Uploaded by G F

ky0000348 compressed

advertisement
Mövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)
Plan
1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin predmeti.
2. İqtisadi nəzəriyyənin vəzifələri və öyrənilməsinin zəruriliyi.
3. İqtisadi qavrama və iqtisadi təfəkkür.
4. İqtisadi qanunlar və kateqoriyalar.
5. İqtisadi nəzəriyyənin tədqiqat metodları.
1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin predmeti.
Bəşəriyyət meydana gəldiyi gündən insanlar həm təbiətin, həm də
cəmiyyətin sirlərini öyrənməyə çalışmışlar. Indi hamıya məlumdur ki, elmlə,
incəsənətlə, siyasətlə məşğul olmazdan əvvəl, yemək şeylərinə, paltara,
ayaqqabıya, yanacağa, mənzilə və başqa nemətlərə malik olmaq lazımdır. Buradan
aydın olur ki, yaşamaq üçün ən zəruri nemətlər istehsalı insan cəmiyyəti həyatının
əsasını təşkil edir. Lakin bu nemətlər insanlara hazır halda verilmir. Onları insanların özləri, həm də bir-birilərindən ayrılıqda, təkbətək deyil, qruplar,
kollektivlər şəklində, yəni birlikdə istehsal edirlər. Bu məqsədlə, onlar mövcud
təbii və maddi ehtiyatlardan–mineral xammal ehtiyatları, işçi qüvvəsi, idarəetmə
bacarığı, maşın və avadanlıqlar, torpaq və s.istifadə edirlər. Lakin iqtisadi
ehtiyatların məhdud miqdarda olması is-tənilən qədər nemətlər istehsal etməyə və
ideal cəmiyyət ya-ratmağa imkan vermir. Çünki cəmiyyətin tələbatı sonsuzdur və
o, istehsal imkanlarına nisbətən daha sürətlə artır. Bu isə mütləq mənada nemətlər
bolluğunun yaradılmasını qeyri-mümkün edir.
Bütün bunlara əsasən belə bir nəticə çıxarmaq olar ki, cəmiyyət hər cür
tələbatı deyil, normal, şüurlu tələbatı ödəməyi qarşısına məqsəd qoymalıdır.
Cəmiyyətin ən zəruri və müxtəlif təyinatlı nemətlərə olan tələbatının
ödənilməsinin əsasını isə iqtisadiyyat1 təşkil edir və bütün münasibətlər sistemində
iqtisadi münasibətlər həlledici yer tutur.
İqtisadiyyat ictimai həyatın xüsusi sahəsi kimi olduq-ca mürəkkəb
quruluşa malikdir. O, hər şeydən əvvəl iqtisadi münasibətlərin toplusu,
cəmiyyətin iqtisadi bazisidir. Iqtisa-diyyat özünün xüsusi qanunları əsasında
fəaliyyət göstərir, cəmiyyətin inkişafında həlledici rol oynayır və onun anatomiyasını təşkil edir. Iqtisadi münasibətlərin spesifikası nəinki məhsulların yaradılmasını, onun bölüşdürülməsi və istifadə olunmasını, həm də təsərrüfatçılığın,
istehsalın təş-kili, iqtisadi vasitə və stimulların müxtəlif formalarının
xüsusiyyətlərini şərtləndirir.
Iqtisadiyyat həm bütövlükdə iqtisadi sistemin səciy-yəvi cəhətlərini, həm də
ayrıca götürülmüş bir ölkənin fərqləndirici xüsusiyyətlərini əks etdirir. Iqtisadiyyat
istehsal (sənaye, kənd təsərrüfatı, tikinti, yük nəqliyyatı və s.) və qeyri-istehsal
(təhsil, səhiyyə, mənzil – kommunal təsərrü-fatı və s.) sahələrini əhatə edir. Ayrıayrı fəaliyyət növləri-nin, istehsalatların iqtisadiyyatlarını da fərqləndirmək
KitabYurdu.az
1
lazımdır. Buna kənd təsərrüfatında bitkiçilik və heyvandar-lığın iqtisadiyyatlarını
misal göstərmək olar. Iqtisadiyyat əsas istehsal pillələrindən-firma, müəssisə və
birliklərdən, səhmdar cəmiyyətlərindən ibarət olduğu üçün ayrı-ayrı firmaların,
birliklərin, müəssisələrin, səhmdar cəmiyyətlərinin də iqtisadiyyatları vardır. Ev
təsərrüfatının iqtisadiyyatı da xüsusi qrupa ayrılır.
Iqtisadiyyat, nəhayət cəmiyyətdə iqtisadi münasibət-ləri öyrənən iqtisad
elmləri sistemidir. O, cəmiyyətin iqtisadi quruluşunu, onun obyektiv qanunauyğunluqlarını öyrənir, iqtisadiyyatın müxtəlif sahələrində baş verən
prosesləri, hadisələri nəzəri cəhətdən təhlil edir, müxtəlif təyinatlı nemət-lərin
istehsalı və bölgüsünə dair əməli tövsiyələr işləyib hazırlayır. Iqtisadiyyat elmi
fundamental və tətbiqi tədqiqat-lara bölünür.
Fundamental tədqiqatların vəzifəsi obyektiv iqtisadi qanunların dərk
edilməsi və onlardan səmərəli istifadə olunması yollarını əsaslandırmaqdan
ibarətdir. Bu elmlərə iqtisadi nəzəriyyə, iqtisadi tarix, iqtisadi təlimlər tarixi,
statistika, mühasibat uçotu və s. aiddir.
Tətbiqi elmlər fundamental tədqiqatların nəticələrindən xüsusi və konkret
əməli problemlərin həllində istifadə edirlər. Bu elmlər funksional (maliyyə və
kredit, pul tədavülü, demoqrafiya, əmək iqtisadiyyatı, marketinq, menec-ment,
iqtisadi gibernetika və s.) ayrı-ayrı ölkələrin iqtisadiy-yatı (məhəlli, ölkə) və sahə
(sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və s. iqtisadiyyatları) əlamətlərinə görə
təsnifləşdirilir.
Iqtisad elmləri sistemində iqtisadi nəzəriyyə xüsusi yer tutur. Belə ki,
müasir iqtisad elmini ağaca bənzətsək, iqtisadi nəzəriyyəni onun gövdəsi, iqtisadi
sistemin ayrı-ayrı sahələrini öyrənən xüsusi iqtisadi elmləri isə onun qol- budağı
adlandırmaq olar. Lakin qeyd etmək lazımdır ki, iqtisadi nəzəriyyənin predmetinin
müəyyən olunmasında iqtisadçılar arasında yekdil fikir yoxdur.
Merkantilistlərin fikrincə iqtisadi nəzəriyyə mübadilə qanunları, fiziokratlara
görə həm mübadilə, həm də istehsalın idarə edilməsi ilə əlaqədar olan qanunlar
haqqında elmdir. A. Smit onun mübadilə və istehsal da daxil olmaqla sərvət, D.
Rikardo isə sərvətin müxtəlif siniflər və qruplar arasında bölüşdürülməsi qanunları
haqqında elm olduğunu iddia edirdilər. Sonralar iqtisadi nəzəriyyənin öyrəndiyi
məsələlərə istehlak da daxil edilmiş və beləliklə də, onun predmetinin istehsal, bölgü, mübadilə və istehlakı idarə edən qanunlardan ibarət olması haqqında fikir
formalaşmışdır.
Müasir dövrdə iqtisadi hadisə və proseslərdən bəhs edən elmi, sadəcə olaraq
«Iqtisadiyyat» da adlandırırlar. Məşhur Amerika iqtisadçısı, Nobel mükafatı
laureatı Pol Samuelsonun dərsliyi məhz bu ad altında 20 dəfəyə qədər nəşr olunmuşdur. Bu dərslik ali məktəb tələbələri üçün yazılmış və demək olar ki, kapitalist
ölkələrinin əksəriy-yətində ondan istifadə olunur. Dərslikdə «iqtisadi nəzəriyyə
nədir?» başlığı altında xüsusi fəsil vardır. P. Samuelson iqtisadi nəzəriyyənin
predmetinin müəyyən olunmasına dair ən çox yayılmış beş fikri sadalayır və
belə bir nəticəyə gəlir ki, «iqtisadi nəzəriyyənin predmeti dəqiq müəyyən
oluna bilməz və buna ehtiyac da yoxdur1». Bununla birlikdə o, belə hesab edir
KitabYurdu.az
2
ki, iqtisadi nəzəriyyənin predmetinə dair aşağıda göstərilən təriflərdən hər biri
doğrudur və hər bir savadlı adam bu siyahını bir neçə dəfə uzada bilər: 1) Iqtisadi
nəzəriyyə insanlar arasında mübadilə və pul sövdələşmələri ilə əlaqədar olaraq baş
verən fəaliyyət növləri haqqında elmdir; 2) Iqtisadi nəzəriyyə insanların gündəlik
işgüzar fəaliyyətləri, yaşamaq üçün vəsait əldə etmələri və ondan istifadə
olunmasını öyrənmələri haqqında elmdir; 3) Iqtisadi nəzəriyyə istehsal və istehlak
sahəsində bəşəriyyətin üzərinə düşən vəzifələrin öhdəsindən necə gələ bilməsi
haqqında elmdir; 4) Iqtisadi nəzəriyyə sərvət haqqında elmdir; 5) Iqtisadi
nəzəriyyə müxtəlif əmtəələrin istehsalı, indi və gələcəkdə istehlak etmək məqsədilə
onların müxtəlif adamlar və qruplar arasında bölüşdürülməsi,insanlar və cəmiyyət
tərəfindən pulun köməyilə və ya onun iştirakı olmadan nadir ehtiyatlardan
məhsuldar istifadə olunması haqqında elmdir.2
Iqtisadi nəzəriyyə mülkiyyətin formasından, sahələrin və ərazilərin, tarixi
dövrlərin xüsusiyyətlərindən asılı olmayaraq, təsərrüfatçılığın bir sıra prinsiplərinə
əməl olunmasını nəzərdə tutur. Bunlar nəticə və xərclərin ölçülməsi, onlardan
səmərəli istifadə edilməsi, istehsalçılar üçün müəyyən stimulların yaradılması və sdir. Müasir dövrün qlobal sosial-iqtisadi problemlərinin-inflyasiya, işsizlik, hərbi
xərclər, büdcə çatışmazlığı, yoxsulluq və qeyri-bərabərlik, ətraf mühitin
çirklənməsinin qarşısının alınması, biznesin hökumət tərəfindən tənzimlənməsi və
xalqın həyat səviyyəsinin yüksəldilməsi və s. həll edilməsi xeyli dərəcədə məhdud
miqdarda ehtiyatlardan səmərəli istifadə olunma-sından asılıdır. Deməli, iqtisadi
nəzəriyyə cəmiyyət üzvlə-rinin tələbatlarını maksimum dərəcədə ödəmək üçün
məhdud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması, yaxud da
onların idarə edilməsi problemlərini öyrənir.
Beləliklə, yuxarıda deyilənləri ümumiləşdirərək demək olar ki, iqtisadi
nəzəriyyə cəmiyyətin tələbatını maksimum dərəcədə ödəmək məqsədilə məhdud
miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması və onların idarə
edilməsi prosesində insanlar arasında meydana çıxan qarşılıqlı münasibətləri
öyrənir. İqtisadiyyatı öyrənmə, dərketmə baxımdan yanaşdıqda onu
mikroiqtisadiyyat, makroiqtisadiyyat, mezoiqtisadiyyat və meqoiqtisadiyyat
sahələrinə bölmək olar. İdarəetmə baxımdan da iqtisadiyyat bu hissələrə bölünür:
M İ K R O İ Q T İ S A D İ Y Y A T – istehsalın və xidmətin müəssisə, firma
səviyyəsində araşdırılması, təşkili və idarə edilməsi deməkdir. Burada istehsal
xərcləri, mənfəət, qiymət, əmək haqqı, tələb- təklif kimi iqtisadi amillərdən daha
konkret şəkildə istifadə olunur və idarəetmədə daha çevik formalar seçilir.
M A K R O İ Q T İ S A D İ Y Y A T – həir ölkənin və regionun iqtisadiyyatının
bütövlükdə öyrənilməsi, araşdırılması və təhlili deməkdir. Makroiqtisadiyyat
səviyyəsində cəmiyyənin, ölkənin, milli iqtisadiyyatı ən başlıca iqtisadi
problemləri dayanır. Burada ictimai istehsalın məcmusu, milli gəlir, onların artımı,
bölgüsü, sosial tələbatların təmin olunması və s. kimi problemlər öyrənilir.
M E Z O İ Q T İ S A D İ Y Y A T – makroiqtisadiyyatın yarım sistemidir, bir- biri
ilə üzvü bağlı sahələr kompleksidir. Bura ASK , aqrar- biznes, hərbi sənaye
kompleksi və s. daxildir. Bunların maddi əsasını əmək bölgüsü və kooperativləşmə
KitabYurdu.az
3
təşkil edir. Hərbi sənaye kompleksi hərbi və mülki istehsal sahələrinin qarşılıqlı
əlaqəsi ifadə olunur.
M E Q O İ Q T İ S A D İ Y Y A T – dünya təsərrüfatını, yəni beynəlxalq miqyasda
iqtisadiyyatı öyrənir.
2. Iqtisadi nəzəriyyənin vəzifələri və öyrənilməsinin zəruriliyi.
Iqtisadi nəzəriyyənin öyrənilməsinə vaxt ayırmağa, buna əmək sərf etməyə
dəyərmi? Bu suala tanınmış iqtisadçı Con Meynard Keyns (1889-1946) belə cavab
vermişdir: «Iqtisadçıların və siyasi xadimlərin ideyaları… düşünül-düyündən daha
böyük əhəmiyyətə malikdir. Dünyanı məhz onlar idarə edirlər. Özlərini intellektual
təsir imkanlarına malik olan əməli iş adamları hesab edənlər keçmişin hər hansı bir
iqtisadçısının quludur»1.
Bunun nə dərəcədə həqiqətə uyğun olduğunu əsas-landırmaq üçün iqtisadi
nəzəriyyənin yerinə yetirdiyi vəzifələri nəzərdən keçirək.
Hər bir elm kimi iqtisadi nəzəriyyə də müəyyən vəzifələri yerinə yetirir.
Onun başlıca vəzifələrindən biri cəmiyyətin iqtisadi həyatında baş verən
hadisə və prosesləri öyrənmək və aydınlaşdırmaqdan ibarətdir. Bu, onun idrak
funksiyasıdır.
Hər bir elmin nəzəri müddəaları ictimai həyatda nə qədər tez tətbiq edilirsə
və özünü nə qədər tez doğruldursa, rəhbərlik üçün əsas və cəmiyyətin
dəyişdirilməsində əməli nəticələr verirsə, onlar bir o qədər dəyərli olurlar. Ona
görə də iqtisadi nəzəriyyə faktları sadəcə olaraq təsvir etməklə kifayətlənmir. Bu
fundamental elm iqtisadi həyatın dərinliklərinə nüfuz edir, iqtisadi prosesləri idarə
edən qanunları aşkara çıxarır və onlardan istifadə olunması yollarını göstə-rir.
Bunlar iqtisadi nəzəriyyənin idrak funksiyasının, onun, indi haqqında söhbət gedən
ikinci – əməli funksiyası ilə əlaqədar olduğunu göstərir.
Iqtisadi nəzəriyyə həm də adamlarda siyasi və iqtisa-di şüuru, təfəkkürü
formalaşdırmaq vəzifəsini yerinə yetirir. O, bu vəzifəni real gerçəkliyi aşkara
çıxarmaq və ümumi-ləşdirmək yolu ilə həyata keçirir. Əgər o baş verən proses-ləri
nəzəri cəhətdən aydınlaşdırmırsa, yığılıb qalmış prob-lemlərə tənqidi yanaşmırsa
və əməli vəzifələri düzgün həll etmək üçün nəticə çıxarmırsa, onda onun bütün
müddəaları havadan asılı qalır, özünün həyatiliyini itirir.
Iqtisadi nəzəriyyənin vəzifələrindən biri də onun bir sıra sahə (sənayenin,
kənd təsərrüfatının, nəqliyyatın, təhsilin və s. iqtisadiyyatları) və funksional (əmək
iqtisadiyyatı, maliyyə və kredit, pul tədavülü, marketinq, menecment və s.) elmlər
üçün metodoloji əsas olmasıdır. Bu metodoloji əsas isə keçmişin dahi iqtisadçıları
Adam Smitin, David Rikardonun, Con Styuart Millin, Karl Marksın və Con
Meynard Keynsin əsərlərinin təsiri altında yaranmışdır.
Beləliklə, iqtisadi nəzəriyyənin yerinə yetirdiyi vəzifələr belə bir nəticə
çıxarmağa imkan verir deyək ki, onu öyrənmək üçün vaxt ayırmağa, əmək sərf
etməyə dəyər. Ona görə də hazırda iqtisadi siyasətlə məşğul olan dünya liderlərinin
iqtisadçılarla məsləhətləşmələri, onların tövsiyələrini nəzərə almaları adi hala
KitabYurdu.az
4
çevrilmişdır. Indi iqtisad-çılar hökumət orqanlarında, parlamentlərdə yüksək vəzifə
tuturlar. Məsələn, ABŞ prezidenti onun iqtisadi şurasına daxil olan iqtisadçı – məsləhətçilərin tövsiyələrindən daim istifadə edir. «ABŞ prezidentinin iqtisadi məruzəsində» işsizlik və inflyasiya, iqtisadi artım və məhsuldarlıq, vergilər və dövlət
xərcləri, yoxsulluq və qeyri-bərabərlik, tədiyə ba-lansı və beynəlxalq valyuta
sistemi, iş verənlərlə işləyənlər arasında qarşılıqlı münasibətlər, ətraf mühitin
çirklənməsi, rəqabət və inhisar əleyhinə qanunvericiliyə riayət olunması və b.
iqtisadi problemlər xüsusi yer tutur.
Gündəlik həyatımızda rastlaşdığımız konkret problemlərin əksəriyyəti
iqtisadi məzmuna malikdir. Bunlar ayrı-ayrı bazarlarda, əmtəə və fond
birjalarında qiymətlərin qalxıb-enməsinin səbəbləri, ayrı-ayrı ölkələrdə xalqın rifahının səviyyəsi və «keyfiyyəti», istehsalın «Isveç modeli»nin və Azərbaycan
Demokratik Respublikasının (1918-1920) iqtisadi platformasında nəzərdə tutulan
iqtisadi məsələlərin və indiki Azərbaycan cəmiyyətində gedən sosial-iqtisadi
proseslərin mahiyyəti, aztəminatlı ailələrin sosial müdafiəsinin təşkili, yeni iqtisadi
münasibətlərin formalaşmasında dövlət mülkiyyətinin özəlləşdirilməsinin rolu,
vergilər, onların məzmunu, büdcənin gəlirləri, xərcləri və s ibarətdir. Bütün bunlar
cəmiyyətin iqtisadi həyatında çox mühüm rol oynayırlar. Təbiidir ki, cəmiyyətdə
gedən sosial-iqtisadi proseslərdən baş çıxarmaq, hərtərəfli informasiyaya malik
olmaq, qarşıya çıxan suallara inandırıcı cavablar vermək istəyən hər kəs iqtisadi
təfəkkürə malik olmalıdır.
Iqtisadi nəzəriyyənin bizneslə məşğul olanlar tərəfin-dən öyrənilməsinin
xüsusilə böyük əhəmiyyəti vardır. Çünki iqtisadi sistemin mahiyyəti və
xarakterini daha yaxşı başa düşən, inflyasiyanın səbəbləri və nəticələri haqqında
aydın təsəvvürə malik olan müəssisə rəhbəri, həmin dövrdə vəziyyətdən çıxmaq
üçün başqalarına nisbətən daha ağıllı qərarlar qəbul edə bilir. Bunun nəticəsidir ki,
iri şirkətələrin idarə olunmasına iqtisadçıları daha çox cəlb edirlər ki, bunlar da informasiyaları toplamaq və təhlil etmək əsasında səmərəli qərarlar qəbul etməklə
məşğul olurlar.
Lakin iqtisadi nəzəriyyə çox böyük əməli əhəmiyyətə malik olsa da, onun
tədqiqat obyektində nəzəri problemlər üstünlük təşkil edir və o, daha çox ümumi
əhəmiyyət kəsb edən problemləri öyrənir. Bütün bunlara əsasən demək olar ki,
cəmiyyətdə gedən sosial-iqtisadi proseslərdən baş çıxarmaq üçün iqtisadi
nəzəriyyənin öyrənilməsinin çox böyük əhəmiyyəti vardır. Doğrudur, həyatda heç
bir iqtisadi təlim görməmiş elə adamlara, o cümlədən mütəxəssislərə rast gəlinir ki,
onlar cəmiyyətdə gedən çox mürəkkəb iqtisadi proseslərdən düzgün baş çıxarır,
çevikdirlər və yaranmış vəziyyətlə əlaqədar tez manevr etməyi yaxşı bacarırlar.
Bütün bunlara baxmayaraq, hər cür inikas kimi, sosial-iqtisadi münasibətlərin
inikası olan iqtisadi təfəkkür də mürəkkəb və ziddiyyətli olduğu, bəzi hallarda
hətta aldadıcı və təhrif olunmuş şəkildə göründüyü, cəmiyyətin inkişafına əks təsir
göstərə bildiyi üçün iqtisadi nəzəriyyənin öyrənilməsi ilə hamının müntəzəm
məşğul olması olduqca vacibdir. P. Samuelsonun təbirincə, iqtisadi nəzəriyyənin
öyrənilməsi ilə müntəzəm məşğul olmayan adam musiqi əsərinə qiymət verməyə
cəhd göstərən kar adama bənzəyir.
KitabYurdu.az
5
3. Iqtisadi qavrama və iqtisadi təfəkkür.
Iqtisadi təfəkkür iqtisadi şüurun ünsürlərindən biri olmaqla, insanların
mənəvi fəaliyyətlərinin başlıca tərkib hissəsidir. O, insanların ətraf aləmi, burada
baş verən iqtisadi hadisə və prosesləri dərk etmələrinin xüsusi formasıdır. Başqa
sözlə, iqtisadi təfəkkür insanların istehsalın qanuna-uyğunluqlarını anlayışlar və
onların arasındakı məntiqi əlaqə və asılılıqlar vasitəsilə özlərinin şüurlarında əks
etdirmələri deməkdir. Beləliklə, iqtisadi təfəkkür – insanların sosial-iqtisadi münasibətlərə və onların inkişaf qanuna-uyğunluqlarına dair baxışları sistemidir.
Iqtisadi təfəkkürün obyektini, onun subyektindən fərqləndirmək
lazımdır. Iqtisadi təfəkkürün obyektini iqtisadi münasibətlər təşkil edir. Onun
subyekti isə istehsalı təşkil və idarə edən insanlardır. Iqtisadi təfəkkürün xarak-teri
və məzmunu bir sıra amillərdən-cəmiyyət həyatının sosial şəraitindən, sinfi
mənsubiyyətdən, istehsalın və əmək təşkilinin vəziyyətindən, kollektivdə
formalaşan qarşılıqlı münasibətlərdən, məişət qayğılarından və s. asılıdır.
Insanlar yalnız gerçəkliyi dərk etməklə kifayətlənə bilməzlər. Çünki onların
malik olduqları biliklər müvafiq əməli nəticələrin çıxarılmasına xidmət etməlidir.
Deməli, insanlar iqtisadi anlayışlardan, kateqoriyalardan istifadə etməklə,
özlərinin əməli fəaliyyətlərində səhvə yol vermədən, cəmiyyətdə gedən hadisə
və proseslərdən baş çıxara və onları idarə edə bilərlər. Iqtisadi anlayış və
kateqoriyalardan istifadə etməyi bacarmadıqda təfəkkürdə sinkretizm1 əmələ gəlir,
adamlar iqtisadiyyatda baş verən hadisələrin içərisində itib-batır, onun başlıca
əlamətini və ya əlamətlərini ayırd edə bilmirlər. Bu zaman hadisələr kəmiyyət və
keyfiyyət, səbəb və nəticə, forma və mahiyyət əlamətlərinə görə deyil, təsadüfi
təsəvvürlərə görə ayrılır, birləşdirilir və ya təsnifləşdirilir. Bununla birlikdə,
iqtisadi təfəkkür təkcə zahiri əlamətlərə görə deyil, həm də daxili şəxsi mənbələrə
görə müəyyən edilir. Buna insanların qabaqcadan mümkün ola bilən yanlış nəticə
çıxarmaları əhəmiyyətli dərəcədə təsir göstərir. Bu, təfəkkürdə şablonçuluğa
gətirib çıxarır, adamlar hadisənin mahiyyətinə varmadan, öz fəaliyyətlərini
qabaqcadan malik olduqları yanlış təsəvvürlər əsasında qurmaqda davam edirlər.
Bununla əlaqədar olaraq iqtisadi təfəkkür özünün əsas vəzifəsini yerinə yetirə
bilmir.
Iqtisadi təfəkkürün mühüm xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, o
insanların mənafeləri, xüsusilə də maddi mənafeləri ilə əlaqədardır. Məhz buna
görə də iqtisadi təfəkkürün istiqamətləri insanların mənafeləri ilə müəyyən olunur
və bu, onları baş verən hadisələrdən müəyyən nəticələr çıxarmağa vadar edir.
Ümumiyyətlə, iqtisadi mənafelər insanların davranışının, hərəkətverici
fəaliyyətinin başlıca amilidir.
Insanlarda iqtisadi təfəkkür müəyyən kateqoriyalar vasitəsilə formalaşır və ardıcıl olaraq bir neçə mərhələ və pillədən keçir. Ilk əvvəl, istehsalla
qarşılıqlı əlaqə prosesində insanlarda onun haqqında ən sadə təsəvvür formalaşır.
KitabYurdu.az
6
Bu təsəvvür əsas etibarilə hadisələrin zahiri tərəflərini əks etdirir və iqtisadi
təfəkkürün formalaşmasında empirik1 mərhələdir. Bu mərhələnin əhəmiyyəti
onunla müəyyən edilir ki, o, iqtisadi hadisələr haqqında çox sadə təsəvvür-lərin
əldə edilməsi, onların elmi cəhətdən ümumiləşdirilməsi üçün olduqca vacibdir.
Çünki empirik biliklər əsasında adamlar daha geniş və dərin anlayışlara yiyələnmək üçün imkan əldə edirlər.
Ümumiləşdirmənin gedişində nisbi mənada konkret olan biliklər getdikcə
saflaşır. Lakin mücərrəd təfəkkür mərhələsi nə qədər əhəmiyyətli olsa da,
hadisənin dərk olunması prosesi onunla başa çata bilməz. Çünki mücərrəd
anlayışlar, tam, bütöv haqqında yalnız sistemsiz, qarma-qarışıq təsəvvür verir.
Elmi mücərrəd anlayışların meydana gəlməsi ilə münasibətlərin müxtəlif və
mürəkkəb şəbəkəsini, həmçinin hadisələr, hadisələrlə onların mahiyyəti, müxtəlif
səviyyələr və qaydalar arasındakı əlaqə və asılılıqları müəyyən etmək imkanı
yaranır. Bu andan təfəkkür özünün tamamlanma, nəzəri mərhələsinə daxil olur. Bu,
mahiyyətcə təfəkkürün formalaşmasında real iqtisadi proseslər haqqında qabaqcadan əldə edilmiş biliklərin sintez mərhələsidir.
Təfəkkür həm də özünün həqiqətə doğru hərəkətində müəyyən pillələrdən keçir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, bir sıra anlayışlar
əsasında müəyyən hipotez, yəni öyrənilən iqtisadi proseslərin fəaliyyətdə olması və
hərəkəti haqqında fərziyyə meydana çıxır. Idrakın sonrakı pilləsi konsepsiyadır.
Fərziyyəyə nisbətən konsepsiya hadisə və proseslərə dair müəyyən nöqteyi–
nəzərləri əsaslandıran geniş baxışlar sistemidir. Buna Azərbaycan Respublikasının
iqtisadi inkişaf, yaxud da qiymətlərin əmələ gəlməsi konsepsiyalarını misal göstərmək olar. Həm də qarşıya qoyulan sosial-iqtisadi vəzifələrin həll edilməsinin ən səmərəli yollarını müəyyən etmək üçün bir neçə konsepsiya hazırlamaq məqsədəuyğundur. Başqa sözlə, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində
çoxvariantlılıqdan istifadə olunmalıdır. Digər tərəfdən, müxtəlif konsepsiyalar elmi
cəhətdən əsaslandırılmalı, obyektiv iqtisadi qanunların tələbləri nəzərə alınmalıdır.
Müxtəlif konsepsiyaların diq-qətlə və dərindən işlənməsi və onların hərtərəfli
əsaslandırıl-ması nəticəsində elmi biliklərin təcrübədə sınanmış və özünü
doğrultmuş, tamamlanmış və mükəmməl sistemi olan iqtisadi nəzəriyyə formalaşır.
Bütövlükdə təfəkkürün tərkib hissəsi olan iqtisadi təfəkkür yaradıcı xarakter
daşıyır. Bu, məlum iqtisadi forma və metodlara tənqidi yanaşmaq, onların
məhdudluğunu, iqtisadi həyatın real faktları ilə onların barəsindəki təsəvvürlər
arasında fərqləri görmək, özünütənqid şəraitində həyatımızda dərin kök salmış və
özünü doğrultmayan, vaxtı keçmiş stereotiplərdən yaxa qurtarmağı bacarmaq
qabiliyyətinə malik olmaq deməkdir.
Insanlar anadangəlmə iqtisadi təfəkkürə malik olmurlar, onu həyatda
qazanırlar. Insanların cəmiyyətdə mövcud olan iqtisadi münasibətlərlə əlaqədə
olması iqtisadi təfəkkürün formalaşmasının başlanğıcını qoyur. Bu proses ailədə,
məktəbdə və əmək kollektivlərində davam edir.
Iqtisadi təfəkkürə yiyələnmək üçün hər şeydən əvvəl sağlam düşüncəyə
malik olmaq lazımdır. Lakin iqtisadi gerçəkliyi olduğu kimi qavramaq, sosial-
KitabYurdu.az
7
iqtisadi həyatın dolaşıq məsələlərindən baş çıxarmaq, təsərrüfat təcrübəsinin çox
mürəkkəb vəzifələrini həll etməyi bacarmaq üçün təkcə sağlam düşüncəyə malik
olmaq kifayət deyildir. Həm də istehsalın idarə olunmasının obyektiv iqtisadi
qanunauyğun-luqları, prinsipləri və metodları haqqında biliklərə yiyələn-mək
lazımdır. Cəmiyyətimizin yeniləşdiyi müasir dövrdə bu xüsusilə vacibdir. Ona görə
də təsadüfi deyildir ki, kütlələrin canlı yaradıcılıq imkanlarının aşkara çıxarılması,
adamların ümumi dövlət problemlərinin həll edilməsinə cəlb olunması, əmək
adamlarının istehsalın və bütün ictimai həyatın əsl sahibinə çevrilməsinin təmin
olunmasına dair çevik mexaniz-min yaradılması cəmiyyətin yeniləşdirilməsi və
əsaslı iqtisadi islahatların həyata keçirilməsinin məhək daşı hesab olunur. Belə bir
şəraitdə prinsipcə çox böyük əhəmiyyətə malik olan bir vəzifə adamlarda müasir
iqtisadi təfəkkürü formalaşdırmaqdan, sahibkarlığı və işgüzarlığı stimullaşdırmaqdan ibarətdir. Qarşıya qoyulan vəzifələr isə yalnız bütün səviyyələrdə işçilərin bilik
və səriştəliliyini yüksəlt-mək, cəmmiyyət üzvlərinin iqtisadi təhlil metodlarına
yiyə-lənmələrini, idarəetmədə onların fəal iştirakını təmin etmək yolu ilə yerinə
yetirilə bilər.
Beləliklə, insanların fəaliyyətlərinin başlıca sahəsi iqtisadiyyat olduğuna
görə onlarda iqtisadi təfəkkürün formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
4. İqtisadi qanunları və iqtisadi kateqoriyalar.
Cəmiyyətdə iqtisadi proseslər daxili, özünəməxsus qanunlarla idarə olunur.
Iqtisadi qanunlar sosial-iqtisadi proseslərin inkişaf qanunlarıdır. Hegel qeyd edirdi
ki, bütün qanunlar kimi, iqtisadi qanunlar da «iki hadisə arasındakı əlaqəni»1 ifadə
edir.
Iqtisadi qanunlar – insanlar, hadisə və proseslər arasında daim təkrarlanan,
onların mənafelərini ifadə edən obyektiv, zəruri səbəb-nəticə əlaqələridir. Buradan
aydın olur ki, iqtisadi qanunlar hadisə və proseslər arasındakı daxili, zəruri, sabit
əlaqələri ifadə edir.
Təbiət qanunları kimi, iqtisadi qanunlar da obyektiv xarakter daşıyır. Yəni
onlar insanların şüurundan, istək və arzularından asılı olmayaraq meydana çıxır və
fəaliyyət göstərir. Insanlar onları yarada, ləğv edə, dəyişdirə bilməzlər. Iqtisadi
qanunların obyektiv xarakterdə olmasını etiraf etmək subyektiv amillərin rolunu
azaltmaq kimi başa düşülməməlidir. Başqa sözlə, insanlar iqtisadi qanunların
qarşısında aciz deyildirlər, onlar həmin qanunları dərk və bundan özlərinin mənafelərinə uyğun olaraq istifadə edə, bununla da iqtisadi inkişafı sürətləndirə bilərlər.
Lakin iqtisadi qanunların obyektiv xarakterdə olmasını inkar edənlər də vardır.
Onlar bu qanunların insanların iradəsindən, dərrakəsindən, psixologiyasından asılı
olduğunu qeyd edirlər. Hətta bu qanunları fetişləşdirənlərə də rast gəlinir. Onlar
sözdə iqtisadi qanunların obyektiv xarakterini qəbul etsələr də, obyektivliyi
kortəbiilikdə, qanunların fəaliyyətinin qarşısının alınmasının mümkün
olmamasında görürlər.
KitabYurdu.az
8
Təbiət qanunları kimi cəmiyyətin inkişafının iqtisadi qanunları da obyektiv
xarakter daşısalar da, bunları bir-birindən fərqləndirən cəhətlər də vardır.
Belə ki:
1) Təbiət qanunları insanların iştirakı olmadan meydana gəlib, fəaliyyət
göstərir, iqtisadi qanunlar isə insan cəmiyyəti ilə eyni vaxtda meydana gəlib
fəaliyyət göstərməyə başlamışdır;
2) Təbiət qanunları uzunmüddətli, əbədidir. Iqtisadi qanunlar isə tarixi
inkişafın müəyyən pilləsində meydana gəlir, fəaliyyət göstərir, onları doğuran
səbəblər, şərait aradan çıxdıqda, onlar da aradan çıxır, öz yerini yeni qanunlara
verirlər.
Iqtisadi qanunları üç qrupa bölmək olar; 1) Spesifik iqtisadi qanunlar; 2)
Ümumi və ya ən ümumi iqtisadi qanunlar; 3) Bir neçə sosial-iqtisadi quruluşda və
ya iqtisadi sistemdə fəaliyyət göstərən iqtisadi qanunlar.
Spesifik iqtisadi qanunlar inkişafın bir pilləsini digərindən fərqləndirir. Bu
qanunlar istehsal, bölgü, mübadilə və istehlakın konkret formalarına xas olan
qanunlardır. Məsələn, kapital yığımı qanunu, rəqabət qanunu kapitalizmə xas olan
spesifik iqtisadi qanunlardır. Spesifik iqtisadi qanunlar sistemində əsas iqtisadi
qanun xüsusi yer tutur. Bu qanun istehsalın məqsədini ifadə edir, yəni istehsal nəyə
və kimə xidmət edir? ayrı-ayrı adamların varlanmasınamı, yoxsa cəmiyyətin bütün
üzvlərinin rifahının yaxşılaşdırılma-sınamı? Deməli, əsas iqtisadi qanun insanların
iqtisadi mənafeləri ilə sıx əlaqədardır. Iqtisadi mənafelər insanların birgə əmək
prosesində, müəyyən iqtisadi münasibətlər çərçivəsində formalaşır. Insanların
əməyə ilkin sövqedici səbəbi olan iqtisadi mənafelər iqtisadiyyatın və bütövlükdə
cəmiy-yətin tərəqqisinin hərəkətverici qüvvəsidir. Tarixi inkişafın gedişi inandırıcı
surətdə göstərir ki, əmək bölgüsü ilə eyni vaxtda hər bir fərdin (ayrıca ailənin)
iqtisadi mənafeyi ilə bütün fərdlərin ümumi mənafeləri arasındakı ziddiyyət də
meydana çıxır. Həm də qeyd etmək lazımdır ki, bu ümumi mənafe ayrı-ayrı fərdlər
arasında qarşılıqlı asılılıq olduğuna görə obyektiv xarakter daşıyır. Cəmiyyətin
inkişafı, əmək bölgüsünün dərinləşməsi, mülkiyyət formalarının və təsərrü-fatçılıq
metodlarının təkmilləşdirilməsi ilə əlaqədar olaraq iqtisadi mənafelərin strukturu
və həyata keçirilməsi mexanizmi də mürəkkəbləşir. Məsələn, ibtidai cəmiyyətdə
əməyə sövqedici səbəb acından ölmək təhlükəsi, adət və ənənələr, nüfuz, quldarlıq
və feodalizmdə isə başlıca olaraq qeyri-iqtisadi məcburiyyət olmuşdur.
Kapitalizm, iqtisadi məcburiyyətin, adamların məna-felərinə iqtisadi
təsiretmənin xüsusi, olduqca çevik və səmərəli sistemini yaratmışdır. Məsələn,
rəqabət mübarizəsində məğlub olmaq və müflisləşmək təhlükəsi sahibkarları istehsalı təkmilləşdirməyə, onu ən yeni və yüksək məhsuldarlıqlı avadanlıqlarla təchiz
etməyə məcbur edir.
Ümumi və ya ən ümumi iqtisadi qanunlar iqtisadi inkişafın bütün
mərhələlərində fəaliyyət göstərir və onlara əmək məhsuldarlığının yüksəldilməsi,
təlabatın daim artması qanunlarını misal göstərmək olar. Bu qanunlar aşağıdakı
xüsusiyyətlərə malikdir. Onlar: 1) Ən ümumi iqtisadi əlaqələri və münasibətləri
səciyyələndirir; 2) Həmişə iqtisadi tərəqqi qanunları kimi çıxış edir. Spesifik
iqtisadi qanunlar isə bu xüsusiyyətlərə malik deyildirlər. Məsələn, feodalizmin
formalaşdığı və inkişaf etdiyi dövrdə feodal rentası qanunu cəmiyyətin inkişafına
KitabYurdu.az
9
təkan vermiş, ictimai tərəqqi qanunu olmuşdur. Lakin kapitalizm cəmiyyəti meydana gəlib formalaşdıqdan sonra həmin qanun ictimai tərəqqini ləngitmişdir; 3)
Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq ümumi iqtisadi qanunlar nəinki tarix
səhnəsindən çıxır, əksinə yenə də qalmaqda davam edir, rolları daha da artır.
Bir qrup iqtisadi qanunlar da vardır ki, onları nə spesifik, nə də ümumi
qanunlara aid etmək olmaz. Bunlara dəyər qanunu, pul tədavülü qanunu və s. misal
göstərmək olar. Onlar cəmiyyətin inkişafının, tərəqqinin doğurduğu iqtisadi
münasibətləri ifadə edirlər.
Iqtisadi qanunlar iqtisadi kateqoriyalar vasitəsilə təzahür edir. Iqtisadi
kateqoriyalar-iqtisadi hadisə və pro-seslərin ümumi cəhətlərini ifadə edən və
obyektiv xarakter daşıyan ümumi anlayışlardır. Bunlara mülkiyyət, istehsal, bölgü,
mübadilə, istehlak, əmtəə, dəyər, maliyyə, kredit, əmək bölgüsü və s. misal
göstərmək olar. Beləliklə, iqtisadi qanunlarla iqtisadi kateqoriyalar arasında
qarşılıqlı əlaqə vardır. Iqtisadi kateqoriyalar – obyektiv iqtisadi qanunların
məzmununu təşkil edən sabit səbəb – nəticə əlaqələrini aş-kara çıxarmağa, hadisə
və proseslərin zahiri görünüşü arxa-sında onların əsl məzmununu müəyyən etməyə
imkan verir.
5. Iqtisadi nəzəriyyənin tədqiqat metodları.
Iqtisadi hadisələrin mahiyyətinə varmaq, onların inkişaf qanunlarını dərk
etmək və fəaliyyət mexanizmini aşkara çıxarmaq yalnız elmi cəhətdən
əsaslandırılmış tədqiqat metodlarından istifadə olunduqda mümkündür.
Elmi metod-gerçəkliyin öyrənilməsini, təbiət və cəmiyyət hadisələrinin dərk
olunmasına yanaşılmasını, elmi təfəkkür qaydalarını və obyektiv aləmin
qanunauyğunluqlarını əks etdirən üsul və vasitələrin toplusudur.
Hər bir elm kimi, iqtisadi nəzəriyyənin də özünəməx-sus spesifik tədqiqat
metodları vardır. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, iqtisadi problemləri
öyrənmək məqsədilə onların haqqında faktlar toplanır. Buna təsvir və ya empirik
metod deyilir. Bundan sonra faktlara əsasən iqtisadi prinsiplər müəyyən olunur ki,
bu da iqtisadi təhlil adlanır. Deməli, iqtisadi nəzəriyyə özünün predmetini
öyrənmək üçün təhlil metodundan geniş istifadə edir. Təhlil zamanı obyekt tərkib
hissələrinə ayrılır, onlar ayrılıqda hərtərəfli öyrənilir, tamın daxilində hər birinin
yeri və rolu aydınlaşdırılır. Təhlil bir-birindən tamamilə fərqlənən iki səviyyədəmakro və mikroiqtisadi səviyyələrdə aparıla bilər. Makroiqtisadi təhlil ya
iqtisadiyyat üzrə ümumilikdə, yaxud da onun ayrı-ayrı bölmələri (məsələn, dövlət
bölməsi, qeyri-dövlət bölməsi və s.) üzrə ayrılıqda aparılır. Ona görə heç də
təsadüfi deyildir ki, müxtəlif iqtisadi problemlər makroiqtisadi səviyyədə təhlil
olunduqda istehsalın, gəlirlərin və xərclərin ümumi həcmi, məşğulluğun və
qiymətlərin ümumi səviyyəsi və s. göstəricilərdən istifadə edilir.
Mikroiqtisadi təhlil isə konkret iqtisadi vahidlər (ayrı-ayrı sahələr, firmalar
və s.) səviyyəsində aparılır. Bu zaman istehsal olunan hər hansı konkret məhsulun
miqdarı və ya qiyməti, bir firmada çalışan işçilərin sayı, onun əldə etdiyi gəlir və
ya sərf etdiyi xərcin məbləği, bir ailənin gəliri və s. göstəricilərdən istifadə olunur.
KitabYurdu.az
10
Hadisə tərkib hissələrinə ayrıldıqdan və onların mahiyyəti aydınlaşdırıldıqdan sonra idrak prosesi başqa formada, təhlilin nəticələrinin tam halında
birləşdirilməsi kimi başa çatır. Tərkib hissələrinə ayrılmış və təhlil olunmuş ünsürlərin yenidən vahid tam halında birləşdirilməsi sintez adlanır. Təhlil və sintez
arasındakı qarşılıqlı əlaqəni mürəkkəb iqtisadi proses olan əmtəə tədavülünün
misalında nəzərdən keçirək. Bu prosesin təhlili gedişində əvvəlcə onu təşkil edən
ünsürlərin-əmtəə, pul, qiymət, alqı-satqı əməliyyatı və s.- mahiyyəti aydınlaşdırılır.
Bu ünsürlərdən hər birinin xüsusiyyətləri müəyyən olunduqdan sonra təhlil prosesində əldə edilmiş məlumatlar ümumiləşdirilməklə tədqiq olunan hadisə
haqqında ümumi təsəvvür əldə edilir.
Iqtisadi hadisə və prosesləri təhlil edərkən induksiya və deduksiya
metodlarından geniş istifadə olunur. Induk-siya dedikdə nəzəri müddəa və
prinsiplərin çıxarılmasına, başqa sözlə, faktlardan nəzəriyyəyə, xüsusidən
ümumiyə doğru hərəkət nəzərdə tutulur. Bir çox hallarda isə qarşıya qoyulan
vəzifələrin yerinə yetirilməsinə nəzəriyyədən başla-nır. Başqa sözlə, əvvəlcə
nəzəriyyə hazırlanır, sonra bu, yoxlanılır, nəzərdə tutulan, gözlənilən nəticə alındıqda tətbiq olunur, alınmadıqda isə qəbul edilmir. Buna deduksiya və ya fərziyyə
(hipotez) metodu deyilir. Beləliklə, iqtisadi hadisə və proseslər öyrənildikdə
fərziyyə adlanan ilkin prinsipləri formalaşdırmaq üçün təsadüfi müşahidəyə, abstrakt müha-kiməyə, məntiqə, yaxud da intiusiyaya arxalanmaq olar. Məsələn,
«kabinet məntiqinə» əsasən belə bir mühakimə yürütmək olar ki, alıcılar ərzaq
məhsullarını qiymətlər aşağı olduqda alsalar, bu, onlar üçün daha sərfəlidir. Bu
fərziyyənin doğru olub – olmaması sonralar müvafiq fakt-ları müntəzəm olaraq
öyrənmək yolu ilə dəfələrlə yoxlanıl-malıdır. Deduksiya metodunda ümumidən
xüsusiyə, nəzəriyyədən faktlara doğru gedilir.
Induksiya və deduksiya bir-birini tamamlayan tədqi-qat metodlarıdır. Belə
ki, deduksiya vasitəsilə formalaşdırı-lan fərziyyədən empirik məlumatların
toplanması və sistem-ləşdirilməsi üçün istifadə olunur. Faktlar isə öz növbəsində
daha məzmunlu fərziyyələr formalaşdırmaq üçün ilkin şərtdir.
Iqtisadi hadisələri tərəzidə çəkmək, mikroskopla müşahidə etmək,
laboratoriya şəraitində öyrənmək mymkün deyildir. Onları dərk etməyin əsas üsulu
elmi abstraksiyadır. Başqa sözlə, K.Marksın dediyi kimi «Iqtisadi formalar tədqiq
edilərkən nə mikroskopdan, nə də kimyəvi reaktivlərdən istifadə etmək mümkün
deyildir. Bunların hər ikisinin yerini abstraksiya qüvvəsi tutmalıdır1».
«Abstraksiya» termini sözün hərfi mənasında «yayındırmaq», «sərfnəzər
etmək», «nəzərə almamaq» deməkdir. Məsələn, kapitalizm bütöv bir tam kimi
iqtisadi münasibətlərin müxtəlif növlərinin toplusundan ibarətdir. Onun haqqında
konkret bilik əldə etmək üçün bu sistemə daxil olan bütün ünsürlər arasındakı
daxili qarşılıqlı əlaqələri aşkara çıxarmaq lazımdır. Lakin aydın məsələdir ki,
kapita-lizmi elmi cəhətdən təhlil edərkən bu mürəkkəb sistemin bütün tərkib
hissələrinin hamısını birdən, eyni vaxtda nəzərdən keçirmək olmaz. Odur ki,
əvvəlcə onun cəhətlərindən birini, sonra digərini, daha sonra üçüncüsünü və s.
təhlil etmək lazımdır. Yalnız bu yolla kapitalizm haqqında konkret və tam təsəvvür
KitabYurdu.az
11
əldə etmək olar. Deməli, münasi-bətlərin hər hansı bir cəhəti təhlil olunarkən
bilərəkdən onun digər cəhətləri nəzərə alınmır. Bu isə gerçəkliyi daha dərindən
başa düşməyə, öyrənilən hadisələrin nəticələrindən ən mühümlərini, başlıcalarını
seçib ayırmağa, ikinci dərəcə-li, yaxud da tədqiqatı mürəkkəbləşdirən, çətinləşdirən, lakin onun mahiyyətinə xələl gətirməyən məsələlərdən sərfnəzər etməyə,
onları nəzərə almamağa imkan verir. Bununla əlaqədar olaraq, iqtisadi hadisə və
proseslər öyrənilərkən «başqa şərtlər sabit qalmaqla» metodundan da istifadə
olunur. Başqa sözlə, nəzərdən keçirilən problemlə bağlı olan digər məsələlərin dəyişməz qaldığı fərz edilir.
Hər bir iqtisadi hadisə qarşılıqlı əlaqə və asılılıqda olan kəmiyyət və
keyfiyyət tərəflərinə malikdir. Hadisənin keyfiyyət tərəfi onun mahiyyətini ifadə
edir. Kəmiyyət isə hadisənin miqdar ölçüsüdür. Bunların dialektik vəhdətində keyfiyyət müəyyənedicidir. Kəmiyyət dəyişmələri isə öz növbəsində labüd olaraq yeni
iqtisadi keyfiyyətə doğru aparır. Məsələn, kapitalist iqtisadiyyatının keyfiyyət
müəyyənliyi olan mülkiyyət münasibətləri onun feodalizmə nisbətən daha sürətli
inkişafını təmin etmişdir.
Iqtisadi münasibətlərin kəmiyyət tərəfinin təhlili onların siyasi-iqtisadi
məzmununu daha dərindən aşkara çıxarmağa, iqtisadi hadisə və proseslər
arasındakı səbəb-nəticə əlaqələrinin xarakteri haqqında daha konkret təsəvvürə
malik olmağa imkan verir. Məsələn, iqtisadçı üçün təkcə mənfəətin mahiyyətini
aşkara çıxarmaq yox, həm də onun normasını müəyyən etmək maraqlı və vacibdir.
Odur ki, iqtisadi nəzəriyyədə hadisələrin kəmiyyət tərəfini təhlil edərkən riyazi və
statistik üsullardan, modelləşdirmədən geniş istifadə edilir.
Iqtisadi nəzəriyyə kursunda geniş tətbiq olunan metodlardan biri də
məlumatların, sosial-iqtisadi proseslər arasındakı qarşılıqlı əlaqə və asılılıqların və
onların inkişaf qanunauyğunluqlarının qrafiklərdə təsvir olunmasıdır. Qrafiklər
materialları daha yaxşı mənimsəməyə, aydın başa düşməyə, dərindən təhlil etməyə,
rəqəmlərin köməyilə ifadə olunan qanunauyğunluqları sezməyə imkan verir, onların əyaniliyini, aydın və yadda qalan olmasını təmin edir.
KitabYurdu.az
12
Mövzu 2 : İstehsal, onun mahiyyəti və amilləri.( 2 saat)
Plan
1. İqtisadi proseslər və ictimai istehsalın tərəfləri.
2. İqtisadi ehtiyatlar. Onların kəmiyyət və keyfiyyəti.
3. Məhdud miqdarda iqtisadi ehtiyatlardan istifadənin səmərəliliyi.
1. İqtisadi proseslər və ictimai istehsalın tərəfləri.
Bəşəriyyət meydana gəldiyi gündən insanlar həm təbiətin, həm də cəmiyyətin
sirlərini öyrənməyə çalışmışlar. İndi hamıya məlumdur ki, siyasətlə, elm ilə,
incəsəntlə məşğul olmazdan əvvəl , yemək, geyinmək, yanacağa; mənzilə və başqa
maddi nemətlərə malik olmaq lazımdır. Lakin ictimai fikir bu nəticəyə birdənbirə deyil, uzun müddəti əhatə edən çətin bir yol keçməklə gəlib çıxmışdır. Və
insanlar
bu həqiqəti dərk etməklə, sanki ictimai həyatın
inkişaf
qanunauyğunluqlarının çox mürəkkəb yumağında kələfin ucunu tapmağa nail
olmuşlar.
İnsan cəmiyyətinin həyatı isə həqiqətən olduqca mürəkkəb, çoxcəhətli və
dolaşıqdır. O, maddi nemətlərin istehsalı, xidmətlər, elm və texnika, siyasət və
ideologiya sahələrində insanların çoxsaylı fəaliyyət növlərindən ibarətdir. Başqa
sözlə, insanlar arasında tədriclə ictimai münasibətlərin elə bir bütöv sistemi
formalaşmış, müəyyən həyat tərzi, dövlətin ailənin, mənəviyyatın konkret
formaları meydana gəlmişdir ki, bunların içərisindən həyatın əzəli ( ilkin) əsasını
təşkil edən prosesləri ayırmaq lazım idi. Belə bir ilkin əsas bütün ictimai
münasibətlər sistemindən ayrıldı və bu ictimai istehsaldan ibarətdir.
İqtisadiyyat cəmiyyət həyatının əsası olduğuna görə iqtisadi( istehsal)
proseslər də bütün ictimai münasibətlər sistemində həlledici əhəmiyyətə malikdir.
İqtisadi proseslərin baş verdiyi başlıca sahə isə iqtisadiyyatın əsasını təşkil edən
ictimai istehsaldır.
İctimai istehsalda gedən proseslərdə insanlar bir tərəfdən təbiətlə, digər
tərəfdən isə öz aralarında müəyyən münasibətlərə girirlər. Bu münasibətlərdə
müəyyənedici rol insanlarla təbiət arasındakı münasibəti ifadə edən məhsuldar
qüvvələrə məxsusdur.
Məhsuldar qüvvələr nədir? Bu suala cavab vermək üçün əvvəlcə ictimai
istehsalın əsas amillərini nəzərdən keçirək.
İctimai istehsal aşağıdakı üç amil mövcud olduqda mümkündür:
1) iş qüvvəsi; 2) əmək cisimləri; 3) əmək vasitələri
İş qüvvəsi insanların əmək sərf etmək qabiliyyətləri, başqa sözlə, onların
malik olduqları və istənilən vaxt istehsal prosesində istifadə edə biləcəkləri fiziki
KitabYurdu.az
13
və zehni qabiliyyətlərinin məcmusudur. İstehsal prosesinin baş verməsi üçün iş
qüvvəsi hər dəfə istehlak olunmalıdır. İş qüvvəsi istehsalın şəxsi amilidir.
Əmək cisimləri- insan əməyinin təsir göstərdiyi bütün şeylərdir ki, bunlar da
gələcək məhsulun maddi əsasını təşkil edir. Əmək cisimlərini 2 yerə bölmək olar:
1) təbiətin insan cəmiyyətinə hazır halda verdiyi əmək cisimləri ( kömür, dəmir
filizi, təbii sututarlardakı balıq və s. )
2) insanların özlərinin əməyi ilə yaradılan əmək cisimləri ( xammal və ya xam
material, yanacaq və i. a. ).
İnsan əməyinin təsir göstərdiyi əmək cisimlərinə xammal və ya xam material
deyilir. Məsələn, domna sobalarında istifadə olunan kömür və filiz, maşınqayırma
zavodundakı metal, toxuculuq müəssisələrindəki iplik xammal və ya xam
materialdır. Elmi- texniki inqilab inkişaf etdikcə qabaqcadan nəzərdə tutulmuş
xassələrə malik olan keyfiyyətcə yeni, yəni təbiətdə olmayan əmək cisimlərinin
yaradılması mümkün olur. Lakin qeyd etmək lazımdır ki, bu zaman da torpaq,
təbiət əzəli əsasdır. Bu, onu göstərir ki, klassik ingilis siyasi iqtisadının görkəmli
nümayəndəsi U. Pettinin “ Əmək sərvətin atası, torpaq isə anasıdır” tezisi müasir
dövrlə həmahəng səslənir.
Əmək vasitələri insanların əmək cisimlərinə təsir göstərdikləri şeylərə və ya
şeylər kompleksinə deyilir. İnsanlar bu şeylərin
fiziki, kimyəvi, bioloji
xüsusiyyətlərindən istifadə etməklə özlərinə lazım olan məhsulları istehsal
edirlər.
Əmək vasitələri bir neçə növə ayrılır. Bunların içərisində həlledici yer
mexaniki əmək vasitələri və ya əmək alətlərinə - maşın və avadanlıqlarına
məxsusdur. Bunlar istehsalın sümük və əzələ sistemini təşkil edirlər. Əmək
alətlərinin inkişafı texniki tərəqqinin əsas göstəricisidir. İstehsalın inkişafında hər
bir tarixi dövrün başlıca fərqləndirici əlaməti hər şeydən əvvəl əmək alətlərinin
inkişaf səviyyəsi ilə müəyyən edilir.
Əmək vasitələrinin növlərindən biri də istehsalın damar ( borular, çənlər,
çəlləklər və s. ) sistemidir. Kimya, metallurgiya, atom sənayesinin inkişafı ilə
əlaqədar olaraq cəmiyyətdə bu əmək vasitələrinin rolu nəzərə çarpacaq dərəcədə
artır.
Əmək vasitələrinə, həmçinin istehsalat binaları, şosse və dəmir yolları,
kanallar və s.- də daxildir. Torpaq həm əmək vasitələri, həm də əmək cismidir.
Başqa sözlə, torpaqdan kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün bir vasitə
kimi istifadə olunduğuna görə o, əmək vasitəsidir. Digər tərəfdən, insan öz əməyi
ilə torpağa təsir göstərdiyinə görə ( məsələn, torpaq şumlandıqda, toxum
səpildikdə, bitkilər becərildikdə və s. ) o, həm də əmək cismidir.
Əmək cisimləri ilə əmək vasitələri ikisi birlikdə istehsal vasitələrini əmələ
gətirir. İstehsal vasitələri ictimai istehsalın maddi amilidir.
İstehsalın şəxsi və maddi amilləri bir- biri ilə qarşılıqlı əlaqədədir. Bu o
deməkdir ki, istehsalın onun ünsürlərinin- işçi qüvvəsi, əmək cisimləri və əmək
vasitələri- mexaniki birləşməsindən ibarət olduğunu təsəvvür etmək düzgün
olmaz, bu qarşılıqlı əlaqədə olan mürəkkəb bir sistemdir. Qarşılıqlı əlaqədə və bir
– birindən asılı olan bütöv sistem isə istehsalın ünsürlərinin mexaniki
KitabYurdu.az
14
toplusundan keyfiyyətcə fərqlənir və istehsal texnologiyası və onun təşkili ilə
əlaqədar daha çox səmərə əldə edilməsinə imkan verir.
Texnologiya istehsalın əsas amilləri arasıdakı qarşılıqlı əlaqələri, həmçinin
istehsal vasitələrinin elmi kəşflər vasitəsilə və təcrübədə aşkara çıxarılan
mexaniki, fiziki və kimyəvi xassələrinə əsalanmaqla əmək cisimlərinə insanların
təsiretmə üsullarını ifadə edir.
İnsanlar şeylərin əvvələrində məlum olmayan xassələrini aşkara çıxarmaqla
yeni növ məhsullar hazırlamağın
sirlərinə yiyələnir, daha mütərəqqi
texnologiyadan, keyfiyyətcə tamamilə başqa materiallardan istifadə edirlər. Bu da
öz növbəsində işçilər qarşısında yeni tələblər qoyur.
Bununla birlikdə istehsalın təşkili də fasiləsiz olaraq dəyişir və daim
təkmilləşir, ictimai istehsalın sahə quruluşu dəyişir və mürəkkəbləşir,
ixtisaslaşdırılma və kooperasiyalaşdırmanın yeni- yeni formaları meydana çıxır,
istehsalın ictimai xarakteri , istehsal prosesində müəssisələr, sahələr arasında
qarşılıqlı əlaqələr güclənir.
İctimai istehsal inkişaf etdikcə istər onun amillərini, istərsə də onların
qarşılıqlı əlaqələrinin xarakteri də dəyişir, enerji problemi daha kəskin xarakter
alır. İlk dövrlərdə başlıca enerji mənbəyi insanın ( yaxud istehsalda istifadə
olunan heyvanların) qüvvəsi olmuş və enerji istehsalın müstəqil amili kimi
ayrılmamışdır. İndi isə vəziyyət tamamilə dəyişmişdir. Hazırda istehsalın amilləri
arasında qarşılıqlı əlaqə və asılılıq güclü enerji mənbələrini mənimsəmədən
mümkün deyildir. Deməli, indiki şəraitdə istehsalın enerji ilə təmin olunması son
dərəcə böyük əhəmiyyət kəsb edir.
Elmi- texniki inqilabın təsiri ilə xidmət sahələri surətlə inkişaf edir və onlar
cəmiyyət üçün çox vacib olan vəzifələri yerinə yetirirlər. Bu sahələr istehsalın
infrastrukturu adlanır və bunlara nəqliyyat, rabitə, enerji və informasiya xidməti
daxildir. İstehsalın şəxsi amilinin inkişafında isə sosial infrastruktur( təhsil,
səhiyyə, ictimai- iaşə, mənzil kommunal təsərrüfatı) mühüm rol oynayır.
İctimai istehsalın amillərinin mürəkkəbləşməsi və onlar arasındakı qarşılıqlı
əlaqələrin güclənməsi cəmiyyətin inkişafının bütün mərhələlərində onun əsas
ünsürlərinin işçi qüvvəsi, əmək cisimləri əmək vasitələrindən ibarət olması
haqqında müddəanı aradan qaldırmır, əksinə, istehsalın amillərinin qarşılıqlı
fəaliyyəti nəticəsində insanların bu və ya digər tələbatını ödəmək xassəsinə malik
olan əmək məhsulları yaranır.
İstehsalın şəxsi amili ilə maddi amili ikisi birlikdə və qarşılıqlı əlaqədə
cəmiyyətin məhsuldar qüvvələrini təşkil edir.
Məhsuldar qüvvələrin inkişafı insanların təbiət qüvvələrini və hadisələri
üzərində hökmranlıq dərəcəsini ifadə edir və öz əksini əmək məhsuldarlığının
yüksəldilməsində, cəmiyyətin sərvətinin artmasında tapır. Məhsuldar qüvvələrin
inkişaf səviyyəsi ictimai tərəqqinin başlıca meyarı və ən mühüm ümumi
göstəricisidir.
İctimai tərəqqinin bir pilləsindən digərinə keçilməsi inkişafı dayandırmır və
mövcud məhsuldar qüvvələrin məhv edilməsini tələb etmir. Əksinə, hakimiyyətə
gəlmiş qabaqcıl sinif köhnə cəmiyyətdə yaradılmış məhsuldar qüvvələrdən istifadə
KitabYurdu.az
15
etməklə onları yenidən qurmağa, keyfiyyətcə yeni səviyyəyə qaldırmağa nail olur,
öz hakimiyyətini qəti olaraq bərqərar edir.
İstehsal prosesində insanlar yalnız təbiətlə deyil, həm də az aralarında
müəyyən münasibətlərə girirlər.
İctimai istehsal, maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı
prosesində insanların iradəsindən , istək və arzularından asılı olmayaraq meydana
çıxan münasibətlərin məcmusu istehsal münasibətləridir.
İstehsal münasibətləri bütün ictimai münasibətlər sistemində başlıca, həlledici
münasibətlərdir, cəmiyyətin ictimai bazisidir.
İstehsal münasibətlərinin aşağıdakı iki növünü bir- birindən fərqləndirmək
lazımdır.
1. Təşkilati- iqtisadi münasibətlər.
2. Sosial- iqtisadi münasibətlər.
Təşkilati- iqtisadi münasibətlər məhsuldar qüvvələrin inkişaf dərəcəsi və
təşkili səviyyəsini
səciyyələndirir. Buna əmək bölgüsü, istehsalın
ixtisaslaşdırılması, kooperasiyalaşdırılması, təmərküzləşməsi, mərkəzləşməsi və s.
aiddir.
Sosial- iqtisadi münasibətlər isə istehsalın ictimai formasını ( xüsusi
kapitalist, xırda əmtəə istehsalı və s. ) ifadə edir.
2. İqtisadi ehtiyatlar. Onların kəmiyyət və keyfiyyəti.
Iqtisadiyyatın əsasını təşkil edən başlıca problem iqtisadi ehtiyatların
məhdud miqdarda və ya aztapılan (nadir) olmasıdır. Iqtisadi ehtiyatlar dedikdə
əmtəələrin istehsalı və əhaliyə xidmət göstərilməsi üçün istifadə olunan təbii, əmək
və insanların özləri tərəfindən istehsal edilmiş ehtiyatlar nəzərdə tutulur. Bunlara
sənaye və kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün istifadə olunan
müəssisələrin binaları, qurğular, avadanlıqlar, maşın və alətlər, nəqliyyat və rabitə
vasitələri, əməyin müxtəlif növləri, torpaq, faydalı qazıntılar və i. a. aiddir.
Iqtisadi və ya istehsal ehtiyatları aşağıdakı dörd qrupa bölünür: 1) təbii
ehtiyatlar; 2) maddi ehtiyatlar; 3) əmək ehtiyatları; 4) maliyyə ehtiyatları.
Təbii ehtiyatlara istehsalda istifadəyə yararlı olan şeylər daxildir. Bunların
özləri də «tükənən» və « tükənməyən» ehtiyatlara, tükənən ehtiyatlar da öz
növbəsində «bərpa edilə bilən» və «bərpa edilə bilməyən» ehtiyatlara bölünür.
Maddi ehtiyatlar insanların özləri tərəfindən yara-dılan investisiya
əmtəələrindən (maşınlar, avadanlıqlar, xammal və materiallar, yanacaq və i.a.)
ibarətdir.
Əmək ehtiyatlarına əmək qabiliyətli əhali daxildir. Əmək ehtiyatları sosialdemoqrafik, peşə-ixtisas və mədəni –təhsil aspektlərindən nəzərdən keçirilir.
Sənayeləşdirmədən əvvəlki texnologiyalardan səna-ye texnologiyalarına,
oradan da postindustral texnologiya-lara keçildikdə ayrı-ayrı ehtiyat növlərinin
əhəmiyyəti də də-yişmişdir. Belə ki, sənaye cəmiyyətinə qədər təbii və əmək,
sənaye cəmiyyətində maddi, posdindustral cəmiyyətində isə intellektual və
informasiya ehtiyatlarına üstünlük verilmiş və verilir.
Sahibkarlıq qabiliyyəti də iqtisadi ehtiyatlara aid edilir.
KitabYurdu.az
16
Iqtisadi ehtiyatlar müxtəlif üsullarla təsnifləşdirilir. Onları hər şeydən
əvvəl, bərpa edilməsi mümkün olan və mümkün olmayan ehtiyatlara bölmək olar.
Birinciyə torpaq, su hövzəsi, meşələr, habelə əmək ehtiyatları, ikinciyə isə daş
kömür, neft, qaz, dəmir filizi yataqları və s. aid edilə bilər.
Iqtisadi ehtiyatlar istehsal prosesində oynadıqları roldan və məhsulda öz
əksini tapıb-tapmamasından asılı olaraq iki qrupa bölünür: 1) Istehsal prosesini
təmin edən iqtisadi ehtiyatlar; 2) Məhsulda maddiləşən iqtisadi ehtiyatlar.
Maşınlar, avadanlıqlar, bina və tikililər, habelə əmək ehtiyatları bir neçə istehsal
dövründə (tsiklində) iştirak etməklə, istehsal prosesini təmin edən iqtisadi
ehtiyatlara aiddir. Xammal və materiallar, yanacaq isə bir istehsal dövründə iştirak
etməklə, istehsal olunan məhsulda maddiləşir. Nəhayət iqtisadi ehtiyatlar obyektiv
(maddi) və subyektiv (şəxsi) ehtiyatlara bölünür. Maddi ehtiyatlara binalar, maşınlar, avadanlıqlar, xammallar, yanacaq və s. şəxsi ehtiyatlara isə əmək ehtiyatları
daxildir.
Iqtisadi ehtiyatları həm də kəmiyyət və keyfiyyət baxımından nəzərdən
keçirmək lazımdır. Çünki cəmiyyət inkişaf etdikcə istifadə olunan ehtiyatların
miqyası genişlənir, istehsal prosesinə daha çox iqtisadi ehtiyatlar cəlb olunur.
Tarixi inkişafın gedişində iqtisadi ehtiyatların rolu və əhəmiyyəti dəyişir.
Məsələn, vaxtilə aqrar bölmədə ənənəvi əl “əməyi”, dartıcı qoşqu qüvvəsi kimi iş
heyvanları üstünlük təşkil edirdisə, sənayeləşdirmənin həyata keçirilməsi istehsal
olunan maşın və xammalların ön plana keçməsinə, elmin iqtisadi ehtiyata
çevrilməsinə imkan vermişdir.
Elm keyfiyyətcə xüsusi iqtisadi ehtiyat, elmi biliklər isə təbiət və cəmiyyətin
inkişaf qanunları, onların təcrübədə tətbiq olunması üsulları haqqında informasiya
mənbəyidir. Hər cür inkişaf kimi, texnoloji tərəqqi də həm təkamül, həm də inqilab
yolu ilə baş verə bilər.
Iqtisadi ehtiyatlar məhsul buraxılışının potensial imkanlarıdır. Istehsal
prosesində onlar birləşdirilir və istehsalın amillərinə çevrilir. Daha konkret desək,
müəyyən texnologiya əsasında digər ehtiyatlarla birləşdirilən iqtisadi ehtiyatlar
istehsalın amilləri adlanır.
Iqtisadi ehtiyatlara bir çox hallarda istehsal ehtiyatları da deyilir. Bütün
iqtisadi ehtiyatlar ümumi bir xassəyə malikdirlər. Bu, ondan ibarətdir ki, onların
hamısı nadir tapılan və ya məhdud miqdardadır.
3. Məhdud miqdarda ehtiyatlardan istifadənin səmərəliliyi.
Səmərəlilik iqtisadi nəzəriyyənin əsas problemidir. Səmərəlilik dedikdə
cəmiyyətin artan sonsuz tələbatını daha yaxşı, yaxud da imkan daxilində
maksimum dərəcədə ödəmək məqsədilə məhdud miqdarda ehtiyatlardan
daha səmərəli istifadə edilməsi əsasında, yüksək nəticələrə nail olunması
nəzərdə tutulur.
Iqtisadi səmərəlilik istehsal prosesində istifadə olunan məhdud ehtiyatların
miqdarı ilə əldə edilən hər hansı bir məhsulun miqdarı arasındakı əlaqəni
səciyyələndirir, başqa sözlə, “xərc-məhsul buraxılışı” problemini əhatə edir.
KitabYurdu.az
17
Beləliklə, məhsul istehsalı ilə istehsalın amilləri arasındakı qarşılıqlı əlaqə
iqtisadi səmərəlilik göstəriciləri vasitəsilə təzahür edir. Bunlar da öz növbəsində
iqtisadi ehtiyatların hər vahidinə düşən məhsulun həcmi ilə ölçülür. Iqtisadi
səmərəliliyə qiymət verərkən təkamilli və çoxamilli metodları bir-birindən
fərqləndirmək lazımdır. Birinci halda buraxılan məhsul növbə ilə ayrı-ayrı iqtisadi
ehtiyatların, ikinci halda isə bütün iqtisadi ehtiyatların həcmi ilə müqayisə edilir.
Səmərəliliyin qiymətləndirilməsində çoxamilli yanaşma metodundan istifadə
edilməsi, məhsul istehsalının artmasında hər bir iqtisadi ehtiyatın oynadığı rolu
müəyyən etməyə imkan verir.
Bütün bunlar nəzərə alınmaqla hər bir cəmiyyətdə ehtiyatlardan səmərəli
istifadə olunmasına xüsusi diqqət yetirilməlidir. Bu məqsədlə də cəmiyyətin malik
olduğu ehtiyatlardan tam istifadə olunmaqla istehsalın mümkün olan həcmi təmin
edilməlidir. Bunun üçün isə tam məşğulluğa və istehsalın tam həcmdə fəaliyyət
göstərməsinə nail olunmalıdır.
Tam məşğulluq dedikdə bu iş üçün yararlı olan bütün ehtiyatlardan istifadə
edilməsi nəzərdə tutulur.
Istehsalın tam həcmdə fəaliyyət göstərməsi isə o deməkdir ki, ehtiyatları
müxtəlif sahələr arasında səmərəli bölüşdürmək, yəni tətbiq olunan ehtiyatlardan
elə istifadə etmək lazımdır ki, onların hər biri istehsalın ümumi həcminə öz
töhfəsini verə bilsin. Buna hansı məhsulun istehsalı üçün harada daha əlverişli
şərait varsa, onu məhz orada istehsal etmək yolu ilə nail olunur.
Qənaət probleminin mahiyyətini cəmiyyətin istehsal imkanlarını nəzərdən
keçirməklə daha aydın nümayiş etdirmək olar. Bu məqsədlə əvvəlcə aşağıdakı
ehtimallara yol verildiyini fərz edək: 1) Iqtisadiyyat tam məşğulluq şəraitində
fəaliyyət göstərir və istehsalın tam həcmi təmin edilmişdir; 2) Istehsal amilləri nə
kəmiyyət, nə də keyfiyyətcə dəyişmir; 3) Istehsal texnologiyası dəyişmir; 4)
Cəmiyyətdə cəmi-cümlətanı iki məhsul-sənaye robotları və yemək şeyləri istehsal
olunur.
Lakin əslində belə deyildir. Başqa sözlə, cəmiyyətdə bu və ya digər
səviyyədə işsizlik mövcuddur və istehsalın tam həcmdə fəaliyyət göstərməsi
mümkün deyildir; istehsal amilləri həm kəmiyyət, həm də keyfiyyətcə dəyişir və
yenidən bölünür: Elmi-texniki tərəqqi ilə əlaqədar olaraq istehsal texnologiyası və
mövcud istehsal ehtiyatlarının tərkibi daim dəyişir; iqtisadiyyatda saysız-hesabsız
adda məhsul istehsal edilir və xidmət göstərilir. Yemək şeyləri insanların
tələbatlarını bilavasitə ödəyən istehlak dəyərləri, sənaye robotları isə dolayı yolla
ödəyən istehsal təyinatlı investisiya əmtəələridir.
Bu ehtimallar onu göstərir ki, iqtisadiyyatın normal inkişafını təmin etmək
üçün cəmiyyət istehsal imkanlarının seçilməsi zəruriyyəti ilə üzləşir. Başqa sözlə,
bir halda ki, mövcud ehtiyatların ümumi həcmi məhduddur, deməli, iqtisadiyyatın
sənaye robotları və yemək şeyləri istehsalını istənilən qədər genişləndirmək
imkanları da məhduddur. Fikrimizi bir qədər də sadələşdirsək, deyə bilərik ki,
sənaye robotları istehsalının müəyyən miqdarda artırılması yemək şeylərinin
istehsalına sərf edilən ehtiyatların azalmasına, yəni onun bir hissəsinin bu sahədən
“axıb-getməsinə” səbəb olur. Əks nəticə də çıxarmaq olar: əgər yemək şeyləri
istehsalını artırmaq istəyiriksə, onda bu, sənaye robotları istehsalının azalması
KitabYurdu.az
18
hesabına mümkün ola bilər. Deməli, cəmiyyət bir-birini qarşılıqlı surətdə inkar
edən məqsədə çatmaq uğrunda mübarizə apara bilməz. Qənaət prob-leminin
mahiyyəti də məhz bundan ibarətdir. Cəmiyyətin istehsal imkanlarını aşağıdakı
misalla izah edək (Cədvəl 2.1).
Cədvəl 2.1
Sənaye robotları və yemək şeylərinin istehsal olunması imkanları (rəqəmlər
şərtidir)
Məhsul növləri
Istehsal alternativləri
A B
C D E
Yemək şeyləriyüz min
Sənaye robotları (min)
0
1
2
3
4
10
9
7
4
0
2.1 cədvəlindəki rəqəmlər şərti, yaxud da fərz edilən olsa da, bunlara əsasən
çıxarılan nəticələrin çox böyük nəzəri və əməli əhəmiyyəti vardır. Belə ki, “A”
alternativinə əsasən nəticə çıxarsaq mövcud olan bütün ehtiyatlar sənaye
robotlarının, yəni istehsal təyinatlı əmtəələrin hazırlanmasına yönəldilməli olardı.
“E” alternativinə əsasən mülahizə yürütdükdə isə deyə bilərik ki, bütün ehtiyatlar
yemək şeylərinin hazırlanması üçün istifadə edilməlidir. Lakin mübaliğəsiz demək
olar ki, hər iki alternativ qeyri-real olmaqla, ağlabatan deyilidir. Çünki hər bir iqtisadiyyatda ehtiyatların investisiya əmtəələri və istehlak şeyləri istehsal edən
sahələr arasında bölünməsində tarazlıq yaratmaq mümkün olur. “A” alternativindən “E” alternativinə doğru hərəkət etdikcə yemək şeyləri istehsalı tədriclə
artır, sənaye robotları istehsalı isə əvvəlcə azalır və son nəticədə “yox olur”. Bu,
ehtiyatların investisiya əmtəələri istehsal edən sahələrdən “axıb getməsi” yolu ilə
baş verir. Bir halda ki, istehlak şeyləri insanların tələbatlarını bilavasitə ödəyir,
onda belə bir nəticəyə gəlmək olar ki, “E” alternativinə doğru hər bir hərəkət aldadıcıdır. Çünki cəmiyyət bu cür hərəkət etməklə, özünün cari tələbatını daha yaxşı
ödəyir. Lakin bü cür siyasət yeridilməsi cəmiyyətə baha başa gələ bilər. Ona görə
ki, belə olduqda cəmiyyətin investisiya əmtəələri ehtiyatı ya azalır, yaxud da adi
sürətlə artır və deməli, istehsalın gələcək imkanları da aşağı düşür. Bir sözlə,
cəmiyyət “A” alternativindən “E” alternativinə doğru hərəkət etməklə, əslində
“gələcəkdə daha çox” prinsipinə nisbətən “indi daha çox” prinsipinə üstünlük verir
və axırıncını seçir.
Əksinə “E” alternativindən “A” alternativinə doğru hərəkət etməklə,
cəmiyyət cari istehlakdan imtina etmək siyasətini seçmiş olur. Bu isə ehtiyatların
bir hissəsinin sərbəstləşməsinə və investisiya əmtəələri istehsalının artırılması üçün
əlverişli şərait yaranmasına imkan verir.
Müasir dövrdə iqtisadiyyat sahəsində Nobel mükafatı laureatı Vasili
Leontyev Vizer qanununun izahını məhdud miqdarda ehtiyatların bölünməsini
nisbi iqtisadi səmərəlilik terminləri ilə ifadə etmişdir. Bunlar öz əksini onun irəli
sürdüyü “Xərc-məhsul buraxılışı” iqtisadi modelində tapmışdır.
Çox vacib və başlıca bir cəhəti də qeyd etmək lazımdır: qənaət problemini
həll etmək üçün hamı tərəfindən qəbul edilmiş vahid üsul və ya yol yoxdur.
KitabYurdu.az
19
Mövzu 3. Mülkiyyət və sahibkarlıq fəaliyyəti.(2 saat)
Plan
1. Mülkiyyət münasibətlərinin iqtisadi münasibətlər sistemində yeri. Mülkiyyətin
obyekti və subyekti.
2. Mülkiyyətin tarixi tipləri və formalar.
3. Sahiblik sərəncamvermə, istifadəetmə və mənimsəmə iqtisadi kateqoriyalardır.
4. Sahibkarlıq fəaliyyətinin məqsədi və formaları.
5. Sahibkarlığın əsas funksiyaları.
KitabYurdu.az
20
1. Mülkiyyət münasibətlərinin iqtisadi münasibətlər sistemində yeri.
Mülkiyyətin obyekti və subyekti.
Mülkiyyət münasibətləri insanlar arasında meydana çıxan bütün
münasibətlərin əsasını təşkil edir. Onun meydana gəlib formalaşmasını
cəmiyyətdən kənarda axtarmaq düzgün olmazdı. Başqa sözlə, cəmiyyətlə heç bir
əlaqəsi olmayan, ondan təcrid olunmuş halda meşədə, yaxud da insan yaşamayan
hər hansı bir adada tək-tənha ömür sürən şəxsi mülkiyyətçi hesab etmək düzgün
deyildir.
Digər tərəfdən, mülkiyyət münasibətləri şeylərlə, birinci növbədə investisiya
əmtəələri, yəni mülkiyyətin ob-yekti ilə əlaqədardır. Mülkiyyətin obyekti
insanların nəyə, hansı nemətlərə, hər şeydən əvvəl investisiya əmtəələrinə sahib
olmalarını göstərir. Məsələn, mülkiyyətin obyektinə torpaq, yeraltı sərvətlər,
meşələr, sular, dəmir yolları, banklar, firmalar (müəssisələr), sığorta şirkətləri və s.
daxildir. Deməli, mülkiyyət münasibətlərini obyektsiz təsəvvür etmək olmaz.
Bununla birlikdə, mülkiyyət münasibətlərini mül-kiyyətin obyekti ilə eyniləşdirmək də düzgün deyildir. Çünki şeylər özlüyündə mülkiyyət deyildirlər, yalnız
mülkiyyət münasibətlərinin daşıyıcısıdırlar. Bu deyilənlərdən aydın olur ki,
mülkiyyət investisiya əmtəələri və istehlak şeylərinin mənimsənilməsini
səciyyələndirən, istehsal, bölgü, mübadilə və istehlak prosesində insanlar
arasında meydana çıxan və tarixən dəyişən münasibətlər sistemidir.
Iqtisadi amillər istehsal prosesinin həyata keçirilmə-sinin əsası olduğuna
görə tarixi inkişafın bütün mərhələ-lərində iqtisadi münasibətlər sistemində
investisiya əmtəələri üzərində mülkiyyət münasibətləri başlıca yer tutur. Əmək
prosesini həyata keçirən işçi qüvvəsinin investisiya əmtəələri ilə birləşməsinin,
müxtəlif sosial qruplar arasında meydana çıxan qarşılıqlı münasibətlərin xarakteri
mülkiyyət münasi-bətlərindən asılıdır. Investisiya əmtəələri üzərində mülkiyyət
münasibətləri iqtisadi münasibətlərin xüsusi hissəsi olmaqla, həm də bütün digər
iqtisadi münasibətlərin mahiyyətini, xarakterini və inkişafını müəyyən edir.
Buradan aydın olur ki, mülkiyyət münasibətlərini bütün iqtisadi münasibət-lərdən
fərqləndirmək lazımdır.
