. Natiq üçün nitqin aydınlığı öz fikirlərini, assosiasiyalarını sözlərlə ən dolğun şəkildə ifadə etmək və adekvat başa düşülmək qabiliyyətidir. Nitqin aydınlığı deyərkən başa düşülmək, əlçatanlıq, birmənalılıq nəzərdə tutulur ki, bu nitq- təfəkkür-əlaqəsini əks etdirir. Şifahi nitq zamanı fikirləri daha sadə cümlələrlə qəliz ifadə və terminlərdən az istifadə edərək sətiraltı mənalara yol vermədən ifadə etmək lazımdır. Dinləyici və oxucunun təqdim edilən nitqi qavraması üçün bu şərtlər olduqca vacibdir. Nitqin aydınlığına nail olmaq digər kommunikativ şərtlərlə bir arada mümkündür: -nitqin düzgünlüyü: yalnız normativ nitq aydın ola bilər; -nitqin məntiqiliyi: məntiqi ardıcıllıq pozularsa, nitq qavranılmaz; -nitqin dəqiqliyi: sözlərin dəqiq mənada işlənməsi ifadənin aydınlığını təmin edir; Nitqin təmizliyi ədəbi dil üçün məqbul sayılmayan sözlərin nitqdə işlənməməsini nəzərdə tutur. Loru və kobud sözlər, etik normalara uyğun olmayan ifadələr, əksəriyyət tərəfindən anlaşılmayan dialektlərin istifadə edildiyi nitq təmiz nitq deyildir. Mədəni nitqdə istifadə edilməyən və nitqin təmizliyinə xələl gətirən söz qrupları aşağıdakılardır: -dialek və şivə sözləri; -tüfeyli sözlər; -vulqarizmlər; -varvarizimlər; -jarqonlar. Müəyyən bölgələrə aid dialekt və şivələrdən mədəni nitqdə istifadə etmək yolverilməzdir. Dialekt və şivələr məişət üslubunun elementləridir və bədii üslubda müəəyən obrazın dilində işlənməsi istisna sayılır. Digər heç bir fuknsional üslubda istifadə edilmir. Hətta hər hansı bölgədə belə çıxış edirsinizsə yenə də nitqdə dialekt sözlərdən istifadə etmək olmaz. Nitqi ən çox “zibilləyən” tüfeyli sözlərdir. Bəzən hansısa sözü unutduqda, cümləni bitirməkdə çətinlik çəkərkən “şeydir”, “deməli”, “adı nədir” tipli ifadələrdən istifadə edirik. Bu hal natiqin lüğət ehyatının kasadlığından xəbər verir. Tüfeyli sözlərdən istifadə dinləyicini yormaqla bərabər, nitqin keyfiyyətini korlayır. Vulqarizmlər kobud, etik normalara uyğun olmayan sözlərdir və mədəni nitqdə istifadəsi yolverilməzdir. Varvarizmlər isə dildə yersiz işlənən əcnəbi sözlərdir. Bəzən varvarizmləri alınma sözlərlə səhv salırlar. Alınma sözlər dildə müəyyən ehtiyac üzündən digər dillərdən alınıb istifadə edilən sözlərdir. Yəni alınma sözlərin istifadəsi bir normadır. “Kitab”, “alim” kimi sözləri, eləcə də “kompüter, kommunikasiya” və s. ifadələri işlədərkən heç kim “bu bizim sözlər deyil, nitqimizdə bunlardan istifadə etməyək” deyə irad tuta bilməz. Lakin varvarizmlər lüzum olmadan nitqimizdə mövcuddur. Məsələn “znaçit”, “spiçka”, “vsyo”, “hello”, “ok” və s. Jarqonları bəzən süni dil də adlandırırlar. Jarqon müəyyən peşə sahibləri, ictimai qurum üzvləri, hər hansı bir təbəqənin məlum sözlərə yeni məna çalarları qazandıraraq istifadə etdiyi ifadələrdir. Məsələn müəllimlərin jarqonunda “pəncərə” sözü iki dərs arasındakı boş dərs saatıdır. Yaxud “oblava” bir çox dairələrdə “yoxlama var” kimi başa düşülür. Jarqonlardan daha geniş istifadə olunan sahə kriminal dünyadır. Bu tip sözlərə də mədəni nitqdə yer yoxdur. Nitq mədəniyyətinin tələbləri təkcə ədəbi dilin normalarını, məntiq qanunlarını bilməklə və onlara əməl etməklə bitmir. Məharət eyni zamanda bildiklərini istifadə etmək bacarığından asılıdır. Hamıya elə gəlir ki, o öz doğma dilində yetərincə söz ehtiyatına malikdir. Lakin müəyyən fikir söyləmək, münasibət bildirmək lazım olduqda əksəriyyət bəsit cümlələr qurmaqla kifayətlənir, bildiklərini ifadə edəcək kəlmə və sintaktik vahid tapmaqda çətinlik çəkir. Məhz bu zaman nitqin düzgün, məntiqli, aydın olması ilə bərabər zəngin olmasının da önəmi üzə çıxır. Nitqin zəngin olması üçün ən mühüm şərt lüğət ehtiyatının genişliyidir. İnsanın zəngin lüğət ehtiyatı olmalıdır ki, onun içindən düzgün sözü seçib onu nitqində tətbiq etsin. Hər bir funksional üslubda nitqin zənginliyinə nail olmağın xüsusi yolları var. Lakin ən zəngin nitq təbii ki, bədii üsluba aiddir. İstedadlı yazıçılar dil vahidlərindən istifadə edərək möcüzələr yaradırlar. Nitqin zənginliyi sinonim, frazeoloji birləşmə, bədii təyinlərdən, sitat və aforizmlərdən düzgün və məqamına uyğun istifadə etməklə əldə edilir. Nitqin rabitəliliyi mövzunun müəyyən bir sistemlə, ardıcıl təqdimatıdır. Nitq zamanı ötürülən informasiya sadədən mürəkkəbə doğru inkişaf etməli, keçidlər arasında sərt qırılma olmamalıdır. Mövzunun ana xətti daim diqqətdə saxlanılmalı, məntiqi ardıcıllıq pozulmamalıdır. Mövzu 15. Kommunikativ proseslərdə düzgün istifadə. Fonetik norma ədəbi dil normalarından Nitq mədəniyyətinin əsas göstəricisi, artıq qeyd etdiyimiz kimi, ədəbi dilin tarixən formalaşmış normalarına və ya linqvistik prinsiplərinə əməl etməkdən ibarətdir. Və həmin prinsiplər, bir qayda olaraq, dil yarusları, yaxud qatları üzrə nəzərdən keçirilir: 1.Nitq mədəniyyətinin fonetik norması. 2. Nitq mədəniyyətinin leksik-semantik norması. 3. Nitq mədəniyyətinin qrammatik norması. 1. Fonetik norma Nitq mədəniyyətinin fonetik prinsiplərinə nitqin şifahi, yaxud yazılı olmasından irəli gələrək düzgün tələffüz (orfoepiya) və b) düzgün yazı (orfoqrafiya) qaydalarına riayət edilməsi daxildir. Həm orfoepiya, həm də orfoqrafiya qaydaları dilin fonetik strukturunun tələbləri ilə diqtə olunmaqla tarixən formalaşır. Və müəyyən dövr üçün stabilliyi ilə seçilir. AZƏRBAYCAN DİLİNİN ORFOEPİYA VƏ ORFOQRAFİYA QAYDALARI Azərbaycan dilində sözlərin düzgün tələffüz (orfoepiya) qaydaları barədə danışarkən onları üç qrupda birləşdirmək lazım gəlir: a) türk mənşəli sözlərin düzgün tələffüz qaydaları. b) Şərq mənşəli alınma sözlərin düzgün tələffüz qaydaları. c) Qərb mənşəli alınma sözlərin düzgün tələffüz qaydaları. Əlbəttə, bu, o demək deyil ki, Azərbaycan dili ümumi (bütöv) orfoepiya qaydaları sistemindən məhrumdur; burada söhbət, sadəcə olaraq, məsələyə diferensial və ya analitik yanaşmaqdan, yalnız genetik deyil, həm də (və daha çox) tipoloji fərqləri müəyyənləşdirməkdən gedir. a) türk mənşəli sözlərin düzgün tələffüz qaydaları 1. Türk mənşəli sözlər, bir qayda olaraq, yazıldığı kimi tələffüz olunur; məsələn: dağ, daş, ot, ət, əkin, biçin, yaz, qış, dərə, dəniz, duman, geyim, ağ, qara, qırmızı, əyri, doğru, yuxarı, aşağı, qarı, qoca, birinci, sonuncu, gəl, get, danış, yaşa, düşün, dayan və s. 2. Son səsi q hərfi ilə yazılıb müxtəlif cür deyilən sözlərdə həmin səsin düzgün tələffüz şəkli [x]-dır; məsələn: otaq-otax, daraq-darax, qaymaq-qaymax, soyuq-soyux, uzaq-uzax, quraqlıq-quraxlıx, sarmaşıq-sarmaşıx, axtarmaqaxtarmax, yıxılmaq-yıxılmax, qorunmaq-qorunmax və s. Bu sözlərə sait səslə başlayan şəkilçi artırıldıqda [x] səsi [ğ] səsinə keçir; məsələn: otax → otağa, darax → darağı, qaymax → qaymağın və s. Samit səslə başlayan şəkilçi artırıldıqda isə [x] səsi olduğu kimi qalır; məsələn: otax → otaxda, darax → daraxdan, qaymax → qaymaxlı və s. 3. Son səsi k hərfi ilə yazılıb müxtəlif cür deyilən ikihecalı sözlərdən həmin səsin düzgün tələffüz şəkli [x']-dir; məsələn: ürək-ürəx', çiçək-çiçəx', çörək-çörəx', kəpənək-kəpənəx', örpək-örpəx', gəzmək-gəzməx', getmək-getməx', tələsməktələsməx' və s. Bu sözlərə sait səslə başlayan şəkilçi artırıldıqda [x'] səsi [y] səsinə keçir; məsələn: ürəx'-ürəyə, çiçəx'-çiçəyi, çörəx'-çörəyin və s. Samit səslə başlayan şəkilçi artırıldıqda isə [x'] səsi olduğu kimi qalır; məsələn: ürəx'-ürəx'də, çiçəx'-çiçəx'dən, çörəx'-çörəx'li və s. 4. Son səsi c hərfi ilə yazılan iki və daha artıq sözlərdə həmin səs [ç] şəklində tələffüz olunur; məsələn: qazanc → [qazanç], qılınc → [qılınç], sanc(maq) → [sanç(max)] və s. Bu qayda alınma sözlərə də aiddir; məsələn: möhtac → [möhtaç], merac → [me:raç] və s. Həmin sözlərə saitlə başlayan şəkilçi əlavə edildikdə [ç] səsi [c]-ya keçir; məsələn: [qazanç] → [qazancı], [me:raç] →[meraca] və s. 5. Qoşa q hərfi ilə yazılan sözlərdə birinci hərf [k'], ikinci hərf isə [q] kimi tələffüz olunur; məsələn: toqqa → [tok'qa], saqqal → [sak'qal], taqqıltı → [tak'qıltı] və s. b) Şərq mənşəli alınma sözlərin düzgün tələffüz qaydaları 1. Ərəb mənşəli alınma sözlərdə bir sıra sait səslər uzun tələffüz olunur; məsələn: [a:]- a:lim, a:rif, ha:kim, ta:rif və s. [e:]- e:lan, e:tiraf, e:timad və s. [ə:]- ə:la, tə:nə, mə:na və s. [ö:]- mö:min, şö:lə, mö:təbər və s. Ancaq sait səslərin alınma sözlərdə bu cür uzun tələffüzü fonoloji əhəmiyyət kəsb etmir. 2. Qoşa [y] samitli ərəb mənşəli alınmalarda: a) hər iki samit tələffüz olunur; məsələn: əyyam, əyyaş, müəyyən və s. b) [y]-lardan biri deyilir; məsələn: ədəbiyyat- [ədəbiyat], mədəniyyət[mədəniyət], səhiyyə-[səhiyə], səmimiyyət-[səmimiyət] və s. 3. Söz sonunda [b] → [p] əvəzlənməsi baş verir; məsələn: kitab → [kitap], ədəb → [ədəp] , katib → [katip] və s. c) Qərb mənşəli alınma sözlərin düzgün tələffüz qaydaları 1. Qərb mənşəli sözlər Azərbaycan dilinə, əsasən, rus dili vasitəsilə keçib sabitləşdiyindən tələffüzdə həmin sözlərin rus “aksent”i aparıcıdır; məsələn: teatr, radio, televizor, kooperasiya, tolerant, subyektiv, professional və s. 2. İlk vurğusuz hecalarında o hərfi ilə ifadə olunan səslər [a] kimi tələffüz olunur; məsələn: monarxiya-[manarxiya], kommunizm-[kammunizm], kordinasiya-[kardinasiya], toponimiya-[tapanimiya] və s. 3. Rus dilində yazılışında ю hərfli alınma sözlər [ü] səsi ilə tələffüz olunur; məsələn: компютер → [kampüter], агглютинация → [aqlütinasiya] və s. 4. Rus dilində yazılışında ц hərfli alınma sözlər [s] səsi ilə tələffüz olunur; məsələn: цитата → [sitat], лицей → [lisey] və s. Sözün düzgün tələffüzündə vurğuya ( söz vurğusuna) əməl etmək əsas tələblərdən sayılır. Azərbaycan dilində vurğu, bir qayda olaraq, sözün son hecasına düşür; məsələn: [ağáç], [torpáx], [qırmızí], [yirmí], [ağár(max)], [yaralán(max)], [mükəmməl], [seminár], [aqressiv] və s. Həm Şərq, həm də Qərb mənşəli alınmalarda vurğunun mənbə dildəki yeri dəyişmir; məsələn: [müvəffəqiyyət], [ümúmən], [máksimum], [televizya], [texnalógiya] Azərbaycan nitq mədəniyyətinin ən mürəkkəb ( və nitq praktikasında ən çox problem yaradan) məsələsi, özünü fonomorfoloji proseslərdə göstərir. O baxımdan ki, sözlərə artırılarkən şəkilçilərin əslində stabil olan fonetik quruluşunda müəyyən ( və qanunauyğun) dəyişikliklər baş verir: 1) isimdən isim düzəldən -lıq, -lik, -luq, -lük [-lıx, -lix', lux, lüx'] şəkilçisi artırıldığı bəzi sözlərdən sonra [ -dıx, -dix', -dux, -düx'] kimi tələffüz olunur; məsələn: [daşdıx], [təmizdix'], [otdux], [düzdüx']; 2) isimdən sifət düzəldən –lı, -li, -lu, -lü şəkilçisi artırıldığı bəzi sözlərdən sonra [ -dı, -di, -du, -dü] kimi tələffüz olunur; məsələn: [atdı], [dərddi], [oddu], [süddü]; 3) cəmlik bildirən –lar, -lər şəkilçisi artırıldığı bəzi sözlərdən sonra [-dar, -dər] kimi tələffüz olunur; məsələn: [qızdar], [saatdar], [adətdər], [əmanətdər]; 4) ismin çıxışlıq hal şəkilçisi –dan,-dən artırıldığı bəzi sözlərdən sonra [-nan, -nən] kimi tələffüz olunur; məsələn: [sənnən], [dərinnən], [axşamnan] və s. Bütün dillərdə olduğu kimi, Azərbaycan dilində də orfoepiya qaydalarının pozulmasına ən çox səbəb olan səciyyəvi amillər var ki, onlar aşağıdakılardan ibarətdir: a) dialekt-şivə tələffüzü variantlarına meyl etmək; b) yazı normalarını hərfi-hərfinə tələffüzə gətirmək; c) əcnəbi dillərə məxsus tələffüz maneralarına uymaq. Nitq mədəniyyətində düzgün yazıya ( orfoqrafiyaya), demək olar ki, bütün dillərin təcrübəsində düzgün tələffüzdən (orfoepiyadan) daha çox önəm verilir. Bunun birinci səbəbi yazının tarixən yaranmış özünəməxsus “kult”udur. Və bu “kult” yazının, şifahi nitq kimi ötəri, keçici olmaması, yüz, hətta min illər qorunub saxlanılmasından-“ yazıya pozu yoxdur” qənaətindən irəli gəlir. Məlumdur ki, şifahi nitqdə çox “asanlıqla” ( və müxtəlif təbii səbəblər üzündən) yol verilən qüsurlar yazılı nitqdə tamamilə qeyri-təbii ( və bağışlanmaz) sayılmaqla dərhal yazı müəllifinin savadsızlığı təsəvvürünü yaradır. Və yazıda normativliyin gözlənilməsinə verilən xüsusi önəmin nəticəsidir ki, hər bir dilin orfoqrafiya qaydaları rəsmi status daşıyır. Son orfoqrafik qaydalar 16 aprel 2019-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı qərarına əsasən yenilənmişdir. 1. Azərbaycan mənşəli sözlərin yazılışı 1.1. Azərbaycan dilinin lüğət tərkibindəki Azərbaycan mənşəli sözlər, əsasən, tələffüz edildiyi kimi yazılır: addım, dəniz, gəlin, günəş, qoşun, oğul, qaranquş və s. 1.2. Son səsi [x], bəzən də [ğ] kimi tələffüz olunan Azərbaycan mənşəli sözlər q hərfi ilə yazılır: ayaq, barmaq, bulaq, dayanacaq, qatıq, qonaq, qorxaq və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda q~ğ əvəzlənməsi baş verir: otağa, bulağın, qonağımız və s. 1.3. Son səsi [xʹ] kimi tələffüz olunan çoxhecalı Azərbaycan mənşəli sözlər k hərfi ilə yazılır: bilək, birlik, külək, ürək, üzərlik, üzük və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda k~y əvəzlənməsi baş verir: biləyi, birliyimiz, ürəyim, üzüyün və s. Qeyd. Son səsi [k] kimi tələffüz olunan alınma sözlərə saitlə başlanan şəkilçi qoşulduqda heç bir dəyişiklik baş vermir: əmlak – əmlaka, iştirak – iştirakımız, şərik – şəriki və s. 1.4. Son səsi [t], bəzən də [d] kimi tələffüz olunan çoxhecalı Azərbaycan mənşəli sözlər d hərfi ilə yazılır: bulud, palıd, söyüd və s. 1.5. Son səsi [ç], bəzən də [c] kimi tələffüz olunan sözlər c hərfi ilə yazılır: qılınc, ülgüc, kərpic və s. 2. Alınma sözlərdə saitlərin yazılışı 2.1. Tərkibində o hərfi olan alınma sözlər [a] və ya [o] ilə tələffüz edilməsindən asılı olmayaraq, o ilə yazılır: avtomat, kollec, kollektiv, laborant, Moskva, motor, obyekt, Odessa, poema, poeziya, problem, professor, solist, velosiped və s. 2.2. İkinci hecasındakı saiti [i], bəzən də [ü] kimi tələffüz olunan ərəb mənşəli sözlər tarixi-ənənəvi prinsipə əsasən i ilə yazılır: külli, müdir, müdrik, müflis, müxbir, müxlis, münbit, münsif, mürid, mürşid, müsibət və s. 3 Qeyd. Mühüm, müşkül və üfüq sözlərindəki ikinci heca ü hərfi ilə yazılır. 