Uploaded by Mənaf Əhmədov

usefull

advertisement
6) Verilənlər bazasının (VB) strukturuna əsasən modelləri haqqında məlumat
verin.
Verilənlər bazası strukturunun əsasını verilənlər modeli anlayışı təşkil edir.
Verilənləri məntiqi səviyyədə təşkil etmək üçün istifadə olunan anlayışlar,
strukturlar və əməliyyatlar toplusuna verilənlər modeli deyirik.
Verilənlər modeli verilənlər bazasının strukturunu təsvir edən anlayışlar
toplusudur. Və ya belə deyə bilərik, verilənlərin modeli (VM) onların necə və
hansı qaydalarla strukturlaşdırılmasını təyin edir.Verilənlər üzərində aparılan
əməliyyatlarda seçilən modelə uyğunlaşdırılmalıdır.
Verilənlər bazasının modeli; verilənin tiplərindən, əməliyyatlardan və
verilənlərin məhdudiyyətlərindən təşkil olunur.
Verilənlər bazasının müxtəlif struktur modelləri var:
 İyerarxik
 Şəbəkə
 Relyasiya
 Obyektyönlü
Son illərdə yaranan və praktikada tətbiq olunan yeni modellərə çoxölçülü,
postrelyasiya modellərini də aid etmək olar.
İyerarxik model verilənlər bazası üçün istifadə olunan ilk modeldir.
1960,1970ci illərdə çox istifadə edilmişdir. Bu tip verilənlər bazası host mühitində
işləyən proqram təminatı tərəfindən istifadə olunur.
İyerarxik model verilənlərin qraf (və ya ağac) şəklində təsvirinə əsaslanır
(Şəkil 1). Sxemin qraf diaqramında təpələr (düyünlər) mahiyyətin tipini, budaqlar
isə mahiyyətlər arasındakı əlaqələri göstərir. Çox vaxt bu modelə budaqlanan
(ağacvari) model də deyirlər.
İyerarxik model – ağacvari strukturludur. İyerarxik məlumat modelinin
istifadəsinə ən yaxşı nümunə ailə ağacıdır. Verilənlər arasında valideyn-övlad
əlaqəsi var. Hər bir veriləndə çox sayda uşaq, yalnız bir valideyn ola bilər. Bu
halda, valideyn yazısının silinməsi lazımdırsa, uşaq yazılarıda silinir. Bu
strukturun müsbət cəhəti axtarışın sürətli aparılması, mənfi cəhəti isə strukturdan
verilənlərin silinməsinin çətin olmasıdır.
Bu modeldə verilənlər səviyyələrlə təsvir olunur: aşağı və yuxarı səviyyə.
Aşağı səviyyə yuxarı səviyyəyə tabe olur. İyerarxik modeldə layihələndirmə
“yuxarıdan-aşağıya” prinsipi ilə yerinə yetirilir. Bu modelin əsas çatışmazlığı
verilənlər arasındakı əlaqənin biristiqamətliliyi, həmçinin strukturunun sərtliyidir,
yəni altağacların ağaca əlavə olunması və ya silinməsi böyük problemlərə səbəb
ola bilər. İyerarxik tipli verilənlər bazasında aşağıdakı əlaqələr mümkündür:
“birin-birə” (1:1), “birin-çoxa” (1:M).
Model daxilindəki hərhansı bir düyüm, altındakı n sayda düyümə
bağlanarkən özündən üstdə ancaq bir düyümə bağlanabilər. İyerarxik quruluşun
yuxarısındakı düyün kök adlanır.
Şəbəkə verilənlər modeli verilənlər modeli içində ən ümumi verilənlər
modelidir. VB-nın şəbəkə modelində verilənlərə müraciət ona gələn yollar vasitəsi ilə
həyata keçirilir və bir verilənə bir neçə yol ilə gəlmək olar. Bu zaman hər bir verilən
faktiki olaraq bir neçə verilən ilə bağlı olur və onlar arası əlaqələr iyerarxik olmaya da
bilər.
Şəbəkə tipli modellər də iyerarxik modellər kimi verilənlərin təsvirinə
əsaslanır. Şəbəkədəki element hər hansı digər elementə qoşula bilər. Şəbəkə
verilənlər bazası bir neçə ağacdan ibarət ola bilər. Şəbəkə verilənlər bazaları
verilənləri ağacların dahada inkişaf etmiş halı olan qraflar şəklində saxlayar.
Şəbəkə modeli, düyümlər arasınlar çoxsaylı əlaqələr qurula bilmədiyi üçün
məhdud bir verilən modeli olaraq qəbul olunur.
Şəbəkə modeli iyerarxik modelə bənzəyir. İyerarxik strukturlardan fərqli
olaraq, şəbəkə strukturlarının əlaqə baxımından heç bir məhdudiyyəti yoxdur.
Mürəkkəbliyi və baha başa gəlməsi bu modelin əsas çatışmazlığıdır.
İyerarxik verilənlər bazalarının qeyri-kafi olması səbəbindən alimlərin birgə işi
nəticəsində ortaya atılmış verilənlər bazası növüdür.