Eyni bir mülkiyyət obyekti müxtəlif vaxtlarda müx-təlif mülkiyyət
münasibətlərinin daşıyıcısı ola bilər. Məsə-lən, feodalizmin çərçivələri daxilində
meydana gəlib forma-laşmış sənətkarlıq emalatxanaları burjua inqilabının qələbəsindən sonra kapitalist mülkiyyətinin, kapitalizmin daxilin-də meydana gəlib
formalaşmış fabrik və zavodlar isə 1917-ci ildə Oktyabr inqilabının qələbəsindən
sonra Sosialist mül-kiyyətinin obyektinə çevrilmişlər.
Tarixən meydana gələn hər bir mülkiyyət formasının obyekti ilə yanaşı,
subyekti də vardır. Mülkiyyətin subyekti dedikdə hər şeydən əvvəl, investisiya
əmtəələrinə kimlərin (siniflərin, sosial qrupların, ayrı-ayrı şəxslərin və i.a.) sahib
olmaları nəzərdə tutulur. Mülkiyyət hüququnun subyektləri dövlət, yerli dövlət
hakimiyyəti orqanları, müəssisələr (kooperativlər, səhmdar cəmiyyətləri, təsərrüfat
ortaqlıqları və assosiasiyaları, icarə müəssisələri və i.a.) ictimai birliklər və dini
təşkilatlar, vətəndaşlardır.
KitabYurdu.az
21
Məlum olduğu kimi, istehsaldan sonrakı mərhələ-lərdə hazırlanmış müxtəlif
təyinatlı nemətlər bölünür, mübadilə edilir və istehlaka daxil olur. Bununla
əlaqədar olaraq investisiya əmtəələri üzərində mülkiyyət münasi-bətləri istehsal
olunan məhsullar üzərindəki mülkiyyət münasibətləri ilə tamamlanır.
Beləliklə, mülkiyyət münasibətləri insanların müxtəlif təyinatlı nemətlərə,
birinci növbədə investisiya əmtəələrinə sahib olmaları ilə əlaqədar olaraq onların
arasında meyda-na çıxan münasibətləri ifadə etməklə, iqtisadi münasibətlər
sistemində başlıca yer tutur.
2. Mülkiyyətin tarixi tipləri və formaları.
Tarixdə mülkiyyətin əsas etibarilə iki tipi – ümumi və xüsusi-məlumdur.
Kapitalizmə qədər minilliklər ərzində kənd təsərrüfatı hakim sahə, onun maddi
şərti-torpaq isə başlıca iqtisadi ehtiyat olmuşdur. Bununla əlaqədar olaraq, o,
dövrdə torpaq üzərində ümumi mülkiyyət münasibətləri cəmiyyətin həyatında əsas
rol oynamışdır.
Lakin mülkiyyətin formaları əbədi deyildir, tarixən dəyişir və bu,
məhsuldar qüvvələrin inkiaşf səviyyəsindən asılıdır. Məhsuldar qüvvələrin inkişafı,
əmək bölgüsünün dərinləşməsi və əmlak bərabərsizliyinin artması prosesində
onların nəticəsi kimi xüsusi mülkiyyət meydana gəlib formalaşmış və inkişaf
etmişdir.
Xüsusi mülkiyyətin ilk forması quldarlıq mülkiy-yətidir. Bunun əsasını qul
əməyinin nəticələrinin mənimsə-nilməsi təşkil edir. Orta əsrlərdə isə hakim
mülkiyyət forması feodal mülkiyyəti olmuşdur. Bu mülkiyyətin əsasını şəxsi
azadlıqdan məhrum olan asılı təhkimli kəndlilərin istismarı təşkil etmişdir.
Istehsalçıların torpağa bağlılığı ilə əlaqədar olmayan mülkiyyət
münasibətləri də feodalizmin çərçivələri daxilində əmələ gəlmişdir. Kəndlilərin
xırda xüsusi mülkiyyəti ilə yanaşı, torpaq mülkiyyətindən ayrılmış və feodal
asılılığından azad olan, satış üçün məhsul hazırlayan şəhər sənətkarlarının
mülkiyyəti də olmuşdur. Sənətkarların xüsusi mülkiyyəti əmtəə istehsalı və
mübadiləsi ilə əlaqədar-dır və buna görə də onun subyektləri əmtəə
istehsalçılarıdır.
Əmtəə istehsalının inkişafı və bununla əlaqədar olaraq ilkin kapital yığımı
nəticəsində meydana gəlmiş kapitalist mülkiyyəti özünün iqtisadi məzmununa görə
mülkiyyətin əvvəlki formalarından əsaslı surətdə fərqlənir.
müasir dövrdə inkişaf etmiş kapitalist ölkələrində mülkiyyətin geniş
yayılmış formaları aşağıdakılardır:
1) Ayrı-ayrı kapitalist-sahibkarlara məxsus olan investisiya əmtəələri
üzərində fərdi mülkiyyət;
2) Bir qrup kapitalist-sahibkara məxsus olan investi-siya əmtəələri üzərində
qrup (korporativ) mülkiyyəti. Bunla-ra səhmdar cəmiyyətləri və korporasiyaların
mülkiyyəti daxildir.
3) Iqtisadiyyatın bu və ya digər sahəsində istehsal ehtiyatlarının həlledici
hissəsini öz əlində cəmləşdirən iri kapitalist-sahibkar birliklərinin inhisar
mülkiyyəti;
KitabYurdu.az
22
4) Dövlət mülkiyyəti.
Hazırda elmi-texniki inqilab şəraitində dövlət mülkiyyətinin iqtisadi
əhəmiyyəti artsa da o, aparıcı mövqeyə malik deyildir. Bunu inkiaşf etmiş
kapitalist ölkələri üzrə statistik məlumatlardan da aydın görmək olar. Belə ki,
keçən əsrin 90-cı illərinin ortalarında ABŞ-da milli gəlirdə dövlət bölməsinin
xüsusi çəkisi təqribən 2-3 % olmuşdur. Qərbi Avropa ölkələrində isə vəziyyət
tamamilə başqa cürdür, daha doğrusu dövlət bölməsinin xüsusi çəkisi bir qədər
yüksəkdir. Məsələn, Avstriyada bütün istehsal güclərinin 37%-i, AFR-də milli
sərvətin 21%-i, ümumi məhsulun Fransada 20%-i, Isveçdə 14%-i, Italiyada 12%-i
dövlət bölməsinin payına düşür. Buradan aydın olur ki, adları çəkilən ölkələrin heç
birində dövlət bölməsi üstünlüyə malik deyildir.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən dərhal sonra gördüyü ən mühüm
tədbirlərdən biri də mülkiyyət münasibətlərinin yenidən qurulmasına
yönəldilmişdir. Belə ki, “Mülkiyyət haqqında” Azərbaycan Respublikasının 9
noyabr 1991-ci il tarixli qanununda ölkəmizdə mülkiyyətin aşağıdakı formaları
nəzərdə tutulmuşdur: 1) Dövlət mülkiyyəti; 2) Kollektiv mülkiyyət; 3) Xüsusi mülkiyyət.
Ölkəmizdə dövlət mülkiyyəti bütün xalqa məxsusdur. Bu mülkiyyətin
obyektinə respublikanın ərazisi hüdud-larında olan torpaq, yerin təki, daxili sular
və ərazi suları, bitki və heyvanlar aləmi və s. daxildir. Qanunda nəzərdə tutulduğu
kimi dövlət mülkiyyətinin bir hissəsi bələdiyyə mülkiyyətinə verilə bilər.
Bələdiyyə mülkiyyətinə yerli özünüidarə orqanlarının əmlakı, mənzil fondu,
mühəndis infrastrukturu obyektləri (su kəməri, kanalizasiya təsərrüfatı, qaz, istilik
və enerji təchizatı), təhsil, mədəniyyət, səhiyyə müəssisələri və başqa əmlak daxil
ola bilər.
Mülkiyyətin kollektiv formalarının əsas cəhəti ondan ibarətdir ki, onlar
investisiya əmtəələri və onların nəticələ-rinin mənimsənilməsinin kollektiv
xarakterini ifadə edirlər. Qanuna görə kollektiv mülkiyyətin aşağıdakı formaları
ola bilər: 1) Müəssisələrin mülkiyyəti; 2) Sahibkar birliklərinin mülkiyyəti; 3)
Ictimai birliklərin mülkiyyəti; 4) Xeyriyyə fondlarının və başqa fondların
mülkiyyəti; 5) Dini təşkilat-ların mülkiyyəti.
Müəssisələrin mülkiyyətinə əmlak mülkiyyətləri kimi yaradılan və hüquqi
şəxs sayılan təsərrüfat cəmiyyətləri və ortaqlıqları, kooperativlər, kollektiv
müəssisələr; sahibkar birliklərinin mülkiyyətinə isə hüquqi şəxs sayılan kooperativlərin və başqa hüquqi şəxslərin sahibkar birliyi (konsern-lər, assosiasiyalar və
i.a.) daxildir.
Kollektiv mülkiyyət formalarından biri də ictimai birliklərin mülkiyyətidir.
Hüquqi şəxslər hesab olunan icti-mai birliklərin mülkiyyətində binalar, tikililər,
mənzil fondu, avadanlıq, inventar, pul vəsaiti, səhmlər, digər qiy-mətli kağızlar ola
bilər.
Son illərdə xalqımızın ən yaxşı adət-ənənələrindən biri olan xeyriyyəçilik
işinə xüsusi diqqət yetirilir və bunu həyata keçirən fondlar yaradılır. Bu da
kollektiv mülkiyyətin formalarından biridir. Bu mülkiyyətə xeyriyyə fondları və
başqa ictimai fondların təsərrüfat fəaliyyətindən əldə etdikləri gəlirlər də daxil
olmaqla öz vəsaitləri ilə aldıqları və ya yaratdıqları əmlak daxildir.
KitabYurdu.az
23
Dini təşkilatların mülkiyyətinə isə binalar, ayin pred-metləri, istehsal, sosial
və xeyriyyə təyinatlı obyektlər, pul vəsaiti, onların fəaliyyəti üçün zəruri sayılan
başqa əmlak daxil ola bilər. Vətəndaşların, təşkilatların bağışladıqları, yaxud da
dövlətin sahibliyə, istifadəyə və sərəncama verdiyi əmlak da onların mülkiyyətidir.
Mülkiyyət münasibətlərindən bəhs olunduqda xüsusi mülkiyyəti yaddan
çıxarmaq olmaz. Çünki ölkəmizdə, mülkiyyətin qanunla müəyyən edilmiş
formalarından biri də xüsusi mülkiyyətdir. Xüsusi mülkiyyət dedikdə, bəzi hallarda dövlətə məxsus olmayan istənilən mülkiyyət forması nəzərdə tutulur. .
Vətəndaşların mülkiyyətində aşağıdakılar ola bilər: torpaq sahələri, yaşayış
evləri, mənzillər, bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi
istehsal predmet-ləri; pul vəsaiti; səhmlər, istiqraz vərəqələri və başqa qiymət-li
kağızlar; kütləvi informasiya vasitələri, nəqliyyat vasitə-ləri, avadanlıq, sahibkarlıq
fəaliyyəti sahələrində binalar, tikililər və başqa investisiya əmtəələri. Vətəndaşlar
bunları idarə etmək və sərəncam vermək hüququna malikdirlər.
«Mülkiyyət haqqında» Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il
tarixli qanununda nəzərdə tutulmuş mül-kiyyət formalarının qısa səciyyəsi belədir.
Lakin 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş
Azərbaybaycan Respublikasının Konstitusiyasında ölkəmizdə aşağıdakı mülkiyyət
növlərinin yaradılması nəzərdə tutulmuşdur: 1) Dövlət mülkiyyəti; 2) Bələdiyyə
mülkiyyəti; 3)Xüsusi mülkiyyət. Göründüyü kimi, ölkəmizin əsas qanununda
bələdiyyə mülkiyyəti kallektiv mülkiyyətin tərkibində deyil, mülkiyyətin xüsusi
növü kimi göstərilmiş, kollektiv mülkiyyətin isə adı çəkilmir.
. Bütün mülkiyyət formalarının həm müsbət, həm də mənfi cəhətləri vardır.
Odur ki, onlardan birinin mütləqləşdirilməsi inhisarın meydana gəlməsinə doğru
aparır, istehsalın səmərəliliyinin azalmasına səbəb olur. Ona görə də dövlət,
mülkiyyətin müxtəlif formalarının inkişafı üçün bərabər şərait yaradır və onların
müdafiəsini təmin edir. Mülkiyyət hüququnun həyata keçirilməsində mülkiyyətin
formasından asılı olaraq məhdudiyyətlərə və ya üstünlüklərə yol verilmir.
Mülkiyyət formalarının müxtəlifliyi qarşılıqlı rəqabəti zəruri edir ki, bu da
onların daha da təkmilləş-dirilməsi üçün stimul yaradır. Deməli, mülkiyyətlərin
plüralizm şəraitində, onların hər hansı birinin həyatda öz üstünlüklərini
göstərməklə qərarlaşması daha məqsədəuyğundur. Bu, o deməkdir ki, mülkiyyətin
yeganə olan bir tipini onun yeganə olan digər bir tipi ilə əvəz etmək olmaz. Bu
sahədə də plüralizm sözdə yox, işdə olmalıdır.
3. Sahiblik, sərəncamvermə,
kateqoriyalardır.
istifadəetmə
və
mənimsəmə
–
iqtisadi
Məlum olduğu kimi, mülkiyyət iqtisadi münasibət kimi çoxcəhətli
anlayışdır. O, həyatın sosial-iqtisadi şəraiti-ni müəyyən və ifadə edir, müxtəlif
təyinatlı nemətlərin isteh-salı və mənimsənilməsi formasıdır. Iqtisadi
münasibətlərə nemətlərin mənimsənilməsi nöqteyi-nəzərindən yanaşdıqda
mülkiyyətlə yanaşı, sahiblik və istifadəetmə anlayışları da mənimsəmə
formalarıdır. Sərəncamvermə isə mülkiyyət, sahiblik və istifadəetmə
münasibətlərinin reallaşdırılmasının konkret formasıdır.
KitabYurdu.az
24
Istifadəetmə, sahiblik və sərəncamvermənin məzmu-nunu aydınlaşdırmaq
üçün hər şeydən əvvəl, qarşılıqlı əlaqədə olan kateqoriyalar sistemində
“mənimsəmə” anlayı-şının yerini, onun istehsalla münasibətini müəyyən etmək
lazımdır.
Mənimsəmə insanların şeylərə özlərininki, onların sahibi kimi baxmaları,
münasibət bəsləmələri deməkdir. Lakin bu, insanların şeylərə olan subyektiv
münasibətləri deyildir, o, insanlar arasında şeylərlə əlaqədar meydana çıxan
münasibətləri ifadə edir. Mənimsəmə olduqca geniş anlayışdır. Iqtisad elmini
maraqlandıran əsas cəhət mənimsəmənin iqtisadi ünsürləridir. Bir sıra hüquqi
aktlar əsasında – varislik, bağışlamaq və i. a. – mənimsəmə iqtisadi nəzəriyyənin
tədqiqat obyekti deyildir. Iqtisadi münasibət olan mənimsəmə bir tərəfdən
nemətlərin istehsalı, digər tərəfdən isə müəyyən mülkiyyət formalarının
mövcüdluğu ilə əlaqədardır.
Məhz bu mənada istehsal və mənimsəmə bir-birinin eynidir. Lakin istehsal
və mənimsəmə həm də eyni şey deyildirlər. Istehsalın müəyyən sosial-iqtisadi
tərəfi–bilava-sitə istehsal prosesində investisiya əmtəələrinin mənimsə-nilməsi–
öyrənildikdə o, mənimsəmə ilə uyğun gəlir. Digər tərəfdən, mənimsəmənin yalnız
istehsaldan ibarət olduğunu təsəvvür etmək də yanlış fikirdir. Ola bilər ki, ayrı-ayrı
şəxslər istehsal etsin, lakin mənimsəməsin, yaxud da əksinə, istehsal etməsin, lakin
mənimsəsin.
Başqa iqtisadi hadisələr kimi, mənimsəmənin də əbədi, daimi olduğunu
demək düzgün deyildir. O, iqtisadi tərəqqinin müxtəlif mərhələlərində inkişaf edir,
yeni məzmunla tamamlanır, zənginləşir.
Mülkiyyət, həm də mənimsəmə deməkdir. Lakin bunların tamamilə eyni
anlayışlar olduğunu demək düzgün olmazdı. Çünki onların hər ikisi iqtisadi
münasibətlər sistemində müstəqilliklərini saxlayırlar. Eyni zamanda mülkiyyət,
sahiblik və istifadəetmə mənimsəmənin müxtəlif formalarıdır. Bununla birlikdə
sahiblik özündə istifadə-etməni, mülkiyyət isə onların hər ikisini birləşdirə bilər.
Bu proseslərin əlahiddələşməsi də mümkündür. Çünki təcrübə-də mülkiyyətçi,
sahiblik və istifadəetmə vəzifələrini digər şəxslərə verir.
Sərəncamvermə müxtəlif dərəcədə mənimsəmənin bütün formalarına aiddir.
Lakin mülkiyyətçi, habelə sahib-lik və istifadəetmə səlahiyyətlərinə malik olan
şəxslər bir-birindən əlahiddələşdikdə mülkiyyətçi onların hər ikisinə, yəni sahiblik
hüququ əldə etmiş şəxs və istifadə edənə nisbətən daha böyük iqtisadi imkana
malik olur. Sahiblik, istifadəetmə, sərəncamvermə, hətta mülkiyyət münasibətlərinin özü də iqtisadi münasibətlərin müxtəlif cəhətlərini əks etdirdiyinə görə
onların hər biri tamın müstəqil tərkib hissələridir.
Beləliklə, sahiblik, sərəncamvermə, istifadəetmə və mənimsəmənin hər biri
müəyyən iqtisadi məzmuna malik olan iqtisadi kateqoriyalardır və insanlar
arasında meydana çıxan münasibətləri ifadə edirlər.
4.
və formaları.
Sahibkarlıq
KitabYurdu.az
fəaliyyətinin
məqsədi
25
Bazar münasibətlərinin yüksək səviyyədə inkişaf etmiş olduğu ölkələrin
təcrübəsi sahibkarlıq fəaliyyəti qarşısında müxtəlif məqsədlərin qoyulduğunu
göstərir. Iqtisadiyyatın mövcud vəziyyətindən, inkişaf səviyyəsi və miqyasından
asılı olmayaraq sahibkarlıq fəaliyyəti qarşısında duran əsas iqtisadi vəzifə, strateji
məqsəd mənfəət əldə etməkdən iba-rətdir.. Mən-fəətin aşağı səviyyəsi sahibkara
bazarda özünün mövqeyini
qoruyub saxlamağa, öz fəaliyyətinin mövcud
səviyyəsini bərpa etməyə, təkrar istehsal prosesini həyata keçirməyə imkan verir.
Mənfəətin yüksək səviyyəsi isə sahibkara özünün fəaliyyət dairəsini daha da
genişləndirməyə, risk etməyə, mürəkkəb bazar konyukturası şəraitində rəqiblərlə
müvəffəqiyyətlə rəqabət aparmağa, biznes aləmində daha da möhkəmlənməyə və
öz mövqelərini qoruyub saxlamağa, məhsulun istehsalı və satışı sahəsində malik
olduğu bazar payını artırmağa və nəticə etibarilə əvvəlki dövrlərə nisbətən daha
çox mənfəət əldə etməyə şərait yaradır. Lakin qeyd etmək lazımdır ki, bunlar,
konkret şəraitdən asılı olaraq dəyişə bilər. Başqa sözlə, mənfəətin kəmiyyətinin
çox və ya az, səviyyəsinin isə aşağı və ya yuxarı olması ilə əlaqədar qarşıya
qoyulan vəzifələrdə müxtəliflik halları da mümkün-dür. Bunları bir qədər ətraflı
nəzərdən keçirək. Məlum oldu-ğu kimi, sahibkarın öz qarşısına qoyduğu başlıca
vəzifələr-dən biri istehsal olunan məhsulun, yaxud da göstərilən xidmətin, onların
satışının həcmini artırmaqdan ibarətdir. Lakin mənfəət əldə etmək və tez bir
zamanda şəxsi sərvəti artırmaq uğrunda mübarizə aparmaq heç də bütün hallarda
sahibkarlıq fəaliyyətinin yeganə məqsədi deyildir. Sahibkar qərar qəbul edərkən
konkret şəraiti nəzərə almalıdır.
Sahibkarlıq iqtisadi fəaliyyətin əsas sahələrindən biri olmaqla, demək
olar ki, iqtisadiyyatın bütün sahələrində geniş yayılmışdır. Sahibkarlıq mənfəət
əldə edilməsinə yönəldilən təşəbbüskarlıq fəaliyyətinin formalarından biri
olduğuna görə təkrar istehsalın fazaları (istehsal, bölgü, mübadilə və istehlak) ilə
əlaqədardır və aşağıdakı yollarla reallaşdırıla bilər:
1) Bilavasitə istehsal funksiyalarının həyata keçiril-məsi- əmtəələrin,
xidmətlərin, informasiyaların, biliklərin «istehsalı»;
2)Vasitəçilik funksiyalarının həyata keçirilməsiəmtəə və xidmətlərin
istehsalçılardan istehlakçılara çatdı-rılmasına xidmət göstərilməsi;
3)Maliyyə sahəsində tədavülə, dəyərlərin mübadilə-sinə yönəldilmiş
funksiyaların yerinə yetirilməsi.
Sahibkarlıq fəaliyyətinin bu formalarının hər biri müstəqil olmaqla yanaşı,
həm də bir-birini tamamlayır.
Təsərrüfatçılıq edən subyektlərin iqtisadi mənafeləri və aparılan iqtisadi
islahatlara olan münasibətləri də bir-birindən fərqlənir. Lakin buna baxmayaraq
sahibkarların ümumi maraqları da vardır. Bu, ondan ibarətdir ki, sahibkarlar
iqtisadi mühitin əlverişli olmasını, sahibkarlıq haqqında müsbət ictimai şüurun
formalaşmasını, bütün səviyyələrdə hakimiyyətlə tərafdaşlığın sahmana salınmasını istəyirlər.
Ölkəmizin qanunvericiliyində sahibkarlıq fəaliyyətinin bütün
növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formalarında
yaradılmasına icazə verilir. Burada sahibkarlıq, təsərrüfat ortaqlıqları, məhdud
məsuliyyətli cəmiyyətlər, istehsal kooperativləri, səhmdar cəmiyyətləri, kiçik
KitabYurdu.az
26
müəssisələr, kəndli (fermer) təsərrüfatları və s. nəzərdə tutulur. Sahibkarlığın
formaları istehsalın xarakteri və miqyasına bilavasitə təsir göstərir.
Sənayecə inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sahibkarlıq kiçik, orta
və iri sahibkarlığa bölünür.
Kiçik və orta sahibkarlığın müəyyən edilməsi ilə bağlı kəmiyyət, keyfiyyət
və qarışıq (iqtisadi) yanaşmalar bir-birindən fərqlənir.
Kiçik müəssisələri müəyyən etmək üçün əsas etibarilə kəmiyyət göstəriciləri
kimi işçilərin sayı, satışın həcmi, aktivlərin balans dəyəri meyarlarından istifadə
olunur. Lakin qeyd etmək lazımdır ki, kiçik sahibkarlığın müəyyən olunmasında
bunlar, habelə dövriyyə kapitalının kəmiyyəti, satış bazarlarında sahib olduğu pay
kifayət qədər sanballı göstəricilər hesab oluna bilməz. Çünki bunlara əsasən
haqqında söhbət gedən hadisəyə tam xarakteristika vermək mümkün deyildir.
.
Müəssisələrin həcmini müəyyən edərkən adətən aşağıdakı üç əsas
əlamətdən istifadə olunur; 1) işçilərin sayı; 2) istehsal olunan məhsulun dəyəri;
3) əsas kapitalın (əsas istehsal fondlarının) dəyəri.
Iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə kiçik sahib-karlıq çoxsaylı xırda
mülkiyyətçilər təbəqəsindən ibarətdir. Bunlar xeyli dərəcədə ölkənin sosial-iqtisadi
və siyasi inkişaf səviyyəsini müəyyən edir. Ölkənin daxili bazarının demək olar ki,
bütün sahələrini əhatə edən və ona yüksək dərəcədə uyğunlaşan kiçik sahibkarlıq
iqtisadiyyatın sabit inkişafını təmin edir, siyasi mühitin sabitliyinə təsir göstərir.
Kiçik sahibkarlıq işgüzar həyatın ən çevik formasıdır. Ona görə də kiçik
sahibkarlıq kütləviliyinə və quruluşunun dinamik ol-masına görə fərqlənir. Hazırda
müəssisələrin böyük əksə-riyyəti (90%-dən çoxu) onun payına düşür. Bu fakt belə
bir fikir söyləməyə əsas verir ki, kiçik sahibkarlıq olmadan ba-zarın yaradıcı
potensialından səmərəli istifadə edilməsi mümkün deyildir. Buradan aydın olur ki,
inzibati amirlik iqtisadiyyatından sosial yönümlü bazar iqtisadiyyatına keçid
şəraitində kiçik sahibkarlığın formalaşması və inkişaf etdirilməsi iqtisadi siyasətin
ən mühüm strateji vəzifələrin-dən biridir.
Orta və iri biznes üçün lazım olan ideyaların əsas his-səsi məhz iqtisadiyyatın
bu bölməsində yaradılır və deməli, iri istehsal kiçik sahibkarlığın imkanları ilə
tamamlanır. Əmtəə və xidmətlərin həm istehsalçıları, həm də istehlakçı-ları olan
kiçik müəssisələr bazarın dəyişən konyukturasına çox həssas və vaxtında reaksiya
vermək imkanına malikdir.
Sənaye, ticarət və maliyyə korporasiyalarının timsalın-da iri sahibkarlıq bazar
iqtisadiyyatının icbari strukturların-dandır. Beləliklə, ölkədə yüksək səmərəli bazar
iqtisadiy-yatının formalaşmasında xüsusi sahibkarlığın inkişaf etdiril-məsi və
müdafiə olunması sisteminin yaradılmasının çox böyük əhəmiyyəti vardır.
5. Sahibkarlığın əsas funksiyaları.
Sahibkarın fəaliyyəti hər şeydən əvvəl müəssisənin işinin səmərəli təşkilinə
yönəldilir. Və burada onun hamıya məlum olan daxili funksiyaları diq-qəti daha
çox cəlb edir. Tanınmış iqtisadçı R.Barr sahib-karın daxili funksiyalarını aşağıdakı
kimi təsnifləşdir-mişdir. Sahibkar:
KitabYurdu.az
27
1) Istehsalı təşkil edir. Onun bu funksiyasına iqtisadi şəraitin
qiymətləndirilməsi, fəaliyyət planının işlənib hazırlanması, inzibati idarəetmənin
təşkili, planların yerinə yetirilməsi üzərində nəzarətin həyata keçirilməsi və s.
daxildir.
2) Riski öz üzərinə götürür. Sahibkar risk edən şəx-sdir.
3) Hakimiyyət funksiyalarını yerinə yetirir. Sahibkar istehsal vahidinin
rəhbəridir. Deməli, o, özünə məxsus olan istehsal vahidində çalışan işçilərə
rəhbərlik edir.
Sahibkarın rəqabət mübarizəsi prosesində başqa sa-hibkarlarla bəhsləşməsi
onun müəssisədənkənar funksiya-sına aiddir. Bu funksiyalar vaxtilə Y.Şümpeterin
«Iqtisadi təkamül nəzəriyyələri» əsərində aşağıdakı kimi müəyyən-ləşdirilmişdir.
Sahibkar:
1) istehlakçıya hələ məlum olmayan yeni iqtisadi nemətləri, yaxud da yeni
keyfiyyətlərlə köhnə iqtisadi ne-mətləri istehsal edir;
2) hər hansı bir sahədə əvvəllərdə tətbiq olunmamış yeni istehsal
metodlarından istifadə edir;
3) Yeni satış bazarlarını mənimsəyir, yaxud da əvvəlki bazarlardan daha
keniş istifadə edir;
4) Yeni xammal mənbələri və növlərini mənimsəyir;
5) Istehsal və satışın təşkilinin yeni formalarından istifadə edir.
Sahibkarın nəzərdən keçirilən bütün bu funksiyaları onun hamıya məlum
olan funksiyalarına aiddir.
Bunlarla yanaşı, sahibkar öz xarakterinə görə içtimai hesab olunan
aşağıdakı funksiyaları da yerinə yetirir:
1) Istehsal amillərinin ən əlverişli şərtlərlə əlaqələn-dirilməsi və bununla da
iqtisadi ehtiyatlardan-maddi, əmək, maliyyə, intellektual və i. a.- daha səmərəli
istifadə edilməsi funksiyası.
2)Içtimai məhsulun yaradılması və milli gəlirin bölgüsünə sahibkarlığın təsiri
funksiyası.3 Əmtəə və xidmətlərə olan tədiyə qabiliyyətli tələbinin səmərəli və tam
ödənilməsi funksiyası.4) Sahibkarlığın innovasiya funksiyası.
Kiçik, orta və iri sahibkarlığın funksiyaları bəzi spe-sifik cəhətlərinə
baxmayaraq həm də yerinə yetirdikləri ümumi cəhətlərə görə bir-birinə uyğun
gəlir. Bu, hər şeydən əvvəl onlardan hər birinin öz funksiyalarını daha səmərəli
şəkildə həyata keçirməsinə aiddir. Lakin buna baxmayaraq, onlardan hər birinin bu
və ya digər sahədə üstünlükləri vardır. Məsələn, iri sahibkarlığın üstünlükləri
özünü aşağı-dakılarda göstərir. Iri sahibkarlıq:
-kütləvi istehsalda və deməli, məhsul vahidinə görə öz xərclərini
aşağısalmaqda böyük imkanlara malikdir;
-əsas istehsalatın tullantılarından istifadə etməklə, əlavə məhsul istehsal edib,
reallaşdırmaq imkanına ma- likdir;
-xammal və əmtəə ehtiyatları yaradılması sahəsində daha böyük imkanlara
malikdir;
-çox böyük imkanlara malik olduqlarına görə bazarda dərin marketinq
tədqiqatlarının aparılmasında, qiymət siyasətində, güzəştli tariflərlə xammal və
materialların satın alınmasında, qısa və uzunmüddətli kredit götürülməsində,
KitabYurdu.az
28
qiymətlərin sabitliyində, nəhayət özünümaliyyəəşdirmə, istehsalın üfiqi
təmərküzləşməsi halları baş verdikdə, xammal və materiallarla özünütəminetmədə
müəyyən üstünlüklərə malikdir:
.
Nəhayət, kiçik sahibkarlığın təsərrüfatla bağlı haki-miyyəti demək olar ki,
olduqça məhduddur və yalnız özü-nün xüsusi işlərində bundan istifadə edilir.
.
Kiçik sahibkarlığın içtimai funksiyalarından biri də özünü onda göstərir ki,
onlar geniş təkrar istehsalın və ba-zar iqtisadiyyatının çevikliyini təmin edir. O,
dərin ixtisas-laşma və istehsalın çoxtərəfli kooperasiyalaşdırılmasını təmin
etməklə, bazarı daha çox tələbat olan əmtəə və xid-mətlərlə tez bir zamanda
doldurmağa imkan verir. Azad rəqabət bazarlarını məhz kiçik müəssisələr
formalaşdırır.
Kiçik sahibkarlığın ictimai funksiyalarından biri də cəmiyyətdə siyasi və
sosial sabitliyin qorunub saxlanması və möhkəmləndirilməsindən ibarətdir. Buna
kiçik biznes tərə-findən yeni iş yerlərinin yaradılması, habelə mülkiyyətçilər
təbəqəsinin genişləndirilməsi yolu ilə nail olunur. Nəhayət, kiçik sahibkarlıq yerli
büdcələrin gəlirlərinin formalaş-masında iştirak edirlər. Bu, bələdiyyələr
səviyyəsində həyata keçirilir.
Iri sahibkarlıq da bir sıra içtimai funksiyaları yerinə yetirir. Bunlardan
biri ölkədə real təsərrüfat hakimiyyətinin həyata keçirilməsi funksiyasıdır
Milli iqtisadiyyatın xarici iqtisadi təmsilçiliyi funksi-yasını da iri
sahibkarlığın içtimai funksiyasına aid etmək olar.
Iri sahibkarlığın içtimai funksiyaları öz ifadəsini həm də aşağıdakılarda tapır.
Iri biznes: 1) əhalinin böyük əksə-riyyətinin sabit məşğulluğunun təmin
olunmasında çox mü-hüm rol oynayır;2) ölkənin dövlət büdcəsinin gəlirlərinin
formalaşmasında çox böyük əhəmiyyətə malikdir; 3) ölkə-nin milli
iqtisadiyyatının, habelə onun regionlarının ixtisas-laşdırılmasına təsir göstərir; 4)
iqtisadi artımın hərəkətverici qüvvəsi kimi çıxış edir.
Bütün bunlar onu göstərir ki, kiçik, orta və iri sahibkarlıq cəmiyyətin
həyatında mühüm rol oynayır və çox vacib funksiyaları yerinə yetirir.
KitabYurdu.az
29
Mövzu 4:Əmtəə istehsalı və pul. ( 2 saat)
Plan
1. Əmtəə və onun xassələri. Əmtəə istehsalının formaları.
2. Əmtəə tədavülü və pulun meydana gəlməsi.
3. Pulun mahiyyəti və vəzifələri.
4. Pulun növləri.
1. Əmtəə və onun xassələri. Əmtəə istehsalının formaları.
Bazar iqtisadiyyatının əsasını xüsusi mülkiyyət və əmtəə istehsalı təşkil edir.
Lakin cəmiyyətlərin tarixi inkişaf prosesinin müxtəlif mərhələlərində iqtisadi
həyatın ümumi formaları fəaliyyət göstərir.
Təsərrüfat tiplərinin
təşkili və onların təkamülü iqtisadi inkişafın
qanunauyğunluqları çərçivəsi daxilində həyata keçirilir. Iqtisadi həyatda fəaliyyət
göstərən təsərrüfat tiplərinin təşkili formaları bunlardır: a) natural təsərrüfat; b)
sadə əmtəə təsərrüfatı; v) kapitalist əmtəə təsərrüfatı; q) planlı əmtəə təsərrüfatı.
Təsərrüfat təşkili
tiplərinin tarixən
ilkin forması natural istehsaldır.
Təsərrüfatın belə bir təşkili formasında istehsal ilə istehlakın həcmi üst- üstə
düşür. Natural təsərrüfat feodal mülkiyyəti ilə də çox xarakterikdir.
Əmtəə təsərrüfatı forması natural təsərrüfatın əksi kimi yaranmışdır. Təsərrüfat
tiplərinin sonrakı təkamülü ictimai əmək bölgüsünü yaradır. Ictimai əmək
bölgüsü- bir məhsul və ya məhsulun bir hissəsini istehsal etmək üçün
ixtisaslaşmasıdır.
İctimai əmək bölgüsünün formaları aşağıdakılardır:
1. Maldar tayfaların əkinçilikdən ayrılması birinci ictimai əmək bölgüsünü
yaradır.
KitabYurdu.az
30
2. İctimai sənətkarların formalaşması və sənətkarlıq sahələrinin meydana
gəlməsi ikinci iri ictimai əmək bölgüsünü yaradır.
3. Tacirlərin bir sinif kimi formalaşması üçüncü iri ictimai əmək bölgüsünü
yaradır.
Natural təsərrüfatdan fərqli olaraq əmtəə təsərrüfatı istehsalın elə bir təşkili
formasıdır ki, burada istehsal olunan məhsullar ancaq mübadilə sferasına daxil
olur. Əmtəə təsərrüfatının olması üçün aşağıdakı şərtlər tələb olunur:
1. İctimai əmək bölgüsü. Əmtəə istehsalı şəraitində müxtəlif təsərrüfat
sahələri fəaliyyət göstərir. Bu təsərrüfat sahələri müxtəlif növ məhsul
istehsalı üzrə ixtisaslaşırlar. Sənaye kənd təsərrüfatından ayrılır. Sənaye
istehsalının müxtəlif sahələri yaranır.
2. Mülkiyyət formaları. Istehsal vasitələri üzərində xüsusi mülkiyyətin olması
əsas amillərdən biridir. Əmək məhsulu olan əmtəə istehsal vasitələri
üzərində olan mülkiyyət sahibinə məxsusdur. Bu səbəbdəndir ki, sahibkar
öz məhsulunu əmtəə kimi digər zəruri əmtəəyə dəyişdirməlidir, yəni məhsul
mübadilə olunmalıdır.
3. İstehsalçılar arasında iqtisadi əlaqə forması kimi əmtəə mübadiləsi olmalıdır.
4. Təsərrüfatın bazarla tənzimlənən xarakteri.
Əmtəənin 2 xassəsi vardır:
1. istehlak dəyəri
2. mübadilə dəyəri
Əmtəənin faydalılığı, insanın bu və ya digər bir tələbatını xassəsi onu istehlak
dəyəri edir. İstehlak dəyəri hər hansı bir şeyin təbii xassəsindən asılıdır. Lakin
istehlak dəyəri onu yaradan əməyin kəmiyyət miqdarından asılı deyildir.
Məhsulun əmtəəyə çevrilməsi üçün mübadilə dəyərinin olması şərtdir. Çünki,
mübadilə dəyəri kimi bütün əmtəələr müəyyən bir kəmiyyət nisbətində bir- birinə
dəyişdirilməlidirlər. İstehlak dəyəri baxımından əmtəələri ölçmək olmaz. Lakin
mübadilə dəyəri nöqteyi nəzərindən əmtəələr ölçülürlər, çünki əmtəələr
dəyişdiriləndə onların əsasını mübadilə nisbəti təşkil edir.
İstehlak dəyərinin müxtəlifliyinə baxmayaraq əmtəələrin istehsalına sərf edilən
əmək eyni olduğuna görə bu əmtəələrin dəyərini ölçmək mümkündür. Əmtəələrin
istehsalına sərf edilən əməyin miqdar kəmiyyəti həmin əmtəələrin dəyərini ölçmək
imkanı verir və bunun əsasında əmtəələri dəyər baxımından bir- birilə müqayisə
etmək olar.
Deməli, əmtəənin müəyyən bir miqdar nisbətində başqa əmtəəyə dəyişdirilmə
qabiliyyəti onu mübadilə dəyəri edir.
İstehlak dəyəri və mübadilə dəyəri kateqoriyalarını elmi ədəbiyyata Aristotel,
A. Smit, D. Rikardo, T. Maltus, K. Marks,. C. S. Mill və başqa alim- iqtisadçılar
gətirmişdir.
Əmək- dəyər nəzəriyyəsinin tərəfdarları göstərirdilər ki, keyfiyyətcə müxtəlif,
kəmiyyətcə ölçülə bilməyən əmtəələr mübadilə oluna bilər. Onların fikrincə
dəyişdirilən əmtəələrin ümumi bir əsası var. Bu ümumi əsas əmək məsrəfləridir və
həmin əmək məsrəfləri mübadilə dəyərini müəyyən edir.
Müasir Qərb iqtisadi ədəbiyyatında əmək- dəyər nəzəriyyəsindən fərqli olaraq
yeni bir nəzəriyyə- faydalılıq nəzəriyyəsi meydana gəlmişdir. Faydalılıq
KitabYurdu.az
31
nəzəriyyəsinin yaradıcıları K. Mengerin, E. Bem- Baverkin və F. Vizerin
yaratdıqları son faydalılıq nəzəriyyəsinə əsaslanırlar. Bu nəzəriyyəyə görə
mübadilənin əsasını dəyər deyil, faydalılıq təşkil edir.
A. Smit əmtəə istehsalına sərf edilən əməyi, alınan əməyi( əmək haqqını),
mənfəəti və torpaq rentasını dəyərə aid edir. D. Rikardo və D. R. Mak- Kullox
dəyəri istehsal xərcləri kimi, J. B. Sey isə şeyin faydalılığı kimi izah edirlər. D.
Loderdel dəyəri təklif və tələblə əlaqədə izah edir.
Tarixən əmtəə istehsalı təşkilinin üç forması ( tipi) mövcuddur: sadə əmtəə
təsərrüfatı, kapitalist əmtəə istehsalı və planlı əmtəə təsərrüfatı.
Sadə əmtəə istehsalı təsərrüfat təşkilinin elə bir formasıdır ki, burada istehsal
vasitələri üzərində
istehsalçıların xüsusi mülkiyyəti var və onlar məhsulu
mübadilə üçün, bazarda satmaq məqsədilə istehsal edirlər.
Kapitalist əmtəə istehsalının xarakterik xüsusiyyəti ondan ibarətdir ki, müstəqil
olan kapitalist- sahibkar istehsal amilləri əsasında öz iqtisadi fəaliyyətini təşkil
edir. İstehsalın amilləri dedikdə, kapital, əmək, torpaq və sahibkar- kapitalist
nəzərdə tutulur. Onu qeyd etmək lazımdır ki, kapitalist- sahibkar iri istehsalı
təşkil edir. Fərdi kapitalist istehsalı ilə yanaşı kollektiv təsərrüfat formaları da
təşkil olunur. Məsələn, müştərək sahibkarlıq, səhmdar cəmiyyətləri və s.
Təsərrüfat
tiplərinin xüsusi formalarından biri də
inzibati- amirlik,
mərkəzləşdirilmiş planlı iqtisadiyyatdır. Planlı iqtisadiyyatda əmtəə- pul və bazar
əlaqələri saxlanılır. Lakin iqtisadiyyatın idarə edilməsinə dövlət həddən artıq
nüfuz edir. Planlı əmtəə təsərrüfatında istehsalçılarla istehlakçılar arasında olan
əlaqələri dövlər özü nizamlayır.
Planlı əmtəə təsərrüfatı özünü doğrultmadığı üçün müasir mərhələdə bütün
keçmiş sosialist ölkələri bazar iqtisadi sisteminə keçmişlər.
2. Əmtəə tədavülü və pulun meydana gəlməsi.
Əmtəədə təcəssüm olunan və mübadilə zamanı təzahür edən ictimai əmək
əmtəənin dəyərini yaradır. Bərabər dəyərə malik olan əmtəələr bir- birinə
mübadilə edilir, bu əmtəələr ekvivalentdirlər. Dəyər mübadilə dəyərilə bağlıdır.
Dəyər əmtəənin daxili xassəsidir, mübadilə dəyəri isə əmtəə dəyərinin təzahür
formasıdır.
Əmtəələrin dəyərlərinin bərabərləşdirilməsi və mübadiləsi əmtəə istehsalında
xarakterik cəhətdir. Natural təsərrüfat şəraitində istehsalçılar vaxt vahidi əsasında
( saat, gün) sərf etdikləri əməklərini nəzərə alır və onun nəticəsini ölçürdülər.
Lakin natural təsərrüfat şəraitində onların sərf olunmuş əməyi dəyər forması
almırdı. Əmtəə təsərrüfatında isə əmək dəyər münasibətləri kimi təzahür edir.
Deməli, əmtəə təsərrüfatında ictimai əmək birbaşa vaxt vahidi ilə ifadə olunur.
İctimai əmək əmtəə istehsalında dolayısı yolla- yəni mübadilə prosesində təzahür
edir. Məsələn, bir cüt ayaqqabı 3 kq. pambığa bərabər tutulur. Dolayısı yolla bu o
deməkdir ki, bir cüt ayaqqabıya sərf edilən ictimai əmək 3 kq pambığa sərf edilən
ictimai əməyə bərabərdir. Beləliklə, dəyər təkcə əmək məsrəfi deyil, o eyni
zamanda əmtəə istehsalına sərf edilən ictimai əməkdir ki, mübadilə prosesində
təzahür edir.
KitabYurdu.az
32
Deməli, əmtənin dəyəri istehsal prosesində əmək vasitəsilə yaradılır. Mübadilə
prosesində dəyər bir əmtəəni digər əmtəəyə dəyişdirəndə təzahür edir. Buna
mübadilə dəyəri deyilir. Dəyərin ilkin inkişaf forması sadə dəyər formasıdır.
Məsələn, bir balta = 20 kq. taxıl. Burada baltanın dəyəri 20 kq. taxılda ifadə
olunmuşdur. Taxıl baltanın dəyərini əks etdirir. Baltanın dəyəri taxılın istehlak
dəyərində ifadə olunmuşdur, çünki həm taxılın, həm də baltanın istehsalına əmək
sərf olunmuşdur. Bu iki əmtəənin bir- birinə bərabər tutulması o deməkdir ki,
onların hər ikisinin istehsalına sərf olunmuş əmək bərabərdir. Əmtəələrin birbirinə bərabər olmasının əsasını bu əmtəələrdə təcəssüm edən bərabər əmək sərfi
təşkil edir. Öz dəyərini digər əmtəədə ifadə edən əmtəə ( balta) nisbi dəyər
forması, öz dəyərini ( taxıl) baltanın istehlak dəyərində əks etdirən əmtəə
ekvivalent dəyər formasıdır.
İlk mübadilə təsadüfi xarakter daşımış və bir növ məhsulun başqa növ məhsula
dəyişdirilməsi olmuşdur. Dəyərin belə formasına sadə və ya təsadüfi dəyər
forması deyilir.
Birinci iri ictimai əmək bölgüsünün yaranması ilə mübadilə müntəzəm şəkil
alır. Məsələn, maldar tayfalar maldarlıq məhsulları istehsal etdikcə əkinçi
tayfaların və sənətkarların istehsal etdiyi məhsullara ehtiyacı artır. Beləliklə,
bu tayfalar arasında olan mübadilə müntəzəm xarakter daşıyır. Belə bir
tarixi inkişaf nəticəsində dəyərin ikinci mübadilə forması- tam və ya dolğun
dəyər forması yaranır.
Dəyərin inkişafının ikinci formasında dəyər öz təcəssümünü bir neçə əmtəənin
istehlak dəyərində tapır. Lakin bu prosesdə də əmtəələr əmtəələrə dəyişdirilir.
İctimai əmək bölgüsünün və əmtəə istehsalının inkişafı, onların dərinləşməsi, bir
əmtəənin digər əmtəəyə dəyişdirilməsi qənaətbəxş olmur. Mübadilə prosesi
çətinləşir. Məsələn, ayaqqabı sahibinin baltaya , balta sahibinin taxıla olan
ehtiyacı artır. Beləliklə, əmtəə təsərrüfatı genişləndikcə əmtəə istehsalçıları
arasında elə bir ümumi ekvivalent dəyər forması ortaya çıxır ki, bütün əmtəə
istehsalçılarının bu ekvivalent dəyər formasına ehtiyacı artır. Beləliklə, bir əmtəə
bütün əmtəələr sırasından ayrılır və ümumi ekvivalent dəyər forması kimi
mübadilə olunur. Dəyər formalarının inkişafının bu mərhələsinə ümumi
dəyər forması deyilir.
Ümumi dəyər forması onunla xarakterizə edilir ki, bütün əmtəələr bir əmtəəyə,
yəni ümumi ekvivalent rol oynayan əmtəəyə mübadilə olunur. Dəri, xəz, duz və s.
müxtəlif yerlərdə ümumi ekvivalent rolunu oynamışlar. Müxtəlif əmtəələrin
ümumi ekvivalent rol oynaması genişlənməkdə və artmaqda olan bazar tələbatını
ödəyə bilmir. Əmtəə təsərrüfatında ziddiyyətlər yaranır. Beləliklə, müəyyən bir
əmtəə uzun müddət ümumi ekvivalent rol oynamaqda passivləşir və dəyərin
pul forması yaranır, yəni ümumi ekvivalent rol oynayan əmtəə öz yerini
dəyərin pul formasına verir. Pul rolunu müxtəli metallar yerinə yetirib və
nəhayət, gümüş və qızıl öz xassələrinə görə tədavüldən bütün ekvivalentləri
sıxışdırıb çıxarır. Çünki qızıl öz dəyərini həmişə saxlayır, paslanmır, xarab olmur,
çəkisi və həcmi əlverişlidir, bölünmə xassəsinə malikdir, istənilən yerə aparıla
bilir.
KitabYurdu.az
33
Dəyərin pul formasında bütün əmtəələr ümumi ekvivalent rol oynayan qızılın
istehlak dəyəri vasitəsilə ifadə olunur. Beləliklə, əmtəə təsərrüfatında uzun bir
tarixi inkişaf nəticəsində ümumi ekvivalent rol oynayan xüsusi bir əmtəə- pul
yaranır.
Əmtəə təsərrüfatının mərkəzi kateqoriyalarından biri əmtəə olsa da “ nemət”
anlayışı həm tarixi, həm də məntiqi mövqeyi nəzərdən əmtəədən qabaq
yaranmışdır. Nemət dedikdə, hər hansı bir məna, əşya, hadisə, əmək məhsulu və s.
nəzərdə tutulur ki, bunlar insanların bu və ya başqa bir tələbatını ödəmək
qabiliyyətinə malikdirlər, insanların mənafelərinə, məqsədlərinə, cəhdlərinə cavab
verə bilirlər.
İqtisadi ədəbiyyatda belə bir fikir vardır ki, nemət hər hansı bir şey və ya
əşyadır, o insanın tələbatını ödəyir. Nemətə belə bir tərifin verilməsi məhdud
xarakter daşıyır. Digər baxışlara görə isə nemət faydalı ola biləcək hər hansı bir
əşyanın təcəssümüdür, o əmək məhsulu da , təbiətin bəhrəsi də ola bilər.
Insanlara zəruri olan nemətlər içərisində xidmətlərin xüsusi rolu və yeri vardır.
Xidmət insanın məqsədəuyğun fəaliyyətidir, bu fəaliyyətin nəticəsi faydalı
səmərədir, o insanların bu və ya digər tələbatını ödəyir.
Nemət anlayışını daha dərindən başa düşmək üçün onu əmtəədən fərqləndirmək
və təsrifləşdirmək lazımdır. Müxtəlif kriteriyalar əsasında nemətləri müxtəlif
növlərə ayırmaq olar. Nemətlərin qruplara ayrılmasının ən geniş yayılmış forması
maddi və qeyri- maddi nemətlərdir.
I. Maddi nemətlərə aşağıdakılar aid edilir: təbiət bəxş etdiyi nemətlər torpaq,
hava, iqlim; istehsal nəticəsində yaranan məhsul – yeyinti məhsulları, binalar,
tikililər, maşınlar, avadanlıqlar və s.
Beləliklə, maddi nemətlər anlayışına müxtəlif xarakterli faydalı şeylər daxil
edilir. Digər fikrə əsasən bu nemətləri mənimsəmə baxımından göstərilən
kateqoriyaya aid edirlər.
II. Qeyri- maddi nemətlər. Buraya aşağıdakılar aid edilir: insanların
qabiliyyətinin bacarığının inkişaf etdirilməsinə təsir edən nemətlər. Bu nemətlər
qeyri- istehsal dairəsində yaradılır- səhiyyə, təhsil, incəsənət, təhsil, kino, teatr,
muzeylər və ilaxır.
Qeyri- maddi nemətlər də öz növbəsində iki qrupa bölünür:
a) daxili qeyri- maddi nemətlər. Buraya aiddir: təbiətin insanlara bəxş etdiyi
nemətlər( səs, deklamasiya, musiqi qabiliyyəti, elmə olan bacarıq və s. );
b) xarici qeyri- maddi nemətlər- insanların tələbatlarının ödənilməsi üçün xarici
mühit ( işgüzar əlaqələr, etibar, himayə və s.)
Göstərdiklərimizdən əlavə indiki və gələcək, birbaşa və dolayısı, uzunmüddətli
və qısamüddətli nemətlər də mövcuddur.
Nemətlərin təsnifatında ən mühümü, ən əsası iqtisadi və qeyri- iqtisadi
nemətlərdir. Iqtisadi nemətlər iqtisadi fəaliyyət nəticəsində yaradılır. Iqtisadi
nemətlər, ümumiyyətlə, nemətlərin məhdudluğu ilə
( məhdud resurslar ) əlaqədardır. Qeyri- iqtisadi nemətlər , yəni təbiətin bəxş etdiyi
nemətlər insan əməyinin fəaliyyətinin nəticəsi deyildir. Bu nemətlər təbiətin
özündə mövcuddur ( hava, su, işıq və s.) . Deməli, nemətlərin iqtisadiyyat
KitabYurdu.az
34
baxımından istifadə oluna biləcəyi və məhdudluğu onları iqtisadi və qeyri- iqtisadi
kateqoriyalara ayırmağa əsas verir.
Nemət anlayışı ilə əmtəə kateqoriyasını eyniləşdirmək olmaz. Mübadilə üçün
istehsal olunan spesifik iqtisadi nemətə əmtəə deyilir. Nemətin heç bir
xarakterindən asılı olmayaraq onun mübadilə üçün, satılmaq üçün istehsal
olunması həmin neməti əmtəə edir.
Xidmət də əmtəə kimi çıxış edir. Lakin, xidmətin istehlak dəyəri, əşyalaşmış
forması yoxdur. Ikincisi, xidmətin istehlak dəyəri canlı əməyin faydalı səmərəsinin
nəticəsidir. Üçüncüsü, xidmət əşya forması almır. Onu sərvət kimi yığmaq olmur,
o istehsal prosesində istehlak olunur.
3. Pulun mahiyyəti və vəzifələri.
Pulun mahiyyəti haqqında iqtisadçılar arasında fikir müxtəlifliyi vardır. Məsələn,
K.Marks pulu xüsusi növ əmtəə, ümumi ekvivalent rol oynayan əmtəədir. A.Smit
isə tədavülün çarxı adlan-dırmışdır. Vaxtilə pul nəzəriyyəsi məsələləri ilə məşğul
olmuş və hazırda məşğul olan iqtisadçıların çoxu isə pulun mahiyyətini onun
yerinə yetirdiyi vəzifələrlə əlaqələndirirlər. Onların fikrincə insanların pul hesab
etdikləri və pul kimi işlətdikləri hər şey puldur. Lakin pulun vəzifələri haqqında
iqtisadçılar arasında fikir ayrılığı vardır. Məsələn, iqtisad-çıların hamısı pulun
yalnız 3 vəzifə yerinə yetirdiyini etiraf edirlər. Bunlar pulun: 1) Tədavül
vasitəsi; 2) Yığım (dəfinə yaratmaq) vasitəsi; 3) Dəyər ölçüsü vəzifələridir. Lakin
bunlarla yanaşı, pul həm də tədiyə vasitəsi və dünya pulu vəzifələrini yerinə yetirir.
Pul tədavül vasitəsi funksiyasını yerinə yetirərkən əmtəə və xidmətlərin alqısatqısında vasitəçilik edir ki, bunun sayəsində də barterə xas olan çatışmazlıqlar
aradan qaldırılır, tədavül xərcləri isə azalır. Bu vəzifəni real pullar yerinə yetirirlər.
Pulun yığım vasitəsi funksiyası bu gün əmtəə satılar-kən əldə edilən
vəsaitdən gələcəkdə digər əmtəələrin satın alınması üçün istifadə olunması
deməkdir. Lakin pul bu vəzifəni yerinə yetirərkən müəyyən məhdudiyyətlərlə
üzləşir. Bu, onunla əlaqədardır ki, pulun qəti müəyyən edilmiş no-minal dəyəri–
alıcılıq qabiliyyəti–konkret şəraitdən asılı ola-raq dəyişə bilər. Bu isə hər şeydən
əvvəl əmtəə və xidmət-lərin qiymətlərindən asılıdır və aşağıdakı kimi müəyyən
edilir:
Z=1:P
Burada: Z–pulun alıcılıq qabiliyyəti, P–qiymət deməkdir.
Inflyasiya şəraitində pulun alıcılıq qabiliyyəti – real dəyəri – kəskin surətdə
aşağı düşür və sərvətin pul forma-sında saxlanması iqtisadi mənasını itirir, torpaq
sahələrinin, daşınmaz əmlakın, incəsənət əsərlərinin və s. satın alınması prosesi
gedir.
Bununla yanaşı, sərvətin pul formasında saxlanması alternativ və ya itirilmiş
imkanla əlaqədar olan xərclərin ol-masına gətirib çıxarır. Çünki sərvət pul
formasında saxlan-dıqda həmin müddətdə sahibinə gəlir gətirmir. Da-şınmaz
əmlak isə (məsələn, ev) kirayə verildikdə, sahibinə icarə haqqı formasında gəlir
gətirir.
KitabYurdu.az
35
Pulun dəyər ölçüsü funksiyası əmtəənin müəyyən məbləğdə pula bərabər
tutulması deməkdir. Bu, həm də əm-təənin dəyərini milli pul vahidi ilə ifadə
etməyə imkan verir. Pulun bu vəzifəsi qiymət miqyası vasitəsilə reallaşdırılır.
Bir sıra səbəblər üzündən əmtəələr həmişə nəqd pula satılmır. Odur ki,
əmtəələrin möhlətlə, pulu müəyyən müd-dətdən sonra ödənilməklə alınıb-satılması
zəruriliyi meyda-na çıxır. Bu zaman pul vəzifəsini borc öhdəlikləri, məsələn,
veksellər yerinə yetirirlər. Lakin ödəmə vaxtı çatdıqda alıcı (debitor) borc
təəhhüdündə göstərilən məbləği satıcıya (kreditora) verməyə borcludur. Bu zaman
pul tədiyə vasitəsi funksiyasını yerinə yetirir. Ssudaların qaytarılması, icarə
haqqı və vergilər, göstərilən xidmətlərin dəyərinin ödənil-məsində də pul
tədiyə vasitəsi rolunda çıxış edir.
Pul yalnız ölkə daxilində deyil, həm də ölkələr arasın-dakı iqtisadi
münasibətlərdə vasitəçilik edir. Deməli, pulun vəzifələrindən biri də onun dünya
pulu olmasıdır. Pulun bu funksiyasının meydana gəlməsinin maddi ilkin şərti
əmtəə istehsalının inkişafı və əmtəə mübadiləsinin milli sərhədləri aşması
olmuşdur. Başqa sözlə, pul, dünya bazarında milli libasını atır və külçə formasında
çıxış edir. Keçmiş zamanlarda, bəzi ölkələrdə qızıl, bəzilərində isə gümüş, pul kimi
işlədildikdə dünya bazarlarında iki dəyər ölçüsü – qızıl və gümüş – hökmranlıq etmişdir.
Beləliklə, pul, nəzərdən keçirilən vəzifələri yerinə yetirməklə gəlirlərin və
məhsulların dövranı prosesində, habelə dövlətlər arasındakı iqtisadi münasibətlərdə
vasitəçilik edir. Dövriyyədə olan pulun miqdarı əmtəəlrin miqdarına uyğun
gəldikdə milli iqtisadiyyat çərçivəsində makroiqtisadi tarazlıq üçün zəmin
yaradılmış olur.
4.Pulun növləri.
Ilk dəfə bir sıra əmtəələr – xəz, mal-qara, balıq, duz, tütün və i.a. – pul
kimi işlədilmişdir. Lakin zaman keçdikcə aydın olmuşdur ki, müxtəlif əmtəələr
pul kimi istifadə olunsalar da, onların bir sıra çatışmazlıqları vardır. Başqa sözlə,
pul kimi işlədilən əmtəələr (və ya pulun hazırlanması üçün istifadə olunan
material) köhnəlməyən, yüngül, sabit, eynitipli, bölünə və tanına bilən olmalı və s.
tələblərə cavab verməli idi. Məhz qiymətli metallar göstərilən tələblərə cavab
verdiklərinə görə pul vəzifəsini yerinə yetirmişlər. Lakin qeyd etmək lazımdır ki,
tədavül və yığım vasitəsi funksiyalarını yerinə yetirən pulların çəkisi ağır, nominal
dəyəri yüksək, ticarət əməliyyatlarının həyata keçirilməsi üçün münasib deyildi.
Ona görə də bütün bunlar nəzərə alınmaqla pulun hazırlanması üçün ən münasib
material kimi kağızdan istifadə olunmasına üstünlük verilmişdir.
Iqtisadi ədəbiyyatda kağız pulların XVII-XVIII əsrlərdə buraxılması
haqqında fikir geniş yayılmışdır. Qeyd olunur ki, kağız pullar ilk dəfə 1690-cı
ildə Şimali Ameri-kada Masaçusets ştatında, XVIII əsrin birinci yarısında isə digər
ştatlarda buraxılmağa başlanmışdır. Uzun müddət davam etməsə də (1716-1720-ci
illər) Avropada kağız pullar buraxılması təcrübəsinin Fransaya məxsus olduğu
göstərilir. Lakin qeyd etmək lazımdır ki, tədqiqatçıların fikrincə, məcburi kağız pul
nişanları 812-ci ildə Çində buraxılmışdır. Və tarixi mənbələrlə tanışlıq belə bir
KitabYurdu.az
36
qənaətə gəlməyə imkan verir deyək ki, məcburi kağız pullar XIII əsrdə
Azərbaycan-da da buraxılmışdır.
Kağız pullar tam qiymətli pulların nişanı, təmsilçisi olmaqla, dövlətin
öhdəliyini ifadə edir və məcburi məzənnə ilə hazırlanır. Deməli, kağız pulların
alıcılıq qabiliyyətinin aşağı düşməsi təkcə əmtəə və xidmətlərin qiymətlərinin bahalanması ilə deyil, həm də hakimiyyət dəyişikliyi, əhalinin dövlətə olan inamının
azalması ilə əlaqədardır. Kağız pulların emissiyası əsas etibarilə dövlət xərclərinin
və büdcə kəsirinin maliyyələşdirilməsinin zəruriliyi ilə bağlıdır. Əlbət-tə, kağız
pulların istənilən qədər kəsilməsi mümkündür. Lakin belə olduqda, o, qiymətdən
düşür. Ona görə də kağız pullardan bir qayda olaraq yığım vasitəsi kimi istifadə
olunmur.
Kredit münasibətlərinin inkişaf etməsi ilə əlaqədar olaraq kredit pulları
meydana gəlmiş və onun əsas növləri veksel, banknot və çekdir.
Veksel, nəzərdə tutulmuş müddətdə müəyyən məb-ləğdə pulun qeyd-şərtsiz
ödənilməsi üzrə öhdəlikdir. Bu, sahibinə müəyyən olunmuş müddət başa çatdıqda
həmin məbləği tələb etmək hüququ verir. Digər borc öhdəlikləri ilə müqayisədə
vekselin bir sıra xüsusiyyətləri vardır. Bunlar ondan ibarətdir ki, veksellər
mücərrəddir, milli qanunvericiliklə rəsmiyyətə salınır, tədavüldə nəqd pul kimi
istifadə oluna bilir, onun üzərində borc təəhhüdünün konkret səbəb-ləri göstərilmir
və s. və i. a.
Banknotların əsas əlamətləri aşağıdakılardır. Ban-knotlar: 1) Kommersiya
veksellərinə dəyişdirilmək üçün mərkəzi banklar tərəfindən buraxılır; 2) Tələb
olunduqda qızıla dəyişdirilir. Çünki klassik banknotlar ikili təminata, – bir tərəfdən
veksel (əmtəə), digər tərəfdən isə qızıl (mərkəzi bankın qızıl ehtiyatı) kimi istifadə
olunmaq səlahiyyətinə malikdir.
Kommersiya vekselləri banknotların əsasını təşkil etsə də, onların arasında
aşağıdakı fərqlər də vardır:
1)Veksel üzrə borclu fəaliyyətdə olan sahibkar (tacir və ya sənayeçi) olduğu
halda, banknot üzrə borclu mərkəzi bankdır;
2) Banknotlar kredit pulları olmaqla, xüsusi keyfiy-yətə – ümumi tədavül
vasitəsi olmaq qabiliyyətinə malikdir. Veksellər isə ümumi ödəmə vasitəsi
deyildir;
3) Banknotlar müddətsiz öhdəlikdir. Vekselin təda-vülü isə onun ödənilmə
müddəti ilə məhdudlaşır.
Çek–üzərində müəyyən məbləğin göstərildiyi və xü-susi formada olan pul
sənədidir. Onun sahibi çeki başqasına verməklə, bir növ kredit təşkilatlarına öz
hesabından onu təqdim edən şəxsin hesabına pul köçürülməsinə, yaxud da onun
nəqd qaydada ödənilməsinə dair rəsmi əmr vermiş olur. Çek ilk dəfə pulun
saxlanması müqabilində əmanətçi-dən müəyyən məbləğdə pul tutulması və buna
dair qəbz ve-rilməsi formasında XIV əsrdə Böyük Britaniya və Hollan-diyada
meydana gəlmişdir.
Lakin sonralar, çeklərlə aparılan əməliyyatlar bir sı-ra problemlərin meydana
çıxmasına səbəb olmuşdur. Bu, birinci növbədə onların ödənilməsi və çek
kitabçalarında çoxsaylı imzaların nəzərdə tutulması ilə əlaqədardır. Ona görə də
çeklərin kredit vərəqələri ilə əvəz edilməsi lazım gəl-mişdir. Kredit vərəqələri
KitabYurdu.az
37
bank və ya ticarət firmaları tərəfin-dən buraxılan, bankda hesabı olan sahibkarın
şəxsiyyətini təsdiq edən və ona pərakəndə ticarətdə nəqd pul ödəmədən əmtəə və
xidmətləri satın almaq hüququ verən sənəddir. Bu-nun inkişafı gedişində təyinatlarına, funksional və texniki xarakteristikalarına görə fərqlənən plastik
vərəqələrin müx-təlif növləri meydana gəlmişdir.
Hesablaşmaların həyata keçirilməsi mexanizmindən asılı olaraq ikitərəfli və
çoxtərəfli vərəqə sistemləri bir-birindən fərqləndirilir. Ikitərəfli hesablaşma
iştirakçılar arasında razılaşma əsasında aparılır. Çoxtərəfli hesablaşma sistemində
isə həmin vərəqələri ödəniş vasitəsi kimi təqdim etməklə tacirlərdən və xidmət
təşkilatlarından əmtəələri möhlətlə satın almaq olur.
Kredit vərəqələri ilk dəfə XX əsrin 50-ci illərində ABŞ-da meydana
gəlmişdir. Bundan sonra isə minlərlə iştirakçı bankları birləşdirən iri assosiasiyalar
formalaş-mışdır. Hazırda ABŞ əhalisinin demək olar ki, hamısı, bir, əksəriyyəti isə
bir neçə bank vərəqəsinin sahibidirlər. Bu qayda ilə hesablaşmalar dünyanın bir
çox ölkələrində geniş yayılmış, beynəlxalq xarakter almışdır.
Yuxarıda göstərilənlərlə yanaşı, əksəriyyət hallarda "demək olar ki,
puldur" deyilən pul da mövcuddur. Bu, qəti müəyyən edilmiş dəyərə malik və
satılması mümkün olan, asanlıqla nəqd pula, yaxud da çek qoyuluşlarına
çevrilə bi-lən aktivlərdir. Doğrudur, onlardan bilavasitə tədavül vasi-təsi kimi
istifadə olunmur, lakin onlar pulun yerinə yetirdiyi dəyərin (sərvətin) qorunub
saxlanması vəzifəsini müvəffəqiyyətlə yerinə yetirirlər. "Demək olar ki, puldur"
adlandırı-lan pula çeksiz həyata keçirilən əmanət hesabları, müddətli əmanətlər və
dövlətin qısa müddətli qiymətli kağızları aiddir.
KitabYurdu.az
38
Mövzu 5. Bazar iqtisadiyyatı və onun əsas cəhətləri.( 2 saat)
Plan
1. Bazarın meydana gəlməsinin obyektiv şərtləri.
2. Bazarın mahiyyəti, quruluşu və vəzifələri.
3.Bazar sisteminin əsas cəhətləri, üstünlükləri və çatışmazlıqları.
4. Bazar iqtisadi sistemi daxilində milli təsərrüfatın təşkilinin Azərbaycan modeli.
5. Bazarın tənzimlənməsi metodları.
1. Bazarın meydana gəlməsinin obyektiv şərtləri.
Ümumi iqtisadi formaların tarixən birincisi natural təsərrüfatdır. Bu
təsərrüfatda hazırlanan məhsullar istehsal-çının şəxsi tələbatının, təsərrüfatdaxili
ehtiyacların ödənil-məsi üçün istifadə olunur. Burada istehlak əksəriyyət hallar-da
istehsala uyğun gəlir ki, bu da onların əlaqələndirilməsi problemini sadələşdirir.
Istehsalın natural forması əməyin məhdud mənada ictimai xarakter daşımasının
nəticəsi kimi meydana gəlmişdir. Təsərrüfatçılığın bu forması cəmiyyətin iqtisadi
tarixinin «istehsal» mərhələsini təşkil edir və minilliklər ərzində davam etsə də,
zaman keçdikcə tədriclə sıxışdırılmış və öz yerini əmtəə təsərrüfatına vermişdir.
.
Əmək bölgüsü və əməyin ixtisaslaşması–məhdud miq-darda ehtiyatların hər
birinin spesifik xüsusiyyətlərindən daha səmərəli istifadə etmək məqsədilə, ayrıayrı fəaliyyət sahələrində konkret iş növlərinin yerinə yetirilməsi üçün nisbi
əlahiddələşmə deməkdir. Hansı miqyasda həyata keçi-rilməsindən asılı olmayaraq
əmək bölgüsü əmək məhsul-darlığının yüksəlməsinə səbəb olur. Müxtəlif ixtisas
və peşə-lərin bir-birindən ayrılması da məhz bu üstünlüklərlə əlaqə-dardır. . Əmək
bölgüsü şəraitində hər bir adamın tələbatının çox cüzi bir hissəsi onun özünün
istehsal etdiyi məhsullar hesabına ödənilə bilər. Hər bir adam öz tələbatının çox
böyük hissəsini özünün istehsal etdiyi məhsulları başqa adamların əmək məhsulları
ilə mübadilə etməklə ödəyir. Bütün bunlar belə bir nəticə çıxarmağa imkan verir
ki, əmək bölgüsünün meydana gəlməsi və onun getdikcə dərinləşməsi bazarın
meydana gəlməsinin obyektiv şərtlərindən biridir.
Tarixdə bir neçə iri əmək bölgüsü olmuşdur. Bunlar-dan birincisi,
heyvandarlığın əkinçilikdən ayrılması, ikincisi, sənətkarlığın müstəqil sahəyə
çevrilməsi, üçüncüsü tacirlərin meydana gəlməsidir. Sonralar, sahələr
«parçalanmış», ixti-saslaşdırma daha da dərinləşmişdir ki, bu da mübadilənin
genişləndirilməsini zəruri etmişdir.
Əmək bölgüsünün meydana gəlməsinin nəticəsidir ki, qədim maldarların
əkinçilik məhsullarına, əkinçilərin isə maldarlıq məhsullarına ehtiyacı olmuşdur.
Digər tərəfdən, cəmiyyət inkişaf etdikcə əmək bölgüsü dərinləşir, bunun
KitabYurdu.az
39
nəticəsində isə mübadilənin dairəsi genişlənirdi. Mübadilə əvvəlcə icmaların
daxilində baş verdiyi halda, sonralar icmalararası əlaqələr meydana gəlmiş və o, ilk
öncə primitiv xarakter daşımışdır.
Mübadilənin inkişafı pulun meydana gəlməsinə səbəb olmuş və bu da öz
növbəsində hər hansı bir məhsulu satmaq məqsədilə onun istehsalının
genişləndirilməsini stimullaşdırmışdır. Əmtəə istehsalı yalnız bu zaman, yəni
istehsalçının məhsulu özünün şəxsi tələbatının ödənilməsi üçün deyil, başqalarının
tələbatının ödənilməsi üçün, bazar üçün istehsal etdiyi zaman meydana gələ
bilərdi.
Beləliklə, yuxarıda nəzərdən keçirilənləri ümumiləş-dirərək belə bir nəticəyə
gəlmək olar ki, natural təsərrüfat strukturlarının artması içtimai əmək bölgüsünün
meydana gəlməsinə səbəb olmuşdur. Ictimai əmək bölgüsü isə ikili məzmuna
malikdir. O bir tərəfdən istehsalçıları bir-birin-dən ayırır, digər tərəfdən isə onları
bir-birindən asılı vəziy-yətə salmaqla, birləşdirir. Bunların nəticəsində isə istehsal
«ayrılır», əvvəlcə «bölgü», sonra isə «yenidənbölgü» onların arasına «girir» və
bununla da cəmiyyətin iqtisadi tarixinin «iqtisadiyyat» mərhələsi formalaşmış olur.
«Istehsal» mər-hələsindən fərqli olaraq «iqtisadiyyat» mərhələsində isteh-salçılar
arasındakı qarşılıqlı əlaqələr həm istehsal, həm də istehsaldankənar sahələri əhatə
etmişdir. Bu isə əmək məh-sullarının «əmtəəyə», mübadilənin özünün «bazara»
çevril-məsinə səbəb olmuşdur. Lakin qeyd etmək lazımdır ki, bu, hələ bazar
iqtisadiyyatı demək deyildi. Bəşəriyyət bazar iqti-sadiyyatının formalaşmasına
doğru uzun bir yol keçməli idi. Ona görə ki, cəmiyyətin iqtisadi tarixinin ikinci
mərhə-ləsində bazar hələ də istehsala tabe idi və qiymətləri alıcıya satıcı dikdə
etdiyinə görə o, «satıcı bazarı» olaraq qalırdı.
Bütün bunlara əsasən demək olar ki, bazar iqtisadiy-yatına keçid
bəşəriyyətin iqtisadi tarixində keyfiyətcə yeni-üçüncü mərhələdir. Bu mərhələdə
istehsalçı öz üstünlüyünü itirmiş, istehlakçı ilə qarşılıqlı dialoqa girmiş və nəticədə
«bazar iqtisadiyyatı» formalaşmışdır. Hazırda inkişaf etmiş ölkələrdə bazar
münasibətləri ən yüksək səviyyəyə çatmış-dır. Bu deyilənlərdən aydın olur ki,
cəmiyyətin iqtisadi tarixi hələlik «istehsal», «iqtisadiyyat» və «bazar iqtisadiyyatı» mərhələlərini əhatə edir.
Bazarın meydana gəlməsinin ikinci şərti istehsalçıla-rın iqtisadi cəhətdən
əlahiddələşməsidir. Əmtəə mübadiləsi hökmən ekvivalentliyə əməl olunmasını
nəzərdə tutur. Hər bir istehsalçı öz əmtəəsinə ekvivalent olan başqa bir əmtəə əldə
etməyə çalışır. Bu isə iqtisadi mənafelərin əlahid-dələşməsi əsasında mümkündür.
Bu əlahidddələşmə tarixən xüsusi mülkiyyətin bazasında meydana çıxmışdır.
Sonralar isə o, hər hansı bir yerli mənafe dairəsi ilə məhdudlaşmaqla, həm də
kollektiv mülkiyyətə (kooperativlər, səhmdar cəmiyyətləri, dövlət müəssisələri,
dövlətin iştirakilə qarışıq müəssisələr və i. a.) əsaslanmağa başlamışdır.
Ölkələrin çoxunda icma iqtisadi münasibətlərinin təkamülü və klassik bazar
sisteminin meydana gəlməsi torpaq üzərində xüsusi mülkiyyət ənənələri ilə
əlaqədardır. Beləliklə, əmək bölgüsü və istehsalçıların iqtisadi cə-hətdən əlahiddələşməsi – əmtəə istehsalının və deməli, bazar münasibətlərinin meydana
gəlməsinin obyektiv şərtləridir.
KitabYurdu.az
40
2. Bazarın mahiyyəti, quruluşu və vəzifələri.
Iqtisadi mənada bazar, əmtəə istehsalının zəruri tərkib hissəsi, əmtəələrin
satın alınması (P – Ə) və satılması (Ə – P) ilə əlaqədar olan sövdələşmələrin
toplusudur. Başqa sözlə, bazar əmtəə istehsalına xas olan bütün qanun və
kateqoriyalarla (rəqabət, tələb, təklif, konyuktura və i. a.) səciyyələnən, onları
özündə birləşdirən iqtisadi anlayışdır. Deməli, bazarın yalnız məhsulların və
xidmətlərin istehlak-çılara çatdırılması ilə «məşğul olan struktur» kimi səciyyələndirilməsi onun mənasının məhdudlaşdırılması deməkdir. Bazar, həm də təkrar
istehsal prosesinin fasiləsizliyinin və istehsalçılarla istehlakçılar arasında etibarlı
əlaqə yaradıl-masının təmin olunmasında tənzimləyici rol oynayır. Bazarda baş
verən əmtəə və pul tədavülünün iqtisadi mənası da məhz bundan ibarətdir.
Beləliklə, bazarı aşağıdakı variantlarda göstərildiyi mənalarda
səciyyələndirmək olar. Bazar: 1) Əmtəə istehsalı və tədavülü qanunları əsasında
təşkil olunan mübadilə – əmtəə mübadiləsi – münasibətlərinin toplusudur; 2) Alıcılarla satıcılar arasında qarşılıqlı fəaliyyət mexanizmi, tələblə təklif arasında
nisbətin meydana çıxdığı «yerdir»; 3) Ölkə daxilində və ölkələr arasında
istehsalçılarla istehlakçıları bir-birinə bağlayan mübadilə dairəsidir; 4) Əmtəələrin
satın alınması (P – Ə) və satılması (Ə – P) ilə əlaqədar olan sövdələşmələrin
toplusudur.
Bazar ilk dəfə xırda əmtəə istehsalı şəraitində gündə-lik tələbat
məhsullarının reallaşdırıldığı sadə formada mey-dana gəlmişdir. Iqtisadi inkişafın
sonrakı mərhələlərində əmtəə tədavülü dairəsi görünməmiş dərəcədə genişlənmiş
və bunun nəticəsində istehlak malları və investisiya əmtəə-lərinin, iş qüvvəsinin,
qiymətli kağızların və xarici valyu-taların, elmi-texniki tədqiqatların alınıbsatılması ilə məşğul olan bazarlar sistemi meydana gəlmiş və inkişaf etmişdir. r.
Bütün bunlara əsasən bazarın quruluşunun aşağıdakı kimi olduğunu demək olar: 1)
Işçi qüvvəsi bazarı; 2) Maliyyə bazarı (ssuda – borc kapital-ları bazarı); 3) Investisiya əmtəələri bazarı; 4) Istehlakçılar bazarı; 5) Xidmətlər bazarı; 6) Texnologiya
bazarı; 7) Intellektual mülkiyyət ünsünləri bazarı.
Ərazi hüdudları – coğrafi mövqeyinə və baş verən iqtisadi hadisələrin
miqyasına görə bazarlar yerli (bölgə, şəhər, kənd), daxili (milli), xarici
(beynəlxalq) bazarlara, bir qədər də konkretləşdirsək, ayrı-ayrı əmtəə qrupları
(istehlak malları, istehsal təyinatlı əmtəələr və ya hazır məmulatlar), yaxud da
əmtəə növləri (parça, ayaqqabı, metal, dəzgah və i. a.), sahələr (avtomobil, neft,
pambıq, üzüm və i. a.), ölkələrarası və s. olduğunu demək olar. Bazarları, həmçinin
bazar münasibətlərinin inkişaf səviyyəsinə və iqtisadi təyinatlarına görə də fərqləndirmək mümkündür.
Bazarın bu növləri bir sistem daxilində öz aralarında qarşılıqlı əlaqədədirlər
və bir-birilərinə təsir göstərirlər. On-ların hər hansı birində baş verən pozuntular və
ləngimələr həmin zəncirvari prosesdə başqalarına da təsir edir.
Cəmiyyətdə formalaşan bazar münasibətləri təsərrüfat həyatının bütün
sahələrinə təsir edir və: 1) Informasiyavermə; 2) Vasitəçiliketmə; 3)
KitabYurdu.az
41
Qiymətəmələgətirmə; 4) Tənzimləmə və 5) Sağlamlaşdırma vəzifələrini yerinə
yetirir.
Bazar, istehsalın iştirakçılarına qiymətlərin, kreditlər üzrə faiz dərəcələrinin
dəyişməsi, bazara gətirilən əmtəə və xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti
haqqında obyektiv informasiya verir.
Kortəbii surətdə meydana çıxan əməliyyatlar, bazarı, külli miqdarda
informasiyaları toplayıb «işləyən», onun əhatə dairəsi haqqında ümumi məlumat
verən nəhəng kom-püterə çevirir. Bu, hər bir müəssisəyə, özünün xüsusi istehsalını bazarda daim dəyişən şəraitlə müqayisə etməyə imkan verir.
Bazarın ən mühüm vəzifələrindən biri də onun tənzimləyici funksiyasıdır.
Bu, bazarın, iqtisadiyyatın bütün sahələrinə, birinci növbədə istehsala təsir
göstərməsi ilə əla-qədardır. Bazar P. Samuelson tərəfindən müəyyən edilmiş: «Nə
istehsal etməli?», «Kimin üçün istehsal etməli?», «Necə istehsal etməli?»
suallarına cavab verir. Həm də, bazarı rə-qabətsiz təsəvvür etmək mümkün
deyildir. Belə ki, sahəda-xili rəqabət məhsul vahidinə çəkilən xərclərin aşağı
salınma-sı, əmək məhsuldarlığının yüksəldilməsi, texniki tərəqqinin
sürətləndirilməsi, məhsulların keyfiyyətinin yaxşılaşdırıl-ması üçün stimul
yaradırsa, sahələrarası rəqabət kapitalın bir sahədən digərinə axması yolu ilə
iqtisadiyyatın optimal quruluşunu formalaşdırır, perspektivli sahələrin inkişafına
şərait yaradır.
Bazarın tənzimlənməsində tələblə təklif arasındakı nisbət mühüm rol
oynayır. Qiymətlərin artması istehsalın genişləndirilməsinə, aşağı düşməsi isə
ixtisar olunmasına işarədir.
Müasir dövrdə iqtisadiyyat təkcə «gözəgörünməz əl»in köməyilə deyil, həm
də dövlət tərəfindən müxtəlif iqtisadi «vasitələrdən» istifadə olunmaqla idarə
edilir. Lakin buna baxmayaraq bazarın tənzimləyici, iqtisadiyyatda tarazlayıcı rolu
yenə də qalmaqdadır.