2.3. Mənbə dildə [u] saitli alınma sözlər ü hərfi ilə yazılır: bülleten, büro, jüri, karbürator, kompüter, paraşüt, süjet, şlüz və s. 2.4. Mənbə dildə a hərfi ilə bitən alınma sözlər iki cür yazılır: 2.4.1. aksiom, anket, aptek, atmosfer, diaqram, diaspor, fabrik, fonem, kaset, kayut, konfet, kontor, qəzet, qrafem, qravür, leksem, lent, maşın, perspektiv, planet, proqram, pyes, reklam, rezin, sistem, sistern, sitat, teorem, vitrin və s. kimi sözlərin sonunda a hərfi yazılmır; Mənbə dildə tərkibində qoşa b, p, n və m samitləri olan aşağıdakı sözlərin sonunda a ilə yanaşı, qoşa samitlərdən biri də atılır: abreviatur, qrup, ton, diaqram, stenoqram və s. 2.4.2. botanika, doktrina, forma, kamera, qrammatika, norma, poetika, poeziya, respublika, taktika və s. kimi sözlərin sonunda a yazılır. 2.5. Mənbə dildə birhecalı sözlər iki cür yazılır: 2.5.1. iki saitlə yazılanlar: cisim, eyib, ətir, feil, fəsil, fikir, heyif, isim, izin, qəbir, qədir, qisim, meyil, nəsil, ömür, səbir, sətir, sinif, şeir, şəkil, zehin və s.; 2.5.2. bir saitlə yazılanlar: cəbr, əmr, həbs, həsr, hökm, hüsn, hüzn, kəsr, qəbz, qəhr, qəsr, nəbz, nəfs, nəsr, sehr, sədr, üzr, üzv, zülm və s. 3. Alınma sözlərdə samitlərin yazılışı 3.1. Rus dilində tərkibində ц hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür: 3.1.1. ümumi isimlər s hərfi ilə yazılır: aseton, dosent, konsert, lisey, kulminasiya, aksiya, sement, sirk və s.; Qeyd. vitse morfemləri və blits, ratsiya və s. sözlər istisnadır. 3.1.2. xüsusi isimlərdə sözün əvvəlində s (Setkin, Siolkovski və s.), sözün ortasında və axırında isə ts (Motsart, Muromets, Vorontsov və s.) yazılır. 3.2. Rus dilində tərkibində щ hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür: 3.2.1. sözün əvvəlində və sonunda işlənən щ hərfi əvəzinə ş yazılır: Şedrin, Şerba, Şors, borş və s.; 3.2.2. ortasında щ hərfi olan sözlər qoşa ş ilə yazılır: meşşan, Vereşşagin və s. 3.3. H samiti ilə başlanan alınma sözlər h ilə yazılır: Haaqa, Hamburq, harmoniya, Havana, Hegel, hektar, Heyne, hidrogen, hippodrom, hospital, humanizm və s. 3.4. Birinci və ikinci hecasındakı samiti həm [m], həm də [n] kimi tələffüz olunan alınma sözlər n ilə yazılır: anbar, günbəz, İstanbul, qənbər, sünbül, şənbə, tənbəl, zanbaq, zənbil və s. 3.5. -iy, -skiy ilə bitən xüsusi isimlərin sonundakı y yazılmır: Qordlevski, Qorki, Mayakovski, Yaroslavski və s. 3.6. Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium və s. 3.7. Əsli [c] samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya və s. 3.8. Əsli [q] samitli alınma sözlər incə saitli hecalarda g ilə yazılır: biologiya, dialektologiya, general, genezis, geologiya, gigiyena, etimologiya, gitara və s. 3.9. Əsli w samitli alınma sözlər v hərfi ilə yazılır: veb-sayt, Vilyam, vörd və s. 3.10. Son səsi [kʹ] kimi tələffüz olunan bir qrup alınma sözlər q hərfi ilə yazılır: filoloq, ittifaq, müstəntiq, natiq, şəfəq, üfüq, vərəq və s. Bu qəbildən olan sözlərin sonuna saitlə başlanan şəkilçi qoşulduqda, yazıda heç bir dəyişiklik baş vermir: filoloqa, şəfəqi, üfüqə və s. 4. Qoşasaitli və qoşasamitli sözlərin yazılışı 4.1. Kökündə eynicinsli qoşa və müxtəlifcinsli sait işlənən alınma sözlər qoşa saitlə yazılır: ailə, bədii, camaat, əcaib, əmtəə, ideal, maaş, müalicə, okean, saat, stadion, zəif və s. 4.2. Hecalarından biri [p] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [b] kimi tələffüz olunan sözlər qoşa p ilə yazılır: guppultu, hoppanmaq, şappıltı, tappıltı, toppuz və s. 4.3. Hecalarından biri [k] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [g] kimi tələffüz olunan sözlər qoşa k ilə yazılır: mürəkkəb, mütəkkə, səkkiz və s. 4.4. Hecalarından biri [t] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [d] kimi tələffüz olunan sözlər qoşa t ilə yazılır: əlbəttə, hətta, Səttar və s. 4.5. Hecalarından biri [kʹ] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [q] kimi tələffüz olunan sözlər qoşa q ilə yazılır: diqqət, doqquz, nəqqaş, saqqal və s. 4.6. Mənbə dildə tərkibində qq, ll, mm, pp, tt samitləri olan Avropa mənşəli aşağıdakı alınma sözlər bir samitlə yazılır: aqlütinativ, paralel, teleqram, aparat, apelyasiya, vat və s. 4.7. Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: fənn, haqq, hiss, xətt, küll, rədd, sirr, zənn, zidd və s. Belə sözlərə samitlə başlanan şəkilçi artırıldıqda, qoşa samitlərdən biri düşür: fənn – fənlər, haqq – haqsız, xətt – xətdən, sirr – sirlər və s. Qeyd. Hiss və küll sözləri istisnadır. Hiss sözünə yalnız -siz şəkilçisi artırıldıqda, kökdəki s samitlərindən biri ixtisar olunur. 4.8. Mənbə dildə qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: hüsnxət, kilovat, mühüm, rəsmxət və s. 4.9. Söz ortasında qoşa s samiti olan aşağıdakı alınma sözlər bir s ilə yazılır: aksesuar, kaset, masaj, pasaj, şose. 4.10. Söz sonunda qoşa s samitli aşağıdakı alınma sözlər bir s ilə yazılır: ekspres, konqres, kros, bras, stres. Qeyd. Press (mətbuat) sözü istisnadır. 5. Şəkilçilərin yazılışı 5.1. Tərkibində a-, anti-, ba-, bi-, na-, pre- ön şəkilçiləri olan sözlər bitişik yazılır: anormal, antivirus, baməzə, bisavad, nalayiq, prepozisiya və s. Qeyd. Anti şəkilçisindən sonra xüsusi isim gəldikdə, defis işarəsi qoyulur: Anti-Azərbaycan, Anti-Rusiya və s. 5.2. Sözdüzəldici şəkilçilər aşağıdakı üç qaydaya əsasən yazılır: 5.2.1. ahəng qanununa tabe olmayan və bir cür yazılan şəkilçilər: -i şəkilçisi: samitlə bitən sözlərdə -i; cənubi, daxili, elmi, həyati, Naxçıvani, şimali, Şirvani, tarixi və s; saitlə bitən sözlərdə isə şəkilçinin əvvəlinə v samiti artırılır: ailəvi, dairəvi, Gəncəvi, kütləvi və s.; -vari şəkilçisi: buynuzvari, qalxanvari, üzükvari, yüngülvari və s.; -keş şəkilçisi: qayğıkeş, zəhmətkeş, cəfakeş; -daş şəkilçisi: yoldaş, əməkdaş, yurddaş, soydaş; 6 -stan şəkilçisi: samitlə bitən sözlərdə şəkilçinin əvvəlinə ahəng qanununa uyğun olaraq ı, i, u, ü saitlərindən biri artırılır: Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan; saitlə bitən sözlərdə isə şəkilçi olduğu kimi qalır: Gürcüstan; -gil şəkilçisi: bacımgil, xalamgil, Əhmədgil və s.; -zadə şəkilçisi: xanzadə, bəyzadə, Axundzadə və s.; 5.2.2. iki cür yazılan şəkilçilər: kar samitlə bitən sözlərdə: -qan, -kən; cingiltili samitlə bitən sözlərdə -ğan, -gən şəkilçisi: çalışqan, yapışqan, döyüşkən, sürüşkən, deyingən və s.; -ağan, -əyən şəkilçisi: qaçağan, güləyən, küsəyən və s.; 5.2.3. dörd cür yazılan şəkilçilər: -kı, -ki, -ku, -kü şəkilçisi: axşamkı, bildirki, səhərki, gündüzkü və s.; sifət və isim düzəldən -ı, -i, -u, -ü şəkilçisi: darçını, badımcanı, narıncı, çərkəzi, armudu, gümüşü və s.; saitlə bitən sözlərdə bu şəkilçinin əvvəlinə y samiti artırılır: bənövşəyi, buğdayı, xurmayı, sürməyi və s. 5.3. Feil köklərindən isim və sifət düzəldən şəkilçilər: 5.3.1. kar samitlə bitən sözlərdə: -qı, -ki, -qu, -kü şəkilçisi: asqı, seçki, pusqu, sürtkü və s.; -qın, -kin, -qun, -kün şəkilçisi: satqın, bitkin, tutqun, ötkün və s. ; 5.3.2. cingiltili samitlə bitən sözlərdə: -ğı, -gi, -ğu -gü şəkilçisi: çalğı, vergi, vurğu, bölgü və s.; -ğın, -gin, -ğun, -gün şəkilçisi: qırğın, əzgin, yorğun, süzgün və s. 5.4. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə, şəkilçidən əvvəl defis qoyulur: 2-yə, 3-də, 5-i, 6-nın, 17-si, 20-dən. Rəqəmlərdən sonra ahəng qanununa görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 2-ci, 3-cü, 6- cı, 10-cu. 5.5. Roma rəqəmlərindən sonra şəkilçi yazılmır: beşinci – V, onuncu – X və s. 6. Mürəkkəb sözlərin yazılışı 6.1. Aşağıdakı hallarda sözlər bitişik yazılır: 6.1.1. bir vurğu ilə deyilən müxtəlifmənalı sözlər: arabir, balacaboy, beşillik, beşmərtəbəli, bugünkü, dilucu, əmioğlu, 7 bacıoğlu, xalaoğlu, gülərüz, günəbaxan, hərgecəki, köhnəfikirli, qalxanabənzər, qanunvericilik, qarasaçlı, qurultayqabağı, müxtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, ucdantutma, ümumbəşəri, yenifikirli və s.; 6.1.2. eyni feil kökünün təkrarı və a, ə, ha bitişdiriciləri vasitəsilə yaranan mürəkkəb isimlər: qaçaqaç, kəsəkəs, gəlhagəl, tutatut, vurhavur və s.; Qeyd. Sözün kökü kar samitlə bitdikdə, ahəng qanununa görə a, ə, cingiltili samitlə bitdikdə isə ha bitişdiricisi yazılır. Gethaget sözü istisnadır. 6.1.3. eyni sözün təkrarı və ba, bə bitişdiriciləri vasitəsilə yaranan mürəkkəb zərflər: addımbaaddım, aybaay, günbəgün, ilbəil və s. 6.2. Tərkibində aero-, aqro-, audio-, avia-, avto-, ekzo-, endo-, elektro-, foto-, makro-, mikro-, mini-, mono-, multi-, nano-, neo-, oksi-, oliqo-, paleo-, para-, post-, proto-, psevdo-, psixo-, stereo-, super-, tele-, termo-, trans-, ultra-, ümummorfemləri olan mürəkkəb sözlər bitişik yazılır: aeroklub, aqromüxtəliflik, audioəlaqə, aviasalon, avtopark, endoplazma, mikrocərrahiyyə, elektromaqnit, fotoçəkiliş, miniavtobus, monopredikativ, monokristal, multimilyonçu, nanotexnologiya, nanohissəcik, neofaşizm, neorealizm, oksitetrasiklin, oliqofreniya, paleoxəritə, paramaqnetizm, postsovet, psixonevroloji, postmodernizm, prototürk, stereotəsvir, superdövlət, supermarket, teletamaşa, termoaçar, transmilli, ultrasəs, ümumbəşəri və s. Qeyd. Bu morfemlərin bəziləri xüsusi isimlərə qoşulduqda, defislə yazılır: trans-Asiya, trans-Avropa, trans- Avrasiya, transQafqaz, paleo-Azərbaycan, proto-Azərbaycan, ümum-Azərbaycan, ümum-Avropa və s. 6.3. Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq aşağıdakı mürəkkəb sözlər defislə yazılır: 6.3.1. qoşa sözlər: adda-budda, aşıq-aşıq, az-maz, dedi-qodu, əzik-üzük, həlləmqəlləm, kağız-kuğuz, qara-qura, qonaq-qara, sürsümük və s.; 6.3.2. tərkibində art-, eks-, əks-, kontr-, qeyri-, ober-, veb-, vitse- morfemləri olan mürəkkəb sözlər: art-obyekt, eksprezident, əks-səda, kontr-admiral, qeyri-adi, qeyri-iradi, oberleytenant, veb-dizayner, veb-səhifə, vitse-admiral; 6.3.3. izafət birləşmələri: həddi-büluğ, külli-aləm, külli-ixtiyar, nöqteyi-nəzər, tərcümeyi-hal, tərzi-hərəkət və s.; 6.3.4. mürəkkəb coğrafi sözlər: cənub-qərb, şərq-qərb, şimalşərq və s.; 6.3.5. tərkibində mənaca bir-birinə yaxın və ya əks anlayışları bildirən sözlər: abhava, adlı-sanlı, ağıllı-kamallı, az-çox, baş-ayaq, dərə-təpə, dinməz-söyləməz, eləbelə, gec-tez, iki-üç, naz-qəmzə, nəvə-nəticə, ölüm-itim, pis-yaxşı, söz-söhbət, təhvil-təslim, ucsuzbucaqsız və s.; 6.3.6. ölçü vahidlərini bildirən isimlər: kiloelektron-volt, kilovatsaat, qram-kalori və s.; 6.3.7. birinci tərəfi sifətin dərəcə əlaməti kimi işlənən açıq və tünd sözlərinin, eləcə də müəyyən məna çaları bildirən ala sözünün iştirakı ilə yaranan mürəkkəb sifətlər: açıq-sarı, tünd-göy, ala-seyrək və s. Qeyd. Tərkibində təhər morfemi olan sifətlər istisnadır: bu cür sözlər bitişik yazılır: göytəhər, sarıtəhər və s. 7. Köməkçi sözlərin yazılışı 7.1. İdi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik), saitlə bitən zərflərdən və feillərdən sonra ayrı, samitlə bitən feillərdən sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: uşaq idi, uşaq ikən, uşaq imiş, gəlirkən, gəlirmiş, gəlməli idi, gəlməli ikən, gecə idi, gecə ikən, gəlməli imiş, gəlmiş imiş, gəlmişdi və s. Qeyd. Saitlə bitən feillərdən sonra gələn bu köməkçi sözlər ilk saiti buraxılaraq, y bitişdiricisinin əlavəsi ilə bitişik də yazıla bilər: almalıydı, gəlməliymiş, alaydı, alasıydı, gəlməliydi və s. 7.2. Qoşmalar iki cür yazılır: 7.2.1. təkhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid olduqları sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək, quştək və s.; 7.2.2. ikihecalı qoşmalar (ilə, kimi, qədər, ötrü, təki, üçün) aid olduqları sözdən ayrı yazılır: gəmi ilə, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün və s. Qeyd. 1. İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində bitişik yazıla bilər: qatarla, qələmlə və s. 2. Etibarilə, məqsədilə, münasibətilə, vasitəsilə sözləri bitişik yazılır. 7.3. Mənşəcə mürəkkəb olan bağlayıcılar bitişik yazılır: çünki, habelə, halbuki, həmçinin, hərçənd, hərgah, nəinki, yaxud, yainki və s. 7.4. Tərkibi bağlayıcılar və bağlayıcı sözlər ayrı yazılır: belə ki, buna görə, buna görə də, bunun üçün, bununla da, daha da, guya ki, həm də, odur ki, ona görə də, ona görə, onun üçün də, tutaq ki, və ya, və yaxud, kim ki, o zaman ki, onda ki və s. 7.5. Ədatlar aid olduqları sözlərdən ayrı yazılır: daha gözəl, dedim də, di get, ən yaxşı, gör ha, lap pis, sən ki və s. -mı, -mi, -mu, -mü; -sana, -sənə, -ca, -cə ədatları aid olduqları sözlərə bitişik yazılır: Qəşəngdirmi? Oxudumu? A koskosa, gəlsənə, torbanı doldursana! Yaxşıca dincəldim. İndicə gəlmişik və s. 7.6. Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh, ha-haha, pəh-pəh, uy-uy, vay-vay və s. 7.7. Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay haray. 8. Mürəkkəb adların yazılışı 8.1. Ad, soyad, təxəllüs və ləqəb bildirən sözlərin (bəy, oğlu və qızı sözlərindən başqa) birinci hərfi böyük yazılır: Nizami Gəncəvi, İmadəddin Nəsimi, Uzun Həsən, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Xan qızı Natəvan, Süleyman Sani Axundov, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli, Mehdi Hüseynzadə, Səməd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə və s. Qeyd. Xüsusi isimlər cəm şəkilçisi qəbul etdikdə də böyük hərflə yazılır: Nizamilər, Füzulilər, Hacı Qaralar, Həzi Aslanovlar, Mehdi Hüseynzadələr və s. 8.2. Bədii əsərlərdə heyvanlara və cansız əşyalara verilən adlar böyük hərflə yazılır: Alapaça, Badə, Bəng, Bozdar, Qırat, Məstan və s. 8.3. Tarixi hadisələrin, dövrlərin, sülalələrin, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün ilk hərfi böyük yazılır: Azadlıq meydanı, Çaldıran döyüşü, Dəmir dövrü, Orxon-Yenisey abidələri, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Şuşa qalası, Versal 10 sülhü, Vətən müharibəsi, Yeddiillik müharibə və s. Belə mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda, onun da birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü. 8.4. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Naxçıvan Muxtar Respublikası və s. 8.5. Səmavi kitabların, fəza cisimlərinin adları böyük hərflə yazılır: Quran, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Tövrat, Zəbur, Ülkər, Günəş, Ay, Yupiter, Saturn, Venera və s. 8.6. Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. mürəkkəb adların tərkibindəki bütün sözlərin (adına, üzrə, yanında, qarşı kimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s. Qeyd. 1. Tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır: Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və s. 2. Məşhur tarixi gün və bayram adlarında yalnız birinci sözün ilk hərfi böyük yazılır: İyirmi yanvar, İyirmi səkkiz may, Səkkiz mart, Qurban bayramı, Novruz bayramı və s. Həmin günlər rəqəmlə göstərilərsə, 20 Yanvar, 28 May, 8 Mart və s. rəqəmdən sonrakı birinci sözün ilk hərfi böyük yazılır. 3. Azərbaycan Respublikasının Səhiyyə naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır. 4. Tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik 11 hərflə yazılır: Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaqgənclər şahmat məktəbi, BDU-nun Filologiya fakültəsi, Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsi və s. 5. Tərkibində okean, dəniz, çay, göl, şəhər, rayon, qəsəbə, kənd, prospekt, meydan, küçə, xiyaban, saray, qala, türbə, qoruq, boğaz, düz, ada, burun, körpü, düzənlik, dağ, səhra, dərə sözləri olan adlarda ilk söz böyük hərflə yazılır: Sakit okean, Xəzər dənizi, Qara dəniz, Kür çayı, Baykal gölü, Bakı şəhəri, Salyan rayonu, Şüvəlan qəsəbəsi, Hökməli kəndi, Neftçilər prospekti, Azadlıq meydanı, Əhməd Cavad küçəsi, Şəhidlər xiyabanı, Səadət sarayı, Ramana qalası, Möminə xatun türbəsi, Şirvan qoruğu, Dardanel boğazı, Mil düzü, Nargin adası, Xudafərin körpüsü, Culfa düzənliyi, Kəpəz dağı, Qaraqum səhrası, İynə burnu. 8.7. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı sözlər kiçik hərflə yazılır: Əməkdar müəllim, Əməkdar incəsənət xadimi, Xalq şairi və s. Qeyd. Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı mürəkkəb adlarında hər üç söz böyük hərflə yazılır. 8.8. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran və s. adları dırnaqda və böyük hərflə yazılır: “İstiqlal” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “Ata və oğul” povesti, “Yeddi gözəl” baleti, “Uzaq sahillərdə” filmi, “Azərbaycan” qəzeti, “Cücələrim” kafesi, “Bahar” mağazası, “Badamlı” mineral suyu və s. Qeyd. Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır: “Xalq qəzeti”nin bugünkü nömrəsi, “Yeddi gözəl”in ilk tamaşası və s. 8.9. Mirzə, hacı, şeyx, seyid, şah, sultan, bəyim və s. sözlər rütbə, ləqəb və titul bildirib, aid olduğu sözlərdən əvvəl gəldikdə böyük hərflə, sonra gəldikdə isə kiçik hərflə yazılır: Hacı Qara, Mirzə Fətəli, Nadir şah, Seyid Əzim, Sultan Süleyman, Şah İsmayıl, Şeyx Nəsrullah və s. Qeyd. Ağa, bəy, xan, xanım sözləri insan adlarının tərkib hissəsi kimi işləndikdə bitişik yazılır: Ağacavad, Ağabəy, Əlibəy, Xanoğlan, Böyükxanım və s. Həmin sözlər adlara qoşularaq titul kimi və ya hörmət məqsədilə işləndikdə isə ayrı yazılır: Abbasqulu ağa Bakıxanov, Nəcəf bəy Vəzirov, Fətəli xan Xoyski, Fatma xanım Kəminə və s. 9. İxtisar və qısaltmalar 9.1. İxtisar və qısaltmalar aşağıdakı kimi yazılır: 9.1.1.tam ixtisarlar və qısaltmalar aid olduqları sözlərə uyğun olaraq böyük hərflə yazılır: Azərbaycan Respublikası - AR, Birləşmiş Millətlər Təşkilatı - BMT, Milli Məclis - MM və s.; 9.1.2. tam ixtisarlar ümumi isimlərə aid olduqda kiçik hərflə yazılır: metr - m, cild - c, və sairə - və s., və başqaları - və b.; 9.1.3. yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akademik – akad., doktor – dok., dosent - dos., professor – prof., Azərbaycan Nəşriyyatı - Azərnəşr və s. 9.2. İxtisarlara əlavə edilən şəkilçilər son səsin tələffüzünə uyğun olaraq yazılır: AMEA-dan, MDB-nin, UNESKO-nun, İSESKOda, BDU-ya və s. 10. Sözün sətirdən sətrə keçirilməsi 10.1. Sözlər sətirdən sətrə hecalarla keçirilir: və-tən, mək-təbli-lər və s. Sözün bir saitdən ibarət olan hecasını sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz: a-ilə, a-zadlıq, iddi-a və s. Bu qəbildən olan sözlər sətirdən sətrə bu şəkildə keçirilir: ai-lə, azad-lıq, id-dia və s. 10.2. Saylar rəqəmlə yazıldıqda, onlara artırılan şəkilçilər sətirdən sətrə keçirilmir: 5-cilər, 7-ci, 9-da və s. 10.3. Mürəkkəb ixtisarlar və onlara artırılan şəkilçilər sətirdən sətrə keçirilmir. 10.4. Ad və ata adlarının bir hərfdən ibarət qısaltmalarını (M.F.Axundzadə, M.S.Ordubadi, Y.V.Çəmənzəminli və s.) sətrin sonunda saxlamaq olmaz. 10.5. Durğu işarələri yeni sətrə keçirilmir. Mövzu 16. Kommunikativ proseslərdə ədəbi dil normalarından düzgün istifadə. Leksik norma. “Söz” anlayışının nitq mədəniyyətşünaslığında necə mühüm yer tutduğunu sübut etməyə, yəqin ki, xüsusi ehtiyac yoxdur; yalnız onu demək lazımdır ki, sözün düzgün tələffüzü nitq mədəniyyətinin “xarici”, leksik-semantik mənasından düzgün istifadə isə “daxili” təbiətinə aiddir. Dilin səsləri (fonemləri), qrammatik göstəriciləri (morfemləri, sintaksemləri) kəmiyyətcə nə qədər yiğcam və ya məhduddursa, sözləri (leksemləri) sayca o qədər çoxdur. Müasir Azərbaycan dilində bir neçə yüz min söz vardır ki, nitq praktikasında bunların yalnız bir neçə on minindən fəal istifadə olunur. Hər bir dildə olduğu kimi, Azərbaycan dilində də nitqin leksik-semantik əsasında ümumişlək sözlər dayanır. Bunlar o sözlərdir ki, cəmiyyətdə kifayət qədər populyar olmaqla dilin əsas lüğət fondunu təşkil etməkdədir. Əlbəttə, elə bir azərbaycanlı təsəvvür etmək mümkün deyil ki, ata, ana, ev, ailə, məktəb, vətən , xalq, dövlət, dünya, həyat, yaşamaq, oxumaq, yazmaq, ağlamaq, gülmək kimi minlərlə sözü əsas məna çalarları, leksik-semantik miqyas genişliyilə bilməsin. Və bu dil-ünsiyyət hazırlığı, bir tərəfdən, nitq mədəniyyətinin fundamentlərindən birini təşkil edirsə, digər tərəfdən, onun dərəcədə mükəmməl olması sonrakı mərhələlərin keyfiyyətinə əhəmiyyətli təsir göstərir. Hər şeydən əvvəl o baxımdan ki, ədəbi dilin ümumişlək leksikasının tələb olunan səviyyədə mənimsənilməsi (qeyd edək bu, orta təhsilin son illərində başa çatır) həm mədəni nitq üçün təhlükə yaradan amillərin (dialektizmlərdən, yabançı sözlərdən, loru və ya biədəb sözlərdən istifadə və s.) qarşısını alır, həm də arxaizmlər, neologizmlər, intellektual və ya professional leksika ilə fərdi nitq təcrübəsini zənginləşdirmək üçün şərait yaradır. Müşahidələr göstərir ki, insanın söz ehtiyatının ( burada kəmiyyətlə yanaşı, keyfiyyət də nəzərdə tutulur) aktiv müəyyənləşməsi prosesi, əsasən, üç mərhələdən keçir: 1) 11-12 yaşından 17-18 yaşlarına qədər; 2) 17-18 yaşından 27-28 yaşlarına qədər; 3) 27-28 yaşından 37-38 yaşlarına qədər. Birinci mərhələdə ədəbi dilin ümumişlək leksikası, ikinci mərhələdə subyektin marağından, peşə yönümündən irəli gələrək professional leksika, üçüncü mərhələdə isə daha çox universal-fəlsəfi məzmun daşıyan sözlər mənimsənilir. Əgər bu mərhələlər lazımi keyfiyyətlərdə keçirilirsə, fərdin həm dil təfəkkürü mükəmməl olur, həm də nitq mədəniyyəti tələb edilən səviyyəyə yüksəlir. Çoxmənalılıq (polisemiya) sözün daxili təbiətini (mahiyyətini) əks etdirən əlamətlərdən biridir. Sözün çoxmənalılığı həm linqvistik, həm də stilistik ( üslubi) səciyyə daşıyır. Lakin bu gün linqvistik çoxmənalılıq kimi tanıdığımız hadisənin də kökündə və ya mənşəyində üslubilik, başqa sözlə, məcazlaşma dayanır. Müşahidələr göstərir ki, çoxmənalı sözlərin müxtəlif məna nüanslarını, adətən, bir-birindən kəskin şəkildə fərqlənən anlayışlar kimi təsbit etmək mümkün olmur. Və bunun özü də çoxmənalılığın (polisemiyanın) əlamətlərindən biridir. Məsələn: Yol 1) hərəkət etmək üçün bu və ya digər dərəcədə münasib olan yer, məkan; 2) hərəkət edilən istiqamət və ya məsafə; 3) zaman məsafəsi ( məsələn: ömür yolu, yaradıcılıq yolu və s.); 4) üsul və ya üslub ( məsələn: demokratiya yolu, doğru yol, səhv yol və s.); 5) dəfə, kərə ( məsələn: yüz yol, əlli yol və s.) və i. Omonimlik müəyyən mənada çoxmənalılığın davamıdır, belə ki, çoxmənalılıqda sözün müxtəlif məna çalarları arasındakı assosiativ əlaqələr mühafizə olunduğu, bir-birini “yada saldığı” halda, omonimlikdə həmin əlaqələr “itmiş”, yaxud “unudulmuş” olur. Azərbaycan dilində omonimləşmə hesabına lüğət tərkibinin zənginləşməsi prosesi onun qədim dövrlərindən mövcud olmuşdur. Bu hadisə, xüsusilə bu gün, isim və feillərə mənsub olan omonim sözlərdə özünü daha çox göstərir. Azərbaycan dilinin omonimlərində əsas yer tutan bu xüsusiyyət rus dilinə aid ola bilmir. Həmin dildə müxtəlif nitq hissəsinə mənsub məfhumları ifadə edən omonim sözlər yoxdur. İsim-feil ( əslində, feil-isim) omonimliyi Azərbaycan dili leksikonu üçün genotipoloji hadisədir; ümumiyyətlə isə, təsadüfi omonimlik fərqli olaraq, bu cür genotipoloji və ya etnolinqvistik mənşəli omonimlər nitq mədəniyyəti baxımından xüsusi əhəmiyyət kəsb edir. Məsələn, düzmək feili əsasında düz sifəti, onun əsasında isə düz ( “çöl” mənasında) ismi yaranır. Və hər biri müəyyən miqyasda çoxmənalılıq qazanan həmin omonimlər kökü bir mənbədən gələn kifayət qədər çoxşaxəli, qol-budaqlı bir leksik-semantik şəbəkə təşkil edir ki, onun bütöv bir idrak ardıcıllığı üzrə qurulduğuna şübhə yoxdur. Sinonimlik iki və ya daha çox sözün eyni bir anlayışı bildirməsindən ibarətdir. Lakin buradakı “eyni bir anlayış-müxtəlif sözlər” münasibətində həmişə aydın duyulan şərtilik vardır. Və həmin şərtiliyin mahiyyəti ondan ibarətdir ki, “eyni bir anlayış”ın bir dildə “ müxtəlif sözlər”lə verilməsinə ehtiyac yoxdur. Odur ki, “müxtəlif sözlər”, əslində, “eyni bir anlayış” ətrafında fərqli məna çalarlarını saxlamaqla birləşə və ya qruplaşa bilər. Məsələn, “vətən” anlayışı vətən sözündən başqa, yurd, ana torpaq, el-oba... kimi çoxlu sayda söz və ya söz birləşmələrilə ifadə olunur. Yaxud “getmək” anlayışı birbaşa getmək sözü ilə yanaşı, çıxmaq, tərk etmək, hərəkət etmək... kimi leksemlərlə verilir. Bəzən sinonim sözlərin eyni mənaya da malik olduğunu göstərirlər. Lakin belə sözlər sinonim deyil, dubletlər adlanır. Dubletlər dili lazımsız sözlərin təkrarı hesabına ağırlaşdırır və ifadənin səlisliyini pozur. Dubletlər forma və mənşəyi müxtəlif olan sözlərdir, onlar mətnə görə neytral olur, çünki mənaca bir-birinin tam eyni olan sözlərdir. Buna görə də müxtəlif şəraitdə ( mətn, nitq, situasiya) məna fərqi yaratmır və bir-birini əvəz edə bilər. Məsələn, XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilində aşağıdakı paralellər mövcud oımuşdur: universitet-darülfünun, eynək-çeşmək-gözlük, ağ-bəyaz, bahar-yaz, ad-san, dava-dərman, sağ-salamat, bica-yersiz, künc-bucaq, şərəf-şan. Sinonim dubletlərin bir hissəsi arxaikləşmiş də ola bilər: Ayaq-qədəm, aydır-deyir, nəsnə-şey, dün-gecə, sayru-xəstə, tuş-yuxu, tanıqşahid, sağ-əsən və s.” Hazırda müasir Azərbaycan ədəbi dilində nə universitet-darülfünun, nə də, məsələn, tuş-yuxu, tanıq-şahid, sağ-əsən şəklində dubletlik yoxdur. Yəni komponentlərin ikinci tərəfi tamamilə arxaikləşmişdir, yalnız ötən dövrlərin təəssüratı olaraq müəyyən məqamlarda ( və ara-sıra) işlənir. Ağ-bəyaz, ad-san, sağsalamat... tipli leksik-semantik, münasibətlərə gəldikdə isə burada dubletlikdən və ya mütləq sinonimlikdən danışmaq ümumiyyətlə mümkün deyil. Çünki sinonim tərəflərin hər biri eyni zamanda kifayət qədər geniş əlavə məna çalarlarına malikdir. Bununla belə son zamanlar Azərbaycan dilində xüsusilə beynəlxalq alınmalar hesabına terminoloji paralellik miqyas almışdır; məsələn: bəsit-primitiv, üzviorqanik, təcrübə-praktika, sürət-temp, təcavüzkar-aqressor, müasir-modern, əlamət-simptom, dövr-epoxa, mərhələ-etap, müvari-paralel, yoluxma-infeksiya, fəal-aktiv, oftolmoloq-göz həkimi, kardioloq-ürək həkimi və s. Sinonimlərdən istifadənin nitq mədəniyyəti baxımından əsas funksiyası “eyni mənalı” sözlər içərisindən vəziyyətə, şəraitə, məqsədə və s. ən uyğun olanı seçib işlətməkdən ibarətdir ki, bu, danışandan və ya yazandan ( adresantdan) dilin sinonimiya imkanlarına bələdlik tələb edir. Antonimlik əks mənalı sözlərin münasibətini ifadə etməklə dildə leksiksemantik vahidlərin müəyyən sistemini yaradır. Bütün dillərdə olduğu kimi, Azərbaycan dilində də antonimliklə sinonimlik tez-tez qarşılaşdırılır. Və bu zaman müəyyən məna çalarlıqlarının aktuallaşması meydana çıxır. Məsələn, yaxşıdır yerinə pis deyil, yaxud maraqlıdır yerinə maraqsız deyil və ya əksinə, pisdir yerinə yaxşı deyil, maraqsızdır yerinə maraqlı deyil işlətmək artıq normativləşmiş üslub hadisəsidir. Dialekt sözlər, alınmalar, arxaizm, tarixizm və neologizmlər. Nitq mədəniyyəti təcrübəsində dialekt sözlərinə ( dialektizmlərə) münasibət ən mühüm məsələlərdən biri hesab olunur. Və müşahidələr göstərir ki, burada müəyyən ziddiyyət də yox deyil. Belə ki, xalq dili ( dialekt-şivələr), bir tərəfdən, ədəbi dilin əsas “qida mənbələri”ndən biridir, digər tərəfdən, ədəbi dil xalq dilinin ( dialekt-şivələrin) qeyri-normativ, “pozucu” təsirindən qorunmalıdır. Nitqdə dialektizmlərdən və ya məhəlli sözlərdən istifadə ədəbi normativlik baxımından ciddi qüsur sayılır. Məsələ burasındadır ki, ədəbi dil birdən-birə deyil, müəyyən tarixi proses nəticəsində tədricən ( və kifayət qədər təbii sosial, siyasi, mədəni və s. şərtlər əsasında) formalaşır. Ümumxalq və ya canlı xalq dilinin müəyyən coğrafi mərkəzdə ( o həm də iqtisadi, siyasi, mədəni və s. mərkəzdir) konsentrasiya dialekt çoxvariantlılığından (pərakəndəliyindən) təkvariantlılığa ( normativliyə) keçidlə müşayiət olunur. Və ədəbi dil öz materialını ən azı üç mənbədən alır: 1) əcdad ədəbi dilin və ya dillərin norma ənənələri; 2) dialektlərdən, yaxud “tayfa dilləri”ndən gələn “seçilmələr”; 3) inkişaf etmiş qonşu ədəbi dillər. Azərbaycan ədəbi dili həm “türki”nin (orta əsrlər ümumtürk ədəbi dilinin), həm Azərbaycan ərazisindəki türk “tayfa dilləri”nin, həm də qonşu fars və ərəb ədəbi dillərinin (dialektlərinin yox!) əsasında formalaşmışdır. Bu da doğrudur ki, Azərbaycan ədəbi dilinə müxtəlif dövrlərdə bəzən az, bəzən də çox sayda dialekt sözləri daxil olmuş və həmin proses, prinsip etibarilə, ədəbi normanın demokratikləşməsi istiqamətində getdiyindən dialektizmlər ədəbi dili onu “ağırlaşdıran” ərəb-fars alınmalarından təmizləməyə xidmət etmişdir. Xüsusilə XVIII əsrdə, XIX əsrin sonu XX əsrin əvvəllərində canlı xalq dilinin ədəbi dilə “saflaşdırıcı”, yaxud “milliləşdirici” təsiri, həqiqətən, tarixi və ya həlledici olmuşdur. Ancaq dialektizmlərin ədəbi dilə (və nəticə etibarilə, nitq mədəniyyətinə) pərakəndə, yaxud xaotik müdaxiləsi, təbii