İyerarxik modeldən fərqli olaraq, şəbəkə modelində (1:1), (1:M), (M:N)
funksional əlaqələrlə yanaşı “çoxun-birə” (M:1) əlaqəsi də həyata keçirilir
(Şəkil 2).
Relyasiya modelinin və ümumiyyətlə relyasiya modelli VBİS-in
yaranması IBM firmasının əməkdaşı Edqar Koddun adı ilə bağlıdır. Riyaziyyatçı
alim bu modelin prinsiplərini çoxluqlar nəzəriyyəsinə əsaslanaraq işləyib
hazırlamışdır.
Bu prinsiplər ümumi şəkildə aşağıdaılardan ibarətdir.
- Verilənlər münasibətlər (cədvəl) adlanan sətirlər şəklində nnizamlanmış
yığınıdır:
- Sətirlər bir-birindən heç olmasa bir sahənin qiymətinə görə fərqlənirlər:
- Əməliyyatlar tam şəkildə münasibət üzərində yerinə yetirilir, nəticədə
münasibətdir
1970 ci illərin sonundan istifadə edilməyə başlanan 1985 ci ildən sonra yayılan
bir verilənlər modelidir. Relyasiya modeli bu gün ən çox istifadə edilən
verilənlər bazası modelidir
VB –nin mərkəzi obyekti cədvəldir.Bu gün cədvəl əsasında yaradılmış VB
daha çox yayılıb.Ən sadə VB –də azı bir cədvəl olur. Ümumiyyətlə isə VBda adətən onlarca cədvəl olur.
Bu modelin əsasını “nisbət” (ing. relation) riyazi anlayışı təşkil edir.
Müəyyən şərtlərə əməl etdikdə, nisbəti insan üçün adi olan ikiölçülü cədvəl kimi
təsvir etmək olar. Fərdi kompüterlər üçün mövcud olan VBİS-in böyük
əksəriyyətində relyasiya modelindən istifadə olunur.
Relyasiya modelinin üstün cəhətləri aşağıdakılardır:
 sadəliyi
 proqram reallaşdırılmasının asanlığı
 verilənlər üzərində müxtəlif riyazi və məntiqi əməliyyatların
aparılmasının mümkünlüyü
 istənilən tip sorğuya cavabı təmin edən çevik VB sxeminin qurulmasının
mümkünlüyü.
Verilənlərin relyasiya modeli
Relyasiya modeli mövzu sahəsini əhatə edən nisbətləri və onlar arasındakı
əlaqələri əks etdirir. Bu modeldə VB-nin məntiqi sxemi nisbətlər sxemi şəklində
təsvir olunur. Həmin sxemdə ayrı-ayrı nisbətlər və oxlu xətlərlə onlar arasındakı
əlaqələr göstərilir. Cədvəlin hər bir sətri eyni struktura malik olan sahələrdən
ibarətdir. Nisbət baxımından cədvəlin sətrinə kortej, sütununa isə domen
deyilir.Adlandırılmış domenə isə atribut deyilir. Nisbətin gücü kortejlərin sayı ilə,
qüvvəti isə domenlərin (sütunların) sayı ilə ifadə olunur.
Obyektyönlü model iki modeli – relyasiya və şəbəkə modellərini özündə
birləşdirir və mürəkkəb strukturlu böyük VB-lərin qurulması üçün istifadə olunur.
Obyektyönlü modeldə obyektyönlü proqramlaşdırma prinsiplərindən istifadə
edilir. Lakin burada istifadəçilər aparat və proqram anlayışları (bayt, yazı və s.)
ilə deyil, real aləmin strukturuna uyğun anlayışlarla, başqa sözlə, obyektlər və
onlar üçün təyin olunmuş əməliyyatlarla işləyirlər. Obyektyönlü VB-nin
strukturunu qrafik olaraq təpələri obyektlər olan ağac şəklində təsvir etmək
olar.Obyektlərin xassələri hər hansı standart tiplə (məsələn , String – sətir) və ya
istifadəçi tərəfindən “class” (sinif) kimi təyin edilən tiplə təsvir olunur.
Obyektyönlü VB-də axtarış istifadəçinin sorğuda göstərdiyi obyektə VBdə saxlanan obyekt arasındakı oxşarlığı müəyyənləşdirməkdən ibarət
olur. İstifadəçinin göstərdiyi və “məqsəd” adlanan obyekt (onun xassəsi
“goal” tipi ilə təyin edilir) ümumi halda VB- də saxlanan bütün obyektlər
iyerarxiyasının altçoxluğu ola bilər.Obyekt –məqsəd və sorğunun
nəticəsi VB-nin özündə saxlana bilər. Verilənlərin obyektyönlü modelinin
relyasiya modeli ilə müqayisədə üstünlüyü obyektlərin mürəkkəb
əlaqələri haqqında informasiyanı əks etdirmək imkanının olmasıdır.
Obyektyönlü model VB-nin ayrı-ayrı yazılarını və onların emalı
funksiyaların təyin etməyə imkan verir. Obyektyönlü modelin çatışmazlığı
onun mürəkkəbliyindən , verlənlərin emalının rahat olmamasından və
sorğuların yerinə yetirilməsürətinin aşağı olmasından ibarətdir
Download