Bazar mexanizmi xeyriyyəçilik sistemi deyildir. O, sosial bərabərsizliyə,
təbəqələşməyə şərait yaradır. Bazar, rəqabətin köməyilə ictimai istehsalı iqtisadi
cəhətdən qeyri-sabit, həyatda özünü doğrultmayan təsərrüfat vahidlərindən
təmizləyir, daha çox səmərə verən, təşəbbüskar, bacarıqlı, zirək təsərrüfat
vahidlərinə isə «yaşıl işıq» yandırır. Bunun nəticəsində iqtisadi vahidlər üzrə
ümumilikdə orta sabitlik səviyyəsi nəinki saxlanılır, hətta yüksəlir.
P. Samuelsonun tədqiqatlarına görə ABŞ-da bütün pərakəndə satış
mağazalarının 1/3 hissəsindən yarısına qədəri açıldıqdan sonrakı üç il ərzində öz
fəaliyyətini dayandırır. Kiçik biznesin orta ömür müddəti 6 ildən yuxarı həddi
aşmır, hətta bəzi hallarda iri firmalar da rəqabət mübarizəsində məğlub olurlar.
Aydın məsələdir ki, istehsalın və kapitalın ictimailəşdirilməsinin gücləndiyi bir
şəraitdə inhisarlaşdırma bazarın sağlamlaşdırma vəzifəsinin dəyişməsinə səbəb
olur.
Beləliklə, bazar çox mürəkkəb vəzifələri yerinə yeti-rir. Və bazar
münasibətlərinə geniş meydan verilməsinin nəticəsidir ki, inkişaf etmiş ölkələrin
iqtisadiyyatı dinamik inkişaf edir, istehlakçı bazarları fasiləsiz olaraq əmtəələrlə
doldurulur, mövcud ehtiyatlardan demək olar ki, səmərəli istifadə edilir.
KitabYurdu.az
42
3. Bazar sisteminin əsas cəhətləri, üstünlükləri və çatışmazlıqları.
Qərbin tanınmış iqtisadçıları R. Lipsin, P. Steynerin və D. Pervisin fikrincə
XX əsrin 30-cu illərində əmək və maddi vəsaitlərdən səmərəli istifadə edilməsi,
40-cı illərdə vəsaitin iqtisadiyyatın mülki və hərbi bölmələri arasında ən əlverişli
nisbətdə bölüşdürülməsi, 50-ci illərdə inflyasiyanın artmasının, 60-cı illərdə
iqtisadi yüksəlişin zəifləməsinin, 70-ci illərdə istehsalın aşağı düşməsi meylinin
qarşısının alınması, 80-ci illərdə dövlət büdcəsi kəsirinin aradan qaldırılması, 90-cı
illərdə dövlət borclarının azaldılması ilə əlaqədar problemlərin həll edilməsində
bazar münasibətləri çox böyük rol oynamışdır.
Odur ki, normal bazar sistemi yaratmaq üçün bu yeni iqtisadi sistemin əsas
cəhətlərini, üstünlükləri və çatışma-zlıqlarını nəzərdən keçirmək lazımdır. Yeni
iqtisadi sistemin əsas cəhətləri isə aşağıdakılardır:
– Mülkiyyətin çox böyük hissəsinin dövlətin tabeliyin-dən çıxarılması və onun
müxtəlif formalarından istifadə olunmaqla, onların arasında optimal nisbətin
yaradılması;
–Inzibati-amirlik idarəetmə metodlarından imtina edil-məsi və idarəetmənin
demokratikləşdirilməsi;
– Xarici iqtisadi əlaqələrdə bərabərhüquqlu əməkdaş-lığın həyata keçirilməsi;
–Istehsalın bütün subyektlərinin bərabərhüquqlu olması;
– Dövlətin, tənzimlənən bazar iqtisadiyyatına keçilməsi və onun səmərəli
fəaliyyət göstərməsini təmin edə bilən, keyfiyyətcə yeni rolunun formalaşması;
– Vətəndaşların sosial təminatı və sosial müdafiəsinə dair dəqiq sistem
yaradılmaqla, işçilərin sərbəst surətdə muzdla tutulması və işdən azad edilməsi
əsasında işçi qüvvəsi bazarının formalaşması;
– Sərbəst və tənzimlənən qiymətlərdən istifadə edilməsi;
– Ölkənin sosial-iqtisadi inkişafının stimullaşdırılma-sında mühüm rol
oynayan mütərəqqi vergi sisteminin yara-dılması;
– Müxtəlif səviyyələrdə büdcənin formalaşması və isti-fadə olunmasında yeni
prinsiplərin tətbiq edilməsi;
– Bank sisteminin təkmilləşdirilməsi əsasında tənzim-lənən pul tədavülü və
kredit siyasəti yeridilməsi;
- Əhalinin gəlirlərinin müntəzəm olaraq indeksləş-dirilməsi və s.
Lakin inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bazar iqtisadiyyatı ideal
deyildir. Bütün iqtisadi proseslər kimi onun da müəyyən üstünlükləri və
çatışmazlıqları vardır. Bazar sisteminin üstünlüklərinə aşağıdakılar aiddir.
Bazar:
1) Ehtiyatları, cəmiyyətə daha çox lazım olan əmtə-ələrin istehsalına
yönəltdiyi üçün onların səmərəli bölüşdü-rülməsinə təsir edir:
2) Mövcud olan məhdud miqdarda ehtiyatlardan daha çox məhsul istehsal
etməklə maksimum iqtisadi səmərə əldə edilməsinə imkan verir. Çünki məhsul
istehsalında ehtiyat-ların kombinə olunmasının səmərəli üsullarından istifadə
edilməsi, yeni, faydalı istehsal texnologiyasının işlənib ha-zırlanması və istehsalata
tətbiqinə şərait yaradır;
KitabYurdu.az
43
3)Informasiyaların məhdudluğu şəraitində belə, özünün səmərəli fəaliyyət
göstərməsini təmin edir. Bu zaman qiy-mətlər və istehsal xərcləri haqqında
məlumatların olması kifayətdir.
4) Çeviklik, dəyişən şəraitə uyğunlaşma qabiliyyəti for-malaşdırır. Məsələn,
keçən əsrin 70-ci illərində enerji daşıyı-cılarının qiymətləri artdıqda, bazar, ona
qarşı alternativ enerji mənbələrinin axtarılıb tapılması, ehtiyatlara qənaət-edici
texnologiyanın tətbiqi və enerji resurslarına qənaət rejiminin həyata keçirilməsinə
səbəb olmuşdur;
5)Elmi-texniki tədqiqatların nəticələrindən optimal isti-fadə olunmasına şərait
yaradır. Belə ki, əmtəə istehsalçıları daha çox mənfəət əldə etmək məqsədilə yeni
əmtəələr yara-dır, ən yeni texnologiyalardan istifadə edir, bu isə rəqiblər qarşısında
müvəqqəti üstünlük əldə etməyə imkan verir;
6) Çoxsaylı müxtəlif tələbatları ödəmək qabiliyyəti, əmtəə və xidmətlərin
keyfiyyətinin yaxşılaşdırılması, qeyri-tarazlıq hallarının daha tez təshih edilməsi
üçün şərait yaradır.
Göründüyü kimi, bazar sistemi müəyyən üstünlüklərə malik olması ilə
səciyyələnir, qıtlığın aradan qaldırılması, istehlak malları bazarının
normallaşdırılması, son nəticədə istehlakçıların tələbatlarının daha yaxşı
ödənilməsinə səbəb olur. Lakin bunlarla yanaşı, bazarın çatışmazlıqları da vardır.
Belə ki, bazar:
1) Təkrar istehsalı mümkün olmayan ehtiyatların saxlanılmasını təmin edə
bilmir;
2) Ətraf mühitin qorunmasının iqtisadi mexanizminə malik deyildir. Odur
ki, sahibkarları ekoloji baxımdan müxtəlif növ «təmiz» istehsalatların
yaradılmasına vəsait qoymağa yalnız qanunvericilik aktları məcbur edir;
3) Bütün insanlara məxsus olan – məsələn, okeanla-rın balıq sərvəti –
ehtiyatlardan istifadə olunmasını tənzim-ləmək iqtidarında deyildir;
4) Qəbul edilən qərarların mümkün olan mənfi nəticələrini nəzərə ala bilmir.
Məsələn, 1948-ci ildə Isveç kimyaçısı P. Müller kənd təsərrüfatı bitkilərinin
zərərve-ricilərinə qarşı mübarizə vasitəsi kimi DDT pesdisidinin kəşfinə görə
Nobel mükafatı almış, lakin 1960-cı ildə onun tərkibində canlı orqanizmin
konstrukturlarına təsir göstərən güclü zəhər olduğu aşkar edilmişdir;
5) Insanların əmək və gəlir əldə etmək hüquqlarına təminat vermir. Bu,
özünü onda göstərir ki, bazar iqtisadiy-yatı şəraitində işsizliyin «texnoloji»,
«struktur», «regional», «gizli» formaları meydana çıxır. Çünki bazar münasibətləri
şəraitində tam məşğulluq haqqında fikirləşmək nəzəri cəhətdən mənasız, əməli
cəhətdən isə qeyri-mümkündür. Ona görə də hər bir fərd özünün maddi
vəziyyətini dəyiş-dirmək üçün qərarlar qəbul etməlidir. P. Samuelsonun fik-rincə
bazar sistemi qeyri-bərabərliyi təkrar istehsal edir.
6) Fundamental elmi-tədqiqatların aparılmasını təmin etmir;
7) Sosial baxımdan bazar, cəmiyyət üçün zəruri olan əmtəələrin istehsalına
deyil, daha çox imkanı, pulu olan-ların tələbatının ödənilməsinə istiqamətləndirilmişdir.
Bunlarla yanaşı, bazar mexanizminə daxil edilməsi mümkün olmayan bir
sıra sosial-iqtisadi problemlər də vardır. Bunlardan biri ondan ibarətdir ki, bazar
KitabYurdu.az
44
münasibət-lərinin subyekti olan bəzi müəssisələrin fəaliyyəti cəmiyyətin digər
üzvlərinin rifahına təsir göstərə bilər. Bunlara istehsal fəaliyyəti nəticəsində ətraf
mühütin çirklənməsini, təsərrüfat dövriyyəsinə daha çox təbii resurslar cəlb
edildiyinə görə onların ehtiyatının tükənməsini, istehsalda meydana çıxan regional
və struktur uyğunsuzluqları misal göstərmək olar. Lakin qeyd etmək lazımdır ki,
bazar mexanizmi bu mənfi halları «bitərəfləşdirmək» iqtidarında deyildir. Ona
görə ki, bazar mexanizmi iqtisadiyyatı daim artan tədiyə qabiliyyətli tələbə doğru
istiqamətləndirir. Deməli, dövlət, bu prob-lemlərin həll edilməsini öz üzərinə
götürməli, meydana çıxan mənfi halları-zərərli texnologiyaların tətbiqini, əhalinin
sağlamlığı üçün təhlükəli olan əmtəə və xidmətlərin istehsa-lını və i. a. - qadağan
etməklə, onların inzibati yolla aradan qaldırılmasını təmin etməlidir. Bu qadağalara
məhəl
qoymayan şəxslər isə onların tətbiqi nəticəsində əldə edə biləcəkləri
səmərədən qat-qat çox olan məbləğdə cərimə-lənməlidir.
Lakin qeyd etmək lazımdır ki, dövlət bu sahədə tək-başına mübarizə
aparmamalıdır. Istehlakçıların hüquqlarını müdafiə edən çoxsaylı cəmiyyətlər,
azad mətbuat, nüfuzlu demokratik təşkilatlar dövlətə yaxından kömək etməlidirlər.
Bazar mexanizminə daxil edilməsi mümkün olmayan problemlərdən biri də
içtimai təlabatın ödənilməsidir. Müasir dövrdə belə problemlərin dairəsi olduqça
genişdir. Belə ki, bütün ölkələrdə milli müdafiə və təhsil, vahid ener-getika
sistemləri, dövləti idarəetmə aparatı mövcuddur. Burada söhbət ölkənin bütün
vətandaşlarının bərabər istifadə etdikləri əmtəə və xidmətlərdən getdiyinə görə
onla-ra «içtimai» və ya «kollektiv» əmtəələr deyilir. Bu əmtəə və xidmətlərin
istehsalını dövlət öz üzərinə götürməli, onu büdcə vəsaiti hesabına
maliyyələşdirməlidir. Dövlət, həm də bu zaman «içtimai»əmtəələrin mürəkkəb
quruluşa malik olduqlarını nəzərə almalıdır. Başqa sözlə, bu əmtəələrin bir hissəsi
(məsələn, milli müdafiə) ölkənin bütün əhalisi tərəfindən, bir hissəsi əhalinin bir
qismi (məsələn bu və ya digər regionda polis xidməti), bir hissəsi isə hər hansı bir
kiçik kollektiv tərəfindən(məsələn,hər hansı bir yaşayış məntəqəsinin bələdiyyəsi
tərəfindən göstərilən kommunal xidmətləri) «istehlak» edilir. Bütün bunlara əsasən
demək olar ki, «içtimai» əmtəələrə olan təlabatın ödənilməsi bazar mexanizminə
daxil edilməsi mümkün olmayan problemlərə aiddir.
Beləliklə, bazar iqtisadi sisteminin alternativi olmasa da, hələlik onun bir
sıra çatışmazlıqları və mənfi cəhətləri də vardır. Ona görə də inkişaf etmiş
ölkələrdə dövlət, bütün bunları nəzərə almaqla, bazarın yerinə yetirə bilmədiyi
vəzifələrin həyata keçirilməsini öz üzərinə götürür.
4. Bazar iqtisadi sistemi daxilində milli təsərrüfatın təşkilinin Azərbaycan
modeli.
XX əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyimizi bərpa etdikdən sonra
qurmağa başladığımız Azərbaycan cəmiyyətinin bazar iqtisadi sistemi daxilində
təsərrüfat təşkilinin modeli tarixi təcrübəmiz, coğrafi-iqtisadi mövqe-yimiz və
digər amillər nəzərə alınmaqla yaradılır. Bu məqsə-dlə tədriclə totalitar quruluşun
strukturları aradan qaldırı-lır, dinamik bazar iqtisadiyyatı – xarici dünyanın üzünə
KitabYurdu.az
45
açıq, çox böyük yanacaq və xammal ehtiyatlarına malik olan ölkəmizin nadir təbii
potensialından istifadə etməyə imkan verən iqtisadiyyat yaradılır.
Ölkəmiz dünya bazarında böyük tələbat olan məh-sullar istehsal etmək
imkanına malikdir və istehsal edir. Bunlar neft, qaz, neft məhsulları, kimya
məmulatı, yod, kauçuk, dəmir filizi, alüminium, neft mədən avadanlıqları, elektrik
cihazları, soyuducular, kondisionerlər və s.-dir.
Respublikamızda pambıqçılıq, üzümçülük, tərəvəzçi-lik, meyvəçilik,
tütünçülük, barama istehsalı, zəfərançılıq və s. kənd təsərrüfatının ənənəvi
sahələridir. Aqrar bölmənin xammal ehtiyatlarının emalı əsasında respublikada
yeyinti sənayesi formalaşmışdır. Parça, trikotaj, paltar, ayaqqabı, xalça, saxsı-çini
qab-qacaq və başqa məmulat istehsal edən yüngül sənaye respublikada iri əmtəə
istehsalçısıdır.
Yeni iqtisadi sistemin yaradılması prosesi əhalinin sosial məsələlərinin həlli
ilə bilavasitə əlaqədardır. Bu, onunla izah edilir ki, iqtisadi inkişafın hərəkətverici
amili sosial inkişafdır. Bu isə o deməkdir ki, iqtisadi inkişaf sosial inkişafla
qarşılıqlı əlaqə şəraitində həll edilməlidir.
Inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sosial, ekoloji, demoqrafik
vəziyyəti yaxşılaşdırmadan iqtisadiyya-tın tarazlı inkişafından danışmaq
olmaz. Odur ki, sosial vəziyyətin normallaşdırılması sahəsində elmi cəhətdən əsaslandırılmış tədbirlər hazırlanır və həyata keçirilir. Həm də qeyd etmək lazımdır ki,
bu zaman ölkənin malik olduğu ehtiyat, istehsal-texnoloji imkanlar, əhalinin
gəlirləri ilə yaşayış vasitələrinin dəyəri arasındakı nisbətin gözlənilməsi nəzərə
alınır. Bu deyilənlərdən aydın olur ki, bazar iqtisa-diyyatının formalaşması ilə
əlaqədar iqtisadi və sosial vəzi-fələr vəhdət halında yerinə yetirilir.
Indiyədək görülən tədbirlərin nəzərdən keçirilməsi və aparılan müşahidələrə
əsasən belə bir nəticə çıxarmaq olar ki, bazar iqtisadiyyatının Azərbaycan modeli
yaradılarkən zəngin tarixi keçmişə malik olan Azərbaycan xalqının əməksevərliyi,
Vətənə bağlılığı, xeyriyyəçilik ənənələrinə sədaqətliliyi, ölkəmizin əlverişli
coğrafi-iqtisadi mövqeyi və zəngin təbii sərvətlərə malik olması, sahibkarlıq üçün
sağ-lam mühitin yaradılması, əhalinin aztəminatlı hissəsinin mü-dafiəsi, kəskin
əmlak bərabərsizliyinə yol verilməməsi, milli gəlirin vergi mexanizmi vasitəsilə
yenidən bölgüsü və beləliklə də sosiallaşdırmanın həyata keçirilməsi, xırda və orta
müəssisələrə, fermer təsərrüfatlarına qayğı göstərilməsi, milli mənlik şüurunun
bərqərar olması, millətin mənafeyi-nin cəmiyyətin hər bir üzvünün mənafeyindən
üstün tutul-ması, perspektivli sahələrin inkişaf etdirilməsi imkanları nəzərə alınır.
Beləliklə, bütün bunları, habelə tarixi keçmişimizi, adət-ənənələrimizi,
iqtisadi və təbii imkanlarımızı nəzərə almaqla bazar iqtisadi sistemində təsərrüfat
təşkilinin Azər-baycan modelini aşağıdakı kimi səciyyələndirmək olar: “Azərbaycan Respublikasının bazar iqtisadiyyatına keçid şəraitində formalaşmaqda olan
milli təsərrüfat modeli sosiallaşdırma və demokratikləşdirmə tədbirləri əsasında
sahib-karlığı stimullaşdırmaqla, ölkənin malik olduğu təbii-iqtisadi potensialdan
səmərəli istifadə olunmasına, çevik vergi siyasəti yeritməklə əmlak bərabərsizilyinin azaldılmasına, xüsusi güzəştlər və yardımlar hesabına əhalinin aztəminatlı
hissəsinə qayğı göstərilməsinə, milli şüurun yüksək inkişaf səviyyəsinə, millətin
KitabYurdu.az
46
mənafeyinin üstün tütülmasına yönəldilmiş güclü sosial siyasətə əsaslanmaqla
yaradılır və onu sosial yönümlü bazar iqtisadiyyatı adlandırmaq olar”.
5. Bazarın tənzimlənməsi metodları.
Bazarın tənzimlənməsi metodlarını iki qrupa bölmək olar: 1) Dövlət
metodları; 2) Qeyri-dövlət metodları.
Dövlət, ictimai həyatın bütün sahələrinə təsir etmək-lə, müəyyən vəzifələri
yerinə yetirir. Bu, tamamilə cəmiyyə-tin iqtisadi həyatına da aiddir. Çünki dövlət
bir tərəfdən tələbatın ödənilməsi imkanlarını aşkara çıxarır, digər tərəfdən isə buna
nail olunmasının yolları və istiqamətlərini müəyyən edir.
Kapitalizmin inkaşafının ilk dövrlərində dövlətin iqtisadi rolu xüsusi
mülkiyyətin və bazar mexanizminin fəaliyyət göstərməsi üçün ümumi şərait
yaratmaqdan ibarət olmuşdur. Müasir dövrdə isə onun iqtisadi rolu əhəmiyyətli
dərəcədə dəyişmiş, daha da genişlənmiş və bu, bazar mexanizmi ilə iqtisadiyyatın
dövlət tərəfindən tənzimlən-məsinin culğalaşmasına gətirib çıxarmışdır.
Inkişaf etmiş kapitalist ölkələrində, dövlət, qanun-vericilik, vergi və pul
tədavülünü tənzimləmək, istehsal in-frastrukturunu yaratmaq kimi vəzifələri yerinə
yetirir. Onun müxtəlif siniflər və təbəqələr arasında ziddiyyətlərin «yumşaldılması» ilə əlaqədar yerinə yetirdiyi sosial vəzifəsini də xüsusi qeyd etmək
lazımdır. Həmin ölkələrdə dövlət, həmçinin bu və ya digər səbəbdən xüsusi
kapitalın tətbiq olunması sərfəli olmayan sahələrdə təsərrüfatçılığın həyata
keçirilmə-sini öhdəsinə götürür. Bu, birinci növbədə sosial sahələri – təhsil,
səhiyyə və s.–əhatə edir. Bundan başqa, dövlət, böyük məbləğdə kapital qoyuluşu
tələb edən işlərin yerinə yetiril-məsində də fəal iştirak edir.
Bütün bunların nəticəsində mülkiyyətin xüsusi for-ması – dövlət mülkiyyəti
və buna uyğun olaraq, təsərrüfat-çılığın ayrıca sahəsi – dövlət bölməsi formalaşır
və fəaliyyət göstərir. Müasir dövrdə dövlətin iqtisadi vəzifələri daha geniş miqyas
almışdır. P. Samuelson və V. Nordhausun fikrincə, müasir qarışıq iqtisadiyyat
şəraitində dövlətin əsas iqtisadi vəzifələri aşağıdakılardır: 1) Hüquqi və fiziki
şəxs-lərin iqtisadi fəaliyyətlərinə dair hüquqi əsasların yara-dılması; 2)
Makroiqtisadi sabitləşdirmə siyasəti yeridilməsi; 3) Iqtisadi səmərəliliyin
yüksəldilməsi üçün ehtiyatların yer-ləşdirilməsinə təsir göstərilməsi; 4) Gəlirlərin
bölüşdürül-məsinə təsiretmə proqramının işlənib hazırlanması.
Iqtisadi fəaliyyətlərin tənzimlənməsinə dair qanunve-ricilik aktları və
qaydalarının işlənib hazırlanması olduqca vacibdir və ona görə bu iş geniş miqyas
almışdır. XIX əsrin axırlarından etibarən dövlət hakimiyyəti möhkəmlənmiş,
ondan ümumi mənafelərin və bütövlükdə iqtisadi sistemin mühafizəsi üçün istifadə
olunmağa başlanmışdır.
Başlıca vəzifələrdən biri makroiqtisadiyyatın sabit-ləşdirilməsidir. Bununla
əlaqədar olaraq, dövlət sənaye tsik-lini yumşaltmaq, işsizliyin, inflyasiyanın
qarşısını almaq üçün konkret tədbirlər görür. Bu məqsədlə aşağıdakı metod-lardan
istifadə olunur: 1) Iqtisadiyyatın vergi-büdcə vasitə-silə tənzimlənməsi; 2)
Dövriyyədə olan pul kütləsini artırıb-azaltmaqla onun alıcılıq qabiliyyətinin
KitabYurdu.az
47
tənzimlənməsi. Bunlardan birincisinə fiskal siyasət, ikincisinə isə monetar
metod deyilir.
Bazar iqtisadiyyatı şəraitində pul və maliyyə-kredit sistemi xüsusi rol
oynayır. Bu sahədə dövlətin başlıca vəzifəsi çevik vergi, sözün əsl mənasında
düzgün kredit siyasəti yeritməkdən, ölkədə pul tədavülünü tənzimləmək-dən
ibarətdir. Dövlət, bütövlükdə cəmiyyətin mənafeyini ifadə etməklə, həm də
bazarda baş verən rəqabət nəticəsində istehsalçıların təbəqələşməsinə, bunun
təhlükəli şəkil almasına yol vermir. Bazarda rəqabəti «yumşaltmağın» dünya
təcrübəsində sınaqdan çıxmış və özünü doğrultmuş aşağıdakı metodlarını
göstərmək olar: 1) Böyük məbləğdə əldə edilən gəlirdən mütərəqqi normalarla
vergi tutulması;
2) Yaşayış minimumunu təmin edən məhsullara, xüsusilə də
uşaqlar üçün müxtəlif çeşidli və digər əmtəələrə aşağı qiymətlər müəyyən olunması; 3) Təkmilləşdirilmiş əmək qanunvericiliyinin (kadrların hazırlanması və
yenidən hazırlanması, yeni iş yerlərinin yaradılması, minimum əmək haqqı və
pensiya təminatına zəmanət verilməsi, qiymət- lərin səviyyəsi dəyişdikcə gəlirlərin
indeksləşdirilməsi, müvəqqəti işləməyən şəxslərə müavinət verilməsi və s. və i. a.)
olması.
Monetar üsulun mahiyyəti isə ondan ibarətdir ki, dövlət dövriyyəyə
əlavə pul buraxmaqla istehlakçıların alıcılıq qabiliyyyətini süni surətdə
artırır. Əhalinin alıcılıq qabiliiyyəti yüksəldikdə əmtəələrə olan tələb də artdığına
görə onlar bahalaşır. Bu isə istehsalın miqyasının genişləndirilməsi üçün stimul
yaradır. Bununla yanaşı, inflyasiya da güclənir. Odur ki, burada başlıca məsələ
inflyasiyanın dərinləşməsinə yol verməmək və onu müəyyən səviyyədə
saxlamaqdan ibarətdir. Dövlətin ən mühüm vəzifələrindən biri də ehtiyat-ların
sosial cəhətdən ədalətli bölüşdürülməsinə kömək etməkdir. Bu, dövlətin yeritdiyi
siyasətin makroiqtisadi tərə-fidir. Buraya sənaye, kənd təsərrüfatı və azad rəqabət
sahə-sində yeridilən siyasət, planlaşdırma və bəzi hallarda bölgü münasibətləri
daxildir.
Bazarın tənzimlənməsinə qeyri-dövlət metodları da təsir göstərir. Bu, satış
bazarları və qiymətlər haqqında razı-lığa gələn müxtəlif assosiasiyalar, habelə,
banklar, əmtəə və fond birjaları, yarmarkalar, topdansatış mərkəzləri, valyuta
auksionları, məlumat sistemləri və s. təşkilatların mövcud-luğu ilə əlaqədardır.
Bütün bunlara əsasən demək olar ki, bazar, iqtisadiyyatın normal fəaliyyət
göstərməsinin ayrılmaz tərkib hissəsi olduğuna görə onun tənzimlənməsi metodları
daim təkmilləşdirilir, bu məqsədlə qabaqcıl təcrübədən geniş istifadə olunur və
konkret şəraitdən asılı olaraq tədbirlər görülür.
KitabYurdu.az
48
Mövzu 6. Tələb və təklif. Bazar tarazlığı.( 4 saat)
Plan
1.Tələb və tədiyyə qabiliyyətlə tələb.Tələbə təsir göstərən amillər. Tələb qanunu.
2. Təklifin mahiyyəti və ona ona təsir edən amillər. Təklif qanunu.
3. Tələbin elastikliyi və ona təsir göstərən amillər.
4. Təklifin elastikliyi və ona təsir edən amillər. Bazar tarazlığı.
1.Tələb və tədiyyə qabiliyyətlə tələb.Tələbə təsir göstərən amillər. Tələb
qanunu.
Tələb tədiyə qabiliyyəti – alıcının özünə lazım olan şeyləri satın almaq üçün
ödəyə biləcəyi və ödəmək istədiyi pul məbləğinə, yaxud da müəyyən dövrdə hər
hansı bir qiymətə satın alınacaq əmtəə və xidmətlərin miqdarına deyilir. Deməli,
qiyməti nəzərə almadan tələbin müəyyən edilməsinə cəhd göstərilməsi
məntiqsizlik olardı. Çünki tələb hər şeydən əvvəl qiymətin dəyişməsi nəticəsində
dəyişir. Buradan belə nəticə çıxarmaq olar ki, əmtəə və xidmətlərin qiymətləri
aşağı düşdükdə eyni məbləğdə pula daha çox şey ala bildiyinə görə alıcı, qiymətlər
bahalaşdıqda isə əksinə, satıcı qazanır.
Deməli, tələb qiymətlərin səviyyəsindən bilavasitə asılıdır. Bu, heç kimdə
şübhə doğurmur. Digər tərəfdən tələbin qiymətdən asılı olması obyektiv iqtisadi
qanundur. Qiymətlərin ucuzlaşması isə tələbin artmasına deyil, əksinə, onun aşağı
KitabYurdu.az
49
düşməsinə gətirib çıxara bilər. Bu, onunla əlaqədardır ki, qiymətlər ucuzlaşdıqda,
insanlar gələcəkdə onun bir qədər də aşağı düşəcəyinə ümid edirlər. Deməli, tələbə
yenə də «gözlənilən qiymət» amili təsir edir. Sual olunur: istehlakçıların bu cür
davranışı tələb qanunu ilə bir araya sığırmı? Əlbəttə, sığır! Çünki qiymətlər nə
qədər aşağı olursa, tələb də bir o qədər yüksək olur. Lakin bu gün mövcud
qiymətlərlə satın alıb çox xərcləməkdənsə, sabah aşağı qiymətlərlə satın alıb, ailə
büdcəsinə qənaət etmək ideyası adamlara üstün gəlir.
Tələbin dəyişməsinə qiymət amili ilə yanaşı aşağıdakı qeyri-qiymət
amilləri də təsir edir: 1) Əhalinin pul gəlirlə-rinin dəyişməsi; 2) Əhalinin
tərkibində müəyyən dəyişiklik-lərin baş verməsi; 3) Eyni qiymətlərlə alınıb-satılan
əmtəələrin miqdarının necə deyərlər «alıcı gözləmələri» amilinin təsiri ilə dəyişməsi; 4) Bazarda bir-birini əvəz edən və ya bir-birini tamamlayan əmtəə və
xidmətlərin olub-olmaması, yaxud da onların qiymətlərinin dəyişməsi; 5)
Istehlakçıların subyektiv təsəvvürləri və zövqlərində müxtəlifliyin olması; 6)
Dövlətin iqtisadi siyasəti; 7) Reklamların təsiri ilə istehlakçıların zövqünün
dəyişməsi.
Əhalinin pul gəlirləri hər hansı bir səbəb nəticəsində artdıqda, hətta əmtəələrin
qiymətləri dəyişməz qaldıqda belə, satın alınan əmtəə və xidmətlər artır, əksinə
əhalinin gəlirləri azaldıqda, həmin qiymətlərlə satın alınan əmtəə və xidmətlərin
miqdarı azalır. Əhalinin qocalması, pensiyaçıların sayının artması onların
tərkibində dəyişikliklərin baş verməsinə gətirib çıxarır ki, bunlar da öz növbəsində
dər-man preparatlarına, tibbi xidmətə olan tələbin artmasına səbəb olur.
«Alıcı gözləmələri»nin dəyişməsi səbəbləri olduqca müxtəlifdir. Bunlara həm
iqtisadi (məsələn, inflyasiya), həm də qeyri-iqtisadi (məsələn, hava şəraiti,
bayramqabağı və mövsümi şərait və s.) amillər daxildir. Satın alınan əmtəə-lərin
qiymətlərindən bilavasitə asılı olmadan, göstərilən amillərin təsiri ilə
satınalmaların miqdarı ya arta, ya da azala bilər.
Qeyri-qiymət amillərinə bazarda bir-birini əvəz edən və ya bir-birini
tamamlayan əmtəə və xidmətlərin olub-olmaması da daxildir. Belə ki, bazarda
qoyun, quş, donuz əti olmadıqda, təbiidir ki, mal ətinə olan tələb artır. Əksinə,
bazarda ətin çeşidinin çox olması onlardan hər hansı birinə olan tələbin az
olmasına və deməli, onun qiymətinin aşağı düşməsinə səbəb olur. Istehlakçı
bazarında bir-birini tamamlayan əmtəələrə, məsələn, çay və ya qəhvə içərkən
istifadə olunan şəkər və digər şirniyyat növünü aid etmək olar.
Əmtəələrə olan tələbin dəyişməsinə dövlətin iqtisadi siyasəti də təsir edir.
Məsələn, əhalinin aztəminatlı hissəsinə verilən müavinətlərin artırılması onların
istehlak etdikləri əmtəə və xidmətlərə olan tələbin artmasına səbəb olur.
Bu və ya digər məhsula olan tələbin artmasına televizi-ya və kütləvi
informasiya vasitələrində gedən reklamlar da təsir edir.
Bütün bunları ümumiləşdirərək belə bir nəticəyə gəl-mək olar ki, çox
cazibədar anlayış olan tələb, özündə sevinc və kədəri, fayda və faciəni əks etdirir.
Çünki tələbin artıb-azalması iqtisadiyyatda struktur dəyişikliklərinə gətirib çıxara,
tələbatın ödənilməsi isə istehsalın artımını stimullaş-dıra və qiymətlərin
bahalaşmasının qarşısını ala bilər. Bütün bunlara əsasən tələbi iqtisadiyyatın
«ürəyi» adlandırmaq olar.
KitabYurdu.az
50
Tələblə təlabatı bir-birindən fərqləndirmək lazımdır. Tələbat hər bir
fərdin mədəni səviyyəsinə xas olan və onun xarakterinə yüğun gələn formaya
düşmüş ehtiyacıdır. Tələbat öz ifadəsini ehtiyacı ödəyə biləcək obyektlərdə tapır.
Cəmiyyət inkişaf etdikcə, insanların tələbatları da artır. Bu, onların çoxsaylı
obyektlərlə rastlaşmaları ilə əlaqədardır. Başqa sözlə, əmtəə istehsalçıları sanki öz
təşəbbüsləri ilə cəmiyyət üzvlərinin onlara lazım olan məhsullarla təmin olunması
qayğısına qalır. Bütün istehlakçılar isə onların faydalılıq dərəcəsinə qiymət
verilməsində sərbəst surətdə iştirak edirlər. Onlar əllərində olan pula-manata,
dollara, avroya və i.a.-özlərinə lazım olan əmtəələri satın almaqla, həmin
məhsulların içtimai faydalılığına bir növ «səs» vermiş olurlar. Bununla da hər bir
əmtəə üçün istehlak dairəsinə ya yol açılır, ya da bu yol bağlanır. Bu isə
istehsalçıların gəlir-lərində müxtəlifliyə səbəb olur.
Tələbat sonsuz, onların ödənilməsi mənbələri isə məh-dud olduğuna görə (bəzi
çox böyuk imkana malik olan şəxs-lər istisna olmaqla) istehlakçılar özləri üçün elə
əmtəələri seçməlidirlər ki, bunlar onların alıcılıq imkanlarına uyğun gəlsin. Bütün
bunlar onu göstərir ki, tələb və tələbat müxtə-lif anlayışlardır. Daha doğrusu, tələb
alıcılıq qabiliyyətinə uyğun gələn tələbatdır.
Beləliklə, bazarda tələb qanunu fəaliyyət göstərir. Bu qanun tələb və qiymət
arasında aşağıdakı funksional asılılığı ifadə edir: əmtəə və xidmətlərin qiymətləri
nə qədər yüksək olarsa ona olan tələb də bir o qədər az olur. Başqa sözlə, digər
şərtlər sabit qalmaqla, əmtəə və xidmətlərə olan tələb qiymətlərdən asılı olaraq
dəyişir və deməli, bunların arasında tərsmütənasiblik vardır. Bu: 1) Qiymətlər
aşağı ol-duqda alıcının daha çox əmtəə almaq istəyinin olması (gəlir-lərin
səmərəliliyi); 2) Hər hansı bir və ya bir neçə əmtəənin qiymətinin dəyişməsi
(bahalaşması və ya ucuzlaşması) digər əmtəələrin də qiymətlərinin dəyişməsi
(bahalaşması və ya ucuzlaşması) və bununla əlaqədar olaraq onların satın alınmasının daha sərfəli olması (əvəzedicinin səmərəliliyi) ilə əlaqədardır.
Qiymətlərin qalxacağı barədə əhali arasında ajiotaj vəziyyət yarandıqda, qızıl,
qiymətli daş-qaş, əntiq malların satın alınmasına meyl, habelə, keyfiyyəti yüksək
və daha qiymətli əmtəələrə tələb artdıqda tələb qanunu fəaliyyət göstərmir.
Məsələn, tutaq ki, marqarinə olan tələb azalıb, kərə yağa olan tələb isə artıb, başqa
sözlə, tələb marqarindən kərə yağa «keçib». Sual olunur: bu o deməkdirmi ki,
satıcı marqarinin qiymətini aşağı salmaqla ona olan tələbi artıra bilər. Əlbəttə, yox!
Çünki kərə yağa olan tələbin artmasına digər qeyri-qiymət amilləri də təsir edir.
Deməli, marqarinin qiymətinin aşağı salınması ona olan tələbin artmasına doğru
aparmır. Lakin bunu qiymətli şeylərə şamil etmək olmaz.
2. Təklifin mahiyyəti və ona təsir edən amillər. Təklif qanunu.
Bazar iqtisadiyyatının təhlilinə tələbin aydınlaşdırılma-sından başlanması
tamamilə qanunauyğundur. Çünki tələb hər bir şəxs üçün doğma və ən yaxın
anlayışdır. Lakin əmtəələri istehsalçılar yaradır və istehlakçılara onlar təqdim
(təklif) edirlər.
KitabYurdu.az
51
Təklif – istehsalçıların müəyyən dövrdə, hər hansı qiy-mətlərlə satmaq
üçün hazırladıqları və satmaq istədikləri əmtəə və xidmətlərin miqdarı və ya
onların toplusudur.
Təklifin qiymətlərə təsiri onunla izah edilir ki, bir tərəf-dən qiymətlər
yüksəldikdə firmalar ehtiyatda saxladıqları maddi resursları və tez bir zamanda
istismara verilməsi mümkün olan istehsal güclərini işə salır və bununla da həmin
sahədə məhsul istehsalının armasına şərait yaradırlar. Digər tərəfdən, qiymətlər
uzun müddət ərzində fasiləsiz və sabit şəkildə yüksəldikdə iqtisadiyyatın başqa
sahələrində fəaliyyət göstərən bəzi istehsalçılar da bu sahəyə gəlirlər ki, bu da
həmin sahədə məhsul istehsalının və deməli, təklifin artmasına səbəb olur. Lakin
qısa müddətli dövrdə bu mümkün olmur. Çünki bu dövrdə onların istehsalı artırmaq üçün ehtiyatları (məsələn, tutaq ki, mövcud avadanlıqlar üç növbədə tam gücü
ilə işləyir) və imkanları (əlavə işçi qüvvəsinin muzdla tutulması da daxil olmaqla
istehsal güclərinin genişləndirilməsi imkanları) olmaya bilər. Tələb kimi təklif də
aşağıdakı qeyri-qiymət amillərinin təsiri ilə dəyişə bilər: 1) Texniki
yeniliklərdən istifadə olunması, ehtiyatların, vergi siyasətinin, istehsal amilləri
qiymətlərinin dəyişməsi nəticəsində istehsal xərclə-rinin dəyişməsi; 2) Bazara yeni
firmaların gəlməsi. Bu, qiymətdən asılı olmayaraq təklifi artırır; 3) Başqa əmtəələrin qiymətlərinin dəyişməsi. Bu, ehtiyatların və firmaların həmin sahədən çıxıb
getmələrinə, bu isə öz növbəsində təkli-fin azalmasına səbəb olur; 4) Təbii
fəlakətlərin, siyasi hərə-katların, iqtisadiyyatı dağıdan, ölkəni xarabazarlıqlara
çevirən müharibələrin olması; 5) Tələbin, qiymətin, gəlir-lərin və s-in
dinamikasına dair satıcıların proqnozları; 6) satıcıların sayının dəyişməsi – bütün
bunlar təklifi azaldır.
Tələb kimi təklif də bazar iqtisadiyyatı subyektləri-nin fəaliyyət göstərdikləri
müstəqil sferadır. Onların dav-ranış qaydalarının düzgün başa düşülməsi bazar
qiymətləri ilə təklif arasındakı əlaqəni təhlil etməyə imkan verir.
Tələb və
təklifin qarşılıqlı fəaliyyəti nəticəsində bazar qiymətləri əmələ gəlir. Bunlar
bir-birinə bərabər olduqda əmələ gələn qiymət tarazlıq (tənləşmə,
müvazinətlik) qiyməti adlanır. Yalnız tələb və təklifin kəsişmə nöqtəsində əmələ
gələn qiymətlər həm alıcını, həm də satıcını təmin edə bilər. Bunlara uyğun olaraq
demək olar ki, bazar qiymətlərinin əmələ gəlməsinin aşağıdakı qanunları fəaliyyət
göstərir: 1) Qiymətlər tələb və təklifin bir-birinə bərabər olduğu səviy-yəyə –
kəsişmə nöqtəsinə doğru hərəkət edir; 2) Qeyri -qiymət amillərinin təsiri ilə tələb
sabit qalmaqla təklif azalarsa, yaxud da təklif sabit qalmaqla tələb artarsa, onda
qiymətlər yüksəlir, əksinə, təklif sabit qalmaqla tələb aza-larsa və ya tələb sabit
qalmaqla təklif artarsa qiymətlər aşağı düşür.
Azad rəqabət şəraitində, bazar qanunlarının təsiri ilə qiymətlər öz-özünə
tarazlaşır. Lakin bu, ya inhisarların yeritdikləri qiymət siyasətinin təsiri ilə, yaxud
da qiymətlərin dövlət tərəfindən ixtiyari üsulla tarazlıq nöqtəsindən aşağı və yuxarı
müəyyən edilməsi ilə pozula bilər.
Tarazlıq qiymətləri həm alıcını, həm də satıcını razı salır. Satıcı sata bilmədiyi,
alıcı isə ala bilmədiyi üçün şika-yətlənmir.
Beləliklə, bazarda tələb qanunu ilə yanaşı, həm də təklif qanunu fəaliyyət
göstərir. Bu qanun, təkliflə qiymət arasın-da aşağıdakı funksional asılılığın
KitabYurdu.az
52
olduğunu göstərir: qiymət-lər nə qədər yüksək olarsa, təklif də bir o qədər yüksək
olur. Deməli, qiymətlə təklif arasında düzmütənasiblik vardır. Təklif qanununa
görə digər şərtlər sabit qalmaqla təklifin dəyişməsi qiymətlərin dəyişməsindən
bilavasitə asılıdır. Başqa sözlə, istehsalçılar bazara qiymətlər artdıqda çox, aşağı
düşdükdə isə az əmtəə və xidmətlər çıxarırlar.
Tələb və təklif qanunlarının, habelə tarazlıq qiymətləri-nin əmələ gəlməsi
prinsiplərinin nəzərdən keçirilməsi aşağı-dakı nəticələri çıxarmağa imkan verir:
1) Bazar münasibətləri şəraitində həm satıcıların, həm də alıcıların
mənafelərinin əlaqələndirilməsini təmin edən mexanizm fəaliyyət göstərir.
2) Bazarda formalaşmış və mövcud olan tarazlığı pozan hər hansı bir hadisə,
məsələn, istehlakçıların zövqünün və buna uyğun olaraq tələbin dəyişməsi baş
verirsə, onda:
- Istehsalçı firmalar bazar şəraitinin dəyişməsinə dərhal münasibət bildirirlər və
deməli, tələbin artması həmin məhsulun qiymətinin yüksəlməsinə gətirib çıxarır.
Çünki tələb istehsalçılara öz səylərini hansı istiqamətə yönəltməyi «məsləhət
görür»;
- Istehsalçıların və alıcıların yeni şəraitə uyğunlaşmaları prosesi başlayır,
bunun nəticəsində yeni bazar qiyməti və istehsalın yeni həcmi formalaşır.
3) Bütün bunlar inandırıcı surətdə göstərir ki, bazar mü-nasibətlərinə əsaslanan
iqtisadi sistem inzibati-amirlik me-todlarına əsaslanan iqtisadi sistemə nisbətən
daha səmərə-lidir və müəyyən üstünlüklərə malikdir.
3. Tələbin elastikliyi və ona təsir edən amillər.
Firmalar istehsal etdikləri məhsulların miqdarını və onların quruluşunu
planlaşdırarkən hökmən həmin məhsullara olan tələbin hansı amillərdən asılı
olduğunu nəzərə almalıdırlar.
Əvəzedici məhsullar istehsal edən və onları nisbətən aşağı qiymətlərlə satan
firmaların fəallığının artması, habelə məhsulların qiymətlərinin yüksəlməsi
nəticəsində digər şərtlər sabit qalmaqla, əmtəə və xidmətlərə olan tələbin azalması,
firmaların buraxdıqları məhsullara olan tələbin ümumiyyətlə azalmasına gətirib
çıxara bilər.
Lakin təkcə tələbin istiqamətinin yox, həm də kəmiy-yətinin öyrənilməsi
olduqca böyük əhəmiyyətə malikdir. Bir kəmiyyətin başqa bir kəmiyyətin
dəyişməsinə təsiretmə reaksiyasının ölçüsünə, yaxud da başqa bir kəmiyyətin
dəyişməsinə təsir edən kəmiyyətin təsir reaksiyasına elastiklik deyilir.
Fikrimizi bir qədər də sadələşdirsək, deyə bilərik ki, elastiklik dedikdə hər hansı
bir iqtisadi kəmiyyətin 1% dəyişməsinin başqa bir iqtisadi kəmiyyətin neçə faiz
dəyişməsinə səbəb olacağı nəzərdə tutulur. Buna tələbin qiymətə görə elastikliyi,
yaxud da tələbin qiymət elastikliyi deyilir.
Qiyməti P, tələbin kəmiyyətini Q ilə işarə etsək, tələbin qiymətə görə
elastikliyinin düsturunu aşağıdakı kimi yazmaq olar:
Ep = Q : P
KitabYurdu.az
53
Burada: Q-tələbin kəmiyyətinin dəyişməsini, (%-lə); P-qiymətlərin
dəyişməsini, (%-lə); P-indekslər sistemində elastikliyin qiymətlərə görə nəzərdən
keçirildiyini göstərir; Ep-tələbin qiymətə görə elastikliyidir.
Qeyd etmək lazımdır ki, bütün əmtəələr üçün təbii qiymətə görə elastiklik
əmsalı mənfi kəmiyyətdir. Bunu belə bir faktdan aydın görmək olar ki, adətən
əmtəələrin qiymətləri aşağı düşdükdə onlara olan tələb artır və əksinə, qiymətlər
bahalandıqda tələb azalır.. Məsələn, əgər «OMO» yuyucu tozunun qiymətinin 5%
aşağı salınması, ona olan tələbin 10% artmasına səbəb olmuşdursa, elastiklik göstəricisi (əmsalı) mənfi 2-yə bərabər olur. Yəni:
Ep 
10
 2;
5
Ep  2
Tələbin qiymətə görə elastikliyi göstəricisinin mütləq kəmiyyəti 1-dən
böyük olduqda, bu, nisbi elastiklik tələbi və ya tələbin nisbi elastikliyi adlanır.
Başqa sözlə, bu o deməkdir ki, qiymətlərin dəyişməsi tələbin kəmiyyətində böyük
dəyşikliklərə gətirib çıxarır.
Elastiklik əmsalı 1-ə bərabər olduqda buna fərdi elastiklik deyilir və söhbət
yeganə elastiklikdən gedir. Bu zaman da qiymətlərin dəyişməsi tələbin
kəmiyyətinin dəyişməsinə gətirib çıxarır. Burada çox mühüm olan iki halı nəzərə
almaq lazımdır. Birinci halda, alıcıların əmtəələri satın aldıqları yalnız bir qiymət
mövcud ola bilər. Bu zaman qiymətin istənilən qədər qaldırılması və ya aşağı
salınması alıcını həmin əmtəələri satın almaqdan imtina etməyə, yaxud da tələbin
qeyri-məhdud artmasına gətirib çıxarır. Bu zaman tələb mütləq mənada elastikdir
və həm də elastiklik göstəricisi sonsuzdur. Məsələn, şəhər bazarlarında ayrı-ayrı
şəxslər tərəfindən satılan pomidor mütləq elastikliyə malikdir. Lakin pomidora
olan bazar tələbi qeyri-elastikdir. Ikinci hal mütləq mənada elastik olmayan tələbə
aiddir, yəni qiymətlərin dəyişməsi öz əksini tələbin kəmiyyətində tapır. Buna
xəstənin yan keçə bilmədiyi ayrı-ayrı dərman növlərinə olan tələbi misal
göstərmək olar.
Bəs, tələbin qiymətlərə görə elastikliyi necə ölçülür? Bunun üçün tələbin
kəmiyyətinin dəyişməsinin (faizlə) qiymətlərin dəyişməsinə (faizlə) olan nisbətini
müəyyən etmək lazımdır.
Ep 
Q P Q P
:


Q P
P Q
Buradan aydın olur ki, elastiklik əmsalı təkcə əmtəələrin qiymətlərinin, onların
həcminin və aralarındakı nisbətin dəyişməsindən (tutaq ki, artmasından) deyil, həm
də faktiki qiymətlərindən asılıdır.
Tələbin elastikliyinə müxtəlif amillər təsir edir ki, bunlardan biri də bazarda
əvəzedicilərin olmasıdır. Bazarda eyni tələbatı ödəyən müxtəlif məhsullardan nə
qədər çox olarsa, alıcının qiyməti elastiklik qiymətindən yüksək olan məhsulların
hər hansı birindən imtina etmək imkanı da bir o qədər yüksək olur.
Tələbin qiymətə görə elastikliyinə təsir edən başlıca amillərdən biri də vaxt
amilidir. Qeyd etmək lazımdır ki, uzunmüddətli dövrə nisbətən qısa müddətli dövr
elastikliyə az meyllidir. .
KitabYurdu.az
54
Tələbin elastikliyindəki fərq, həmçinin istehlakçı üçün hər hansı bir əmtəənin
əhəmiyyətlilik dərəcəsi ilə izah olunur. Belə ki, ən zəruri tələbat malları üçün tələb
elastik deyildir, istehlakçının həyatında başlıca rol oynamayan məhsullara olan
tələb isə adətən elastikdir.İqtisad elmində qarşılıqlı elastiklik anlayışı da vardır.
Bu göstəricidən hər hansı bir əmtəənin qiymətinin dəyişməsinin başqa bir əmtəəyə
olan tələbin dəyişməsinə təsirini müəyyən etmək üçün istifadə olunur.
Qarşılıqlı elastiklik əmsalının əhəmiyyəti nəzərdən keçi-rilən hansı məhsulların
bir-birini qarşılıqlı surətdə tamam-laması və ya əvəz etməsindən asılıdır.
Əmtəələr bir-birini əvəz edəndirlərsə, qarşılıqlı elastik-lik əmsalı müsbət işarəli
olur. Məsələn, kərə yağın qiyməti-nin bahalanması marqarinə olan tələbin
artmasına, təndir çörəyinin qiymətinin aşağı düşməsi, çörəyin digər növlərinə olan
tələbin azalmasına gətirib çıxarır.
Elastikliyi qiymətləndirmək üçün təkcə qiymət deyil, başqa iqtisadi dəyişənlər
də seçilə bilər. Belə iqtisadi dəyişənlərdən biri gəlirlərdir. Gəlirlərə görə elastiklik
əmtəəyə olan tələbin dəyişməsinin istehlakçıların gəlirlərinin dəyişməsinə olan
nisbəti kimi hesablanır.
Bu göstəricidən istifadə etməklə, hər hansı bir əmtəənin normal (gəlirlərin
artması tələbin artmasına səbəb olduqda) və ya aşağı (gəlirlərin azalması tələbin
azalmasına səbəb olduqda) əmtəələr kateqoriyasına aid olduğunu müəyyənləşdirmək olur.
4. Təklifin elastikliyi və ona təsir edən amillər. Bazar tarazlığı.
Təklifin qiymətə görə elastikliyi də tələbin qiymətə görə elastikliyi kimi
hesablanır. Fərq yalnız ondandır ki, tələbin kəmiyyəti əvəzinə təklifin kəmiyyəti
götürülür.
Təklif istehsal prosesinin dəyişməsi ilə əlaqədar oldu-ğuna görə o, tələbə
nisbətən qiymətlərin dəyişməsinə ləng uyğunlaşır. Ona görə də elastiklik
göstəricisi müəyyən olunanda vaxt amili əsas götürülür. Təklifin elastikliyi
qiymətləndirildikdə adətən üç müvəqqəti dövr-qısa müddətli, orta müddətli, uzun
müddətli – nəzərdən keçirilir.
Qısa müddətli dövr dedikdə məhsul buraxılışının həcmində hər hansı bir
dəyişikliyin aparılmasının mümkün olmadığı dövr nəzərdə tutulur. Məsələn, alma
yetişdirən və onu bazara satmağa gətirən bağban, bazarda hansı qiymətin
formalaşmasından asılı olmayaraq, təklif etdiyi məhsulun miqdarını dəyişdiyinə
görə, təklif elastik deyildir. Orta müddət mövcud istehsal gücləri əsasında
istehsalın miqyasının genişləndirilməsi və ya ixtisar edilməsinin mümkün olduğu,
lakin yeni istehsal güclərinin işə salınmasının mümkün olmadığı dövrdür. Bu
dövrdə təklifin elastikliyi nisbətən artır.
Uzunmüddətli dövrdə firmalar özlərinin istehsal gücləri-nin genişləndirilməsi
və ya ixtisar edilməsi üçün kifayət qə-dər imkana malik olurlar, habelə
uzunmüddətli dövrdə tələb artdıqda bu sahəyə yeni firmalar gəlir, tələb azaldıqda
isə bəzi firmalar bu sahədən çıxıb gedirlər. Bu dövrdə təklifin elastikliyi əvvəlki iki
dövrə nisbətən daha yüksək olur.
KitabYurdu.az
55
Beləliklə, tələb və təklifin elastikliyi nəzəriyyəsinin çox böyük nəzəri və
praktik əhəmiyyəti vardır. Bunu konkret misalla nümayiş etdirmək olar. Məlum
olduğu kimi firmalarda (müəssisələrdə) istehsal xərclərinin artması onları,
buraxdıqları məhsulların qiymətlərini qaldırmağa məcbur edir.
Firmalar, onların istehsal etdikləri məhsullara olan tələbin elastikliyi ilə bazar
tələbinin elastikliyinin bir-birinə uyğun gəlməsində maraqlıdırlar. Firma bazarda
mütləq mənada inhisara malik olmadıqda birinci ikincidən yüksək olur. Lakin
firmanın məhsullarına olan tələbin qiymətə görə elastikliyini hesablamaq olduqca
mürəkkəbdir. Çünki firma öz məhsullarının qiymətini qaldırdıqda və ya aşağı
saldıqda rəqiblərin buna münasibətini də nəzərə almalıdır. Bu zaman riyazi
modellərdən, yaxud da firmaların rəhbərlərinin təcrübəsindən istifadə olunması
məqsədəuyğundur.
Firmalar qiymət haqqında qərar qəbul edərkən təkcə bazar tələbinin elastikliyi
haqqındakı məlumatlara istinad etdikdə, qiymətlərin qaldırılmasının təsiri ilə
məhsulların satışından “əmələ gələn” itki gözlənildiyindən daha çox olur.
Tələbin elastikliyi firmaların qiymət siyasətinə təsir göstərən başlıca
amillərdəndir. Bunu aşağıdakı misalla izah edək: tutaq ki, hər hansı bir firma 100
mənzilli bina tikdirmişdir və mənzillərin hansı qiymətlə satılması haqqında qərar
qəbul etməlidir. Bu zaman belə bir cəhət nəzərə alınmalıdır ki, cari təmir
xərclərindən başqa, tikintiyə və istismara sərf olunan xərclər əslində neçə mənzilin
istifadəyə verilməsindən asılı deyildir.
Firma mənzilə olan tələbi və elastikliyi bildikdə daha çox gəlir əldə etmək üçün
bu mənzilləri hansı qiymətlə istifa-dəyə verəcəyini asanlıqla müəyyən edir. Hətta
mənzillərin bir hissəsi istifadəçilərə verilmədikdə belə, maksimum gəlir əldə
olunması təmin edilir. Fikrimizi davam etdirək, deyək ki, aylıq icarə haqqı 200
manat olmaqla tələbin qiymətə görə elastikliyi vahidə bərabərdir və icarədən daxil
olan məbləğ daha çoxdur. Lakin bu qiymətlə istifadəçilərə 100 deyil, yalnız 80
mənzil verilə bilər. Firma icarə haqqını 200 manatdan aşağı müəyyən etdikdə qalan
20 mənzilə də istifa-dəçilər tərəfindən maraq arta, lakin əldə olunan ümumi məbləğ
azala bilər. Elastiklik nəzəriyyəsindən təcrübədə istifadə olunmasının ikinci tipik
nümunəsi kimi dövlətin vergi siyasətini göstərmək olar. Dövlət dolayı vergilərdən
istifadə etməklə iqtisadiyyatda ehtiyatları yenidən bölmək, büdcəyə daxilolmaları
artırmaq, aztəminatlı ailələrin vəziy-yətini yaxşılaşdırmaq, istehsal və sosial
infrastrukturu inki-şaf etdirmək və s. vəzifələri qarşısına qoyur. Lakin əmtəə və
xidmətlərin ayrı-ayrı növləri üçün müəyyən olunan vergilər tələb və təklifin
elastikliyindən asılı olaraq istehsalçı və is-tehlakçılarda müxtəlif reaksiyalara səbəb
olur. Belə ki, vergi istehsal nəzərə alınmaqla müəyyən olunduqda, istehsalçı
qiymətləri qaldıra bilər. Lakin nə qədər? Vergi qədərmi? Əlbəttə, yox! Buna
istənilən ixtiyari cavabı vermək olmaz. Ona görə ki, istehsalçı bazar iqtisadiyyatı
şəraitində qiymətləri vergi qədər qaldıra, yaxud da tarazlıq qiymətin-dən yüksək
qiymət müəyyən edə bilməz. Çünki belə olduq-da, istər-istəməz rəqabət mübarizəsi
onu bazardan çıxıb get-məyə məcbur edəcəkdir. Bu zaman yeganə çıxış yolu qiymətlərin tarazlıq qiymətləri səviyyəsinədək qaldırılmasıdır.
Tələb elastik olduqda istehsalçı daha çox itirir, vergi yükü onun üzərinə düşür.
Tələb elastik olmadıqda isə vergi yükü istehlakçının üzərinə düşür və verginin
KitabYurdu.az
56
mütləq kəmiyyəti yüksək olur. Tələbin elastik olmadığı əmtəələrə, siqaret,
alkaqollu içkilər və s. dövlət tərəfindən aksiz və digər dolayı vergilərin qoyulması
da bununla əlaqədardır.
Təklif elastik olduqda vergi yükü əsas etibarilə isteh-lakçının üzərinə
düşür. Qiymətlərin artımı və istehsalın həc-minin azalması daha çox
müşahidə olunur. Təklif elastik olmadıqda isə deyilənlərin əksi müşahidə
edilir.
KitabYurdu.az
57
Mövzu 7. Bazar infrastrukturu.( 2 saat)
Plan
1. Infrastruktur anlayışı, onun növləri və bazarın normal fəaliyyət göstərməsində
rolu.
2. Birjanın mahiyyəti və növləri.
3. Birja sövdələşmələri və onların növləri.
4. Lizinq şirkətləri və bazar iqtisadiyyatı şəraitində onların rolu.
5. Yarmarka və auksionlar.
6. Bazar infrastrukturunun qeyri- hökumət təsisatları.
1. Infrastruktur anlayışı, onun növləri və
göstərməsində rolu.
bazarın normal fəaliyyət
Iqtisadiyyat iki böyük sahəyə ayrılır: 1) Istehsal sahələri, 2) Qeyri-istehsal
(sosial) sahələri.
Istehsal sahələrinə sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı, tikinti, yük
nəqliyyatı, ticarət, iaşə şəbəkəsi və s., qeyri-istehsal sahələrinə isə mənzilkommunal təsərrüfatı, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, incəsənət və s.
aiddir. Göründüyü kimi, istehsal sahələrinin hamısı eyni vəzifələri yerinə yetirmir,
bunlardan bəziləri nemətlərin istehsalı ilə bilavasitə məşğul olduqları halda,
digərləri həmin sahələrin fəaliyyət göstərməsi üçün şərait yaradır, onlara xidmət
edirlər. Qeyri-istehsal sahələri də yerinə yetirdikləri funksiyalara görə xidmət
sahələrinə aid edilir. Odur ki, bütün bunları nəzərə almaqla istehsal və sosial
infrastrukturları1 bir-birindən fərqləndirmək, bunun üçün isə ilk əvvəl, bu anlayışın
mahiyyətini aydınlaşdırmaq lazımdır. Infrastruktur dedikdə, fəaliyyətdə olan
struktur-lara xidmət göstərən müəssisə və sahələrin toplusu nəzərdə tutulur.
Istehsal infrastrukturu – istehsal sahələrinə bilavasitə xidmət edən
müəssisə və sahələrin toplusudur. Bunlara yük nəqliyyatı, istehsalata xidmət
edən rabitə, energetika sistemi və s. daxildir. Ticarət infrastrukturu da vardır. Bu,
özundə anbar və soyuducu təsərrüfatlarını, xalq istehlakı mallarının
reallaşdırılmasını həyata keçirən və ya onları hazırlayan mağazaları, iaşə
müəssisələrini birləşdirir.
Bazar infrastrukturu yaradılarkən, hər şeydən əvvəl, bu təsisatların
formalaşması üçün hüquqi baza hazırlanır, onların fəaliyyətinə
qanunvericiliklə nəzarət edilir. Və bazar münasibətlərinin inkişaf etdiyi ölkələrin
təcrübəsi sübut edir ki, dövlət, bazarın tənzimlənməsinə təsir göstərə bilər və
göstərir.
KitabYurdu.az
58
Bazar infrastrukturunun başlıca tərkib ünsürlərindən biri banklardır.2 Onun
formalaşmasında həm dövlətə məx-sus olan, həm də xüsusi kommersiya bankları
çox mühüm rol oynayırlar.
Kommersiya bankları alqı-satqı sahəsində əsil müs-təqilliyə malikdirlər və
sahibkarlıq fəaliyyətinə məqsədyönlü xidmət göstərirlər. Bu banklar üçün
sahibkarlığın bütün cəhətləri – təşəbbüskarlıq, təsərrüfat vərdişləri, ağıllı risk,
maddi maraq və s. xasdır. Məsələn, hər hansı bir məhsuldar ideyanın sahibi bu və
ya digər kommersiya bankına müraciət etdikdə, bank tez bir zamanda həmin
ideyanın eksper-tizasını keçirir, müsbət nəticə əldə edildikdə, onu maliyyələşdirməyi qərara alır. Bununla birlikdə, bank həmin ideya-nın həyata
keçirilməsinə razılıq verən firmanın axtarılması və tapılmasına da köməklik
göstərir.
Kommersiya bankları müxtəlif bazar subyektlərinə (firmalara, əhaliyə və s.)
bu və ya digər işləri yerinə yetirmək üçün müddətli kredit verirlər. Belə banklar,
bəzi ölkələrdə qiymətli kağızların alverini təşkil edir, dividendlərin və faizlərin
verilməsi ilə də məşğul olurlar.
Inkişaf etmiş bazar iqtisadiyyatının fərqləndirici cəhətlərindən biri də
müstəqil məsləhətçi, audit və treninq təsisatlarının (müəssisələrinin) timsalında
iqtisadiyyat və idarəetmə sahəsində xidmət göstərən peşəkarlardan ibarət bölmənin
mövcud olmasıdır. Təkcə bunu demək kifayətdir ki, ABŞ-da bu sahədə 700 min
nəfərə qədər peşəkar – mütəxəssis məşğul olur.
Peşəkarların xidmətləri birdəfəlik məsləhət verməklə qurtarmır, əsas
etibarilə özündə aşağıdakı mərhələləri birləş-dirən konsaltinq1 layihələri
formasında həyata keçirilir: 1) Düzgün məsləhət vermək üçün araşdırılan
məsələnin hərtə-rəfli öyrənilməsi; 2) Qərarların işlənib hazırlanması; 3) Qə-rarların
həyata keçirilməsi; 4) Nəticələrin qiymətlən-dirilməsi.
Ayrı-ayrı ölkələrdə məsləhətçi kimi fəaliyyət göstərən subyektlər xüsusi
firmalar və çox az hallarda fərdi məslə-hətçilərdən ibarət olurlar.
2. Birjanın mahiyyəti və onun növləri.
Bazar iqtisadiyyatı şəraitində sövdələşmələrdə bir qayda olaraq birjalar
vasitəçilik edirlər. Birja bazarın xüsusi formasıdır və aşağıdakı əsas növləri vardır:
1) Əmtəə birjaları; 2) Fond (qiymətli kağızlar) birjaları; 3) Valyuta birjaları; 4)
Əmək birjaları.
Əmək və valyuta birjalarının ilk rüşeymləri XV-XVI əsrlərdə
manufakturanın yarandığı və bu əsas üzərində xarici ticarətin genişləndiyi dövrdə
Italiyada (Venesiya, Genuya, Florensiya şəhərləri) meydana gəlmişdir.
Əmtəə birjaları topdansatış ticarətin başlıca forması-dır. Başqa sözlə,
əmtəə birjaları elə bir xüsusi növ bazardır ki, burada yekcins əmtəələr (pambıq,
kömür, taxıl, ağac ma-terialı, metal və i. a.) kütləvi surətdə nümunələr və standartlar üzrə alınıb – satılır, həmin əmtəələrə tələb və təklif bütöv bir ölkələr qrupu,
KitabYurdu.az
59
habelə dünya bazarı miqyasında cəmlənmiş olur. Birja sövdələşmələrində əmtəələr
əldən-ələ keçmir. Burada satıcı müəyyən olunmuş müddətdə alıcıya müəyyən
miqdarda əmtəə verməyi öhdəsinə götürür. Əmtəə birjalarında alqı-satqı zamanı
alıcı ilə satıcı arasındakı hesablaşmalar ya həmin vaxtda, yaxud da müəyyən müddətdən sonra aparıla bilər.
Əmtəə birjaları bəzi hallarda müstəqil, bəzi hallarda qiymətli kağızlar birjası
ilə birlikdə, bəzi hallarda isə hətta ayrı-ayrı əmtəə qrupları üzrə fəaliyyət göstərir.
Məsələn, Nyu-Yorkda dünyada ən qədim pambıq (1868-ci il) birjası, qəhvə və
şəkər (1882-ci il), kakao (1925-ci il) birjaları vardır. 1933-cü ildə bir neçə birjanın
(kauçuk, gön-dəri, ipək, əlvan metallar və s.) birləşməsi nəticəsində birləşmiş birja
əmələ gəlmişdir. Bir sıra ərzaq məhsulları (məsələn, yağ, yumurta, buğda, çovdar,
arpa, kartof və s.) ticarəti ilə məşğul olan birjalar, ticarət palataları da vardır.
Fond birjaları bazar iqtisadiyyatının barometri rolunu oynamaqla
müəyyən dərəcədə mütəşəkkil bazardır. Bu birjanın üzvləri həm ayrı-ayrı
qiymətli kağız sahibləri, həm də kredit-maliyyə təşkilatları ola bilərlər. Birja
əməliy-yatlarının aparılması qaydasının müəyyən olunmasına döv-lət tərəfindən
nəzarət edilir. Hazırda dünyada 250-yə yaxın fond birjası fəaliyyət göstərir ki,
bunların içərisində, aparı-lan əməliyyatların miqyasına görə ən iriləri və məşhurları
Nyu-York, London, Tokio, Frankfurt birjalarıdır. Böyük ölkələrdə bir neçə birja
fəaliyyət göstərir. Məsələn, ABŞ-da belə birjaların sayı 11-ə, Yaponiyada 9-a,
Kanadada 6-a, Fransada 7-ə, Almaniyada 8-ə bərabərdir. ABŞ-da fond bir-jaları
xüsusi rol oynayır. Belə ki, ABŞ-ın fond birjalarında olan qiymətli kağızların
ümumi dəyəri, üst-üstə inkişaf etmiş bütün ölkələrdə olan qiymətli kağızlardan
çoxdur. Fond birjalarında da qiymətlər tələb və təklif əsasında əmələ gəlir.
Bazar iqtisadi sistemi açıq iqtisadiyyata və azad sahbikarlığa əsaslandığına
görə bütün fond birjaları bir-birilə qarşılıqlı əlaqə və təsir halında fəaliyyət
göstərirlər. Bu birjaların daha «nüfuzlusu»nda, məsələn, Nyu-York birja-sında
qiymətli kağızların məzənnəsinin dəyişməsi başqa fond birjalarında da əks səda
doğurur. Odur ki, bütün birjalarda qiymətli kağızların məzənnəsinin dinamikasını
müəyyən etmək üçün səhmlərin indeksi hesablanır. Bunların başlıcası Nyu-York
fond birjasında məzənnəni göstərərn Dou-Cons indeksidir ki, bunun timsalında
digər birjaların da indeksləri müəyyən edilir. Bu indeks ilk dəfə 1897-ci ildə «Uoll
Strit Cornel» şirkətinin sahibi X. Dou tərəfindən 12 müxtəlif şirkətə məxsus olan
səhmlərin məzənnələrini cəmləyib, 12-yə bölmək yolu ilə hesablanmışdır. 1928-ci
ildən sonra isə onun hesablanması qaydasında bir neçə dəfə dəyişiklik edilmişdir.
Hazırda bu indeks Nyu-Yorkun fond birjasında ticarət gününün axırına ABŞ-ın 65
şirkətinin, o cümlədən 30 sənaye, 15 ümumi istifadədə olan və 20 dəmiryol
şirkətinin səhmlərinə əsasən hesabi orta kəmiyyət kimi müəyyən edilir.
Fond birjalarının əsas vəzifəsi hər iki tərəfi təmin edən qiymətlərlə
əmanətlərin imkan daxilində tez bir za-manda məqsədli istifadə olunmasını təmin
etməkdən ibarət-dir. Bu vəzifəni çoxsaylı agentlər, brokerlər, maklerlər1, dilerlər yerinə yetirirlər. Fond birjalarında vəziyyətin nə yerdə olduğunu, nə vaxt,
hansı şərtlərlə və hansı qiymətli kağızla-rın buraxıldığını onlar daha yaxşı bilirlər.
KitabYurdu.az
60
Broker səhmlərin, istiqrazların, daşınmaz əmlakın alınıb-satılması ilə əlaqədar
sövdələşmələrin həyata keçirilməsində vasitəçilik edən şəxsdir. O, satış
əməliyyatlarının yerinə yetirilməsinə kömək edir, yaxud da müştərinin hesabına
satışdan əvvəl və ya sonra gələn əməliyyatların həyata keçirilməsini yüngülləşdirir
və bunun müqabilində komisyon haqqı alır. Brokerin aldığı muzda – haqqa,
ingiliscə brokeric, fransızca kurtaj deyilir. Bu haqq ya sövdələşmədə alqı-satqı
əməliyyatının məbləğində faiz şəklində, yaxud da sövdəsi vurulmuş obyektin
həcmi nəzərə alınmaqla müəyyən edilir. Diler isə qiymətli kağızları öz vəsaiti ilə
öz adına satın alır və sonra onları başqalarına satır. Satışdan əldə edilən əlavə gəlir
onun mənfəətini əmələ gətirir.
Fond və əmtəə birjalarının nəzdində qiymətqoyma (katirovka)
komissiyası yaradılır və fəaliyyət göstərir. Onun əsas vəzifəsi birja ticarətində
əmtəələrin qiymətlərini, yaxud da qiymətli kağızların məzənnəsini qeydə almaq və
nəşr (elan) etdirməkdir. Bu qiymətlər xüsusi bülletenlərdə və dövri mətbuatda dərc
olunur.
Birja qiymətlərinin iki növü vardır: 1) Malın dərhal tədarük edilməsini tələb
etmədən, birjada bir gündə bağlan-mış «müddətli» sazişlə qiymətqoyma; 2) Real
əmtəələrin tədarük olunmasını tələb edən, qiymətqoyma günü müqa-vilə qiymətləri
əsasında «real əmtəələr» üçün bağlanan sazişlə qiymətqoyma.
Valyuta birjası hər hansı bir ölkənin milli valyutasını dönərli valyutaya
və ya əksinə, dəyişdirmək üçün yaradılır. Fond birjaları meydana gəldikləri və
fəaliyyət göstərdikləri ilk dövrlərdə onun tərkibində xarici valyutanın alınıbsatıldığı valyuta birjaları da təşkil olunurdu. Sonralar bu əməliyyatları iri banklar
aparmağa başladılar. Hazırda xarici valyutaların alqı-satqısı əməliyyatlarını fond
birjaları və banklar yerinə yetirirlər.
Valyuta birjalarının xüsusi orqanları – adətən qiy-mətqoyma komissiyası –
xarici valyuta məzənnələrini müəy-yənləşdirir və onları xüsusi bülletenlərdə dərc
etdirir. Bank-lar, sənaye və ticarət inhisarları, xarici valyutası olan ayrı-ayrı
sahibkarlar bundan müxtəlif maliyyə əməliyyatlarında geniş istifadə edirlər. Xarici
valyuta ilə qiymətqoymanın aşağıdakı iki növü vardır: 1) Birbaşa
qiymətqoyma; 2) Vasitəli qiymətqoyma. Birbaşa qiymətqoyma daha geniş
yayılmışdır və bu zaman xarici valyuta vahidi milli valyuta ilə ifadə olunur.
Vasitəli qiymətqoyma zamanı isə milli val-yuta vahidi xarici valyuta ilə ifadə
edilir.
Əmək birjaları iş qüvvəsinin alınıb-satılması üçün sövdələşmələrdə
işçilərlə sahibkarlar arasında vasitəçilik edən müəssisədir. Əmək birjası ilk
dəfə XIX əsrin birinci yarısında meydana gəlmişdir. O, dövlət müəssisəsidir və bir
qayda olaraq Əmək Nazirliyinə tabe olur. Dövlət, onun vasitəsilə əmək bazarına
təsir göstərir. Əmək birjasının əsas vəzifələri bunlardır: 1) Işsizləri işə düzəltmək;
2) Arzu edənlərə iş yerinin dəyişdirilməsində kömək göstərmək; 3) Iş qüvvəsi
bazarında vəziyyəti öyrənmək və onun haqqında informasiya vermək; 4) Gənclərə
peşə yönümündə kömək etmək; 5) Bir sıra ölkələrdə (Böyük Britaniya, Italiya,
Fransa və i. a.) işsizləri uçota almaq və onlara yardım etmək, müavinət vermək.
Dövlət strukturlarında olan əmək birjaları ilə yanaşı, müəyyən işçi
qruplarına (kənd təsərrüfatı işçiləri, idarə işçiləri, müəllimlər və i. a.) xidmət edən
KitabYurdu.az
61
xüsusi vasitəçilər, habelə həmkarlar, dini və gənclər təşkilatları nəzdində
işədüzəltmə büroları da fəaliyyət göstərir.
3. Birja sövdələşmələri və onların növləri.
Birja sövdələşmələri qiymətli kağızlarla, əmtəələrlə və ya xarici valyuta ilə
aparılan ticarət sövdələşmələridir. Bu sövdələşmələr iki yerə bölünür: 1) Pulun
dərhal ödənildiyi kassa sövdələşmələri; 2) Pulun müəyyən vaxtdan sonra (adətən
bir ay ərzində) ödənildiyi müddətli sövdələşmələr.
Birja sövdələşmələrinin əsas növü müddətli, həm də «fərq nəzərə
alınmaqla» ödənilən sövdələşmələrdir. «Fərq nəzərə alınmaqla» ödənilmə o
deməkdir ki, müəyyən olun-muş müddət başa çatdıqda sövdələşmə aparılan
dövrdəki məzənnə ilə ödənilmə vaxtı keçdikdən sonrakı dövrdə olan məzənnə
arasındakı fərqi tərəflərdən biri digərinə ödəməlidir. Müddətli sövdələşmələr bəzi
hallarda məzənnələr arasında fərqə görə «oyununu» xatırladır. Və zərərçəkən bu
fərqi qiymətli kağızı və əmtəələri qaytarmaqla ödəyir. Bu isə işbazlara birjalarda
böyük məbləğdə möhtəkirlik etməyə imkan verir.
Müddətli sövdələşmələrin özü də iki yerə bölünür: 1) Sadə müddətli
sövdələşmələr; 2) Mükafatlı müddətli sövdə-ləşmələr. Sadə müddətli
sövdələşmələr aparıldığı zaman öh-dəlik qəti müəyyən edilmiş müddətdə,
sövdələşmə aparılar-kən qeydə alınmış məzənnə və ya qiymətlə yerinə yetirilir.
Mükafatlı–müddətli sövdələşmələrdə isə tərəflərdən biri di-gərinə müəyyən
məbləğdə mükafat verməklə sövdələşmədən imtina etmək və ya onun şərtlərini
dəyişdirmək hüququ əldə edir. Birjada müddətli sövdələşmələr adətən eyni vaxtda,
deyək ki, ayın ortalarında (buna medeo deyilir), yaxud da axırında (buna ultimo
deyilir) başa çatır. Onlar daha çox möhtəkirlik xarakteri daşıyır. Çünki sövdələşmə
məqamında satıcıda səhm, alıcıda isə pul olmaya bilər. Sövdələşmə başa çatdığı
məqamda səhm məzənnəsi yüksələrsə, alıcı qazanır, çünki o səhmi yüksək
qiymətlər formalaşana qədər, qabaq-cadan şərtləndirilmiş aşağı qiymətlə satın
almışdır. Səhm məzənnəsi aşağı düşdükdə isə satıcı qazanır, çünki o, qiy-mətdən
düşmüş səhmləri qabaqcadan razılaşdırılmış yüksək bazar qiymətləri ilə satmışdır.
Qərbi Avropa ölkələrində birja sövdələşmələrinin əsas forması müddətli
sövdələşmələr olduğu halda, ABŞ-ın birjalarında kassa sövdələşmələri üstünlük
təşkil edir. ABŞ-da bank kreditini almaq imkanına malik olmayan adamlar
maklerlərin vasitəçiliyindən istifadə edirlər. Daha doğrusu, makler müəyyən faizlə
bankdan kredit götürür və onu daha yüksək faizlə başqalarına borc verməklə həm
komisyon haqqı alır, həm də möhtəkirlik edir.
4. Lizinq şirkətləri və bazar iqtisadiyyatı şəraitində onların rolu.
Lizinq icarənin formalarından biri olmaqla maşın-ların, avadanlıqların,
nəqliyyat vasitələrinin və digər maddi dəyərlilərin başqalarının istifadəsinə
verilməsi deməkdir. Lizinq əməliyyatları zamanı mülkiyyətə sahibolma hüququ
ilə ondan istifadəetmə hüququ bir-birindən ayrılır.
KitabYurdu.az
62
Lizinq sövdələşmələrində üç tərəf iştirak edir. Ava-danlığı: 1) Istehsal
edən firmalar (müəssisələr); 2) Icarəyə verən lizinq şirkətləri; 3) Icarəyə götürən
firmalar (müəssi-sələr).
Lizinq əməliyyatları ilə investisiya qoyuluşunu həya-ta keçirmək üçün
müəyyən məbləğdə vəsaitə malik olan hüquqi və fiziki şəxslər məşğul olurlar.
Lakin lizinq əməliy-yatları bir qayda olaraq ixtisaslaşdırılmış şirkətlər tərəfin-dən
həyata keçirilir.
Lizinq sahibkarlıq fəaliyyətinin formalarından biri kimi inkişaf etmiş
ölkələrdə son dövrlərdə geniş yayılmışdır.
Bazar iqtisadiyyatı şəraitində lizinqin köməyilə texnikanı istehsal edənlərlə
ondan istifadə edənlər arasında sıx əlaqə yaranır. Istifadə olunan bütün
avadanlıqların çatışmaz cəhətləri və nöqsanları haqqında məlumatlar isteh-salçı
müəssisələrə çatdırılır. Istehsal müəssisələri də öz növ-bələrində bunları nəzərə
alaraq avadanlıqlarda olan nöq-sanları aradan qaldırır və beləliklə də öz
məhsullarının rəqa-bət qabiliyyətini yüksəldirlər.
Lizinq xidməti əmtəələrin alqı-satqısını məhdudlaş-dırsa da, bu
prosesdə iştirak edən bütün tərəflər – isteh-salçılar, lizinq şirkətləri və
istehlakçılar – üçün sərfəlidir. Bu, onunla əlaqədardır ki, investisiya əmtəələrinin
istehsalçıları öz məhsullarını lizinq şirkətlərinə verdiklərinə görə reklam, bazarın
təhlili, alıcının tapılması ilə əlaqədar xərclərdən azad olurlar.
Lizinq şirkətləri isə həmin maşın və avadanlıqları başqalarına icarəyə
verməklə mənfəət əldə edirlər. Deməli, lizinq şirkətlərinin əldə etdikləri mənfəətin
başlıca mənbəyi icarədən gələn gəlirdir. Lakin bununla yanaşı, lizinq şirkətləri
istehsalçılardan, onun məhsulunu iri həcmdə aldığı üçün qiymət güzəştləri, icarə
müddəti qurtardıqdan sonra avadanlığın satılmasından əldə edilən gəlirlər hesabına
da öz mənfəətini artıra bilir.
Hazırda lizinq xidmətinin geniş yayılmış formaları aşağıdakılardır: 1) Əməli
lizinq; 2) Procekt – Liz; 3) Vendor – Liz; 4) Liz bek; 5) Beynəlxalq lizinq.
Əməli lizinqə avadanlıqlara xidmət göstərilməsi, avtomobillərin, yaxtaların
icarəyə verilməsi, anbar və ev işlərinin görülməsi ilə əlaqədar olaraq qısa müddətli
xidmətlər aiddir. Lizinqin bu forması ABŞ və Yaponiyada daha geniş yayılmışdır.
Procekt – Liz həm avadanlıqların uzun müddət icarəyə verilməsi, həm də
icarəçinin istifadə olunan bütün maddi dəyərlilərə kompleks xidmət göstərməsi
deməkdir.
Lizinqin Vendor – Liz formasında, lizinq şirkətlərinin xaricdə yerləşən satış
filialları öz firmalarından aldıqları avadanlıqları ya xarici istehlakçılara icarəyə
verir, yaxud da pulu müəyyən müddətdən sonra, yəni möhlətlə ödənilməklə, satır.