ki, yolverilməzdir. Və bunun aşağıdakı səbəbləri xüsusi olaraq qeyd edilməlidir: a) məhəlli səciyyə daşıyan dialektizm ümumxalq və ya ümummilli ünsiyət səviyyəsində anlaşılmazdır; b) dialektizm ədəbi dildə “variantlılıq” yaratmaqla onun normativlik prinsipini təhlükə altına alır. Əlbəttə, bu, məsələnin ictimai tərəfidir, konkret bir fərd konkret ədəbi nitq situasiyasında dialektizmlərə müraciət etdikdə isə üç səciyyəvi münasibətlə qarşılaşır: 1) ətrafdakılar danışan şəxsdən həmin dialektizm və ya dialektizmlərin mənasını soruşurlar; 2) onun nə dediyini, ümumiyyətlə fikrini anlamayıb sözünə laqeyd yanaşırlar 3) və ən təhlükəlisi, ətrafdakılarda belə bir təsəvvür yaranır ki, bu şəxs nitq mədəniyyətindən məhrumdur. Lakin unutmaq olmaz ki, Azərbaycanda ədəbi nitq mühiti ilə yanaşı, dialekt nitqi mühiti də mövcuddur. Və etiraf etmək lazımdır ki, kifayət qədər canlı, funksional olub öz müxtəlifliyi, rəngarəngliyilə ölkənin bütün coğrafiyasını əhatə edir. Ona görə də burada ədəbi dil-dialekt münasibətlərinin mürəkkəb bir mənzərəsilə qarşılaşmamaq mümkün deyil. Məsələn, müşahidələr göstərir ki, dialekt mühitinin ədəbi dil daşıyıcısına onun nitqdən irəli gələn münasibəti aşağıdakı şəkillərdə təzahür edir: a) əgər danışan şəxsin mənşəcə bu dialekt mühitinə aidliyi məlumdursa, onun ədəbi nitqi bu və ya digər dərəcədə istehza doğuracaqdır; b) əgər danışan şəxsin mənşəcə bu dialekt mühitinə aid olmadığı məlumdursa, onun ədəbi nitqi normal qarşılanacaqdır; c) əgər danışan şəxsin mənşəcə hansı dialekt mühitinə aid olub-olmadığı ümumiyyətlə məlum deyilsə (Azərbaycan şəraiti üçün bu, demək olar ki, nadir hadisədir), tərəddüdlər baş qaldıracaqdır. Odur ki, ümumiyyətlə, dialekt mühitləri ilə ünsiyyətə girərkən həmin mühitin yerli nitq xüsusiyətlərinə və ya vərdişlərinə müəyyən hörmətlə yanaşmaq lazım gəlir. Bütövlkdə isə, Azərbaycan nitq mədəniyyətinin müasir səviyyəsi elədir ki, ədəbi dil-dialekt fərqlilikləri özünü leksikadan daha çox fonetikada göstərir. Və ümumxalq, yaxud ümumdilli maraqlar baxımından ədəbi dil normaları, heç şübhəsiz, dialekt-şivə variantlılığından müqayisə edilməyəcək qədər nüfuzludur. Alınmalar Hər bir dil yabancı ( alınma) sözlərə həm müqavimət göstərir, həm də onları qəbul etməli olur. Azərbaycan dilində fəal işlənən həm Şərq, həm də Qərb mənşəli alınma sözlərin sayı on minlərlədir. Və bu dili kitab, elm, ədəbiyyat, incəsənət, mədəniyyət, eşq, məhəbbət, həyat, adam, insan, tale, dövlət, xeyir, şər, can, vətən, namus, qeyrət, müharibə, sülh... kimi Şərq, universitet, teatr, televiziya, kompüter, akademiya, parlament, partiya, lisenziya, demokratiya, planet, sivilizasiya... kimi Qərb mənşəli alınma sözlərdən kənarda təsəvvür etmək mümkün deyil. Azərbaycan Şərq mədəniyyəti ilə Qərb mədəniyyətinin qovşağında yerləşdiyinə görə, artıq qeyd etdiyimiz kimi, Azərbaycan dili lüğət tərkibində ŞərqQərb paralelliyi və ya sinonimliyi adlandıra biləcəyimiz özünəməxsus ( unikal) bir hadisə ilə rastlaşırıq; məsələn: müsbət-pozitiv, mənfi-neqativ, mütləq-absalyut, peşəkar-professional, mənşə-genezis, kütləvi-total, intibah-renesans və s. Hər bir dil, ilk növbədə, o əcnəbi sözləri qəbul edir ki, onlar dilə tamamilə yeni ( və zəruri!) anlayışlar gətirir. Və bu anlayışlar aşağıdakı sahələri əhatə edir: 1) iqtisadi-təsərrüfat; 2) ictimai-siyasi, inzibati; 3) dini-mənəvi, ideoloji; 4) elmi, mədəni və s. Tarix göstərir ki, çox zaman bir dilin başqa bir dilə və ya dillərə təsiri qlobal, yaxud epoxal xarakter daşıyır. Azərbaycanın ərəb işğalına məruz qalması, xüsusilə İslam dinini qəbul etməsi nəticəsində Azərbaycan türkcəsinə uzun əsrlər boyu çoxlu ərəb sözləri keçmiş, XIX əsrin ortalarından isə bu proses tədricən dayanaraq öz yerini rus dili vasitəsilə Qərb təsirinə vermişdir. Və həmin dövrdən etibarən Azərbaycanın düşdüyü yeni tarixi şərait milli ictimai varlığa ( və onun şüuruna) geniş miqyasda yeni texnologiyalar diqtə etdiyi kimi kütləvi olaraq yeni anlayışlar və sözlər də gətirmişdir. Müasir Azərbaycan dilində Şərq və Qərb mənşəli alınma sözlər tamamilə əks coğrafi-mədəni mənbələrdən ( və müxtəlif tarixi dövrlərdən) gəlsə də, milli dil təfəkkürü üçün nəinki problemlər yaradır, əksinə, onun universallığını, dünyaya açıqlığını və tolerantlığını təmin edir. Sual oluna bilər ki, bu qədər çoxsaylı ( və müxtəlif mənşəli) alınmalar nə üçün Azərbaycan dilinə dağıdıcı təsir göstərmir? Hər şeydən əvvəl ona görə ki, Azərbaycan dilinin, ümumiyyətlə türk dillərinin iltisaqi genotipologiyasının olduqca möhkəm struktur dayaqları vardır. Alınma söz, bir tərəfdən, milli ( türk mənşəli) sözlər qədər çoxmənalılıq qazanmır, digər tərəfdən isə, milli sözyaradıcılığı standartları ilə əhatə olunub neytrallaşdırılır. Hətta, məsələn, kitab, katib, məktəb kimi eyni flektiv olan ərəb sözləri də azərbaycanlının dil təfəkküründə heç bir “qohumluq” ( eyniköklülük) assosiasiyası yaratmayan tamamilə müxtəlif leksik vahidlər kimi qavranılır. Azərbaycan dili uzun əsrlərin təcrübəsinə dayanaraq inkişaf etmiş dillərdən zəruri sözləri maneəsiz aldığı kimi, zəruri olmayan əcnəbi sözlərə də həmişə ciddi müqavimət göstərmişdir. Məsələn, Qərb mənşəli universitet, akademiya, partiya, qrammatika, termin sözlərini almaq ehtiyacı meydana çıxdıqda darülfünun, darülelm, firqə, sərf-nəhv sözlərindən imtina olunmuşdur. XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə rus dilinin təsiri nə qədər güclü olsa da, demək lazımdır ki, ədəbi dil yalnız ən zəruri sözləri qəbul etdiyi halda, danışıq dili, hətta məhəlli səciyyə daşıyan dialektlər belə, çoxlu sayda “rusizm”lə “zənginləşmişdir” ki, həmin əcaib vəziyyət bu günə qədər qalmaqdadır... Məsələ burasındadır ki, Azərbaycan danışıq dilinə Şimalda rus dili nə qədər dağıdıcı təsir etmişdirsə, Cənubda da eyni təsiri fars dili göstərmişdir. Arxazim və ya tarixizmlərdən, eləcə də neologizmlərdən istifadə nitq mədəniyyətinin keyfiyyətinə bu və ya digər dərəcədə təsir göstərən amillərdəndir. Əlbəttə, tarixdən danışan bir şəxsin bütün anlayışları müasir sözlərlə ifadə etməsi yalnız anlaşılmazlıq və ya qeyri-dəqiqliklərlə müşahiət olunmur, həm də nitqin mədəni-intellektual səviyyəsi barədə neqativ təsəvvür yaradır. Və ümumiyyətlə, mükəmməl nitqdə tarixin ( arxaikanın) həm birbaşa, həm də dolayısı ilə iştirakı mülahizələrindən çıxış edərək belə bir qərara gəlmək olar ki, bu günün dili, o cümlədən daha dəyişkən olan leksikon dünənin dilindən heç də kəskin şəkildə ayrılmır, sadəcə olaraq, leksik arxaika öz anlayışları ilə birlikdə funksional aktivliyini müəyyən qədər itirmiş olur. Yeni dövrdən başlayaraq elmi-intellektual təfəkkürün tarixə geniş miqyas alan marağı kütləvi şüura da dərindən sirayət etmiş, əgər beklə demək mümkünsə, tarix xeyli dərəcədə “müasirləşmiş”dir. Eyni zamanda, zahirən nə qədər paradoksal görünsə də, müasir ictimai təfəkkürdə, eləcə də dil təfəkküründə yeni anlayışlara ( və neologizmlərə) maraq olduqca güclənmiş, keçmişə münasibət kimi gələcəyə münasibət də milli hüdudlardan kənara çıxaraq beynəlmiləl və ya planetar xarakter kəsb etmişdir. Neologizmlər dilin leksik-semantik sisteminin bərabərhüquqlu elementinə çevrilməsi üçün müəyyən zaman keçməli, dilə yenicə daxil olmuş alınma söz fonetik və qrammatik cəhətdən daxil olduğu sahənin digər sözlərilə qaynayıqarışmalı, bir növ vətəndaşlıq qazanmalıdır. İlk dönəmlərdə müəyyən qrup adamlar üçün aydın olan sözlər tədricən ümumxalq dilinə keçir və əksəriyyət tərəfindən anlaşılmağa başlayır: demarş, ştrix, faktor, kommunikasiya, kurasiya, skandal, neqativ, impuls, transfer, ambisiya, aksiya, super market, vitirin, təhəddid, tarif, insident, rezyume, fiasko, konflikt, presedent, analoq, unikal, ajiataj, cüzi, infrastruktur, formirovka, dominant, zənn, eks, inteqrasiya, kompramant, passiv, situasiya, optimal variant, təkzib etmək, musaj, adekvat, ironiya hotel, skeptik, təbəə, qrimas ( görkəm), diversiya, restrukturzasiya, postsovet, provayder, sayt, antiqlobalist, moralist, sinerkizm, prezentasiya, matç, liqa, klip, montaj kimi vahidlər belə sözlərdəndir. Müstəqilliyimizi qazandıqdan sonra Azərbaycan dilinin hərtərəfli inkişafı, zənginləşməsi, milliləşməsi üçün dövlət səviyyəsində beynəlxalq tələblərə cavab verən bütün hüquqi bazalar yaradılmışdır. Dilimizin dövlət dili və rəsmi dil kimi bütün fəaliyyət sahələrində başqa dillərlə bərabər hüquqda işlənməsi haqda qanunlar qəbul olunmuşdur. İndi bircə şey qalır: ana dilini sevənlər-sıravi vətəndaşlar, ziyalılar, yazıçılar, qəzetçilər, dilçilər məsuliyyət hirsini artırsın, işlətdiyi hər sözə şüurlu yanaşsın, dili ürəkdən sevsin. Hər bir dilin intellektual imkanlarının davamlı olaraq genişlənməsi üçün üç mühüm şərt mövcuddur: 1) hər hansı güclü (beynəlxalq) dilin – “dil imperiyası”nın nəzarətində olmayıb ümumdünya dil (və təfəkkür) proseslərində birbaşa iştirak etmək; 2) hər hansı ideoloji, dini məhdudiyyətlə kifayətlənməyib mümkün qədər demokratik-“liberal” dil təfəkkürünü əks etdirmək; 3) həmin dildə elmi-təhsil müəssisələrinin, universitetlərin kifayət qədər olması. XX əsrin 20-ci illərdən 80-ci illərinə qədər Azərbaycan dili rus dilinin “nəzarət”ində olmuş, kommunist (və ateist) ideologiyanın təsiri altında “inkişaf etmişdir”. Və onun intellektual leksikonu da həmin linqvistik-ideoloji çərçivədən kənara çıxmaq imkanından tamamilə məhrum edilmişdir. Frazeoloji birləşmələr. Frazeologiya dilçiliyin ən gənc şöbələrindən biridir. Bu sahənin banisi fransız dilçisi Ş.Balli hesab olunur. Belə ki, “dilə möhkəm surətdə daxil olan birləşmələrin” öyrənilməsinin xüsusi üsullarının zəruriliyini ilk dəfə Ş.Balli əsaslandırmışdır. Dilin lüğət tərkibində, daha doğrusu, leksik sistemində elə birləşmələr vardır ki, onlar öz məna xüsusiyyətinə görə hazır vahidlər olub, xüsusi bir qrup yaradır. Həmin qrupa daxil olan sözlər öz leksik-semantik səciyyəsinə görə ümumi sözlərdən və xüsusi adlardan fərqlənir. Belə ki, həmin qrupa daxil olan leksik vahidlər bir qayda olaraq, öz lüğəvi mənalarından uzaq olur və əslində, ayrılıqda müstəqil mənaya malik olmur. Daha konkret desək, birləşmələrin tərkib hissələri birləşmədə ifadə olunan ümumi bir mənanın yaranmasına xidmət göstərir. Başqa sözlə, özlərinin ilkin morfoloji və sintaktik mənalarını itirir; yəni ayrılıqda müstəqil nitq hissəsi və cümlə üzvü olmaq qabiliyyətini mühafizə edə bilmir. Fikrimizi aydınlaşdırmaq üçün əldən düşmək feilini nəzərdən keçirək. Adi leksik və qrammatik səviyyədə olan bu birləşmə əldən və düşmək sözlərindən ibarətdir. Əldən sözü leksik cəhətdən bədən üzvlərindən birinin, düşmək sözü isə müəyyən bir hərəkətin adını ifadə edir. Əldən sözü öz morfoloji mənasına görə isimdir. Təkdədir və ismin çıxışlıq halındadır. Düşmək sözü feildir, məsdər formasındadır, məlum növdədir, təsirsizdir, təsdiqdədir. Lakin əldən düşmək birləşməsi dildə elə məqamda işlənə bilər ki, onun tərkib hissələri barəsində yuxarıda deyilənlərdən əsər-əlamət qalmaz. Məsələn, O, bütün günü işləyib əldən düşdü cümləsini nəzərdən keçirək. Göründüyü kimi, burada əldən düşdü yorulmaq mənasını ifadə etdiyindən, artıq onların ilkin lüğəvi mənalarından söhbət gedə bilməz. Bu sözlərin birləşmə daxilində məna vəhdəti o qədər güclüdür ki, onları nə morfoloji, nə də sintaktik cəhətdən ayırmaq qeyri-mümkündür. Bu birləşmələr leksikada müstəqil nitq vahidləri, morfologiyada mürəkkəb nitq hissəsi, sintaksisdə isə sadə cümlə üzvü hesab edilir. Müxtəlif dillərin materialının tədqiqi göstərir ki, dillərin hamısında bu qəbildən olan söz birləşmələri geniş yayılmışdır. Söz birləşmələrinin bu ikili xarakteri dildə olan söz birləşmələrini müxtəlif qruplara ayırmağı zəruri edir. Dilçilik elmi iki qrup: sərbəst və qeyri-sərbəst söz birləşmələrinin mövcud olduğunu göstərir. Bu qruplar sabit və qeyri-sabit söz birləşmələri termini ilə də adlandırılır. Sərbəst və yaxud qeyri-sabit söz birləşmələri o birləşmələrə deyilir ki, onların tərkib hissələri müstəqil leksik mənaya malik olsun, mofoloji və sintaktik cəhətdən üzvlərinə ayrılsın. Sabit və yaxud qeyri-sərbəst söz birləşmələri isə o birləşmələrə deyiir ki, onların tərkib hissələri müstəqil leksik mənaya malik olmur (onu itirir), morfoloji və sintaktik cəhətdən üzvlərinə ayrıla bilmir. Belə birləşmələrə frazeoloji birləşmələr və ya frazeologizmlər də deyilir. Böyük rus dilçisi V.V.Vinoqradov frazeoloji vahidlərin təsnifini vermişdir. Bu təsnifə görə, frazeoloji vahidlərin üç qrupu vardır: 1) frazeoloji uyuşmalar, 2) frazeoloji birləşmələr, 3) frazeoloji qovuşmalar. Bu bölgü bu gün də öz əhəmiyyətini itirməmişdir. Onlara frazeoloji vahidlərin yalnız bir qrupu – frazeoloji ifadələr əlavə edilmişdir. Frazeoloji uyuşmalar elə frazeoloji vahidlərdən sayılır ki, onun tərkib hissələri arasında müəyyən dərəcədə müstəqillik vardır və onlar müəyyən mənada sərbəst birləşmələri xatırladır. Məsələn, xoşu gəlmək. Frazeoloji vahidlərin bu növündə müəyyən qrammatik sərbəstlik var; məsələn, xoşum gəlir, xoşunuz gəlir və s. Frazeoloji birləşmələrdə isə istinad sözü nisbətən daha müstəqil olur. Belə ki, həmin söz mənsubiyyət şəkilçilərinə görə dəyişilməklə bərabər, bu sözlə onun aid olduğu sözün arasına müxtəlif sözlər də daxil ola bilir; məsələn, gözünə dəymək (Çöldə gözümə bir şey dəymirdi). Belə birləşmələr sərbəst birləşmələrdən yalnız məcazi məna bildirmələri ilə fərqlənir. Frazeoloji qovuşmalar özlərinin möhkəm semantik bağlılığı, bölünməzliyi ilə fərqlənir. Belə frazeoloji vahidlərdə istinad sözü qrammatik cəhətdən dəyişməz qalır və tərkib hissələrinin arasına heç bir söz daxil ola bilmir, məsələn, qulaq asmaq (Mən ona diqqətlə qulaq asdım). Frazeoloji ifadələr Azərbaycan dilçiliyində leksik ibarələr kimi izah edilmişdir. Belə frazeoloji birləşmələr istiarə mənşəli olur və daha çox ədəbi dildi istifadə edilir. alovlu salam, kəskin baxış, sağlam fikir, qara qüvvə və s. Mövzu 17. Kommunikativ proseslərdə ədəbi dil normalarından düzgün istifadə. Qrammatk norma Səs (fonem) də, söz (leksem) də bitkin fikir söyləmək, yaxud hökm verməkmühakimə yürütmək üçün vasitə olduğuna görə nitq mədəniyyətinin son nəticəsi özünü cümlədə təzahür etdirir. Cümlənin qrammatik