Liz – Bek şirkətləri isə hər hansı bir ölkədə yerləşən istehsalçı firmadan
nəqd pulla maşın, avadanlıq, dəzgah dəstlərini satın alır, sonradan pulunu möhlətlə
ödəmək şərtilə qaytarıb, onun özünə satır.
Beynəlxalq lizinq dedikdə lizinq şirkətinin hər hansı bir ölkədəki firmadan
hər hansı bir əmlakı – avadanlıqları, maşınları və i. a. – pulla satın alıb, digər xarici
firmaya uzun müddətə icarəyə verməsi nəzərdə tutulur.
Lizinq xidməti ilə yanaşı, rentinq xidməti də vardır. Bu, maşınların,
avadanlıqların və digər texnikanın qısa müddətə – adətən bir il müddətinə icarəyə
KitabYurdu.az
63
verilməsi deməkdir. Lakin icarədara həmin maşın və avadanlıqları sonradan satın
almaq hüququ verilmir. Maşın və avadanlıqların sahibi bir qayda olaraq rentinq
cəmiyyətləri olurlar. Həmin cəmiyyətlər müqavilənin qüvvədə olduğu müddətdə
maşın və avadanlıqlara sahiblik, mülkiyyət hüququnu saxlayır, onların təmirinə
xərc çəkir. Lizinqə nisbətən rentinq üzrə icarə haqqı daha çoxdur.
5. Yarmarka və auksionlar (hərraclar).
Yarmarka alman dilində hər il keçirilən bazar deməkdir.Topdansatış ticarəti
öz inkişafında müxtəlif formalar – yarmarka1, xüsusi topdansatış bazarları, əmtəə
birjaları və s. – almışdır. Göründüyü kimi, yarmarka topdansatış ticarətinin xüsusi
formasıdır. Digər tərəfdən, yarmarkalar və auksionlar əmtəə birjalarının klassik
formaları sırasına daxildirlər və bu gün də bazar infrastrukturunda özlərinə məxsus
xüsusi yer tuturlar.
Öz mahiyyətlərinə görə yarmarkaların əsas fərqlən-dirici xüsusiyyəti onların
müəyyən dövrdən bir, həftədə və ya ildə bir neçə dəfə keçirilməsidir. Birjadan
fərqli olaraq yarmarkada alqı-satqı əməliyyatlarında alıcılar və satıcılar ya
bilavasitə özləri iştirak edirlər, ya da buraya onların adından danışmaq üçün
özlərinin səlahiyyətli nümayəndələrini – agentlərini göndərirlər.
Yarmarkalarda böyük məbləğdə ticarət sövdələşmə-ləri aparılır. Müasir
şəraitdə ölkə daxilində aparılan ticarət əməliyyatlarında yarmarkaların rolu azalsa
da, beynəlxalq münasibətlərdə onlar öz əhəmiyyətlərini müəyyən dərəcədə
qoruyub saxlaya bilmişlər. Hazırda fəaliyyət göstərən yarmarkaların aşağıdakı
növləri vardır: 1) Universal yar-markalar (məsələn, Türkiyənin Izmir şəhərindəki
yarmar-ka); 2) Çoxsahəli yarmarkalar (məsələn, Fransanın paytaxtı Parisdəki
yarmarka); 3) Ixtisaslaşdırılmış yarmarkalar (məsələn, Almaniyanın Münhen
şəhərindəki yarmarka) və s.
Beynəlxalq yarmarkaların işini daha yaxşı təşkil etmək və ölkələrarası əmtəə
mübadiləsini inkişaf etdirmək məqsədilə 1925-ci ildə Parisdə Beynəlxalq
Yarmarkalar Ittifaqı yaradılmışdır.
Auksion latınca “ auktio” sözündən götürülmüşdür ki, camaat
qarşısında açıq ticarət deməkdir. Bazar infrastrukturundan danışarkən
auksion1 tica-rətini yaddan çıxarmaq olmaz. Auksion dedikdə, əvvəlcədən
müəyyən edilmiş vaxtda və yerdə bəzi əmtəələrin (yüngül minik maşınları, xəzdəri məmulatı, çay, tütün, mənzil və s.) ümumi aşkarlıq şəraitində satılması nəzərdə tutulur. Bu, həm də beynəlxalq əmək bölgüsü sisteminə möhkəm daxil
olmuş, dünya ticarətinin ənənəvi formasıdır. Beynəlxalq miqyasa əsas etibarilə
yuyulmamış yun, tütün, çay, tərəvəz, meyvə, gül, balıq, at, həmçinin zinət şeyləri,
incəsənət əsər-ləri və i. a. çıxarılır.
Auksionda satılmaq üçün nəzərdə tutulan əmtəələr, yaxud da onların
nümunələri qabaqcadan tanış olmaq üçün ortaya çıxarıla bilər və bu zaman
əmtəənin satışının ümumi qaydaları satıcı tərəfindən müəyyən edilir. Auksionda
KitabYurdu.az
64
təklif olunan əmtəəyə ən yüksək qiyməti verən şəxs onu almaq hüququ qazanır.
Lakin əmtəənin qiymətini idarə edən və tənzimləyən auksion işçisi satılan malın
keyfiyyəti üçün cavabdehlik daşımır.
Auksionlar daimi, yaxud qabaqcadan təyin olunmuş yerlərdə və vaxtlarda
keçirilir. Beynəlxalq auksionlar adətən xüsusi yeri, avadanlıqları və ixtisaslı işçiləri
olan kommer-siya təşkilatıdır. Onlar bir qayda olaraq istehsalçılardan mal alır,
topdansatış üzrə vasitəçilərə satır və qiymətlər arasın-dakı fərqə görə qazanc əldə
edirlər. Belə auksionlarda satış alıcıların bilavasitə iştirakı ilə açıq şəkildə keçirilir.
Beynəlxalq auksionlar adətən London, Amsterdam, Nyu-York, Kəlküttə, Liverpul,
Sidney və s. kimi böyük ticarət mərkəzlərində və limanlarında təşkil edilir.
Auksionlar, həmçinin öz müştərilərinin – alıcı və satıcıların – tapşırığı ilə
müəyyən şərtlər əsasında əmtəələrin alınıb – satılması ilə məşğul olan
ixtisaslaşdırılmış broker firmaları tərəfindən təşkil olunur. Belə auksionlarda
müştərilərin özləri bilavasitə iştirak etmir, görülən iş üçün brokerlərə haqq verirlər.
Auksionun könüllü və məcburi növləri vardır. Kö-nüllü auksionu öz
əmtəələrini daha sərfəli qiymətlərlə sat-maq istəyən şəxslərin özləri təşkil edirlər.
Məcburi auksion-lar isə borclarını verə bilməyənlərin və ya vermək istəməyənlərin əmlakını, müsadirə edilmiş əmtəələri və yükləri, girov qoyulmuş və
vaxtında geri götürülməmiş mülkiyyəti, haqqı vaxtında ödənilməyən əmtəələri və
s. satmaq məqsə-dilə məhkəmə və dövlət orqanları tərəfindən təşkil edilir.
Əmtəələrin göndərilməsi, onların satılması, müqavi-lələrin bağlanması, satın
alınmış malların aparılması, auksi-onun keçirilməsi üçün vaxtın və yerin seçilməsi,
əmtəələrin yoxlanma müddətləri və s. auksion qaydaları ilə müəyyən edilir.
6. Bazar infrastrukturunun qeyri-hökumət təsisatları.
XX əsrin axırlarında formalaşmış infrastrukturun qeyri-hökumət
təsissatlarının əsas növləri aşağıdakılardır: 1) Menecment – konsaltinq( ingiliscə “
məsləhətçi”); 2) Audit və mühasibat uçotu sahəsində məsləhətçilər; 3) Istehsalın və
satışın təşkili üzrə məsləhətçilər; 4) Hüquq məsləhətçiləri; 5) Sair işlər üzrə təsisat
və məsləhətçilər.
«Menecment-konsaltinq»ə daxil olan xidmətlərin aşağıdakı növləri vardır:
1) Inkişafın strateji məsələləri
2) Maliyyə məsələləri
3) Kadrların idarə edilməsi
4)Istehsalın idarə edilməsi və ona xidmət göstərilməsi
5) Marketinq və satış
6) Informasiya texnologiyaları və sistemləri
7) Yeni obyektlərin, bölmələrin, firmaların yara- dılması
8) Iqtisadi – ekoloji məsələlər
Audit – qəbul edilmiş ümumi standartlara uyğun olması və etibarlılığı
baxımından şirkətlərin (firmaların) maliyyə hesabatlarının yoxlanması və
qiymətləndirilməsi sahəsində xidmət göstərilməsi deməkdir.
KitabYurdu.az
65
Auditor kimi fəaliyyət göstərən mühasibat uçotu mütəxəssisləri şirkətlərin
(firmaların) hesabatlarını yoxlayır, onların düzgünlüyünə, etibarlılığına və qəbul
edilmiş ümumi standartlara uyğun olub-olmamasına ekspert rəyi verirlər.
Aparıcı beynəlxalq firmaların (məsələn, «böyük altı-lar»ın) göstərdikləri
xidmətin xeyli hissəsi verilən məslə-hətlərin payına düşür.
Hüquqşünaslar qanunları – dövlətin normativ aktlarını, iqtisadçılar və
idarəetmə üzrə mütəxəssislər isə bazar qanunlarını və insanların davranışını əldə
rəhbər tuturlar.
Mühəndis məsləhətləri (injinirinq) də vardır. Bu sahədə göstərilən
xidmətlər iki qrupa bölünür: 1) Istehsal prosesinin hazırlanması ilə əlaqədar olan
xidmətlər; 2) Məhsulların istehsalı və reallaşdırılması proseslərinin normal
gedişinin təmin olunması ilə əlaqədar olan xidmətlər. Injinirinq xidmətləriixtisaslaşdırılmış mühəndis məsləhəti-xüsusi firmalar, həmçinin tikinti və sənaye
şirkətləri tərəfindən həyata keçirilir.
Xidmətin növlərindən biri də rəhbər kadrların seçilməsi və onlara qiymət
verilməsidir ki, buna da rekrutment deyilir. Firmalar işçilərin muzdla tutulmasına
dair elan vermək istəmədikdə, yaxud da bu sahədə daha məşhur olan «nüfuzlu»
şəxsləri gizli kanallarla özlərinə cəlb etmək fikrinə düşdükdə axtarışa başlayır və
bu üsuldan istifadə edirlər.
Xidmətin bir növü də ixtisasın artırılmasıdır. Buna, treninq deyilir.
Xidmətin bu növü konsaltinq və menec-mentin öyrənilməsi arasında «mövqe
tutur», menecerlərin ixtisaslarının artırılması üçün istehsalatdan ayrılmaq və
ayrılmamaqla kurslar, konfranslar, seminarlar təşkil edir, təcrübə məşğələləri
keçirirlər.
Treninq proqramlarının digər tədbirlərin proqramların-dan fərqi ondadır ki,
bunlar maksimum dərəcədə təcrübəyə yaxınlaşdırılır (məsələn, işgüzar oyunlar,
psixoloji treninq şəraitinin təhlili və s.), konsaltinq-müəllimlər isə bu və ya digər
problemin tədqiqi prosesində başqa firma və şirkət-lərdə qazandıqları əməli
biliklərdən və təcrübədən istifadə edirlər. Bunlarla yanaşı, treninq məsləhətçilərlə
menecerlər arasında əlaqələrin və qarşılıqlı fəaliyyətlərin sahmana salınmasına da
təsir göstərir.
Son dövrlərdə xidmətin marketinq növü geniş yayılmış-dır. Onun başlıca
vəzifəsi məhsulların satışı üçün bazar axtarıb tapmaqdan və tələbi
formalaşdırmaqdan ibarətdir. Marketinq üzrə məsləhətçilər satış, reklam, ticarətvasitəçi firmalarla iş aparılması sahələrində qərarların hazırlanma-sını təmin edir,
bazarları öyrənir, yeni məhsulların istehsalı və onların bazara çıxarılmasına dair
tövsiyələr verirlər.
KitabYurdu.az
66
Mövzu 8: Rəqabət və inhisar.
( 2 saat)
Plan
1. Rəqabətin mahiyyəti və iqtisadiyyatın inkişafında onun rolu.
2. Rəqabətin tipləri və modelləri.
3. Rəqabətin metodları.
4. İqtisadiyyatda inhisarçılıq.
5. İnhisarçılığın formaları.
6. İnhisarçılığın sosial- iqtisadi nəticələri. Antiinhisar qanunvericiliyi.
1. Rəqabətin mahiyyəti və iqtisadiyyatın inkişafında onun rolu.
İqtisadi inkişafın bazar mexanizmi bir sıra iqtisadi ünsürlərin qarşılıqlı əlaqədə
fəaliyyəti ilə şərtlənir. Bu ünsürlərdən biri də rəqabətdir. Rəqabət latın sözü olub(
concurere) “toqquşma”mənasını verir. Rəqabin meydana gəlməsi tarixən
mülkiyyət ayrıseçkiliyinin və əmək bölgüsünün şərtləndirdiyi əmtəə istehsalının
meydana gəlməsi dövrünə təsadüf edir, əmtəə istehsalının inkişafı ilə iqtisadi
inkişafın ən fəal ünsürünə çevrilir. İstehsal vasitələri üzərində xüsusi mülkiyyət
rəqabətin mövcudluğunu şərtləndirir. Rəqabət bəhsləşmədir.Rəqabət nəticəsində
istehsalçı və istehlakçılar bərabər imkarlara malik olmalarına baxmayaraq,bu
imkanlardan daha səmərəli istifadə etməklə qalib gəlm k istəyi həmişə onları
istehsalın nəticəsini yaxşılaşdırmağa stimullaşdırır.
Rəqabət bazarın təbiətinə daxilən xas olan bir ünsür olub bazar iqtisadiyyatını
inkişaf etdirən başlıca amillərdən biri kimi çıxış edir.
Rəqabət bazar əlaqələrinə cəlb olunmuş bazarın iştirakşıları arasında xüsusi
formada təzahür edən münasibətləri ifadə edir. O, bir tərəfdən istehsalçıların öz
aralarında, ikinci tərəfdən, istehsalçılarla istehlakçılar arasında, üçüncü tərəfdən isə
istehlakçıların öz aralarında mənafelərinin reallaşması uğrunda mübarizəni əks
etdirir. Onlar öz aralarında rəqabət mübarizəsi yolu ilə istehsalda, satışda alışda
əlverişli şəraitə nail olmağa çalışırlar. Bu mübarizə isə həmişə onları istehsalı
təkmilləşdirməkdə, inkişaf etdirməkdə maraqlı edir, çünki rəqabət mübarizəsinə
dözməməkdə həmişə iflasa uğramaü təhlükəsi var. Rəqabət bazar iqtisadiyyatı
şəraitində müəssisələrin, xüsusi sahibkarlıq fəaliyyətinin səmərəliliyinin
yüksəldilməsinin başlıca amilidir. Rəqabət nəticəsində subyektlər həmişə bir birini
ötməyə, bir- birini öz iqtisadi göstəricilərini yaxşılaşdırmağa sövq etdirir, birbirindən geri qalmamağa çalışır.
Rəqabət bir tərəfdən istehsalın kifayət dərəcədə çevik olmasında istehsalçıları
stimullaşdırır, digər tərəfdən bu iqtisadi mübarizəyə tab gətirməyənlərin iflasa
uğramasına səbəb olur. O elmi- texniki tərəqqinin nailiyyətlərinin istehsala
tətbiqinin sürətləndirilməsini, əməyin təşkilinin mütərəqqi formalarının tətbiqini,
eyni zamanda iqtisadiyyatda təşkilati və struktur dəyişikliyin aparılmasını zəruri
edir. Əks təqdirdə iqtisadiyyatın dünya iqtisadi inkişafından geri qalması prosesi
müşahidə olunur. Rəqabət nəticəsində məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına,
dünya bazarına rəqabət qabiliyyətli məhsulla çıxmağa imkan yaranır. Rəqabət
KitabYurdu.az
67
nəticəsində məhsul vahidinə material məsrəfləri istehsalçı tərəfindən aşağı salınır
və nəticədə həm istehsalın həm də bütövlükdə iqtisadiyyatın səmərəliliyi yüksəlir.
Bu isə nəticə etibarı ilə istehlakçıların tələbatlarını mövcud resurslardan səmərəli
istifadə etməklə daha dolğun ödənilməsinə şərait yaradır. Digər tərəfdən rəqabət
təsərrüfat subyektlərini məcbur edir ki, istehsal güclərinin bir hissəsini ehtiyatda
saxlasınlar. Daha əlverişli bazar şəraiti yaranan kimi həmin ehtiyatda olan
resursları istehsala cəlb etməklə özləri üçün əlverişli istehsal və bazar şəraiti
yaratsınlar. Qərb ölkələrinin təcrübəsi göstərir ki, istehsal güclərinin bir hissəsinin
ehtiyatda saxlanılması rəqabət mübarizəsində məhv olmamaq zərurətindən irəli
gəlir.
Rəqabət həmçinin istehsalçılarla istehlakçılar arasında təzahür edir. Bunun da
məzmunu satıcının alıcı üzərində hökmranlığına, bazarın istehsalçıların inhisarına
çevrilməsinə və s. yol verməməkdən ibarətdir.
Rəqabətin tarixən sadə əmtəə istehsalı şəraitində meydana gəlçəsinə
baxmayaraq o, iri maşınlı istehsal şəraitində də iqtisadi inkişafın həlledici
amillərindən biri kimi çıxış edir. İri maşınlı istehsal şəraitndə o, təkcə fərdi
istehsalçılar arasındakı rəqabət şəklində deyil, həmçinin sahədaxili və sahələrarası
rəqabət kimi də çıxış edir. Sahədaxili rəqabət eynitipli fəaliyyət növü ilə məşğul
olan təsərrüfat subyektləri arasında, sahələrarası rəqabət isə müxtəlif sahələrə daxil
olan, lakin müəyyən məkan daxilində olan bazar subyektlərinin bəhsləşməsi kimi
təzahür edir.
Bazar sisteminə malik bütün ölkələrdə, xüsusilə də keçid dövrünü yaşayan hər
bir ölkədə rəqabətin ədalətli aparılması iqtisadi inkişafda əhəmiyyətli rola malikdir.
Bu ölkələrdə təsərrüfat subyektləri arasında rəqabət aparmaq ənənəsinin olmaması
haqsız rəqabətə gətirib çıxarır ki, bu da nəticədə əsas etibarı ilə istehsalın inkişafını
stimullaşdırmaq əvəzinə ona mane olan bir amil kimi çıxış edir.
Bazar sisteminə malik ölkələrdə ədalətsizliyə yol verməmək üçün “ Haqsız
rəqabət haqqında” qanun qəbul edilir. Haqsız rəqabət dedikdə, bazar subyektlərinin
ədalətsiz üsullarla üstünliük əldə etməyə yönəldilmiş, bununla da digər bazar
subyektlərinə( rəqiblərinə), yaxud onların işgüzarlıq nüfuzuna zərər vura bilən
fəaliyyəti nəzərdə tutulur.
Haqsız rəqabətə aşağıdakılar aid edilir:
- rəqibin təsərrüfatının təqlidi;
- rəqibin təsərrüfat fəaliyyətinin gözdən salınması;
- rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
- haqsız sahibkarlıq fəaliyyəti;
- haqsız işgüzarlıq davranışı;
- istehlakçıların çaşdırılması.
Bu halların qanunla qarşısının alınması nəticə etibarı ilə bazar subyektlərinin
əsassız üstünlük əldə etmək imkanını aradan qaldırır.
Rəqabətin əsas üstün cəhətlərindən biri də bütövlükdə cəmiyyət miqyasında
biznesi canlandırmaq, stimullaşdırmaq və səmərəliliyini yüksəltməkdir. Xüsusilə
iqtisadi inkişafında bazar münasibətlərinə keçidi öz qarşısına məqsəd qoyan hər bir
ölkənin iqtisadiyyatı üçün rəqabət mühitinin yaradılması əhəmiyyətli rola malikdir.
Keçmiş İttifaqa daxil olan ölkələrdə, o cümlədən Azərbaycanda da bazar
KitabYurdu.az
68
münasibətlərinə keçidin müvəffəqiyyətliliyi bazar mühitinin formalaşması ilə,
bazar elementlərinin fəaliyyəti ilə müəyyən olunur. Bazar elementlərindən biri də
rəqabətin formalaşması xüsusi və azad sahibkarlığın inkişaf etdirilməsi,
iqtisadiyyatda dövlətin və istehsalçıların inhisarçı mğvqeyinin aradan qaldırılması
ilə müəyyən olunur. Uzun illər inzibati amirlik sistemi şəraitində mövcud olan
Azərbaycan iqtisadiyyatını düşdüyü böhranlı vəziyyətdən çıxartmaq üçün keçid
dövrünün mühüm problemlərindən biri olan dövlət mülikyyətinin özəlləşdirilməsi
yolu ilə mülkiyyətin çoxnövlüyünə və təsərrüfat fəaliyyətinin azadlığına nail
olmaqla rəqabətə əlverişli şərait yaradılmalıdır.
2. Rəqabətin tipləri və modelləri.
Bazar rəqabətdən asılı olaraq iki tipə ayrılır: azad rəqabətli bazar( mükəmməl
rəqabət) və qeyri- mükəmməl rəqabət, bu da inhisarçı oliqapolik və onhisarçı
rəqabət bazarlarına ayrılır.
Məhsulların reallaşması şərtlərinə, əsasən onların qiymətlərinə bazarın
iştirakçılarının təsir göstərmək imkanları olmadığı bazar rəqabətli olur. Bu cür
bazarı azad və ya xalis rəqabətli bazar adlandırırlar. Bazar rəqabətli bazar
aşağıdakı əlamətlərlə səciyyələnir:
a) satıcılar və alıcılar o qədər çoxdur ki, onların heç biri və ya heç bir qrupu
bazar proseslərinə, əsasən də qiymətlərə təsir göstərmək qabiliyyətinə malik
deyillər;
b) bütün satıcılar tərəfindən satış üçün əmtəənin fərdi xarakteristikalarını,
xüsusi əmtəə nişanları və markalarını əks erdirməyən eyni əmtəə və
xidmətlər- özünəməxsus, identik- standartlaşmış əmtəələr təklif olunur;
v) bütün alıcılar və satıcılar bazar haqqında tam informasiyaya( qiymət, əmtəə,
tələb, təklif və s.) malikdirlər;
q) satıcılar və alıcılar hər hansı qanunvericilik, malyyə, texnoloji maneələin
olmadığı halda bazara azad surətdə daxil olub, onu azad surətdə tərk edə
bilirlər;
a) bütün maddi, maliyyə və digər resurslar tam çevikdir,
bazarın
iştirakçıları azad surətdə lazım olan resursları istehsala cəlb edə bilirlər.
Beləliklə, azad rəqabətli bazarda əsas şərt odur ki, bazarda qiymət praktik
olaraq ayrı- ayrı subyektlərin arzu və hərəkətlərindən asılı deyildir, o elə bil
öz- özünə “ gözəgörünməz əl” ilə tələblə təklifin təsiri ilə formalaşır. Azad
rəqabətli bazar- müəyyən dərəcədə nəzəri abstraksiyadır, modeldir; bu cür
bazar heç vaxt, heç yerdə mövcud olmayıb.
İqtisadçılar rəqabətin məhdudluğu və ya inhisarlaşdırılma dərəcəsinə görə
bazarın bir neçə əsas modellərini fərqləndirilər. Bu modellər aşağıdakılardır:
- Mükəmməl rəqabətli bazar;
- İnhisarçı rəqabətli bazar;
- Oliqapolik bazar;
- Xalis inhisarçı bazar.
Bazarın rəqabətli olması- istehsalçıların və istehlakçıların hərəkətlərinə təsir
göstərən amillərdir. Bazarın rəqabətli olması- onun iştirakçılarının realizə olunan
KitabYurdu.az
69
əmtəələrin qiymətlərinə hansı dərəcədə təsir göstərə bilməsi ilə müəyyən edilir.
Yuxarıda göstərildiyi kimi xalis rəqabət( mükəmməl rəqabət) şəraitində
standartlaşdırılmış məhsul istehsal edən, çoxlu sayda xırda firmalar fəaliyyət
göstərir və sahəyə daxil olmaq üçün maneə olan hədlərin olmaması və yaxud arzu
edilən istənilən firmanın məhsul buraxması imkanının olması mümkün
olur.Əksinə, xalis inhisar isə özündə satıcı şəklində yalnız bir firma
fərqləndirilməmiş məhsul və sahəyə daxil olmaq yolunda müxtəlif maneələrin
olmasını əks etdirir. İnhisarçı rəqabəti yuxarıdakılarla müqayisədə fərqli məhsul
istehsal edən( ayaqqabı, geyim) iri firmaların çoxluğu və sahəyə azad daxil
olmaqla xarakterizə olunur. Oliqapoliya isə əmtəələrin qiymətlərinə, təklifin
həcminə təsir göstərməyə qadir olan iri satıcıların çox olmaması, həmçinin sahəyə
daxil olmağın çətinliyi ilə fərqlənir.
Qeyri- mükəmməl rəqabətli bazarın tam açılışına keçməzdən əvvəl, qeyd etmək
lazımdır ki, bu cür təsnifatlaşdırma satıcıların hərəkətləri və sayı əsasında
aparılmışdır. Belə ki, alıcıların bazarda hərəkətləri və sayı baxımından
monopsoniyanı( bir alıcını inhisarı) fərqləndirmək lazımdır. Bu zaman bazarda bir
alıcı, çoxlu sayda alıcı olur( bu hal adi deyildir və buna çox nadir hallarda rast
gəlinir). Oliqopsoniya( alıcının inhisarı)- bu zaman bazarın şərtlərini dikdə etməyə
malik olan bir neçə iri alıcı və çoxlu sayda satıcı ilə rəqabətli bazar olur. Buna görə
də azad rəqabətli bazarda iqtisadi resursların daha səmərəli işləyənin xeyrinə
yenidən bölgüsü baş verəcək. Bu cür bazarın əsas yaxşı cəhəti bundan ibarətdir.
Yüksək rəqabətli bazarın zəif cəhətləri də vardır. Bir əmtəənin satıcıların
sayının qeyri- məhdudluğu prinsipi, bazarın hər bir iştirakçısının kapitalının məlum
ölçüsünün eyniliyinin cüziliyidir. Mükəmməl rəqabətli bazar iri istehsalının
yaradılmasının, elmi- texniki inkişafın, iri miqyaslı problemlərin onsuz realizə
edilməsinin mümkün olmamasından olan kapitalın mərkəzləşdirilməsinə qarşı
hədlər qoyur. Bundan, əlavə göstərildiyi kimi praktik olaraq bütün şərtlərin eyni
vaxtda yerinə yetirilməsi, azad bazarın kriteriyalarının gözlənilməsi imkanı qeyrimümkündür.
Mükəmməl rəqabətli bazardan fərqli olaraq qeyri- mükəmməl rəqabətli bazarda
ayrı- ayrı istehsalçılar və ya onların birlikləri satış şərtlərinə, xüsusən də onların
qiymətlərinə təsir göstərmək vəziyyətindədir.Buna görədə bütün qeyri- mükəmməl
bazarların hamısını “ qiyməti yaradan bazar” adlandırırlar. Onların əsas
fərqləndirici cəhəti kimi inhisarlaşdırmanın dərəcəsi çıxış edir.
İnhisarçı rəqabət bazarında müxtəlif firmaların istehsal etdikləri əmtəələrin
müxtəlifliyi prinsipi xeyli dərəcədə gözlənilir. Əgər bu əmtəələr qarşılıqlı
mübadiləyə, eyni tələbatın ödənilməsinə malikdirsə, onda bazar rəqabəti
satıcıların( istehsalçıların)məhdud sayı olduğu şəraitdə yaranır və elə bil əmtəələr
arasındakı rəqabətə keçir. Daha ümumi görünüşdə inhisarçı rəqabəti özündə oxşar,
lakin identik olmayan məhsulları satışa təklif edən, satıcıların sayının çox olduğu(
onlarla) bir bazar strukturunu əks etdirir. Bu zaman inhisarçı rəqabət bazarında
təmsil olunan hər bir firma başqa firmların hərəkətlərinə reaksiya, fikir vermədən
özünü tam müstəqil hiss edə bilər.Bu cür sahələrə üst geyimləri, ayaqqabı,
kosmetika mallarının istehsalını, kitab nəşrini, turizmi misal göstərmək olar.
KitabYurdu.az
70
İnhisarçı rəqabət şəraitində rəqabətin aləti nəinki qiymət, hətta bu və ya digər
əmtəənin keyfiyyəti də çıxış edir.İnhisarçı rəqabət bazarında material, stil, işin
keyfiyyəti cəhətdən fərqlənən geyim, daimi alıcılar güzəştlər, kreditə satılmaqla
bağlı olan ticarət təklif olunur.
İnhisarçı rəqabət şəraitində istehsalçıların məhsulların qiymətlərinə nəzarət
etməyə imkanları məhduddur. Çünki, alıcılar və satıcılar bir- birilərinə təbii bağlı
deyillər, alıcılar özləri bu və ya digər məhsulun qiymətini müəyyən edirlər.
İnhisarçı rəqabəti xarakterizə edən cəhətlərdən biri də odur ki, bu şəraitdə
sahəyə yeni firmanın daxil olması asandır, bu da praktiki olaraq firmalar arasında
gizli danışıqların, sazişlərin yaranmasının qeyri- mümkünlüyünə səbəb olur.
Müasir bazar iqtisadiyyatına daha tipik olan bazarlardan biri də oliqapolik
bazardır( yunan dilindən oligos-az və poleo-satıram). Bu cür bazar adətən bir neçə
nisbətən böyük, satış miqyasına və təsir dərəcəsinə görə yaxın olan iştirakçılardan
ibarət olur. Oliqapoliyanın əsas müəyyən edilən əlaməti- bazarda hakim satıcıların(
istehsalçıların) sayının məhdudluğu, azlıq təşkil etməsidir.
Oliqapolik bazarı mükəmməl rəqabətli bazardan qiymətlərin dəyişmə
xüsusiyyətlərinə görə fərqləndirirlər. Mükəmməl rəqabət şəraitində qiymətlər
daimi olaraq tələb və təklifin tərəddüdündən asılı olaraq dəyişir. Oliqapoliya
zamanı isə qiymətlər tez- tez deyil, böyük vaxt intervalında əhəmiyyətli dərəcədə
dəyişilir. Oliqapoliya tez- tez “qiymətlərdə liderlik” siyasətini aparır ki, bu da
özündə hamının marağını nəzərə almaqla, oliqapoliya sahəsinə daxil olan
firmaların, lider- firmanın qiymətlərinə yönəldiyini əks etdirir. Oliqapoliyanın
iqtisadi səmərəliliyinə müxtəlif mövqeyi- nəzərdən baxışlar mövcuddur.
Bazar duapoliyası oliqapoliyanın xüsusi halı olub, bazarda təmsil olunan satıcı(
istehsalçı)- firmaların sayının ikiyədək ixtisar edilməsidir.Tam inhisarlaşdırılmış
bazarlar aşağıdakı əlamətlərlə xarakterizə olunur:
a) bazarda əmtəəni yalnız bir satıcı satır, başqa sözlə, bütün sahə bir firma
tərəfindən təmsil olunur;
b) əmtəə elə nadirdir ki, onu əvəz edən başqa bir əmtəə yoxdur.Alıcı ya bu
əmtəəni inhisarçıdan almalıdır, ya da bu əmtəəsiz keçinməlidir;
c) satıcı yalnız öz əmtəəsi ilə ticarət aparır;
d) satıcı qiymət üzərində nəzarətin ona məxsus
olduğundan
qiyməti dikdə edir. Bu fakt isə böyük
xərclər tələb etməyən
və
informasiya xarakteri daşıyan reklamın yerini əvvəldən müəyyən edir;
e) sahəyə daxil olmaq imkanı yoxdur.
Beləliklə, xalis inhisarçı bazar birbaşa rəqiblərə malik olmur və bunun
nəticəsində digər təsərrüfat subyektlərinin inhisarın nüfuz dairəsində olan sahələrə
daxil olması məhdudlaşır.
Mükəmməl rəqabətli bazar özündə cəmiyyətin resurslarının daha rasional
istifadəsini, məhsul istehsalına çəkilən ictimai xərclərin minimumlaşdırılmasını əks
etdirir.
Qeyri- mükəmməl rəqabətli bazar isə mükəmməl rəqabət zamanı yaranan
tarazlıqdan yayınma halını əks etdirir.
3. Rəqabətin metodları.
KitabYurdu.az
71
Rəqabət mübarizəsində müxtəlif metodlar tətbiq edilir. Onlara iqtisadi və
qeyri- iqtisadi məzmunlu tədbirlər kompleksi daxildir. Rəqabət mübarizəsində
istifadə olunan metodlar iki qrupa bölünür:
1. qiymət metodu
2. qeyri- qiymət metodu.
Qiymət rəqabəti bazarda iqtisadi bəhsləşmənin əsas metodudur. Bu vaxt
satıcılar məhsulların qiymətini aşağı salmaqla satışın həcmini çoxaldaraq daha çox
gəlir əldə etməyə səy göstərirlər. Qeyri- qiymət metodu isə qiymətin bilavasitə
dəyişməməsi ilə bağlıdır.
Firmalar bu metodun köməyi ilə qiymətləri dəyişmədən onun satışını
artırmağa səy edirlər. Bu vaxt firmalar aşağıdakı vasitələrdən istifadə edirlər:
- məhsulun texniki üstünlüklərinin təmin edilməsi;
- satış metodlarının təkmilləşdirilməsi;
- istehlakçılara xidmət göstərilməsi və güzəşt edilməsi;
- reklam və s.
Qeyri- qiymət rəqabətinin aşağıdakı formaları geniş yayılmışdır:
- məhsulun keyfiyyətinin diferensiasiyası. Bu vaxt istehlakçılara eyni adlı
məhsulun müxtəlif çeşidləri təklif edilir və onlar bunun içərisindən özlərinə
lazım olanı seçirlər;
- möhlətlə satışın təşkili. Bu vaxt firmalar məhsulların kredit vasitəsilə satışını
gücləndirir. Alıcılar ona görə də nəğd şəkildə pulları olmadığı halda buna
üstünlük verirlər. Nəticədə möhlətlə satışı təşkil edən firmalar digər firmalar
nisbətən daha çox məhsul sataraq çox gəlir əldə edirlər.
- təminatlı xidmət müddətinin uzadılması. Təminatlı xidmət müddətinin
uzadılmasının əsasını yüksək keyfiyyətli məhsul istehsalı təşkil edir.Firmalar
məhsulun keyfiyyətini yüksəltməklə təminatlı xidmət müddətini artıraraq
daha çox məhsul satmağa səy göstərir. Alıcılar bazarlardan məhsul alarkən
həmişə çalışır ki, təminatlı xidmət müddəti çox olsun.
- lizinq xidmətinin təşkili. Bu əsasən istehsal vasitələrinin satışı ilə məşğul olan
firmalar aiddir, onlar lizinq
xidməti vasitəsilə istehsal vasitələrini
uzunmüddətli icarəyə verirlər. Bu metodun üstünlüyü ondan ibarətdir ki,
istehsal vasitələrini istehsal edən firmalar lizinq xidməti vasitəsilə öz
məhsullarını icarəyə verməklə onların mənəvi aşınmasının qarşısını alırlar.
- reklamlaşmanın təşkili.
Bu rəqabət metodları ədalətlidir. Haqlı rəqabətlə yanaşı haqsız rəqabət də
mövcuddur. Haqsız rəqabət təsərrüfat qanunvericiliyinə və ticarət ənənələrinə
zidd gələn rəqabət mübarizəsidir.
4. İqtisadiyyatda inhisarçılıq.
İnhisarlar istehsalın, kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin nəticəsi
olmaq etibarı ilə XIX əsrin ikinci yarısından meydana gəlməyə başlamışdır.
Tədricən inhisarın inkişafı elə bir nəticəyə gəlib çıxmışdır ki, o, bütövlükdə
KitabYurdu.az
72
iqtisadiyyatı əhatə etməyə başlamışdır. Beləliklə, XX əsrin 30-50- ci illərindən
iqtisadiyyatda unhisarçılıq hakim bir mövqeyə malik olmuşdur.
İnhisarçılıq tərərrüfat subyektlərinin yolverilməz fənd və üsullardan istifadə
etməklə yüksək mənfəət götürmək məqsədi ilə azad rəqabətə yol verilməməsinə,
onun
məhdudlaşdırılmasına
və
aradan
qaldırılmasına
yönəldirilən
fəaliyyətdir.Təsərrüfat subyektlərinin fəaliyyəti nəticə etibarı ilə azad rəqabətə
qarşı yönəldilib. Azar rəqabətin məhdudlaşdırılmasına və aradan qaldrılmasına
yönəldilmiş inhisarçılıq fəaliyyətini iki qrupa bölmək olar:
1. İnhisarların inkişafının ilkin mərhələsində inhisara daxil olan təsərrüfat
subyektləri üçün qiymətqoymanın razılaşdırılması, xammal və satış bazarlarının
bölüşdürülməsi və mənfəət götürmək üçün əlverişli şərait yarada biləcək digər
məsələlərdə razılıq əldə edilməsinə yönəldilən fəaliyyətlər;
2. Bazardakı hakim mövqelərindən istifadə edərək inhisar qiyməti aləti( aşağı
inhisar qiyməti, yuxarı inhisar qiyməti) vasitəsi ilə rəqibin sıxışdırılmasına
yönəldilmiş fəaliyyətlər.
Bu fəaliyyəti nəticəsində inhisarçı müəssisə istehsalda və satışda əsassız surətdə
üstünlüyə malik olur. Bu cür üstünlük şəraitində müəssisənin davranışı inhisar
nəzəriyyəsi ilə izah olunur. İnhisarçı müəssisənin istehsal xərclərinin
formalaşdırılması, öz məhsuluna qiymət qoymanın prinsipləri və istehsal həcminin
müəyyən edilməsi inhisar nəzəriyyəsinin məğzini təşkil edir.
5. İnhisarçılığın formaları.
İnhisar nəzəriyyəsinə görə inhisarın maksimum mənfəət götürməsini təmin
edən məhsul buraxılışının həcmi rəqabət şəraitndə mövcud olan prinsipə, son hədd
gəlirlərinin və son hədd xərclərinin bərabərliyinə əsaslanır.İqtisadiyyatda
inhisarçılığı əhatəliyi baxımından aşağıdakı kimi qruplaşdırmaq olar:
1. İstehsal inhisarçılığı: Müəyyən növ məhsul istehsalının əsas hissəsinin məhdud
miqdarda istehsalçının əlində cəmlənməsinə istehsal inhisarçılığı deyilir. İstehsal
inhisarçılığı müəyyən məhsul istehsalçılarının birləşməsi və yaxud da müvafiq
məhsulu istehsal edən müəssisədə kapitalın öz- özünə artması yolu ilə yaranır.
Istehsalda inhisarların mahiyyətini 3 başlıca cəhətlə səciyyələndirmək olar:
3. Hökmran olmaq;
4. Qiymətləri diktə etmək;
5. Yüksək inhisar mənfəətini mənimsəmək.
İstehsal inhisarçılığının aşağıdakı formaları vardır:
K a r t e l – eyni bir istehsal sahəsinin bir sıra müəssisələrinin elə birləşməsidir
ki, onun iştirakçıları istehsal vasitələri və istahsal olunmuş məhsul üzərində öz
mülkiyyətinin saxlayır, öz məhsullarını özləri bazarda reallaşdırır. İstehsal
olunmuş ümumi məhsulda kartel üzvlərinin payı, satış qiymətləri, bazarın bölgüsü,
mənfəətin bölüşdürülməsi və s. üzrə kartel sazişi bağlanılır.
S i n d i k a t – yekcins əmtəələr istehsal edən müəssisələrin elə birliyidir ki,
burada istehsal vasitələri sindikat iştirakçılarının öz mülkiyyətində qalır, istehsal
olunmuş məhsul isə sindikatın mülkiyyəti olur və yaradılmış xüsusi idarə
tərəfindən reallaşdırılır. Karteldən fərqli olaraq sindikat ayrı- ayrı müəssisələrin
KitabYurdu.az
73
bilavasitə bazarla əlaqəsini kəsir. Sindikat həmişə yekcins əmtəələrin kütləvi
istehsal olunduğu sahələrdə yaradılır.
T r e s t – sindikata nisbətən yüksək inhisar formasıdır. Burada istehsal
vasitələri üzərində bura daxil olan sahibkarlar qrupunun birgə mülkiyyəti yaradılır.
Trestdə müəssisənin sahibləri istehsal vasitələri, texnologiya, patentlər və s.
üzərində öz mülkiyətini birliyə verir. Müəssisə sahibləri qoyduğu kapitalın
miqdarına görə trestin səhmlərini alır və bununla da trestin idarə edilməsi və onun
mənfəətindən pay götürmək hüququnu əldə etmiş olur. Sindikatdan fərqli olaraq
trestdə yekcins məhsullar buraxan müəssisələrin birləşdirilməsi çəcburi deyildir.
K o n s e r n – formal olaraq müstəqil, üzərlərində maliyyə nəzarəti qoymaq
yolu ilə bir sıra müəssisələri birləşdirən inhisardır. Burada nəzarət baş firmaya
məxsusdur. Konsern adətən müxtəlif sənaye sahələrinin müəssisələrini, ticarət
firmalarını, bankları, nəqliyyat və maliyyə kompaniyalarını birləşdirir. Müasir
dövrdə trestlərin konsernə çevrilməsi geniş yayılmışdır.60- cı illərdə, xüsusi ilə,
ABŞ- da böyük surətlə k o n q l o m e r a t l a r meydana gəlmişdir.
Konqlomeratlar bir- biri ilə funksional əlaqəsi olmayan müəssisələrin
kompaniyalar tərəfdən udulması yolu ilə yaradılmışdır.
K o n s o r s i u m – son zaman inhisarın daha geniş yayılmış bir formasıdır. Bu
forma bir ayda olaraq irimiqyaslı layihələrin həyata keçirilməsi üçün yaradılır. O,
maliyyə, ticarət, texniki və ya başqa səbəblər üzündən bir neçə iştirakçıların
qüvvəsini birləşdirməyi tələb edir. Konsersium iştirakçıları həm şəxsi, həm də
dövlət təşkilatları və dövlətlər ola bilər.Konsersium iştirakçıları tam müstəqillik
saxlayır. Birgə seçilmiş rəhbərliyə tabe olurlar. Hazırda Azərbaycanda neft
müqavilələri üzrə neftin hasili və nəqli ilə əlaqədar azərbaycan Beynəlxalq
Əməliyyat Şirkəti və Şimali Abşeron Əməliyyat Şirkəti yaradılmışdır. Bu
konsersiumların yaradılmasıda xarici ölkələrin neft maqnatları da iştirak edir.
2. Təbii inhisarçılıq: İstehsal miqyasının artırılmasının böyük həcmdə qənaətə
səbəb olduğu hallarda mümkündür. Bu inhisarçılıq təsərrüfat subyektləri arasında
rəqabətin mümkün olmadığı sahələrdə də yaranır. Buraya neft, qaz, su, elektrik
enerjisi, faydalı qazıntılar və s. sahələr daxildir.
3. Texnoloji inhisarçılıq: İnhisarın obyekti bu və ya digər məhsulun hazırlanması
üsulu olduğu halda yaranan inhisarçılıq texnoloji inhisarçılıqdir. Texnoloji
inhisarçı kimi ETT- nin müəyyən istiqamətində liderliyi ələ keçırmiş müəssisələr
çıxış edir.İnhisarçılığın bu forması müvəqqəti xarakter daşıyır.
4. İstehlakçı inhisarçılığı və ya monopsoniya: Bu halda bazarda bir alıcı çoxlu
sayda satıcı olur.
5. Təşkilati inhisarçılıq: İnhisarçılığın bu forması istehlakçı birliklərinin
formalaşdırılması yolu ilə meydana gəlir. İstehlakçıların müxtəlif sahə, sahələrarası
və yaxud da regional təşkilat strukturlarını yaratmaqla, inhisarçı meyllərini
miqyaslarını əhəmiyyətli dərəcədə genişləndirmək mümkün olur. Bu isə
bütövlükdə iqtisadiyyatın inhisarlaşma dərəcəsinin artmasına, texniki texnoloji
tərəqqinin sahə və ölkə miqyasında ləngiməsinə səbəb olur.
6. İdarəetmə inhisarçılığı: İnhisarçılığın bu forması inzibati amirlik sisteminin
xarakterik xüsusiyyətlərindən biridir. Burada inhisarçı kimi dövlət çıxış edir.
Dövlət bütövlükdə sosialist təsərrüfat mexanizmi vasitəsilə iqtisadiyyatı idarə
KitabYurdu.az
74
etməklə həm müəssisələrin müstəqilliyini məhdudlaşdırır və məsuliyyətlərini
olduqca azaldır.
7. İdxal inhisarçılığı: Son dövrdə Respublikamızda geniş yayılmışdır. Bu
inhisarçılıq xarici ölkələrdən Respublikamıza daxil olan müxtəlif məhsulların ayrıayrı adamlar tərəfindən ələ keçirilərək öz nəzarətləri altında dəyərindən qat- qat
yüksək qiymətə satılması yolu ilə yaradılır.
6. İnhisarçılığın sosial -iqtisadi nəticələri. Antiinhisar qanunvericiliyi.
İnhisarçılıq çox hallarda məhsulun keyfiyyətinin aşağı düşməsinə və
qiymətlərin sürətlə artmasına səbəb olur. Belə vəziyyət bazar iqtisadiyyatı
şəraitndə istehlakçılara mənfi təsir göstərir.
İnhisarın sosial- iqtisadi nəticələri xalis inhisar baxımdan daha qabarıq şəkildə
özünü göstərir. Bu zaman aşağıdakı 4 amil diqqəti cəlb edir:
a) Qiymətlər, istehsalın həcmi və resursların bölüşdürülməsi. Rəqabət aparan
və inhisarçı firmaların xərcləri arasında müqayisə ilə əlaqədar olan
şətinliklər;
b) Sahəyə daxil olmağı məhdudlaşdıran hədlərin hesabına inhisarçı
müəssisələrin daimi olaraq yüksək inhisar mənfəəti əldə etməsi. Bu inhisarçı
firmanın rəqabət aparan firmalara nisbətən ETT- nin imkanlarından geniş
istifadə etməsi etməsi hesabına yaranır;
c) Gəlirlərin bölgüsü. Sahibkar inhisarçı gəlirlərin bölgüsündə qeyribərabərliyi şərtləndirir. Öz bazar hökmranlığının sayəsində inhisarçı firmalar
rəqabət firmalara nisbətən daha yüksək qiyməti təsbit edir.
Bazar iqtisadiyyatının inkişafının müəyyən mərhələsində inhisarçılıq elə bir
səviyyəyə gəlib çatır ki, ona qarşı tədbirlərin görülməsinə zərurət yaranır. Bu
tədbirlər iki istiqamətdə aparılır:
1. Müvafiq strukturlar tərəfindən rəqabətin inkişafı üçün əlverişli mühitin
yaradılması.
2. Müvafiq orqanlar tərəfindən inhisarçı mövqeyə malik olan təsərrüfat
subyektlərinin fəliyyətinin hüququ aktlarla tənzimlənməsi.
İnhisar fəaliyyətini tənzimləyən ilk hüquqi aktlar hələ XIX əsrin ortalarında
ABŞ- da qəbul edilmişdir. Sonralar bir sıra ölkələrdə,o cümlədən, Azərbaycanda
da bazar münasibətlərinə keçidlə əlaqədar inhisarların fəaliyyətini tənzimləyən
qanunlar qəbul edilmişdir.
1.Şermanın qanunu(1890). Bu qanunla ticarətin gizli inhisarlaşması, bu və ya
digər sahədə təkbaşına nəzarətin əldə edilməsi, qiymətlər haqqında razılaşma
qadağan edilir.Bu qanunda trest firmasında birləşmə, ticarətdə inhisarlaşma aparma
uğrunda gizli sazişlər qadağan olunur.Qanunda göstərilir ki, inhisarlaşdırmağa
cəhd göstərən hər bir şəxs hüququ pozmuş hesab olunur və 50 min dollara qədər
cərimə və ya bir il müddətinədək azadlıqdan məhrum edilə bilər.
2.Kleytonun qanunu(1914). Bu qanunda saziş sferasında məhdud işgüzar
praktikanı, qiymət diskriminasiyasını, uyğunlaşmanı müəyyən edən maddələr öz
əksini tapırdı.
KitabYurdu.az
75
3.Robinson- Petmin qanunu( 1936). Bu qanun ticarət sahəsində məhdud işgüzar
praktikanın olmasına, qiymət qayğısına, qiymət diskriminasiyasına qadağa
qoymuşdur. 1950- ci ildə Kleytonun qanununa Seller- Kefover düzəlişi edildi:
qeyri- qanuni uyğunlaşma anlayışı dəqiqləşdirildi, yəni aktivlərin alınması yolu ilə
olan uyğunlaşma qadağan olundu.Əgər Kleytonun qanunu ilə iri firmaların
horizontal yolla uyğunlaşmasına yol verilirdisə, Seller- Kefover düzəlişi horizontal
uyğunlaşmanı məhdudlaşdırdı.
Antiinhisar fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu
inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan
qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir.
Azərbaycan Respublikasının “Antiinhisar fəaliyyəti haqqında” qanununa uyğun
olaraq bir müəssisə satışın 33 %-ə, 3 müəssisə 50% -ə, 5 müəssisə 66,6% -ə malik
olduğu hallarda inhisarçı müəssisə hesab edilir.
İnhisarçılıq fəaliyyətinin qarşısının alınması aşağıdakı hərəkətləri özündə əks
etdirir:
1. Bazarda hökmran mövqe tutan və rəqabəti məhdudlaşdıran yeni təsərrüfat
subyektlərinin yaradılmasının məhdudlaşdırılmasına tədbirləri;
2. İcra idarəetmə orqanlarının və təsərrüfat subyektlərinin birgə fəaliyyəti haqqında
sazişlər nəticəsində təsərrüfat subyektlərinin müstəqilliyinin məhdudlaşdırılmasına
və iştirakçıların mənafelərinin pozulmasına yönəldilən fəaliyyətin qarşısının
alınması.
3. İnhisarçı təsərrüfat subyektlərinin məhsullarının qiymətkəri üzərində dövlət
nəzarəti qoymaqla onların bazardakı paylarına uyğun mütərəqqi vergi dərəcələrinin
tətbiq edilməsi, təbii inhisarların öz mövqelərindən sui istifadə hallarında aksiz
vergilərinin şərtləşdirilmiş dərəcələrin tətbiq edilməsi, kredit veriləsi şərtlərinin
şərtləndiriləməsi və s. ilə inhisarçıların fəaliyyətinin məhdudlaşdırılmasından
ibarətdir.Antiinhisar fəaliyyətinin üçüncü istiqamətində inhisarçılar tərəfindən
rəqabətin sıxışdırıldığı hallarda imkan daxilində səlahiyyətli orqanlar tərəfindən
inhisarçı müəssisələrin bölüşdürülməsi haqqında qərarlar qəbul etməklə
inhisarçılıq fəaliyyətinin aradan qaldırılmasının həyata keçirilməsi nəzərdə tutulur.
KitabYurdu.az
76
Mövzu 9. Müəssisənin ( firmanın) fəaliyyəti və idarə olunması.( 4 saat)
Plan
I mühazirə ( 2 saat)
1. Firmaların investisiya ehtiyatları1, onların dövranı və dövriyyəsi.
2. Kapital haqqında anlayış. Əsas kapitalın mahiyyəti, ondan istifadə göstəriciləri.
Fiziki və mənəvi aşınması.
3. Əsas kapitalın amortizasiyası və onun növləri.
4. Dövriyyə kapitalının mahiyyəti və ondan istifadə göstəriciləri.
1. Firmaların investisiya ehtiyatları1, onların dövranı və dövriyyəsi.
Müasir dövrdə bazar sisteminin əsas iqtisadi vahidi firma və
müəssisələrdir.Bəzən iqtisadi ədəbiyyatda «firma» və «müəssisə» anlayışları
eyniləşdirilsələr də, bunlar bir-birindən fərqlənir. Belə ki, müəssisə dedikdə milli
iqtisadiyyatın hər hansı bir sahəsində əmtəə və xidmətləri istehsal etmək üçün
istifadə olunan müəyyən istehsal-texniki kompleks nəzərdə tutulur. Məsələn, tikiş
fabriki, mexaniki zavod, bərbərxana, avto-bus parkı və s. müəssisədirlər. Firma isə
istehsalın təşkilati-iqtisadi və ya sahibkarlıq formasıdır. Onun tərkibində bir və ya
bir neçə müəssisə ola bilər.
Firma sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün mülkiyyətçilərin malik
olduqları əmlakdan istifadə kom-pleksidir. Firmanın tərkibinə torpaq da daxil
olmaqla, onun fəaliyyət göstərə bilməsi üçün nəzərdə tutulan bütün əmlak növləri
– binalar, tikililər, qurğular, avadanlıqlar, inventarlar, xammallar, satılmamış hazır
məhsullar və bir sıra səlahiyyətlərin həyata keçirilməsi hüquqları daxildir.
Hər bir firma (fərdi və kollektiv) daxili struktura, onun üçün fayda verən
böyüklüyə və fəaliyyət dairəsinə malik olur. Həm də qeyd etmək lazımdır ki,
onların fəaliy-yətləri fasiləsiz davam edən prosesdir. Onlar investisiya
ehtiyatlarını və ya kapitalı satın almaq, habelə işə işçilər cəlb etməklə məhsul
istehsalını təşkil edirlər. Istehsal olunan məhsullar reallaşdırıldıqdan sonra avans
edilmiş pul vəsaiti firmaya qayıdır. Bu vəsaitdən sərf edilmiş maddi xərcləri
ödəmək və əmək haqqı vermək üçün istifadə olu-nur. Bundan sonra bütün proses
yenidən başlanır və dönə-dönə təkrarlanır. Bu, təbiətdə suyun dövranını xatırladır.
Təsvir olunan prosesə firmanın investisiya ehtiyatlarının və ya kapitalın
dövranı deyilir.
Investisiya ehtiyatları və ya kapital dedikdə əmtəə və xidmətlərin
istehsalında istifadə olunan investisiya əmtəələri və müxtəlif ehtiyatlar, bir sözlə
gəlir gətirən hər şey nəzərdə tutulur. Investisiya ehtiyatlarının dövranı pro-sesində
onlar ardıcıl olaraq bir formadan başqa formaya – pul formasından məhsuldar
formaya, məhsuldar formadan əmtəə formasına və əmtəə formasından yenidən pul
forma-sına – çevrilməklə üç mərhələdən keçir.
KitabYurdu.az
77
Birinci mərhələdə istehsal prosesini təşkil etmək məqsədilə lazım olan
investisiya əmtəələrini satın almaq və əmək haqqı vermək üçün pul avans olunur.
Bunu belə təsvir etmək olar:
П–Я
И.Q
.
И.Я
.
Burada: P – pul, Ə – əmtəə, I. Q. – işçi qüvvəsi,
I. Ə. – investisiya əmtəələri deməkdir.
Ikinci mərhələdə investisiya əmtəələri və işçi qüvvəsi məhsuldar istehlak
olunur, nəticədə yeni məhsullar və kəmiyyətcə daha çox dəyər yaradılır. Bunu
aşağıdakı kimi təsvir etmək olar:
И.Q
.
И.Я
.
Я
…И…Я
1
Burada: I – istehsal deməkdir.
Üçüncü mərhələdə istehsal olunan məhsullar satılır və deməli, əmtəə pula
çevrilməklə özünün başlanğıc formasına qayıdır, sonra isə bütün proses yenidən
başlanır. Bunu belə ifadə etmək olar:
Ə1 – P1
Beləliklə, firmanın investisiya ehtiyatlarının dövra-nını ümumi şəkildə
aşağıdakı kimi təsvir etmək olar:
П–Я
И.Q
.
И.Я
.
…И…Я – P
1
1
Hər bir konkret şəraitdə firmanın investisiya ehti-yatları eyni vaxtda
müəyyən nisbətdə hər üç formada – pul, məhsuldar və əmtəə formalarında olur.
Bunlardan ikinci müstəsna əhəmiyyətə malikdir. Investisiya ehtiyatlarının pul və
əmtəə formalarında olan hissələri tədavül dairəsində fəaliyyət göstərir və tədavül
fondunu əmələ gətirir.
Investisiya ehtiyatlarının birdəfəlik əməliyyat kimi deyil, fasiləsiz, daim
təkrarlanan bir proses kimi nəzərdən keçirilən dövranına onun dövriyyəsi deyilir.
Investisiya ehtiyatlarının hərəkəti müəyyən dövr ərzində baş verir. Onların
istehsal və tədavül mərhələ-lərindən keçdikləri vaxt dövriyyə vaxtı adlanır. Başqa
sözlə, investisiya ehtiyatlarının dövriyyə vaxtı onun pul forma-sında sərf olunduğu
vaxtla pul formasında geri qayıtdığı vaxt arasındakı müddətə deyilir. Buradan
aydın olur ki, dövriyyə vaxtı iki hissədən ibarətdir: 1) Istehsal vaxtı; 2) Tədavül
vaxtı.
Istehsal vaxtı investisiya ehtiyatlarının istehsal dairəsində olduqları vaxta
deyilir. Istehsal vaxtına aşağı-dakılar daxildir: 1) Əsas və dövriyyə kapitallarının
istehsa-lat ehtiyatları formasında olduqları vaxt; 2) Iş dövrü; 3) Insanların iştirakı
olmadan təbii proseslərin davam etdiyi vaxt – bu, kimya, gön-dəri sənayesində,
şərabın emalında, əkinçilik və bir sıra başqa sahələrdə xüsusilə nəzərə çarpır; 4)
Firmada iş rejimi – növbələr arasındakı fasilələr, istirahət günləri və i. a. – və
KitabYurdu.az
78
müxtəlif növ boşdayanmalarla əlaqədar olaraq istehsal prosesində baş verən fasilələr.
Investisiya ehtiyatlarının tədavül dairəsində olduq-ları vaxt tədavül vaxtı
adlanır və o, iki hissədən ibarətdir: 1) Investisiya əmtəələrinin satın alınması və
istehsalın iş qüv-vəsi ilə təmin olunması ilə əlaqədar olaraq sərf edilən vaxt; 2)
Əmtəələrin reallaşdırılması ilə əlaqədar olaraq sərf edilən vaxt.
Yuxarıda göstərildiyi kimi istehsal vaxtının başlıca tərkib hissəsi iş
dövrüdür. Iş dövrü əməyin bilavasitə döv-riyyə kapitalı ünsürlərinə təsir
göstərdiyi vaxta deyilir. Iş dövrünün uzunluğu istehsalın xüsusiyyətlərindən,
hazırla-nan məhsulların xarakterindən asılıdır. Məsələn, çörəyin bişirilməsi dəqiqə
və ya saatla, gəminin düzəldilməsi, yaxud da su-elektrik stansiyasının tikintisi isə
illərlə davam edir. Investisiya ehtiyatlarının dövriyyə sürəti iş dövrünün uzunluğundan asılıdır. Iş dövrü nə qədər uzun olarsa investisiya ehtiyatları də istehsal
dairəsində bir o qədər çox qalmış olurlar. Sahibkar isə iş dövrünü hər vasitə ilə
azaltmağa ça-lışır. Iş dövrünü azaltmağın həlledici şərtləri əməyin inten-sivləşdirilməsi, çoxnövbəli iş sisteminin tətbiq edilməsi, elmi-texniki tərəqqinin
nailiyyətlərindən istifadə olunması, əmək məhsuldarlığının yüksəldilməsi, əmək
bölgüsü və istehsalın ixtisaslaşdırılmasının dərinləşdirilməsi və s.-dir. Bütövlükdə
istehsal vaxtının azaldılmasına isə təbii proseslərin sürətləndirilməsi yolu ilə də
nail olmaq mümkün-dür. Məsələn, ağac materiallarının təbii üsulla qurudulması
üçün 1,5-2,0 il, kamerada qurudulması üçün 15 gün, yüksək texniki cəryanla
qurudulması üçün isə cəmi 35 dəqiqə tələb olunur.
Investisiya ehtiyatlarının dövriyyəsinin sürətləndirilməsinə əmək prosesinin
fasiləsizliyinin təmin olunması üçün lazım olan xammal, material, yanacaq
ehtiyatlarının azaldılması da təsir edir. Bu, onunla əlaqədardır ki, resurs
formasında olan investisiya ehtiyatları fəaliyyət göstərmir. Və bəzi səbəblər həmin
ehtiyatların çoxalmasına gətirib çıxarır. Ona görə də firmalar istehsalat ehtiyatlarının azal-dılmasına, az miqdarda xammal, material, yanacaq ehti-yatları yaradılmasına, bu məqsədlə etibarlı tərəfdaş axta-rılıb tapılmasına, nəqliyyatın və
yükgöndərmələrin təkmil-ləşdirilməsinə çalışırlar.
Tədavül vaxtına da təsir edən amillər vardır. Bunlar hər şeydən əvvəl,
firmalarla satış bazarları arasındakı mə-safədən, nəqliyyat vasitələrinin inkişafı,
ticarətin təşkili, əhalinin alıcılıq qabiliyyəti, əmtəələrin reklam vasitəsilə təbliği,
iqtisadi əlaqələrin mütərəqqi formalarından istifa-də olunması, marketinqə xüsusi
diqqət yetirilməsi və s. ibarətdir.
2. Kapital haqqında anlayış. Əsas kapitalıın mahiyyəti, ondan istifadə
göstəriciləri,fiziki və mənəvi aşınması.
Investisiya ehtiyatları və ya kapitalın dövriyyəsini daha dərindən təhlil
etdikdə aydın olur ki, onun ayrı-ayrı hissələri müxtəlif sürətlə dövr edir və
özlərinin dəyərini is-tehsal olunan məhsulların üzərinə eyni cür keçirmirlər. Buna
uyğun olaraq kapitalı iki yerə bölmək olar: 1) Əsas kapital; 2) Dövriyyə kapitalı.
Investisiya əmtəələrinin istehsal prosesində uzun müddət iştirak edən, öz
dəyərini hazırlanan məhsulların üzərinə xidmət etdikləri müddət ərzində hissə-
KitabYurdu.az
79
hissə, tədriclə keçirən, yararsız vəziyyətə düşüb təsərrüfatdan çıxana qə-dər ilkin
(natural) formasını saxlayan hissəsinə əsas kapital deyilir. Bunlara binalar,
tikililər, qurğular, maşınlar, avadanlıqlar, nəqliyyat vasitələri və s. daxildir. Əsas
kapitalın özünü də iki yerə bölmək olar: 1) Istehsal təyinatlı əsas kapital; 2) Qeyriistehsal təyinatlı əsas kapital. Birinciyə istehsal sahələrində-sənaye, kənd
təsərrüfatı, yük nəqliy-yatı, tikinti və i.a. – istifadə olunan əsas kapital ünsürləri,
ikinciyə isə qeyri-istehsal sahələrində – mənzil-kommunal təsərrüfatı, təhsil,
səhiyyə, elm, mədəniyyət, incəsənət, dövlət idarəetmə orqanları, kredit sistemi və
başqa xidmət sahələrində – istifadə olunan əsas kapital ünsürləri aiddir.
Firmaların (sahələrin, ölkənin) istehsal potensialı, başqa sözlə, hər hansı bir
zaman kəsiyində (ay, rüb, il) lazımi çeşiddə və keyfiyyətdə məhsul buraxmaq
qabiliyyəti istehsal təyinatlı əsas kapital ünsürləri ilə müəyyən edilir. Bəzi hallarda
istehsalla məşğul olan firmaların istehsal gücləri haqqında danışılır. Lakin elə
hallar da olur ki, istehsal güclərindən tam istifadə olunmur, onların bir hissəsi
yeniləşdirilir, bir hissəsi təmir olunur, bir hissəsi isə işçilər tətil etdiklərinə, yaxud
da istehsal olunan məhsullara tələbat olmadığına görə boş dayanır.
Istehsal sahələrində istifadə olunan əsas kapital ünsürləri «texnoloji» və
«yaş» quruluşuna malikdirlər. Əsas kapitalın texnoloji quruluşu dedikdə onun
aktiv hissəsi ilə (istehsal prosesində bilavasitə iştirak edən iş maşınları,
avadanlıqlar və s.) passiv hissəsi (binalar, tikililər və s.) arasındakı nisbət nəzərdə
tutulur. Əsas kapitalın «yaş» quruluşu isə onları xidmət etdikləri müddət üzrə
səciyyə-ləndirməyə imkan verir.
Əsas kapitaldan istifadəni təhlil edərkən aşağıdakı göstəricilər
hesablanır:
1) Əsas kapitalın təzələnməsi, xaric olması və köh-nəlməsi əmsalları. Bu
zaman aşağıdakı düsturlardan istifa-də edilir:
Ətəzələnmə =
Əxaricolma =
KЯ(istifadяyя verilib)
∙ 100,
KЯ(a)
KЯ(lяьv edilib)
KЯ(я)
∙ 100,
KƏ(köhnəlib)
Əköhnəlmə = -------------------- ∙ 100,
KƏ(ə)
və ya
KƏ(köhnəilib)
Əköhnəlmə = -------------------- ∙ 100,
KƏ(a)
Burada: Ətəzələnmə–təzələnmə əmsalı, Əxaricolma–xaric-olma əmsalı Əköhnəlməköhnəlmə əmsalı (%-lə); Kə (ist. verilib)–il ərzində istifadəyə verilmiş, Kə (ləğv edilib)–il
ərzində ləğv edilmiş, KƏ (köhnəlmə) hər hansı bir tarixə köhnəlmiş (adətən ilin
əvvəlinə və ya axırına) əsas kapitalın dəyəri (manatla); Kə (a)–ilin axırına, Kə (ə)–
ilin əvvəlinə mövcud olan əsas kapitalın dəyəri (manatla) deməkdir.
KitabYurdu.az
80
Lakin təhlil zamanı yalnız bu əmsalları hesabla-maqla kifayətlənmək
olmaz, həm də onların arasındakı fərqi müəyyən etmək lazımdır. Məsələn, firma
üzrə təzələnmə əmsalının yüksək, xaricolma əmsalının isə aşağı olması köhnə əsas
kapital ünsürlərinin xüsusi çəkisinin çox olduğuna işarədir.
2) Əsas kapitaldan istifadənin səmərəliliyi göstəriciləri. Bu zaman aşağıdakı
düsturlardan istifadə olunur:
a) Kapitalverimi: ψ = Q / KƏ
Burada ψ–kapitalverimi (manatla) Q–istehsal edil-miş məhsulların dəyəri
(manatla); Kə–əsas kapitalın orta illik dəyəri (manatla) deməkdir.
b) Kapitaltutumu: Kt = KƏ / IXs
Burada: Kt–kapitaltutumu (manatla); Kə–əsas kapi
talın orta illik dəyəri (manatla); IXs – satılmış məh-sulların və xidmətlərin
istehsalına və satışına sərf olunan xərc (manatla) deməkdir.
Əsas kapital ünsürləri istehsal prosesində iştirak et-dikləri müddətdə,
tədriclə köhnəlir, aşınır və istifadə edil-mək üçün yararsız vəziyyətə düşür. Əsas
kapitalın aşınması iki cür olur: 1) Fiziki aşınma; 2) Mənəvi aşınma.
Fiziki aşınma o deməkdir ki, əsas kapital ünsurləri istehsal prosesində
işləndikcə dəyərini yeni yaradılan məhsulların üzərinə keçirir və müəyyən
müddətdən sonra istifadə olunmaq üçün tamamilə yararsız vəziyyətə düşür. Əsas
kapitalın fiziki aşınmasında iki hal ola bilər. O, bir tərəfdən, istehsal prosesində
işləndikcə, digər tərəfdən isə təbii qüvvələrin – istinin, soyuğun, suyun və s. –
təsiri ilə aşınmaya məruz qala, yəni işlənmədən də paslana, çürüyə, xarab ola,
yararsız vəziyyətə düşə bilər.
Əsas kapitalın mənəvi aşınması isə maşın və ava-danlıqların texniki
tərəqqinin təsirilə «dəyərdən» düşməsi prosesidir. Əsas kapitalın mənəvi
aşınmasının da iki halı ola bilər. Bunlardan biri ondan ibarətdir ki, investisiya
əmtəələri istehsal olunan sahələrdə əmək məhsuldarlığının yüksəldilməsi
nəticəsində əsas kapital ünsürləri az xərclə istehsal olunur, onların qiyməti bir
qayda olaraq əvvəlki illərə nisbətən aşağı düşür və beləliklə, eyni istehlak
dəyərinə malik olan avadanlıqları sıxışdırıb sıradan çıxarır-lar. Odur ki, onların
real dəyəri ilk dəyərlə deyil, bərpa dəyəri, yəni həmin dövrdə cəmiyyətdə onun
neçəyə başa gəldiyi dəyərlə qiymətləndirilir. Buna uyğun olaraq fəaliyyətdə olan
əsas kapital ünsürlərinin dəyərindən, isteh-sal olunan məhsulların üzərinə əvvəlkinə nisbətən az dəyər keçirilir. Mənəvi aşınmanın ikinci növünün mahiyyəti isə
ondan ibarətdir ki, köhnə maşın və avadanlıqlar eyni miq-darda məhsulu daha az
əmək sərf olunmaqla və daha qısa müddətdə istehsal etmək imkanı verən yüksək
məhsul-darlıqlı və təkmilləşdirilmiş maşın və avadanlıqlarla əvəz olunur. Bunun
nəticəsində, mövcud əsas kapital ünsür-lərinin texniki xüsusiyyətləri dəyişmir,
onlar fiziki cəhətdən yaxşı vəziyyətdə ola, lakin yeniləri ilə müqayisədə istehlak
olunmağa «yararsız» vəziyyətə düşə bilərlər.
Buradan aydın olur ki, mənəvi aşınmanın ikinci növünün nəticələri
ziddiyyətlidir. Bu, özünü onda göstərir ki, bir tərəfdən müəssisə itirir, digər
tərəfdən isə cəmiyyət qazanır, çünki hələ fiziki cəhətdən köhnəlməmiş əsas kapital
ünsürlərinin dəyərinin bir hissəsinin itirilməsi yeni əsas kapital ünsürlərindən
istifadə olunmasından əldə edilən qənaət hesabına ödənilir.
KitabYurdu.az
81
Nəzərdən keçirilən müddəalarda söhbət dəyərdən – onun məhsulun üzərinə
keçməsindən, ödənilməsindən və s. gedir. Lakin real həyatda dəyər qiymət
vasitəsilə təzahür edir. Təcrübədə isə əsas kapital ünsürlərinin qiyməti bəzi
hallarda heç bir əsas olmadan yüksək müəyyən olunur. Bu zaman söhbət mənəvi
köhnəlmədən yox, istehsalın iqtisadi səmərəliliyi ilə heç bir əlaqəsi olmayan və
«bütün qaydaların ziddinə olan» texnikanın bahalanmasından gedir. Bu,
fəaliyyətdə olan əsas kapital ünsürlərinə süni surətdə üstünlük verir, onların «daha
çox fayda verən texnika» olmaları haqqında yanlış təsəvvür yaradır. Təbiidir ki,
bu, əsas kapitalın təzələnməsi prosesini ləngidir, elmi-texniki tərəqqiyə əngəl
törədir.
3. Əsas kapitalın amortizasiyası və onun növləri.
Yuxarıda göstərildiyi kimi, əsas kapitalın dəyəri istehsal olunan məhsulların
üzərinə onların xidmət etdikləri müddət ərzində tədriclə keçir və sahibinə hissəhissə qayıdır. Bu, amortizasiya ayırmaları vasitəsilə həyata keçirilir.
Əsas kapitalın amortizasiyası onun fiziki və mənəvi aşınması prosesidir. Bu
proses aşınmış və köhnəlmiş əsas kapital ünsürlərinin – maşınların,
avadanlıqların, cihazların, nəqliyyat vasitələrinin, bina və tikililərin və s. – yeniləri ilə əvəz olunmasını nəzərdə tutur.
Əsas kapitalın köhnəlməsi öz əksini onun dəyərinin bir hissəsinin hər il
xüsusi fonda – amortizasiya fonduna keçirilməsində tapır. Amortizasiya fondunda
olan vəsaitə görə vergi alınmır, çünki o, mənfəət hesabına yaradılmır. Bu fondda
olan vəsait təsərrüfat obyektlərinin istifadə üçün yararlı vəziyyətdə saxlanmasına
sərf edilir. Amortizasiya ayırmaları, yaxud da «silinmələri» hesablanmasının
klassik düsturu aşağıdakı kimidir:
A
Ki.d .  Kq.d .
T
Burada: A – illik amortizasiya ayırmaları məbləğini (manat), Ki.d. – əsas
kapitalın ilk dəyərini (manat), Kq.d. - əsas kapitalın istismardan çıxarılması nəzərdə
tutulan məqamda qalıq dəyərini (manat), T – əsas kapitalın maddi ünsürlərinin
xidmətetmə müddətini (il) göstərir.
Istehsal xərclərinin zəruri ünsürlərindən olan illik amortizasiya məbləği
əmtəələrin (xidmətlərin) qiymətlərinə daxil edilir.
Amortizasiya fondu geniş təkrar istehsalın mənbələrindən biridir və bu,
XIX əsrdən məlumdur. Amortizasiya ayırmaları məbləğinin əsas kapitalın orta
illik dəyərinə faizlə olan nisbətinə onun norması deyilir və aşağıdakı düsturla
hesablanır:
A n = A : K ə ∙100
Illik amortizasiya məbləği və normasının hesablanmasını aşağıdakı şərti
misalla izah edək. Tutaq ki, firmada hər birinin dəyəri 10 mln. manat, xidmətetmə
müddəti isə 5 ilə bərabər olan 10 maşın istismara verilmişdir. Onların qalıq
dəyərindən «sərf nəzər» etməklə fərz edək ki, kapital qoyuluşu yalnız
KitabYurdu.az
82
amortizasiya fondu hesabına həyata keçirilir. Deməli, birinci il maşınların
dəyərinin 1/5 hissəsi, yəni 20 mln. manatı «silinir» və hazırlanan məhsullara
çəkilən istehsal xərclərinə daxil edilir. Bu məbləğə əlavə olaraq iki maşın alınır.
Bundan sonra üçüncü il daha iki, dördüncü il dörd, beşinci il beş maşın alınır və
istifadəyə verilir. Deməli, beşinci il eyni vaxtda firmada 20 maşın işləyir. Köhnəldiklərinə görə 10 maşın sıradan çıxsa da və altıncı il onların sayı azalsa da,
başlanğıcda olduğuna nisbətən istismarda daha çox maşın olur. Ona görə ki,
amortizasiya məbləği hesabına yeni maşınlar alınır və istifadəyə verilir. Iqtisadi
ədəbiyyatda buna Loman-Ruxti sə-mərəsi deyilir. Bunun mahiyyəti ondan
ibarətdir ki, «silin-miş maşınlar» tam köhnələnə qədər istismar olunur, amortizasiya ayırmalarından isə yeni avadanlıqların satın alın-ması üçün istifadə edilir.
Nəticədə istifadə olunan istehsal gücləri başlanğıcda, investisiya qoyulan zaman
nəzərdə tutulan istehsal güclərini «üstələyir», ondan çox olur.
Bundan başqa, amortizasiya fondunda toplanan və xidmətetmə müddəti
başa çatana qədər əsas kapitalın satın alınmasına yönəldilən vəsait istehsal üçün
əlavə kapital deməkdir. Amortizasiya ayırmalarının geniş təkrar isteh-salın
maliyyələşdirilməsi mənbəyinə çevrilməsində elmi-texniki tərəqqi müəyyən rol
oynayır. Belə ki, köhnəlmiş avadanlıqlar yeni avadanlıqlarla əvəz olunur, eyni
sahədə daha çox istehsal gücləri yerləşdirilir, əsas kapitalın tərkibində onun aktiv
hissəsinin payı artır, yəni texnoloji strukturu yaxşılaşır.
Məlum oluduğu kimi, illik amortizasiya ayırmaları məbləği avadanlıqların
xidmətetmə müddətindən asılıdır və o, istehsal xərclərinə və deməli, həm də
vergiyə cəlb olunan mənfəət məbləğinə təsir edir. Bundan başqa qeyd etmək
lazımdır ki, avadanlıqların, binaların, nəqliyyat vasitə-lərinin xidmətetmə
müddətləri nisbi anlayışdır. Ona görə ki, sahibkarlardan biri köhnə dəzgahlardan
istifadə olun-masına üstünlük verir, digəri isə texniki yeniliklər olan kimi maşın
parkını təzələməyə səy göstərir. Ikincilər prinsipcə amortizasiya ayırmalarının
artırılmasına maraq göstərirlər. Çünki yuxarıda göstərildiyi kimi amortizasiya
ayırmaları vergiyə cəlb olunmur. Deməli, investisiyaları maliyyələşdirmək üçün
amortizasiya ayırmalarından istifadə edilməsi mənfəətdən istifadə olunmasına
nisbətən daha sərfəlidir.
Dövlət də amortizasiya ayırmalarına böyük maraq göstərir. Ona görə ki,
amortizasiya ayırmalarının həddən çox az olması milli iqtisadiyyat miqyasında
kapital qoyulu-şu, geniş, bəzi hallarda isə, hətta sadə təkrar istehsalın həyata
keçirilməsi, məşğulluğun və tələbin təmin olunması üçün kifayət etmir.
Amortizasiya ayırmalarının həddən çox olması isə investisiyaların artmasına və
əsas kapitalın təzələnməsinə səbəb olsa da, vergi müəyyən edilməsi üçün nəzərdə
tutulan mənfəət məbləğinin azalmasına gətirib çıxarır, bu da büdcəyə vergilər
hesabına daxilolmaların azalması ilə nəticələnir.
Dünya təcrübəsində amortizasiya ayırmalarının aşağıdakı növlərinin
olduğu məlumdur: 1) Tezləşdirilən xətti və ya mütənasib amortizasiya
ayırmaları; 2) «Silinən» obyektin ilk dəyərindən çox olan əlavə amortizasiya
ayırmaları; 3) Xüsusi amortizasiya ayırmaları. Dövlət təsərrüfat fəaliyyətini
canlandırmaq məqsədilə amortiza-siya normalarını artırmağa müvəqqəti icazə
verir; 4) Ilkin amortizasiya ayırmaları. Bu o deməkdir ki, amortizasiya ayırmaları
KitabYurdu.az
83
avadanlıq fəaliyyətə başlayana qədər həyata keçirilir; 5) Amortizasiyanın azalan
qalıqdan hesablanması. Bu zaman amortizasiya ayırmaları əsas kapitalın ilk dəyərindən deyil, qalıq dəyərindən hesablanır. Amortizasiyanın bu növündən Avropa birliyinə daxil olan ölkələrdə və ABŞ-da geniş istifadə olunur.
Tezləşdirilən xətti və ya mütənasib amortizasiya ayırmaları maliyyə
nazirliyinin icazəsi ilə fiziki və mənəvi köhnəlmənin həqiqi müddəti uzadılmaqla,
mənəvi köhnəl-mə nəzərə alınmadan hesablanır.
Müasir dövrdə amortizasiya ayırmaları kapital qo-yuluşunun
maliyyələşdirilməsinin başlıca mənbəyidir. Inki-şaf etmiş ölkələrdə ümumi
investisiyaların 2/3 hissəsi onun payına düşür.
Bunlarla yanaşı, amortizasiya ayırmalarının hesab-laşmasının başqa variantları
da vardır. Bunlar amortiza-siyanın bərabər, bərabərsürətli və sürətli
hesablanması metodlarıdır.
Amortizasiya ayırmalarının müəyyən edilməsinin bə-rabər metodu əsas
kapitalın bərabər fiziki və mənəvi köh-nəlməsinə yönəldilmişdir. Bunun, əsas
kapitalın fiziki aşın-masına münasibətdə qəbul edilməsi mümkündür. Lakin mənəvi köhnəlmə ilə əlaqədar bu sözləri demək olmaz. Çünki elm, texnika, istehsal
texnologiyası qeyri-bərabər inkişaf edir. Əsas kapitalın mənəvi köhnəlməsi
əksəriyyət hallarda bərabər sürətlə getmir. Lakin amortizasiya ayırmaları normalarında bu, belə nəzərdə tutulur. Ona görə də amor-tizasiya normaları elə
müəyyən olunmalıdır ki, əsas kapi-talın mənəvi köhnəlməsi sürətlə getdiyi halda,
bu sahibkara əsas kapitalı başqası ilə əvəz etmək imkanı versin. Bu problemi əsas
kapitaldan sürətli metodlarla amortizasiya ayırmaları hesablanmaqla həll etmək
olar. Bu zaman deyək ki, ilk üç ildə əsas kapitalın ilk dəyərinin 2/3 hissəsinin
məhsulların istehsal xərclərinə daxil edilməsinə imkan verən yüksək normalardan
istifadə olunur. Bundan sonra yerdə qalan məbləğ eyni (sabit) amortizasiya
normaları ilə sonrakı xidmət illərində «silinir».
Hazırda qeyri-bərabər amortizasiya ayırmaları hesab-lanması qaydası da
inkişaf edir. Bu zaman avadanlıqların dəyərinin böyük bir hissəsi ilk illərdə
istehsal xərclərinə daxil edilir. Məsələn, avadanlığın dəyərinin birinci il 50%-i,
ikinci il 30%-i, üçüncü il isə 20%-i istehsal xərclərinə daxil edilə bilər. Bu,
inflyasiya şəraitində müəssisəyə qoydüğu xərci tez bir zamanda «çıxarmaq» və onu
avadanlıq parkının daha da yeniləşdirilməsinə yönəltmək imkanı verir. Müəssisələr
amortizasiya ayırmalarından müstəqil istifadə edir, onu elmi-texniki tərəqqiyə,
istehsalın inkişaf etdirilmə-sinə, əsas kapitalın təkrar istehsalı və
təkmilləşdirilməsinə yönəldirlər.
4. Dövriyyə kapitalının mahiyyəti və ondan istifadə göstəriciləri.
Istehsalı təşkil etmək üçün təkcə əsas kapital ün-sürləri deyil, həm də
xammal, material, yanacaq, enerji, ya-rımfabrikat və s. lazımdır. Bunlar dövriyyə
kapitalını əmələ gətirir. Dövriyyə kapitalı ünsürlərinin satın alınmasına sərf
edilən vəsaitin dövriyyəsi isə başqa cür olur. Istehsal prosesində emal olunan
xammal və materiallar özlərinin əvvəlki istehlak dəyərlərini itirir və yeni forma
alırlar. Yanacaq, elektrik enerjisi isə xammal və materiallardan fərqli olaraq
KitabYurdu.az
84
istehlak edildikcə yox olurlar. Dövriyyə kapitalı, kapitalın dövranı hər dəfə başa
çatarkən tamamilə istehlak olunur və öz dəyərini yeni yaradılan əmtəələrin üzərinə
keçirir.
Kapitalın istehsal prosesində tamamilə istehlak olu-nan və öz dəyərini
istehsal edilən əmtəələrin üzərinə birdən-birə keçirən, kapitalın bir dövranı ərzində
istehsal olunmuş məhsulların satışından sonra pul formasında sahibinə qayıdan
hissəsinə dövriyyə kapitalı deyilir.
Dövriyyə kapitalı natural formada istehsalat ehti-yatlarına (anbarda olan
xammallar, əsas və köməkçi mate-riallar, yanacaq, satın alınmış yarımfabrikat və
i. a.); az- qiymətli, tez xarab olan inventarlara və gələcək dövr xərc-lərinə (yeni
məmulat növlərinin istehsalına hazırlıq, şaxta-ların, neft quyularının və s.
obyektlərin gələcəkdə istismarı ilə əlaqədar olan xərclər) bölünür.
Dövriyyə kapitalına qənaət olunması, onlardan istifa-də edilməsinin
yaxşılaşdırılması istehsalın səmərəliliyini yüksəltməyin başlıca amillərindəndir.
Müasir dövrdə dövriyyə kapitalına qənaət edilməsinin iqtisadi əhəmiyyəti öz
ifadəsini aşağıdakılarda tapır:
-Xammal, material və yanacaq sərfinin azaldılması istehsalda çox böyük
iqtisadi səmərə əldə olunmasını təmin edir. Bu, hər şeydən əvvəl eyni miqdarda
maddi ehtiyat-lardan daha çox hazır məhsul istehsal olunmasına imkan verir və
istehsalın miqyasının genişləndirilməsi üçün ilkin şərait yaradır;
-Maddi ehtiyatlara qənaət olunması və yeni, iqtisadi cəhətdən ən sərfəli
materialların istehsalata tətbiq edilməsi təkrar istehsal prosesində ayrı-ayrı sahələr
arasında daha mütərəqqi proporsiyaların formalaşmasına və istehsalın sahə
strukturunun təkmilləşdirilməsinə imkan verir;
-Maddi ehtiyatlara qənaət olunmasına cəhd göstəril-məsi ən yeni texnikadan
istifadə olunması və texnoloji pro-seslərin təkmilləşdirilməsi üçün stimul yaradır;
-Maddi ehtiyatların istehlakı zamanı onlara qənaət edilməsi istehsal
güclərindən istifadə olunmasının yaxşılaş-ması və içtimai əmək məhsuldarlığının
yüksəlməsinə səbəb olur. Başqa sözlə, keçmiş, maddiləşmiş əməyə qənaət olunması içtimai əmək məhsuldarlığının yüksəlməsi deməkdir. Digər tərəfdən, maddi
ehtiyatlara qənaət edilməsi həm də canlı əməyə qənaət edilməsi deməkdir. Çünki
bu zaman ma-terialların yüklənməsi, daşınması, boşaldılması, saxlanıl-ması ilə
əlaqədar olan xərclər azalır;
-Maddi ehtiyatlara qənaət olunması xeyli dərəcədə istehsal xərclərinin
azaldılmasına və məhsul vahidinə çəki-lən xərcin aşağı salınmasına təsir edir.
Hazırda bütün isteh-sal xərclərinin 3/4 hissəsi maddi xərclərin payına düşür.
Gələcəkdə, istehsalın texniki səviyyəsi yüksəldikcə məhsulun istehsalına sərf
olunan ümumi xərclərin tərkibində maddi-ləşmiş əməyin xüsusi çəkisi artmaqda
davam edəcəkdir. Deməli, əmək vasitələri və əmək cisimlərindən istifadənin
yaxşılaşdırılması gələcəkdə içtimai istehsal xərclərinə qənaət olunmasının əsas
istiqaməti olacaqdır;
-Maddi ehtiyatlara qənaət olunması istehsal xərcləri-nin azaldılmasına
əhəmiyyətli dərəcədə təsir etməklə, həm də bazar iqtisadiyyatı subyektlərinin
maliyyə vəziyyətinin yaxşılaşmasına səbəb olur.
KitabYurdu.az
85
Beləliklə, dövriyyə kapitalından istifadənin yaxşılaş-dırılması və onlara
qənaət edilməsi iqtisadi səmərəliliyin yüksəldilməsində çox böyük rol
oynayır.Odur ki, dövriyyə kapitalından istifadəni ifadə edən bir sıra göstəricilər
hesablanır. Bunlara material, enerji, metal tutumu göstəriciləri misal ola bilər.
Material tutumu dedikdə sərf olunan xammalların, yanacağın, enerjinin,
materialların və dövriyyə kapitalının digər ünsürlərinin, enerji tutumu dedikdə
yalnız sərf olunan yanacaq və enerjinin (bir çox hallarda natural vahidlərlə), metal
tutumu dedikdə isə sərf olunan metalın (adətən natural vahidlərlə) istehsal edilən
məhsullara olan nisbəti nəzərdə tutulur.
Material tutumu aşağıdakı düsturla hesablanır:
μ = M : Q ∙ 100
Burada: μ – material tutumu (%-lə), M – istifadə olunmuş xammalların,
materialların, yanacağın, enerjinin və s. dəyərini (manat), Q – istehsal edilmiş
məhsulun dəyərini göstərir.
«Enerji tutumu» və «metal tutumu» göstəriciləri, material tutumu
göstəricisinin variantları ola bilər. Yəni kəsrin surətində «M»-in yerinə sərf olunan
«enerji» və ya «metal» qoyulur, kəsrin məxrəci isə olduğu kimi saxlanılır.
Firmalarda xammal, material, yanacaq, enerji və s. yanaşı reallaşdırılmamış
hazır məhsullar, hesablaşmalarda və kassada pul vəsaiti və əmək haqqı üzrə
xərclər də olur. Bunları «tədavül fondları» adlandırırlar. Kapitalın dövranı
prosesində dövriyyə kapitalı ilə tədavül fondları arasında sıx əlaqə mövcuddur.
Belə ki, kapitalın dövranı hər dəfə başa çatdıqdan sonra onların biri digərinə
çevrilir və tamamilə bərpa olunur. Dövriyyə kapitalı ilə tədavül fondları ikisi
birlikdə «dövriyyə vəsaitini» əmələ gətirir.
Dövriyyə kapitalından istifadənin səmərəliliyini təh-lil edərkən başqa
göstəricilərdən də istifadə olunur. Bunlar-dan biri dövriyyə kapitalının (dövriyyə
vəsaitinin) dövret-mə sürətidir.
Dövriyyə sürəti il ərzində satılmış məhsulların dəyə-rini dövriyyə
vəsaitlərinin orta illik dəyərinə bölmək yolu ilə, aşağıdakı düsturla hesablanır:
Əd.k.d.s. = Qp : Kd
Burada: Əd.k.d.s. – dövriyyə kapitalının (dövriyyə vəsaitinin) dövriyyə
sürətini (əmsalını) (dəfə); Qp – satılmış məhsulların dəyərini; Kd – dövriyyə
kapitalının (dövriyyə vəsaitinin) orta illik dəyərini göstərir.
Dövriyyə kapitalının (dövriyyə vəsaitinin) dövriyyə sürətinin
hesablanmasını aşağıdakı misalla izah edək. Tutaq ki, satılmış məhsulların dəyəri
150 mln. manata, dövriyyə kapitalının (dövriyyə vəsaitinin) orta illik dəyəri isə 50
mln. manata bərabərdir. Bu, onu göstərir ki, dövriy-yə vəsaitləri il ərzində 3 dəfə
tam dövr etmişdir – (150 mln. manat: 50 mln. manat = 3 dəfə). Bir dövriyyənin
müddəti (günlə) göstəricisi isə bir ildəki təqvim günlərinin sayını dövriyyələrin
sayına bölmək yolu ilə müəyyən edilir. Həmin misaldakı rəqəmlərdən istifadə
KitabYurdu.az
86
etdikdə dövriyyələrin müd-dəti 120 günə (360 gün : 3 dəfə = 120 gün)1 bərabər
olur.
Bu göstəricilər sahələr üzrə bir-birindən kəskin surətdə fərqlənsələr də,
onlar firmada iqtisadi dövriyyənin bir ildə neçə dəfə və neçə gündən bir baş
verdiyini göstərir.
Dövriyyə kapitalından (dövriyyə vəsaitindən) isti-fadəni səciyyələndirməyə
imkan verən göstəricilərdən biri də cari satılma (satılabilmə, pula çevriləbilmə)
göstəri-cisidir. Bunu hesablamaq üçün aşağıdakı düsturdan istifadə olunur:
C S ə = K d : F q. ö.
Burada: CSə – cari satılabilmə əmsalını, K.d. – döv-riyyə kapitalının
(dövriyyə vəsaitinin) orta illik dəyərini; Fq.ö. – firmanın qısa müddətli öhdəliyini
göstərir.
Bu göstərici firma tərəfindən götürülmüş öhdəlik-lərin (qısa müddətli borc
və kreditlər, kreditor borcları) növbəti ildə yerinə yetirilə bilməsi üçün istifadə
oluna biləcək vəsaitin kifayət qədər olub-olmaması haqqında mühakimə
yürütməyə imkan verir.
II mühazirə
Plan
1. Kapitalın qiymətləndirilməsi metodları.
2. Firmaların fəaliyyətlərinin səmərəliliyi göstəriciləri.
3. Firmanın idarə edilməsi.
1. Kapitalın qiymətləndirilməsi metodları.
Təcrübədə hər bir sahibkarın qarşısına, onun mülkiyyətində olan kapitalın
real bazar qiymətinin müəyyən edilməsi zəruriliyi çıxır. Buna peşəkarların dili ilə
«biznesin qiymətləndirilməsi» deyilir. Bu zaman «əsaslandırılmış bazar dəyəri»
anlayışından istifadə olunur. Əsaslandırılmış bazar dəyəri dedikdə satıcının öz
əmlakını kiməsə satdığı qiymət nəzərdə tutulur. Firmalar (müəssisələr) özlərinə
məxsus olan əmlakı satarkən, onların qiymətləndirilmə-sinin aşağıdakı metodlarından istifadə edirlər: 1) Gəlirlər nəzərə alınmaqla qiymətləndirmə; 2) Bazar
konyukturası nəzərə alınmaqla qiymətləndirmə; 3) Xərclər nəzərə alınmaqla
qiymətləndirmə.
Birinci metodun mahiyyəti ondan ibarətdir ki, əm-laka qiymət qoyularkən,
gələcəkdə əldə edilməsi mümkün olan gəlirlər nəzərə alınır. Ikinci metodda isə
eyni obyekt-lərin satılması həyata keçirilərkən müqayisəetmədən istifa-də olunur.
Başqa sözlə, eyni təyinatlı hər hansı bir obyektin satış qiymətinə istinad olunur.
KitabYurdu.az
87
Xərclər nəzərə alınmaqla qiymətləndirmə metodunda isə əvvəlcə əmlakın işlənmə
müddətində məhsulun üzərinə keçirdiyi dəyər müəyyən edilir, sonra isə təkrar
istehsalı və ya dəyişdirilməsi üçün zəruri olan xərclər təhlil olunmaqla ona qiymət
qoyulur.
Gəlirlər nəzərə alınmaqla qiymətləndirmə metodu daha geniş
yayılmışdır. Burada əsas etibarilə iki üsuldan istifadə edilir. Bunlardan birinə
gəlirlərin kapitallaşdırılması, digərinə isə gələcəkdə əldə edilməsi mümkün olan
gəlirlərin (pul axınının) uçotu (diskont edilməsi)1 deyilir. Gəlirlərin
kapitallaşdırılmasının mahiyyəti ondan ibarətdir ki, obyektin bazar dəyəri pul
gəlirləri ilə düz, gözlənilən pul gəlirləri ilə isə tərs mütənasibdir. Yəni:
BD=R:r
Burada: BD – bazar dəyərini, R – illik gəliri, “r” isə gözlənilən gəliri
göstərir.
Gəlirlərin kapitallaşdırılması obyektin faizlə ifadə olunan gəlirlilik
səviyyəsi, başqa sözlə, mənaca diskont də-rəcəsinə yaxın, lakin ona bərabər
olmayan göstəricidir. Bu metod bir neçə il ərzində sabit və dəyişməz məbləğdə
gəlir götürüldükdə müəyyən məna kəsb edir. Bu metoddan da-şınmaz əmlakın
qiymətləndirilməsində daha geniş istifadə edilir. Məsələn, tutaq ki, Bakı şəhərində
ayda 300 dollar kirayə alınmaqla 3 otaqlı mənzil 5 il müddətinə kirayə verilmişdir.
Gözlənilən illik gəlir dərəcəsi 10%-ə bərabərdir. Bu o deməkdir ki, illik gəlir 3600
dollar olmaqla, həmin mənzilin bazar dəyəri 36 min dollara bərabərdir.
Pul axınının uçotu (diskont edilməsi) metodu, ob-yekti (müəssisəni) satın
alan investor tərəfindən gələcəkdə əldə ediləcək pul gəliri haqqında proqnoza
əsaslanır. Bu hesablamada bankın faiz dərəcəsi müəyyənedici rol oynayır. Onun
əsasında investisiya layihələrindən gələcək-də əldə ediləcək gəlir (%-lə)
hesablanır. Bu zaman aşağıda-kı düsturdan istifadə olunur:
D = Dt : (1+r)
Burada: D – kapital aktivinin diskont edilmiş cari dəyərini, Dt – t qədər ilə
bərabər olan dövr üzrə qoyulmuş investisiya vəsaitindən gələcəkdə əldə edilməsi
nəzərdə tutulan gəliri; “r” – bank faizi normasını göstərir.
Sənayeyə və digər sahələrə qoyulan investisiyalara görə əldə edilən illik
gəlir banka qoyulan depozitə (əmanətə) görə verilən bank faizindən çox olduqda
iqtisadi məna kəsb edir. Investisiya haqqında qərarlar qəbul edilərkən cari
məqamda bazarda satın alınan investisiya əmtəələrinin qiymətləri, faiz norması,
bu əmtəələrin istifa-dəsindən əldə edilən illik gəlir, xidmətetmə müddəti başa
çatdıqda onların qalıq dəyəri ilə satılması imkanları kimi parametrlər əsas
götürülür. Bu metodun üstünlüyü ondadır ki, o, diskont dərəcəsi vasitəsilə bazarın
gələcək konyuktu-rasını nəzərə alır. Onun çatışmazlığı isə proqnozun hazırlanmasındakı çətinliklərlə əlaqədardır.
Bazar konyukturası nəzərə alınmaqla qiymətləndirmədə aşağıdakı üç
üsuldan istifadə olunur: 1) Kapital bazarları üsulu; 2) Sövdələşmə üsulu; 3)
KitabYurdu.az
88
Sahələr üzrə qiymətləndirmə üsulu. Kapital bazarları üsulu ilə qiymət-ləndirmə
zamanı dünyanın fond bazarlarında eyni tipdən olan (oxşar) firmaların satın
alındığı qiymətlər əsas götürülür. Bu üsuldan istifadə etmək üçün müqayisə
olunan firmaların maliyyə vəziyyətləri və qiymətlər haqqında dəqiq və ətraflı
informasiya olmalıdır. Bu zaman müqayisə üçün qiymətlər/mənfəət; qiymətlər/pul
axını; investisiya kapitalı/mənfəət göstəricilərindən geniş istifadə olunur.
Sövdələşmə üsulunda nəzarət səhm zərfinin satın alındığı qiymət təhlil
olunur. Burada da qiymətlər/mənfəət; qiymətlər/pul axını; investisiya
kapitalı/mənfəət göstərici-lərindən istifadə edilir.
Sahələr üzrə qiymətləndirmə üsulu ayrı-ayrı sahələrdə sabitləşmiş
göstəricilərə əsaslanır. Məsələn, reklam agentliyinin satış qiyməti onun bir ildə
əldə etdiyi mənfəə-tin 75%-nə, çörəkxananınkı satışın illik məbləğinin, habelə
onun avadanlıqlarının və ehtiyatlarının dəyərinin 15%-nə bərabər götürülür.
Avtomobillərin icarəyə verilməsi sahə-sində ixtisaslaşmış agentlik satılarkən hər
avtomobilin qiy-məti 1000 dollara bərabər götürülür və avtomobillərin sayı 1000ə vurulmaqla onun (agentliyin) bazar dəyəri tapılır. Bu üsulun üstünlüyü ondadır
ki, o, bazar qiymətlərinə əsas-lanır. Onun çatışmazlığı isə özünü müqayisə olunan
şirkət-lər haqqında məlumatların (xüsusilə də keçmiş dövrlərə aid məlumatların)
əldə edilməsindəki çətinliklərdə və dəyi-şən bazar konyukturasının nəzərə
alınmamasında göstərir.
Xərc nəzərə alınmaqla qiymətləndirmədə isə hər şeydən əvvəl, firmadakı
mövcud aktivlər qiymətləndirilir. Bu zaman müxtəlif cür təshihetmələr
(köhnəlmə, aşınma) nəzərə alınmaqla, balans hesabatları əsasında müəssisənin
maliyyə vəziyyəti, maddi (torpaq, binalar, tikililər, maşınlar, avadanlıqlar) və
qeyri-maddi (peşə və ixtisaslar, ticarət markası və i.a.) aktivləri qiymətləndirilir.
Bu metodun üs-tünlüyü ondadır ki, o, mövcud aktivlərə əsaslanır. Onun çatışmazlığı isə qeyri-maddi aktivlərin, şirkətin perspektivinin nəzərə alınmasındakı
çətinliklərlə əlaqədardır.
Təcrübədə bu metodların hər birindən həm ayrı-ayrılıqda, həm də onların
hamısından eyni vaxtda istifadə oluna bilər və olunur. Bəzi hallarda bu işə
təcrübəli eks-pertləri də cəlb edirlər.
Əsas kapitalın istehsal prosesində uzun müddət isti-fadə edilməsi, tədriclə
aşınması və bu müddət ərzində təkrar istehsal prosesinin dəyişməsi ilə əlaqədar
olaraq, onların qiymətləndirilməsi üçün bir sıra digər metodlardan da istifadə
olunur. Bunlar əsas kapitalın tam ilk, bərpa və qalıq dəyəri ilə qiymətləndirilməsi
üsullarıdır.
Əsas kapitalın tam ilk dəyəri dedikdə onun satın alın-ması (və ya
hazırlanması) ilə əlaqədar xərclər nəzərdə tutulur.
Bərpa dəyəri müasir şəraitdə əsas kapitalın təkrar istehsalı ilə əlaqədar olan
xərcləri ifadə edir.Bu, bir qayda olaraq əsas kapitalın yenidən qiymətləndirilməsi
yolu ilə müəyyən edilir.
Əsas kapitalın qalıq dəyəri dedikdə isə onun tam ilk və ya bərpa dəyəri ilə
köhnəlmə məbləği arasındakı fərq nəzər-də tutulur.
2. Firmaların fəaliyyətlərinin səmərəliliyi göstəriciləri.
KitabYurdu.az
89
Firmaların fəaliyyətlərini təhlil edərkən bir sıra səmərəlilik göstəricilərindən
istifadə olunur. Bunların seçil-məsi təhlilin məqsədindən asılıdır. Təhlilin məqsədi
isə olduqca müxtəlifdir və aşağıdakıları əhatə edir: 1) Strateji məqsəd; 2) Taktiki
məqsəd; 3) Planlaşdırma vəzifələri; 4) Digər məqsədlər.
Strateji məqsədi müəyyən edərkən müxtəlif göstəricilərdən istifadə
olunmaqla firmanın fəaliyyətinin nəticə-ləri, onun rəqiblərinin, yaxud da onunla
əlaqədə olan fir-maların nəticələri ilə müqayisə edilir.
Taktiki məqsəd dedikdə rəhbərliyin firmanın fəaliyyətinə nəzarət etməsi
nəzərdə tutulur. Və bu məqsədlə, hər hansı bir məhsulun istehsalı ilə əlaqədar
səmərəlilik göstəriciləri hesablanır.
Planlaşdırma sahəsində qarşıda duran vəzifələri mü-əyyən edərkən
firmaların fəaliyyətində gələcəkdə edilməsi mümkün olan dəyişiklikləri həyata
keçirmək üçün hər hansı bir dövr üzrə müxtəlif ehtiyatlardan istifadə olunmasının
və ya onların əlaqələndirilməsinin sərfəliliyi müqayisə edilir.
Digər məqsədlərə isə firma rəhbərliyinin kollektiv müqavilələrin
bağlanması üçün həmkarlar ittifaqı komitəsi ilə apardığı danışıqlar, dövlət
tərəfindən müəyyən olunan, gözlənilən məhdudiyyətlərin qiymətləndirilməsi və s.
daxildir.
Istehsala investisiya qoyulması və məhsulların reallaşdırılması
mərhələlərində sahibkarları iqtisadi amillərdən istifadə olunmasının müxtəlif
cəhətləri maraqlandırır və bununla əlaqədar olaraq iqtisadi səmərəliliyi ifadə edən
aşağıdakı göstəricilər hesablanır:
1) Firmanın bütün kapitalının (aktivlərinin) rentabelliyi:
Ra=M:K
Burada: M – mənfəət, K – firmanın bütün vəsaitlə-rinin (aktivlərinin) cəmi
və ya kapitalının dəyəri deməkdir.
2) Firmanın bütün kapitalının (aktivlərinin) dövriyyəsi:
Rd=Q:K
Burada: Q – satılmış məhsulların dəyərini göstərir.
3) Satılmış məhsul vahidinə düşən xərclər:
S=TC:Q
Burada: TC – ümumi xərcləri göstərir.
4) Istehsalın rentabelliyi:
R = M : (K ə + K d)
Burada: Kə – əsas kapitalın, Kd – dövriyyə kapi-talının (dövriyyə vəsaitinin)
orta illik dəyəri deməkdir.
KitabYurdu.az
90
Bunların içərisində ən ümumiləşdirici göstərici bü-tün kapitalın
rentabelliyidir.Beləliklə, firmaların fəaliyyətlərini təhlil edərkən bir sıra ümumi və
xüsusi göstəricilərdən istifadə olunur.
3. Firmaların idarə edilməsi.
Inzibati, daha dəqiq desək, inzibati-amirlik metodu cəmiyyətdə hakimiyyət
və idarəetmə strukturlarına xas olan üsulların toplusudur.
Inzibati-amirlik metodlarından ilk dəfə 1916-cı ildə Almaniyada istifadə
edilmiş, keçmiş Sovet Ittifaqında əslində onun mövcudluğunun lap ilk günlərindən
istifadə olunmağa başlanmış, sonralar bu, getdikcə yeni-yeni me-todlarla
«zənginləşdirilmiş» və demək olar ki, keçən əsrin 80-ci illərində özünün «ən
yüksək zirvəsinə» çatmışdı.
Bazar iqtisadiyyatı şəraitində isə idarəetmənin iqtisadi metodlarına üstünlük
verilir. Lakin idarəetmədə inzibati-amirlik və iqtisadi metodlardan istifadə
edərkən onları bir-birinə qarşı qoymaq olmaz. Sosial-psixoloji metodlar başlıca
olaraq həyatın mənasının, cəmiyyətin inkişaf istiqamətlərinin, orada insanların
rolu və yerini müəyyən edən problemlərin həll edilməsi ilə əlaqə-dardır. Burada
kütləvi informasiya vasitələrinin (radio, te-leviziya, mətbuat və s.) əvəzsiz rolu
vardır.
Idarəetmə müxtəlif səviyyələrdə təşkil edilir və həya-ta keçirilir.
Mikroiqtisadi səviyyədə idarəetmənin başlıca tərkib hissələri marketinq və
menecmentdir.
Marketinq bazarın mövcud və perspektiv tələbatını öyrənmək məqsədilə
əmtəələrin istehsalı üçün texnologiyanın hazırlanmasından tutmuş onların
istehlakçılara çatdırılmasına qədər olan dövrdə firmaların bütün işgüzar fəaliyyətlərinin əmtəələrin, xidmətlərin satılması vəzifələrinə tabe edilməsi ilə əlaqədar
görülən təşkilati işlər sistemidir. Başqa sözlə, marketinq o deməkdir ki, firmalar
məhsulları yalnız istehsal etməklə kifayətlənmirlər, onlar həm də hazırladıqları
əmtəələrə olan tələbatın öyrənilməsi ilə özləri məşğul olurlar.
Firmaların idarə olunmasının marketinq forması ABŞ-da XX əsrin
əvvəllərində məhsulların reallaşdırılmasının kəskinləşdiyi dövrdə meydana
gəlmişdir. Marketinq sisteminə aşağıdakılar daxildir: firmada istehsal edilmiş
məhsullara olan tələbatın cari vəziyyəti və tədiyə qabiliyyətli tələbin dinamikasını
öyrənmək; ayrı-ayrı məhsul-ların, onların «əvəzedicilərinin», habelə eyni növdən
olan «əcnəbi» məhsulların qiymətlərinin dəyişməsi səbəblərini təhlil etmək; yeni
tələbatları proqnozlaşdırmaq; rəqabət aparılan firmalarla mübarizədə reklamdan
geniş istifadə etmək; müəyyən imtiyazlar vermək, istehlakçıya verilən hüquqları
genişləndirmək, lotoreyalar buraxmaq, satış sər-giləri təşkil etmək, bir sıra şərtlər
yerinə yetirildikdə müka-fat vermək yolu ilə alıcıları özünə cəlb etməklə
məhsulların satışını stimullaşdırmaq; «alıcı əmtəələri yox, əmtəələr alı-cıları
tapmalıdır» prinsipini həyata keçirmək; rəqiblər haqqında material toplamaq və
onu qiymətləndirmək; ba-zar haqqındakı informasiyaları işləmək üçün EHM-dən
KitabYurdu.az
91
istifadə etmək; ayrı-ayrı əmtəələrin satışı üçün bazarları düzgün seçmək və s. və i.
a.
Təcrübədə marketinqin prinsipləri ardıcıl olaraq aşağıdakı mərhələlərdə
yerinə yetirilir: 1) Bazarı hərtərəfli öyrənmək əsasında firmanın müxtəlif çeşiddə
istehsal etdiyi məhsulların siyahısını (o cümlədən rəqiblər haqqında planı) tərtib
etmək; 2) Nəzərdə tutulmuş istehsal proqramlarını (mal göndərənləri seçmək və
onlarla əlaqə saxlamaq, məh-sulların çeşidi və keyfiyyəti üzərində nəzarət etmək)
ciddi surətdə yerinə yetirmək; 3) Marketinq proqramlarını – məhsulların satış
bazarlarını ələ keçirməyə dair planları – həyata keçirmək.
.
Firmalar miqyasında kommersiya fəaliyyətinin səmərəli idarə edilməsi
təcrübəsinin ümumiləşdirilmiş forması menecmentdir.Meneçment mikrososial
idarəetmənin prinsiplərini həyata keçirir. Bu prinsiplər aşağıdakılardır: hər bir
işçinin fərdi imkanlarının maksimum nəzərə alınmasını tələb edən «iqtisadi
münasibətlərin humanistləşdirilməsi», firmanın tərəqqisi naminə müxtəlif işçi
qruplarının həmrəyliyini nəzərdə tutan «işgüzar tərəfdaşlıq»; firmanın hər bir
struktur pilləsində qərarların müstəqil qəbul olunmasına əsaslanan «mərkəzi
orqanların bəzi iqtisadi vəzifələrinin» menecerlərə verilməsi.
Menecment, firmaları istehsalın texnoloji pilləsi deyil, bazar
iqtisadiyyatının sosial sistemi hesab edir. Menecmentin əsas istiqamətləri məhz
bununla müəyyən edilir. Bunlar aşağıdakılardır: firmaların və onların arasındakı
münasibətlərin mikrososial strukturunun (sosial-peşə, mədəni-təhsil, ixtisas və
demoqrafiya) aşkara çıxarılması; kollektiv səyin səfərbərliyə alınmasının başlıca
şərti olan kiçik qrupların («səlahiyyətli işçi briqadaları», «məqsədli qruplar», o
cümlədən mütəxəssislər arasında) yaradılması.
KitabYurdu.az
92
Mövzu 10. İstehsal xərcləri və mənfəət( 4 saat).
Plan
1. Istehsal xərclərinin mahiyyəti,quruluşu və təsnifləşdirilməsi.
2. Firmaların qısa və uzunmüddətli dövrdə fəaliyyətləri və xərcləri.
3. Miqyasın səmərəliliyi və ya istehsalın miqyasının genişləndirilməsinin müsbət
və mənfi cəhətləri.
4. Mənfəətin məzmunu, onun növləri, vəzifələri və artırılması yolları. Normal və
xalis mənfəət.
1. Istehsal xərclərinin mahiyyəti,quruluşu və təsnifləşdirilməsi.
Məhsulların istehsalı prosesində xammal, material, yanacaq, elektrik
enerjisi, əməyin müxtəlif növləri sərf olunur, əsas kapital ünsürləri – maşın və
avadanlıqlar, binalar istifadə olunduqca köhnəlir və öz dəyərlərinin bir hissəsini
amortizasiya ayırmaları formasında istehsal edilən məhsulların üzərinə keçirirlər.
Deməli, bu və ya digər məh-sulun istehsalına müəyyən miqdarda canlı və
maddiləşmiş əmək sərf olunur və bunlar istehsal xərclərini əmələ gətirir.
Lakin istehsal xərcləri kateqoriyası ilə əlaqədar iqtisadçılar arasında fikir
birliyi yoxdur. Demək olar ki, iqtisadi məktəblərin hamısının tanınmış
nümayəndələri bu barədə fikir söyləmişlər. Məsələn, klassik burjua siyasi
iqtisadının nümayəndələri A. Smit və D. Rikardo istehsal xərcləri haqqında öz
mülahizələrini bildirir və onu istehsal qiyməti ilə eyniləşdirirlər. Ingiltərə
iqtisadçıları R. Torrens, C. Mill, C. Mak-Kulloh belə hesab edirdilər ki, əmtəələrin
dəyəri əmək haqqı, mənfəət və rentadan ibarətdir. J. B. Seyin fikrincə istehsal
xərcləri üç amildən – əmək, torpaq, kapital – əmələ gəlir. Fransız iqtisadçısı N.
Senior istehsal xərclərinin izahının subyektiv variantını irəli sürmüşdür. Onun
fikrincə dəyərin kəmiyyəti işçilərin və sahibkarların şəxsi istehlakdan imtina
etmələrinin nəticəsidir.
KitabYurdu.az
93
K. Marksa görə əmtəələrin istehsalı üzrə cəmiyyətin və müəssisələrin
istehsal xərclərini bir-birindən fərqlən-dirmək lazımdır. Məhsulların hazırlanması
ilə əlaqədar sərf olunan bütün canlı və maddiləşmiiş (keçmiş) əmək məsrəfləri
cəmiyyətin istehsal xərclərini əmələ gətirir. A. Marşall istehsal xərclərinin
obyektiv və subyektiv variant-larını birləşdirməyə cəhd göstərmişdir. O, belə
hesab edirdi ki, istehsal xərcləri işçilərin «əziyyəti» və sahibkarların «imtinasının»
cəmidir. Müasir dövrdə Qərb ölkələrin-də istehsal xərclərini həm mahiyyət, həm
də quruluş və terminologiya cəhətdən onun marksist konsepsiyasından
fərqləndirirlər. Əgər əvvəllər istehsal xərclə-rinin əsas hissəsi istehsalda bilavasitə
çalışan işçilərin əmək haqqından ibarət idisə, hazırda onun tərkibində qeyriistehsal işçilərinin əməyi, marketinq, idarəetmə, reklam və s. əlaqədar xərclər
çoxluq təşkil edir.
Kempbell R. Makkonnell və Stenli L. Bryunun «Ekonomiks» kitabında
istehsal xərcləri belə səciyyələndirilir: «Istehsal xərclərinə mülkiyyətçiyə məxsus
olan və istehsal prosesi üçün ehtiyatlardan kifayət qədər göndərilməsinə təminat
verən bütün ödənişlər daxildir. Burada malgöndərənlərə ödənilən kənar (xarici)
xərclər, habelə daxili xərclər nəzərdə tutulur. Daxili xərclərin ünsürlərindən biri
sahibkarın yerinə yetirdiyi vəzifələrin müqabilində götürdüyü normal
mənfəətdir»1.
Beləliklə, müxtəlif iqtisadi məktəblərin nümayəndə-lərinin fikrincə, hər bir
məhsulun istehsalına müəyyən miq-darda iqtisadi ehtiyatlar və ya istehsal amilləri
(əmək, kapital və s.) sərf olunur ki, bazar iqtisadiyyatı şəraitində bunlar dəyər
forması alır və istehsal xərclərini əmələ gətirir.
Iqtisadi ədəbiyyatda istehsal xərcləri aşağıdakı kimi təsnifləşdirilir: 1)
Kənar və daxili xərclər; 2) Alternativ xərclər; 3) Sabit, dəyişən və ümumi xərclər;
4) Orta və son hədd xərcləri.
Istehsal xərclərini hər şeydən əvvəl, firma miqya-sında nəzərdən keçirmək
lazımdır. Bu, onunla əlaqədardır ki, ayrı-ayrı firmalar hər hansı bir məhsulu
istehsal etməyi qarşılarına məqsəd qoyarkən birinci növbədə daha çox mənfəət
əldə etməyə çalışırlar. Başqa sözlə, hər bir firma elə istehsal prosesi seçməli və
təşkil etməlidir ki, bu, eyni miqdarda məhsul istehsal etmək üçün daha az istehsal
amillərindən istifadə etməyə imkan versin, sahibkar üçün sərfəli olsun.
Firmaların məhsul istehsalı ilə əlaqədar çəkdikləri xərcləri iki yerə bölmək
olar: 1) Kənar (xarici) xərclər; 2) Daxili xərclər.
Məlum olduğu kimi, firmalar istehsal prosesini təşkil etmək üçün kənardan
müəyyən iqtisadi ehtiyatları – xammal, yanacaq, elektrik enerjisi satın alır, muzdla
tutulmuş işçilərə əmək haqqı verir, göstərilən nəqliyyat xidmətlərinin dəyərini
ödəyir. Bütün bunlarla əlaqədar olan xərclər kənar (xarici) xərclər adlanır. Lakin
firmalar özlərinə məxsus ehtiyatlardan da istifadə edirlər ki, bunlara da daxili
xərclər deyilir.
Məhsulların istehsalına çəkilən xərclər həm də onların «sərf
olunduğu yerlər», məhsulların və xərclərin növləri üzrə qruplaşdırılır. Xərclərin
sərf olunduğu yerlər dedikdə onla-rın sexlər,sahələr və digər bölmələr üzrə
müəyyən edilməsi nəzərdə tutulur. Hər məhsul və yerinə yetirilmiş iş növü üzrə də
KitabYurdu.az
94
xərclər hesablanır. Bununla əlaqədar olaraq xərclər, kalkulyasiya maddələri və
xərc ünsürləri üzrə təsnifləşdirilir.
Bazar iqtisadiyyatına keçildiyi müasir şəraitdə kiçik və orta müəssisələrin
çoxunda kalkulyasiya maddələrinə aşağı-dakı xərclər daxil edilir: maddi xərclər
(xammallar, materi-allar, yanacaq və texnoloji məqsədlər üçün elektrik enerjisi);
əmək haqqı xərcləri; idarəetmə və istehsala xidmət göstəril-məsi ilə əlaqədar
xərclər (üstəlik xərclər). Geniş mənada isə kalkulyasiya maddələri üzrə xərclərə
aşağıdakılar daxildir: 1)Xammal və materiallar (tullantılar çıxılmaqla); 2)kooperasiya əlaqələrində olan müəssisələrdən satın alınmış məmu-lat və
yarımfabrikatlar; 3) əsas istehsalat işçilərinin əmək haqqı; 4) istehsalat işçilərinin
əlavə əmək haqqı; 5) istehsalat işçilərinin əsas və əlavə əmək haqqına görə
hesablanmış so-sial sığorta ayırmaları; 6) istehsalın hazırlanması və mənimsənilməsi ilə əlaqədar xərclər; 7)Avadanlıqların saxlanması və istismarı ilə
əlaqədar olan xərclər; 8) sex xərcləri; 9) ümumzavod xərcləri; 10) zay məhsula
görə itkilər; 11) Istehsaldankənar xərclər.
Xərclər iqtisadi məzmununa (xərc ünsürlərinə) görə aşağıdakı kimi
qruplaşdırılır: 1)maddi xərclər (istehsalata qaytarılmış tullantıların dəyəri
çıxılmaqla); 2) əmək haqqı üzrə xərclər; 3) sosial ehtiyaclar (məqsədlər) üçün
ayırmalar 4)əsas kapi-talın (əsas fondların) amortizasiyası; 5)digər xərclər.
Firmaların fəaliyyətinə qiymət verərkən alternativ xərclər xüsusi
əhəmiyyət kəsb edir. Alternativ xərclər de-dikdə, daha çox gəlir əldə etmək
məqsədilə eyni məbləğdə vəsaitin tətbiq olunması üçün əlverişli, daha çox səmərə
verən fəaliyyət növünün seçilməsi nəzərdə tutulur.
Sabit və dəyişən xərcləri də bir-birindən fərqləndir-mək lazımdır.
Istehsalın həcminin dəyişməsindən asılı olmayan xərclərə sabit xərclər deyilir (FC
– ingiliscə fixed costs). Sabit xərclər firmaların istehsal avadanlıqlarının
mövcudluğu ilə əlaqədardır və buna görə də hətta həmin avadanlıqlardan istifadə
olunmadıqda da ödənilməlidir. Sabit xərclərə istiqrazlar üzrə təəhhüdlərin
ödənilməsi, ren-ta tədiyələri, bina və avadanlıqların dəyərindən hesablanan
amortizasiya ayırmalarının bir hissəsi, sığorta haqları, firmanın idarə heyətinin
əmək haqqı, müəssisədə işləmək üçün gələcək mütəxəssislərin hazırlanması ilə
əlaqədar olan xərclər aid edilir. Elə xərclər də vardır ki, onlar istehsalın həcminin
dəyişməsindən bilavasitə asılıdır. Başqa sözlə istehsalın həcmi dəyişdikdə həmin
xərclər də dəyişir. Bu xərclərə dəyişən xərclər deyilir (VC – ingiliscə variable
costs). Dəyişən xərclərə xammal, yanacaq, enerji sərfi, nəqliyyat xidmətinin
ödənilməsi ilə əlaqədar olan xərcləri misal göstərmək olar. Lakin qeyd etmək
lazımdır ki, istehsalın həcminin artması ilə əlaqədar olaraq məhsul vahidinə düşən
bütün dəyişən xərclərin artması daimi xarakter daşımır. Belə ki, dövrün əvvəlində
istehsalın artması ilə əlaqədar olaraq dəyişən xərclər aşağı sürətlə artır və
müəyyən müddətədək (adətən istehsal olunan məhsulun dördüncü vahidinədək)
davam edir. Bundan sonra isə dəyişən xərclər sonrakı hər məhsul vahidi hesabı ilə
sürətlə artmağa başlayır.
Sabit və dəyişən xərclər ikisi birlikdə ümumi istehsal xərclərini əmələ
gətirir (TC = FC + VC ; TC–ingiliscə total costs). Deməli, istər sabit, istərsə də
KitabYurdu.az
95
dəyişən xərclərə qənaət edilməsi ümumi xərclərin azalmasına səbəb olur. Odur ki,
istehsalçılar ümumi xərclərə biganə qala bizməzlər. Çünki orta, yaxud da məhsul
vahidinə düşən istehsal xərcləri ümumi istehsal xərclərindən asılıdır. Bundan
başqa, qiy-mətlər bir qayda olaraq orta istehsal xərcləri ilə müqayisə edilir. Orta
istehsal xərclərini üç yerə bölmək olar: 1) Sabit orta istehsal xərcləri; 2) Dəyişən
orta istehsal xərcləri; 3) Ümumi orta istehsal xərcləri.
Sabit orta istehsal xərcləri (AFC – ingiliscə average fixed costs) sabit
istehsal xərclərinin (FC) ümumi məbləğini istehsal edilmiş məhsulların miqdarına
(Q – ingiliscə quantity) bölmək yolu ilə aşağıdakı düsturla hesablanır.
AFC = FC : Q
Sabit istehsal xərcləri istehsalın həcmindən asılı olmadığına görə istehsal
olunan məhsulun miqdarı artdıqca sabit orta istehsal xərcləri azalırDəyişən orta
istehsal xərcləri (AVC – ingiliscə average variable costs) dəyişən istehsal
xərclərinin (VC) ümumi məbləğini istehsal edilmiş məhsulların miqdarına (Q)
bölmək yolu ilə aşağıdakı düsturla hesablanır:
AVC = VC : Q
Dəyişən istehsal xərclərinin ümumi məbləği «səmə-rəliliyin azalması
qanunu»na tabe olduğuna görə, bu, öz əksini dəyişən orta istehsal xərclərində
tapmalıdır.
Ümumi orta istehsal xərcləri (ATC) ümumi istehsal xərclərini (TC)
istehsal edilmiş məhsulların miqdarına (Q) bölmək yolu ilə aşağıdakı düsturla
müəyyən edilir:
ATC = TC : Q
Son hədd xərcləri (MC – ingiliscə marginal costs) dedikdə, əlavə məhsul
vahidinin istehsalı ilə əlaqədar olaraq sərf edilən əlavə xərclər nəzərdə tutulur. MC
məhsulun hər əlavə vahidinə görə hesablana bilər. Bunun üçün sadəcə olaraq
əlavə məhsulun istehsalına sərf olunan xərci, istehsal edilmiş əlavə məhsulun
miqdarına bölmək lazımdır. Bunu belə ifadə etmək olar:
MC = TC-nin dəyişməsi : Q-nin dəyişməsi
Son hədd xərcləri konsepsiyasının strateji əhəmiyyəti vardır. Çünki bu,
firmanın nəzarət edə biləcəyi xərcləri müəyyən etməyə imkan verir. Daha dəqiq
desək, MC məhsulun son vahidi istehsal olunduqda firmanın artıq sərf edəcəyi
xərci, yaxud da istehsalın həcmi ixtisar edildikdə və buna görə də son məhsul
vahidinin istehsalı dayandırıldıqda əldə edəcəyi «qənaəti» göstərir.
Son hədd xərcləri ilə son məhsuldarlığın kəmiyyəti arasında qarşılıqlı əlaqə
vardır. Belə ki, əməyin hər sonrakı vahidinin eyni qiymətə satın alındığı fərz
edilməklə, hər əlavə işçinin son məhsuldarlığı artdığı zaman istehsal olunan
KitabYurdu.az
96
məhsulun hər əlavə vahidinə düşən son hədd xərcləri aşağı düşür. Bu, onunla
əlaqədardır ki, son hədd xərcləri sadəcə olaraq qiymətlərin dəyişmədiyini göstərir,
yaxud da muzdla tutulmuş əlavə işçilərə verilən əmək haqqının onların
məhsuldarlığına bölünməsi yolu ilə əldə edilən kəmiyyəti ifadə edir.
Firmaların ümumi və orta xərclərinin kəmiyyətinə iki əsas amil təsir göstərir:
1) istifadə olunan texnologiya; 2) iq-tisadi ehtiyatların qiymətləri. Yeni, mütərəqqi
texnologiya-dan istifadə edilməsi xərclərin azaldılmasına imkan verir. Məsələn,
digər şərtlər sabit qalmaqla, istifadə olunan texno-logiya və ona uyğun gələn
texnikadan istifadə olunduqda və ondan əvvəl əmək haqqının ödənilməsi ilə
əlaqədar olan xərcləri müqayisə edək. Tutaq ki, ənənəvi texnikadan istifa-də
olunduqda işçi bir saat ərzində 10 məmulat hazırlayır və bunun müqabilində
1manat əmək haqqı alır. Deməli, mə-mulat vahidinin hazırlanmasına çəkilən xərc
10 qəpiyə bəra-bərdir. Daha mütərəqqi texnologiya tətbiq olunduqda isə işçi bir
saatda 20 məmulat istehsal edir və onun əmək haqqı 1,6 manat, məhsul vahidinə
çəkilən əmək haqqı xərci isə 8 qəpik təşkil edir. Deməli, nəzərdən keçirilən
misalda əmək haqqının artmasına baxmayaraq məmulatın hər vahidinə düşən xərc
10 qəpikdən 8 qəpiyə düşmüşdür.
Istehlak olunan iqtisadi ehtiyatların qiymətlərinin yüksəlməsi bütün xərc
növlərinin artmasına, əksinə aşağı düşməsi onun azalmasına səbəb olur. Həm də
qeyd etmək lazımdır ki, real həyatda iqtisadi ehtiyatlardan bəzilərinin qiyməti
yüksəlir, bəzilərininki isə aşağı düşür. Bu,təbii olaraq onların bir-birini əvəz
etməsinə gətirib çıxarır.
.
2. Firmaların qısa və uzun müddətli dövrlərdə fəaliyyətləri və xərcləri.
Istehsal prosesində istifadə olunan ehtiyatların həc-minin dəyişməsinə
müxtəlif miqdarda vaxt sərf olunur. Bununla əlaqədar olaraq qısa və uzun
müddətli dövrləri bir-birindən fərqləndirmək lazımdır.
Qısa müddətli dövr dedikdə, müəssisənin malik ol-duğu mövcud güclərdən
istifadənin intensivlik dərəcəsini dəyişdirmək üçün kifayət edən və özünün
istehsal güclərini dəyişdirmək üçün lazım olan dövr nəzərdə tutulur. Bu dövrdə
firmaların istehsal gücləri dəyişməz qalsa da, çox və ya az miqdarda canlı əmək,
xammal və başqa ehtiyatları tətbiq etmək yolu ilə istehsalın həcmini dəyişdirmək
olar. Və bu dövrdə mövcud istehsal güclərindən az və ya çox intensiv istifadə
edilir.
Uzun müddətli dövr dedikdə, istehsal gücləri də daxil olmaqla bütün
iqtisadi ehtiyatların miqdarının dəyiş-dirilməsi üçün kifayət edən uzun bir dövr
nəzərdə tutulur. Uzun müddətli dövrə həmçinin ayrı-ayrı sahələrin məna-feləri
baxımından, bu və ya digər sahədə fəaliyyət göstərən firmaların ləğv edilməsi və
onların bu sahələri tərk etmə-ləri, yeni firmaların meydana gəlməsi və həmin
sahələrdə qərarlaşmaları üçün zəruri olan vaxt da daxildir. Beləliklə, qısa müddətli
dövr istehsal güclərinin dəyişmədiyi, uzun müddətli dövr isə onların dəyişdiyi
dövrü səciyyələndirir.
KitabYurdu.az
97
Qısa və uzun müddətli dövrlər bir-birindən yalnız müddətə görə deyil,
həm də ümumi təsəvvürlərə görə fərqlə-nir. Belə ki, yüngül sənaye
müəssisələrində istehsal güclərini az qala bir gecədə dəyişdirmək mümkündür.
Lakin ağır sənayedə vəziyyət tamamilə başqadır. Məsələn, yeni bir neftayırma
zavodu tikdirmək üçün bir neçə il lazım gəlir.
Firmaların qısa müddətli dövrdə fəaliyyətlərini nəzərdən keçirdikdə
müəyyən miqdarda məhsul buraxılışı-nı təşkil etmək məqsədilə yalnız bir istehsal
amilinin dəyişdiyi fərz edilir. Uzunmüddətli dövrdə isə firma müəyyən miqdarda
məhsul buraxmaq məsələsini tətbiq olunan bütün istehsal amillərini dəyişməklə
həll edə bilər. Lakin bu cür qərarların qəbul edilməsi sahibkarın üzərinə böyük
məsuliyyət qoyur. Ona görə ki, yol verilən hər hansı bir səhv məhsuldarlığı aşağı
olan avadanlıqların istehsalının təşkili, onların reallaşdırılmasında çətinliklərin
meydana çıxmasına, bu isə öz növbəsində onun müflis-ləşməsinə səbəb ola bilər.
Bundan başqa, uzunmüddətli dövr üzrə qərarlar qəbul olunarkən gələcəkdə
istehsal ehtiyatlarının qiymətlərinin dəyişib-dəyişməməsi, bazarın mümkün olan
konyukturası, bütövlükdə sahənin vəziyyəti nəzərə alınmalıdır.
Firma daha çox mənfəət əldə etmək üçün istehsalı elə təşkil etməlidir
ki, bu, buraxılan məhsul vahidinə düşən xərclərin azalmasına imkan versin.
Qısa müddətli dövrdə firmanın fəaliyyətini nəzərdən keçirəndə olduğu kimi,
burada da iqtisadi ehtiyatların qiymətlərinin dəyişdiyi ehtimal edilir.
Məlum olduğu kimi, əmək və kapitalın həcmi və on-lar arasındakı nisbət
müəyyən miqdarda məhsul buraxıl-masına imkan verir. Başlıca vəzifə bu istehsal
amillərinin birinin digəri ilə əvəz edilməsi nəticəsində məhsul vahidinə düşən
xərclərin azaldılmasına imkan yaratmaqdır. Firma əməyi kapitalla, yaxud da
əksinə, kapitalı əməklə o vaxta qədər əvəz edəcəkdir ki, əmək amilinin bir
manatına düşən son məhsul, kapitalın bir manatına düşən son məhsula bərabər
olsun. Bunu aşağıdakı misalla izah edək. Tutaq ki, ay əzində əmək vahidinin
dəyəri 250 manat, kapital vahidinin dəyəri isə 100 manat təşkil edir. Indi deyək ki,
hər əlavə kapital vahidinin müqabilində məhsul buraxılışı 10 vahid artır, yəni
kapitalın son məhsulu 10-dur, əməyin son məhsulu isə 5 vahidə bərabərdir.
Deməli, əlavə əmək amili, əlavə kapital amili ilə əvəz olunmalıdır. Çünki əlavə
kapital amili daha çox səmərə verir. Bu 10/100>5/250 formulu ilə əlaqədardır.
3. Miqyasın səmərəliliyi və ya istehsalın miqyası-nın genişləndirilməsinin
müsbət və mənfi cəhətləri.
Təcrübə göstərir ki, istehsalın miqyasının genişlən-dirilməsi müəyyən dövr
ərzində məhsul vahidinə çəkilən xərclərin azalmasına, sonra isə artmasına səbəb
olur. Bunlardan biri istehsalın miqyasının səmərəli, digəri isə səmərəsiz olmasıdır.
Başqa sözlə, müəssisələrin həcmi genişləndikcə bə-zi amillər orta istehsal
xərclərinin aşağı düşməsinə, bəziləri isə əksinə artmasına səbəb olur. Birinci
qrup amillərə başlı-ca olaraq əməyin, o cümlədən idarəetmə əməyinin ixtisaslaşdırılmasını, kapitaldan səmərəli istifadə olunmasını, köməkçi məhsullar
istehsalının təşkilini misal göstərmək olar.
KitabYurdu.az
98
Əməyin ixtisaslaşdırılması səviyyəsinin yüksəldilməsi istehsalın miqyası
genişləndikdə mümkündür. Əlavə muzdlu işçilərin işə qəbul edilməsi o deməkdir
ki, tapşırıq-lar onlar arasında daha konkret bölünə bilər. Başqa sözlə, əməyin
ixtisaslaşdırılması dərinləşdikdə hər bir işçi istehsal prosesinin gedişində bir neçə
əməliyyatı yerinə yetirmək əvəzinə, konkret olaraq bir əməliyyat üzrə tapşırıq alır.
O, bütün iş günü ərzində özünün ixtisasına uyğun gələn əməliyyatı yerinə
yetirməklə məşğul olur. Kiçik müəssisə-lərdə isə ixtisaslı işçilər bəzi hallarda iş
gününün yarıya qədərini heç bir ixtisas tələb etməyən işlərin yerinə yetiril-məsinə
sərf edir ki, bu da istehsal xərclərinin artmasına səbəb olur.
Istehsalın miqyasının geniş olması idarəetmə ilə məş-ğul olan işçilərin
əməyindən səmərəli istifadə edilməsinə im-kan verir. Məsələn, 30 nəfər işçinin
əməyinə nəzarət etmək qabiliyyətinə malik olan rəhbər işçinin əməyi 10 nəfər
işçisi olan kiçik müəssisədə az səmərəli olur. Bu isə o deməkdir ki, bu halda iri
müəssisələrdə idarəetmə aparatı dəyişməz qalmaqla sənaye–istehsal heyəti
işçilərinin sayının üçqat artırılması imkanı var. Eyni zamanda qeyd etmək
lazımdır ki, kiçik firmalar idarəetmə ilə məşğul olan mütəxəssislərin əməyindən
öz təyinatlarına görə istifadə etmək imkanına malik deyildirlər. Kiçik firmalar
əksəriyyət hallarda mütərəqqi texno-logiyaya əsaslanan avadanlıqlardan
istifadə edə bilmirlər. Çünki bir çox məhsul növlərinin istehsalı üçün istifadə
edilən maşınları satın almağa onların gücü çatmır. Deməli, ən yaxşı avadanlıqları
iri müəssisələr satın ala və istehsal prosesində istifadə edə bilirlər. Istehsalı iri
miqyasda iəşkil edən müəssisələr kiçik müəssisələrə nisbətən əlavə məhsul
istehsalını təşkil etmək imkanına malikdirlər. Məsələn, ətin qablaşdırılması ilə
məşğul olan iri müəssisələr, əmələ gələn tullantılardan yapışqan, gübrə, dərman
preparatları və bir sıra digər məhsullar hazırlayırlar, halbuki kiçik müəssisələr
üçün bunlar iqtisadi cəhətdən sərfəli deyildir.
Lakin istehsalın miqyasının həddindən artıq genişlən-dirilməsi mənfi iqtisadi
nəticələrə və deməli, məhsul vahidi-nə düşən istehsal xərclərinin artmasına gətirib
çıxara bilər. Miqyasın genişləndirilməsinin mənfi cəhətləri idarəetmədə baş verən
çətinliklərlə əlaqədardır.
Beləliklə, nəzərdən keçirilənlərə əsasən belə bir ümu-mi nəticə çıxarmaq olar
ki, miqyasın səmərəsinin aydınlaş-dırılmasına müsbət və mənfi cəhətdən
yanaşmaq lazımdır. Istehsalın genişləndirilməsinin müsbət cəhətləri aşağıdakılarla əlaqədardır:
– Müəssisələrin həcmi böyüdükcə istehsalda və idarə-etmədə ixtisaslaşdırmanın üstünlüklərindən istifadə olun-ması imkanları da artır;
–Daha iri müəssisələrdə yüksək məhsuldarlıqlı və çox qiymətli
avadanlıqlardan istifadə edilməsi mümkün olur;
– Əsas istehsalatların tullantıları əsasında məhsul buraxılışını təşkil etmək
üçün fəaliyyətin diversifikasiya-laşdırıılması, köməkçi istehsalatların yaradılması
imkanı daha böyük olur;
Miqyasın mənfi cəhətləri həddən çox böyük firm-alarda idarəetmənin
pozulması ilə əlaqədardır. Çünki:
– Müəssisələrin ayrı-ayrı bölmələri arasındakı qarşı-lıqlı əlaqələrin faydalılığı
azalır, firma çevikliyini itirir;
KitabYurdu.az
99
– Firmaların rəhbərliyi tərəfindən qəbul olunan qə-rarların həyata
keçirilməsinə nəzarət çətinləşir;
– Firmaların ayrı-ayrı bölmələrində «yerli» maraq-larla ümumi maraq
arasında ziddiyyət əmələ gəlir;
– Firmaların həcmi böyüdükcə qərarların qəbulu üçün lazım olan
informasiyaların verilməsi və «işlənməsi» ilə əlaqədar olan xərclər artır;
Miqyasın səmərəliliyi müxtəlif sahələrdə eyni deyildir. Elə sahələr var ki,
bazarın tələbini ödəmək üçün kifayət edən çox böyük həcmdə məhsul
buraxıldıqda da xərclər minimuma enir. Bunlara təbii inhisarların mövcud olduğu
sahələri misal göstərmək olar. Xərclərə qənaət etmək məq-sədilə belə sahələrdə
bir iri firmanın fəaliyyət göstərməsi məqsədəuyğundur. Təbii inhisarlara iri
şəhərlərin elektrik, qaz, su təchizatı müəssisələri misal ola bilər. Təbii inhisarların
fəaliyyəti dövlət tərəfindən tənzimlənir.
Xərclərin və zərərin azaldılması, mənfəətin isə artırı-lması son nəticədə bazar
iqtisadiyyatında firmanın vəziy-yətinin sabit və möhkəm olmasını təmin etmək,
mənfəət götürmək üçün bir vasitədir.
4. Mənfəətin məzmunu, onun növləri, vəzifələri, artırılması yolları. Normal
və xalis mənfəət.
Firmanın ümumi gəliri dedikdə, istehsal olunmuş məh-sul və xidmətlərin
satışından əldə edilən pul vəsaiti nəzərdə tutulur. Gəlirin kəmiyyətinə aşağıdakı iki
amil təsir göstərir; 1) istehsal edilmiş məhsulun həcmi; 2)qiymətlərin səviyyəsi.
Firma, azad rəqabət bazarında əmələ gələn qiymətlərlə bazarın imkan verdiyi
qədər məhsul reallaşdıra bildiyinə görə ümumi gəlir (TR) istehsal edilmiş
məhsulun dəyərinə (QP) bərabər olur.
Yəni:
TR=QP
Firmanın orta gəliri isə məhsul vahidinə görə belə mü-əyyən edilir:
TR:Q
Lakin xalis inhisar və oliqopoliya bazarlarında gəlirin müəyyən
edilməsinə yanaşmada müxtəliflik vardır. Belə ki, xalis inhisarçı daha çox
məhsul satmaq üçün qiymətləri aşa-ğı salmalıdır. Qiymət satışın həcmindən asılı
olan dəyişən kə-miyyət olduğu üçün, aşağıdakı bərabərliyi yazmaq olar:
TR = P (Q)Q
Inhisarçının orta gəliri isə belə müəyyən edilir:
KitabYurdu.az
100
TR / Q
Məhsulun reallaşdırıldığı orta qiyməti inhisarçının şəxsən özü müəyyən edir.
Başqa sözlə, inhisarçı satışın həcmini artırmaqla qiymətləri dəyişdirir (aşağı salır).
Deməli qiymət sabit kəmiyyət deyildir.
Inhisarçının son gəliri onun əlavə daha bir məhsul va-hidinin satışından
əldə etdiyi əlavə gəlir deməkdir
Firmaların fəaliyyətinə qiymət verərkən istifadə olu-nan göstəricilərdən biri
də mənfəətdir.
Mənfəət sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəlilik göstəricisidir.
Mənfəətin aşağıdakı növləri vardır: 1) iqtisadi və ya xalis mənfəət; 2) normal
mənfəət.
Bazar iqtisadiyyatı şəraitində ən mühüm anlayışlardan biri iqtisadi və ya xalis
mənfəətdir. Iqtisadi mənfəət dedikdə firmanın ümumi gəliri ilə ümumi xərcləri
(daxili və kənar) arasındakı fərq nəzərdə tutulur.
Iqtisadi mənfəətin müəyyən edilməsi nə qədər sadə görünsə də, onu normal
mənfəətdən və ya sahibkar gəlirin-dən fərqləndirmək lazımdır. Artıq əvvəllərdə
göstərildiyi ki-mi, daxili və ya kənar ödəmə olub olmamasından asılı olma-yaraq
kapitala görə ödənilən faiz məbləği və iqtisadi renta kimi sahibkarın mənimsədiyi
normal mənfəət də istehsal xərclərinə daxildir. Bazar nəzəriyyəsinə uyğun olaraq
bütün istehsal amilləri (əmək, kapital, torpaq və sahibkarlıq qabi-liyyəti) yeni
dəyər yaradır, onun konkret formaları (əmək haqqı, faiz məbləği, renta və sahibkar
gəliri) isə həmin mül-kiyyət sahiblərinin gəlirlərini təşkil edir. Beləliklə, hər hansı
bir sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və onu qoruyub saxlamaq
üçün lazım olan mənfəət məbləğinə normal mənfəət deyilir. Normal mənfəət
daxili xərclərin tərkib ünsürlərindən biridir. Normal mənfəət təmin olunmadıqda
hətta bəzi hallarda muzdla işləməyə üstünlük verir.
Bazar iqtisadiyyatı şəraitində iqtisadi mənfəəti marksist siyasi iqtisaddakı
üstəlik izafi dəyər anlayışı ilə mü-qayisə etmək olar. Lakin müasir bazar
iqtisadiyyatı nəzəriy-yəsindəki üstəlik mənfəətin əmələ gəlməsi başqa cür aydınlaşdırılır. K.Marksın irəli sürdüyü üstəlik mənfəət məhsul vahidinin istehsalına sərf
olunan xərclərin azaldılmasına imkan verən ən yeni texnika və mütərəqqi
texnologiyaları tətbiq edən kapitalistin əldə etdiyi izafi dəyərdir. Əmtəələri az
xərclə istehsal edən və bazar qiymətləri ilə reallaşdıran firmalar digər istehsalçılara
nisbətən üstəlik mənfəət əldə edirlər ki, onun da mənbəyi muzdlu işçilərin
əməyidir.
Inhisar mənfəəti ehtiyatlardan istifadə olunması və ya təbii ehtiyatların
məhdudluğu şəraitində məhsullara yüksək inhisar qiymətinin müəyyən edilməsi
nəticəsində əldə edilə bilər. Ehtiyatlardan istifadə olunması ilə əlaqədar məhdudiyyətlərə patent və lisenziyaları misal göstərmək olar. Bu, imkanlı şirkətlərin yeni
texnika və texnologiyalardan başqa-larının istifadə etməmələri üçün təzyiq
göstərmələri for-masında həyata keçirilir. Təbii ehtiyatların məhdudluğuna
gəldikdə, çox nadir ehtiyatları çox az olan nadir resurslar öz sahibinə yüksək
mənfəət, renta, faiz və əmək haqqı əldə etmək imkanı verə bilər.
KitabYurdu.az
101
Beləliklə, mənfəət sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəlilik göstəricisi
olduğuna görə hər bir hüquqi və ya fiziki şəxs onun artırılmasına xüsusi diqqət
yetirir və bu məqsədlə müxtəlif vasitə və yollardan istifadə edir. Görün-düyü kimi,
mənfəət uğrunda mübarizə aparmaq və onu artırmaq üçün müxtəlif üsullardan
istifadə etmək istehsalı təşkil edən hər bir sahibkarın başlıca məqsədidir. Və buna
əsasən demək olar ki, mənfəət iqtisadi mexanizmdə çox mühüm rol oynayır. Bu
isə onun yerinə yetirdiyi vəzifələrdən irəli gəlir.
Mənfəətin başlıca vəzifələrindən biri, onun istehsal-da əmək məsrəflərinə
qənaət edilməsinin ölçüsü olmasıdır. Bu, mənfəətin digər vəzifələrinin yerinə
yetirilməsi üçün əsasdır. Çünki mənfəət əməyə qənaət olunduqda–əmək
məhsuldarlığı yüksəldikdə, buraxılmış məhsulların hər va-hidinə çəkilən xərc
aşağı salındıqda, kapitalverimi artırıl-dıqda–mümkündür. Mənfəətin kütləsinə
təkcə əməyə qəna-ət edilməsi deyil, istehsal olunan və satılan məhsulların həcmi
də təsir göstərir. Buna isə həm işçilərin sayının artı-rılması (ekstensiv amil), həm
də əmək məhsuldarlığının yüksəldilməsi (intensiv amil) yolu ilə nail olmaq
mümkündür.
Mənfəətin artırılmasının ikinci amilindən istifadə edilməsi iqtisadi cəhətdən
daha sərfəlidir. Çünki işçilərin sayının artırılması müəyyən həddə qədər
mümkündür, digər tərəfdən isə əmək məhsuldarlığının yüksəldilməsi, həm də
istehsal olunan məhsulların miqdarının artırıl-masına və onların istehsalına çəkilən
xərclərin aşağı salın-masına imkan verir.
Mənfəət həmçinin, yalnız kommersiya hesablı mü-əssisələrin kollektiv
iqtisadi mənafelərini deyil, həm də ümumxalq mənafelərini ifadə edir.
Deməli, onun hamısı müəssisənin sərəncamında qala bilməz, bir hissəsi ümumdövlət pul vəsaitləri fonduna daxil olmalıdır. Bununla əlaqədar olaraq mənfəətin
ikinci vəzifəsi–ehtiyatların alterna-tiv istehsal növləri arasında, habelə milli
gəlirin bölgüsü və yenidən bölgüsünü həyata keçirmək vəzifəsi meydana çıxır.
Başqa sözlə, mənfəət milli gəlirin dövlət büdcəsi vasitəsilə bölgüsü və yenidən
bölgüsü, ehtiyatların istehsal sahələri arasında bölüşdürülməsü vəzifəsini yerinə
yetirir.
Ölkəmizdə bazar münasibətlərinin formalaşması ilə əlaqədar mənfəətin
bölgü funksiyasında müəyyən dəyişik-liklər baş vermişdir. Bu, öz ifadəsini hər
şeydən əvvəl müəs-sisələrin əldə etdikləri mənfəətdən dövlətə verdikləri vergi-də
tapmışdır.
Mənfəətin vəzifələrindən biri də stimullaşdırmadır. Bu, onun ilk iki
vəzifəsi ilə ələqadardır. Mənfəətin bu vəzifəsi öz əksini onun müəyyən nisbətdə
bölüşdürülməsin-də, cəmiyyətin və müəssisələrin mənafelərinin düzgün əlaqələndirilməsində tapır. Mənfəət cəmiyyətlə müəssisə arasında düzgün
bölüşdürüldükdə əməyə qənaət olunur, istehsal xərclərinin azaldılması, istehsalın
nəticələrinin yaxşılaşdırılması üçün kollektivdə stimul yaranır.
Dəyər kateqoriyası olmaqla, mənfəətin müəyyən çatışmazlıqları da
vardır. Bunlardan biri ondan ibarətdir ki, mənfəətin artırılması iqtisadiyyatda
istehsal şəraitinin dəyişməsi nəticəsində baş verə bilər. Başqa sözlə, mənfəət,
qiymətlərin artması nəticəsində artırsa, bu, istehsalçı müəs-sisələrdə mənfəətin
süni surətdə çoxalmasına, istehlakçı müəssisələrdə isə, əksinə, azalmasına səbəb
KitabYurdu.az
102
olacaqdır. Bu isə o deməkdir ki, mənfəət müəssisələrin işinin səmərəliliyi
göstəricisi kimi onu təhrif edəcəkdir.
Mənfəət, müəssisə qiyməti daha yüksək olan məh-sulların istehsalına
«meyl» göstərdiyi hallarda da yanlış tə-səvvür yaradır
Mənfəət firmaların işini ifadə edən başlıca göstəri-cilərdən olduğuna
görə onun artırılması amillərinin nəzərdən keçirilməsi böyük əhəmiyyətə
malikdir.
Mənfəətin artırılmasına istehsal amilləri (əmək məhsuldarlığı, istehsal
sahələrində çalışan işçilərin sayı, iş gününün uzunluğu, investisiya ehtiyatlarından
istifadə dərəcəsi, istehsalın üzvi quruluşu və i. a.), bölgü (məsələn, əmək haqqının
artım sürəti) və mübadilə şəraiti də (qiymətlərin səviyyəsi, təklifin tələbə nə
dərəcədə uyğun gəlməsi və i.a.) təsir göstərir. Lakin bunların içərisində istehsal
amilləri həlledici rol oynayır. Digər amillərə gəldikdə, onlar mənfəətin
kəmiyyətinə yalnız pul ifadəsində təsir göstərə bilər. Çünki bölgü və mübadilə
mərhələsində nə dəyər, nə də istehlak dəyəri yaranmır.
Müasir elmi-texniki inqilab şəraitində mənfəətin artırılmasında başlıca rolu
əmək məhsuldarlığının yüksəl-dilməsi oynayır.
Mövzu 11: Qiymət və onun əmələgəlmə mexanizmi( 2 saat).
Plan
1.Qiymətin vəzifələri və metodları.
2.Qiymətlərin müəyyən edilməsi prinsipləri və dəyişməsinə təsir edən amillər.
3.Qiymət sistemi. Qiymətin növləri.
4.Qiymətin dövlət tətəfindən tənzimlənməsi.
1. Qiymətin vəzifələri və metodları.
Kommersiya və qeyri- kommersiya fəaliyyəti ilə məşğul olan bütün
təşkilatların qarşısında duran başlıca vəzifələrdən biri də istehsal etdikləri
məhsullar yaxud da göstərdikləri xidmət üçün qiymətlərin müəyyən edilməsidir.
Tarixə nəzər saldoqda aydon olur ki, qiymətlər bir qayda olaraq satıcılar və
alıcılar arasında danışıq, razılaşma əsasında əmələ gəlir. Satıcılar adətən
qiymətləri yuxarı, alıcılıar aşağı müəyyən etməyə çalışsalar da son nəticədə
münasib qiymət əmələ gəlir.
Firmalar qiymətqoyma probleminə müxtəlif cəhətlərdən yanaşırlar. Belə ki,
kiçik firmalarda qiymətlər çox vaxt ali rəhbərlik tərəfindən müəyyən edildiyi
halda, iri şirkətlərdə bu işlə adətən şöbə müdirləri, habelə əmtəə çeşitləri üzrə
müdirlər müdirlər məşğul olurlar. Lakin iri şirkətlərdə də qiymətqoyma siyasətinin
ümumi istiqamətləri ali rəhbərlik tərəfindən müəyyən oluna bilər və olunur.
Firmaların istehsal etdikləri əmtəələrə ilkin qiymətlərin müəyyən edilməsi
prosesi aşağıdakı mərhələlərdən keçir:
1. Qiymətin müəyyən edilməsi ilə əlaqədar məsələnin qoyuluşu.
2. Tələbatın müəyyənləşdirilməsi.
3. Xərclərin qiymətləndirilməsi.
KitabYurdu.az
103
4. Rəqiblər haqqında məlumatın toplanması, qiymətləndirilməsi və təhlili.
5. Qiymətqoyma metodlarının seçilməsi.
6. Son qiymətin müəyyən edilməsi.
Məlum olduğu kimi firmaların yeritdikləri qiymət siyasəti bazarın tipindən
asılıdır. Ona görə də firma bazarın tipini nəzərə almaqla hər hansı bir məhsulun
istehsalına başlamamazdan əvvəl qarşısına qoyduğu məqsədi aydınlaşdırmalıdır.
Firmalar qarşılarına başqa məqsədlər də qoya bilər. Bu barədə təsəvvürlər nə
qədər aydın olsa qiymətqoyma da bir o qədər asan olar. Qarşıya çıxan belə
məqsədlərə aşağıdakılar aiddir:
1. Təhlükəsizliyin təmin edilməsi və fəaliyyətin davam etdirilməsi.
2. Mənfəətin ən yüksək səviyyəyə çatdırılması.
3. Əmtəələrin keyfiyyəti göstəricilərinə görə öncüllük qazanılması( bazar
payı).
Bazarda əmtəə istehsalçılarının sayı çox olduqda və onlar arasında kəskin
rəqabət getdikdə firmanın təhlükəsizliyinin və fəaliyyətinin davam etdirilməsinin
təmin olunması onun əsas məqsədinə çevrilir.
Firmaların əldə etməyə cəhd göstərdikləri iqtisadi mənfəət ümumi gəlirlə
ümumi xərc arasındakı fərq kimi müəyən edilir. Bazar qiymətlərinini dəyişdiyi
şəraitdə rəqabət aparan istehsalçıların qarşılarında bir- biri ilə əlaqəda olan 3
vəzifə durur.
1. Məhsulun istehsalına başlamağa dəyərmi.
2. Əgər dəyərsə nə qədər istehsal etməli.
3. Nə qədər mənfəət əldə oluna, yaxud zərər ola bilər.
Firma qısamüddətli dövrdə aşağıdakı 2 halda:
1. Ya iqtisadi mənfəət əldə etdikdə
2. Ya da özünün sabit xərclərindən az zərər çəkdikdə məhsul istehsalını həyata
keçirə bilər. Firma qısamüddətli dövrdə maksimum mənfəət əldə
edilməsini, yaxud da zərərin minimuma endirilməsini təmin edə biləcək
qədər məhsul istehsal etməlidir.
Firmalar uzunmüddətli dövrdə istehsal güclərində qısamüddətli dövrdə
edilməsi mümkün olmayan dəyişik-likləri etmək imkanı əldə edirlər. Məlum
olduğu kimi, qısa müddətli dövrdə sahədə eyni sayda firma fəaliyyət göstərir və
onlardan heç birinin avadanlıqlarında dəyişiklik olmur. Deməli, firmalar qısa
müddətli dövrdə bir dənə məhsul istehsal etdikdə, yaxud da öz aktivlərini ləğv
etmələri, biznesdən uzaqlaşmaları üçün kifayət qədər vaxtları olmadıqda bağlana
bilər. Firmalar uzunmüddətli dövrdə ya özlərinin istehsal güclərinin genişləndirilməsi, ya da azaldılması üçün kifayət qədər vaxta malik olur
Göründüyü kimi, hər bir firma daha çox mənfəət əl-də etməyə çalışdığına
görə tələbatı və xərcləri nəzərə almaq, onları müxtəlif qiymət səviyyələri ilə
müqayisə etməklə, əmtəələrə elə qiymət qoyurlar ki, o, xərclərin ödənilməsi və
mənfəət əldə olunmasını təmin etmiş olsun. Digər tərəfdən, hər bir firma pay
göstəricilərinə görə bazarda öncül olmaq istəyir. Çünki bazar payı artdıqca
firmanın xərcləri azalır, uzunmüddətli dövr üzrə nəzərdə tutulan mənfəət isə
yüksək olur. Firmalar bazar payına görə öncüllük uğrunda apardıqları mübarizədə
KitabYurdu.az
104
müxtəlif üsullardan, hər şeydən əvvəl, qiymətlərin mümkün qədər aşağı salınması
üsulundan istifadə edirlər. Ona görə ki, qiymətlərin başqala-rına nisbətən aşağı
müəyyən edilməsi müştərilərin həmin firmanın məhsullarına müraciət etmələri və
onlara üstünlük vermələri üçün şərait yaradır.
Bazarda iqtisadi subyektlər arasında gedən rəqabət mübarizəsində istifadə
olunan göstəricilərdən biri də isteh-sal olunan məhsulların keyfiyyətidir.
Məhsulların keyfiy-yəti dedikdə, onların müəyyən tələbatı ödəməyə yararlılıq
dərəcəsi ilə şərtlənən xassələrinin toplusu nəzərdə tutulur.
Yüksək
keyfiyyətli məhsullar aşağı keyfiyyətli məh-sullarla müqayisədə cəmiyyət üçün
daha çox səmərə verir. . Yüksək keyfiyyətli, tullantısız istehsal prosesi üçün
beynəlxalq standartlara uyğun gələn, mütərəqqi texnologiyaya əsaslanan
uzunömürlü, etibarlı, estetik tələb-lərə cavab verən, iqtisadi cəhətdən sərfəli
məhsulları isteh-sal edən və müxtəlif bazarlarda onların satışını təşkil et-məklə
digər firmalarla rəqabət aparan firma müəyyən üstünlüklərə malik olurMəhsulların
keyfiyyətinin
yaxşılaşdırılması
firmanın
xarici
iqtisadi
əlaqələrinin
genişləndirilməsinə, beynəlxalq bazarda onun mövqeyinin möhkəmlənməsinə və
daha çox məhsul ixrac etməsinə, texnoloji və texniki yenilikləri tətbiq etmək üçün
şərait yaradılmasına və nəticə etibarilə böyük məbləğdə iqtisadi səmərə əldə
etməsinə imkan verir.
Firmalar istehsalı təşkil edərkən həm də bu və ya di-gər məhsula olan
tələbatı müəyyənləşdirməlidir. Məhsulla-ra olan tələbata təsir edən amillərdən biri
qiymətdir. Qiymətlə tələbat arasındakı asılılığa əsasən firma məhsul istehsalı üzrə
konkret vəzifələri müəyyən edir, hansı məhsuldan nə qədər istehsal olunacağını
planlaşdırır..
Deməli firmalar tələbatın dəyiş-məsini müəyyənləşdirməyə, daha dəqiq
desək ölçməyə çalı-şırlar
Iqtisadçılar məhsulların qiymətlərinin
dəyişməsində istehlakçıların reaksiyasını, onların həssaslıq dərəcəsini
qiymətlərin elastikliyi konsepsiyasının köməyilə ölçürlər. Qiymətlərin çox cüzi
dəyişməsi satın alınan məhsulların miqdarının xeyli dəyişməsinə səbəb olduğuna
görə məh-sullara olan tələbat nisbi elastiklik və ya sadəcə olaraq elastiklik adlanır.
Əmtəələrə olan tələbata təsir göstərən amillər içəri-sində onların qiyməti
xüsusi yer tutur. Və qiymətlə tələbat arasında qarşılıqlı əlaqə vardır. Belə ki,
qiymət nə qədər yüksək olarsa, tələbat bir o qədər aşağı olur və əksinə, qiymət nə
qədər aşağı olarsa, tələbat da bir o qədər yüksək olur.
Qiymətlər üzrə elastiklik aşağıdakılarla müəyyən edilir: 1) Əmtəəyə ya əvəz
yoxdur, ya yox dərəcəsindədir, yaxud da bu sahədə hələ rəqiblər meydana
çıxmamışdır; 2) Alıcılar qiymətlərin qalxdığını dərhal hiss etməmişlər; 3)
Müştərilər özlərinin alıcı adətlərini ləng dəyişir və nisbətən ucuz mal axtarmağa
tələsmir; 4) Alıcılar belə hesab edirlər ki, qiymətlərin bahalanması məhsulların
keyfiyyətinin yüksəlməsi, inflyasiya və s. əlaqədardır. Deməli, tələbat elastikdirsə,
satıcılar dərhal qiymətlərin aşağı salınması haqqında düşünməlidir.
Ucuzlaşdırılmış qiymət daha çox ümumi gəlir əldə etməyə imkan verir.
Beləliklə, firmaların istehsal etdikləri məhsulların ən yüksək qiymətləri
tələbatla müəyyən olunur Firmalar özlərinin xərclərini, habelə oxşar əmtəələr
KitabYurdu.az
105
üzrə rəqiblərini öyrəndikdən sonra istehsal etdikləri əmtəələrə qiymət qoyur və bu
məqsədlə hər hansı bir metodu seçir.
Qiymətin müəyyən edilməsinin isə aşağıdakı metod-ları vardır: 1) Orta
xərclər, üstəgəl mənfəət; 2) Zərərsizliyin təhlili və məqsədli mənfəətin təmin
olunması; 3) Qiymətin, əmtəənin dəyərliliyinə əsasən qoyulması; 4) Qiymətin,
cari qiymətlərin səviyyəsi əsasında müəyyən edilməsi; 5) Qiy-mətin, qapalı
sövdələşmələr əsasında müəyyən edilməsi.
Qiymət müəyyən edilərkən istifadə olunan metodlardan biri «orta
xərclər, üstəgəl mənfəət» metodudur. Bu üsulun mahiyyəti ondan ibarətdir ki,
əmtəənin başa gəldiyi istehsal xərcinin üzərinə müəyyən əlavələr edilir.
Qiymətin xərclər əsasında müəyyən olunması me-todlarından biri də
onun, məqsədli mənfəətin təmin olun-ması yolu ilə hesablanmasıdır. Firma
qiyməti müəyyən edərkən çalışır ki, bu qiymət onun nəzərdə tutduğu qədər
mənfəət əldə edilməsinə imkan versin.. Firmalar əmtəə və xidmətlərinə qoyulan
qiymətlərin onların dəyərliliyinə əsasən müəyyən edilməsi metodundan getdikcə
daha çox istifadə etməyə çalışırlar.
Firmalar bəzi hallarda qiymətləri rəqiblərin qiymət-lərinə istinad etməklə
müəyyən edirlər ki, buna da «qiymə-tin, cari qiymətlərin səviyyəsi əsasında
müəyyən edilməsi» metodu deyilir. Bu metoddan istifadə olunduqda, firma
özünün xərclərinə və tələbat göstəricilərinə az əhəmiyyət verir. O, özünün
əmtəələrinə rəqiblərin eyni əmtəələrinin qiymətlərindən aşağı və ya yuxarı qiymət
qoya bilər. Bu metod başqa metodlara nisbətən daha geniş yayılmışdır.
Qiymətlər, həmçinin qapalı sövdələşmələr əsasında müəyyənləşdirilə
bilər. Bu metoddan əsas etibarilə qiymət-lər rəqabət yolu ilə müəyyən edildiyi,
yaxud da sövdələş-mələrin gedişində firmalar sifarişlər uğrunda mübarizə apararkən istifadə olunur. Lakin təbiidir ki, bu qiymətlər isteh-sal xərclərindən aşağı
ola bilməz, çünki belə olarsa, firma özü-özünə ziyan vurmuş olar və o,
müflisləşməyə doğru gedər.
Bütün bu metodlardan istifadə etməkdə məqsəd əmtəələrin son qiymətinin
müəyyən edilməsidir Lakin satıcılar aşağıdakı fəndlərdən istifadə etməkdən
çəkinməlidirlər: 1) Qiymət-lərin rəqiblərlə məsləhətləşməklə müəyyən edilməsi;
2) Pərakəndə satış qiymətlərinin sabit saxlanılması; 3) Qiymət ayrı-seçkiliyi; 4)
Yol verilən ən aşağı qiymətlərlə satış; 5) Qiymətlərin heç bir əsas olmadan
qaldırılması; 6) Qiymət-lərin düşünülmüş surətdə, alıcıların imkanlarına uyğun
gəlməyən tərzdə qaldırılması.