normalara uyğun olaraq düzgün qurulması nitq mədəniyyətinin əsas prinsipidir. Azərbaycan dilində danışan bir şəxs səni gördüm əvəzində sənə gördüm və ya sənə baxdım əvəzinə səni baxdım ifadələrini işlətsə, şəksizdir ki, belə ifadələr qulağımıza ağır gələcək və belə ifadələri söyləyən şəxsi azərbaycanca düzgün danışmayan şəxs hesab edəcəyik. Nə üçün belə ifadələri yanlış ifadələr sayırıq? Əlbəttə, dilin daxili qanunlarını, qrammatik qaydalarını nəzəri surətdə bilməyən şəxs deyər ki, azərbaycanca belə deməzlər və dədədən-babadan səni gördüm, sənə baxdım ifadələri işlənmiş, belə də öyrənilmişdir. Buna görə də doğrusu belədir. Deməli, burada adət, vərdiş, həm də bununla bağlı olaraq estetik təsir nəzərə alınır və ölçü vahidi məhz bunlar sayılır. Lakin bunları dilin qrammatik qanunları əsasında daha dərindən yoxladıqda aydın olur ki, bu ifadələrin məhz belə bir formada qurulması və dədə-babadan bəri vərdiş halına düşməsi, üsttik təsir qüvvəsi kəsb etməsi ancaq və ancaq ümumiyyətlə dilin, xüsusən onun ayrı-ayrı vahidlərinin daxili qanunları ilə, daxili varlığı ilə əlaqədardır və belə təzahür edən qanunauyğunluqdur. Axı, görmək feili ilə baxmaq feili öz təsirlərinə görə başqa-başqa xüsusiyyətlərə malikdir: görmək feili öz daxili məzmununa görə bilavasitə təsir obyektini tələb edən feildir, buna görə obyekti bildirən söz məhz təsirlik halda olmalıdır, buna görə də təsir obyektini bildirən sözün yönlük halda işlənməsi məntiqi cəhətdən yanlışdır. Bunun əksinə olaraq, baxmaq feili başqa bir vəziyyətdədir, burada iş başqa bir vasitə ilə obyektə təsir edir; yəni bu ifadədə obyekt ( sən) “baxmaq” işinin bilavasitə təsir etdiyi obyekti deyil, başqa hər hansı bir vasitə iləgələn təsirin istiqamətini, hədəfini ifadə edən obyektdir. Buna görə də obyektin bilavasitə təsnə düşməsi, yəni sən sözünün təsirlik halında olması məntiqi, doğru və normal vəziyyət sayılmır”. Ədəbi dilin qrammatik normalarına aşağıdakı qaydaları daxil edə bilərik: 1) Azərbaycan dilində miqdar saylarından sonra gələn isimlər tək halda işlədilir: iki top, üç kitab, dörd tələbə, yüz qoyun və s. Hazırda şagird və tələbələr orta ümumtəhsil və ali məktəblərdə rus, ingilis, fransız, alman və s. dilləri (ən azı iki xarici dili) öyrəndiklərindən onlar bilirlər ki, bu dillərdə isimlər miqdar sayları ilə uzlaşır. Amma Azərbaycan dilində bu hal mövcud deyil, yəni isimlərin çoxluq ifadə etməsi üçün cəm şəkilçisini qəbul etməsi lazım gəlmir. 2) Azərbaycan dilində mənsubiyyət kateqoriyası şəxs əvəzlikləri ilə əlaqədardır və əşyanın hansı şəxsə mənsub olduğunu bildirmək üçün isimlərə artırılan mənsubiyyət şəkilçiləri ilə formalaşır. Mənsubiyyət kateqoriyasının elementləri ikinci tərəfdə ifadə olunur. Dilimizdə mənsubiyyət kateqoriyası şəxs əvəzliklərinin iştirakı olmadan da düzəlir: kitabım, topumuz, dəftərin, eviniz, çantası və s. Mənsubiyyət kateqoriyasında yığcamlıq yaratmaq məqsədilə sahib şəxs ixtisara düşür, mənsubiyyət şəkilçili söz həm də sahib şəxsi əvəz edir. Amma rus, ingilis, fransız dillərində bu mümkün deyildir. Eləcə də, dilimizdə I və II şəxsin cəmində ikinci tərəfin mənsubiyyət şəkilçiləri olmadan mənsubiyyət anlayışını ifadə etmək mümkündür (adları çəkilən xarici dillərdə olduğu kimi): Bizim məktəb, sizin ev. Lakin birinci tərəfin işlənmədiyi hallarda mənsubiyyət şəkilçisinin işlənməsi artıq labüd olur: məktəbimiz, eviniz. Dilimizin özünəməxsus xüsusiyyəti burada da özünü göstərir. Mənim məktəb, sənin ev, onun və ya onların bağ deyilməz. Deməli, nitqdə lll növ təyini söz birləşməsi yiyəlik halda işlənmiş şəxs əvəzliyi ilə formalaşır, sahiblik anlayışını bildirən birinci tərəf isə ixtisar oluna bilir: mənim anam əvəzinə anam, sənin adın; əvəzinə adın, onun (onların) atası, əvəzinə atası və s. işlədilir və bu zaman əsas məna nəinki dəyişmir, həm də üslubi məqam kimi cümlədə səlislik, ahəngdarlıq, yığcamlıq yaranır. Elə bu qayda ilə mənsubiyyət şəkilçili getdiyim, gəldiyiniz, oyunçularımız, içdikləri tipli sözləri də ayrılıqda işlətmək və cümləni daha yığcam şəklə salmaq olur. Canlı danışıq dilində, sual-cavab şəklində gedən dialoq- müsahibələrdə mənsubiyyət kateqoriyasının ikinci tərəfi ixtisara düşür. Məsələn: - Bu kimin topudur? - Mənim. - Bəs dedilər ki, onundur. - Yox, onun deyil, mənimdir. 3) ll şəxsin cəmində xəbərlik kateqoriyasının -sınız4 şəkilçisi -sız4 şəklində tələffüz olunur: məşqçisiniz-[məşqçisiz], futbolçusunuz-[futbolçusuz] və s. 4) Feilin inkarlıq kateqoriyası təsdiq formada olan felə - ma/-mə şəkilçisini artırmaqla düzəlir. Məs: o yazır-o yazmır, sən oxuyursan-sən oxumursan. Amma inkarlığı -ma/mə şəkilçisi olmadan da yaratmaq mümkündür. Nə, nə də ədatları işlənəndə felin inkarlıq şəkilçisini işlətməyə ehtiyac qalmır: O nə yazır, nə (də) oxuyur. Biz bu cümləni “o nə yazmır, nə də oxumur” şəklində ifadə etsək, dilimizin qrammatik norması pozulmuş olacaqdır. Nə, nə də ədatları felin qarşısında deyil, cümlənin başqa üzvlərinin yanında gələndə şagird və tələbələr qrammatik normanın pozulmasını aydın təsəvvür etmirlər. Məs: “Nə müəllimin yazdığı aşağı kredit balı, nə də dekanın göstərişi mənim qanuni oxuduğum Akademiyadan çıxarılmağıma haqq qazandıra bilməz”. Cümlədə inkarlıq bağlayıcılarının işlənməsinə baxmayaraq xəbərin yenidən inkarlıq şəkilçisini qəbul etməsi düzgün deyildir. Qəzet səhifələrində, dərslik və dərs vəsaitlərində, ən çox da danışıq dilində bu qayda tez-tez pozulur. 5) Zərflər işlənmə yerindən asılı olmayaraq hərəkətlə (fellə), cümlənin xəbəri ilə əlaqədar olur. Tələbələr bilməlidirlər ki, zərf kimi işlənə bilən sözlər həm isim (səhər, günorta, axşam), həm sifət (yaxın, uzaq, pis, yaxşı), həm də say (az, çox, xeyli) kimi çıxış edə bilməz. Bir nitq hissəsinə aid olan sözün başqa bir nitq hissəsi ola bilməməsi professor Yusif Seyidovun əsərlərində aydınlaşdırılsa da, hələ də orta və ali məktəb dərsliklərində əvvəlki səhv fikirlər təkrarlanır. Tələbələr nitq hissəsi olan zərfi cümlənin ikinci dərəcəli üzvü olan zərfliklə qarışdırırlar. Doğrudur, onlar zərfin nitq hissəsi, zərfliyin cümlə üzvü olduğunu çox vaxt deyə bilsələr də, cümlə təhlilində fikirlərini əsaslandıra bilmirlər. 6) Məlumdur ki, adlara (isim, sifət, saylara) əvvəl kəmiyyət, sonra mənsubiyyət, daha sonra hal, ondan sonra isə xəbər kateqoriyasının əlamətləri (şəkilçilər) artırılır: tələbə+ lər+imiz +in+dir, məşq+çi+lər+imiz+dən+siniz və s. 7) Felin kökünə əvvəl təsirlik, sonra növ, daha sonra şəkil, ondan sonra isə şəxs - xəbər əlaməti (şəkilçisi) artırılır: sil+dir+ il+məli+dir. Bura inkarlıq, kəmiyyət şəkilçilərini, hətta -mı4 sual ədatını da arıtrmaq mümkündür: sil+dir+il+məli+dir+ mi? (gərək) yaz+iş+ma+ya+sınız. Tək-tək hallarda qrammatik normanın pozulmasına rast gəlirik: “Onlar dərslərini gecələr öyrənirlərmiş” cümləsində qrammatik norma pozulmuşdur, çünki -imiş hissəciyi -lər cəmlik şəkilçisindən əvvəl işlənməli idi. 8) Sözlərin nitq axını prosesindəki sırası əhəmiyyətli olduğu üçün onun pozulması qrammatik qaydanın pozulmasına gətirib çıxarır. Məsələn: “Sizi mən çox vaxtlarda istəyirdim görmək”. “Artıq mənim gözləməyimdən nə çıxar indi”. Danışıq dilində belə cümlələrə rast gəlirik. “Görmək” “istəyirdim” sözündən əvvəl, “indi” cümlənin başlanğıcında, “artıq” sözü isə “nə çıxar”-dan əvvəl işənərsə, cümlə dilin qrammatik normasına uyğun olar. 9) Dilimizdə mübtəda ilə xəbər sintaktik-qrammatik cəhətdən şəxsə və kəmiyyətə görə uzlaşmalıdır: “Tələbələr-oğlanlı, qızlı hamı universitetə gedirlər”. “Bir neçə tələbə futbol toplarını torda stadiona aparırlar”. İlk baxışda cümlələr düzgündür. Mübtəda hansı şəxsdə, hansı kəmiyyətdədirsə, xəbər də həmin şəxsdə və kəmiyyətdə olmalıdır. “Tələbələr gedirdilər” cümləsində uzlaşma düzgün sayılmalıdır, amma “hamı” əvəzliyində cəmlik anlayışı olsa da, “hamı gedirdilər” deyilməz (Xatırla: Hamı gedir quş gətirir, Şahqulu bayquş gətirir). “Bir neçə tələbə” anlayışı cəmlik bildirsə də, şəxs kimi təkdədir, buna görə də “aparır” deyilməlidir. Yaxud “Səndən ötrü ayaqlarım evə getmirdilər” cümləsi düzgün qurulmamışdır. “Ayaqlar” sözü cəmdə olsa da, məntiqi cəhətdən “getmirdilər” demək olmaz, uzlaşma yanlışdır. 10) Nitq kommunikasiyasında sözlər müəyyən düzülüş qaydasına tabedir. Cümlə üzvlərinin sırası normativ nitqdə pozulmur. Əgər biz “Mən həvəslə futbol matçlarını izləyirəm” desək, çoxları cümlənin düzgün qurulduğunu təsdiqləyəcək. Amma “həvəslə” zərfliyi qrammatik normaya görə “izləyirəm” xəbərinin qarşısında gəlməlidir. Yaddan çıxarılmamalıdır ki, nitq prosesində sintaktik vahidlərin ardıcıllıq qanunu söz sırası ilə tənzimlənir. Qrammatik norma sözlərin düzgün yazılışı və deyilişi, məna və məntiqi cəhətdən dəqiq işlədilməsi şərti ilə söz birləşmələri və cümlələrin nitqdə düzgün əlaqələndirilməsini tənzimləyir. 11) Sifətin çoxaltma dərəcəsi qrammatik əlamətlərlə yanaşı bütöv sözlərlə də düzəldilir. “Təmiz” əvəzinə “aydan arı, sudan duru” ifadəsi, “qırmızı” əvəzinə “qan qırmızı”, “lalə kimi qırmızı”, “lalədən də qırmızı”, “ağ” “əvəzinə” “süd kimi ağ” və ya “süddən də ağ” kimi bənzətmə bildirən birləşmələr daha təsirli üslubi effekt yaradır. 12) Emosional nitqdə, yüksək pafosla ifadə olunan poetik dildə mübtəda ilə xəbər yerini dəyişə bilir: Qoy sənə desinlər ay qaçaq Nəbi, Həcəri özündən ay qoçaq Nəbi. Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz. Bu,quş dilidir, bunu Süleyman bilir ancaq. (İ.Nəsimi) Poçtalyon Musaya tərs-tərs baxdılar qocalar, bu xəbəri gətirdiyinə görə. Dedilər kəndə gəlir Omaroğlu. -Niyə gəlir bu sağ olmuş, başımızı yerə soxmağamı? (V.Nəsib) Gətirilmiş cümlələrdə sintaktik vahidlərin ardıcıllıq qanunu söz sırası ilə tənzimlənməli olduğu halda bədii əsərlərdə bilərəkdən pozulmuşdur ki, bu da şeirlərdə qafiyə və bölgü, nəsrdə isə yerli koloriti və canlı danışıq dilini saxlamaq xatirinə edilmişdir. 13) Sintaktik əlaqələrin düzəldilmə qaydalarının pozğunluğu fikrin dürüst və kiçik vaxt kəsiyində anlaşılmasını çətinləşdirir: “Məşqçilər yenicə oyundan çıxmış həndbolçulara söhbət apardılar” (idarə əlaqəsi pozulmuşdur). “Həyətyanı evin sahəsi böyük idi (yanaşma əlaqəsi düzgün qurulmamışdır). 14) Elə söz birləşmələrinə də təsadüf edilir ki, onlarda əsas tərəflə asılı tərəfin yerinin dəyişməsi özünü göstərir: gözü yaşlı, sözü məzəli, qəlbi tox, fikri geniş və s. Bunlar sintaktik cəhətdən birinci növ təyini söz birləşmələrinə yaxındır. Mövzu 18. Nitq üslubları İstənilən dilin leksikası üslubi baxımdan müxtəlif növlüdür. Bəzi sözlər ümumişlək hesab edilir, digərləri yalnız müəyyən nitq vəziyyətlərində istifadə edilir. Üslub nitq vasitələrinin insan ünsiyyətinin bu və ya digər sahəsində istifadə edilən, tarixən formalaşmış sistemidir. Müasir dildə aşağıdakı üslubları fərqləndirirlər: elmi, publisistik, rəsmi-işgüzar, danışıq (məişət); bir sıra alimlər həm də bədii ədəbiyyat üslubunu bu sıraya daxil edirlər. Hər bir üslubun dil normalarına aid öz tələbləri var: bu tələblər ciddi elmi terminologiyadan yüksək emosionallığın sadə leksikasına qədər müəyyən hüdudları əhatə edir. Leksika bir üslubdan digərinə keçir, daha çox isə bu və ya digər üslubların söz və ifadələri danışıq (məişət) üslubuna keçib möhkəmlənir. Elmi üslub - bu, elmi məqalələrin, məruzələrin, monoqrafiya və dərsliklərin və s. üslubudur. Bu üslub həmin materialların məzmun və məqsədlərinə əsasən müəyyənləşdirilir. Bunlar: bizi əhatə edən gerçəkliyin faktlarını mümkün olduğu qədər dəqiq və ətraflı izah etmək, hadisələr arasındakı səbəb-nəticə əlaqələrini göstərmək, tarixi inkişafın qanunauyğunluqlarını göstərmək, məlumat vermək və bu kimi məsələlərdir. Elmi üslubun səciyyəvi xüsusiyyətləri bunlardır: • Şərhin məntiqi ardıcıllığı; • Məzmunun informasiya zənginliyi ilə yanaşı birmənalılığı, dəqiqliyi və yığcamlığı; • Mühakimənin konkretliyi, bitərəfliyi, obyektivliyi; • Mətnin bütün leksikasının 15-20 %-ni təşkil edən terminlərin bolluğu; • Elmi frazeologiya (düz bucaq, kəsişmə nöqtəsi və s ); • Mücərrəd leksikanın üstünlük təşkil etməsi (inkişaf, hərəkət, amil, fəaliyyət və s.); • Tək anlayışı bildirən formanın cəm mənasında istifadə edilməsi (canavar- itlər cinsindən yırtıcı hevandır); • Fellərin əvəzinə daha çox isimlərin işlədilməsi (hərarət yüksəlir- hərarətin arması halı mövcuddur); • Mürəkkəb cümlələrdən istifadə. Publisistik üslub-ictimai-siyasi ədəbiyyatın, dövri mətbuatın, natiqliyin və b. üslubudur. Onun əsas məqsədləri kütlələrə təsir göstərmək, onları hərəkətə səsləmək, məlumat vermək və b.k. məsələlərdir. Publisistik üslubun xarakterik cəhətləri: • İnformasiya zənginliyi şərtilə şərhin lakonikliyi; • Şərhin anlaşıqlı olması (qəzet- kütləvi informasiyanın ən geniş yayılmış növüdür); • Mülahizənin emosional, ümumiləşdirilmiş, çox zaman isə sərbəst olması; • İctimai-siyasi leksika və frazeologiya; • Nitq ştamplanndan, qəliblərindən istifadə, onlann asan yaranması (tarla zəhmətkeşləri, piştaxta işçiləri, dostluq şəraiti); • Qısa cümlələrdən istifadə - qurulmuş nəsr; • Elliptik (cümlədə asan anlaşılan sözün buraxılması) cümlələr, felsiz ifadələr (hamıya - özəlləşdirmə çekləri; banklar təkcə bankirlər üçün deyil); • Publisistik üslubun əlamətlərinin digər üslubların xüsusiyyətləri ilə uyğunlaşdırılınası; • Dilin təsvir və ifadə vasitələrindən istifadə (ritorik suallar, təkrirlər, inversiya və s.). Publisistik üslubun qəzet-jurnal üslubu geniş yayılmışdır. Rəsmi-işgüzar üslub - sənədlərin, beynəlxalq müqavilələrin, dövlət aktlarının, qanunların, işgüzar sənədlərin və s. üslubudur. Bu üslub həmin sənədlərin aşağıdakı məzmun və məqsədləri ilə müəyyənləşir: praktik əhəmiyyətə malik məlumaün verilməsi, göstəriş və təlimatın verilməsi. Rəsmi işgüzar üslubun əsas xüsusiyyətləri: • Şərhin yığcamlığı, dil vasitələrindən qənaətli istifadə; • Materialın standart yerləşdirilməsi, formanın mütləqliyi; • Mülahizənin konkretliyi, bitərəfliyi, rəsmiliyi; • Terminlərdən geniş istifadə; • Xüsusi frazeologiyanm, həmçinin çoxsaylı nitq standartlarının- qəliblərin mövcudluğu; • Feldən yaranmış isimlərdən (əsasında, ona münasibətdə, ona görə və s.) istifadə; • Sadalama xarakterli adlıq cümlələrdən istifadə; • Mürəkkəb sintaktik