Qiymətlərin məsləhətləşməklə müəyyən edilməsi o deməkdir ki, satıcılar
qiymətləri müəyyən edərkən qabaq-cadan həmin məhsulların digər satıcıları ilə
dilbir olmama-lıdırlar. Istehsalçının öz əmtəəsini hər hansı bir qiymətə satmağı
dilerdən tələb etməyə ixtiyarı yoxdur. Satıcı diler-lərə yalnız istehsalçının məsləhət gördüyü qiyməti təklif edə bilər. Başqa Qeyd etmək lazımdır ki, istehsalçının
dilerə əmtəə satmaqdan imtina etmək, yaxud da onun mənafeyinə qəsd etmək
hüququ yoxdur.
Satıcıların öz rəqiblərini sıxışdırmaq üçün əmtəə-lərin istehsal xərclərindən
aşağı qiymətə satmağa səlahiy-yətləri çatmır.
KitabYurdu.az
106
Dövlət müəyyən dövrlərdə qiymətlərin səviyyəsi üzərində nəzarəti
həyata keçirir. Elə sahələr də vardır ki, onların fəaliyyəti üzərində nəzarət və ya
necə deyərlər «dövlət inhisarı» qoyulur. Bunlar əsas etibarılə kommunal
təsərrüfatlarıdır.
2. Qiymətlərin müəyyən edilməsi prinsipləri və dəyişməsinə təsir edən
amillər.
Qiymətlərin müəyyən edilməsi ilə əlaqədar məsələlər hamı tərəfindən
birmənalı qarşılanmır. Burada bir çox nöqteyi-nəzərlər mövcuddur. tərəfdən
Firmalar ilkin qiymətləri müəyyən etdik-dən sonra digər amilləri də nəzərə
almaqla onu dəyişdirir və bu zaman qiymətlərin müəyyən edilməsi ilə əlaqədar
müxtəlif nöqteiy-nəzərlər meydana çıxır ki, bunlardan da geniş yayılmışları
aşağıdakılardır: 1) Yeni istehsal olunan əmtəələrə qiymət qoyulması; 2)
Qiymətlərin əmtəə nomenklaturu çərçivəsində müəyyən edilməsi; 3) Əmtəələrə
coğrafi prinsip əsasında qiymət qoyulması; 4) Əmtəələrə güzəştli qiymətlərin
müəyyən edilməsi; 5) Əmtəələrə satışın stimullaşdırılması üçün qiymət qoyulması; 6) Əmtəələrə ayrı-seçkilik qaydasında qiymət qoyulması.
«Yeni əmtəələr» dedikdə mövcud əmtəələrin yaxşılaşdırıl-mış variantları
nəzərdə tutulur.
Yenilikçilik istehsalçıdan çox böyük məsuliyyət və risk tələb edir. Çünki
yeni əmtəələr istehlakçıların xoşuna gəlmədikdə reallaşdırılmamış qalır və firma
böyük məbləğ-də zərər çəkir. Aparılmış tədqiqatlar göstərir ki, yeni əmtəələrin
istehlak malları bazarında 40%-i, sənaye təyinatlı əmtəələr bazarında 20%-i,
xidmətlər bazarında isə təqribən 18%-i uğursuzluqla nəticələnir. Geniş istehlak
mallarının uğursuzluğu daha acınacaqlı nəticələrə gətirib çıxarır. Ona görə yeni
əmtəələrin istehsalına başlamazdan əvvəl istehsalçı, necə deyərlər, düşünüb-daşınmalı, yüz ölçüb bir biçməlidir ki, sonra peşimanlıq çəkməsin. Yeni əmtəələrin
uğursuzluğa düçar olmasının isə bir neçə səbəbi vardır. Bunlar ondan ibarətdir ki,
bəzən ideyanın özlüyün-də yaxşı olmasına baxmayaraq bazarın tutumu düzgün
qiy-mətləndirilmir, əmtəənin mövqeyi bazarda düzgün müəy-yən edilmir, pis
reklamlaşdırılır, yeni əmtəələrin işlənib ha-zırlanmasına nəzərdə tutulduğundan
qat-qat çox xərc çəki-lir, rəqiblərin cavab zərbəsi gözlənildiyindən güclü olur və s.
Firmaların qiymətqoyma probleminə yanaşmaları əmtəələrin həyat
dövrünün mərhələlərə bölünməsi ilə sıx surətdə bağlıdır. Əmtəələrin bazara
çıxarılması mərhələsi daha məsuliyyətli hesab olunur və qarşıya ciddi tələblər
qoyulur. Ona görə də həqiqətən yeni olan əmtəələrə qiymət qoyulmasını birbirindən fərqləndirmək lazımdır. Yeni əmtəələri bazara çıxaran firmalar iki
strategiya ilə üzləşir və bunlardan birini seçməlidirlər. Bunlardan biri obrazlı ifadə
ilə desək «qaymağın yığılması», digəri isə «bazara əsaslı surətdə daxil olmaq və
öz mövqeyini qoruyub saxlamaq» strategiyasıdır.
Birinci strategiyanın mahiyyəti ondan ibarətdir ki, yeni əmtəə istehsal edən
firmalar ilk vaxtlar həmin əmtəəyə yüksək qiymət qoyur və bununla da daha çox
mənfəət əldə etməyə cəhd göstərirlər. Burada məqsəd ondan ibarətdir ki, yeni
malları bazarın bütün seqmentləri deyil, yalnız bəzi seqmentləri qəbul edə bilsin.
KitabYurdu.az
107
Firmalar bir müddətdən sonra qiymətləri aşağı salmaqla özlərinə daha çox müştəri
cəlb edirlər. Çünki qiymətlərin aşağı salınması firmaların guya öz mənfəətlərinin
bir hissəsindən imtina etməklə adamlarda onların qayğısına qalmaq psixologiyası
aşılayır. Belə hərə-kət edən firmalar bununla da bazarın ən yüksək maliyyə
«qaymağı»nı götürürlər.
Bazara əsaslı surətdə daxil olmaq, necə deyərlər ona «yiyələnmək»
strategiyasının mahiyyəti ondan ibarətdir ki, bəzi firmalar öz əmtəələrinə
rəqiblərinə nisbətən aşağı qiy-mət qoyurlar. Əmtəələrə aşağı qiymət qoyulması
bazarın böyük bir hissəsini ələ keçirməyə, istehsal xərclərini aşağı salmağa və
deməli, tədriclə qiymətləri ucuzlaşdırmağa imkan verir. Bundan başqa bazar çox
həssas olduğuna və ucuz qiymət onun genişlənməsinə şərait yaratdığına, görə
aşağı qiy-mətlərin müəyyən edilməsi qanunauyğun sayıla bilər.
Məhsul, əmtəə nomenklaturunun tərkib hissəsi ol-duqda qiymətin müəyyən
edilməsinə yanaşma metodu dəyişir. Bu zaman firmalar yüksək mənfəət əldə
edilməsinə imkan verən qiymət sistemi işləyib hazırlamağa çalışırlar. Müxtəlif
əmtəələr tələbat və xərc nöqteyi-nəzərindən bir-biri ilə qarşılıqlı əlaqədə
olduqlarına və rəqabətlə qarşılaşdıqlarına görə qiymətlərin müəyyən edilməsi
olduqca çətindir. Bununla əlaqədar olaraq aşağıdakı halları nəzərdən keçirək.
Məlum olduğu kimi, hər bir firma bütöv əmtəə çe-şidi yaradır. Eyni bir
əmtəə çeşidi hazırlandıqdan və satışa buraxıldıqdan sonra bunun
təkmilləşdirilməsi prosesi baş-lanır və hər sonrakı modelin qiyməti əvvəlkindən
kəskin surətdə fərqlənir. Məhz bunlara əsasən istehlakçılarda əmtəənin sonrakı
modelinin yüksək keyfiyyətə malik olması barədə təsəvvür yaranır.
Firmaların əksəriyyəti əsas məhsullarla yanaşı, əlavə və ya yardımçı
məhsullar da istehsal edirlər. Ona görə də firmalar həm də əlavə məhsulların
qiymətlərini müəyyən etməlidirlər. Bu isə çox mürəkkəb məsələdir. Çünki belə
məhsulların qiymətləri bir qayda olaraq yüksək olur və alıcıların tədiyə
qabiliyyətinə uyğun gəlmir.
Sənayenin bəzi sahələrində elə ləvazimatlar da buraxılır ki, bunlar olmadan
əsas məhsullardan istifadə etmək mümkün deyildir. Belə məcburi ləvazimatlara
üzqır-xan üçün ülgüclər misal ola bilər. Çox vaxt əsas məhsulların istehsalçıları
onlara aşağı qiymət, məcburi ləvazimatlara isə yüksək qiymət qoyurlar. Aydın
məsələdir ki, məcburi ləvazimatlar olmadan əsas məhsuldan istifadə edilməsi
qeyri-mümkündür. Eyni sözləri «Kodak» firmasının fotoapa-ratları haqqında da
demək olar. Belə ki, firma fotoapa-ratlar üçün aşağı, plyonka üçün yuxarı qiymət
qoyur və bu yolla daha çox mənfəət əldə edir.
Qiymətlər coğrafi prinsip üzrə də müəyyən olunur. Bu, o deməkdir ki,
firma ölkənin müxtəlif regionlarından olan istehlakçılar üçün müxtəlif qiymətlər
müəyyən edil-məsinə dair qərarlar qəbul edir. Çünki əmtəələrin uzaqda yerləşən
istehlakçıya çatdırılması ilə əlaqədar olan tədavül xərcləri yaxın məsafələrə
çatdırılması ilə əlaqədar olan tə-davül xərclərindən çox olur. Ona görə də
əmtəənin istehsal xərcləri eyni olduğu şəraitdə tədavül xərcləri müxtəlif oluduğu
üçün uzaq ərazilərdə yerləşən istehlakçılara satılan əmtəələrə qanunauyğun surətdə yüksək qiymət qoyulur və bu, müştərilərin itirilməsinə gətirib çıxarmır.
KitabYurdu.az
108
Əmtəələrə bölgə qiymətləri də müəyyən edilir.Bu vaxt, firma iki, yaxud
da bir neçə bölgəyə mal göndərməyi və oradakı bazarda «məskunlaşmağı» qarşısına məqsəd qoyur. Hər hansı eyni bir bölgənin hüdudların-da yaşayan istehlakçılar
və sifarişçilər əmtəələri eyni qiy-mətlə satın alırlar. göstərir.
Qiymətqoymada istifadə olunan metodlardan biri də qiymətin bazis
məntəqəsi nəzərə alınmaqla müəyyən edilməsidir. Bunun mahiyyəti ondan
ibarətdir ki, hər hansı bir şəhər bazis kimi qəbul edilir və göndəriş yerindən asılı
olmayaraq bütün sifarişçilər üçün nəqliyyat xərcləri eyni məbləğdə – bazis
məntəqəsi üzrə olan məbləğ qədər olur.
Alıcı və ya satıcı daşınma xərclərini öz üzərlərinə götürməklə
qiymətqoyma metodundan da istifadə edirlər. Bunun mahiyyəti ondan ibarətdir
ki, satıcı və ya alıcı daha çox sifariş daxil olmasını təmin etmək üçün əmtəələrin
daşınması ilə əlaqədar olan xərclərin bir hissəsini və ya onu tamamilə öz öhdəsinə
götürür. Firmalar bu metoddan başlıca olaraq yeni bazarlara girmək, habelə
rəqabətin kəskinləşdiyi bazarlarda özlərinin mövqelərini qoruyub saxlamaq üçün
istifadə edirlər.
.
Alıcı daha çox əmtəə satın aldığı hallarda da ona mü-əyyən güzəştlər
edilir. Buna iqtisadi ədəbiyyatda miqdara görə güzəşt deyilir.
Istehlakçılar üçün mövsümi güzəştlər də edilir. Mövsümi güzəştlər,
mövsümdən kənar bazarlıq edən alıcılar üçün qiymətin aşağı salınması deməkdir.
Bu güzəştlər istehsalın səviyyəsini il ərzində nisbətən sabit saxlamaq üçün satıcıda
stimul yaradır. Mövsümi güzəştlərə ən çox təyyarə, avtobus və qatarlarla
sərnişindaşıma biletlərinin qiymətlərinin ilin fəsillərindən asılı olaraq aşağı
salınmasında istifadə olunur. Bu üsul uzunmüddətli istifadə üçün nəzərdə tutulan
əmtəələrə daha çox aid edilir.
Firmalar konkret şəraitdən asılı olaraq öz əmtəələrinin qiymətlərini onun
istehsalına çəkilən xərcdən aşağı da müəyyənləşdirirlər. Bu zaman qarşıya satışın
stimullaşdırıl-ması vəzifəsi qoyulur və bu müxtəlif formalarda olur. Bun-lardan
bəzilərini nəzərdən keçirək. Univermaqlar və uni-versamlar alıcıları özlərinə cəlb
etmək məqsədilə, məsələn, hər il yanvar ayında qış satışı, may ayında yaz satışı,
sen-tyabr ayında payız satışı təşkil edir, istehsalçılar dilerlərdən mal alan
istehlakçılara nəqd güzəştlər edirlər.
Firmalar xüsusi qiymət sistemi və qiymətqoyma strategiyası işləyib
hazırlamalarına baxmayaraq, həm də qiymətləri vaxtaşırı aşağı salır və ya
qaldırırlar.
Firmaların qiymətləri aşağı salmaq qərarına gəlmə-ləri bir sıra səbəblərlə
əlaqədardır. Bunlar istehsal gücləri-nin tam yüklənməməsi, şiddətli qiymət
rəqabətinin təsiri ilə bazar payının azalması, ucuz qiymətlər hesabına bazarda
hakim mövqe tutmaq uğrunda gedən rəqabət və s. ibarət-dir. Bunlara uyğun olaraq
firmalar öz dövriyyələrini artır-mağa, istehsal etdikləri məhsulların qiymətlərini
aşağı sal-mağa, istehsalın həcminin genişləndirilməsi hesabına xərc-lərin
azaldılmasını təmin edə bilən bazar payına sahib ol-maq niyyəti ilə qiymətləri
hamıdan tez aşağı salmağa çalışırlar.
KitabYurdu.az
109
Firmalar qiymətləri təşəbbüskarlıqla aşağı saldıqları kimi, onu
təşəbbüskarlıqla qaldırmağa da səy göstərirlər və buna, demək olar ki,
məcburdurlar. Bunun isə səbəbləri ol-duqca müxtəlifdir. Bunlardan biri xərclərin
artması ilə əla-qədar olan ümumdünya inflyasiyasıdır
Qiymətlərin qaldırılmasına təsir göstərən səbəblər-dən biri də həmin
məhsula olan tələbin artmasıdır. Qiymət-ləri, həmçinin güzəştləri ləğv etmək,
çeşidi əmtəənin bahalı variantları ilə əvəz etməklə ya gizli, yaxud da açıq-aşkar da
yüksəltmək olar.
Qiymətlərin dəyişməsinə istehlakçılar və rəqiblər də biganə qalmır, onlar da
öz münasibətlərini bildirirlər. Buna onlar bir qayda olaraq satıcıların sayı
azaldıqda və onların əmtəələri bir-birinə oxşadıqda, alıcılar isə bundan yetərincə
xəbərdar olduqda reaksiya verirlər bu əmtəənin nə kimi əhəmiyyət kəsb etməsi ilə
əlaqədar problemləri öyrənməli, rəqibin niyyətini, lazım gəldikdə isə işə sala
biləcəyi ehtiyat mənbələrini aşkara çıxarmalıdır. Bütün bunlar firmaya bazarda öz
mövqeyini nəinki qoru-yub saxlamağa, həm də onu daha da möhkəmləndirməyə
imkan verir.
3. Qiymət sistemi. Qiymətin növləri.
İqtisadiyyatda fəaliyyət göstərən bütün qiymətlər qarşılıqlı əlaqədə olub,
müxtəlif bazar amillərinin təsiri altında daim inkişafda olan sistemi əmələ gətirir.
Bu sistem sıx, qarşılıqlı əlaqədə, fəaliyyətdə olan ayrı- ayrı bloklardan (
topdansatış qiymətləri, satınalma qiyçətləri, pərakəndəsatış qiymətləri və s.)
ibarətdir.
Verilən sistemi əsas bloklarının birində qiymətin dəyişməsi tez bir surətdə
digər bloklara da ötürülür.
Bütün qiymət sistemində sənayenin baza sahələrinin məhsullarının
qiymətləri əsas rol oynayır. Onlara yanacaq energetika( kömür, neft, qaz, elektrik
enerjisi) , metallurgiya sahələri aiddir.
Qiymət sistemini təşkil edən qiymət növləri aşağıdakı əlamətlərinə görə
təsrifləndirilirlər:
a) xidmət etdiyi iqtisadi dövriyyənin xarakterinə görə;
b) franko növlərinə görə;
v) fəaliyyət müddətinə görə;
q) ərazi əlamətlərinə görə;
ğ) təsbit olunması qaydalarına görə.
Xidmət etdiyi iqtisadi dövriyyənin xarakterinə görə qiymətlər aşağıdakı
növlərə bölünür:
Sənaye məhsullarına görə topdansatış qiymətləri;
Tikinti məhsullarının qiymətləri;
Yük və sərnişin nəqliyyatı tarifləri;
Pərakəndəsatış qiymətləri;
Kənd təsərrüfatı məhsullarının satınalma qiymətləri;
əhaliyə pullu xidmətə olan tariflər.
Sənaye məhsullarının topdansatış qiymətləri öz növbəsində iki yarımnövə6
müəssisənin topdansatış qiymətinə və sənayenin topdansatış qiymətlərinə
bölünür.
KitabYurdu.az
110
Müəssisənin topdansatış qiymətlərinin tərkibi aşağıdakı növlərə bölünür:
1. xərclər( maya dəyəri)
2. mənfəət
3. qiymətə əlavələr( güzəştlər)
4. əlavə dəyər vergisi.
Müəssisənin topdansatış qiyməti – məhsul istehsalçılarının
istehsal
etdikləri məhsulu istehlakçılara- digər müəssisə və təşkilatlara satdıqları
qiymətlərdir.
Sənayenin topdansatış ( buraxılış) qiymətləri istehlakçı müəssisələrin və
yaxud satış ( topdansatış) təşkilatlarının məhsullarına görə ödədikləri qiymətlərdir.
Sənaye topdansatış ( buraxılış) qiymətinin tərkibi aşağıdakı kimidir:
1. Müəssisənin topdansatış qiyməti
2. Təchizat- satış əlavələri( güzəştləri)
a) təchizat- satış və yaxud topdansatış müəssisələrinin xərcləri;
b) təchizat- satış və yaxud topdansatış müəssisələrinin mənfəəti;
3. Aksiz
4. Əlavə dəyər vergisi( ƏDV)
Pərakəndəsatış qiymətləri qiymətlərin əmələ gəlməsi prosesinin son
mərhələsinin nəticələri və xalq istehlakı məhsullarının faktiki satış qiymətləridir.
Bu qiymətlərlə satılan məhsullar birbaşa istehlak sferasına
daxil olur.
Pərakəndəsatış qiyməti kəmiyyətcə sənaye topdansatış ( buraxılış) qiyməti ilə
ticarət əlavələrinin ( güzəştlərinin) cəmindən ibarətdir.
Qiymətlərin
frankolaşdırılması dedikdə, məhsulun istehsalçılardan
istehlakçılara çatdırılması xərclərinin qiymətlərdə uçotu qaydaları başa düşülür.
Franko növlərinə aşağıdakı qiymət növləri fərqləndirilir:
1. Franko- anbar- istehsalçı( malgöndərən) və ya istehsal yerində FOB
qiyməti. Bu qiymət növünün tətbiqi zamanı məhsulun göndərilməsi xərcləri
qiymətlərə daxil edilməyərək istehlakçı tərəfindən ödənilir.
2. Franko- vaqon göndərmə stansiyası. Onun tətbiqi zamanı məhsulun
göndərmə stansiyasına çatdırılması xərcləri qiymətlərə daxil edilir, qalan xərclər
istehlakçı tərəfindən ödənilir.
3. Franko- vaqon təyinat stansiyası.
4. Franko- anbar – istehlakçı. Bu qiymət növünün tətbiqi zamanı bütün
tədavül xərcləri qiymət elementinə çevrilirlər.
Fəaliyyət müddətlərinə görə qiymətlərin aşağıdakı növləri fərqləndirilir:
Sabit qiymətlər- müəyyən müqavilə üzrə məhsul göndərişi müddətində
dəyişmirlər.
Cari qiymətlər- müəyyən vaxt dövründə məhsul göndərişinin həyata
keçirildiyi qiymətlərdir.
Onlar bir müqavilənin yerinə yetirilməsi
müddətində bazar
konyukturasından asılı olaraq dəyişə bilərlər.
Sürüşkən qiymətlər- uzunmüddətli istehsal dövrünə malik olan məhsullarla
ticarət sövdələşmələrində müəyyən edilir.
Mövsümi qiymətlər- müəyyən vaxt dövründə fəaliyyət göstərirlər.
KitabYurdu.az
111
Mərhələli qiymətlər- əvvəlcədən müəyyən edilmiş şkala üzrə məhsulların
ardıcıl aşağı salınan qiymətləridir.
Müəyyən edilməsi qaydalarına
görə aşağıdakı qiymət
növləri
təsnifləşdirilir:
1. Təsbit edilən qiymətlər- dövlət tərəfindən təyin olunurlar.
2. Müqavilə qiymətləri- tərəflərin razılığı ilə müəyyən edilirlər.
3. Tənzimlənən qiymətlər- dövlət tərəfindən müəyyən təsir göstərilməklə
tələb və təklif nisbətləri əsasında formalaşırlar.
4. Sərbəst qiymətlər- bazarda tələb və təklifin təsiri altında formalaşırlar.
Dövlət bu qiymətlərin dəyişilməsinə yalnız bazar konyukturasına təsir etməklə
nail ola bilər.
Qiymət sistemini mühüm tərkib elementlərindən biri də dünya bazar
qiymətləridir. Dünya bazarında xarici ticarət fəaliyyətini həyata keçirərkən
aşağıdakı əsas qiymət növlərini fərqləndirrlər:
1. FAS və ya FOB ixrac qiymətləri. Bu qiymətlər üzrə ixracatcı firma
idxalçıya əmtəəni gəmiyə qədər nəqliyyat xərclərini daxil etməklə FAS
qiymətinə, ya da gəmiyə yükləmə xərclərini daxil etməklə FOB qiymətinə satır.
2. SİF idxal qiymətləri özündə FOB qiymətindən əlavə yüklərin idxalçı və
ya ixracatçı ölkələrin sərhədlərinə qədər daşınması və sığorta xərclərini
birləşdirir.
3. Kontrakt qiymətləri tərəflərin razılığına görə
bir qayda olaraq
dövlətlərarası və ya hökumətlərarası ticarət müqavilələri əsasında müəyyən edilir.
4. Birjada təyin edilən qiymətlər.
5. İri firmaların təklif qiymətləri və faktiki sövdələşmə qiymətləri.
6. Beynəlxalq sövdələşmələrdə iştirak edən ölkələrin daxili topdansatış
qiymətləri.
4.Qiymətin dövlət tətəfindən tənzimlənməsi.
Konkret təsərrüfat quruluşundan ( konyukturasından) asılı olara q
qiymətlərin tənzimlənməsi mahiyyət etibarı ilə böhrana ( durğunluğa) qarşı və ya
inflyasiyaya qarşı xarakterli ola bilər.
Qiymətlərin əmələ gəlməsi prosesində yaranma sferası və təsir mexanizmi
nöqteyi- nəzərdən qiymətlərin tənzimlənçəsinin aşağıdakı bir neçə formasını
ayırmaq olar:
- əmtəələrin istehsalı və tədavülü sferasında dövlətin birbaşa iştirakı ilə
qiymətlərin tənzimlənməsi;
- antiinhisar qanunvericiliyi ilə tənzimləmə;
- gəlirin tənzimlənməsi siyasəit ilə;
- pul tədavülü sferası vasitəsilə təsərrüfat konyukturasının yənzimlənməsi ilə.
Dövlətin qiymətin əmələ gəlməsi prosesinə təsiri qiymətlərin
tənzimlənməsinin birbaşa və dolayı metodların üzvi əlaqəsi ilə reallaşır. Bu
metodların ölkələr və ayrı- ayrı dövlətlər üzrə nisbətləri müxtəlifdir.
Qiymətlərin birbaşa tənzimlənməsi başlıca olaraq ictimai istifadə ( istehlak)
sahələrində ( elektroenergetika, nəqliyyat, rabitə, su təchizatı və s.) tətbiq olunur.
KitabYurdu.az
112
Bu sahələrdə qiymət və tariflər adətən inhisarlarla münasibətdə aşağı və ya yüksək
mənfəət normaları əsasında müəyyən olunur.
Qiymətlərin dövlət tənzimlənməsi inhisarların marağına və onların dünya
bazarında konkret mövqelərinə, ümumən ölkənin tələbatına cavab verə bilən
iqtisadiyyatın
yüksək inkişaf
sürətinin və struktur
irəliləyişlərin
stimullaşdırılması üçün tətbiq edilir.
Qiymətlərin tənzimlənməsinin dolayı metodları qiymətlərin özünə deyil,
qiymətlərin əmələ gəlməsi ilə bağlı olan amillərə təsir dairəsinədə ortaya çıxır.
Buna misal olaraq, pul vəsaitlərinin emissiyası sa daxil olmaqla, vergi, kredit və
valyuta siyasətinin köməyi ilə məcmu tələbin tənzimlənməsini göstərmək olar.
Belə tədbirlər nəticəsində bir çox sahələrdə istehlak və məşğulluqla bağlı
məsələlər stimullaşdırılır ki, bu da öz növbəsində istehlak malları bazarına və
əhalinin tədiyə qabiliyyətli tələbinin həcminə təsir göstərir.
İnkişaf etmiş bazar iqtisadiyyatı
şəraitində olan ölkələrin təcrübəsi
qiymətlərin dövlət tənzimlənməsinin iki üsulunun mövcudluğunu göstərir: iqtisadi
və inzibati. Tənzimlənmənin iqtisadi üsulu daha üstündür və dövlət orqanlarının
vergi, maliyyə- büdcə, kredit, valyuta, gömrük siyasəti vasitəsilə həyata keçirilir.
Qiymətlərin dövlət tərəfindən tənzimlənməsi bazar mexanizminin fəaliyyətini
pozmur, qiymətin iqtisadi əsaslandırılmasını və onların dünya bazar qiymətləri ilə
əlaqəsini saxlayır.
Bazar şəraitində qiymətlərin inzibati üsullarla tənzimlənməsi isə fövqəladə
hallarda, iqtisadiyyatın
böhran keçirdiy,
sürətli inflyasiya, təsərrüfat
kompleksinin bütün sahələrində tənəzzül baş verdiyi şəraitdə dövlət üçün strateji
əhəmiyyət kəsb edən ayrı- ayrı malların, digər məhsulların qiymətlərinin sürətli
artımından əhalini sosial- müdagiə etmək məqsədilə də həyata keçirilə bilər.Bu
halda hökumət özü inzibati qaydada istehlak səbətinə daxil olan ilkin tələbat
mallarının qiymətini müəyyənləşdirir və dəyişdirir.
Qiymətlərin iqtisadi üsullarla tənzimlənməsinə gəldikdə isə qetd edilməlidir ki,
bu dövlət büdcəsinin mənafeyinin ayrı- ayrı əmtəə istehsalçılarının, ən vacibi isə
son istehlakçıların, vergi ödəyən adi vətəndaşların mənafeyi ilə üst- üstə
düşməsinə təmin edən vergi siyasəti vasitəsilə həyata keçirilir.
Dolayı metodların köməyi ilə dövlət tələb və təklif arasında tarazlığın əldə
edilməsinə və saxlanmasına,. Bununla da bütün iqtisadiyyat
miqyasında
qiymətlərin uyğun və tədricən artımına nail olmağa çalışır.
İnkişaf etmiş ölkələrdə qiymətin tənzimlənməsinin dolayı metodlarına,
dövlət tərəfindən torpaq rentasının , uçot dərəcələrinin, əmək haqqının( əgər
qiymətlərin birbaşa tənzimlənməsi ilə əlaqədar deyilsə), eləcə də qiymətlərin
əmələ gəlməsinə təsir göstərən digər amillərin tənzimlənməsinə yönəldilmiş
fəaliyyətlər də aid edilir.
Son illərdə qiymətlərin dolayı metodlarla tənzimlənməsi təcrübəsi öz
mahiyyətini itirməkdədir. Bu, hər şeydən əvvəl onunla əlaqədardır ki, müasir
bazar inhisar tənzimlənməsi ilə yüksək dərəcədə bağlıdır və onunla məhdudlaşır.
Bu vəziyyət inkişaf etmiş ölkələrə də xasdır.
KitabYurdu.az
113
Mövzu 12. Aqrar münasibətlər(4 saat )
Plan
1.Aqrar münasibətlər və onun xarakterik xüsusiyyətləri.Torpaq istehsalın başlıca
amilidir.
2.Aqrar- sənaye kompleksi və inteqrasiyası.
3.Torpaq rentası və onun formaları.
4.İcarə haqqı və torpağın qiyməti.
1.Aqrar münasibətlər və onun xarakterik xüsusiyyətləri. Torpaq istehsalın
başlıca amilidir.
Torpaqdan iqtisadiyyatın bütün sahələrində istifadə olunur və o, özünün
sərvətləri, meşələri, suları ilə birlikdə istehsal prosesinin maddi ilkin şərtini və təbii
əsasını təşkil edir. Lakin iqtisadiyyatın ayrı-ayrı sahələrində torpaq eyni
əhəmiyyətə malik deyildir. Belə ki, torpaq sənayedə (hasilat sənayesi istisna
olmaqla) və ticarətdə müəssisələrin, obyekt-lərin yerləşdirilməsi üçün məkan,
tikintidə binaların inşa olunması, nəqliyytda şose və dəmir yollarının çəkilməsi
üçün ərazi rolunu oynayır və bu sahələr üçün onun münbit-liyinin heç bir əhəmiyyəti yoxdur. Kənd təsərrüfatında isə torpaq məhsul istehsalının əvəzolunmaz
təbii-iqtisadi amili-dir və onun münbitliyinin müstəsna əhəmiyyəti vardır. Baş-qa
sözlə, torpaq olmadan kənd təsərrüfatı məhsullarını istehsal etmək mümkün
deyildir. Həm də bunun üçün hər cür torpaq deyil, münbit torpaqlar olmalıdır.
Torpaq iqtisadiyyatın ən mühüm sahələrindən biri olan kənd təsərrüfatında
oynadığı rola görə istehsalın başlı-ca təbii-iqtisadi amili olmaqla, həm də
investisiya əmtəə-lərinə aid edilə bilər. Çünki insanlar bir tərəfdən, məhsul istehsal etmək üçün torpağı əkib – becərməklə öz əməkləri ilə ona təsir göstərir,
digər tərəfdən isə istehsal prosesində ondan vasitə kimi istifadə olunur. Lakin
torpağın insanların öz-ləri tərəfindən yaradılan investisiya əmtəələrindən–binalardan, maşınlardan, avadanlıqlardan və s. – fərqləndirən bir sıra xüsüsiyyətləri
vardır.
Əvvəla, qeyd etmək lazımdır ki, torpaq təbiətin məh-suludur, yer kürəsində
onun hüdudu məhduddur, süni su-rətdə yaradıla və deməli artırıla bilməz.
Insanlar öz əməkləri ilə yalnız onun təbii xassələrini dəyişdirə və zənginləşdirə
bilərlər. Digər investisiya əmtəələrini isə istənilən qədər artırmaq mümkündür.
Ikinçisi, insanların özləri tərəfindən yaradılan investisiya əmtəələri, yəni istehsal
olunan maşın və avadanlıqlar, yetişdirilən heyvanlar və çoxillik əkmələr istehsal
prosesində istifadə olunduqça aşınır, köhnəlir və müəyyən müddətdən sonra
təkmilləşdirilmiş, mütərəqqi və yüksək məhsuldarlıqlı "nüsxələrlə", yaxud da
tamamilə yeniləri ilə əvəz olunur. Torpağı isə heç bir şeylə əvəz etmək olmaz,
başqa sözlə, onun əvəzediçisi yoxdur. Üçünçüsü, torpaq sahələri keyfiyyətlərinə,
birinçi növbədə münbitliklərinə körə bir–birilərindən fərqlənirlər. Bu isə öz
növbəsində tor-paq sahəsi vahidinə bərabər məbləğdə sərf olunan vəsaitin
müqabilində müxtəlif miqdarda məhsul əldə edilməsinə və deməli, gəlirliliyin
qeyri-bərabər olmasına gətirib çıxarır. Insanlar öz əməkləri ilə bu fərqi ya azalda,
KitabYurdu.az
114
ya da dərinləşdirə bilərlər. Dördünçüsü, torpaqdan düzgün istifadə olun-duqda
ondakı kimyəvi birləşmələrin miqdarı və onun mün-bitliyi artır, düzgün becərildikdə faydalı xassələri qorunub saxlanır, sahənin özü və fiziki vəziyyəti
yaxşılaşır, məhsul-darlığı yüksəlir. Beşinçisi, torpaq sahəsi müəyyən ölçüyə malikdir, daimi məkanda yerləşir. Digər investisiya əmtəələrini isə istənilən vaxt bir
yerdən başqa yerə aparmaq, yəni yerini dəyişdirmək, artırmaq, genişləndirmək
mümkündür. Altın-cısı, torpaq təbiətin məhsulu olduğuna görə ondan istifadə
olunarkən amortizasiya ayırmaları hesablanmır və deməli, o, istehsal xərçlərinin
formalaşmasında iştirak etmir.
Torpağın başlıça xüsusiyyətlərindən biri onun mün-bitliyidir. Hər şeydən
əvvəl torpağın qida maddələrinin miqdarı, onların bitkilər üçün faydalılığı, fiziki,
mexaniki xassələri ilə müəyyən olunan təbii münbitliyini qeyd etmək lazımdır.
Torpaq sahələri təbii münbitliyə görə bir-birindən kəskin surətdə fərqlənir. Lakin
torpağın dəyərliliyi təkçə onun təbii münbitliyi ilə müəyyən edilmir. Insanların
özləri tərəfindən torpağın münbitliyi artırıla bilər ki, buna da süni münbitlik deyilir.
Deməli, aqrokimyanın, meliorasiyanın, bir sözlə, elmi-texniki tərəqqinin təsiri ilə
torpağın süni münbitliyi daim dəyişir. Torpağın təbii münbitliyi ilə süni
münbitliyi ikisi birlikdə onun iqtisadi munbitliyini əmələ gətirir. Torpağın
iqtisadi munbitliyinin formalaşmasında mexanikləşdirmə vasitələri başlıça rol
oynayırlar. Tarixdən məlumdur ki, torpağı xışla 12 sm, ata qoşulan kotanla isə 16
sm dərinlikdə şumlamaq mümkün olmuşdur. Bu, o deməkdir ki, torpağın təbii
münbitliyindən qismən istifadə edilmişdir. Çünki torpağın üst qatı şumlanır, o,
həddən çox xırdalanır, ondakı qida maddələrinin ehtiyatı kəskin surətdə azalırdı.
Torpağın traktorla şumlanması isə onun dərinliyini 25-30 sm-ə çatdırmağa imkan
vermiş və bu da öz növbə-sində onun təbii münbitliyindən istifadənin yaxşılaşdırılmasına səbəb olmuşdur. Hazırda xüsusi texniki vasitələrdən istifadə olunması
torpağın külək və su eroziyalarından qorunmasında, kol-kos basmış sahələrin
təmizlənməsi və yararlı hala salınmasında, meliorasiya işlərində (torpaqların
suvarılması və ya qurudulması) böyük səmərə verir. Bunun nəticəsidir ki,
məhsuldarlığı az olan torpaq sahələrinin münbitliyi artırılır, istifadə olunmayan torpaqlar əkin dövriyyəsinə cəlb edilir.
2. Aqrar-sənaye kompleksi və inteqrasiyası.
Aqrar–sənaye kompleksi (ASK) kənd təsərrüfatı məhsullarının istehsalı,
saxlanması, emalı və istehlakçılara çatdırılması ilə məşğul olan sahələrin
toplusudur. ASK özündə aşağıdakı dörd sahəni birləşdirir: 1) Kənd təsərrüfatı üçün
maşın, avadanlıq, nəqliyyat vasitələri, zərərvericilərə qarşı mübarizə vasitələri və
digər investisiya əmtəələri ünsürlərini istehsal edən və ona texniki xidmət göstərən
sənaye sahələri; 2)Kənd təsərrüfatının özü; 3) Kənd təsərrüfatı məh-sullarının
tədarükü, emalı, saxlanması, daşınması və satıl-ması ilə məşğul olan sahələr; 4) Istehsalın inkişaf etdirilmə-sinin ümumi şərtlərini və insanların həyat fəaliyyətlərini
təmin edən infrastruktur sahələri. ASK-nın tərkibində infrastruktur xüsusi yer tutur
və onu həmin üç sahənin hər hansı birinə aid etmək düzgün deyildir.
Infrastrukturun özü də iki yerə bölünür: 1) Istehsal infrastrukturu; 2) Sosial
KitabYurdu.az
115
infrastruktur. Bunlar bu və ya digər dərəcədə eyni vaxtda yuxarıda göstərilən
sahələrin hamısına aiddir. Həm də istehsal infrastrukturuna istehsala bilavasitə
xidmət edən sahələr (yol-nəqliyyat, anbar və tara təsərrüfatları, texniki xidmət və
s.), sosial infrastruktura isə adamların həyat fəa-liyyətlərini təmin edən sahələr
(mənzil-kommunal təsərrü-fatı, mədəni-məişət xidməti, ticarət, iaşə və s.) daxildir.
Kənd yerlərində yol-nəqliyyat sistemi bərbad vəziy-yətdə olan ölkələrdə
kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan iqtisadi vahidlərə böyük ziyan
dəyir, təkrar istehsalın normal ahəngi pozulur və bütün bunlar nəticə etibarılə
məhsulların istehsalına çəkilən xərclərin və onların kapitaltutumunun artmasına
səbəb olur. Yolların pis vəziyyətdə olması kəndi şəhərdən ayırır, kənd əhalisinin
yaxın şəhərlərdəki mədəni - məişət potensialından istifadə etmək imkanlarını,
kənddə yaşamağa marağı azaldır. Kəndin is-tehsal infrastrukturu sistemində
aqroservis xüsusi yer tutur. Zəhmətkeş kəndli özünə məxsus olan inventarları
həmişə yaxşı mühafizə olunan yerlərdə saxlamış, onlara əsl təsərrüfatçı qayğısı ilə
yanaşmışdır. Belə olduqda inventar və texnikadan etibarlı şəkildə və uzun müddət
istifadə etmək mümkündür. ASK-nın intensiv inkişaf etdirilməsində sosial
infrastruktura üstünlük verilməsi, onun təkrar istehsalın intensiv tipinə cavab verə
bilən tələblərə uyğunlaşdırılması da mühüm rol oynayır. ASK-nı
səciyyələndirərkən nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı həmişə sənaye,
ticarət və digər sahələrlə əlaqədar olmuşdur. Həm də ASK anlayışı elmi anlayışlar
sisteminə bu yaxınlarda daxil olmuş və onun meydana gəlməsi kənd təsərrüfatı ilə
əlaqədar olan və hazırda vahid təkrar istehsal prosesində birləşmiş digər sahələr
arasındakı əlaqə və qarşılıqlı asılılıqların keyfiyyətcə yeni səviyyəsi deməkdir.
Çünki kənd təsərrüfatı məhsulları istehsalının artırılması, əhalinin ərzaq, sənayenin
isə xam-mallara olan tələbatının ödənilməsi təkcə kənd təsərrüfatın-dan deyil, həm
də ASK-nın bütün hissələrinin əlaqəli şəkildə inkişaf etdirilməsindən asılıdır.
Aqrar-Sənaye Kompleksinin formalaşmasının əsasını aqrar sənaye
inteqrasiyası təşkil edir. Aqrar-sənaye inteq-rasiyası (ASI) dedikdə kənd
təsərrüfatının ona xidmət edən və onun məhsullarını istehlakçılara çatdıran
müxtəlif sahə-lərlə istehsal əlaqələrinin güclənməsi nəzərdə tutulur. ASI əmək
bölgüsü və ixtisaslaşdırmanın dərinləşməsinin nəticəsidir. Deməli, kənd
təsərrüfatının onunla bağlı olan digər sahələrlə geniş münasibətləri olmalıdır. Bu,
hər şeydən əvvəl kənd təsərrüfatı üçün əsas və dövriyyə kapitalı ünsürləri istehsal
edən, habelə onun məhsullarının reallaşdırılmasına xidmət göstərən sahələrlə
əlaqələrin güclənməsinə aiddir.
ASI çoxcəhətlidir və müxtəlif formalarda təzahür edir. Bu, hər şeydən əvvəl
prosesin hansı səviyyədə (ölkə miqyasında, rayon, yaxud da müəssisə
çərçivəsində) getmə-sindən asılıdır. ASI-nin formaları həmçinin əlaqədə olan
sahələrin texnoloji və təşkilati cəhətdən bir-birilərinə nə dərəcədə yaxın
olmalarından asılıdır. Inteqrasiya prosesinin xarakterinə ayrı-ayrı sahələrin
xüsusiyyətləri, əldə edilən məhsulların və onların emal olunması texnologiyasının
spesifikası da böyük təsir göstərir.
Ölkə miqyasında və böyük rayonlarda ASI öz ifadə-sini kənd təsərrüfatı ilə
sahələrarası əlaqələrin güclənmə-sində, regional ASI-nın formalaşması və inkişaf
etməsində tapır. Müxtəlif sahələr üzrə ASI kənd təsərrüfatının müva-fiq sahəsinə
KitabYurdu.az
116
uyğun gələn sahələri birləşdirir. Taxılçılıq, tərə-vəzçilik, pambıqçılıq, südçülük
üzrə ASI-lər dediklərimizə misal ola bilər. Aşağı, yəni müəssisə və rayon
səviyyələrində ASI-nin formaları aqrar-sənaye müəssisələri, birlikləri və
kombinatlarından, aqrofirmalardan, istehsal və elm-istehsal sistemlərindən
ibarətdir.
ASI-nin formalaşması və böyük nailiyyətlər qazanılmasında inkişaf
etmş ölkələrin təcrübəsi diqqətəlayiqdir. Belə ki, bu ölkələrdə sahələrarası
kooperasiyanın inkişafı ona gətirib çıxarmışdır ki, ASK çərçivəsində yaradılan
məh-sulların dəyərində birinci və üçüncü sahələrin xüsusi çəkisi fasiləsiz olaraq
yüksəlir, kənd təsərrüfatınınkı isə azalır. Inkişaf etmiş ölkələrdə onların arasındakı
nisbət təqribən 30:10:60-dır. Qərb ölkələrinin aqrobizneslərinin xüsusiyyəti,
onların başlıca olaraq ərzaq istehsalına istiqamət götürmə-ləridir. ABŞ və
Kanadada bitkiçilik və qarışıq yem məhsul-larında kənd təsərrüfatı xammallarının
xüsusi çəkisi olduq-ca yüksəkdir. Bəzi ölkələrdə kənd təsərrüfatı texnikasının bir
çox baza növləri (traktorlar, kombaynlar) idxal olunur, həmin ölkələrin özləri isə
texnikanın digər növlərini ixrac edə bilirlər. Son ərzaq məhsulları və xammalların
istehsalı sahəsində də müəyyən ixtisaslaşdırma müşahidə olunur. Bunlar ASK-da
bütünlüklə təsərrüfat həyatının beynəlmiləl-ləşməsi prosesinin getdiyini göstərir.
Bunun sayəsində inkişaf etmiş ölkələr ərzaq probleminin həll edilməsində çox
böyük nailiyyətlər qazanmışlar. Şimali Amerika və Qərbi Avropa ölkələri keçən
əsrin 80-ci illərində bir çox kənd təsərrüfatı məhsulları – taxıl, şəkər, yağ, ət ilə
özlərini təmin etmək sahəsində yüksək nəticələrə nail olmuşlar. Bütövlükdə inkişaf
etmiş ölkələr dünyada istehsal olunan yağlı və dənli bitkilərin 1/3 hissəsini, ətin
demək olar ki, 40%-ni öz əllərində cəmləşdirmişlər. Həmin ölkələrdə digər
kompleks-lərlə müqayisədə ASK-nın səciyyəvi cəhəti onun tərkibinə daxil olan və
müxtəlif sahələrdə fəaliyyət göstərən, bir-biri ilə əlaqələndirilən istehsal vahidlərinin qeyri sosial iqtisadi yekcinsliyə malik olmasıdır. Bunu ondan görmək
olar ki, ASK-nın birinci və üçüncü sahələrində istehsalın təmərküz-ləşməsi
dərəcəsi kənd təsərrüfatı üzrə eyni göstəricidən xeyli yüksəkdir. Məsələn, ABŞ-da
fermerlər üçün investisiya əmtəələrinin 75%-dən çoxunu 8 sənaye şirkəti göndərir.
100 firma yeyinti sənayesi məhsullarının 1/2 hissəsini öz əllərində cəmləşdirmiş,
pərakəndə ərzaq marralı dövriy-yəsinin 1/3 hissəsi 20 ticarət şirkətinin payına
düşür. Kənd təsərrüfatında isə ilkin istehsal vahidlərinin rolu tədriclə ənənəvi
kəndli (fermer) təsərrüfatlarından aqrar-sənaye bir-liklərinə (ASB) keçir. Bu
birliklər bitkiçilik və heyvandarlıq məhsullarının ilkin emalı və saxlanması ilə
məşğul olmaqla üfuqi inteqrasiyanı həyata keçirirlər. Həvəskar mal göndə-rənlər
və kənd təsərrüfatı üçün sənaye məhsullarının pəra-kəndə satışı ilə məşğul olan
tacirlər də istehsal kooperasiyasına daxil olurlar. Bir sıra ASB-lər sənaye
şirkətlərinin bilavasitə təşəbbüsü ilə ASK-nın kənd təsərrüfatına daha çox nüfuz
edən birinci və üçüncü sahələrində formalaşır. Lakin kənd təsərrüfatı ilə
sənayenin inteqrasiyasının digər iki yolu daha tipikdir. Bunlardan biri ondan
ibarətdir ki, fermer təsərrüfatlarının özlərinin təmərküzləşməsi səviyyəsi yüksə-lir.
ABŞ-da illik əmtəəlik məhsulu 100 mln. dollardan çox olan iri kənd təsərrüfatı
müəssisələri, təsərrüfatların ümumi sayının cəmi–cümlətanı 7%-i təşkil etdikləri
halda, kənd təsərrüfatının əmtəəlik məhsulunun 80%-dən çoxu onların əlində
KitabYurdu.az
117
cəmlənmişdir. Belə müəssisələr tədriclə fərdi təsərrü-fat olmaqdan çıxır,
tərəfdaşlıq təsərrüfatına və ya aqrokooperasiyalara çevrilirlər. Ikincisi isə ondan
ibarətdir ki, fermer təsərrüfatları arasındakı kooperasiyadan geniş istifadə olunur.
Onlar məişət, istehlak, kredit ittifaqlarında, elektrikləşdirmə assosiasiyalarında,
istehsal xidmətlərinin təmin və texnikadan birgə istifadə olunması və onun təmiri,
hətta torpağın birgə becərilməsi üzrə kooperativlərdə birləşirlər. Kooperativ
şirkətləri çərçivəsində kəndli (fermer) təsərrüfatları intensiv texnologiyaya
yiyələnir və öz məhsullarının emalı ilə məşğul olan müəssisələrlə müvəffəqiyyətlə
inteqrasiyaya girirlər. Doğrudur, kooperativlər xırda fermer təsərrüfatlarının
vəziyyətinin sabitləşməsinə kömək edirlər, lakin onların müflisləşməsinin qarşısını
ala bilmirlər. Məsə-lən, ABŞ-da fermer təsərrüfatlarının sayı keçən əsrin 50-ci
illərinin əvvəllərindəki 5,4 milyondan 80-ci illərin ortalarında 2,2 milyona enmişdir. Əsrin 80-ci illərinin orta-larında borclarını ödəyə bilmədiklərinə görə
fermer təsər-rüfatlarının hər il 900 milyon dollar məbləğində mülkiyyəti müsadirə
olunmuş və hərraca qoyulmuşdur.
Inkişaf etmiş ölkələrdə fermer və qeyri-fermer təsər-rüfatlarının bir-biri ilə
müqayisəsi göstərir ki, son illərdə onların gəlirlərindəki fərq azalmış və ikincilər
birincilərə nisbətən daha sabitdirlər. Lakin bunlara baxmayaraq fer-mer
təsərrüfatları ilə əlaqədar olan problemlər mövcuddur və onların həlli gəlirlərin
çoxalmasında və nəticə etibarilə kənd təsərrüfatı məhsulları istehsalının
artırılmasında müsbət rol oynaya bilər.
Inkişaf etmiş ölkələrin çoxunda kənd təsərrüfatı məhsullarına olan
tələbin qiymətlərə görə elastikliyi aşağıdır. Təqribi hesablamalar göstərir ki,
fermer təsərrüfatlarının məhsulları üzrə elastiklik əmsalı 0,20-0,25 arasında
tərəddüd edir. Bu o deməkdir ki, kənd təsərrüfatı məhsullarının qiy-məti 40-50%
aşağı düşməlidir ki, istehsalçılar bu məhsulların tədarükünü 10% artıra bilsinlər.
Aydın məsələdir ki, istehlakçılar alternativ əmtəələrlə müqayisədə əlavə kənd təsərrüfatı məhsullarına az əhəmiyyət və aşağı qiymət verirlər. Ona görə ki, məlum
olduğu kimi, tələbin elastikliyini müəy-yən edən əsas amil əvəzetmədir. Bu o
deməkdir ki, hər hansı bir kənd təsərrüfatı məhsulunun qiyməti aşağı düşdükdə,
istehlakçı onu qiyməti aşağı düşməmiş başqa bir məhsul ilə əvəz etməyə meylli
olur. Lakin, varlı ölkələrdə kənd təsər-rüfatı məhsullarının qiymətləri aşağı
düşdükdə, aydın məsə-lədir ki, insanlar gündə 3 dəfə yeməkdən 4-5 dəfə yeməyə
keçmirlər. Insanların qida məhsullarını digər məhsullarla əvəz etmələri təbii –
bioloji məhdudiyyətlərlə əlaqədardır. Kənd təsərrüfatı məhsullarına olan tələbin
qeyri elastikliyi də azalan son faydalılıq anlayışının köməyilə aydınlaşdırıla bilər.
Varlı və zəngin cəmiyyətlərdə əhali, ümumiyyətlə yeməkdən korluq çəkmir və
yaxşı geyinir, yəni bir növ kənd təsərrüfatı məhsulları ilə yaxşı təmin olunmuşlar.
Ona görə də əlavə kənd təsərrürfatı məhsullarının istehsalı son fay-dalılığın tez bir
zamanda aşağı düşməsinə səbəb olur. Belə-liklə, istehlakın azacıq artmasını təmin
etmək üçün kənd təsərrüfatı məhsullarının qiymətləri çox aşağı düşməlidir.
Inkişaf etmiş ölkələrdə müşahidə olunan meyllərdən biri də kənd
təsərrüfatı məhsulları üzrə təklifin artmasıdır. Bunun başlıca səbəbi isə texniki
tərəqqidir. Burada hər şey-dən əvvəl, fermer təsərrüfatlarının tamamilə elektrikləşdiril-məsi və mexanikləşdirilməsi, torpaqların becərilmə texnolo-giyasının,
KitabYurdu.az
118
irriqasiya işlərinin yaxşılaşdırılması, gübrədən is-tifadə olunması, mal-qaranın
yetişdirilməsi və onlara qulluq edilməsinin təkmilləşdirilməsi və s. nəzərdə tutulur.
Bütün bunların nəticəsində, məsələn, ABŞ-da 1930-1980-ci illərdə bir işçiyə düşən
kapital qoyuluşu 15 dəfə artmışdır. Bu isə öz növbəsində bir fermerə düşən
becərilən torpaq sahəsinin 5 dəfə artmasına səbəb olmuşdur. Bu ölkədə bir nəfər
kənd təsərrüfatı işçisi 1820-ci ildə 4 nəfərin, 1947-ci ildə 14 nəfərin, 1987-ci ildə
isə 96 nəfərin təmin olunması üçün lazım olan qədər ərzaq məhsulları və
xammallar istehsal etmişdir. Kənd təsərrüfatında əmək məhsuldarlığı xeyli
yüksəlmiş və hazır-da aqrar sahədə təqribən 5,0 mln. nəfər məşğul olur ki, bu da
əhalinin ümumi sayının 2%-ni təşkil edir.
Beləliklə, inkişaf etmiş ölkələrdə aqrar bölmənin in-kişaf etdirilməsində çox
böyük nailiyyətlər qazanılmış və təcrübə toplanmışdır. Bu, kənd təsərrüfatı
sahəsində yeridi-lən düzgün dövlət siyasəti nəticəsində mümkün olmuşdur.
3. Torpaq rentası və onun formaları.
Rentanın2 əmələ gəlməsinin ilkin şərti torpağın icarəyə verilməsidir. Başqa
sözlə, torpaq mülkiyyətçisi öz torpaq sahəsini müəyyən müddətə başqa bir şəxsə
icarəyə verir. Icarə müqaviləsində torpaq sahibinə icarə haqqı verilməsi nəzərdə
tutulur. Buna əsasən demək olar ki, torpaq rentası kənd təsərrüfatında muzdlu
əməklə yaradılan əlavə mənfəətin, torpaqdan istifadə etməyə icazə verdikləri üçün
icarədarlar tərəfindən torpaq sahiblərinə icarə haqqı formasında verilən hissəsidir.
Deməli, torpaq rentası torpaq mülkiyyətini həyata keçirməyin iqtisadi formasıdır. Torpaq rentasının əmələ gəlməsi torpaq üzərində mülkiyyət münasibətlərinin meydana gəlib formalaşması və inkişaf etməsi ilə əlaqədardır. Torpaq
mülkiyyəti formalarının inkişaf et-məsi və dəyişməsi ilə əlaqədar olaraq torpaq
rentası da inki-şaf edib dəyişmişdir. O, hələ quldarlıqda meydana gəlmiş və
münbitliyinə görə ən yaxşı torpaq latifundiyalarında qul əməyi ilə yaradılan daha
yüksək nəticələrin quldarlar tərə-findən mənimsənilməsi formasında təzahür
etmişdir.
Feodal torpaq mülkiyyətinə feodal torpaq rentası xasdır ki, bu da öz
inkişafında aşağıdakı üç mərhələdən keç-mişdir: 1) Işləyib ödəmə rentası və ya
biyar; 2) Məhsul ren-tası və ya məhsul töycüsü; 3) Pul rentası və ya pul töycüsü.
Biyarın mahiyyəti ondan ibarətdir ki, kəndli həftənin müəyyən hissəsində
(məsələn, 3 və ya 4 gün) özünün çox sa-də əmək alətləri ilə birlikdə feodalın
təsərrüfatında işləməklə götürdüyü torpağın haqqını ödəyir. Burada kəndlinin özü
və feodal üçün işlədiyi vaxt bir-birindən ayrılmışdır. Lakin aydın məsələdir ki,
kəndli özü üçün işlədiyi vaxtda daha yaxşı çalışır. Odur ki, bunu müşahidə edən
feodal məhsul töycüsünə keçməyi üstün tutur.
Töycü təsərrüfatında əkinə yararlı bütün torpaqlar feodaldan asılı olan
kəndlilərin istifadəsinə verilir. Kəndli-nin özü və feodal üçün işlədiyi vaxt, məkan
və zaman etiba-rilə bir-birindən ayrılmır və kəndlilər işi bilavasitə məcbu-riyyət
KitabYurdu.az
119
olmadan yerinə yetirirlər. Lakin renta ödənilərkən kəndlinin yaratdığı məhsulun
bir hissəsi bütün məhsuldan ayrılır. Ona görə də belə bir nəticə çıxarmaq olar ki,
məhsul rentası işləyib ödəmə rentasının çevrilmiş formasıdır. Işləyib ödəmə rentası
kimi məhsul rentası da natural təsərrüfatın hökmranlığı ilə əlaqədardır və birləşmiş
əkinçilik – sənaye əməyinin nəticəsidir. Lakin o, işləyib ödəmə rentasına nis-bətən
istehsalın inkişaf etdirilməsi üçün daha geniş imkanlar yaradır və kəndlilərin
təbəqələşməsini sürətləndirir. Şəhərlə-rin və əmtəə-pul münasibətlərinin inkişaf
etməsinin təsiri ilə məhsul rentası pul rentasına çevrilir. Belə olduqda kəndli
feodala nəinki, yalnız torpaqdan istifadə etməyin müqabi-lində verəcəyi məhsulu
istehsal etməli, həm də pul rentasını ödəmək üçün onu bazarda satmalı idi. Deməli,
pul töycüsü feodal üçün sərf olunan əməyin nəticələrinin pul formasında
mənimsənilməsi deməkdir. Pul rentasına keçilməsi əmək bölgüsünün daha da
dərinləşməsi nəticəsində baş vermişdir ki, bu da mübadilənin inkişaf etməsi və
cəmiyyətdə əmtəə-pul münasibətlərinin geniş miqyas almasına səbəb olmuşdur.
Şərqin bir çox ölkələrində feodal torpaq rentasının və bilavasitə
istehsalçıların asılılıq formasında müxtəliflik olmuşdur. Şərqdə torpağın və süni
suvarma qurğularının əsas mülkiyyətçisi feodal dövləti olduğuna görə burada uzun
müddət iri hökmdar təsərrüfatları əmələ gəlməmişdir. Şərqin bir çox ölkələrində
feodal torpaq rentasının əsas forması işləyib ödəmə rentası deyil, məhsul rentası
olmuşdur.
Yuxarıda göstərildiyi kimi, torpaq kənd təsərrüfatın-da məhsul
istehsalının əvəzolunmaz təbii-iqtisadi amildir. Bu, o deməkdir ki, kənd
təsərrüfatı məhsullarının istehsalını torpaqsız təsəvvür etmək olmaz. Digər
tərəfdən, torpağın özünəməxsus bir sıra fərqləndirici cəhətləri vardır. Bunlar-dan
biri də ondan ibarətdir ki, yer kürəsində torpağın hüdudu məhduddur, boş
torpaq sahələri də yoxdur. Və mövcud olan torpaq sahələri münbitliklərinə, satış
bazarları ilə müqayisədə yaxın – uzaq məsafədə yerləşmələrinə və digər
əlamətlərinə görə bir-birindən kəskin surətdə fərqlənir.
Yer kürəsində münbitliyi və məkanca nə dərəcədə əl-verişli şəraitdə
yerləşməsinə görə yaxşı hesab olunan torpaq sahələri isə cəmiyyətin kənd
təsərrüfatı məhsullarına olan tələbatını ödəyə bilmir. Həm də əhalinin sayının
artması ilə əlaqədar olaraq kənd təsərrüfatı məhsullarına olan tələbat daim artır.
Odur ki, cəmiyyət yaxşı torpaqlarla yanaşı, necə deyərlər "orta" və "pis" torpaqları
da əkib-becərməyə məcburdur. Bütün bunlara əsasən belə nəticəyə gəlmək olar ki,
kənd təsərrüfatında tənzimləyici qiymət rolunu becərilən pis torpaqlarda
əmələ gələn qiymətlər oynayır. Bu o deməkdir ki, kənd təsərrüfatı məhsullarının
bazar qiymətləri becərilən pis torpaq sahələrindəki istehsal və daşınma xərcləri
əsasın-da formalaşır. Yəni pis torpaqları əkib-becərən sahibkarlar öz əmtəələrinə
qiymət qoyarkən hər şeydən əvvəl, məhsulların istehsalı və daşınması ilə əlaqədar
olan xərclərin ödənilməsini və həmin vəsaiti istehsalın hər hansı başqa bir sahəsinə
qoyduqda əldə edə biləcəkləri qədər mənfəət götür-məyi nəzərdə tuturlar. Bütün
bunlar onu göstərir ki, eyni təsərrüfatçılıq şəraitində daha yaxşı torpaqlarda əlavə
(artıq) mənfəət əmələ gəlir. Sənayedən fərqli olaraq kənd təsərrüfatında əlavə
mənfəətin əmələ gəlməsi daimi xarakter daşıyır. Bunun nəticəsində orta və
yaxşı torpaqları əkib-becərən sahibkarlar fərdi istehsal və satış xərcləri ilə
KitabYurdu.az
120
məhsulların bazar qiymətləri arasındakı fərq kimi əlavə mənfəət mənimsəyir ki, bu
da diferensial rentaya çevrilir.
Beləliklə, diferensial torpaq rentasının əmələ gəlmə-sinin təbii şərtləri
yer kürəsində torpağın hüdudunun məh-dud olması, onun münbitliyindəki, habelə
harada yerləşmə-sindəki fərqlərdir. Bu amillər insan cəmiyyəti inkişafının bü-tün
mərhələləri üçün səciyyəvi olduğuna görə renta müna-sibğətləri bütün bu hallarda
mövcud olur. Diferensial torpaq rentasının iki növü vardır: 1) I diferensial
torpaq rentası; 2) II diferensial torpaq rentası. Bunların iqtisadi mahiyyətini 627-ci
səhifədəki sxemdən aydın görmək olar.
Sxemdən göründüyü kimi, I diferensial renta torpaq mülkiyyətçisi, II isə
icarə müqaviləsi qüvvədə olduğu müd-dətdə icarədar tərəfindən mənimsənilir. I
diferensial torpaq rentasının əmələ gəlməsi şərtləri torpaqların münbitliklə-rində və
harada yerləşməsindəki fərqlərlə, II diferensial torpaq rentasınınkı isə torpaq
sahələrinin iqtisadi münbit-liklərindəki fərqlərlə əlaqədardır. Iqtisadi münbitliyə
isə torpağa gübrə verilməsi, meliorasiya işlərinin aparılması və
Rentanın
I diferensial renta II diferensial renta
Torpaq
sahələrinin təbii
Torpaq
Əmələ
münbitliklərində sahələrinin iqtisagəlməsi
və harada
di münbitliklərinşərtləri
yerləşmələrindəki
dəki fərqlər
fərqlər
Daha yüksək
Yaxşı və orta
iqtisadi müntorpaqlardakı
bitliyə malik olan
Əmələ
fərdi istehsal və
torpaqlardakı
gəlməsi səsatış xərcləri ilə
fərdi istehsal və
bəbi
bazar qiymətləri
satış xərcləri ilə
arasındakı fərq
bazar qiymətləri
arasındakı fərq
Işçilərin izafi
Işçilərin izafi
Mənbəyi
əməyi
əməyi
Kim
Icarə müqaviləsi
tərəfindən
Torpaq
qüvvədə olduğu
məmülkiyyətçisi
müddətdə icanimlənilmə
rədar
si
digər aqrar-texniki tədbirlərin həyata keçirilməsi yolu ilə nail olunur. Başqa sözlə,
torpaq sahələri genişləndirilmədən investisiya əmtəələri və iş qüvvəsindən istifadə
olunmasını yaxşılaşdırmaq yolu ilə istehsalın intiensivləşdirilməsi həya-ta keçirilir.
Bu tədbirlər əlavə vəsait qoyuluşunun səmərəliliyini yüksəldir, fərdi istehsal
xərclərinin azalmasına səbəb olur. Və fermer, məhsulları bazar qiymətləri ilə
satdıqda əlavə mənfəət əldə edir. Bu əlavə mənfəəti icarə müqaviləsi qüvvədə
olduğu müddətdə icarədar – sahibkar mənimsəyir. Belə vəziyyət kənd
təsərrüfatında məhsuldarlığın yüksəldil-məsi üçün yeniliklərin tətbiq olunmasına
KitabYurdu.az
121
stimul yaradır. Deməli, I diferensial renta kənd təsərrüfatının ekstensiv, II
diferensial renta isə intensiv inkişaf etdirilməsi ilə əlaqədar olaraq meydana çıxır.
Beləliklə, nəzərdən keçirilənlərdən aydın olur ki, əla-və mənfəəti yalnız
yaxşı və orta torpaq sahələri verir. Lakin qeyd etmək lazımdır ki, pis torpaq
sahələrindən də əlavə mənfəət əldə etmək mümkündür. Bu, texniki tərəqqi ilə
əlaqədardır. Məlum olduğu kimi, texniki tərəqqi ilk əvvəl sənayedə baş vermiş,
sonra isə kənd təsərrüfatını da əhatə etmişdir. Kənd təsərrüfatının texniki cəhətdən
tarixən səna-yedən geridə qalması ona gətirib çıxarmışdır ki, burada istehsal
xərclərində iş qüvvəsinin satın alınması ilə əlaqədar olan xərclərin xüsusi çəkisi
çox olur. Odur ki, digər şərtlər sabit qalmaqla, kənd təsərrüfatına qoyulan xərc
vahidinə görə, daha çox əlavə (artıq) məhsul yaradılır və deməli, bununla da pis
torpaqlarda da əlavə mənfəət yaranmış olur. Bu əlavə mənfəəti torpaq
mülkiyyətçisi mənimsəyir. Buna iqtisadi ədəbiyyatda mütləq torpaq rentası
deyilir.
Rentanın növlərindən biri də inhisar rentasıdır. Inhi-sar rentası xüsusilə
əlverişli təbii şəraitdə istehsal edilmiş əmtəənin bazar qiymətinin onun istehsalı və
satışı ilə əlaqədar olan xərclərdən qat-qat yüksək olması ilə bağlıdır. Məsələn,
qiymətli üzüm növlərinin, sitrus bitkilərinin, çayın, pambığın və s. bitkilərin
əkilməsi mümkün olan torpaqlara görə əkinlərin suvarıldığı rayonlarda sudan
istifadə üçün verilən renta bu qəbildəndir. Bu şəraitdə istehsal olunan əmtəələr
inhisar qiymətləri ilə satılır və əlavə mənfəət "əmələ gəlir". Deməli, inhisar rentası
iqtisadiyyatın digər sahələrində yaradılan əlavə (artıq) dəyərin qiymətlər
mexanizmi vasitəsilə yenidən bölüşdürülməsi nəticəsində əldə edilir və onun
mənbəyi kənd təsərrüfatından kənardadır. Inhisar qiymətlərinin son həddi tədiyə
qabiliyyətli tələb ola bilər.
Hasilat sənayesində də renta əmələ gəlir. Çünki mə-dənlər, şaxtalar, neft
yataqları özlərinin ehtiyatlarının zən-ginliyinə, dərinliklərinə və satış məntəqələri
ilə onlar ara-sındakı məsafəyə görə fərqlənirlər və bunlara müxtəlif miq-darda
vəsait qoyulur. Buna görə də hər ton filizin, kömürün, neftin istehsal və satış
xərcləri bazar qiymətlərindən fərq-lənir. Və bazarda bunların hər biri ən pis
istehsal şərtləri əsasında əmələ gələn qiymətlərlə satılır. Bu yol ilə əmələ gələn
mənfəət torpaq sahibinin mənimsədiyi diferensial rentanı əmələ gətirir. Ən nadir
faydalı qazıntıların olduğu hasilat sənayesində inhisar rentası vardır, çünki həmin
nadir metallar qoyulan xərcdən qat-qat artıq qiymətə satılır.
Tikinti sahələri üçün renta yaşayış binaları, sənaye, ticarət və başqa
müəssisələr tikməkdən ötrü torpaq icarə edən sahibkarların torpaq sahiblərinə
verdikləri rentadır. Bu rentanın kəmiyyətinə sahənin harada yerləşməsi təsir
göstərir. Şəhərin mərkəzində yerləşən və sənaye müəssisələrinə yaxın olan sahələrə
görə ən yüksək renta alınır.
Tikinti sahələri üçün rentanın bir sıra xüsusiyyətləri vardır. Hər şeydən
əvvəl, qeyd etmək lazımdır ki, bir çox şəhərlərdə və sənaye mərkəzlərində torpaq
sahələrinin son dərəcədə məhdud olması ucbatından şəhər torpaqlarının
mülkiyyətçiləri diferensial rentadan başqa inhisar rentası şəklində bac alırlar ki, bu
da mənzil kirayəsini son dərəcə artırır və real əmək haqqının azalmasına səbəb
olur. Digər tərəfdən, şəhər əhalisinin artması ilə əlaqədar olaraq şəhər torpaqlarının
KitabYurdu.az
122
mülkiyyətçiləri tikinti sahələri üçün alınan rentanı olduqca şişirdirlər ki, bu da
mənzil tikintisini ləngi-dir. Torpaq, dövlət mülkiyyətində olduqda rentanı dövlət
mənimsəyir.
4. Icarə haqqı və torpağın bazar qiyməti.
Torpaq rentası torpaqdan istifadə üçün icarədar tə-rəfindən torpaq sahibinə
icarə haqqı formasında ödənilir. Lakin torpaq rentası ilə icarə haqqını
eyniləşdirmək olmaz. Çünki icarə haqqına torpaq rentasından başqa digər ünsürlər də daxildir. Məsələn, icarəyə götürülən torpaq sahəsinə keçmişdə kapital
qoyulmuşdursa, yəni həmin ərazidə təsər-rüfat tikililəri, irriqasiya qurğuları inşa
olunmuş, yollar çəkilmişdirsə, icarədar burada olan binalardan, çoxillik
əkmələrdən istifadə edirsə, onda icarə haqqına rentadan başqa, həmin obyektlərdən
hesablanan amortizasiya məb-ləğləri və faiz də daxil edilir. Beləliklə, icarə haqqı
bu və ya digər torpaq sahəsindən onun sahibinin əldə etdiyi bütün gəlirdir.
Torpaq rentası isə yalnız torpağın özündən istifadə üçün alınan haqdır. Torpaq bir
qayda olaraq müəyyən müddətə icarəyə verilir. Həmin müddət ərzində torpağa
əlavə kapital qoyuluşu nəticəsində əldə edilən əlavə mənfəəti icarədar mənimsəyir.
Lakin icarə müddəti başa çatdıqda və yeni müqavilə bağlamaq lazım gəldikdə,
torpaq sahibi əlavə kapital qoyuluşu nəticəsində əldə edilmiş bütün gəlirləri nəzərə
alır və icarə haqqını artırır. Odur ki, torpaq sahibləri icarə müqaviləsini qısa müddət üçün bağlamağa, icarədar isə bu müddəti uzatmağa çalışır.
Müasir dövrdə ayrı-ayrı ölkələrdə torpağın icarəyə verilməsinə bir sıra
amillər təsir göstərir ki, bunun nəticəsin-də də ümumi torpaq fondunda icarəyə
götürülmüş torpaqla-rın payının azalması meyli özünü biruzə verir. Bu amillərə
kimya müəssisələrində müxtəlif növ kənd təsərrüfatı xam-malları əvəzedicilərinin
yaradılması, kənd təsərrüfatında təmərküzləşmənin güclənməsi, satış bazarlarında
rəqabətin kəskinləşməsinin təsiri ilə fermerlərin kütləvi surətdə müf-lisləşməsi və
s. aid etmək olar. Bundan başqa, torpaq mül-kiyyətçisi ilə icarədarın bir-biri ilə
qaynayıb-qarışması meyli də müşahidə olunur.
Torpaq yalnız icarəyə verilmir, o, həm də inkişaf et-miş bazar
iqtisadiyyatı şəraitində alqı-satqı obyekti, yəni əmtəədir. Məlumdur ki, torpaq
müxtəlif məqsədlər üçün sa-tın alınır. Yəni torpaq kənd təsərrüfatı məhsullarını
istehsal etmək və təbii sərvətləri çıxarmaq, istehsal təyinatlı və yaşa-yış binaları
tikmək, yollar çəkmək, aeroport inşa etmək və s. məqsədlər üçün alınıb-satılır. Bəs,
torpağın qiyməti necə müəyyən edilir? Hər hansı bir torpaq sahəsinin qiyməti
onun gətirdiyi rentanın məbləği və borc faizinin dərəcəsi ilə müəyyən olunur. Daha
doğrusu, torpağın qiyəməti elə bir məbləğ pula bərabərdir ki, bu pul banka qoyulduqda, hə-min torpaq sahəsindən əldə edilən renta qədər gəlir gətirsin.
Beləliklə, torpağın qiyməti renta ilə düz, bank faizi norması ilə tərsmütənasibdir və
aşağıdakı düsturla müəyyən edilir:
TBQ = R : S ∙ 100
KitabYurdu.az
123
Burada: TBQ–torpağın bazar qiyməti, R–renta, S–borc faizi norması
deməkdir.
Torpağın bazar qiymətinin hesablanmasını aşağıdakı misalla izah edək.
Tutaq ki, “R” 25 min dollara, “S” 5%-ə bərabərdir. Onda torpağın bazar qiyməti
aşağıdakı kimi hesablanacaqdır:
TBQ= (25 min dollar :5 ) ∙100=500 min dollar
Deməli, torpaq sahibi mülkiyyətində olan torpaq sa-həsini 500 min dollara
satmalıdır ki, bu məbləği banka qoy-duqda hər il renta qədər, yəni 25 min dollar
gəlir əldə etsin.
Lakin torpağın qiyməti sabit kəmiyyət və yuxarıda göstərilən qayda onun
(yəni qiymətin) müəyyən olunması-nın yeganə yolu deyildir. Rentanın, xüsusilə
də II diferensial rentanın artması ilə əlaqədar olaraq torpağın qiyməti də yüksəlir.
Inkişaf etmiş ölkələrdə torpağın qiymətinin baha-lanması həm də onunla
əlaqədardır ki, dövlət, torpağın və kənd təsərrüfatı məhsullarının qiymətlərini
yüksək səviyyə-də saxlamaq üçün iri kənd təsərrüfatı sahibkarlığını stimul-laşdırır.
Torpağın qiymətinin bahalanmasına təsir edən amillərdən biri də qeyri kənd təsərrüfatı məqsədləri üçün daha çox torpaq sahəsi ayrılmasıdır. Bu deyilənlərdən
aydın olur ki, torpağın bazar qiyməti tələb və təklif qanunlarının təsiri altındadır.
KitabYurdu.az
124
Mövzu 13. Ümumi tələb və təklif. Makroiqtisadi tarazlıq.
( 2 saat)
Plan
1. Ümumi tələb və təklif, onlara təsir edən amillər.
2. Makroiqtisadi tarazlığın mahiyyəti, ilkin şərtləri və təmin edilməsi.
3. Makroiqtisadi tarazlığın təhlili.
1. Ümumi tələb və təklif, onlara təsir edən amillər.
Makroiqtisadiyyatın qarşısında duran əsas vəzifə bü-tövlükdə iqtisadi
sistemin fəaliyyət mexanizmini aydınlaş-dırmaqdan ibarətdir. Makroiqtisadi təhlil
isə bazarda for-malaşan və istehsalın bütün sahələrinə təsir göstərən, onların
arasında meydana çıxan qarşılıqlı əlaqələri özündə əks etdirən iqtisadi
qanunauyğunluqların aşkara çıxarılması və öyrənilməsini nəzərdə tutur.
Ümumi tələb (AD) dedikdə qiymətlərin mövcud səviyyəsində təklif olunan
bütün əmtəə və xidmət-lərə olan tələb nəzərdə tutulur. Umumi təklif (AS) isə qiymətlərin mövcud səviyyəsində istehsal edilə və təklif oluna bilən bütün əmtəə və
xidmətlərin miqdarını göstərir. Ümumi tələb istehlak və investisiya əmtəə və
xidmətlərinə olan tələbdir. Ümumi təklif isə ümumi daxili məhsula (ÜDM) uyğun
gəlir, yəni ona bərabər olur.
Miqdar pul nəzəriyyəsinə uyğun olaraq ümumi tələbi aşağıdakı kimi
müəyyən etmək olar:
AD = (M x V) : P
Burada: P – qiymətlərin səviyyəsini, M – dövriyyədə olan pul kütləsini, V –
pulun dövriyyə sürətini göstərir.
Ümumi tələb və təklif cari və dəyişməz (sabit) qiy-mətlərlə müəyyən edilə
bilər. Lakin qiymətlərin daim dəyiş-məsi bu kateqoriyaların aydınlaşdırılmasında
müəyyən çətinliklər yaradır. Ona görə də məcmunun həcmi və dina-mikasını
müəyyən etmək üçün indeks metodundan istifadə olunur. Başqa sözlə, tələb və
təklif göstəriciləri ya əsas dövr, yaxud da hesabat dövrü üzrə hesablanır.
Hər hansı bir əmtəəyə olan tələblə onun qiyməti ara-sında mütənasiblik
olduğu kimi, ümumi tələblə qiymət-lərin səviyyəsi arasında da tərsmütənasiblik
vardır. Ümumi təklifə gəldikdə isə onunla qiymətlərin səviyyəsi arasında
düzmütənasiblik mövcuddur. Belə ki, qiymətlər qalxdıqda təklif də artır. Hər bir
ayrıca əmtəə üzrə təkliflə, onun qiy-məti arasında da belə bir asılılıq vardır.
Ümumi tələb və təklif həm qiymət, həm də qeyri-qiymət amillərinin
təsiri ilə formalaşır. Qeyri-qiymət amillərinə iqtisadi ədəbiyyatda "digər şərtlər"
də deyilir.
"Digər şərtlər" sabit qalmaqla, əmtəə və xidmətlərin qiymətlərinin
bahalaşması tələbin azalmasına, əksinə aşağı düşməsi, tələbin artmasına səbəb
olur.
KitabYurdu.az
125
Ümumi tələbin dəyişməsinə təsir edən digər şərtlər dedikdə aşağıdakılar
nəzərdə tutulur: 1) Istehlakçıların rifa-hı; 2) Istehlakçı gözləmələri və borclarının
artması; 3) Vergi-lər və faiz dərəcələri; 4) Investisiyalardan və müəssisələrin
mənfəətindən gözlənilən gəlir; 5) Texnologiyalar və artıq istehsal güclərinin
mövcudluğu; 6) Başqa ölkələrin milli gəliri; 7) Valyutaların məzənnələri.
Istehlakçıların mülkiyyətində müəyyən maddi qiy-mətlilər – səhm, istiqraz,
daşınmaz əmlak (ev, torpaq) və s. olur. Bu aktivlərin real dəyərinin kəskin surətdə
azalması istehlakçıların yığıma meyl göstərmələrinə və deməli, satın aldıqları
əmtəələrin, nəticə etibarilə isə ümumi tələbin azal-masına gətirib çıxarır. Əksinə,
istehlakçıların əllərində olan aktivlərin real dəyərinin artması cari qiymətlərlə
onların sərf etdikldəri vəsaitin və nəticə etibarilə ümumi tələbin çoxal-masına
səbəb olur. Daşınmaz əmlakın real dəyərinin kəskin surətdə azalması isə qiymətlərin ümumi səviyyəsindəki dəyişiklikdən asılı olmayaraq istehlakçıların
rifahının aşağı düşməsi deməkdir.
Istehlakçıların sərf etdikləri vəsaitin xarakterindəki dəyişikliklər onların
düşüncələrindən asılıdır. Məsələn, on-lar gələcəkdə gəlirlərinin artacağına
inandıqda və ya heç olmasa belə düşündükdə, əllərində olan pul vəsaitinin çox
hissəsini həvəslə sərf etməyə meyl göstərirlər. Sözsüz ki, bu zaman istehlakçıların
xərci və bununla birlikdə ümumi tələbi də artır. Əksinə, istehlakçılar, gələcəkdə
real gəlirlə-rinin azalacağını güman etdikdə, xərcləri və deməli, ümumi tələb də
azalır. Inflyasiyanın yeni dalğasının gözlənilməsi də ümumi tələbi artırır. Ona görə
ki, istehlakçı, əmtəələri qiymətlər qalxana qədər satın almağa çalışır. Əksinə, yaxın
gələcəkdə qiymətlərin aşağı düşəcəyi gözlənildikdə istehlakçı əmtəə satın
alınmasından müəyyən müddət imtina edə bilər ki, bu da ümumi tələbin
azalmasına səbəb olur.
Istehlakçıların möhlətlə aldıqları əmtəələrə görə borclarının çox olması,
onları əllərində olan pul vəsaitinin bir hissəsini borcun ödənilməsinə ayırmağa
məcbur etdiyinə görə cari ehtiyaclarına az vəsait sərf edirlər. Bu isə öz növ-bəsində
ümumi tələbin azalmasına səbəb olur. Əksinə, isteh-lakçıların borcları az olduqda,
onlar daha çox xərcləyirlər və bu da ümumi tələbin artmsına doğru aparır.
Ümumi tələbə təsir edən qeyri-qiymət amillərindən biri də vergilər və faiz
dərəcələrinin dəyişməsidir. Belə ki, vergi dərəcələri aşağı salındıqda xalis gəlir
çoxalır, əksinə, vergi dərəcələri artırıldıqda xalis gəlir azalır. Bu da müvafiq olaraq
ümumi tələbin artması və ya azalması deməkdir.
Kapital qoyuluşlarına görə daha çox mənfəət götürü-ləcəyinə dair nikbin
proqnozlar olduqda investisiya əmtəə-lərinə olan tələb artır, əksinə olduqda isə bu
tələb azalır. Bu-na uyğun olaraq ümumi tələb, birinci halda artır, ikinci hal-da
azalır
Yeni və təkmilləşdirilmiş texnologiyalar investisiya xərclərinin və ümumi
tələbin artması üçün stimul yaradır. Məsələn, mikrobiologiya və elektronika
sahələrində qazanılmış son nailiyyətlər yeni texnologiyalardan istifadə etmək üçün
laboratoriyalar və istehsal gücləri yaradılma-sına gətirib çıxarmışdır ki, bu da
ümumi tələbin artmasına səbəb olmuşdur.
Xarici ölkələrdə milli gəlirin artması başqa bir ölkədə istehsal olunan
məhsullara olan tələbi, həm də bu ölkənin daxili bazarında ümumi tələbi artırır.