quruluşlar; • Emosional-ekspressiv nitq vasitələrinin olmaması. Rəsmi işgüzar üslubun iki növü mövcuddur: rəsmi sənədlərin üslubu və gündəlikişgüzar üslub. Danışıq (məişət) üslubu ünsiyyət funksiyasını (vəzifəsini) yerinə yetirir. Danışıq (məişət) üslubununu xarakterik xüsusiyyətləri: • Təsirlilik, mülahizənin əvvəlcədən düşünülməmiş olması; • Emosional, sadə, ümumiləşdirilmiş olması; • Gündəlik-məişət leksika və frazeologiyasından geniş istifadə; • Qeyri-leksik vasitələrdən (intonasiya, vurğu, fasilə, nitqin sürəti və s.) istifadə; • Mülahizənin dialoq, az hallarda monoloq forması; • Nitqə ədatlann, nidaların, ara sözlərin, xitabların daxil edilməsi; • Sadə cümlələrin mürəkkəblərə nisbətən çoxluq təşkil etməsi; • Əlavə, qoşma və bağlayıcı vasitələrdən istifadə edilməsi; • Leksik təkrirlər, inversiyalar (söz sırasının pozulması). Bədii üslub - bədii ədəbiyyatın dilidir. Bu üslub bədii mətnlərin məzmunu və ətrafdakılara, təsvir olunana öz münasibətini bildirmək, sözlə rəsmini çəkmək, hadisəni təsvir etmək və s. kimi əsas məqsədləri ilə müəyyən olunur. Bədii üslubun əsas xüsusiyyətləri: • Obrazlılıq, emosionallıq; • Kommunikativ və estetik vəzifələrin birliyi; • Bütün üslubların leksika və frazeologiyasından geniş istifadə; • Təsvir və ifadə vasitələrindən istifadə; • Müəllifin fərdi yaradıcılığının aşkara çıxması. Aydındır ki, nitqin müxtəlif üslublarının, xüsusilə yazılı nitqdən şifahi istifadədən fərqlənən iş forması olan şifahi formada öyrədilməsi üzrə xüsusi iş aparılmalıdır. Tədris müəssisələrində əsas diqqətyazılı formaların (qərarların, qanunların, iş prinsipinin təsvirinin, qanun maddələrinin, göstəriş və təlimatların) öyrənilməsinə və onlardan şifahi nitq fəaliyyətində istifadəyə yönəldilir. Hazırda kitab mətnlərinin mexaniki təkrarını yox, həmin mətnlərə bu və ya digər fənnə, hadisəyə, yaxud prosesə xas olan aynayn xüsusiyyələrin daxil edilməsini nəzərdə tutan metodikalardan istifadə etməyin vaxtı çatmışdır. Mövzu 19. Natiqlik sənətinin tarixi . Nitqin hazırlanması və təqdim edilməsi Natiqliyin yaranmasına ictimai əhəmiyyət kəsb edən məsələlərin kütləvi müzakirəsi və həlli yollarının axtarışı səbəb olmuşdur. Tarixi təcrübə göstərir ki, ritorikanın yaranması üçün ən mühüm şərt təkcə, inkişaf etmiş cəmiyyət deyil, vətəndaşların ölkənin siyasi həyatında fəal iştirakıdır. Daha doğrusu, natiqlik yalnız demokratik idarə forması olan dövlətdə inkişaf edə bilərdi. Təsadüfi deyil ki, natiqlik ilk olaraq Yunanıstanda yaranıb çiçəklənmişdir. Aristokratiyanın hər hansı məsələni nəzarətsiz şəkildə, istədiyi formada həll etmək hüququna malik olduğu qədim yunan şəhər dövlətlərindən biri olan Spartada natiqlik sənəti məşhur deyildi. Lakin xalq məclisinin ali hakimiyyətə malik olduğu Afinada isə qısa müddətdə görkəmli natiqlər yetişdi, ritorika ilə bağlı əhəmiyyətli əsərlər yazıldı. Tədqiqatçıların da qeyd etdiyi kimi, natiqlik ən çox kritik tarixi dövrlərdə inkişaf edir. Bəlağətin çiçəklənmə dövrü sosial inqilablar zamanıdır. Natiqlik insanları müəəyən məqsəd ətrafında toplamağa kömək edir, ruhlandırır, istiqamətləndirir. Unutmaq lazım deyil ki, qədim zamanlarda insanlara təsir etməyin, onları müəyyən fikirlərə inandırmağın, öz tərəfinə çəkib səni dəstəkləməyə vadar etməyin yeganə yolu natiqlik idi. Antik dövrdən başlayaraq natiqliyə münasibətdə iki yanaşma müəyyən edilmişdir. Bəziləri natiqliyin əsas vəzifəsinin inandırmaq olduğunu düşünür, ilk olaraq məzmuna, ideyaya önəm verirdilər. Ritoroka inandırmaq sənəti kimi başa düşülürdü. Məsələn, Aristotel ritorikanı “hər hansı bir mövzu haqqında inandırmağın mümkün yollarını tapmaq bacarığı” kimi dəyərləndirir. Bir qisim isə ritorikanı nitqin bəzədilməsi sənəti hesab edir, forma və üslubu natiqliyin əsas göstəricisi sayırdılar. Məşhur Roma natiqi F.Kvintilianın məşhur tərifində deyilir: “Ritorika gözəl danışmaq sənətidir”. O hesab edirdi ki, natiqin nitqi saflığı, aktuallığı, aydınlığı, gözəlliyi, zənginliyi və söz rəngarəngliyi ilə seçilməlidir. Bu fikir ayrılıqları uzun əsrlər davam etmiş, bəzən qızğın mübahisə və qarşıdurmalara səbəb olmuşdur. Məsələn rus alimi V.Q.Belinski ümumiyyətlə, ritorikanın bir elm kimi qəbul edilməsinə qarşı çıxırdı. O, natiqlik sənətinin yalnız təcrübə, real ifalarla inkişaf etdiyini, bu sənətin nəzəri cəhətdən əsaslandırılmasının mümkün olmadığı fikrini müdafiə edirdi. Qeyd etdiyimiz kimi, natiqliyin inkişafında ən mühüm mərhələ antik Yunanıstandır. Ritorika Yunanıstanda e.ə.V-IV əsrlkərdə yaranmış, III-II əsrlərdə inkişaf edərək çiçəklənmişdir. Ritorikanın baniləri sofistlərdir (sophia – müdriklik sözündəndir). Sofistlər insanlara məntiqi təfəkkür, fikirlərin təqdimetmə qaydalarını, sübut və təkzibetmə üsullarını öyrədirdilər. Ritorika nəzəriyyəsini inkişaf etdirən ilk sofist filosoflardan biri Protaqordur. Sofistlər qeyd edirdilər ki, nitqin inandırıcılığı çox vaxt irəli sürülən tezisin doğruluğundan asılı deyil. Onlar qarşı tərəfi çaşdırıb qələbə qazanmaq üçün müxtəlif hiylələrə əl atırdılar. Mübahisə, müzakirə, polemika mühüm ictimai-sosial ünsiyyət forması olmaqla bərabər, həm də afinalıların sevimli əyləncəsi idi. Afinada natiqlik sənətinin məşhur olma səbəblərindən biri də mövcud məhkəmə sistemi idi. O zamanlar prokuror, vəkil kimi vəzifələr yox idi. Hər kəs ittihamçı qismində çıxış edə bilərdi. İttiham olunan şəxs isə özünü müdafiə etməli idi. Hər kəsin taleyini nitqinin nə qədər düzgün, məntiqli, inandırıcı olması həll edirdi. Hətta antik Yunanıstanda insanları məhkəmələrə hazırlayan “loqoqraf” adlı xüsusu peşə sahibləri fəaliyyət göstərirdi. Hər 10 gündən bir isə şəhər meydanında dövlət və ictimai işlərin müzakirəsi keçirilirdi. E.ə. 391-ci ildə Afinada İsokratın rəhbərliyi ilə ritorikanın tədris edildiyi məktəb açıldı. İsokrat məktəbinin şagirdləri məhkəmə nitqləri qurmağı, ən ümidsiz işləri, hətta öz fikirlərinə əks nöqteyi-nəzərləri belə müdafiə etməyi öyrənirdilər. İsokrat məktəbinin ən məşhur yetirməsi Demosfen olmuşdur. Nitq orqanları qüsurlu olan Demosfen (onun dili bir qədər pəltək imiş, q səsini düzgün tələffüz etmir, danışanda yersiz əl-qol atır, sağ çiynini tez-tez çəkirmiş) sözləri daha aydın ifadə edə bilmək üçün ağzına xırda daşlar alaraq dəniz kənarında nitq söyləyər, danışarkən çiynini atmağı tərgitmək üçün tavandan asılı cidanın altında durarmış. Səsini inkişaf etdirmək məqsədi ilə ucadan qışqırar, öz səsi ilə dalğaların səsini boğmağa çalışarmış. Uzunmüddətli məşqlər Demosfeni natiqlik sənətinin zirvəsinə yüksəltdi. Siseron onun haqqında demişdir: “Kim Demosfen olmaq istəmirsə, o natiq deyil”. Demosfen natiqlik sənəti nəzəriyyəçilərindən biri idi. O, ritorika ilə bağlı bir sıra əsərlər yazmış, bu elmi nəzəri və praktik cəhətdən şərh etmiş, faydalı fikirlər, mülahizələr söyləmişdir. Antik yunan ritorikasının ən böyük nəzəriyyəçisi filosof və alim Aristoteldir. Onun “Ritorika” əsəri ictimai nitqin dili, üslubu və quruluşundan bəhs edən üç kitabdan ibarətdir. 1. Nitqin tərtibi prinsipi; 2. Natiq üçün lazım olan şəxsi keyfiyyət və qabiliyyət; 3. Nitqin texnikası, vasitələri və priyomları. Aristotel nitqin üsluba, məqsədə və şəraitə uyğun qurulmasına daha çox fikir verir və göstərirdi ki, üslubun əsas mahiyyəti onun aydınlığı ilə bağlıdır. Üslub nitqin predmetinə uyğun olmalıdır. Aristotel mükəmməl nitq hazırlamaq üçün 5 mərhələ ayırırdı: 1. Materialın icadı və onun hazırlanması. 2. Planın tərtibi. Materialın plan üzrə müvafiq formaya salınması. 3. Həmin materialın öyrənilməsi və yadda saxlanılması. 4. Materialın şifahi şərhinin ədəbi-üslubi cəhətdən işlənməsi. 5. Nitqin söylənilməsi, orfoepiya (ədəbi tələffüz), intonasiya, emosiya və s. məsələlərin nəzərə alınması və onlara əməl olunması. 12 əsr davam edən orta əsrlərdə yeni sosial-iqtisadi quruluş bütün sahələrdə olduğu kimi ritorikanın inkişafında da ciddi dəyişikliklərə səbəb oldu. Aparıcı janr kilsə natiqliyi, şifahi kütləvi ünsiyyətin ən populyar forması isə kilsə moizəsi idi. Orta əsrlər natiqliyi qədim ritorika və formal məntiqin əsas normalarını, antik dövr natiqlərinin təcrübəsini mənimsəsə də dini istiqamətin üstünlüyü baxımından yeni çalarlar qazanmışdır. Dəyişikliklər, ilk növbədə mütləq hakimiyyətin dini doqmalarla bağlı olmasından irəli gəlirdi. Mövzudan asılı olmayaraq hər bir natiq mühakimə və mülahizələrini “Müqəddəs Yazılar”la (Bibliya) əlaqələndirməli idi. Təkzibedilməz mənbəyə istinad etmək natiqi dərin arqumentasiyadan istifadə etmək zərurətindən azad edir, digər tərəfdən isə nitqə sxolastika (elmi söhbət) elementləri daxil edirdi. Kilsə ritorikası ibrətamiz xarakter daşıyır, müqəddəslərin həyatına, möcüzə hekayələrinə, qiyamətə əsaslanır, tövbə və saleh həyata çağırışları ehtiva edirdi. Orda əsrlərdə müsəlman dünyasında da adekvat vəziyyət hökm sürürdü. Natiqlik sənəti birbaşa dini moizələrlə, Quranı ucadan oxumaqla bağlı idi. Qeyd etmək lazımdır ki, həmin dövrdə ilahi mənşəyinə görə ərəb dilinə böyük diqqət yetirilir, bir çox antik mədəniyyət nümunələri bu dilə tərcümə edilirdi. Ərəb-müsəlman Şərqinin söz sənəti təkcə dinin, siyasətin və hüququn mülkü deyil, həm də ədəbi müsabiqələr təşkil edən, eləcə də teoloji, etik mövzularda söhbətlər və müzakirələr aparan imkanlı vətəndaşların gündəlik həyatının əvəzsiz tərkib hissəsi idi. İntibah dövründə ritorika sənəti yeni çalarlar əldə etdi. Məhkəmə natiqliyi yenidən aktuallaşdı, ticarət və parlament natiqliyi kimi yeni sahələr yarandı. Orta əsrlərdən fərqli olaraq intibah dövrünün humanistləri hesab edirdilər ki, insan fərdiliyi və azadlığı özünün ən parlaq ifadəsini məhz söz sənətində, ritorikada nümayiş etdirir. Bu dövr həm də canlı milli dillərin dirçəlişi və latın dilinin ikinci planda qalması ilə xarakterizə oluna bilər. İntibah dövründə kilsə daxilində belə üsyan moizələri oxunurdu. İtaliyalı rahib Savonarola (1452-1498) katoloik kilsəsinin zənginliyi və dəbdəbəsini qəzəblə pisləyir, Vatikanı tənqid edirdi. Onun xütbələri 1494-cü ildə Mediçi tiranlarının Florensiyadan qovulmasına və respublikanın yaranmasına səbəb olan xalq üsyanına töhfə verdi. Çexiyada alman hökmranlığına və katolik kilsəyə qarşı xalq hərəkatının lideri Praqa Universitetinin rektoru Yan Hus (1371-1415) öz nitqlərini sadə xalq dilində söyləyir, müraciət etdiyi auditoriyanın tələbindən asılı olaraq fikirlərinin təqdimat formasını dəyişmək bacarığı nümayiş etdirirdi. Modern dövrünün görkəmli yazıçı və mütəfəkkirləri Blez Paskal, Mişel Montaigne, Frensis Bekon və başqaları da natiqlik sənətinin inkişafına mühüm töhfələr vermişlər. Müasir dövrümüzdə də insanlara müəyyən məlumatlar ötürmək, həqiqətləri demək, onları bu və ya digər fəaliyyətə cəlb etmək baxımından natiqlik və ritorika sənəti aktual və tələbolunandır. Natiqlik sənətinin sahələri. Adamlar müxtəlif şəraitdə müəyyən məqsədlə nitq fəaliyyətində olurlar. Bu baxımdan nitq bir sıra növlərə ayrılır: ictimai-siyasi nitq, məişət nitqi, məhkəmədə söylənilən nitq və s. İctimai-siyasi nitq. İctimai-siyasi nitq digərlərinə nisbətən daha çox inkişaf etmişdir. İctimai-siyasi hadisələrlə bağlı kütlə qarşısında, eləcə də radio və televiziya vasitəsilə edilən çıxışlara tez-tez qulaq asırıq. Respublikamızın prezidenti möhtərəm İ.Əliyev cənablarının ölkənin daxili və xarici vəziyyəti, ölkə daxilində gedən ictimai-siyasi hadisələrə həsr olunan çıxışları siyasi natiqliyin dəyərli nümunələridir. İstər respublikamızda, istərsə də xarici ölkələrdə, ən mötəbər məclislərdə onun yığcam və olduqca mənalı çıxışları, nitqləri çox böyük razılıqla dinlənilir. Bu nitqlər dövlətimizin apardığı xarici və daxili siyasətə qiymət verir, onu düzgün yola istiqamətləndirir. Ulu öndərimiz H.Əliyevin nitqləri natiqlik sənəti baxımından xüsusilə səciyyəvidir. O, ölkəmizdə siyasi natiqliyin əsasını qoymuşdur. Dövrün bu görkəmli dövlət xadiminin natiqlik məharəti həm elmlik, həm linqvistik, həm də publisistik cəhətdən təhlil olunmalı, öyrənilməlidir. Məhkəmə natiqliyi. Bu nitq dilin bütün funksiyalarını (ünsiyyət, xəbər, təsir funksiyalarını) yerinə yetirir. Ona görə natiqliyin bu növündə bütün dil üslublarından, xüsusən elmi və rəsmi üslublardan – elmi terminlər, hüquqi kateqoriyalar, standart formulalar işlədilir ki, bu da təbiidir. Ona görə ki, məhkəmə prosesində hüquqi təhsili və müəyyən hüquqi savadı olanlar danışır, fikir və mülahizələrini söyləyirlər. Məhkəmə natiqliyində ehtiyac duyulduqda digər nitq üslublarından – istimai-siyasi məlumat vermək, təbliğat və təşviqat məqsədilə publisistik, nitqin təsirini artırmaq, onun mahiyyətini uğurlu bir tərzdə verə bilmək üçün bədii üslublardan da istifadə etmək olar. Bu nitqə prokuror, vəkil, müttəhim, şahid, hakim və xalq iclasçılarının nitqi daxildir. Həmin nitq formalarından bir qismi (prokuror və məhkəmənin nitqi) ittihamedici, digər isə (vəkil və müttəhimin nitqi) müdafiəedici xarakterdə olur. İttihamçının nitqi yüksək səviyyədə olmalıdır. O, səlis və aydın danışmağı bacarmalıdır. Bu nitq dərin təhlilə, sübutlara, faktlara, obyektivliyə, əda-lətə, qanun aliliyinə əsaslandığı təqdirdə təsirli və inandırıcı olur. İctimai-məişət natiqliyi. Bu nitqin geniş istifadə olunan növlərindən biridir. Adamlar həyatda müxtəlif münasibətlə (yubileylərdə, toylarda, bayramlarda, ad günlərində, dəfn mərasimlərində, stol arxasında və s.) başqaları qarşısında çıxış etməli, tost deməli, nitq söyləməli olurlar. Məişət zəminində söylənilən bu nitqlər digərləri ilə müqayisədə müəyyən xüsusiyyətlərinə görə fərqlənir. Burada haqqında danışılan adamlar yalnız təriflənir, onların barəsində xoş sözlər söylənilir, obrazlı ifadələrə, təmtəraqlı cümlələrə daha çox üstünlük verilir. Nitqin hazırlanması və təqdim edilməsi. Şifahi çıxış hiss və düşüncələrimizin sözlərlə tez və daha asan ötürülməsi üçün əvəzsiz bir bacarıqdır. Danışdıqlarımız bəzən doğru, bəzən də səhv başa düşüldüyündən şifahi ötürmələrin istənilən nəticəni verməsi üçün müəyyən məqamları nəzərə almaq lazımdır. Danışarkən diqqət etməmiz lazım olan detalları bilmək daha uğurlu bir həyatın qapılarını açmaq üçün şərtdir. Bütün bu təfərrüatların uyğun ardıcıllıqla və bacarıqla istifadəsi nitq bacarıqları kimi ifadə edə biləcəyimiz üsullar toplusudur. Natiqlik, demək olar ki, təsirli nitq üsullarını özündə birləşdirən, nitq qaydaları ilə dəstəklənən və xüsusi bacarıq tələb edən bir sənətdir. Kütlə qarşısında çıxış birtərəfli deyil, qarşılıqlı əlaqə prosesini ifadə etdiyi üçün ifadələrimizin audutoriyada gözlədiyimiz təsiri oyatması, ilk növbədə düşüncə və ideyalarımızın informasiya alıcılarına doğru çatdırılması ilə bağlıdır. Təsirli nitqin malik olduğu bir sıra ümumi keyfiyyətləri nəzərdən keçirək: 1.Danışıqda müvəffəqiyyəti konstruktivlik (məqsədyönlülük) müəyyən edir. İnsanlara təsir etmək üçün təkcə düşüncələrə deyil, duyğulara da müraciət etməyi bacarmaq lazımdır. Lakin burada tarazlığı tənzimləyə bilmək konstruktiv və təsirli nitq üçün son dərəcə vacibdir. Yalnız emosiyaları cəlb edən və həmsöhbətlərin emosiyalarından istifadə etmək məqsədi daşıyan çıxışlar məqsədyönlü hesab edilmir. Konstruktiv çıxışlar dinləyicilərin dəyərlərini, inanclarını və düşüncələrini müsbət istiqamətdə dəyişmək məqsədi daşıyır. Şirin dilin nitqə təsirini nəzərə almaq, mühitdən asılı olmayaraq bizi dinləyənlərin dəyərlərinə, inanclarına, düşüncələrinə hörmətlə yanaşmaq uğurun ən yaxşı açarıdır. 