KitabYurdu.az
126
Çünki hər hansı bir ölkənin milli gəliri artdıqda onun vətəndaşlarında öz ölkələrində istehsal olunan məhsullardan satın almaqla yanaşı, həm də digər ölkələrə
getmək, onların əmtəələrindən də satın almaq imkanı yaranır. Bu isə həmin
ölkədən ixrac olunan əmtəələrin çoxalmasına səbəb olur, milli gəlir azaldıqda isə
əks mənzərə müşahidə edilir. Bu da öz əksini ümumi tələbin azalmasında tapır.
Ümumi tələbin artmasına təsir edən qeyri-qiymət amillərindən biri də
valyutaların məzənnələrinin dəyişmə-sidir. Başqa ölkələrin valyutaları ilə
müqayisədə hər hansı bir ölkənin milli valyutasının məzənnəsinin dəyişməsi
milli gəlirdən sonra xalis ixraca və ümumi tələbə təsir edən ikinci mühüm
amildirÜmumi tələbə, həmçinin demoqrafik proseslər, milli və tarixi ənənələr və
s. təsir göstərir. Məsələn, ölkədə əha-linin sayının sürətlə artması, doğum
əmsalının yüksək, ölüm əmsalının isə aşağı olması əmtəə və xidmətlərə olan
tələbin artmasına, bu isə öz növbəsində istehsala daha çox ehtiyat-ların cəlb
olunmasına və nəticə etibarilə ümumi tələbin çoxalmasına gətirib çıxarır.
Hər bir xalq özünün adət-ənənələri, toy və yas mərasimlərinin keçirilməsi,
milli bayramların qeyd edilməsi (məsələn Azərbaycan xalqı üçün novruz, qurban,
ramazan bayramları ən müqəddəs bayramlardır) ilə başqalarından fərqlənir.
Dünyada yaşayan xalqların əksəriyyəti üçün ümumi bayramlar da (məsələn, hər il
yanvarın 1-nin yeni il kimi qeyd edilməsi) vardır. Təbiidir ki, bütün bu proseslərdə ümumi tələbin artması meylləri müşahidə olunur.
Ümumi təklifin dəyişməsinə isə aşağıdakı qeyri-qiymət amilləri təsir
göstərir: 1) Iqtisadi ehtiyatların qiymətlərinin dəyişməsi; 2) Məhsuldarlığın
dəyişməsi; 3) Hüquq norma-larının dəyişməsi.
Iqtisadi ehtiyatların qiymətlərinin dəyişməsindən söhbət gedərkən
aşağıdakılar nəzərdə tutulur: a) ölkə daxi-lində iqtisadi ehtiyatların (torpaq, əmək
ehtiyatları, kapital və sahibkarlıq qabiliyyəti) mövcudluğu; b) xaricdən gətirilən
iqtisadi ehtiyatlar; c) bazar hökmranlığı.
Iqtisadi ehtiyatların qiymətlərinin dəyişməsi ümumi təklifin başlıca qeyriqiymət amilidir. Digər şərtlər sabit qalmaqla onların qiymətlərinin qalxması
məhsul vahidinə düşən xərclərin artmasına və ümumi təklifin azalmasına səbəb
olur.
Iqtisadi ehtiyatların qiymətlərinin aşağı düşməsi isə əks nəticələrə gətirib
çıxarır. Indi isə iqtisadi ehtiyatların qiymətlərinə təsir edən aşağıdakı amilləri –
ölkə daxilində iqtisadi ehtiyatların mövcudluğunu, xaricdən gətirilən iqtisadi
ehtiyatların qiymətlərini və bazar hökmranlığını nəzərdən keçirək.
Mütəxəssislərin hesablamalarına görə müəssisələrdə xərclərin 70%-ə
qədəri işçi və qulluqçuların əmək haqqının payına düşür. Deməli, digər şərtlər
sabit qalmaqla, əmək haqqında əmələ gələn hər hansı bir dəyişiklik məhsul
vahidinə düşən xərclərə əhəmiyyətli dərəcədə təsir göstərir. Əmək ehtiyatlarının
artması iş qüvvəsinin qiymətinin aşa-ğı düşməsinə, azalması isə əksinə, onun
qiymətinin qalxma-sına səbəb olur. Qadınların əməyindən geniş istifadə edilmə-si,
başqa ölkələrdən iş qüvvəsi axını iş qüvvəsi üzrə təklifin artmasına, müharibələrin
olması, qarşısıalınmaz xəstəlik-lərin geniş yayılması və s. isə əmək ehtiyatlarının
və onunla əlaqədar ümumi təklifin azalmasına gətirib çıxarır.
KitabYurdu.az
127
Cəmiyyətdə kapital ehtiyatları artmağa başladıqda ümumi təklif azalmağa
doğru meyl edir. Bu, cəmiyyət öz gəlirinin çox hissəsinə qənaət etmək qərarına
gəldikdə və özünün yığdığı vəsaiti investisiya əmtəələrinin satın alınmasına
yönəltdikdə baş verir. Kapitalın keyfiyyəti yaxşı-laşdıqda isə istehsal xərcləri
azalır, ümumi təklif artır. Kapitalın miqdarı azaldıqda və keyfiyyəti pisləşdikdə əks
mənzərə müşahidə olunur ümumi təklif azalır.
Nəhayət, qeyd etmək lazımdır ki, iqtisadiyyatda olan sahibkarların – iş
adamlarının – sayı dəyişir
Təklifin dəyişməsinə başqa ölkələrdən idxal olunan iqtisadi ehtiyatların
qiymətləri də təsir edir. Başqa sözlə, iqtisadi ehtiyatların idxal edilməsi də ümumi
təklifi artırır. Çünki istər özündə olan, istərəsə də başqa ölkələrdən idxal edilən
iqtisadi ehtiyatlar istehsal güclərinin artırılmasına imkan verir. Idxal olunan
iqtisadi ehtiyatların qiymətlərinin aşağı düşməsi ümumi təklifin artmasına, əksinə,
qiymətlərin bahalaşması ümumi təklifin azalmasına səbəb olur. Iqtisadi ehtiyatları
göndərənlərin bazarda hökmran-lıqlarının zəifləməsi və ya güclənməsi də
qiymətlərə və ümu-mi təklifə təsir göstərir. Bazarda hökmranlıq dedikdə qiymətlərin rəqabət şəraitindəkindən yüksək müəyyən edilməsi imkanı nəzərdə
tutulur.
Ümumi təklifin dəyişməsinə təsir edən başlıca qeyri-qiymət
amillərindən biri də məhsuldarlıqdır. Məhsuldarlıq ümummilli məhsul ilə onun
istehsalında istifadə olunan iqtisadi ehtiyatlar arasındakı nisbəti göstərir və orta
hesabla xərc vahidinə düşən məhsulun dəyəri deməkdir. Yəni:
Ümummilli məhsulun dəyəri
Məhsuldarlıq = ----------------------------------------Xərclər
Bütün firmaların (müəssisələrin) öz fəaliyyətlərində əldə rəhbər
tutduqları və istifadə etdikləri hüquq norma-larında edilən dəyişikliklər
məhsul vahidinə düşən xərclərin dəyişməsinə səbəb ola bilər. Buna iki amil
təsir edir: 1) Vergilərin və subsidiyaların dəyişməsi; 2) Tənzimləmənin
xarakterinin dəyişməsi.
Firmalardan alınan vergilərin (dövriyyə vergisi, aksiz və sosial təminatla
əlaqədar olan vergilər) və əmək haqqının artırılması məhsul vahidinə çəkilən
xərcləri çoxalda, ümumi təklifi isə azalda bilər.
Dövlət tərəfindən tənzimləmə, əksəriyyət hallarda firmalara baha başa
gəlir. Çünki bu, məhsul vahidinə çəki-lən istehsal xərclərini artırır iqtisadiyyatın
tənzimlənməsində dövlətin iştirakının məhdudlaşdırılması məhsul vahidinə çəkilən
xərcin azalmasına, əksinə, onun rolunun gücləndirilməsi istehsal xərclərinin
artmasına və ümumi təklifin azalmasına səbəb olur.
2. Makroiqtisadi tarazlığın mahiyyəti, ilkin şərtləri və təmin edilməsi.
Makroiqtisadi tarazlıq dedikdə iqtisadi ehtiyatlarla cəmiyyətin tələbatı
arasındakı (dəyər ifadəsində) uyğunluq nəzərdə tutulur. Cəmiyyətin tələbatı isə
sonsuzdur və o, istehsal imkanlarına nisbətən daha sürətlə artır. Ona görə də
KitabYurdu.az
128
tarazlığa ya tələbatın məhdudlaşdırılması (tələbat bazarda özünü tədiyə qabiliyyətli
tələb kimi göstərir), ya da istehsal prosesinə cəlb olunan iqtisadi ehtiyatların
artırılması yolu ilə nail olunur.
Tarazlığa nail olunmasında qiymətlər xüsusi rol oynayır. Qiymətlərin
qalxıb – enməsi nəticəsində tələblə təklif arasında tarazlıq, onların kəsişmə
nöqtəsində isə tarazlıq qiymətləri əmələ gəlir. Qiymətlər həm ayrı-ayrı əmtəələr
üzrə, həm də mikro və makroiqtisadi səviyyədə ümumi tələblə təklifin tarazlaşması
yolu ilə bütün iqtisadiyyat miqyasında formalaşır. Lakin mikro və makroiqtisadi
səviyyədə tarazlığın təmin olunması şərtləri bir-birindən fərqlənir. Makroiqtisadi
səviyyədə tarazlığın formalaşması prosesi daha mürəkkəb və ziddiyyətlidir.
Tarazlığın təmin olunmasında həm istehsalçı, həm də istehlakçıların
fəaliyyəti mühüm rol oynayır. Belə ki, ba-zar iqtisadi sistemində istehlakçılar əldə
etdikləri əmtəələrin faydalılığını daim artırmağa, yəni əmtəələrin son faydalılı-ğını
sərf etdikləri vəsaitin hər vahidi ilə bərabərləşdirməyə çalışırlar. Istehlakçılar da
eynilə belə hərəkət edirlər.
Makroiqtisadi səviyyədə qismən (xüsusi) və ümumi iqtisadi tarazlığı
bir-birindən fərqləndirmək lazımdır. Qis-mən tarazlıq iqtisadiyyatın bir-biri ilə
qarşılıqlı əlaqədə olan iki tərəfinin kəmiyyətcə bir-birinə bərabər olması (uyğun
gəlməsi) deməkdir. Qismən tarazlığa, məsələn, istehsal ilə istehlak, tədiyə
qabiliyyəti ilə əmtəə kütləsi, dövlət büdcəsinin gəlirləri ilə xərcləri, ayrı-ayrı
bazarlarda tələblə təklif arasındakı tarazlıq misal ola bilər. Qismən tarazlığın nəzəri
əsaslarının işlənib hazırlanmasında A.Marşallın böyük xid-mətləri olmuşdur.
Qismən tarazlıqdan fərqli olaraq ümumi tarazlıq iqtisadi sistemin bütün sahələrinin
bir-biri ilə əlaqəli və uzlaşdırılmış şəkildə inkişaf etdirilməsi deməkdir. Ümumi
iqtisadi tarazlığın əsasını yalnız istehlak nemətləri üzrə tələb və təklif arasındakı
uyğunluq deyil, bütün bazarlardakı uyğunluq təşkil edir. Başqa sözlə, iqtisadi
sistemi sabit inkişaf etdirmək üçün bütün bazarlarda tarazlıq olmalıdır.
Ümumi iqtisadi tarazlığın nəzəri əsasları L.Valras tərəfindən işlənib
hazırlanmışdır. Onun fikrincə hər hansı bir məhsula olan tələb yalnız o məhsulun
özü ilə deyil, həm də başqa əmtəələrin mövcudluğu ilə müəyyən edilir.
ƏGəgər müəyyən şəraitdə qiymətlərdə tez dəyişiklik baş verirsə, bu o
deməkdir ki, qiymətlərin indiki səviyyəsində tarazlığa əməl olunmuşdur. Daha
dəqiq desək, bu məhsula olan tələb qanunu dəyişir və yeni tarazlıq qiymətləri
əmələ gəlir. Belə-liklə, tarazlıq qiymətlərinin yeganə variantı haqqında tezis nəzəri
cəhətdən özünü doğrultmur. Və onun fərziyyə oldu-ğunu demək, daha düzgündür.
Makroiqtisadi tarazlıq milli iqtisadiyyatın bütün ba-zarlarını əhatə edir. Odur
ki, misal üçün müstəqil kateqoriya olan avtomobillərin qiymətləri yalnız avtomobil
bazarında deyil, həm də tutaq ki, ət bazarında, metal bazarında da tarazlığı (dünya
iqtisadiyyatının təsiri nəzərə alınmır) təmin etməlidir. L.Valrasın fikrincə, buna
tarazlıq qiymətlərinin quruluşu dəyişdikdə nail olunur. A. Marşall və K. Marks
hesab edirdilər ki, tarazlığa ehtiyatların bir sahədən başqa bir sahəyə "axması"
nəticəsində (K. Marksın orta mənfəət normasının əmələ gəlməsi haqqında
fikirlərini xatırlamaq kifayətdir) nail olunur. Göründüyü kimi, nöqteyi-nəzərlər birbirinin eynidir.
KitabYurdu.az
129
Ümumi tarazlıq nəzəriyyəsi tələbat və xərclərin qarşılaşdıqları xüsusi
varianta əsaslanır. Burada bir-biri ilə qarşılıqlı əlaqə və asılılıqda olan
makroiqtisadiyyatın ən əlverişli vəziyyəti nəzərdə tutulur. Daha dəqiq desək,
makroiqtisadi tarazlığa, məqsədi daha çox mənfəət əldə etməkdən ibarət olan
əlahiddələşmiş bazar subyektlərinin fəaliyyətləri nəticəsində nail olunur. L.
Valrasın tarazlaşma sistemi də məhz yuxarıda deyilən müddəalara əsaslanır. Onun
fikrincə heç bir alıcı və satıcı bazar qiymətinə birbaşa təsir edə bilməz. Azad
rəqabətin mövcud olduğu bazardakı şərtlərə əsaslanan L.Valras modelinin vəzifəsi
çoxsaylı ba-zarların mövcudluğu şəraitində qiymətlərin əmələ gəlməsi-nin qanunauyğunluqlarını aşkara çıxarmaqdan ibarətdir.
Iqtisadi sistemin tarazlığı təkcə bazar tarazlığı ilə tə-min olunmur. Burada
istehsal amilləri də mühüm rol oynayırlar. Belə ki, istehsal dairəsindəki
uyğunzusluqlar ba-zardakı tarazlığın pozulmasına səbəb olur. Ikincisi, iqtisadi
sistemi yalnız nəzəriyyədə təcrid olunmuş şəkildə nəzərdən keçirmək olar. Real
həyatda isə iqtisadiyyata bazar vasitəsilə təsir etməklə yanaşı, qeyri-bazar
amilləri (siyasi, sosial, demoqrafiya və i.a.) ilə də təsir göstərilir. Buna, xalis
qeyri-bazar metodu hesab olunan dövlət tənzimləməsi metodları aiddir.
Həyat makroiqtisadi tarazlığın daim təkmilləşdirilməsini tələb edir. Bu, bir
sıra amillər, xüsusilə də milli iqti-sadiyyatın vəziyyəti, istehsal amillərinin
kəmiyyəti və key-fiyyəti, bunlarla bilavasitə əlaqədar olan cəmiyyətin istehsaletmə imkanları ilə bağlıdır.
Bütün bunları ümumiləşdirərək iqtisadiyyatın ümümi tarazlığı üçün
aşağıdakı ilkin şərtlərin olduğunu demək olar: 1) Tarazlıq qarşıya qoyulan
məqsədin iqtisadi imkanlara uyğun gəlməsi deməkdir. Iqtisadi inkişafın məqsədi
və üstün istiqamətləri dəyişdikdə, ehtiyatlara olan tələbat və deməli, proporsiyalar
da dəyişir, yeni tarazlıq vəziyyətinin təmin olunmasının zəruriliyi meydana çıxır2)
Iqtisadi tarazlıq bütün istehsal ehtiyatlarından istifadə olunmasını nəzərdə tutur.; 3)
Tarazlıq istehsalın və istehlakın strukturunun bir-birinə uyğunlaş-dırılması
deməkdir4) Iqtisadiyyatda ümumi tarazlıq dedikdə, bazar tarazlığı, bütün
bazarlarda tələblə təklif arasında tarazlıq nəzərdə tutulur.
3. Makroiqtisadi tarazlığın təhlili.
Çatışmazlıq nəzəriyyəsinin əsasını qoyan məşhur Macar iqtisadçısı
Y.Kornainin fikrincə cəmiyyətdə "tərəd-dütetmə halları baş verdikdə – onu normal
vəziyyətə qayta-ra bilən tənzimləmə mexanizmi olduqda, iqtisadi sistemin normal
vəziyyəti haqqında danışmaq olar"1. Lakin normal vəziyyət tələblə təklif arasında
daim mövcud olan uyğunluq demək deyildir.
Beləliklə, tarazlıq normal vəziyyətin xüsusi, "ideal" halı deməkdir.
Bunun üçün iqtisadi parametrlər arasında onların hər birinə xas olan qarşılıqlı əlaqə
və asılılıq, tarazlığın bərpa olunmasının spesifik üsulları səciyyəvidir. Həm də
qismən tarazlıq ayrı-ayrı bazarlarda tələblə təklif arasındakı tarazlığı ifadə etdiyi
KitabYurdu.az
130
halda, ümumi tarazlıq bütün bazarların əlaqəli və uzlaşdırılmış şəkildə fəaliyyət
göstərmələrini əks etdirir.
Məlum olduğu kimi, ümumi iqtisadi tarazlıq anlayışı L.Valras tərəfindən
irəli sürülmüşdür. Onun fikrincə "ümu-mi iqtisadi tarazlıq dedikdə xidmətlər
bazarında məhsuldar xidmətlərə, məhsul bazarlarında isə gündəlik tələbat məhsullarına olan səmərəli tələb və təklifin tarazlaşdığı, satış qiymətlərinin istehsal
xərclərinə bərabər olduğu vəziyyət nəzərdə tutulur"2.
Ümumi tarazlıq sahəsində ən yeni tədqiqatlar L. Valrasın müddəalarına
bir sıra əlavələr etməyə imkan verir. Bunlardan aşağıdakılar diqqəti daha çox
cəlb edir:
1) Tarazlıq sabit deyildir, o daim pozulur və buna görə də
"Tarazlıq, qeyri-tarazlıq" deməkdir, tezisi tamamilə doğrudur. Buradan da
aşağıdakı nəticələri çıxarmaq olar: a) Tarazlığı mücərrəd ideal model kimi
nəzərdən keçirmək lazımdır. Başqa sözlə, təsəvvür etmək ki, tarazlıq heç vaxt
olmayıb və ola da bilməz. Lakin buna baxmayaraq tədqi-qata tarazlığın
araşdırılmasından başlamaq lazımdır; b) Ta-razlıq optimal qeyri-tarazlıqdır. Bu, o
deməkdir ki, o, qiy-mətlərin dəyərdən, nəticələrin xərclərdən kənarlaşmasını ifa-də
etməklə, onun fəaliyyət göstərməsi və inkişaf etməsində müsbət rol oynayır; 2)
Qeyri-tarazlıq olan tarazlıq iqtisadi vahidləri həm özlərinin, həm də bütövlükdə
cəmiyyətin mənafelərinin əksinə fəaliyyət göstərməyə məcbur etməklə, mənfi,
dağıdıcı rol oynayır.
Beləliklə, ümumi iqtisadi tarazlıq ölkə iqtisadiyyatının tarazlaşdırılması, bütün sahələrdə və bazarlarda onun normal inkişafını təmin
edən qarşılıqlı əlaqə və uzlaşdırılmış sistem deməkdir.
Tələb və təklif öz-özünə deyil, bir-birilə qarşılıqlı əla-qə və təsir şəraitində
formalaşır. Qısa zaman kəsiyində (is-tehsalın həcmi sabit olmaqla) tələb,
iqtisadiyyata, necə deyərlər, "təzyiq edir". Uzunmüddətli dövrdə isə tələb təklif-lə
bərabərləşir, bazar, azad rəqabət şəraitində bir sıra ilkin şərtlərin, daxili
qanunauyğunluqların təsiri ilə tarazlığı təmin etməyə "çalışır".
Inhisar və bazar rəqabəti şəraitində (buna qeyri-mükəmməl rəqabət də
deyilir) bazar tarazlığı problemini C.Robinson və E.Çemberlin təhlil etmişlər.
Onların fikrin-cə, inhisar şəraitində qiymətlər orta və son xərclərdən yüksək
müəyyən edilir.
Iqtisadi sistemdə tarazlıq olmadıqda bu, bir sıra mənfi hallara gətirib çıxarır.
Bunlar öz əksini artım sürətinin azalmasında, istehlaka meylin artmasında,
istehsalın səmə-rəliliyinin aşağı düşməsində və s. tapır.
Aydın məsələdir ki, bazar, təcrübədə meydana çıxan bütün problemləri həll
etməyə qadir deyildir, onun vəzifələri və imkanları məhduddur. Müəyyə maneələr
meydana çıxdıqda və dəyişikliklər baş verdikdə, məsələn, xammalların və ya
yanacağın qiymətləri kəskin surətdə bahalandıqda, texnologiyalarda əhəmiyyətli
tərəqqi, habelə siyasi böh-ran olduqda, bazar iqtisadiyyatı yeni tarazlıq şəraitinə
dövlətin fəal iştirakı ilə uyğunlaşır. Yeni tarazlığa uyğunlaşma-nın xarakteri isə
konkret şəraitdən, iqtisadi nizamlayıcıların səmərəliliyindən, dövlətin iqtisadi
siyasətindən və s. asılıdır.
KitabYurdu.az
131
Ümumi iqtisadi tarazlığın ən mühüm anlayışlarından biri də iqtisadi
vahidlər, əhali və dövlət tərəfindən nəzərdə tutulan (və ya planlaşdırılan) xərclərlə
istehsal olunan milli məhsul arasındakı qarşılıqlı əlaqədir. Bu zaman "xərclər"
maddəsində şəxsi istehlak, investisiya və dövlət xərcləri xüsusi qruplara ayrılır.
Bunlardan hər hansı biri artırıldıqda ümumi xərclər də artmış olur.
Hər bir iqtisadi vahidin əldə etdiyi gəlir isə həmişə onun şəxsi istehlakına
bərabər olmur. Gəlirlər az olduqda əvvəlki dövrlərdən qalan "yığım"dan şəxsi
istehlak üçün istifadə oluna bilər və olunur. Gəlirlər artdıqda isə iqtisadi vahidlərdə
istər şəxsi istehlak, istərsə də "yığım" üçün ayrı-lan vəsaiti artırmaq imkanı yaranır.
Bununla əlaqədar olaraq, məsələn, əldə edilən əlavə gəlirin hər 500 manatına
görə əlavə "yığım" və əlavə istehlak üçün ayrılan vəsaitin təhlili xüsusi maraq
doğurur. Bunu aşağıdakı kimi ifadə etmək olar:
MPS=S : D və MPC=C : D
Burada: MPS–"yığım"a son meylliliyi, MPC–istehla-ka son meylliliyi1, S–
yığımın əlavə artımını, C–şəxsi istehlakın artımını, D – şəxsi gəlirlərin əlavə
artımını göstərir.
Mövzu 14. Təkrar istehsal.(2 saat)
Plan
1. İctimai istehsalın quruluşu.
2. Təkrar istehsalın mahiyyəti və növləri.
3. Geniş təkrar istehsalın intensiv tipli növləri.
4. Proporsionallıq , ümumi və sahə proporsiyaları.
1. İctimai istehsalın quruluşu.
Fərdi istehsal dedikdə, hər hansı bir müəssisədə istehsal prosesinin həyata
keçirilməsi başa düşülür. Fərdi istehsalların qarşılıqlı əlaqə və asılılıq şəraitində
məcmusu ictimai istehsalı təşkil edir. Ictimai istehsalın klassik quruluşu belədir:
1. Maddi istehsal. Bura daxildir:
a) Maddi nemətlər istehsalı. Buraya sənaye, kən təsərrüfatı, meşə təsərrüfatı,
tikinti, ticarət və s. sahələr daxildir.
b) Qeyri- maddi xidmətlər istehsalı. Buraya nəqliyyat, rabitə, komunnal təsərrüfatı,
şəxsi yardımçı təsərrüfatı və s. daxildir.
KitabYurdu.az
132
2.Qeyri – maddi istehsal. Bura daxildir:
a) Qeyri- maddi nemətlər istehsalı
b) Maddi xidmətlər istehsalı.
Qeyri maddi xidmətlər istehsalı və qeyri- maddi nemətlər istehsalı xidmət
sahəsini təşkil edir.
Maddi istehsal məhsuldar əməklə qeyri- maddi istehsal isə qeyri- məhsuldar
əməklə yaradılır.
Ictimai istehsalın müasir quruluşu isə belədir:
1. Maddi istehsal: I bölmə, II bölmə.
2. Qeyri- maddi xidmətlər və nemətlər istehsalı, yəni III bölmə
3. Hərbi iqtisadiyyat sahəsi , yəni IV bölmə.
Müasir “ Ekonomiks” də milli iqtisadiyyatın quruluşu aşağıdakı bölmələrin
məcmusu kimi göstərilir:
1. Ev təsərrüfatı bölməsi- bura ölkənin bütün ailələri daxildir və o fəaliyyətini
tələbatın ödənilməsinə yönəldir.
2. Sahibkarlıq bölməsi – ölkə daxilində qeydiyyatdan keçmiş və öz fəaliyyətini
mənfəət götürmək üçün təşkil edən bütün firmaların məcmusudur.
3. Dövlət bölməsi – bütün dövlət institutları və təsisatlardan ibarətdir. Bu bölmə
ictimai istehsalı təşkil edir, sosial ödəmələr aparır , milli gəlirin təkrar bölgüsünü
həyata keçirir, pul kütləsini və xarici iqtisadi əlaqələri tənzimləyir.
4. Xarici bölmə- bu daimi yerləşən yerli ölkə hüdudlarından kənarda olan bütün
iqtisadi subyektlərin məcmusudur.
2. Təkrar istehsalın mahiyyəti və növləri.
Ən zəruri nemətlər istehsalı insan cəmiyyəti həyatının əsasını təşkil edir.
Lakin isnanlar bu nemətləri bir dəfə istehsal etməklə kifayətlənə bilməzlər. Çünki
onlar nemətləri bir tərəfdən istehsal, digər tərəfdən isə istehlak edirlər. Deməli,
cəmiyyət istehlak etmədən yaşaya bilmədiyi kimi, istehsal etmədən də yaşaya
bilməz Istehsal prosesinin daim təzələnməsi, fasiləsiz olaraq eyni mərhələlərdən keçməklə, sonsuz sayda təkrarlanması təkrar istehsal adlanır.
Buradan aydın olur ki, istehsal ayrıca, birdəfəlik əməliyyat olduğu halda, təkrar istehsal, istehsalın daim təkrarlanması, dönə-dönə eyni mərhələlərdən keçməsi
prosesidir.
Təkrar istehsalın həyata keçirilməsi üçün istehsalın bütün amilləri
mövcud olmalıdır.
Bunlardan birincisi və başlıcası iş qüvvəsi və ya əməkdir
Əmək ehtiyatlarının kəmiyyəti və keyfiyyəti son nəticədə əhalinin sayı və
yaş tərkibi ilə müəyyən edilir. Əhalinin yaş tərkibi isə onun təbii hərəkətindən
asılıdır və bu, özünü bir qayda olaraq 15-20 ildən sonra göstərir.
Əhalinin təbii hərəkəti, onun təkrar istehsalının xa-rakteri hər şeydən əvvəl,
ölkənin inkişaf səviyyəsi, maddi və mənəvi mədəniyyətin vəziyyəti, sosial şərait,
adət-ənənələr, konkret tarixi amillər və s. müəyyən edilir. Bunlar əhalinin artımına,
birinci növbədə doğum əmsalı və uzunömürlü-lüyünə müxtəlif cür təsir edirlər.
KitabYurdu.az
133
Demoqrafik proseslər öz təbiətinə görə birbaşa planlaşdırma obyektinə daxil
olmasalar da, onları dolayı yolla tənzimləmək olar və lazımdır.
Müasir dövrdə işçi qüvvəsinin təkrar istehsalı qarşı-sında qoyulan ən
mühüm vəzifələrdən biri kadrların hazır-lanması sisteminin tamamilə yenidən
qurulmasıdır. Çünki bazar iqtisadiyyatı yeni, ona uyğun gələn işçi qüvvəsinin
hazırlanması, onların peşə hazırlığı və ümumtəhsil səviy-yəsinin yüksəldilməsini
tələb edir.
Sonrakı hər bir istehsal tsiklinin başlanması üçün həm də zəruri
miqdarda investisiya əmtəələrinə malik olmaq lazımdır. Başqa sözlə,
köhnəlmiş maşın və avadanlıqlar, bina və tikililər yeniləri ilə əvəz edilməli, yaxud
da təmir olunmalıdır. Deməli şəxsi istehlak şeylərinin təkrar istehsalı üçün
investisiya əmtəələri təkrar istehsal edilməlidir
Təkrar istehsalın həyata keçirilə bilməsi üçün istifadə edilmiş material
və yanacaq ehtiyatlarının da ən azı yeri doldurulmalıdır. Təkrar istehsal
prosesinin tərkib hissəsi və iqtisadi artımın sabit, uzunmüddətli ilkin şərti olan təbii
eh-tiyatların və insanların yaşadıqları mühitin təkrar istehsalı da həyata
keçirilməlidir. Təbiət nə qədər zəngin və səxavətli olsa da, onun da sərvətlərinin
həddi-hüdudu vardır.
Istehsalın bir-birinin ardınca gələn və birdəfəlik əmə-liyyat kimi götürülən
kəmiyyət tərəflərini müqayisə etdikdə, onun miqyasının və buna uyğun olaraq
istehsal olunan nemətlərin həcminin dəyişdiyini müəyyən etmiş oluruq. Buna
uyğun olaraq təkrar istehsalın aşağıdakı növlərini bir-birindən fərqləndirmək
lazımdır: 1) Sadə təkrar istehsal; 2) Geniş təkrar istehsal; 3) Azalan (məhdud)
təkrar istehsal.
Sadə təkrar istehsal – istehsalın dəyişməz, əvvəlki həcmdə təkrarlanması
deməkdir. Daha doğrusu, əgər sadə-cə olaraq istehlak edilmiş investisiya əmtəələri
və şəxsi isteh-lak şeylərinin yeri doldurulursa, əlavə investisiya əmtəələri və şəxsi
istehlak şeyləri istehsal olunmursa, iqtisadiyyatda çalışan işçilərin sayı dəyişmirsə
bu, sadə təkrar istehsaldır. Sadə təkrar istehsalda, yaradılmış əlavə dəyərin
(məhsulun) hamısı şəxsi istehlakın ödənilməsinə sərf olunur. Geniş təkrar istehsal
– istehsal prosesinin artmış miqyasda təkrar-lanması deməkdir. Başqa sözlə,
bu təkrar istehsalda nemət-lər – investisiya əmtəələri, şəxsi istehlak şeyləri əvvəlki
dövr-lərə nisbətən artır, cəmiyyət yalnız istehlak edilmiş inves-tisiya əmtəələri və
istehlak şeylərinin yerini doldurmur, həm də onlardan daha çox istehsal olunur,
istehsala daha çox iqtisadi ehtiyatlar cəlb edilir.
Geniş təkrar istehsalda, yaradılmış əlavə dəyərin (məhsulun) bir hissəsi
şəxsi istehlak, digər hissəsi isə məh-suldar istehlak üçün istifadə olunur.
Lakin təsərrüfat quruculuğu təcrübəsində elə hallar da olur ki, istehsal nə
əvvəlki həcmdə, nə də artmış miqyas-da təkrarlanmır, əksinə, onun səviyyəsi
əvvəlki dövrlərə nis-bətən azalır. Buna azalan və ya məhdud təkrar istehsal
deyilir.
Bütövlükdə, insan cəmiyyətinə geniş təkrar istehsal xasdır. Çünkü, hamı
üçün normal və daha yaxşı həyat səviy-yəsinin təmin olunduğu, yaxud da buna
cəhd göstərildiyi cəmiyyətlərdə geniş təkrar istehsal olmalıdır. Bu, bir sıra
amillərlə, xüsusilə də əhalinin sayı və tələbatının artması, iqtisadiyyatın miqyasının
KitabYurdu.az
134
genişlənməsi, əmək bölgüsünün dərinləşməsi, xarici iqtisadi əlaqələrin geniş
miqyas alması və s. əlaqədardır.
3. Geniş təkrar istehsalın intensiv tipinin növləri.
Intensiv təkrar istehsalı təmin etmək üçün aşağıdakılar zəruridir:
- texnikanın təzələnməsi və istehsalın modernləşdirilməsi
- istehsalın sahə strukturunda mütərəqqi dəyişikliklər
- maddi resurslara qənaət
- kadrların ixtisasının artırılması
- əmək intizamının möhkəmləndirilməsi, əməyə marağın gücləndirilməsi
- təbiəti mühafizə tədbirləri
- idarəetmənin təkmilləşdirilməsi
- xarici iqtisadi əlaqələrin səmərəliləşdirilməsi.
Təkrar istehsalın intensiv növünün aşağıdakı formaları vardır:
1. Əməyə qənaət( əmək məhsuldarlığı) .
2. Fonda qənaət ( fond veriminin yüksəldilməsi).
3. Materiala qənaət ( material tutumunun aşağı salınması.
4.Hərtərəfli növlər.
Intensivləşdirmə geniş və dar mənada öyrənilir.
Geniş mənada intensivləşdirmə dedikdə - ictimai istehsalın bütün mərhələlərinin,
idarəemənin, elmin, texnikanın inkişafının , infrastrukturun , yəni xalq
təsərrüfatının bütün sahələrinin intensivləşdirilməsi sistemi başa düşülür.
Dar mənada intensivləşdirmə - yeni texnika və texnologiyanın istehsala tətbiqi,
təbii resurslardan daha yaxşı istifadə edilməsi və s. prosesidir.
Geniş təkrar istehsalın intensiv növünün göstəriciləri aşağıdakılardır:
1. Avadanlığın yaş tərkibi, fiziki və mənəvi aşınması, təzələnmə və köhnəlmə
əmsalı və s.
2. Fond tutumu, enerji tutumu.
3. İstehsalın mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsi.
4. İstehsal olunan məhsulun texniki iqtisadi səviyyəsi, rəqabət qabiliyyətliliyi.
5. İstehsalın təşkili səviyyəsi ( əmək bölgüsünün, yeni iş metodlarının tətbiqi)
6. İşçilərin keyfiyyət tərkibi.
7. İnvestisiyaların quruluşu və ondan səmərəli istifadə, məhsulun keyfiyyətinin
artırılması və çeşidinin genişləndirilməsində onların xüsusi çəkisi.
4. Proporsionallıq, ümumi və sahə proporsiyaları.
Məcmu ictimai məhsulun istər funksional təyinatları ( ödəmə, yığım və istehlak
fondları) istərsə natural formalarına ( istehsal vasitələri və istehlak şeyləri) görə
ayrı- ayrı hissələri arasında müəyyən proporsiyalar ( nisbətlər) olmalıdır.
Ictimai istehsalın proporsiyaları dedikdə istehsalın maddi və şəxsi amilləri, habelə
onun ayrı- ayrı sahələri və təkrar istehsal prosesində məcmu ictimai məhsulun
hissələri arasında nisbətlər başa düşülür.
Proporsiyalar obyektiv xarakter daşıyır. Yəni ixtiyari olaraq istənilən
proporsiyalar meydana çıxa bilməz. Proporsiyalar obyektiv xarakter daşısalar da
KitabYurdu.az
135
dəyişməz əbədi deyildir. Onalr konkret şəraitdən asılı olaraq dəyişir, daha da
təkmilləşirlər. Proporsiyalar ictimai istehsal şəraitinin dəyişməsindən , elmitexniki tərəqqidən, ictimai tələbatın artmasından, beynəlxalq vəziyyətdən və s.
dən asılı olaraq daim dəyişilir.
Cəmiyyət üçün hər cür proporsiyalar deyil optimal proporsiyalar lazımdır.
Optimal proporsiyalar isə ən aza əmək sərfi ilə daha yüksək iqtisadi səmərə əldə
edilməsinə imkan verən proporsiyalardır.
Ictimai istehsalın proporsiyalarına aşağıdakılar daxildir:
1. Ümumi iqtisadi proporsiyalar. Belə proporsiyalara maddi və qeyri- maddi
istehsal sahələri arasında; ictimai istehsalın bölmələri arasında; ictimai məhsulun
dəyərini əmələ gətirən ünsürlər arasında; milli gəlirdə yığımla istehlak fondu
arasında; tərkak istehsal prosesinin ayrı- ayrı mərhələləri( istehsal, bölgü, mübadilə
və istehlak) arasında yaranan nisbətlər daxildir.
2. Sahə proporsiyaları. Buna xalq təsərrüfatının mü2xtəlif sahələri ( sənaye, kənd
təsərrüfatı, tikinti , nəqliyyat və s. ) arasında yaranan proporsiyalar misal ola bilər.
3. Sahədaxili proporsiyalar. Bu cür proporsiyalar ayrı- ayrı sahələrin hər birinin
daxilində müxtəlif istehsallararasında yaranır. Məsələn, metallurgiyada filizin
çıxarılması, çuqun, polad və prokat istehsalı. Kənd təsərrüfatında bitkiçilik və
heyvandarlıq arasında.
4. Sahələrarası proporsiyalar. Müxtəlif sahələr məsələn, tikinti ilə tikinti
materialları və konstruksiyalar istehsal edən sənaye, maşınqayırma ilə nəqliyyat
arasında belə proporsiyalar yaranır.
5. Ərazi proporsiyaları. Belə proporsiyalar müxtəlif iqtisadi rayonlar və ya digər
ərazi vahidləri arasında yaranan proporsiyaları misal göstərmək olar.
Xarici iqtisadi ( dövlətlərarası) proporsiyalar. Belə proporsiyalar beynəlxalq əmək
bölgüsününü üstünlüklərindən, təbii ehtiyatlardan, xammal və materiallardan
səmərəli istifadə olunması üçün lazımdır.
7.Natural və dəyər proporsiyaları. Natural proporsiyalardan natural formada ayrıayrı məhsul növləri üzrə istehsalla istehlak arasındakı nisbətə dəyər
proporsiyalarından siə dəyər ifadəsində ictimai məhsulun ayrı- ayrı ünsürlərinin
bölgüsü və tədavülünə xarakteristika vermək üçün istifadə olunur.
Ictimai istehsalın proporsiyaları ictimai tələbatın və teniki tərəqqinin təsiri ilə
formalaşır.
Mövzu 15: İqtisadi artım və səmərəlilik. ( 2 saat)
Plan
KitabYurdu.az
136
1. Iqtisadi artım və ona təsir edən amillər.
2. İqtisadi artımın tipləri və modelləri.
3. İstehsalın səmərəliliyi və onu ifadə edən amillər.
1. İqtisadi artım və ona təsir edən amillər.
Iqtisadi artım bir-biri ilə qarşılıqlı əlaqədə olan aşa-ğıdakı iki göstərici
ilə müəyyən edilir. Müəyyən dövr ərzin-də: 1) Real ümummilli və ya xalis milli
məhsulun artması. 2) Hər nəfərə düşən real ümummilli və ya xalis milli məhsulun
artması. Bunlardan hər hansı birindən istifadə olunması nəzərdən keçirilən sosialiqtisadi hadisənin xarakterindən asılıdır. Belə ki, ölkənin hərbi-siyasi potensialı
problemi diq-qət mərkəzində olduqda birinci, ayrı-ayrı ölkələrdə və regi-onlarda
əhalinin həyat səviyyəsi müqayisə olunduqda isə ikinci göstəricidən istifadə etmək
daha məqsədəuyğundur. Bunun doğruluğunu onunla əsaslandırmaq olar ki,
məsələn, Hindistanın ümummilli məhsulu Isveçrənin ümummilli məhsulundan
70% çox olduğu halda, əhalinin həyat səviyyəsinə görə Hindistan Isveçrədən 60
dəfədən çox geri qalır.
Iqtisadi artım bir qayda olaraq faizlə ifadə olunan illik artım sürəti ilə
ölçülür.
Makroiqtisadi səviyyədə iqtisadi artımın ən mühüm göstəriciləri
aşağıdakılardır:
- ÜMM-in və ya Milli gəlirin artması;
- Hər nəfərə düşən ÜMM və milli gəlirin artması;
- Bütövlükdə sahələr üzrə və hər nəfərə düşən sənaye məhsulları istehsalının artım sürəti.
Iqtisadi statistikada dinamikanı öyrənmək üçün artım əmsalı, artım sürəti və
əlavə artım sürəti göstəricilərindən istifadə olunur. Artım əmsalı aşağıdakı düsturla
hesablanır:
x = y1 : y0
Burada: y1 və y0 – müvafiq olaraq hesabat və əsas dövrlərdəki göstəriciləri
ifadə edir.
Artım sürəti artım əmsalının 100%-ə vurulması, əlavə artım sürəti isə artım
sürətindən 100% çıxılması yolu ilə alınır.
Iqtisadi artıma aşağıdakı amillər təsir edir: 1) Təbii ehtiyatların
kəmiyyəti və keyfiyyəti; 2) Əmək ehtiyatlarının kəmiyyəti və keyfiyyəti; 3) Əsas
kapitalın dəyəri; 4) Elmi-texniki tərəqqi; 5) Sahibkarlıq qabiliyyəti və idarəetmə
bacarığı. Bunları birlikdə təklif amilləri adlandırmaq olar. Istehsalın mümkün olan
fiziki artımına məhz bu amillər imkan verir. Keyfiyyətinə görə daha yaxşı hesab
olunan ehtiyatların çox olması isə texnoloji potensial da daxil olmaqla real məhsul
istehsalının artırılmasına şərait yaradır.
Lakin artma imkanları ilə real artımı eyniləşdirmək olmaz. Əksinə,
onları bir-birindən fərqləndirmək lazımdır. Bunun üçün iqtisadi artıma təsir
göstərən daha iki amili – tələb və bölgü amillərini bilmək olduqca vacibdir. Belə
ki, ölkə iqtisadiyyatının artmaqda olan istehsal imkanları mövcud ehtiyatlardan
KitabYurdu.az
137
istifadə olunması ilə əlaqədardır. Başqa sözlə, istehsal imkanlarını reallaşdırmaq
üçün ümumi xərclər artırılmalıdır. Bölgü amilləri isə özünü onda göstərir ki,
istehsal imkanlarından məqsədyönlü istifadə edilməsi üçün ehtiyatları iqtisadi
dövriyyəyə cəlb etməklə kifayətlən-mək olmaz, həm də onlar səmərəli bölünməlidir.
Iqtisadi artıma təsir edən tələb və təklif amilləri bir-biri ilə qarşılıqlı surətdə
əlaqədardır. Məsələn, işsizlik, kapi-tal yığımının sürətinin, habelə elmi-tədqiqat
işlərinə sərf olu-nan xərclərin artırılmasının ləngiməsinin, yeniliklərin ləng tətbiq
olunmsı və kapital qoyuluşunun azalması isə əksinə, işsizliyin baş verməsinin əsas
səbəbi ola bilər. Bundan başqa nəzərə almaq lazımdır ki, istehsal potensialının
artması aşağıdakı iki şərt olduqda mümkündür: 1) Bütün xərclər tam
məşğulluğu təmin etmək üçün kifayət qədər artdıqda; 2) Məhsul istehsalının imkan
daxilində daha çox artmasını təmin etmək üçün iqtisadi dövriyyəyə cəlb edilmiş
əlavə ehtiyatlardan səmələri istifadə olunduqda. Məsələn, tutaq ki, ölkədə il
ərzində işçi qüvvəsi 2 min. nəfər artmışdır. De-məli, bu artım istehsal güclərini,
yaxud da iqtisadi potensialı artıra bilər. Iqtisadi potensialın artması isə öz ifadəsini
məhsulun artmasında tapmalıdır. Odur ki, buna nail olmaq üçün 2 min. nəfəri işlə
təmin etmək, yəni, yeni iş yerləri açmaq lazımdır.
Tələb və bölgü amilləri çox böyük əhəmiyyətə malik olsalar da iqtisadi
artımla bağlı problemlər həll olunarkən əsas diqqət təklif amillərinə yönəldilir.
Çünki real ümum-milli məhsulun və milli gəlirin artırılması iki üsulla mümkündür: 1) Istehsala daha çox ehtiyatlar cəlb edilməsi; 2) Ehtiyatlardan daha
məhsuldar və səmərəli istifadə olunmsı.
Real ümummilli məhsul əmək məsrəflərini (adam-saatla) əmək
məhsuldarlığına (bir işçinin bir saatda istehsal etdiyi məhsul) vurmaq yolu ilə
müəyyən edilir. Yəni, Real ÜMM = işlənmiş adam saatların miqdarı vurulsun
əmək məhsuldarlığı
Əmək məhsuldarlığına texniki tərəqqi, işçilərin ixti-sası, bölgünün
səmərəliliyi, müxtəlif növ ehtiyatların bir-birilə əlaqələndirilməsi və idarə
olunması kimi amillər təsir edir. Başqa sözlə, əmək məhsuldarlığı işçilər sağlam,
yüksək peşə hazırlığına malik olduqda, istehsal maşın və avadan-lıqlarla, təbii
ehtiyatlarla daha yaxşı təmin edildikdə, idarə-etmə düzgün təşkil olunduqda, iş
qüvvəsi az səmərə verən sahələrdən çox səmərə verən sahələrə "axıb" getdikdə
yüksəlir.
2. Iqtisadi artımın tipləri və modelləri.
Geniş təkrar istehsalın öz əksini tapdığı iqtisadi artım problemi diskussiya və
müzakirələrdə əsas yerlərdən birini tutur. Iqtisadi artım bilavasitə öz ifadəsini
ÜMM-in kəmiyyətcə artması və keyfiyyətcə təkmilləşdirilməsində, ha-belə onun
istehsalına təsir göstərən amillərdə tapır. Bununla əlaqədar olaraq iqtisadi artımın
ekstensiv və intensiv tipləri bir-birindən fərqləndirilir.
KitabYurdu.az
138
Ekstensiv1 inkişaf yolu iqtisadi artımın kəmiyyət amilləri, yəni
istehsalata əlavə iş qüvvəsinin cəlb edilməsi, xammal və material sərfinin, kapital
qoyuluşunun artırılma-sı, əkin sahələrinin genişləndirilməsi və s. hesabına istehsalın həcminin artırılması deməkdir. Məsələn, deyək ki, məh-sul istehsalını iki dəfə
artırmaq lazımdır. Bunun üçün möv-cud olan və fəaliyyət göstərən müəssisələrlə
yanaşı, quraşdırılmış avadanlıqların gücünə, kəmiyyət və keyfiyyətinə görə
təqribən eyni miqdarda müəssisə tikmək lazımdır. Əgər ekstensiv inkişaf xalis
şəkildə həyata keçirilirsə (bu isə mümkün deyildir), onda istehsalın səmərəliliyi
dəyişməz qalır. Belə ki, bizim misalda məhsul buraxılışı iki dəfə artdıqda işçilərin
sayı və investisiya əmtəələri də iki dəfə artmış olur və nəticədə bir işçiyə düşən
məhsul buraxılışı əvvəlki səviyyədə qalır.
Təcrübədə ekstensiv inkişaf yoluna xalis şəkildə rast gəlinmir və o, bir
qayda olaraq istehsalın intensiv tipi ilə çulğalaşır. Bu da onun səmərəliliyinin
yüksəldilməsini təmin edir, elmi-texniki tərəqqinin nailiyyətlərindən və ehtiyatlardan qənaətlə istifadə olunmasına, əməyin və istehsalın təşkilinin
təkmilləşdirilməsinə, işçilərin ixtisasının yüksəl-dilməsi və məhsulların
keyfiyyətinin yaxşılaşıdırılmasına əsaslanır.
Intensiv inkişaf yolu ekstensiv inkişaf yolundan prin-sipcə fərqlənir.
Belə ki, intensiv inkişaf yolunda canlı və maddiləşmiş əmək məsrəflərinə qənaət
olunur və o, birinci növbədə əmək məhsuldarlığının yüksəldilməsi hesabına təmin
edilir. Ekstensiv və intensiv iqtisadi amillərdən paralel şəkildə istifadə olunsa da,
konkret şəraitdən asılı olaraq bunlardan hər hansı birinə üstünlük verilə
bilər.
Məlum olduğu kimi, iqtisadi artımın əsas amilləri əmək, torpaq və
kapitaldır. Bunların hər biri də öz növbə-sində müxtəlif amillərin toplusundan
ibarətdir. Məsələn, ka-pital dedikdə, binalar, tikililər, maşınlar, avadanlıqlar, xammallar, yanacıq və s. nəzərdə tutulur. Ümummilli məhsula və onun quruluşunun
dəyişməsinə təsirinin daim artdığı elmi-texniki tərəqqini də kapitala aid etmək olar.
Cəmiyyə-tin ümumi tələbinin artması da iqtisadi amillərə aid edilə bilər. Çünki o,
istər kəmiyyət, istərsə də quruluş və keyfiyyət baxımından iqtisadi artımın
«hərəkətverici qüvvəsi»dir. Ümumi tələb istisna olmaqla bunların hamısı təklif
amilləridir.1
Cəmiyyətin sosial-iqtisadi inkişafından asılı olaraq ehtiyatlardan hər biri
dəyişir, onlar iqtisadi artıma təsir gös-tərməkdə müxtəlif vəzifələri yerinə yetirir və
bu zaman həm natural, həm də dəyər göstəricilərindən istifadə edilir.
Iqtisadi artımın tədqiqi labüd olaraq onun bir sıra modellərinin işlənib
hazırlanmasına gətirib çıxarmışdır. Belə modellərin ilk ünsürlərini Fransua
Kenenin 1758-ci ildə nəşr olunmuş «Iqtisadi cədvəlləri»ndə görmək olar. O, ilk
dəfə iqtisad elmində milli təsərrüfatı özünəməxsus xüsusi balansa malik olan bir
sistem kimi təsvir etmişdir. Kene belə hesab edirdi ki, izafi məhsul yalnız kənd
təsərrüfatında yaradılır və məhsuldar sahə kənd təsərrüfatıdır. Izafi məhsul dedikdə
o, kənd təsərrüfatının ümumi məhsulu ilə burada istehlak olu-nan məhsullar arasın-
KitabYurdu.az
139
dakı fərqi nəzərdə tuturdu. Beləliklə, onun fikrincə kənd təsərrüfatında istehsal
olunan məhsul iqtisadiyyatın digər sahələri tərəfindən satın alınır. Kenenin
«Iqtisadi cədvəlləri» əməli əhəmiyyətə malik olmasa da, bu sahədə ilk təşəbbüs
hesab edilə bilər.
Bu məsələnin araşdırılması sahəsində K.Marksın da müəyyən
xidmətləri olmuşdur. O, "Kapitalı"ın II cildində ictimai istehsalın iki böyük
bölmədən – istehsal vasitələri istehsalı və istehlak şeyləri istehsalı–ibarət olduğunu
göstər-miş və onların arasındakı tarazlıq şərtlərini aşkara çıxarmış-dır. Lakin
iqtisadi sistem ümumi səviyyədə nəzərdən keçirildiyi üçün onun çıxardığı nəticələr
çox da böyük əməli əhəmiyyətə malik olmamışdır. Çünki iqtisadiyyat yüzlərlə,
minlərlə sahə və istehsalatlardan ibarətdir.
Iqtisadi artımın əsl mahiyyətini əks etdirən "Xərc – məhsul buraxılışı"
modeli rus riyaziyatçısı və iqtisadçısı, 1925-ci ildən ABŞ-da yaşayan və bu
ölkənin vətəndaşlığını qəbul edən Vasili Leontyev tərəfindən işlənib hazırlanmışdır. V. Leontyev milli təsərrüfatı maddi və dəyər göstəricilərinin köməyilə şahmat
cədvəli formasında təsvir etmişdir. V. Leontyevin sahələrarası balansı aşağıdakı
dörd kvadratdan ibarətdir: 1) Məhsulun istehsalına çəkilən mad-di xərc
göstəriciləri; 2) Bilavasitə istehlak, yığım və ixrac üçün istifadə olunan son məhsul
göstəriciləri; 3) Xalis məhsul göstəriciləri (əmək haqqı, mənfəət, vergilər); 4) Xalis
məhsulun yenidən bölüşdürülməsi.
Sahələrarası balansın sütunlarında dəyər ifadəsində ümumi məhsulun
formalaşmasına çəkilən xərclər, üfuqi sətirlərdə isə bu məhsulun bölüşdürülməsi
göstərilir. Bu məlumatlardan istifadə etməklə, xərclərin xüsusi çəkisini asanlıqla
müəyyən etmək olar. Bu məqsədlə sütundan və ya sətirdən götürülmüş (seçilmiş)
göstərici ümumi məhsulun kəmiyyətinə bölünür.
Müasir dövrdə iqtisadi artımın modelləşdirilməsində aşağıdakı üç
istiqaməti göstərmək olar: 1) Iqtisadi artımın Keyns modeli; 2) Neoklassik
modellər; 3) Tarixi-sosioloji modellər.
Keyns modelinin mahiyyəti ondan ibarətdir ki, bunun tərəfdarları
makroiqtisadi tarazlığın təmin olunma-sında tələbin həlledici rol oynadığını əsas
götürürlər. Tələbin həlledici ünsürünün isə çoxaldıcının (multiplikatorun) vasitəsilə mənfəətin artmasını təmin edən investisiyalardan ibarət olduğunu deyirlər.
Keynsçilər istehsal amillərinin və onların bir-birini qarşılıqlı əvəz etmələrinin
səmərəliliyi haqqında neoklassik baxışlara tərəfdar çıxmırlar.
Iqtisadi artım modellərindən biri də Domar modelidir. Ilkin keyns
modellərindən fərqli olaraq, bu model investisi-yaları yalnız gəlirlərin deyil, həm
də yeni güclərin yaradıl-ması amili hesab edir. Domarın fikrincə tələb və təklifin
dinamik tarazlığı yeni gücləri və gəlirləri əmələ gətirən kapital qoyuluşunun
dinamikası ilə müəyyən edilir. Deməli, əsas vəzifə, investisiyaların həcmi və
dinamikasının müəy-yən edilməsindən ibarətdir. Domar aşağıdakı üç bərabərlikdən ibarət olan sistemin həll olunmasını təklif edir: 1) Təklif bərabərliyi; 2) Tələb
bərabərliyi; 3) Tələb və təklifin birlikdə bərabərliyi.
Domar modelinin inkişaf etmiş forması Xarrod modelidir. Domar
modelində olduğu kimi, bu modeldə də tarazlaşdırılmış artma norması gəlirlərlə
kapital qoyuluşları arasındakı nisbət funksiyasını ifadə edir. Odur ki, bu modeli
KitabYurdu.az
140
Xarrod – Domar modeli də adlandırırlar. Lakin Domar modeli çoxaldıcıdan
istifadə olunmasına əsaslandığı halda, Xarrod modelinin əsasında akselerator1
nəzəriyyəsi durur.
Bu nəzəriyyə kapital qoyuluşu nəticəsində gəlirlərin artma-sının tarazlaşdırma normasını müəyyən edir. Xarrod modeli akselerator nəzəriyyəsi əsasında
sahibkarların investisiya haqqında qərarlarının öyrənilməsinə imkan verir. Xarrod
öz baxışlarında aşağıdakı iki mühakiməyə əsaslanır: 1) Yığım milli gəlirdə sabit
kəmiyyətdir, gəlirlər hansı sürətlə artırsa, o da həmin sürətlə artır, yığıma olan son
və orta meyllilik bir-birinə bərabərdir; 2) Həyata keçirilən kapital qoyuluşu
gəlirlərin, yaxud da iki dövr arasında tələbin artması deməkdir. Keyns
bərabərliyinə uyğun olaraq tarazlıq üçün yığım və investisiya məbləğləri bir-birinə
bərabər olmalıdır. Buna əsasən belə bir nəticə çıxarmaq olar ki, artma norması
kapital əmsalına vurulduqda milli gəlirdə yığımın xüsusi çəkisi tapılır.
Xarrod bir-birindən fərqlənən artma norması üçün aşağıdakı
müddəaları irəli sürür: 1) gəlirlər yüksək sürətlə artdıqda azad sahibkarlıq
sistemi səmərəli fəaliyyət göstərir. 2)Investisiyalar istehlakçı tələbatından irəlidə
getməlidir. 3)Bu model üzrə tarazlıq qeyri-sabitdir. 4) Dövlət bu problemə maliyyə
siyasəti vasitəsilə müdaxilə etməlidir.
Tələbin tarazlığı şəraitində neoklassik modellər kapi-tal əmsalına
dəyişikliklər etmişdir. Belə ki, neoklassik mo-dellər bir deyil, iki istehsal amilini
və onların bir-birini əvəz etməsinin mümkünlüyünü nəzərə aldığına görə kapital/
istehsal nisbəti də çevik olur. Neoklassik modellər azad (xalis) rəqabət
şəraitində faydalıdır.
Neoklassik modellərdə istehsal funksiyası əsas yer tutur. XX əsrin 20-ci
illərinin axırlarında ABŞ vətəndaşları, iqtisadçı P. Duqlas və riyaziyyatçı X. Kobb
1899-1922-ci il-lərdə Amerikanın emaledici sənayesində əsas kapitalın, iş-lənmiş
saatların miqdarının və istehsalın həcminin artmsını nəzərdən keçirərək üç
müvəqqəti sıra düzəltmişlər
Kobb-Duqlas funksiyasının başlıca cəhətləri aşağı-dakılardır: 1)
Mənfəətin və xərclərin xüsusi çəkisinin dəyiş-mədiyi, yığımın olmadığı və
istehsalın (əmək və kapital) elastikliyinin vahidə bərabər olduğu fərz edilir; 2)
Istehsal amillərinin bir-birini əvəz etmələri sıfırla vahid arasında tərəddüd edir və
adətən vahiddən kiçikdir; Qarşılıqlı əvəzetmələrin hüdudu texniki inkişaf səviyyəsi
ilə müəyyən edilir; 3) Əməyin kapital ilə əvəz olunması imkanları nəzəri cəhət-dən
sonsuzdur; 4) Istehsal amilləri keyfiyyətinin dəyişməsi nəzərə alınmır, yəni, texniki
tərəqqidən sərfnəzər edilir. Buradan da belə bir nəticə çıxarmaq olar ki, funksiya
yalnız ekstensiv iqtisadi artım üçün münasibdir.
Mövzu 16. Ümumi milli məhsul və milli gəlir.(4 saat)
Plan
1. Ümummilli və son məhsul anlayışları.
2. Ümumi milli məhsulun hesablanması metodları.
3. Xalis milli məhsul və milli gəlir.
KitabYurdu.az
141
4. Ümumi milli məhsul və cəmiyyətin rifahi.
5. Milli sərvət və onun atrırılması yolları.
1.Ümummilli və son məhsul anlayışları.
Cəmiyyətin iqtisadi vəziyyətinə xarakteristika verər-kən kompleks göstəricilər
sistemindən istifadə olunur. La-kin bu sistemdə başlıca meyarı ayırmaq olar və bu,
ümum-milli məhsuldur.
Ümummilli məhsul (ÜMM) ölkənin daxilində və onun hüdudlarından
kənarda milli iqtisadiyyata mənsub olan iqdisadi vahidlərdə bir il ərzində istehsal
edilmiş son məhsulların və xidmətlərin bazar dəyərinin toplusudur1. Lakin cari ildə
istehsal edilmiş məhsulların hamısı satılma-ya, onların bir hissəsi ehtiyat
formasında gələn ilə saxlanıla bilər. Odur ki, satılıb-satılmamasından asılı
olmayaraq cari dövrdə istehsal edilmiş bütün məhsullar ÜMM vasitəsilə
ölçüldüyünə görə o, hesablanarkən ehtiyat kimi saxlanılan məhsulların hər cür
artımı nəzərə alınmalıdır.
ÜMM dəyər ifadəsində hesablanır. Çünki müxtəlif əmtəə və xidmətləri
natural formada cəmləmək və onların nisbi dəyəri haqqında tam təsəvvürə malik
olmaq mümkün deyildir. Bunu aşağıdakı çox sadə misalla izah edək. Tutaq ki,
ölkədə keçən il 5 ton armud və 8 ton alma, bu il isə əksinə – 8 ton armud, 5 ton
alma istehsal olunmuşdur. Sual olunur: hansı ildə daha çox məhsul istehsal
edilmişdir? Bu məhsulların hər birinin nisbi dəyərini ifadə edən bazar qiymətini
bilmədən suala cavab vermək olmaz. Indi deyək ki, bir ton almanın qiyməti 200
manata, bir ton armudunku isə 300 manata bərabərdir. Buradan aydın olur ki,
keçən ilə nisbətən bu il daha çox məhsul istehsal edilmişdir. Çünki istehsalın həcmi
keçən il 3100 manata - (5x300) + (8x200) = 3100, bu il isə 3400 manata(8x300)+(5x200)=3400-bərabər olmuşdur. Istehsalın ümumi həcmini düzgün
hesablamaq üçün cari ildə istehsal edilmiş bütün məhsullar və xidmətlər bir dəfə
uçota alınmalı, təkrar hesablamalara yol verilmə-məlidir. Məhsulların çoxu isə
bazara daxil olmazdan əvvəl bir neçə istehsal mərhələsindən keçir. Nəticədə eyni
bir məhsulun ayrı-ayrı hissələri bir neçə dəfə satın alınır və satılır. Ona görə də
təkrar uçotaalmalara yol verməmək üçün ÜMM-i müəyyən edərkən yalnız son
məhsulun bazar dəyəri nəzərə alınmalıdır.
Son məhsul dedikdə satmaq və ya emal etmək məq-sədilə deyil, son
nəticədə istifadə olunmaq üçün satın alınan əmtəə və xidmətlər nəzərdə tutulur ki,
bu da ÜMM-in tər-kibində təkrar hesablamaları aradan qaldırır. Bunu aşağı-dakı
misalla izah edək. Tutaq ki, yun kostyum axırıncı istehlakçının əlinə düşənə qədər
istehsal prosesi beş mərhə-lədən keçir. Qoyunçuluq ferması 100 mln. manatlıq
yunu emal müəssisəsinə göndərir. Emal müəssisəsinin qoyunçuluq fermasına ödədiyi 100 mln. manat, əmək haqqı, renta tədiyələri, faiz və mənfəət şəklində
bölünür. Emal müəssisəsi yunu emal edir və onu 150 mln. manata tikiş fabrikinə
satır. 150 mln. manatın 100 mln. manatı satın alınmış yunun müqabilində
qoyunçuluq fermasına ödənildiyinə görə onun yerdə qalan 50 mln. manatı emal
KitabYurdu.az
142
müəssisəsində əmək haqqı, renta tədiyələri, faizin ödənilməsi və yunu emal etmək
üçün lazım olan ehtiyatların satın alınmasına sərf edilir. Tikiş fabrikində 175 mln.
manatlıq kostyum istehsal olunur və deməli, 25 mln, manat əlavə dəyər yaranır.
Tikiş fabriki məhsulu 250 mln. manata topdan satış təşkilatlarına, onlar isə öz
növbəsində 325 mln. manata pərakəndə ticarət təşkilatlarına satırlar və axırıncı
istehslakçılar olan alıcılar kostyumu satın alırlar. Firmaların, məhsulların
istehsalına sərf etdikləri xərclərlə onların satışından əldə etdikləri məbləğ
arasındakı fərq hər mərhələdə əmək haqqı, renta tədiyələri və faiz, həmçinin
məhsulların istehsalı və tədavülü prosesində istifadə olunan ehtiyatlara görə
mənfəət formasında bölünür.
Nəzərdən keçirilən prosesdə ümdə məsələ ondan iba-rətdir ki, istehsal
olunmuş kostyumun dəyərinin hansı hissəsi ÜMM-ə daxil edilməlidir? Suala qısa
şəkildə belə cavab vermək olar: ÜMM-ə yalnız son məhsulu, yəni 325 mln.
manatı daxil etmək lazımdır. Əgər hər mərhələdə son məhsul hesab edəilən,
lakin
əslində
aralıq
məhsul
olan
məhsulları
cəmləsək
(100+150+175+250+325=1000) və alınan 1000 mln. manatı ÜMM adlandırsaq,
onda onun dəyərini süni surətdə artırmış olarıq.
ÜMM-i hesablamaqda məqsəd onun köməyilə il ərzində istehsal olunmuş
əmtəə və xidmətlərin dəyərini müəyyən etməkdən ibarətdir. Bu məqsədə nail
olmaq üçün hər il baş verən çoxsaylı qeyri-məhsuldar sövdələşmələr nəzərə
alınmamalıdır. Qeyri-məhsuldar sövdələşmələrin isə iki əsas tipi vardır: 1) Xalis
maliyyə sövdələşmələri; 2) Köhnə (işlədilmiş) əmtəələrin satışı.
Xalis maliyyə sövdələşmələri də üç yerə bölünür: 1) Dövlət transfert
ödənişləri; 2) Xüsusi transfert ödənişləri; 3) Qiymətli kağızların alqı-satqısı.
Dövlət transfert ödənişlərinə sosial sığorta, işsizlərə, əlillərə dövlət
tərəfindən verilən müavinətlər və təqaüdlər daxildir. Bu ödənişlərin xüsusiyyəti
ondan ibarətdir ki, onu alanlar cari ildə bu pulla məhsul istehsalında iştirak etmirlər. Deməli, dövlət transfert ödənişlərinin ÜMM-ə daxil edilməsi cari ildə həmin
göstəricinin şişirdilməsinə gətirib çıxarır. Xüsusi transfert ödənişlərinə, məsələn,
universitet tələbələrinə ailələrinin hər ay, yaxud da varlı qohumlarının birdəfəlik
verdikləri pul və yardımlar daxildir. Çünki bunlar istehsalın nəticələri deyil,
vəsaitin bir şəxs tərəfindən digərinə verilməsidir.
ÜMM hesablandıqda qiymətli kağızlarla aparılan sövdələşmələr, yəni
səhm və istiqrazların alqı-satqısı da onun tərkibinə daxil edilmir. Çünki bu
sövdələşmələr də cari ildə istehsalın həcminin artması demək deyildir. Lakin qeyd
etmək lazımdır ki, pulun, onu "yığan" adamın əlindən çıx-ması və qiymətli
kağızlarla sövdələşmələr aparan adamın əlinə keçməsi dolayı yolla istehsalın
artmasına səbəb ola bilər.
Köhnə (işlənmiş) əmtəələrin ÜMM-ə daxil edilmə-sinin düzgün olmadığını
isbat etməyə ehtiyac yoxdur. Çünki bu bir həqiqətdir ki, köhnə əmtəələr ya cari
ildə istehsal edilməmişdir, yaxud da eyni bir ildə bir neçə dəfə alınıb-satıldıqda
ÜMM-in tərkibində bir o qədər dəfə təkrarlana bilər. Məsələn, tutaq ki, kimsə
2005-ci ildə istehsal edilmiş və sahibi olduğu "Mersedes" markalı avtomobili
kiməsə satmışdır. Bu sövdələşmə ÜMM-ə daxil edilməməlidir. Ona görə ki,
KitabYurdu.az
143
avtomobil cari ildə istehsal olunmamışdır. Deməli, cari ildə istehsal edilmiş
məhsullar yalnız həmin ildə, ÜMM-ə daxil edilir.
Beləliklə, biz ÜMM-in tərkibini nəzərdən keçirdik və onun nədən ibarət
olduğunu aydınlaşdırdıq. Lakin bunlar nəzəri müddəalardır və burada əsas
məsələlərdən biri ÜMM-in hesablanması metodlarının öyrənilməsindən ibarətdir.
2.Ümummilli məhsulun hesablanması metodları.
Istehsal olunmuş məhsulların ümumi bazar dəyəri iki üsulla müəyyən
edilə bilər. Birinci üsulda istehlakçının son məhslun satın alınmasına sərf etdiyi
xərclər, ikinci üsulda isə əmək haqqı, renta tədiyələri, faiz və mənfəət formasında
əldə edilən gəlirlər cəmlənir. Bu üsullar eyni problemə iki yanaşma metodunun
olduğunu göstərir. Çünki istehlakçı-ların əmtəələrin satın alınmasına sərf etdikləri
məbləğ hə-min məhsulların istehsalı prosesində iştirak edənlərin müx-təlif formalarda əldə etdikləri gəlirlərin nəticəsidir. Bunu kostyum istehsalına dair
yuxarıda gətirilən misaldan da aydın görmək olar. Belə ki, bu prosesdə iştirak edən
firma-ların əldə etdikləri gəlirlərin cəmi (100+50+25+75+75=325) kostyumun
istehsalına sərf olunan bütün xərclərə – 325 mln. manata bərabərdir.
Istehsalla əlaqədar xərclərlə, əldə edilən gəlirlər ara-sındakı bərabərliyə
təminat vermək olar. Mənfəət forma-sında əldə edilən gəlir bunu deməyə əsas
verir. Məlum oldu-ğu kimi, mənfəət, istehsalçıların məhsulların satışından əldə
etdikləri məbləğdən əmək haqqına, renta tədiyələrinə və faizin ödənilməsinə sərf
olunan xərclər çıxıldıqdan sonra yerdə qalan gəlir deməkdir. Kostyum istehsal
etmək üçün firmanın əmək haqqının, renta tədiyələrinin və faizin ödənil-məsi üçün
sərf etdiyi məbləğ onun bazar dəyəri olan 325 mln. manatdan azdırsa, onda bu iki
kəmiyyət arasındakı fərq firmanın mənfəət əldə etdiyini, əksinə olduqda isə, zərər
çəkdiyini göstərir. Bütövlükdə ölkə üzrə istehsalın ümumi həcmini hesabladıqda da
eyni dəlilləri gətirmək olar.
Beləliklə, ÜMM-in hesablanmasında istifadə olunan birinci metoda
məhsulun istehsal və ya xərclərə görə hesab-lanması metodu deyilir. Ikinci
metodda isə əldə edilmiş gəlir-lər cəmlənir. Bu, ÜMM-in gəlirlər və ya bölgü
üzrə hesab-lanması metodu adlanır. Bunlar belə bir nəticə çıxarmağa imkan
verir ki, bu metodlar bir-birinin eynidir və buna əsasən aşağıdakı bərabərliyi
yazmaq olar:
Cari ildə istehsal edilmiş
Cari ildə istehsal olunmuş əmtəələrin satın
alınmasına
=
əmtəələrin satışından əldə
sərf olunan xərclər
edilən pul gəlirləri
Lakin bu sadəcə bərabərlik deyil, eynilikdir. Çünki pulun sərf edilməsi ilə,
onun əldə edilməsi eyni bir sövdə-ləşmənin iki tərəfidir.
Bu eynilik bütövlükdə iqtisadiyyat üzrə də doğrudur. Ona görə ki, ölkədə
istehsal olunan bütün məhsullar ya ölkə daxilində təsərrüfatın üç bölməsi – ev
təsərrüfatları, dövlət, biznes, - yaxud da xarici istehlakçılar tərəfindən satın alınır.
KitabYurdu.az
144
ÜMM-i xərclərə görə hesabladıqda son məhsulun istehsalı və xidmətlərlə
əlaqədar olan bütün xərcləri cəm-ləmək lazımdır. Fikrimizi bir qədər də
sadələşdirsək, ÜMM xərclərə görə hesablandıqda aşağıdakı ünsürlərdən ibarət
olur: 1) Ev təsərrüfatlarının istehlakla əlaqədar xərcləri (C); 2) Biznesin investisiya
ilə əlaqdar xərcləri (Iq); 3) Əmtəə və xidmətlərin dövlət tərəfindən satın alınması
(G); 4) Əcnəbi-lər tərəfindən məhsulların satın alınması ilə əlaqədar olan xərclər
(Xn).
Ev təsərrüfatlarının istehlakla əlaqədar xərclərinə uzun müddət istifadə
olunan (avtomobil, soyuducu, mebel, videomaqnitafon və i. a.) və gündəlik tələbat
məhsullarının (çörək, ət, süd, diş pastası, konyak, araq, siqaret və i.a.) sa-tın
alınmasına, habelə göstərilən xidmətlərə (hüquqşünasın, həkimin, bərbərin,
mexanikin və s.) görə ödənilən xərclər daxildir.
ÜMM xərclərə görə hesablandıqda istifadə olunan terminlərdən biri də
bütün daxili xüsusi investisiyalardır. Investisiya xərclərinə aşağıdakılar daxildir:
1) Sahibkarlar tərəfindən son məhsul kimi satın alınmış maşın, avadanlıq, dəzgah
və s.; 2) Bütün tikinti; 3) Ehtiyatların dəyişməsi.
Kapital ünsürlərinin – maşınlar, avadanlıqlar və i. a. – investisiya xərclərinə
aid edilməsi aydındır. Çünki bu zaman istehsal gücləri artır, istehsalın miqyasının
genişlən-məsi üçün şərait yaranır. Tikintinin investisiyaya aid edil-məsi
məsələsində isə bəzi məqamların aydınlaşdırılmasına ehtiyac var. Məlumdur ki,
istehsal təyinatlı yeni binaların tikintisi birbaşa investisiyalara aiddir. Bəs, nə üçün
mənzil tikintisi istehlak kateqoriyasına deyil, investisiya kateqori-yasına aid
edilməlidir. Bu, onunla əlaqədardır ki, istehsal təyinatlı binalar kimi, çoxmənzilli
yaşayış evləri də gəlir gətirir. Icarəyə (kirayə) verilən digər yaşayış evləri də bu
səbəbə görə investisiya əmtəələrinə aid edilir. Sahibkarın mülkiyyətində olan, lakin
icarəyə (kirayə) verilməyən başqa yaşayış binaları da investisiya əmtəələrinə
daxildir. Çünki onlar da gəlir əldə etmək məqsədilə istənilən vaxt icarəyə (kirayə)
verilə və gəlir gətirə bilər. Bu səbəbə görə də bütün mənzil tikintisi investisiya
anlayışına daxil edilir.
Bəs, ehtiyatların dəyişməsi nə üçün investisiyaya aid edilir? Ona görə ki,
ehtiyatların artımı əslində “istehlak edil-miş məhsullardır" və investisiyadan başqa
bir şey deyildir.
ÜMM göstəricisini hesablamaqda məqsəd cari ildə istehsalın həcmini
müəyyən etməkdən ibarət olduğuna görə onun tərkibinə satılıb – satılmamasından
asılıı olmayaraq həmin ildə istehsal olunmuş bütün məhsullar daxil edilmə-lidir.
Başqa sözlə, bir halda ki, ÜMM istehsalın ümumi həcminin düzgün ölçüsüdür,
onda bütün ehtiyatların il ərzində artımı onun tərkibinə daxil edilməlidir. Çünki
ehtiyatların artımının nəzərə alınmaması istehsalın illik həcminin azalması demək
olardı. Əgər ilin əvvəlinə nisbətən ilin axırında rəflərdə və anbarlarda daha çox əmtəə yığılıb qalmışdırsa, bu o deməkdir ki, ölkədə il ərzində istehlak olunduğundan
çox istehsal edilmişdir və bu artım ÜMM-ə daxil edilməlidir. Ehtiyatlar azaldıqda
isə bu, il ərzində istehsal olunduğundan çox istehlak edildiyini göstərildiyi üçün
həmin fərq ÜMM-ə daxil edilmir.
Investisiyaya daxil edilməyən ünsürlərin müəyyən olunması da az
əhəmiyyət kəsb etmir. Daha konkret desək, məsələn, qiymətli kağızların əldən-ələ
KitabYurdu.az
145
keçməsi investisiyaya aid edilmir. Çünki bu, mülkiyyət hüququnun sadəcə olaraq
bir şəxsdən digərinə keçməsi deməkdir. Bu sözlər mövcud aktivlərin yenidən
satılmasına da aiddir.
Milli hesabları tərtib edərkən aşağıdakı anlayışlardan istifadə olunur:
1) Ümumi investisiyalar; 2) Xüsusi investisi-yalar; 3) Daxili investisiyalar.
Xüsusi və daxili investisiyalar o deməkdir ki, onlar xarici şirkətlər tərəfindən
deyil, ölkə daxilindəki şirkətlər tərəfindən həyata keçirilir.
Lakin "bütün" anlayışını müəyyən etmək təsəvvür olunduğu qədər asan
deyildir. Bütün daxili xüsusi inves-tisiyalara cari ildə istehsal prosesində istehlak
olunmuş ma-şınlar, avadanlıqlar və qurğuların yeniləri ilə əvəz olunması üçün
nəzərdə tutulan investisiya əmtəələri, iqtisadiyyatda tətbiq olunan kapitala edilmiş
hər cür əlavələr daxildir. Deməli, ümumi investisiyalar dedikdə ödəmə məbləği və
investisiyaların artımı nəzərdə tutulur. Digər tərəfdən, "xalis daxili xüsusi investisiyalar" anlayışından istifadə edilir ki, bu da öz növbəsində cari ildə həyata
keçirilmiş əlavə investisiyalara xarakteristika vermək üçün lazımdır. Bu göstərici
həm də bir sıra mətləbləri aşkarlamağa imkan verir. Bunu aşağıdakı misalla izah
edək. Tutaq ki, hər hansı bir ölkədə 2006-cı ildə 85,0 mlrd. dollarlıq investisiya
əmtəələri istehsal edilmişdir. ÜMM-in istehsalı prosesində isə 54,5 mlrd. dollar
məbləğində maşın və avadanlıqlar is-tehlak olunmuşdur. Deməli, ölkədə həmin il
kapital yığımı-na 30,5 mlrd. dollar (85,0 mlrd. dollar – 54,5 mlrd. dollar) əlavə
edilmişdir. Buradan aydın olur ki, 2006-cı ildə ümumi investisiya 85,0 mlrd. dollar
təşkil etdiyi halda, xalis inves-tisiyalar 30,5 mlrd. dollar olmuşdur.
Ümumi investisiya ilə cari ildə istehlak olunmuş kapital–amortizasiya
məbləği–arasındakı fərq iqtisadiyyatın yüksəliş, durğunluq və ya azalma
vəziyyətində olması haqqın-da mühakimə yürütməyə imkan verir. Daha
doğrusu, ümumi investisiyalar amortizasiyadan çox olduqda bu, istehsal güclərinin
artdığını, iqtisadiyyatın yüksəliş mərhələsində olduğunu göstərir. Ümumi
investisiyalarla amortizasiya bir-birinə bərabər olduqda bu, iqtisadiyyatda durğunluğun hökm sürdüyünü, yəni, ÜMM-in istehsalı prosesində istehlak olunmuş
kapital qədər, kapital ünsürləri istehsal olunduğunu göstərir. Ümumi investisiyalar
amortizasiyadan az olduqda, yəni il ərzində istehlak olunduğundan az kapital
istehsal edildikdə isə bu, iqtisadiyyatın tənəzzül vəziyyətində olmasına dəlalət edir.
Bu zaman iqtisadiyyata investisiya qoyuluşu azalır. Durğunluq da eyni vəziyyətin
meydana gəlməsinə əlverişli şərait yaradır. Istehsal və məşğulluq azalmağa doğru
meyl etdikdə ölkə iqtisadiyyatında istifadə olunduğundan çox istehsal gücləri olur.
Nəticədə köhnəlmiş kapitalın dəyişdirilməsinə maraq ya azalır, ya da heç olmur.
Amortizasiya ümumi investisiyaya nisbətən artır. Bu isə ilin əvvəlinə nisbətən ilin
axırında kapitalın həcminin azalmasına gətirib çıxarır.
ÜMM hesablandıqda əmtəələrin dövlət tərəfindən satın alınması və
xidmətlər üzrə xərclər də nəzərə alınma-lıdır. Buraya müəssisələrin son
məhsullarının və bütün ehtiyatların, xüsusilə də işçi qüvvəsinin dövlət tərəfindən
satın alınması ilə əlaqədar olan xərclər daxildir.
ÜMM xərclər üzrə müəyyən olunduqda ölkənin ixrac etdiyi məhsulların
dəyəri də nəzərə alınmalıdır. Məlum olduğu kimi, ölkə idxal olunan məhsulların
satın alınmasına müəyyən məbləğdə vəsait sərf edir. Lakin bu məhsullar başqa
KitabYurdu.az
146
ölkələrdə istehsal olunduğuna və həmin ölkələrin ÜMM-nə daxil edildiyinə görə
onların dəyəri onu idxal edən ölkənin UMM-nə daxil edilməməlidir.
Bu iki göstəricinin uçotunu aparmaq üçün bir qayda olaraq onların
arasındakı fərq müəyyən edilir və ona xalis ixrac, yaxud da xalis idxal deyilir.
Ixrac olunan əmtəələrin və göstərilən xidmətlərin bazar dəyəri, idxal üzrə eyni
dəyərdən çox olduqda bu, xalis ixracı, əksinə olduqda isə xalis idxalı əmələ gətirir.
Məsələn, tutaq ki, 2006-cı ildə hər hansı bir ölkədən 14,5 mlrd. dollarlıq əmtəə
ixrac olunmuş, 18,7 mlrd. dollarlıq isə əmtəə idxal edilmişdir. Bu o deməkdir ki,
həmin il xalis idxal 4,2 mlrd. dollara bərabər olmuşdur. Xalis ixracın xalis
idxaldan çox olması ölkənin yüksək iqtisadi inkişaf səviyyəsində olduğunu
göstərir.