2.Uğurlu çıxış maraqlı və dəyərli mövzuları əhatə edir. Çıxış zamanı seçdiyimiz mövzuların maraqlı və aktual olması tez bir zamanda dinləyicilərin diqqətini cəlb edəcək, auditoriya ilə səmimi ünsiyyətin təminatçısı olacaqdır. Danışıq bacarıqları arasında mühüm yer tutan mövzu seçimi çox vaxt nitqimizin səviyyəsini müəyyən edir. 3.Şəxsiyyətiniz çıxışınızın ipuclarıdır. Dinləyicilər həmişə danışanın şəxsiyyəti ilə danışdıqları arasında əlaqə yaratmağa çalışırlar. Bu səbəbdən şəxsiyyətinizlə söhbətləriniz arasında düzgün əlaqə olmalıdır. Məsələn, siqaret çəkən şəxsin siqaretin zərərləri və ondan qurtulmağın yolları haqqında danışması nə qədər gülüncdür. Bu səbəbdən yalnız şəxsiyyətinizlə bütünləşən mövzularda danışmağınız sizə uğur gətirə bilər. 4.Mənasız söhbət gözlədiyiniz effekti verə bilməz. Danışıq texnikaları arasında bəlkə də ən mühüm məqamlardan biri çıxışın məqsədini müəyyən etməkdir. Nitqimizlə dinləyicilərdə hansı təsirlər buraxmaq istəyirik sualına da cavab olan məqsədlər nitqin həm məzmununu, həm də gedişatını müəyyən edəcək. Məqsədsiz edilən çıxışlar dağınıqlıqdan, təsirsiz qalmaqdan xilas ola bilməyəcək. 5.Auditoriyanı tanımaq vacibdir. Söhbətlərimiz mənaların interaktiv mübadiləsindən ibarətdir. Dinləyicilərin yaşı, cinsi, maraqları, ehtiyacları və gözləntiləri nəzərə alınmadan edilən çıxışların təsiri həmişə effektiz olur. Dinləyicilərin yaşı, sosial durumu, siyasi baxışları və bir çox başqa amillərə görə çıxışın məzmunu, həcmi, qeyri-verbal elementlərdən istifadə nisbəti dəyişir. Təsirli və uğurlu nitq ancaq həmsöhbətlərinizi tanıyıb dəyərləndirməklə mümkün ola bilər. 6.Uğurlu çıxış tam diqqət cəlb etməklə başlar. Ünsiyyətin fasiləsiz davam edə bilməsi birbaşa dinləyicilərin diqqəti ilə bağlıdır. Anlaşılmaq üçün dinlənilmək lazımdır, dinlənilmək üçün isə maraq və diqqəti cəlb etmək. Çıxış boyu diqqəti saxlamaq üçün dinləyicilərin maraq dairəsinə bələd olmaq, yeri gəldikcə incə yumordan istifadə etmək, yorucu, durğun səs tonundan qaçmaq lazımdır. Bütün bunları nəzərə alaraq təqdim olunan informasiya ünvana daha effektiv və konkret şəkildə ötürülür, məlumatların daha asan başa düşülməsinə yol açılır. Hər hansı bir şifahi nitq mövzusu və məqsədi, harada və nə vaxt təqdim olunacağı məlum olan, plan üzrə hazırlanaraq dinləyicilər qarşısında söylənilən çıxışdır. Nitq hazırlıq, planlaşdırma və təqdimat mərhələlərini əhatə edir. Nitqə hazırlıq mövzunu, çıxışın məqsədini və hədəf auditoriyasını müəyyən etməklə başlayır. Daha sonra mövzusunu araşdırmaq, məlumat toplamaq, məlumatları təsnif edərək sistemləşdirmək lazımdır. Hazırlığın növbəti mərhələsi nitqin planlaşdırılmasıdır. Planlaşdırma aşağıdakı ardıcıllıqla aparılır: a. Nitqin əsas hissələrinin müəyyən edilməsi; b. Hər fəsildə vurğulanacaq məqamların müəyyən edilməsi; c. Nitqin məzmununun müddətə görə təşkil edilməsi; ç. Transkript və qeydlərin hazırlanması; d. Ucadan söyləmə məşqləri. e. Nitqdə istifadə olunacaq vizual və eşitmə vasitələrinin hazırlanması. Ən son mərhələ çıxışın təqdimatıdır. Təqdimatdan əvvəl nitqin dönə-dönə ucadan oxunması vacibdir. Roluna hazırlaşan aktyor kimi natiqlər də saatlarla çıxış üzərində məşq etməlidirlər. Nitqin əzbərlənməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi mütəxəssislər əzbər tərəfdarıdır. Onların fikrincə, bu natiqi bəzi xoşagəlməz məqamlardan sığortalayır. Lakin əksəriyyət çıxışın əvvəlcədən öyrənməyin düzgün olmadığını düşünür. Əzbərlənən çıxış süni, qeyri-səmimi təsir bağışlayır və müəllifə auditoriyanın reaksiyasına uyğun şəkildə müəyyən manevrlər etməyə mane olur. Nitqi üzündən oxumaq da dinləyicilərlə göz təması qurmağa, auditoriyanı hiss etməyə əngəl törədir. Ən uyğun variant mətnin məzmununun tam mənimsənilməsi, ara-sıra vərəqə baxaraq keçidlərin gözdən qaçırılmamasıdır. Nitqin təqdimatı zamanı ən mühüm məsələlərdən biri də həyəcan və qorxu hissinə qalib gəlməkdir. Həyəcanınızı aşa bilmək üçün öncə çıxışa yaxşı hazırlaşmaq lazımdır. Əvvəlcə nə üçün danışdığınızı və dinləyicilərin niyə sizi dinləməyə gəldiyini müəyyənləşdirin. Unutmayın ki, jest və mimikalarınız daxili gərginliyinizi dərhal nümayiş etdirəcək. Bunun üçün də nitqə hazırlaşarkən güzgü qarşısında məşq edin. Jest və mimikalara nəzarət etməyi, onlardan məqsədyönlü istifadəni öyrənmək mümkündür. Tribunaya qalxarkən gülümsəməyi unutmayın. Haqqınızda təəssürat ilk dəqiqələrdə yaranır və nadir hallarda dəyişir. Nitqinizin mövzusunu dinləyicilərdən daha yaxşı bildiyinizi qəbul edin. Əvvəlcədən gözəl çıxış edəcəyinizi, dinləyiciləri razı salacağınızı düşünün. Unutmayın ki, özünə güvən və pozitiv düşüncə uğurun əsasıdır. Siz özünüzə güvənməsəniz dinləyicilər də sizə güvənməyəcək. Bütün sadalanan bu bilik və bacarıqlar gərgin əmək və davamlı məşqlər sayəsində əldə edilir. Bu biliyə etinasız yanaşmaq, natiqliyin özünəməxsus xüsusiyyətlərini mürəkkəb fəaliyyət kimi dərk etməmək deməkdir. Mövzu 20. Nitq texnikası Nitq texnikası natiqliyin davamlı məşqlər tələb edən bir sahəsidir və tələffüz bacarıqları üzərində uzunmüddətli praktiki çalışma tələb edir. Nitq texnikasının əsas elementləri bunlardır: səs, tembr, intonasiya, fasilə, vurğu. Nitq məzmun baxımından nə qədər gözəl hazırlansa da natiqin səsinin düzgün ayarlanmaması dinləyicilərin diqqətini yayındıracaq, qısa müddətdən sonra darıxma və yorulmaya səsəb olacaq. Odur ki, nitqdə səs çıxışın məzmunu, danışanın zahiri görkəmi və davranış tərzi qədər önəmlidir. Səs natiqin mesajını dinləyicilərə çatdırmada ən önəmli vasitələrdən biridir. Natiq gözəl gur səsi sayəsində ilk dəqiqələrdən dinləyicilərin diqqətini cəlb edə, onların rəğbət və etibarını qazana bilər. Səsdən düzgün istifadə etməyin 4 əsas qaydası var: 1.Düzgün bədən duruşu. Düzgün bədən duruşu səsə təsəvvür edildiyindən də daha çox təsir edir. Duruş səsin skeleti kimidir. 2.Adekvat nəfəs dəstəyi. Səsi yaradan enerjidir. Nəfəs alarkən səsin əsas enerjisi ağciyərləri dolduran havanın sıxılması nəticəsində yaranır. Döş və qarın boşluqlarını çevik bir silind kimi düşünün. Qirtlaq burada sadəcə səsin dəyişərək ötürüldüyü transformator rolunu oynayır. Əgər içinizdəki səsin enerjisini şüurlu şəkildə hiss edə bilsəniz onu nəzarətdə saxlayaraq düzgün yönləndirə biləcəksiniz. 3.Sağlam səslənmə texnikası. Bədən duruşu və nəfəsalma prosesini düzgün tənzimlədikdən sonra sağlam səslənmə prosesi demək olar ki, təmin edilmiş olur. Qırtlağımız agciyərlərdən gələn sıxılmış havanın enerjisini səs tellərinin köməyi ilə səsə çevirən aparat kimidir. Bu mərhələdə əsas hadisə səsin formalaşmasında iştirak edən əzələlərin düzgün işləməsidir. 4.Səs boşluqlarından düzgün istifadə. Səs boşluqlarından düzgün istifadə rezonansı tənzimləmə prosesi olub səsin rəng və formasını yaratmaqdan ibarətdir. Boğazdan çıxan səsi bir ovuc torpaq olaraq düşünsək, ağızdan çıxana qədər bu müəyyən məna kəsb edən heykələ çevrilir. Səs tellərindən sonrakı boğaz, ağız və burun boşluqları səsin fərdiləşdirilməsinə imkan verir. Çünki səs tellərindən çıxan çiy səs cızıltıya bənzəyir. Səsinizdən düzgün istifadə edirsinizsə, almacıq sümüklərinizin arxasındakı vibrasiyanı hiss etməlisiniz. Bu, üz sümüklərinə ötürülən səs enerjisinin ifadəsidir. Bu boşluqlarda səslənmə zamanı edilən dəyişikliklər (dil- damaq hərəkətləri, boğazın daralması və genişlənməsi və s.) səsin nitqə çevrilməsinə şərait yaradır. Səs boşluqları düzgün istifadə edilmədikdə, səs telləri bu vəziyyəti kompensasiya etmək üçün yanlış yollar tutur. Ritorikada səsin tembri də nitqin texniki cəhətdən qurulmasında mühüm rol oynayır. Tembr səsin əlavə artikulyar-akustik rənglənməsidir. Səsin tembrinə uyğun olaraq onun növü müəyyən edilir: bas, bariton, tenor, soprano, və s. Səsin növü ümumi ola bilər, lakin hər bir insanın öz tembri, öz tembr koloriti var. Tembrə səsin “rəngi” də deyilir. Tembrin təbiəti çox müxtəlifdir, qavrayış isə subyektivdir. Tembrin xüsusiyyətlərini təsvir edərkən vizual qavrayışı, eşitmə, assosiativ, emosionallığı vurğulayan müxtəlif təriflərdən istifadə olunur. Tembri iki əsas amil müəyyənləşdirir: insanın anatomik xüsusiyyətləri və onun psixi vəziyyəti. Hər kəs akkordları məşq edə, tembrini dəyişdirə və bu alətdən qeyri-verbal ünsiyyət forması kimi uğurla istifadə edə bilər. Səs tembri dəyişkən bir anlayışdır. Tembrin dəyişməsinə təsir edən əsas cəhətlər bunlardır: - əhval; - psixoloji vəziyyət; - sağlamlıq; - yorğunluq dərəcəsi. İnsanın yaşından və cinsindən asılı olaraq tembr növləri bölünür: - kişilər - bariton, bas, tenor; - qadın - mezzo-soprano, soprano, kontralto; - uşaq - viola və trebl. Qeyd etdiyimiz kimi, səsinizin emosional rəngi olan tembr söz və ifadələrin arxasında gizlənən bir münasibətdir. Dinləyicilər natiqin hansı mövqe tutduğunu hiss edir və bu hissdən çıxış edərək onun haqqında nəticə çıxarırlar. Mövqeyinizi dəstəkləyən söz və ifadələr seçərək fikrinizi vurğulamaq, emosiya və müəyyən münasibət bildirmək üçün tembrdən istifadə etmək olar. İntonasiya (lat. İntonare – yüksək səslə danışmaq) danışanın mövzuya münasibətini ifadə edən nitqin semantik melodiyasıdır. İntonasiya ifadənin məntiqi və emosional əhəmiyyətini vurğulamağa imkan verir. İnsanın emosional reaksiyası nə qədər yüksək olarsa, onun nitqinin melodik ifadəliliyi də bir o qədər zəngin olar. Müvafiq melodik vurğulamadan məhrum nitq təsiredicilikdən uzaqdır. İntonasiya tələffüzün vurğu, fasilə, temp, melodiya kimi elementlərini özündə birləşdirən kompleks dil hadisəsidir. Vurğu, fasilə, temp, melodiya nitqin xarici komponentləridir. Bu xarici komponentlər səslənməni yaradır. Bu ünsürlər – nitqin texniki cəhətləri nitq mədəniyyətinin əsas bölmələrindən biri olub, danışıq və oxuda ifadəliliyin yaranmasına xidmət edir.(sitat. N.Abdullayev s. 65) Dilçilikdə vurğunun 3 növündən bəhs edirlir: söz vurğusu, məntiqi vurğu, həyəcanlı vurğu. Söz vurğusu həm fonetik, həm də fonosemantik funksiya yerinə yetirir. Vurğunun sözün gözəl səslənməsindəki rolu fonetik, yeni mənalar yaratması isə fonosemantik xüsusiyyət daşıyır. Sözlərdə vurğunu doğru səsləndirmək nitqin axıcılığına, doğru qavranılmasına zəmin yaradır. Səhv tələffüz natiqin professionallığına şübhə düşürəcək qüsurdur. Məlum olduğu kimi, Azərbaycan dilində vurğu əsasən son hecaya düşür. Təcrübə göstərir ki, milli sözlərin tələffüzündə ümumiyyətlə, anomaliya müşahidə edilmir. Problem daha çox alınma sözlərin tələffüzü ilə bağlıdır. Alınma sözlərdə mənbə dildəki vurğu saxlandığından müxtəlif vurğu variantları meydana gəlir. Bitişik yazılan mürəkkəb sözlərdə əsasən birinci söz vurğusunu itirir, vurğu ikinci sözün üzərinə düşür: şəhərlərarası, ayaqqabı, qayınata və s. Təbii ki, istisna sözlər də var: Ağdaş, Ağsu, Göyçay və s. Birinci tərəfi saitlə bitib, ikinci tərəfi saitlə başlanan mürəkkəb xüsusi isimlərdə vurğu ikinci tərəfin üzərinə düşür. Belə tərkibdə birinci tərəfin son saiti ixtisarla olunur, tərkib qovuşmuş bir söz kimi deyilir. Məsələn; Molla Abbas – Mollabba`s, Mirzə Ələkbər – Mirzələkbə`r, Əli Əsgər – Ələsgə`r, Əli ağa – Əlağa` və b. Mürəkkəb birləşmələrin bir qismində tərəflər öz vurğusunu saxlayır, iki vurğulu söz kimi tələffüz olunur. Bu hal özünü göstərir: 1. Samitlə bitən sözə saitlə başlanan söz qoşulduqda. Məsələn; stolarxası, sututumu, ağızdolusu və s. 2. Biri ləqəb, digəri insan adları bildirən sözlər. Məsələn; Mirzə Fətəli, Şah İsmayıl, Molla Nəsrəddin, Nizami Gəncəvi və b. 3. Mənaca yaxın sözlərin təkrarı ilə yaranan mürəkkəb sözlərdə. Məsələn; davadərman, oğul-uşaq və s. 4. Müxtəlif mənalı sözlərdən əmələ gələn mürəkkəb sözlərdə. Məsələn; alış-veriş, gecə-gündüz, dərə-təpə, ağız-burun və s. 5. Eyni sözün təkrarı ilə əmələ gələn mürəkkəb sözlərdə. Məsələn; aşıqaşıq, daşdaş, top-top və s. Tərkibində qeyri sözü olan sifətlərdə söz vurğusu qeyrı sözünün üzərinə düşür. Məsələn; qe`yri-adi, qe`yri-qanuni, qe`yri-kafi, qe`yri-rəsmi və s. Mürəkkəb sual və qeyri-müəyyən əvəzliklər qovuşuq halında bir vurğu ilə deyilir. Məsələn; nə vaxt? , nə zaman?, nə cür?, heç kim, heç kəs, heç biri, hər kəs və s. Məntiqi vurğu cümlədə sözlərdən birinin digərlərinə nisbətən daha qüvvətli tələffüzünə deyilir. Cümlədə məntiqi vurğu əsas fikri ifadə edən sözün üzərinə düşür. Nİtqdə məntiqi vurğu dinləyicilərin diqqətini cəlb etməyə, əsas mətləbi çatdırmağa xidmət edir. Unutmaq lazım deyil ki, məntiqi vurğu mətnin ümumi konteksti ilə bağlı olsa da cümlənin daxilində müəyyənləşir. Aşağıdakı cümlələrdə məntiqi vurğunu işarələnmiş sözlərin üzərinə qoymaqla əsas nəzərə çatdırılan fikri dəyişmək mümkündür: Rauf sabah qardaşı ilə İstanbula gedir. Rauf sabah qardaşı ilə İstanbula gedir. Rauf sabah qardaşı ilə İstanbula gedir. Lakin elə hallar vardır ki, məntiqi vurğu cümlədə konkret olaraqa həmin sözün üzərinə düşür. Bu nümunələrdən bəzilərinə nəzər salaq: 1.Cümlədə bənzətmə olduqda məntiqi vurğu müqayisə edilən sözün üzərinə düşür. Sənin saçların qar kimi ağarsa da mənim gözümdə həmin tələbə qızsan. 2.Həmcins üzvlü cümlələrdə sadalanan həmcins sözlərin hər biri məntiqi vurğu qəbul edir, sonuncü söz isə digərlərinə nisbətən daha qüvvətli tələffüz edilir: Bir dollara dəyməyənlər, Alır, satır Fikir dolu, Əməl dolu, İşıq dolu beyinləri. (B.Vahabzadə) Üzüldük, düşündük, bilmədik ancaq Nədir dərmanımız, çaramız bizim. (B.Vahabzadə) 3.Qarşılaşdırılan zidd mənalı sözlər də cümlədə vurğu altında tələffüz edilir: Bayquş əməllidir əməlləriniz, Buna biganədir qanun da, din də. Neçin xoşbəxtliyi tapmalıyıq biz Başqa ölkələrin bədbəxtliyində? (B.V.) Hökmüylə, qəsdiylə nə deyir zaman? Uçurur bir yandan, qurur bir yandan. Günəşin başına dolanır cahan, Fırlanır, fırlanır, fırladan nədir? Ay nə, Gün nədir? İlk nə, son nədir? Enişi göstərir bizə dağ kimi, Qaranı göstərir bəzən ağ kimi Dünyanı oynadır oyuncaq kimi, Qəsdi bilinməyən bu oyun nədir? 4.Tərzi hərəkət zərfləri vurğu ilə deyilir: Sənin bu hərəkətin çox mənasız görünür. Sevincin ürəyi bu xəbərdən sonra şiddətlə döyünməyə başladı. 4.Xitablar məntiqi vurğulu olur: - Qızım, inad olma, inadı sındır, Anla ki, xan sənin hökmdarındır! Xacə, dediyini yaxşı düşün bir , Qəlbin hökmdarı məhəbbətidir. Həyəcanlı vurğu adından da göründüyü kimi, hiss və duyğularla bağlıdır. Nitqə əlavə emosional çalarlar qatan həyacanlı vurğu bir cümləyə aid olduğu kimi, bir neçə cümləni əhatə edən sintaktik bütövü də əhatə edə bilər. Həyəcanlı vurğudan daha çox inandırma, fəaliyyətə çağırış, təbliğat məzmunlu nitqlərdə istifadə edilir. Pauza sadəcə susmaq və ya nitqin dayandırılması deyil, nitq prosesinin bir elementidir. Nitq zamanı pauza bir neçə məqsədin həyata keçirilməsinə xidmət edir: 1.Nitqin əvvəlində auditoriya ilə təmas qurmaq və diqqət cəlb etmək üçün, daha sonra isə çıxışın gedişində iştirakçıların sizi dinlədiyinə əmin olmaq məqsədilə; 2.Mühüm əhəmiyyət kəsb edən fikir və ifadədən sonra dinləyicilərin reaksiyasını öyrənmək məqsədilə; 3.Çıxışın hissələri arasında; 4.Həyəcanı azaltmaq üçün; Mövzu 21. Nitqin məzmununa görə növləri İnformasiya (məlumat) verən nitq. Məlumatlandırcı nitqin məqsədi - yenini dərk etmək və mənimsəməkdə kömək göstərmək, fənn (yaxud obyekt) haqqında anlayış verməkdir. Bu isə yalnız nitq aydın və maraqlı olduqda mümkündür. Məlumatverici nitqin aşağıdakı xüsusiyyətləri vardır: 1. məlumatın aktuallığı; 2. mübahisəli anların olmaması; 3. dinləyicilərin marağını oyadan ünsürlərin mövcudluğu; 4. dinləyicilərin informasiya-intellektual tələblərinin təmin edilməsi (natiqin və auditoriyanın bütün suallarına cavab verilməsi). Məlumatverici nitq ilk sözündən son sözünə kimi - əvvəlcədən düşünülmüş planın məhsuludur. Əks halda o, dolaşıq və maraqsız olacaqdır. Həm aydın, həm də cəlbedici olması üçün nitq dinləyicinin maraqlan nəzərə alınmaqla, köhnə və yeni ünsürlərin məqsədyönlü şəkildə uzlaşdınlması əsasında qurulmalı, hər hissəsi aynaynlıqda və bütünlükdə konkret olmalıdır. Bu funksional yönümlü çıxışlar müasir cəmiyyətin informasiya tələbatlarının sürətli intensivləşməsi şəraitində daha çox gərəkli olur. Elm və ona əsaslanan yüksək texnologiyalar bu gün, ictimai münasibətlərin ötürülməsində əsas amilə çevrilmişdir. Dünyanın aparıcı ölkələri informasiyalı, yəni biliklərə əsaslanan cəmiyyətlərə çevrilmişdir. Məlumatverici nitqin mühüm janrlarına xronikal və elmi məlumatlar, hesabat və tədqiqat məruzələri, akademik və elmi-kütləvi mühazirə, siyasi icmal və elmi xülasələr aid edilir. Məlumatverici nitqin yaradılmasının aparıcı prinsiplərini nəzərdən keçirək: 1. Natiqin «ehtiyat bilikləri» prinsipi. Ən qüvvətli təsir bağışlayan nitqlər biliklərin dolğunluğu nəticəsində meydana gəlir. Bunun üçün elə böyük biliklər ehtiyatı olmalıdır ki, onlardan ən lazımlı olanını seçmək mümkün olsun. Öyrənmə ağacının budaqları çoxdur, kökləri dərinə işləyib. Müəllif informasiyaverici nitqə daxil olacağından əhəmiyyətli dərəcədə çox miqdarda material hazırlayır, belə ki, məlumatların bir qismi yalnız məruzəçiyə məsələnin dərindən və hərtərəfli anlaşılması üçün gərəkli ola bilər. Hər hansı məsələnin izahı zamam obyektiv olmaqdan ötrü, yazısı ilə tanış olduğunuz ilk müəlliflə, yaxud ideyaları sizinkilərlə üst-üstə düşən mənbələrlə razılaşmaq lazım deyil. Bəlkə də, ətraflı öyrəndikdən sonra siz şəxsi mövqeyinizi dəyişməli olacaqsınız. Ev tikintisi zamanı çox sayda taxta materialından istifadə edilib, tikinti başa çatandan sonra onlar yığışdırıldığı kimi, yalnız mövzunun işlənilməsi zamanı böyük həcmdə material gərəkli olur, hazırlıq bitdikdən sonra yalnız auditoriyaya veriləcək material qalır. 2. İşıqlandırılan faktların seçilməsi zamanı sərtlik prinsipi onu bildirir ki, gətirilən faktlar, rəqəmlər, adlar, tarixlər, nümunələr, sitatlar yerində, kifayət qədər və yoxlanmış olmalı, əsaslandırılmış, yaxud illüstrasiya edilmiş müddəalara uyğun gəlməlidir. Natiq faktik materialı nümunə göstərərkən dəqiq mənbəyə istinad etməli, yaxud bu zəruri olmadıqda, kiçik bir sitat gətirildikdə, müəllifin, yaxud həm də onun müvafiq məqaləsinin adı çəkilməlidir. Verilən statistik məlumatların mənbənin etibarlılığı və bitərəfliyi baxımından yoxlanması zəruridir. 3. Məlum olanla yeninin qarşılıqlı əlaqəsi prinsipi. Dinləyici və tamaşaçını yeni olan, köhnələrə bənzəməyən, lakin onunla bilavasitə əlaqəsi olan bütün məsələlər maraqlandınr. Məlumatverici nitqin hazırlanması zamanı adi məsələləri maraqlı, yeniləri isə anlaşıqlı etmək zəruridir. Birincisi, əgər mövzu yeni deyilsə, onu yeni faktlarla və ən vacib maraqlarla əlaqədə inkişaf etdirirlər. İkincisi, əgər mövzu yeni və qeyri-adidirsə, onu artıq məlum olan faktlara və həyat təcrübəsinə əsaslanaraq inkişaf etdirirlər. Yeni və köhnəyə aid ünsürlər eyniyyət və ziddiyyətlərin qarşılaşdınlması yolu ilə aydınlaşdırılır. Həqiqətən də, yenini başa düşmək onun köhnə ilə nə qədər oxşar və məlumdan nə qədər fərqli olduğunu görmək deməkdir. Müqayisələr hər şeyi öyrənmək həvəsini oyadır və təmin edir. İnandırıcı nitq. İnandırmaq - hər hansı müddəanı məntiqi dəlillərlə sübut, yaxud rədd etməkdir. Bu, sırf məntiqi məsələdir. Təcrübədə belə nitqləri təbliği hesab edirlər, bu zaman natiq istənilən vasitələrlə - istər məntiqi, istərsə də psixoloji üsullarla mübahisəli məsələlərdə razılaşma əldə etməyə çalışır. Belə nitq təfəkkür və davranış tərzini müəyyən etməyə yönəldilmiş olur, lakin bilavasitə hərəkətə çağınş etmir. İnandırıcı nitqin mühüm janrları aşağıdakılardır: siyasi və iqtisadi proqramlar, parlamentdəki çıxışlar, ittiham, yaxud müdafiə və özünümüdafiə nitqi və s. Siyasi nitq günün aktual məsələlərinə həsr edilir və adətən, proqram xarakteri daşıyır. Belə nitq həmin anın tələbini əks etdirir, orada dəlillər inandırıcı, problemlərin qoyuluşu dəqiq olur. Siyasi nitq böyük səfərbəredici qüvvəyə malikdir və bir qayda olaraq, rəhbər, lider tərəfindən söylənir. Nitq oxunur və proqram sənəd olduğu üçün orada məcaziliyə, ikimənalılığa və improvizələrə yol vermək olmaz. İnandırıcı nitqin qurulması prinsiplərini nəzərdən keçirək: 1. İstənilən növ inandırıcı nitq vahid dəlillər sistemindən ibarətdir ki, onun tərtibi zamam məqsədəuyğun-məntiqi və emosional-ritorik əsaslandırma, mülahizə və təlqinin uzlaşdırılması prinsipi üstünlük təşkil edir. İnandırıcı nitqə arzuolunan cavab - dinləyicinin məqsədyönlü düşüncəyə və bunun nəticəsi kimi fəaliyyətə yönəlmək istəyidir. İnandırma prosesi həm şüur, həm də duyğular səviyyəsində gedir, yəni bu zaman məntiqi və psixoloji dəlillərdən istifadə olunur. Auditoriyanın nəzər-nöqtəsinə yalnız iki metodlainandırma və təlqinetmə ilə təsir göstərmək mümkündür. Bu təsir üsulları birbirindən ayrılıqda mövcud ola bilməz 2. İnandıncı nitqin qurulması zamanı dəlillərin kəmiyyətindən çox, keyfiyyətli seçilməsi prinsipinə üstünlük verilməlidir (klassik yanaşmada «dəlilləri saymır, çəkirlər»). Dəlil - məntiqi sübutdur, onun həqiqiliyi təcrübədə yoxlanıb və isbat edilib Fəaliyyətə səsləyən nitq. Fəaliyyətə səsləyən nitqlər də bütün digərləri kimi faktik məlumata malik olur, psixoloji həssaslıq oyadır, razılığa gətirir, bundan başqa, özünəməxsus xüsusiyyətə malik olur, dinləyiciləri natiqin səslədiyi hərəkəti yerinə yetirmək tələbatını duymağa məcbur edirlər. Dinləyiciləri fəaliyyətə - yeni, yaxud əvvəlkinin davam etdirilməsinə, yaxud dayandırılmasına səsləyirlər - deməli onları inandırıblar. Fəaliyyətə çağınş birbaşa və ya dolayısı ilə olur; hərəkət nə zamansa, yaxud həmin anda başlaya bilər. Lakin bu zaman auditoriyada olmayanların yox, yalnız dinləyicilərin hərəkəti nəzərdə tutulur. Fəaliyyətə çağırış xarakterli nitqə hazırlaşarkən natiq aşağıdakı şərtlərə əməl etməlidir: 1. Mövzunun dinləyicilər üçün aktual olmasını nəzərə almalıdır; 2. Dinləyicilərə təklif edilən fəaliyyət növünü, yaxud çağırışı onların yerinə yetirmək imkanlarını dəyərləndirməlidir; 3. Müxalifətin nə qədər qüvvətli olduğunu müəyyənləşdirməlidir; dinləyiciləri fəal hərəkətə səsləmək mümkündür, yoxsa yalnız onları inandırmaqla kifayətlənməlidir; 4. Dinləyicilərə təklif edilən fəaliyyət proqramını onların tələbatlarının ödənilməsi ilə əlaqələndirməlidir. Fəaliyyətə səsləyən nitqin yaradılmasının aparıcı prinsipləri aşağıdakılardır: 1. Arzu olunan hərəkətin kompleks motivasiyası prinsipi. Oyadıcı nitqdəki çağırış motivləşdirici olmayan, yaxud kifayət qədər motivləşdirilməyən olduqda (pis hərəkət etmə, özünü yaxşı apar, demokrata səs ver və s . ) bir qayda olaraq, cavab reaksiyası doğurmur, deməli, natiq auditoriyanın xüsusiyyətlərini və ünsiyyət vəziyyətini nəzərə almaqla, fəaliyyətə çağırışı motivlər kompleksi ilə möhkəmləndirməlidir. Bu nitqdə auditoriyanın eyni zamanda bir neçə tələbatına ( fiziki, iqtisadi, sosial, oyun və s .) müraciət olmalıdır. Fəaliyyətə çağırarkən nitqi elə qurmaq mümkündür ki, onun hər bir bölməsində fəaliyyətin xüsusi motivinə göstəriş mövcud olsun. Motivlərin daha tez-tez uyğunlaşması bir tərəfdən məsuliyyəti, yaxud borc hissini və digər tərəfdən şəxsi mənafeyi birləşdirir. 2. Müsbət çağırışların mənfi çağırışlara nisbətən üstünlük təşkil etməsi. Natiqin auditoriyanı səslədiyi fəaliyyət (yaxud fəaliyyət üçün proqram) çox zaman vəsait, səy, vaxt itkisi, bir qisim rahatlıqlardan imtina ilə bağlıdır. Bu səbəbdən də nitqin istiqamətverici bölümlərində təklifinizin xeyrinə olan müsbət hisslər yaratmaq lazımdır. Müsbət motivasiya mütləq mənfidən üstün olmalıdır ki, nitq tələb olunan səmərəni versin. Qeyd edək ki, borc hissinə müraciət edən çağırışlar az həvəsləndirən və çox da xoşagələn olmayan məsuliyyət hissini ön plana çəkməməlidir; belə çağırışlar qürur hissinə, ümumi işə sədaqət hissinə, qüvvə və üstünlük duyğusuna və s. müraciətlə uzlaşmalıdır. 3. Gözlənilən fəaliyyət reaksiyasının maksimum konkretləşdirilməsi prinsipi. Dinləyicilərin arzu olunan fəaliyyət reaksiyasını əldə etmək üçün nitqin əsas hissəsində baş ideyanı təsvir edən konkret nümunələrdən istifadə edilməsi daha məqsədəuyğundur, nəinki çoxsaylı faktlardan istifadə edilməsi. Oyandıncı nitqin yekununda, bir qayda olaraq, həm bilavasitə fəaliyyətə çağırış olur, həm də fəaliyyətin konkret xarakteri göstərilir. Çox zaman əgər kifayət qədər əsaslandırılmış motivasiyadan istifadə edilibsə, hərəkətə keçmək çağırışı bütünlükdə yalnız nitqin yekun hissəsinə daxil olur və onu tam əvəz edir. Bu halda bir-iki ifadə kifayət edir. Həyəcanlı şüarların dalbadal düzülməsi kimi ənənəvi, lakin köhnəlmiş üsuldan mütləq uzaqlaşmaq, əgər bəzən onlardan istifadə etsəniz belə, onları diqqətlə seçmək lazımdır. Bəzi zəruri izahatlann olmaması auditoriyada çaşqınlıq yaradar və onların təklif edilən fəaliyyətdən yayınmasını asanlaşdırar. Çağınş edilən fəaliyyətlər elə bəsit və asan görünməlidir ki, dinləyici onunla sadəcə razılaşsın və ona qarşı çıxmasın. Lakin əgər siz auditoriyanın təklif ediləni yerinə yetirəcəyinə inanmırsınızsa, onda bunu xahiş etmək qətiyyən lazım deyil. Ruhlandırıcı nitq. Ruhlandırıcı nitq insanların hiss və arzularına yönələrək, ən yaxşı mənəvi duyğuların oyadılması məqsədi daşıyır, dinləyiciləri vətəndaşlıq borcunun şəxsi mənafedən üstün olması fikrinə istiqamətləndirir. Ruhlandırıcı nitqdə yeni məlumat və faktlardan istifadə olunmur. Onun məqsədi - dinləyicilərin diqqətini artıq məlum olan, lakin dərindən dərk edilməmiş məsələlərə cəlb etmək, ilk növbədə, hisslərə təsir etmək, mənəvi həyatı fəallaşdırmaqdır. Ruhlandırıcı nitqin əsas janrları bunlardır: hərbi vətənpərvərlik məzmunlu çıxışlar, salamlama, təbrik və başsağlığı nitqləri, dini natiqlik və s. Ruhlandırıcı nitqin yaradılmasının aparıcı prinsipləri aşağıdakılardır: 1. Təmkinli coşqunluq prinsipi. Ruhlandıncı nitq insanın hislərinə istiqamətləndiyi üçün, onlann ifadəsində səmimi, təmkinli və ləyaqətli olmalıdır; hədsiz emosionallıq, sentimentallıq nitqin intonasiyasım qeyri-səmimi edir, natiq isə dinləyicilərin gözündə ləyaqətini itirir. Bu səbəbdən, öz emosiyalarına yox, emosiyaları yarada biləcək faktlara müraciət edilməlidir. Əgər natiq dinləyicilərdə müsbət emosiyalar yaratmaq istəyir və müsbət hislərə müraciət edirsə, auditoriyanın həyəcanlılıq səviyyəsini nəzərə almalı, insanları hər şeyi əlvan görməyə məcbur etməməlidir. 2. Nitqin qəlib formalarının qarşısının alınması prinsipi. İnsanlar duyğularına aid olan hər şeyə mərifətli, təmkinli münasibət bəslənməsinə üstünlük verirlər. Səmimiyyət, dərin təsirlilik yalnız nitqin intonasiyasından yox, həm də onun formasından- çıxış edənin seçdiyi söz və ifadələrdən asılıdır. Nitqin bəzəkverici ünsürləri - epitetlər, metaforalar və s. çox ciddi seçimə məruz qalmalıdır; burada qəliblərə, şablonlaşmış metaforalara yer yoxdur. Ruhlandırıcı nitq - həmişə məlum, dinləyicilərə yaxın olan məsələ haqqında yeni, bu səbəbdən də təsirli olan sözdür. 3. Mədhiyyəçilik prinsipi. Bu prinsip tərifedici məzmunlu nitqlər üçün nəzərdə tutulur və səbəbkarın ünvanına tənqidin, mənfi ünsüurlərin nitqdən çıxarılmasını tələb edir.
0
You can add this document to your study collection(s)
Sign in Available only to authorized usersYou can add this document to your saved list
Sign in Available only to authorized users(For complaints, use another form )