Beləliklə, nəzərdən keçirilən aşağıdakı dörd xərc kateqoriyasının köməyilə
ÜMM müəyyən edilir: 1) Şəxsi istehlakla əlaqədar olan xərclər; 2) Bütün daxili
xüsusi investisiyalar; 3) Əmtəə və xidmətlərin dövlət tərəfindən satın alınması; 4)
Xalis ixrac. Bunu aşağıdakı düsturla ifadə etmək olar:
ÜMM = C + Iq + G + Xn
Yuxarıda göstərildiyi kimi, iqtisadiyyatda əldə edilən gəlir əmək haqqı, renta
tədiyələri, faiz və mənfəətə bölünür. Və adamda belə təsəvvür yaranır ki, bunları
cəmləməklə, ÜMM-in bazar dəyərini asanlıqla müəyyən etmək olar. Lakin ÜMMdə vəsaitin bölünməsinin gəlirlərin ödənilməsi ilə əlaqədar olmayan iki növünün
mövcudluğu, vəziyyəti bir qədər mürəkkəbləşdirir. Bunlardan biri kapitalın
istehlak edilməsi ilə əlaqədar olan ayırmalar, digəri isə biznes üzrə müəyyən
olunmuş dolayı vergilərdir.
Məlum olduğu kimi, avadanlıqların əksəriyyətinin faydalı xidmətetmə
müddəti bir ildən çoxdur. Investisiya əmtəələrinin satın alınmasına sərf olunan
həqiqi xərclərlə onların məhsuldar xidmətetmə müddəti isə vaxt etibarılə üst-üstə
düşmür. Ona görə də ayrı-ayrı müəssisələr bir tərəf-dən mənfəətin və bütün gəlirin
azalmasına yol verməmək, digər tərəfdən isə sonrakı illərdə mənfəəti və ümumi
gəliri artırmaq məqsədilə, avadanlıqların faydalı xidmətetmə müddətlərini müəyyən edir və investisiya əmtəələrinin ümumi dəyərini onların xidmət etdikləri bütün
illər arasında bərabər bölürlər. Və deməli, investisiya əmtəələri öz dəyər-lərini
məhsuldar xidmətetmə müddətində istehsal olunan məhsulların üzərinə hissə-hissə
keçirirlər. Ayrı-ayrı illərdə istehsal prosesində istehlak olunan kapitalın
həcmini ifadə edən illik ayırmalara amortizasiya deyilir. Amortizasiya hər il,
şirkətin əldə etdiyi mənfəət və ümumi gəlir haqqında daha dəqiq hesabat
hazırlamaq üçün aparılan mühasibat qeydiyyatıdır. Bütün bunlar göstərir ki, iqtisadiyyatda yaradılan mənfəətin və ümumi gəlirin kəmiyyətini düzgün hesablamaq
üçün sahibkarlıq bölməsinin ümumi gəlirinin tərkibindəki böyük məbləğdə amortizasiya ayırmaları nəzə-rə alınmalıdır. Amortizasiya ayırmaları kapitalın istehlak
olunması ilə əlaqədar olan ayırmalardır. Bu ayırmalar cari ildə ÜMM-in istehsalı
prosesində istehlak olunmuş və gələcəkdə sıradan çıxacaq investisiya əmtəələrinin
satın alınması üçün nəzərdə tutulur.
KitabYurdu.az
147
Vəsaitin bölüşdürülməsinin gəlirlərin ödənilməsi ilə əlaqədar olmayan
növlərindən biri də ondan ibarətdir ki, dövlət, bizneslə məşğul olan şirkətlərdən
dolayı vergilər alır. Şirkətlər isə bu vergiləri özlərinin xərclərinə daxil edir və
qiymətləri müəyyən edərkən onu nəzərə alırlar. Bunlara satış vergisi, aksizlər,
əmlak vergisi, lisenziya ödənişləri, gömrük rüsumları daxildir. Dolayı vergilərin
alınmasını aşağıdakı misalla izah edək. Tutaq ki, şirkət istehsal etdiyi məhsulun hər
vahidini 45 manata satmağı nəzərdə tutmuşdur. Lakin dövlət pərakəndə ticarətdə
satılan bütün əm-təələrə onların qiymətinin 4%-i qədər vergi müəyyən etmişdir.
Deməli, pərakəndə ticarət təşkilatları məhsulların qiy-mətlərini 4% artırmalı, onu
46,8 manata satmalıdırlar. Gö-ründüyü kimi, mahiyyətcə bu vergi istehlakçılar
tərəfindən ödənilir və dövlətin gəlir mənbələrindən biridir. Dolayı ver-gilər
formasında əldə edilən gəlirlər–qeyri-əmək gəlirləridir, çünki dövlət onların
formalaşmasına heç bir vəsait sərf etmir. Bu deyilənlərdən aydın olur ki, son məhsul onun üzərinə dolayı vergilər əlavə edildikdən sonra istehlakçının əlinə keçir.
Ona görə də hər il yaradılan ümumi gəlir müəy-yən edilərkən bizneslə məşğul olan
şirkətlərdən alınan dolayı vergilər onun tərkibinə daxil edilir.
Işsizlik dövründə işçilərə bizneslər və dövlət tərəfin-dən ödənilən sosial
sığorta, pensiya təminatı, tibbi yardım, müavinət və s. də bu kateqoriyaya daxildir.
Renta tədiyələri də gəlirlərə aiddir və onu iqtisadiyyatı ehtiyatlarla təmin
edən ev təsərrüfatlarının mülkiy-yətçiləri mənimsəyirlər. Pul kapitalı
mülkiyyətçiləri isə borc verdikləri kapitalın müqabilində faiz şəklində gəlir əldə
edirlər. Deməli, faiz də gəlirlərə aiddir. Lakin dövlət tərəfindən həyata keçirilən
faiz ödənişləri faiz şəklində əldə edilən gəlirdən çıxılır. Bu, onunla əlaqədardır ki,
dövlət biznesdən əldə etdiyi dolayı vergilərin müqabilində isteh-salata birbaşa
vəsait qoymur, başqa sözlə, dövlət iqtisadi ehtiyatlarla təminatçı vəzifəsini yerinə
yetirmir.
Geniş mənada işlədilən mənfəət iki yerə bölünür: 1) Mülkiyyətə görə,
yaxud da sahibkarlığın qeyri-korporativ bölməsindən əldə edilən mənfəət; 2)
Korporasiyaların əldə etdikləri mənfəət.
Mülkiyyətə görə əldə edilən mənfəət dedikdə fərdi mülkiyyətdə olan
müəssisə, habelə kooperativ sahiblərinin xalis gəliri nəzərdə tutulur.
Korporasiyaların əldə etdikləri mənfəət isə aşağıdakı kimi istifadə olunur:
onun bir hissəsi mənfəət vergisi şəklin-də dövlətə verilir, yerdə qalan məbləğin bir
hissəsi səhmdar-lar arasında dividend şəklində bölünür; vergi və dividend
çıxıldıqdan sonra qalan məbləğ isə korporasiyaların bölüş-dürülməyən mənfəəti
adlanır. Bölüşdürülməyən mənfəətin bir hissəsi istehlak olunmuş kapitalın bərpa
edilməsi üçün ayrılır, bir hissəsi isə gələcəkdə istehsalı genişləndirmək – yeni
zavodlar tikilməsi və avadanlıqlar alınması üçün nəzər-də tutulur.
Beləliklə, nəzərdən keçirilən aşağıdakı gəlir kateqoriyalarının köməyilə
istehsalın illik bazar dəyəri, yəni ÜMM hesablanır: 1) Istehlak olunmuş
kapitalın dəyəri (amortiza-siya məbləği); 2) Şirkətlərdən alınan dolayı vergilər; 3)
Muzdlu işçilərin əmək haqqı; 4) Icarə haqqı; 5) Faiz; 6) Mülkiyyətə görə əldə
edilən mənfəət; 7) Korporasiyaların əldə etdikləri mənfəətdən alınan vergilər; 8)
Dividendlər; 9) Korporasiyaların bölüşdürülməyən mənfəəti.
KitabYurdu.az
148
3. Xalis milli məhsul və milli gəlir.
ÜMM-in çox mühüm bir çatışmazlığı vardır. Bu, ondan ibarətdir ki, o, cari
ildə istehsalın həcmi haqqında şişirdilmiş təsəvvür yaradır. Çünki ÜMM-in
tərkibində cari ildə istehsal prosesində istifadə olunan investisiya əmtəə-lərini
yenilərilə əvəz etmək üçün zəruri olan vəsait də öz əksini tapır. Bunu aşığıdakı
həqiqətdən aydın görmək olar. Məsələn, tutaq ki, 2006-cı il yanvar ayının 1-i
vəziyyətinə iqtisadiyyatın bütün sahələrində 10 mlrd. manatlıq investisiya
əmtəələri vardır. Il ərzində 90 mlrd. manatlıq ÜMM istehsal olunmuş, 5 mlrd.
manatlıq maşın və avadanlıq istehalk edilmişdir. Deməli, investisiya əmtəələrinin
dəyərindən 5 mlrd. manatı ÜMM-ə daxil edildiyinə görə, 2006-cı il dekabr ayının
31-i vəziyyətinə 5 mlrd. manatlıq investisiya əmtəələri qalmışdır. Buradan belə bir
nəticə çıxarmaq olarmı ki, 2006-cı ildə istehsal olunan 90 mlrd. manatlıq ÜMM
cari ildə cəmiyyətin rifahının yaxşılaşdırılması üçün əlavə imkanlar yaratmışdır?
Əlbəttə, yox! Bu barədə daha düzgün nəticə çıxarmaq üçün ÜMM-dən həmin il
istehsal prosesində istehlak olunmuş maşın və avadanlıqların yerini doldurmaq
məqsədilə istifadə olunacaq 5 mlrd. manatı çıxmaq lazımdır. Bu qaydada
hesablama aparsaq 85 mlrd. manat (90 mlrd. manat – 5 mlrd. manat) alarıq ki, bu
da istehsalın xalis həcmini göstərir.
Beləliklə, ÜMM-ə nisbətən xalis milli məhsul (XMM) göstəricisi cari ildə
istehsalın ümumi həcmi, istehlak olunmuş kapital və kapital yığımı haqqında
daha düzgün təsəvvür verir. XMM ümummilli məhsuldan cari ildə istehsal
prose-sində istehlak olunmuş əsas kapitalın dəyərini (amortizasiya ayırmalarını)
çıxmaq yolu ilə hesablanır. Bunu aşağıdakı şərti misalla izah edək. Tutaq ki, 2006cı ildə 15,2 mlrd. manatlıq ÜMM istehsal edilmiş, istehlak olunmuş kapitalın
dəyəri 1,5 mlrd. manat olmuşdur. Deməli XMM 13,7 mlrd. manata (15,2 mlrd.
manat – 1,5 mlrd. manat) bərabərdir. Buradan aydın olur ki, XMM amortizasiya
ayırmalarının məbləği nəzərə alınmaqla təshih olunmuş ÜMM deməkdir. XMM-in
köməyilə sonrakı illərdə istehsal imkanları pisləşmədən iqtisadiyyatın istehlakı
təmin etmək iqtidarında olub-olmaması müəyyənləşdirilir.
Cari ildə XMM-in yaradılmasında iştirak edən torpaq, işçi qüvvəsi, kapital
və sahibkarlıq qabiliyyəti müqabilində əldə edilən gəlirlərin formalaşması
mənbələrinin, başqa sözlə, ehtiyatların istehlak olunması baxımından cari ildə xalis
məhsulun cəmiyyətə neçəyə başa gəlməsinin müəyyən olunması da böyük
əhəmiyyətə malikdir.
Məlum olduğu kimi, XMM-in tərkib ünsürlərindən biri də şirkətlərin
ödədikləri dolayı vergilərdir. Lakin yuxarıda göstərildiyi kimi, dolayı vergilər
iqtisadiyyatın ehtiyatlarla təmin olunmasında bilavasitə iştirak etməyən dövlətin
sərəncamına keçir. Ona görə də cari ildə ÜMM-in istehsalı gedişində qazanılan
əmək haqqı, renta tədiyələri, faiz və mənfəətin ümumi məbləğini müəyyən etmək
üçün XMM-dən biznesin ödədiyi dolayı vergilər çıxılır və alınan göstəriciyə
milli gəlir deyilir. Milli gəlirin tərkibinə konkret olaraq aşağıdakılar daxildir:
1)Muzdlu işçilərin əmək haqqı; 2) Icarə haqqı (renta tədiyələri); 3) Faiz; 4)
Mülkiyyətə görə əldə edilən mənfəət; 5) Korporasiyaların əldə etdikləri
KitabYurdu.az
149
mənfəətdən ödədikləri vergilər; 6) Dividendlər; 7) Korporasiyaların
bölüşdürülməyən mənfəəti.
Şəxsi gəlir (əldə edilmiş gəlir) və əməklə qazanılmış gəlir anlayışlarını
bir-birindən fərqləndirmək lazımdır. Bu, onunla əlaqədardır ki, əməklə
qazanılmış gəlirin sosial sı-ğorta haqqından, korporasiyaların mənfəətindən alınan
vergilərdən və onların bölüşdürülməyən mənfəətindən ibarət olan hissəsi əslində ev
təsərrüfatlarının əlinə keçmir. Ev təsərrüfatlarının əlinə keçən gəlirlərin bir
hissəsini isə, məsə-lən, transfert ödənişlərini əməyin nəticəsi hesab etmək ol-maz.
Transfert ödənişlərinin aşağıdakı növləri vardır: 1) Qocalıq və bədbəxt hadisələrə
görə sığorta ödənişləri, habelə sosial proqramlar əsasında verilən müavinətlər; 2)
Maddi yardım üzrə ödənclər; 3) Veteranlara verilən müxtəlif ödənclər, məsələn,
təhsil almaq üçün subsidiyalar, əmək qabiliy-yətini itirdikdə verilən yardım; 4)
Işsizliyə görə verilən xüsusi pensiyalar və maddi yardımlar; 5) Hökumət və
istehlakçılar tərəfindən ödənilən faiz.
Beləliklə, milli gəlirdən əməklə qazanılmış gəlir növ-ləri çıxılır, cari ildə
əmək fəaliyyətinin nəticəsi olmayan və əldə edilmiş gəlir adlandırılan gəlir növləri
onun üzərinə əla-və edilməklə şəxsi gəlir müəyyən olunur. Deməli, şəxsi gəlir
fərdi vergilər çıxıldıqdan sonra qalan gəlirdir. Fərdi vergilər isə gəlir vergisindən,
şəxsi əmlak və vərəsəlik vergilərindən ibarətdir. Bunların içərisində əsas yeri gəlir
vergisi tutur. Şəxsi gəlirdən isə istehlak və yığım üçün istifadə olunur.
4. Ümummilli məhsul və cəmiyyətin iqtisadi rifahı.
ÜMM milli iqtisadiyyatın inkişaf səviyyəsinə qiymət verərkən istifadə
olunan başlıca göstərici olsa da, bu barədə iqtisadçılar arasında fikir birliyi yoxdur.
Bəzi iqtisadçıların fikrincə, ÜMM-i cəmiyyətin rifahını ifadə edən göstərici hesab
etmək düzgün deyildir. Belə bir fikir də geniş yayılmışdır ki, real ÜMM ilə iqtisadi
rifah arasında çox sıx və qarşılıqlı əlaqə vardır. Başqa sözlə, bu iqtisadçıların
fikrincə istehsalın səviyyəsi nə qədər yüksək olarsa, cəmiyyət də ən yaxşı həyat
səviyyəsinə yaxınlaşmış olar. Bütün bunlar belə bir nəticə çıxarmağa əsas verir ki,
ÜMM-in bir sıra çatışmayan cəhətlərinin – onun artması və ya azalması
səbəblərinin istehsalın real həcminə necə təsir etməsinin, həmçinin istehsalın
həcmi artdığı hallarda belə, onun, cəmiyyətin rifahının yüksəldilməsinə səbəb
olmasına təsir göstərdiyini təsdiq edən amillərin aşkara çıxarılması olduqca
vacibdir.
Elə istehsal əməliyyatları da vardır ki, onlar bazarda həyata keçirilmir
və deməli, istehsal olunan məhsulların bazar dəyərinin ifadə vasitəsi olan
ÜMM-ə daxil edilmir. Evdar qadının, öz evini təmir edən dülgərin işi, yaxud da
alimin haqqı ödənilməyən elmi məqalə yazması buna əyani misal ola bilər.
Təbiidir ki, bunlar şirkətlərin hesabatlarında öz əksini tapmır və ona görə də milli
gəlirə daxil edilmir. Bu isə öz növbəsində ÜMM-in həcminin az olmasına səbəb
olur. Lakin öz miqyasına görə ayrı-ayrı ən böyük qeyri-bazar əməliyyatları –
məsələn, fermerlərin öz məhsullarından özlərinin istehlak etdikləri hissə – milli
gəlir hesablandıqda nəzərə alınır.
KitabYurdu.az
150
Cəmiyyətin iqtisadi rifahını ifadə edən göstəricilərdən biri də iş
gününün uzunluğu, məzuniyyət günləri, asudə vaxt və onlardan necə istifadə
olunmasıdır.
Məlum olduğu kimi, kapitalizmin ilk dövrlərində iş günü qanunvericilik
yolu ilə uzadılırdı, fəhlə sinfinin siyasi şüur səviyyəsi aşağı olduğuna və o, kifayət
qədər mütəşəkkil olmadığına görə sahibkarlar iş gününün uzunluğunu hətta bəzi
hallarda 14-16 saata çatdırırdılar. Lakin sonralar işçi-lərin siyasi şüuru və
mütəşəkkilliyinin yüksəlməsinin təsiri ilə sahibkarlar iş gününə müəyyən hədd
qoymağa məcbur oldular. Bunun nəticəsidir ki, iş həftəsinin uzunluğu, məsələn,
ABŞ-da XX əsrin əvvəllərindəki 53 saatdan ikinci dünya müharibəsinin axırlarında
40 saata endirildi. O vaxt-dan etibarən iş həftəsinin uzunluğu yenə də qismən
azalmış və hazırda 35 saata bərabərdir. Bundan başqa, haqqı ödənilən və
ödənilməyən məzuniyyətlər və bayram günləri illik iş günlərinin azalmasına təsir
göstərmişdir. Bütün bunların nəticəsində işçilərin asudə vaxtları artmış və deməli,
cəmiy-yətin rifahı yaxşılaşmışdır.
ÜMM kəmiyyət göstəricisi olduğu üçün o, əmtəələrin keyfiyyətinin
yaxşılaşdırılmasını əks etdirmir. Lakin aydın-dır ki, keyfiyyətin yaxşılaşması
məhsulların reallaşdırıl-masını asanlaşdırır, istehsalın genişləndirilməsi üçün
stimul yaradır. Doğrudur, keyfiyyətin yaxşılaşması ilə eyni vaxtda qiymətlər də
yüksələ bilər və yüksəlir. Deməli, qiymətlərin həddindən artıq yüksəlməsi
reallaşdırmada müəyyən çətinliklər yarada bilər. Lakin qeyd etmək lazımdır ki,
qiymət-lərin yüksəlməsi nəticəsində məhsul istehsalı artır, təklif tələbdən irəlidə
gedir, bu isə qiymətlərlə məhsulların keyfiy-yəti arasındakı asılılıqda tarazlaşmaya
gətirib çıxarır.
Ümumi məhsulun bölgüsündə baş verən dəyişikliklər cəmiyyətin iqtisadi
rifahına təsir göstərir. ÜMM yalnız istehsal olunan məhsulların həcmini əks etdirir,
hazırlanan əmtəələrin cəmiyyətin tələbatına uyğun gəlib-gəlməməsi haqqıda isə
təsəvvür yaratmır. Məsələn, ola bilər ki, müqayisə üçün əsas götürülən bütün
şərtlər gözlənilməklə əsas dövrə nisbətən cari dövrdə ÜMM artmışdır. Lakin deyək
ki, bu artım cəmiyyətdə aztapılan, yəni daha çox tələbat olan məhsullar hesabına
deyil, insanların tələbatlarının nisbətən yaxşı ödənildiyi məhsullar hesabına
olmuşdur. Bu isə ayrı-ayrı məhsullar üzrə tələblə təklif arasındakı nisbətin
pozulması deməkdir. Bəzi iqtisadçılar belə hesab edirlər ki, istehsal olunan bütün
məhsulun ədalətli bölgüsü cəmiyyətin iqtisadi rifahının yüksəlməsinə səbəb
olmaqla yanaşı, gələcəkdə istehsalın səmərəliliyinə əks təsir göstərə, onun
artırılmasında adamların fəallığının azalmasına səbəb ola bilər. Bundan başqa,
ÜMM-in artması ilə yanaşı, əhalinin sayı da artır. Göründüyü kimi, cəmiyyətin
iqtisadi rifahına xarakteristika vermək üçün ÜMM həqiqi mənzərəni aşkara
çıxarmağa imkan vermir. Odur ki, hər nəfərə görə məhsul istehsalı göstəricilərindən istifadə edilir. Bu göstəricilərə hər nəfərə düşən ümummili məhsul,
milli gəlir, konkret məhsul növləri (ət, süd, taxıl, polad, elektrik enerjisi və i. a.)
istehsalı, istehlak malları istehsalının quruluşu və dinamikası, əhalinin pul gəlirləri
və banklardakı əmanətlə-rinin məbləği, ailə büdcəsi, iş gününün uzunluğu,
məzuniy-yət günlərinin miqdarı, əhalinin məşğulluğu, asudə vaxt, ondan istifadə
olunması və s. daxildir.
KitabYurdu.az
151
"Ümummilli əlavə məhsul" kimi arzuolunmaz bir göstərici də vardır ki,
istehsalın həcminin və deməli, ÜMM-in artmasına o da təsir edir. Bu, havanın
və suyun çirklən-məsinə qarşı görülən tədbirlərlə əlaqədar, habelə metal qırıntıları
tullantılarından əmələ gələn zibilliklərin təmizlən-məsinə və s. sərf olunan
xərclərdir. Ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün həyata keçirilən
tədbirlərlə əlaqədar olan xərclər ÜMM-dən çıxılmadığına görə istehsalın həcminin
şişirdilməsinə səbəb olur və cəmiyyətin iqtisadi rifahının yüksəlməsi haqqında
yanlış təsəvvür verir. Deməli, buradan da belə bir fikir meydana çıxa bilər ki,
istehsalın həcmi artdıqca, ətraf mühit daha çox çirklənir və ÜMM də bir o qədər
təhrif olunur. Bunu bir iqtisadçının obrazlı ifadə ilə dediyi "iqtisadi həyatın
son məhsulu zibildir" sözləri də təsdiq edir. Başqa bir nəticə isə ondan ibarətdir
ki, ÜMM nə qədər çox olarsa zibil də bir o qədər çox olur və ətraf mühit də bir o
qədər çox çirklənir. Əslində isə müha-sibat üçotunun mövcud prinsiplərinə uyğun
olaraq istehsal-çı axar çayı çirkləndirdikdə, dövlət isə onun təmizlənməsi üçün
vəsait sərf etdikdə, bununla əlaqədar olan xərclər ÜMM-ə əlavə edilir, çirklənmənin özünün dəyəri isə onun üzərindən çıxılır.
5. Milli sərvət və onun artırılması yolları.
Milli sərvət (xalq sərvəti) hər bir ölkənin iqtisadi qüdrətini və
imkanlarını ifadə edən çox mühüm göstəri-cilərdən biridir. O, bütün insan
nəsillərinin əməyilə yaradı-lan və müəyyən dövrdə ölkənin ərazisində olan
nemətlərdən (investisiya əmtəələri və istehlak şeyləri) və təbii sərvətlərdən
ibarətdir. Buna uyğun olaraq milli sərvəti iki yerə bölmək olar: 1) Insanların əməyi
ilə yaradılan sərvət; 2) Təbii sərvətlər (ehtiyatlar).
Milli sərvətin tərkibində insanların əməyi ilə yaradılan sərvət həlledici
əhəmiyyətə malikdir. Çünki yalnız yeni təbii ehtiyatların mənimsənilməsi
imkanları deyil, həm də ətraf mühitin mühafizəsi, habelə təbii ehtiyatların gələcək
nəsillər üçün qorunub saxlanması tələblərinə əməl etməklə onlardan səmərəli
istifadə edilməsi məhz bu sərvətdən, onun vəziyyətindən asılıdır.
Bu sərvətə əvvəllərdə insanların əməyi ilə yaradılmış və ölkədə müəyyən
dövrdə toplanmış əsas kapital ünsürləri və istehlak olunmamış dövriyyə kapitalı
ünsürləri ehtiyatlarından ibarət olan maddi resurslar, habelə qeyri-istehsal
sahələrində istifadə olunan maddi vəsaitlər (yaşayış bina-ları, xəstəxana və
poliklinikaların, idarəetmə müəssisələrinin avadanlıqları, əhalinin şəxsi əmlakı)
daxildir.
Əməyin süzgəcindən keçməmiş təbii ehtiyatlar cəmiyyətin təbii sərvətini
təşkil edir. Insanlar yerin təkindən faydalı qazıntıları çıxarmaqla təbii ehtiyatların
azalmasına və son nəticədə tamamilə tükənməsinə səbəb olur və onları bərpa
etmək imkanına malik deyildirlər. Doğrudur, insanlar təbii sərvətlərin süni
əvəzedicilərini yarada, bəzilərini bərpa edə, yaxud da yeni ehtiyatları, təbii
yataqları kəşf edə bilərlər. Lakin onlar yeni faydalı qazıntı ehtiyatları yarada
bilməzlər1.
KitabYurdu.az
152
Bəzi təbii ehtiyatların bərpa olunması müəyyən qə-dər xərc tələb edir və
iqtisadi proseslərin – torpağın iqtisadi münbitliyinin yüksəlməsi, süni meşəliklərin
salınması və s. – nəticəsi kimi meydana çıxır. Bu zaman həmin ehtiyatların iqtisadi
təbiəti dəyişir, onlar təkcə iqtisadi münasibətlərin obyekti deyil, həm də onun
nəticəsi olur, təbiətin insanlara hazır halda verdiyi dövriyyə kapitalının ünsürü
olmaqdan çıxır, əmək prosesinin nəticəsinə, məhsulun, insanların əmə-yi ilə
yaradılan sərvətin bir hissəsinə çevrilir. Və deməli, bir tərəfdən istehsalın məhsulu,
digər tərəfdən isə onun maddi ilkin şərti olur. Bir halda ki, belədir, onda sərvətlə
məhsul arasındakı qarşılıqlı əlaqədə iki xətti ayırmaq lazımdır. Bunlardan biri
"məhsul-sərvət", digəri isə "sərvət-məhsul" xəttidir.
"Məhsul-sərvət" qarşılıqlı əlaqəsində sərvətin isteh-salı və təkrar istehsalı
fəal rol oynayır. Məhsuldan sərvətə doğru gedən hərəkət xəttində nəinki sərvətin
istehlak olunmuş hissəsi ödənilir, o həm də artırılır.
"Sərvət-məhsul" qarşılıqlı əlaqəsində isə sərvətin istehsal prosesinin
maddi ilkin şərti, habelə istehsalda əməyin maddi - texniki bazası olması şərtinə
əsaslanılır.
Nemətlərdə maddiləşmiş milli sərvətlərlə yanaşı, cəmiyyət həm də mənəvi
sərvətlərə – elmi, təhsil, mədəni potensiala - malikdir.
Milli sərvətin maddi əsasını istehlak dəyərləri təşkil edir. Bundan başqa, elə
şeylər də vardır ki, əməyin nəticələri olsalar da maddi formada mövcud deyildirlər.
Lakin bunlara baxmayaraq onları da millətin sərvəti adlandırmaq olar. Əhalinin
məharət dərəcəsi, intellektual səviyyəsi, istehsal təcrübəsi və s. buna misal ola
bilər.
Bu deyilənlərdən aydın olur ki, milli sərvət olduqca mürəkkəb iqtisadi
quruluşa malikdir və müəyyən konkret tarixi şəraitdə onun kəmiyyətinin
hesablanması çox vacibdir. Milli sərvətin tərkibi konkret olaraq aşağıdakılardan ibarətdir: iqtisadiyyatın bütün sahələrində olan əsas və dövriyyə kapitalı,
əmtəə kapitalı, pul kapitalı, dövlətin müxtəlif formalarda (maddi, sığorta,
qızıl,ölkənin müdafi-əsinin təşkili üçün nəzərdə tutulan) olan ehtiyatları, təbii
ehtiyatlar (torpaq, meşələr, faydalı qazıntılar, su ehtiyyat-ları və i.a.). Milli sərvət
adətən dəyər ifadəsində hesablanır. Lakin insan əməyinin məhsulu olmayan
şeylərin qiymətləndirilməsi bir qədər ixtiyari olsa da, hər halda mümkündür. Başqa
sözlə, riyaziyyatda müxtəlif kəmiyyətlər xəyali oldu-ğu kimi, iqtisadi hesablamalarda da xəyali qiymətlərdən istifadə etmək olar.
Milli sərvətin tərkibində ayrı-ayrı ünsürlərin xüsusi çəkisi (%-lə) onun
quruluşunu ifadə edir. Milli sərvətin quru-luşu mülkiyyət formalarına görə də
hesablana bilər. Lakin onun quruluşu sabit kəmiyyət deyildir. Müasir dövrdə bir
sıra amillərin, xüsusilə də elmi-texniki inqilabın təsiri ilə milli sərvətin tərkibində
dərin keyfiyyət dəyişiklikləri baş verir, əsas kapital ünsürləri sürətlə artır və
təzələnir, təbii sərvətlər təsərrüfat dövriyyəsinə daha çox cəlb edilir. Milli sərvətin
artması xalqın həyat səviyyəsini yaxşılaşdırmaq və şəxsiyyətin hərtərəfli, azad
inkişafı üçün zəruri şərtdir. Milli sərvət digər amillərlə yanaşı istehsal prosesində
yaradılan ÜMM hesabına artırılır.
KitabYurdu.az
153
Mövzu 17. Gəlirlərin formalaşması və bölgüsü.Əmək haqqı.(2 saat).
Plan
1.Gəlirlərin formalaşmasının bazar mexanizmi.
2. Əhali gəlirləri, onların növləri və yaranma mənbələri.
3. Gəlirlərin bərabərsizliyi. M. Lorens əyrisi və K. Cini əmsalı.
4. Əmək haqqının mahiyyəti, formaları və sistemləri.
5. Nominal və real əmək haqqı, onlara təsir edən amillər.
6. Həyat səviyyəsi və yoxsulluq.
7. Dövlətin sosial siyasəti. Əhalinin sosial müdafiə sistemi.
1. Gəlirlərin formalaşmasının bazar mexanizmi.
Gəlir anlayışının mahiyyətini, gəlirlərin mənbələrini aşkar etməzdən əvvəl,
bölgü münasibətlərinin məzmunu haqqında qısa da olsa şərh verilməsi tələb
olunur.
Hər bir cəmiyyətdə və hər bir ölkədə istehsal olunmuş ümumi milli məhsul
bölünür. Onun hər bir hissəsi ictimai tələbatların, digər hissəsi isə cəmiyyət
üzvlərinin şəxsi istehlaklarının ödənilməsi üçün istifadə olunur.
Bölgü münasibətlərini geniş və dar mənada fərqləndirmək olar. Geniş mənada
bölgü dedikdə, istehsal subyektləri arasında istehsal şərtlərinin və amillərinin
bölgüsü nəzərdə tutulur. Dar mənada bölgü dedikdə, sadəcə olaraq, istehsalın
nəticəsi olan məhsulların bölgüsü başa düşülür.
Lakin belə bölgü formalarını, ümumi milli məhsulun istehsal amillərinə(əmək,
kapital, torpaq, sahibkarlıq fəaliyyəti) görə və ya cəmiyyətin üzvləri arasında
bölüşdürülməsindən fərqləndirmək lazımdır. Birinci halda söhbət gəlirlərin
funksional bölgüsündən gedir. Gəlirlərin funksional bölgüsü nəticəsində ilkin
gəlirlər -əmək haqqı, faiz, renta və mənfəət formalaşır. İkinci halda isə söhbət
fərdi(şəxsi) bölgüdən gedir, bu zaman ayrı ayrı şəxslər, ailələr, ev təsərrüfatları
arasında gəlirlərin səviyyəsinə uyğun bölgü nəzərdə tutulur.
Beləliklə bölgü cəmiyyətin bu və ya digər üzvünə və istehsal amilinə düşən
məhsulun həcmini və payını müəyyən edir.
Gəlirlərin yenidən bölgüsünü və ilkin bölgüsünü bir birindən fərqləndirirlər.
Gəlirlərin ilkin bölgüsü nəticəsində maddi istehsalın iştirakçılarının hər birinin
istehsal olunmuş milli gəlirdə payı müəyyən edilir.Gəlirlərin yenidən bölgüsündə
KitabYurdu.az
154
milli gəlirin bilavasitə istehsalı ilə məşğul olmayan cəmiyyətin digər üzvləri iştirak
edirlər. Cəmiyyətin bir sıra sosial qrupları -müəllimlər, həkimlər, elm və incəsənət
xadimləri, dövlət məmurları məhz bu bölgü nəticəsində müəyyən gəlirlərə malik
olurlar.
Bölgü iqtisadi və sosial funksiyaları yerinə yetirir. Bölgünün iqtisadi funksiyası
tələbatlar, maraqlar, həvəsləndirmə sistemi vasitəsilə milli iqtisadiyyata təsirində
özünü göstərir. Bölgünün sosial funksiyası isə sosial tələbatların ödənilməsini və
inkişafını təmin edir. Milli iqtisadiyyatın inkişafında bölgünün mühüm əhəmiyyəti
vardır.
İqtisadi ədəbiyyatda gəlir anlayışı iki mənada nəzərdən keçilir. Birinci mənada,
gəlirə istehsal olunmuş məhsulun dəyərinin onun istehsalın asərf olunan xərclərdən
artıq olan hissəsi kimi baxılır. İkinci mənada isə gəlir istehsal olunmuş məhsulda
bazar iqtisadiyyatının hər bir subyektinin payının müəyyən olunması kimi
nəzərdən keçirilir. Bu bölmədə gəlir anlayışına ikinci mənada baxılacaqdır.
Gəlirlərin formalaşmasının bazar sistemi, inzibati amirlik sistemində formalaşan
gəlirlərdən əsaslı dərəcədə fərqlənir. İnzibati amirlik sistemində hər bir vətəndaşın
əmək sərfinə uyğun gəlməyən hər hansı bir gəlir yol verilməz hesab olunurdu.
Bazar iqtisadiyyatında əmtəələr, xidmətlər, kapitallar və iş qüvvələri bazarlarında
azad rəqabət nəticəsində əldə olunan hər bir gəlir normal və məqbul sayılır.
Gəlirlərin bölgüsünün bazar mexanizmi cəmiyyət üzvlərinə nə bərabər gəlirlər, nə
də eyni rifah halı zəmanəti vermir. Gəlirlərin formalaşmasının bazar mexanizmi öz
özlüyündə sosial ədalət prinsipi ilə az əlaqədardır.
Qərb iqtisadi nəzəriyyəsində gəlirlərin ədalətli bölgüsündə dörd nöqteyi nəzər
mövcuddur: eqalitar, roulsian, utilitar, bazar. Eqalitar prinsipə görə cəmiyyətdə
gəlirlərin gölgüsündə bərabərsizlik yoxdur. Roulsial prinsip gəlirlərin elə
diferensiasiyasını ədalətlə sayır ki, nisbi iqtisadi bərəbərsizlik cəmiyyətin ən
yoxsul üzvlərinin daha yüksək mütləq həyat səviyyəsinin təmin edilməsinə təsir
göstərsin. Utilitar prinsipə görə gəlirlər onların ayrı -ayrı adamlar tərəfindən
istifadəsinin faydalılığına proporsional şəkildə bölüşdürülməlidir. Bazar prinsipi
istehsal amilləri mülkiyyətçilərinin gəlirlərinin həmin amillərdən alınan son hədd
məhsullarına uyğun olaraq bölünməsinin nəzərdə tutur. Bu halda gəlirlərin
bölgüsündə həddən artıq bərabərsizlik mövcud olur.
Göstərdiyimiz kimi, gəlirlərin formalaşmasının bazar mexanizmigəlirlərin
bölgüsündə bərabərsizliyə gətirib çıxarır. Bununla belə XX əsrin sonunda bazar
iqtisadiyyatının sənayecə inkişaf etmiş ölkələrində hər bir insan, iqtisadi
fəaliyyətin formasından və nəticələrindən asılı olmayaraq onun layiqli yaşayışını
təmin edən minimum rifah halının olması hüququna malikdir. Bu məqsədlə dövlət
əhalinin müəyyən hissəsinin normal həyat tərzinin təmin edilməsi üçün aktiv sosial
tədbirlər həyata keçirir. Dövlət gəlirlərin yenidən bölgüsündə fəal iştirak
etməkləmbir biri ilə əlaqədar olan iki məsələni həll edir. Bir tərəfdə o, gəlirlərdə
olan bərabərsizliyi zəiflətməyə çalışır, digər tərəfdən isə bu bərabərsizliyi aradan
qaldıra bilmir və onun tam aradan qaldırılmasına da çalışmamalıdır.
Müasir şəraitdə inkişaf etmiş ölkələrdə dövlətin gəlirlərin yenidən bölgüsündə
fəal iştirakı böyük əhəmiyyət kəsb edir. Belə ki, müharibədən sonrakı illərdə ABŞ
-da transfert ödəmələrin( işsizliyə görə müavinətlər, sosial təminat ödəmələri,
KitabYurdu.az
155
dövlət təqaüdləri və s.) federal büdcənin xərclərində payı 60 faiz və ÜMM -də 15
faiz təşkil etmişdir.
2. Əhali gəlirləri, onların növləri və yaranma mənbələri.
İqtisadi nəzəriyyədə əhali gəlirləri dedikdə , müəyyən vaxt ərzində müntəzəm
olaraq bazar subyektlərinin əldə etdiyi pul və natural vasitələrin cəmi başa düşülür.
Pul gəlirləri əhaliyə pul şəkilində çatan əmək haqqı, sahibkar gəliri, təqaüd,
müavinət, divident, renta və mülkiyyətdən əldə edilən digər gəlirlər, həmçinin
şəxsi yardımçı təsərrüfat məhsullarının satışından qazanılan gəlirlərin məbləğindən
ibarətdir.
Natural gəlirlər şəxsi yardımçı təsərrüfatda yaradılan və əhalinin şəxsi
istehlakına natural şəkildə daxil olan vasitələrin dəyərini əks etdirir.
Əhali gəlirlərinin səviyyəsini və dinamikasını qiymətləndirmək üçün nominal,
sərəncamda qalan və real gəlirlər göstəricilərindən istifadə olunur.
Nominal gəlirlər- ayrı- ayrı şəxslərin və ya sosial qrupların müəyyən dövr
ərzində əldə etdiyi pul gəlirləridir.
Sərəncamda qalan gəlir- əhalinin şəxsi istehlakına və şəxsi yığımına sərf
olunan gəlirlərdir. Onun həcmi nominal gəlirlərdən, vergilər və məcburi
ödəmələrin miqdarı qədər az olur.
Real gəlirlər- əhalinin sərəncamında qalan gəlirlər hesabına mövcud
qiymətlərlə əldə edə biləcəyi maddi nemətlərin və xidmətlərin miqdarıdır. Real
gəlirlər əhalinin alıcılıq qabiliyyətinin əks etdirir. Gəlirlərin əsas növlərindən biri
nominal gəlirlərdir. Bu gəlir, əmək gəlirlərindən, kapitala görə gəlirlərdən və
transfert ödəmələrdən, yəni ictimai fondlardan daxil olan müxtəlif gəlirlər əsasında
formalaşır.Sonuncuya pensiya fondu, sosial sığorta və sosial müdafiə fondu,
işsizliyə görə müavinətlər və başqa ödəmələr daxildir.
Bazar iqtisadiyyatı şəraitində gəlirlərin formalaşması və bölgüsü problemlərini
araşdırarkən əmək ( zəhmətlə qazanılmış) gəlirləri və əməksiz ( zəhmətlə
qazanılmamış) gəlirləri bir-birindən fərqləndirmək lazımdır. Əməksiz gəlirləri,
şərti olaraq leqal və qeyri- qanuni gəlirlərə bölmək olar.
Leqal əməksiz gəlirlərə səhmlərdən alınan dividentlər, istiqraz vərəqləri və
digər qiymətli kağızlardan əldə olunan faizlər, əmtəələrin topdan və pərakəndə
satışı qiymətlərindəki fərqlərdən alınan mənfəət və s. daxildir. Bu gəlirlər bazar
iqtisadiyyatı üçün qanunauyğun və obyektiv sayılır.
Qeyri qanuni əməksiz gəlirlərin iki əsas növü müvcuddur.
Ümumkriminal mənşəli( korrupsiya, reket,narkobiznes, qaçaqmalçılıq və s.)
əməksiz gəlirlər. Bu növ gəlirlər, ümumiyyətlə desək, rəsmi iqtisadiyyatın
quruluşundan asılı olmayaraq mövcuddur. Bu cür fəaliyyətlərin cinayət tərkibli
olduğu v cəmiyyət üçün sosial təhlükə doğurduğu bütün dünya qəbul olunub və
qanunla teqib olunur.
Kriminal əməksiz gəlirlərin digər hissəsi məhz rəsmi iqtisadi quruluşun
doğurduğu əməksiz gəlirlərdir. Məsələn, “gizli”
iqtisadiyatın tipik növü
möhtəkirlidir, başqa sözlə, defisit məhsulların rəsmi dövlət qiymətindən qat qat
yüksək qiymətə satıb varlanmaqdır.
KitabYurdu.az
156
Kölgə iqtisadiyyatı və onunla əlaqədar olan əməksiz gəlirlər bütün dünyada
geniş yayılmışdır. Lakin onun miqyası müxtəlif ölkələrdə eyni deyildir. Belə ki,
ABŞ da kölgə iqtisadiyyatının ÜMM də payı 2,9 faizdən 8,2 faizə qədər,
İngiltərədə 3,3 faizdən 8,1 faizə, Fransada 6,7 faizdən 8,7 faizə, Kanadada 8,6
faizdən 10,1 faizə, AFR də 3,7 faizdən 8,3 faizə qədərini təşkil edir.
Dünyanın əksər ölkələrində əhali gəlirlərinin əsas mənbəyini əmək haqqı təşkil
edir. Lakin xüsusi mülkiyyətə məhdudiyyət qoymayan, bazar və ya qarışıq iqtisadi
sistemin bərqərar olduğu ölkələrdə əmək daqqı ilə yanaşı, ailələr mülkiyyətçi
olduqları başqa istehsal amillərindən də gəlir əldə edirlər. Məsələn: 1994 cü ildə
ABŞ da ailə gəlirlərinin quruluşu aşağıdakı kimi olmuşdur:
1. Əmək haqqı, məvacib və muzdla işləyən fəhlələrin digər gəlirləri- 65 faiz.
2. Firmaların fərdi sahibkarlarının gəlirləri-8 faiz.
3. Renta-0,1 faiz.
4. Divident-3 faiz.
5. Faiz gəliri-12 faiz.
6. Transfert ödəmələr-11,9 faiz.
Əvvəllər bizim ölkəmizdə vəziyyət tamamilə fərqli idi. Burada sosialist i
nqilabından sonra inzibati amirlik sistemi kapital və torpaq üzərində xüsusi
mülkiyyəti ləğv etdi və cinayət kodeksinin müvafiq maddəsi ilə sahibkarlıq
fəaliyyəti qadağan edildi. Əmək, insanların sahib olduğu və satıb gəlir əldə edə
biləcəyi yeganə istehsal amili oldu. Lakin 90-cı illərdən başlayaraq iqtisadiyyatda
və qanunvericilik sahəsində islahatların aparılması nəticəsində vətəndaşlara xüsusi
mülkiyyət əsasında istehsal amillərinə sahiblik etməyə qanuni icazə verildi.
İstehsal amilləri üzərində xüsusi mülkiyyətin yenidən bərpa olunması, ailə
gəlirlərinin quruluşunda müəyyən dəyişiliklərə gətirib çıxartdı. Hal- hazırda
Azərbaycan Respublikasında ailələrin pul gəlirlərinin quruluşu 1997-ci ilin statistik
rəqəmlərinə görəaşağıdakı kimi olmuşdur:
1. Əmək gəlirləri- 40 faiz.
2. Kənd təsərrüfatı məhsullarının satışından daxil olan gəlirlər- 13,2 faiz.
3. Sosial transfertlər-7,7 faiz.
4. Mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən və s. daxil olan gəlirlər- 39,1 faiz.
3. Gəlirlərin bərabərsizliyi. M. Lorens əyrisi və K. Cini əmsalı.
Bazar iqtisadiyyatında da “qazanılmış” və dövlət proqramları xətti ilə alınmış
gəlirlər, əhalinin gəlirləri sahəsində bərabərsizliyi və deməli, əhalinin rifah
halındakı fərqlərin yaranması şərtlərini saxlayır. Gəlirlərin bölgüsündə
bərabərsizliyi yaradan amillər aşağıdakılardan ibarətdir:
Adamların şəxsi qabiliyyətindəki fərqlər, ayrı ayrı insanların xüsusi istedada
malik olması daha yüksək gəlir əldə etməyə imkan verir;
Təhsilin səviyyəsi və işçilərin peşə hazırlğı daha yüksək gəlir qazanmağa şərait
yaradır;
Mülkiyyətə sahib olmaq, vərəsəlik hüququ gəlrlər arasında olan fərqləri artırır;
Peşəkarlıq zövqü və riski, daha intensiv işləmək və risk etmək əldə edilən
gəlirləri artırır;
KitabYurdu.az
157
Bazarlarda hökmran mövqe tutmaq,süni şəkildə qiymətləri qaldırmaq gəlirlər
arasında olan fərqlərə təsir edir;
Psixoloji amillər, uğur qazanmaq, əlaqələr, bədbəxt hadisələr gəlirlər arasındakı
bərabərsizliyə təsir göstərir.
Gəlirlərin səviyyəsi toplanmış sərvətin həcmi ilə sıx əlaqədardır. Gəlirlər və
toplanmış sərvət arasında düz(gəlirlərin səviyyəsi sərvətin ölçüsünü müəyyən edir)
və tərs( sərvət çox olduqca ondan əldə edilən gəlirlər də çox olur) asılıq vardır.
Gəlirlər və yığılmış sərvətdə bərabərsizlik böyük miqyas alarsa, bu, ölkədə siyasi
və iqtisadi sabitliyə təhlükə yarada bilər. Buna görə də demək olar ki, dünyanın
bütün inkişaf etmiş ölkələrində bu bərabərsizliyi azaltmaq üçün daim tədbirlər
həyata keçirirlər.
İqtisadi nəzəriyyədə müxtəlif ölkələr və əhali qrupları arasında gəlirlərin
bölgüsündəki bərabərsizliyi ölçmək üçün Lorens əyrisindən istifadə edilir.OE xətti
gəlirlərin bölgüsündə mütləq bərabərliyi əks etdirir. Lakin adamların qabiliyyəti
müxtəlif olduğundan onların gəlirləri də müxtəlifdir.
Lorens əyrisinin forması gəlirlərin bölgüsündə bərabərsizliyin səviyyəsini
müəyyən edir. Əyrinin meylliliyi nə qədər çox olarsa, o, mütləq bərabərlik
xəttindən daha çox uzaqlaşır, gəllirlərin bölgüsündə bərabərsizlik daha da artır və
əksinə.
Əgər OE mütləq bərabərlik xətti ilə Lorens əyrisi arasındakı sahəni( qrafikdə
ştrixlənmiş sahə) T hərfi ilə işarə edib, onu OEF üçbucağının sahəsinə nisbətən
müəyyənləşdirsək, gəlirlərin bölgüsündəki bərabərsizliyin dərəcəsini əks etdirən
göstəricini alarıq. İqtisadi nəzəriyyədə bu göstərici İtaliya iqtisadtıçı və statistiki
Korrado Cininin adı ilə bağlı Cini əmsalı adlanır.
Burada G- gəlirlərin bərabərsizlik dərəcəsini ölçən göstəricidir.
Aydındır ki, Lorens əyrisi nə qədər çox OE tənbölənindən uzaqlaşarsa, bir o
qədər T fiqurunun sahəsi böyüyəcək və deməli, Cini əmsalı da 1- ə yaxınlaşacaq.
Müxtəlif ölkələr üçün bu əmsalın təhlili göstərir ki, gəlirlərin bölgüsündəki
bərabərsizlik həm inkişaf etmiş ölkələrdə, həm də bazar iqtisadiyyatına keçid
ölkələrində mövcuddur.
Beləliklə, Cini əmsalı nə qədər böyük olarsa Lorens əyrisi bir o qədər OF və EF
xətlərinə yaxınlaşır, yəni gəlirlərin bölgüsündə bərabərsizlik güclənir. Göründüyü
kimi, Cini əmsalının qiyməti 0 ilə 1 arasında dəyişə bilər. Əmsalın 0 qiyməti
gəlirlərin bölgüsündə mütləq bərabərliyi göstərir. Əmsalın gəlirləri 1-ə
yaxınlaşdıqda, cüzi gəlirləri olan mütləq əksəriyyətlə, çox böyük gəlirləri olan
əhali azlığı arasında dərin uçurum əmələ gəlir.
4. Əmək haqqının mahiyyəti, formaları və sistemləri.
Iş qüvvəsinin pulla ifadə olunan qiymətinə əmək haqqı deyilir. Əmək haqqı
olduqca mürəkkəb iqtisadi münasibətləri ifadə edir. Bu, özünü müxtəlif əmək
KitabYurdu.az
158
kollek-tivləri, hər bir işçi ilə onun işlədiyi əmək kollektivi arasında meydana çıxan
münasibətlərdə göstərir.
Işçilər bərabər məbləğdə əmək haqqı almırlar. Bu, onunla izah edilir ki,
onlar eyni fiziki və əqli qabiliyyətə malik deyildirlər və mürəkkəblik dərəcəsi
müxtəlif olan işlərdə çalışırlar. Məsələn, inkişaf etmiş ölkələrdə peşəkar idmançının illik əmək haqqı 300-500 min, hətta bəzi hallarda 1 milyon dollar olduğu
halda, çamaşırxana və ya dəmir yol qulluqçusunun illik əmək haqqı 10-15 min
dollar, tibb bacısınınkı 25-30 min dollar, məktəb müəllimininki isə 22-26 min
dollar təşkil edir.
Bunu tələb və təklifin qarşılıqlı fəaliyyəti ilə izah etmək olar. Əməyin hər
hansı konkret bir növü üzrə təklif, ona olan tələbə nisbətən çox olduqda, əmək
haqqı az olur. Əksinə, tələb təklifdən irəlidə getdikdə əmək haqqı yüksəlir. Lakin
məsələnin bu cür izah edilməsi onun bütün spesifika-sını aşkara çıxarmağa imkan
vermir. Bunun üçün müxtəlif əmək bazarlarında tələb və təklif nə ilə fərqlənir?
sualına cavab vermək lazımdır. Bu məqsədlə hər hansı bir konkret əmək növünə
olan tələb və təklifin əsasında duran amilləri nəzərdən keçirmək gərəkdir. Bunlar
ondan ibarətdir ki, işçilərin hamısının qabiliyyəti eyni deyildir, ayrı-ayrı iş növləri
bir-birindən özlərinin cəlbediciliyinə görə fərqlənir, habelə əmək bazarlarında
əməyin müxtəlif növləri üzrə tələb və təklif arasında kəskin fərqlər vardır. Deməli,
iqtisadiy-yatda əməyin və işin hər birinin bircə növü mövcud olsa idi, hamı üçün
əmək haqqı da bərabər olardı. Beləliklə, əmək haqqında fərqin olması səbəbləri
aşağıdakılardır: 1) Fərdlər bir-birindən qabiliyyətlərinə, hazırlıq səviyyələrinə
görə fərqlənir və nəticədə bir-biri ilə rəqabət aparmayan peşə qruplarında olurlar;
2) Müxtəlif iş növləri bir-birindən cəlbediciliyinə görə fərqlənir. Müxtəlif işlərin
qeyri-pul aspektləri eyni deyildir. 3) Əmək bazarları adətən qeyri-mükəmməl rəqabətlə səciyyələnir.
Əmək haqqı tarif sisteminin köməyilə müəyyən edilir. Tarif sisteminə
aşağıdakılar daxildir: 1) Tarif (maaş) dərəcə-si; 2) Tarif cədvəli; 3) Tarif – ixtisas
məlumat kitabcası.
Tarif dərəcəsində işçiyə bir saat və ya bir gündə veri-lən əmək haqqı
məbləği nəzərdə tutulur, tarif cədvəlində peşələrdən asılı olaraq ikinci, üçüncü və
sonrakı dərəcələrin və birinci dərəcənin maaşı qeyd edilir. Tarif cədvəlində dərəcələrin sayı, birinci və axırıncı, habelə yerdə qalan dərəcələr arasındakı nisbət
(mütləq və nisbi kəmiyyətlə) göstərilir.
Tarif – ixtisas məlumat kitabcasında işlərin məzmu-nu və mürəkkəbliyi
nəzərə alınmaqla bütün peşələrə xarak-teristika verilir.
Əmək haqqının mürəkkəb əməyə stimul yaratmasını təmin etmək üçün onun
səviyyəsi ilə işçilərin ixtisası, yerinə yetirilən işlərin mürəkkəbliyi, məsuliyyət
dərəcəsi arasında birbaşa əlaqə müəyyən olunur. Məsələn, ABŞ-da müasir
mürəkkəb avadanlıqlara xidmət edən işçilərin – təmir işləri aparan mexaniklərin,
sazlayıcıların, çilingər – mexaniklərin əmək haqqı konveyerdə işləyən işçilərin
əmək haqqından 2-3 dəfə yüksəkdir. Burada statistikada öz əksini tapan 200 kütləvi peşə içərisində daha çox haqq verildiyi nəzərə alın-maqla ən "nüfuzlusu"
mühəndislikdir. Bu siyahıda ikinci yerdə iqtisadçı ixtisası gedir. Sonrakı yerləri
riyaziyatçı, kimyaçı və bioloq ixtisasları tutur. Ən az əmək haqqı veri-lən işçilərə
KitabYurdu.az
159
uzunmüddətli hazırlıq tələb etməyən peşə sahib-ləri, süpürgəçilər, özünəxidmət
mağazalarında məhsulları qablaşdıranlar, paltar yuyan maşınların operatorları, kassirlər, yükləyicilər və s. aiddir.
Inkişaf etmiş ölkələrin bir çoxunda tarif (maaş) dərəcələrində işçilərin xalis
işgüzar keyfiyyətləri ilə yanaşı, onların xidmətlərinə görə qiymətləndirmə əsasında
şəxsi keyfiyyətləri də nəzərə alınır. Həm də hər bir işçinin xüsusi "xidmətləri"ni
müəyyən edərkən bir sıra göstəricilərdən istifadə edilir. Bunlara istehsal edilmiş
məhsulun miqdarı, əməyin keyfiyyəti, materiallara qənaət edilməsi, avadanlıq-lara
qayğı ilə yanaşılması, iş vaxtından maksimum səmərəli istifadə edilməsi və s. daxildir. "Ümumi etibarlılıq", "əmək-daşlığa cəhd göstərmək", "ümumi davranış"
kimi göstəricilər də bu qəbildəndir.
Hazırda əmək haqqının ən çox tətbiq olunan aşağı-dakı formaları
vardır: 1) Vaxtamuzd əmək haqqı; 2) Işə-muzd əmək haqqı. Işlənmiş vaxtın –
saat, gün, həftə-kəmiy-yətinə uyğun olaraq hesablanan əmək haqqına vaxtamuzd
əmək haqqı deyilir. Ona görə də saatlıq, gündəlik, həftəlik, aylıq əmək haqqı birbirindən fərqlənir. Vaxtamuzd əmək haqqı formasından texnoloji proseslərin ciddi
surətdə nizama salındığı sahələrdə istifadə olunur. Məsələn, kütləvi axın xətlərində
işçilərin hazırladığı məhsulların miqdarı və onların əmək sərfinin sürəti birinci
növbədə konveyerin hərəkət sürətindən asılıdır. Bu, istehsal prosesinin daha çox
avtomatlaşdırıldığı sahələrə aiddir. Son bir neçə onillikdir ki, inkişaf etmiş
ölkələrin əksəriyyətində əmək haqqının əsas forması kimi vaxtamuzd əmək
haqqından istifadə edilir. Belə ki, ABŞ-ın və Fransanın hasilat sənayesində çalışanların təqribən 70%-i, Böyük Britaniya və Almaniyada isə sənaye işçilərinin 60%-ə
qədəri əmək haqqını vaxtamuzd formada alırlar.
Vaxtamuzd əmək haqqının ən geniş yayılmış sistem-ləri aşağıdakılardır: 1) Sadə vaxtamuzd əmək haqqı; 2) Mü-kafatlı vaxtamuzd əmək haqqı; 3)
Gündəlik normanın ölçül-məsi sistemi; 4) Iki və daha çox dərəcəli əmək haqqı
sistemi.
Sadə vaxtamuzd əmək haqqı sistemindən icbari iş rejimi tətbiq olunan
sahələrdə istifadə edilir. Mükafatlı vax-tamuzd əmək haqqı istehsal normalarını
müntəzəm olaraq yerinə yetirən, daha çox iş stajına malik olan, xammala,
yanacağa, elektrik enerjisinə qənaət edən, yüksək keyfiyyətli məhsul hazırlayan
işçilərə verilir.
"Gündəlik normanın ölçülməsi" sistemində əmək haqqının kəmiyyəti bir
saatlıq tarif maaşını işlənmiş saat-ların miqdarına vurmaq yolu ilə müəyyən edilir.
Tarif maaşı işlərin analitik qiymətləndirilməsi və "xidmətlərə görə"
qiymətləndirmə metodlarının köməyilə müəyyən edilir. Bunlar işəmuzd əmək
haqqı ünsürlərinin əsas tarif maaşına daxil edilməsinə imkan verir.
"Işlərin analitik qiymətləndirilməsi" tələb olunan zehni və fiziki
şərtlərdən, ixtisasdan, məsuliyyətdən və möv-cud əmək şəraitindən asılı olaraq bal
sisteminin köməyilə müxtəlif işlərin müqayisəli qiymətləndirilməsi metodudur.
"Xidmətlərə görə" qiymətləndirmə öz növbəsində "istehsal amili" olan işçiyə, onun
şəxsi xüsusiyyətlərinə bal sisteminin köməyilə tələb olunan keyfiyyət
xarakteristikası verir, işin fiziki səviyyəsini, onun keyfiyyətini materiallara qənaət
KitabYurdu.az
160
olunmasını, avadanlıqların saz vəziyyətdə saxlanmasını nəzərə almaqla əmək haqqı
hesablanır.
Bəzi hallarda cərimə sistemi adlandırılan iki və daha çox dərəcəli sistemin
mahiyyəti ondan ibarətdir ki, iki və daha çox tarif dərəcəsindən istifadə olunur.
Başqa sözlə, istehsal normalarını yerinə yetirməyən işçilərin əmək haqqı aşağı,
yerinə yetirən işçilərinki adi, artıqlamasılə yerinə yetirənlərinki isə yüksək
dərəcələrin qiymətləri ilə ödənilir. Deməli, istehsal normasını yerinə yetirməyən
işçilər sözün əsl mənasında cərimə olunurlar. Onun cərimə sistemi adlan-dırılması
da bununla əlaqədardır.
Işəmuzd əmək haqqı əsas etibarilə əl əməyinin xüsusi çəkisinin yüksək
olduğu və həvəsləndirmənin başlıca olaraq məhsul istehsalının artırılması yolu ilə
təmin olunması zəruri olan müəssisələrdə tətbiq edilir. Müasir dövrdə götürə əmək
haqqı məhsulun keyfiyyəti, avadanlıqlardan istifadə əmsalı kimi amillərin nəzərə
alınmasını zəruri edir. Bu isə onu vaxtamuzd əmək haqqına yaxınlaşdırır. Işəmuzd
əmək haqqı istehsal norması və məhsul vahidinin tarif qiyməti ilə sıx əlaqədardır.
Tarif qiymətlərini müəyyən edərkən işçinin: 1) Bir günlük əmək haqqının və 2)
Bir gündə istehsal etdiyi məhsulun miqdarını nəzərə almaq lazımdır.
Işəmuzd əmək haqqının ən geniş yayılmış sistemləri aşağıdakılardır: 1)
Məhsul vahidinə görə əmək haqqı; 2) "Vaxt norması" sistemi; 3) Götürə –
reqressiv1 əmək haqqı; 4) Götürə mükafatlı və çoxamilli əmək haqqı sistemi.
Məhsul vahidinə görə əmək haqqı sistemi daha geniş yayılmışdır. Bu
sistem çox sadədir və lazım gəldikdə istər istehsal normaları, istərsə də tarif
qiymətləri nəzərdən kçirilib dəyişdirilə bilər.
"Vaxt norması" sistemində işçiyə əmək haqqı nə faktiki vaxtın, nə də
istehsal etdiyi məhsulun miqdarına görə deyil, müəyyən edilmiş norma və həmin
işin yerinə yetirilməsi üçün tələb olunan vaxtın kəmiyyəti nəzərə alınmaqla
ödənilir. Məsələn, əgər işçi yerinə yetirilməsi üçün 8 saat vaxt norması müəyyən
edilmiş işi 7 saatda yerinə yetirərsə və bir saatın tarif qiyməti 2 dollar olarsa, onda
o 16 dollar əmək haqqı alır. Əksinə işçi yerinə yetirilməsi üçün 6 saat vaxt norması
müəyyən edilmiş işi 8 saatda görərsə, onda ona 12 dollar əmək haqqı verilir.
Əmək haqqının götürə–reqressiv sistemində məhsul is-tehsalının artımına
nisbətən əmək haqqı yavaş sürətlə artır.
Əmək haqqının götürə–mükafatlı və çoxamilli sistemi onunla səciyyələnir
ki, o nəinki istehsalın artırılması, həm də ayrı-ayrı "amillər" üzrə müəyyən iqtisadi
göstəricilərə nail olunmasını nəzərdə tutur. Belə "amillərə" məhsulların keyfiyyətinin və avadanlıqlardan istifadə əmsalının yüksəldil-məsi, xammala və
enerjiyə qənaət olunması və s. daxildir.
Bir sıra ölkələrdə qrup mükafatlı götürə sistem də geniş yayılmışdır. Bunun
meydana gəlməsi, məsələn iri aqreqatlara xidmət göstərilməsində kollektiv əməyin
zəruri-liyi ilə əlaqədardır. Qrup mükafatlı - götürə əmək haqqı sis-teminə bəzi
hallarda "müəssisələrin mənfəətinin bölüşdürül-məsində işçilərin iştirakı" sistemi
də deyilir. “Iştirak”ın formaları isə olduqca müxtəlifdir. Buna əmək haqqının
KitabYurdu.az
161
üzərinə dividend hesablanmasını, müvafiq şirkətlərin öz işçilərinə mükafat olaraq
səhm vermələrini misal göstərmək olar.
Vaxtamuzd, yaxud da işəmuzd əmək haqqından hansına üstünlük
verilməsi konkret şəraitdən asılıdır. Müa-sir dövrdə vaxtamuzd əmək haqqı
formasına üstünlük veril-məsi meylləri müşahidə olunur. Bu, istehsal proseslərinin
mexanikləşdirilməsi və avtomatlaşdırılması, ETI-nin nailiy-yətlərindən geniş
istifadə edilməsi ilə əlaqədardır.
Lakin əmək haqqının forma və sistemləri dəyişməz deyildir. Istehsalın
xarakterindən, ETI-nin əhatə dairəsin-dən və digər amillərdən asılı olaraq, onun
yeni-yeni, həm də mütərəqqi forma və sistemləri meydana gəlib inkişaf edə bilər
və bu təcrubədən istifadə etmək lazımdır. Çünki inkişaf etmiş bazar iqtisadiyyatına
malik olan ölkələrdə əmək haqqı demək olar ki, bazar qanunları və şəraitinə uyğun
gəlir, müəssisənin istehsal fəaliyyətinin son nəticələrindən asılı olur. Odur ki, əmək
haqqının müasir sistemlərində qiymətlə bağlı olmayan, lakin kəskinləşən
rəqabətdən irəli gələn bir çox amillər nəzərdə tutulur. Məsələn, inkişaf etmiş
ölkələrdə yüksək keyfiyyətli məhsul istehsalı, xammal və materiallara qənaət
edilməsi, işçinin vicdanlı işi, səriştəliliyi, bacarığı və s. üçün üstəlik haqq
verilməsini nəzərdə tutan mükafatlandırma sistemi geniş yayılmışdır.
Inkişaf etmiş ölkələrin tarif sistemi sahəsində təcrü-bələri də
diqqətəlayiqdir. Başqa sözlə, bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrin demək
olar ki, hamısında tarif siste-mindən müvəffəqiyyətlə istifadə olunur. Bu
təcrübənin qısa məzmunu belədir: 1) Tənzimlənmənin üç pilləli mexanizmi – əmək
bazarı, dövlətin müdaxiləsi və kollektiv müqavilələr – fomalaşdırılır; 2) Elmitexniki tərəqqinin təzahürlərindən biri olan əməyin nəticələrinin kəmiyyətinə görə
ənənəvi ödə-mə sistemindən, hər şeydən əvvəl götürə sistemdən imtina edilir; 3)
Öz ixtisasını yüksəldən, bir neçə peşəyə yiyələnən və müxtəlif vəzifələri yerinə
yetirən işçilərdə maraq yaradı-lır; 4) Müəssisə və təşkilatların fəaliyyətlərinin
nəticələrinə görə maddi stimullaşdırmanın kollektiv formaları geniş yayılır.
5. Nominal və real əmək haqqı, onlara təsir edən amillər.
Əmək haqqının kəmiyyətini müəyyən edərkən nomi-nal və real əmək
haqqını bir-birindən fərqləndirmək lazım-dır. Nominal əmək haqqı işçinin pul
formasında aldığı saat-lıq, gündəlik, həftəlik, aylıq, real əmək haqqı isə yaşayış
vasitələri və xidmətlərdə öz əksini tapan əmək haqqıdır. Real əmək haqqı
nominal əmək haqqının alıcılıq qabiliyyətini, onun real istehlak məzmununu əks
etdirir. Deməli, nominal əmək haqqı işçinin yaşayış səviyyəsi haqqında düzgün
təsəv-vür vermir. Bunu real əmək haqqı, qiymətlərin səviyyəsi və nominal əmək
haqqı arasındakı qarşılıqlı əlaqə daha düzgün əks etdirir. Məsələn, real əmək haqqının dəyişməsini (%-lə) müəyyən etmək üçün nominal əmək haqqının dəyişməsi
faizindən qiymətlərin səviyyəsinin dəyişməsi faizini çıxmaq lazımdır. Tutaq ki,
nominal əmək haqqı 8%, qiymətlərin səviyyəsi 5% artmışdır. Bu, real əmək
haqqının 3% artdığını göstərir. Buna əsasən demək olar ki, işçilərin əmək haqqının
KitabYurdu.az
162
konkret məbləği və səviyyəsi istehsalda, bazarda, habelə sosial münasibətlər
sahəsində meydana çıxan bir çox amil-lərdən asılıdır.
Bu amillərdən başlıcası iş qüvvəsinin dəyəridir. Hər bir işçi qrupu üçün iş
qüvvəsi dəyərinin aşağı və yuxarı həddi vardır. Əmək haqqının aşağı həddi işçinin
sərf etdiyi enerjini və ya əgər belə demək mümkündürsə, qabiliyyətini bərpa
etməsi, müəyyən ixtisas alması və ailə üzvlərini saxlaması üçün zəruri olan yaşayış
vasitələrinin dəyəridir. Ölkələrin çoxunda yoxsulluğun həddini müəyyən edən ən
aşağı ixtisasa malik olan işçilərin həyat fəaliyyətlərini davam etdirə bilmələri üçün
yaşayış minimumu hesablanır. Iş qüvvəsi dəyərinin yuxarı həddi müəyyən
olunarkən bun-larla yanaşı, onun ənənəvi sosial–mədəni tələbatının ödənil-məsi ilə
əlaqədar olan xərclər də nəzərə alınır.
Işçilərin əmək haqqına təsir edən amillərdən biri də onların ixtisasıdır. Odur
ki, ixtisaslı iş qüvvəsi .özünün təkrar istehsalı üçün daha yaxşı həyat şəraitinin
olmasını tələb edir.
Iri maşınlı istehsalın meydana gəldiyi ilk dövrlərdə sadə, ixtisassız əmək
üstünlük təşkil etdiyinə görə sahibkar-lar işçilərin əmək haqqını onun aşağı həddi
səviyyəsində müəyyən edirdilər. Elmi - texniki inqilab şəraitində isə vəziyyət
dəyişir, işçilərin ixtisasının yüksəldilməsi obyektiv zərurətə çevrilir və buna görə
də iş qüvvəsinin dəyəri və deməli, əmək haqqının məbləği artır.
Əmək haqqında milli fərqlər də vardır. Işçilərin gə-lirləri xeyli dərəcədə
ölkələrin iqtisadi inkişaf səviyyələrin-dən asılıdır. Məsələn, Boliviya, Nigeriya və
bir sıra ölkələr-də bir günlük əmək haqqı inkişaf etmiş ölkələrdə hətta bir saatlıq
əmək haqqından 2,5-3,0 dəfə aşağıdır.
Əmək haqqının səviyyəsinə görə dünyada ABŞ uzun müddət irəlidə
getmişdir. Lakin son illərdə yeni texnoloji in-qilabın inkişaf etdiyi ölkələrdə
texniki-iqtisadi şəraitin bərabərləşməsi meyli özünü göstərdiyinə görə bu, həm
nomi-nal, həm də real əmək haqqının səviyyəsində həmin ölkələr arasındakı milli
fərqlərin azalmasına səbəb olmuşdur. Belə ki, keçən əsrin 50-80-ci illərində real
əmək haqqı Böyük Bri-taniya, Fransa, AFR və Italiyada 2-3 dəfə, Yaponiyada 4
dəfə artmış və nəticədə onlar ABŞ-ın səviyyəsinə çatmışlar.
Iş qüvvəsinin qiyməti olan əmək haqqının həqiqi məbləği əmək bazarının
konyukturasından, yəni iş qüv-vəsinə olan tələblə təklif arasındakı nisbətdən, onun
sa-tıcıları ilə alıcıları, habelə alıcılar və satıcıların öz arala-rındakı rəqabət
mübarizəsinin kəskinliyindən də asılıdır. Belə ki, əmək haqqı tələb və təklif
qanunlarına uyğun ola-raq dəyişir. Əmək bazarında iş qüvvəsinə olan tələb təklifdən irəlidə getdikdə iş qüvvəsinin qiyməti yüksəlir. Hazırda elmi-texniki inqilabın
təsiri ilə qərb ölkələrində yüksək ixtisaslı iş qüvvəsinə olan tələb tamamilə
ödənilmir, bu da orta və ali təhsilli mütəxəssislərin əmək haqqının artmasına şərait
yaradır. Əmək bazarındakı rəqabət təbii olaraq əmək haqqının səviyyəsini əməyin
qiymətinə yaxınlaşdırır. Bu prosesdə o, "vasitəçi" rolunu oynayır. Müəyyən peşəyə
və ixtisasa malik işçilərə bir qayda olaraq bərabər əmək haqqı verilir. Başqa sözlə,
əmək bazarında gedən rəqabət nəti-cəsində bərabər əmək üçün bərabər haqq
verilməsi prinsipi qərarlaşır.
Bazarda inhisarlar da – birinci növbədə investisiya əmtəələrini istehsal
edənlər – nəyə qadir olduqlarını göstərir, özlərinin əmək haqqı vermək şərtlərini
KitabYurdu.az
163
qəbul etdirməyə çalışırlar. Ümumiyyətlə, bir-birinə qarşı duran qüvvələri zəiflədən işsizlər ordusunun olması sahibkarların öz şərtlərini qəbul etdirmələrinə
şərait yaradır.
Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə vətən-daşların həyat
səviyyəsinin aşağı düşməsinin qarşısını almaq üçün bir sıra sosial tədbirlər
həyata keçirilir.
Bu ölkələrdə əhalinin sosial müdafiəsi, onun inflyasiyadan qorunması
sahəsində görülən ən mühüm tədbir-lərdən biri əmək haqqının
indeksləşdirilməsidir. Ona görə də həmkarlar ittifaqları sahibkarlarla kollektiv
müqavilə bağlayarkən çalışırlar ki, istehlak mallarının ümumi qiymət indeksinin
artmasına dair rəsmi məlumatlara uyğun olaraq nominal əmək haqqı da artırılsın.
Real əmək haqqına təsir edən amillərdən biri də əm-təə və xidmətlərin
qiymətlərinin dəyişməsidir. Belə ki, qiy-mətlər bahalandıqda real əmək haqqı aşağı
düşür, əksinə, qiymətlər aşağı düşdükdə real əmək haqqının səviyyəsi yüksəlir.
Real əmək haqqı ilə qiymətlər arasındakı nisbətin əsas variantları
aşağıdakılardan ibarət ola bilər: 1) Nominal əmək haqqı sabit qalmaqla,
pərakəndə satış qiymətləri aşağı düşdükdə, real əmək haqqının səviyyəsi yüksəlir,
əksinə ol-duqda isə aşağı düşür; 2) Pərakəndə satış qiymətləri sabit qalmaqla
nominal əmək haqqının artması real əmək haq-qının səviyyəsinin yüksəlməsinə,
əksinə olduqda isə aşağı düşməsinə səbəb olur; 3) Nominal əmək haqqı artmaqla
yanaşı, pərakəndə satış qiymətləri aşağı düşdükdə real əmək haqqının səviyyəsi
daha çox yüksəlir; 4) Nominal əmək haqqı artmaqla yanaşı, pərakəndə satış qiymətləri də qalxa bilər. Bu zaman bunların artma dərəcəsindən asılı olaraq real
əmək haqqının səviyyəsi arta, yaxud da aşağı düşə bilər. Işçilərin mənafeyi və
onların rifahının yüksəldilməsi baxı-mından üçüncü variant daha əlverişlidir.
Əmək haqqının səviyyəsi və dinaminkasına mühari-bələr və sürətlə
silahlanma da güclü təsil göstərir. Çünki mü-haribələr ölkənin iqtisadiyyatına
böyük ziyan vurur, bütün maddi və mənəvi dəyərləri məhv edir, əmək qabiliyyətli
əha-lini dinc quruculuq fəaliyyətindən uzaqlaşdırır. Bunların təsiri ilə məhsul
istehsalı azalır, onlara olan tələb artır, təda-vül kanalları kağız pullarla dolur,
inflyasiya görünməmiş dərəcədə güclənir və "dördnala çapır", qiymətlər sürətlə
qal-xır, real əmək haqqının səviyyəsi çox-çox aşağı düşür.
Real əmək haqqının səviyyəsinə həmçinin, sosial sı-ğorta ayırmaları, əmək
haqqından tutulan vergi məbləğlə-rinin dəyişməsi və s. təsir edir.
Beləliklə, nominal əmək haqqı əhalinin başlıca gəlir mənbəyi, real əmək
haqqı isə onun həyat səviyyəsini ifadə edən ən mühüm iqtisadi göstəricidir.
6. Həyat səviyyəsi və yoxsulluq.
İqtisadi ədəbiyyatda həyat səviyyəsi dedikdə, adətən insanın yaşayışı üçün
zəruri olan maddi və mənəvi nemətlərlə əhalinin təmin olunması və onların bu
nemətlərə olan tələbatlarının ödənilməsi səviyyəsi başa düşülür.
Lakin “ həyat səviyyəsi” kateqoriyası gəlirlər və deməli, əhalinin istehlakı
hədləri ilə məhdudlaşmır.Xalqın rifah halının göstəricisi olan həyat səviyyəsi
əhalinin gəlirləri və istehlakı ilə yanaşı, əmək və məişət şəraitini, iş vaxtı və asudə
KitabYurdu.az
164
vaxtının həcmini, quruluşu, əhalinin mədəni və təhsil səviyyəsi göstəricilərini,
həmçinin sağlamlığını və demoqrafik vəziyyətini əks etdirir.
“Həyat səviyyəsi” kateqoriyası ilk dəfə K. Marks tərəfindən istifadə
edilmişdir. O, iş qüvvəsinin dəyər kəmiyyətindən danışarkən qeyd edirdi ki, onu
hər bir ölkədə ənənəvi həyat səviyyəsi müəyyən edir. Bu səviyyə yalnız fiziki
tələbatların ödənilməsini deyil, həm də insanların yaşadığı ictimai şəraitdən doğan
müəyyən tələbatların ödənilməsini nəzərdə tutur.
“Həyat səviyyəsi”, sosial iqtisadi kateqoriya kimi əhalinin rifah halını
istehlak baxımından səciyyələndirir. Beləliklə, həyat səviyyəsinə insanın istehlak
sahəsindəki fəaliyyəti ilə əlaqədar baxılır. Həyat səviyyəsinin göstəricilər sistemi
gəlirlər və insanın müxtəlif tələbatlarını ödəyən maddi nemətlər və xidmətlərin
əhali tərəfindən istehlakı haqqında bu və ya digər dərəcədə tam məlumat verir, eyni
zamanda qərarlaşmış tələbatların inkişaf etdirilməsi və ödənilməsi səviyyəsini
səciyyələndirir. Həyat səviyyəsinin yüksəlməsi əhalinin rifah halının artmasının
maddi əsasını təşkil edir.
“Həyat səviyyəsi” anlayışında insanların bilavasitə tələbatlarının ödənilməsi
prosesi başa düşülür.
“Həyat səviyyəsi” anlayışı ilə yanaşı, ictimai həyatın müəyyən tərəflərini
səciyyələndirmək üçün “həyat tərzi” anlayışından da geniş istifadə olunur.
Adətən, həyat tərzi dedikdə, insanların əmək prosesində, məişət və
ailədə,ictimai siyasi həyatda və ümumiyyətlə, bütün digər fəaliyyət sahələrində
məcmu fəaliyyətləri başa düşülür.
“Həyat səviyyəsi” və “həyat tərzi” anlayışları arasında ayrılmaz əlaqə olsa
da, bu bilavasitə, birbaşa əlaqə deyil. Əhalinin həyat səviyyəsinin müxtəlif olduğu
ayrı ayrı ölkələrdə həyat tərzi, adətən, müxtəlf xüsusiyyətləri etibari ilə eyni ola
bilər. Belə ki iqtisadi inkişaf səviyyəsinə görə bir birindən fərqlənən bir çox bazar
iqtisadiyyatı ölkələrində həyat tərzi eynidir.
BMT nin təklifinə əsasən həyat səviyyəsi geniş göstəricilər sistemi vasitəsilə
əks olunur. Bu sistemə daxil olan göstəricilərdən aşağıdakıları göstərmək olar:
-səhiyyənin vəziyyəti;
-təhsilin səviyyəsi;
-orta ömür müddəti;
-əhalinin məşğulluq səviyyəsi;
-əhalinin alıcılıq qabiliyyəti;
-siyasi həyata daxil olma.
Hazırda həyat səviyyəsini əks etdirən vahid ümumiləşdirici göstərici
yoxdur.Həyat səviyyəsi beynəlxalq miqyasda müqayisə etmək məqsədi ilə 1990 cı
ildən başlayaraq BMT də yeni göstəricidən istifadə edilir. Bu “ insan potensialının
inkişaf indeksi” və ya qısacı desək, “ insan inkişafı indeksi”göstəricisidir.
İnsan inkişafı indeksini müəyyən edən göstəricilər sistemindən üç əsas
göstərici ayırırlar: adambaşına düşən ümumi daxili məhsul, gözlənilən ömür
uzunluğu, təhsilin səviyyəsi.
7. Dövlətin sosial siyasəti. Əhalinin sosial müdafiə sistemi.
KitabYurdu.az
165
Dövlətin sosial siyasəti cəmiyyətin həyat fəaliyyətinin sosial iqtisadi
şərtlərinin tənzimlənməsinə yönəldilən tədbirlər kompleksindən ibarətdir. O,
gəlirlərin bölgüsündəki bərabərsizliyin azaldılmasına, bazar iqtisadiyyatında
gəlirlər və mülkiyyət sahəsində fərqlərin zəiflədilməsinə, iqtisadi fəaliyyətin
iştirakçıları arasında ziddiyyətlərin yumşaldılmasına və cəmiyyətdəki sosial
ixtilafların aradan qaldırılmasına yönəldilmişdir. Bazar iqtisadiyyatı sistemində
sosial siyasət vasitəsi ilə əhalini əmlak sahəsində mövcud olan bərabərsizliyin
müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan və əhalinin bütün təbəqələri
üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır.
Dövlətin sosial siyasəti ilə cəmiyyətin iqtisadi inkişafı arasında qarşılıqlı
əlaqə mövcuddur. Birincisi, iqtisaid inkişafın məqsədləri birbaşa və dolayı yolla
sosial siyasətdə cəmləşir. İkincisi sosial siyasət sahəsində bir çox məsələlərin
həyata keçirilməsi, dövlətin onların reallaşdırılması üçün yönəldə biləcəyi iqtisadi
ehtiyatlardan asılıdır. Üçüncüsü, sosial siyasətə iqtisadi artımın mühüm amili kimi
baxmaq olar.
Sosial siyasətin xarakteri və məzmunu sosial proseslərin idarə edilməsinə
dövlətin müdaxilə etməsi səviyyəsindən də asılıdır. Bu baxımdan inkişaf etmiş
ölkələrdə dövlətin hal hazırda bütün mövcud olan sosial siyasət növlərini iki qrupa
bölmək olar. Birinci qrupu şərti olaraq qalıq prinsiplərinə əsaslanan sosial siyasət
adlandırmaq olar. Bu halda sosial siyasət bazarın lazımi səviyyədə tam həyata
keçirə bilmədiyi funksiyaları yerinə yetirir. Bu öz miqyası və əhatə dairəsinə görə
məhdud sosial siyasət olub, əsasən passiv və kompensiyalaşdırıcı (bərpaedici)
xarkter daşıyır. Belə sosial siyasətin nəzəri əsasları liberal bazar iqtisadiyyatı
modelinin ideyaları əsasında formalaşır. Bu variantın tipik nümunəsi bazarın
amerikan modeli ola bilər.
İkinci qrup institutsional sosial siyasət adlanır. Burada dövlətin sosial
siyasəti əhalinin sosial xidmətlərlə təmin olunmasında mühüm rol oynayır və
xüsusi institutlar sisteminə nisbətən daha səmərəli vasitə kimi çıxış edir. Bu,
yenidən bölgü siyasətidir. Belə siyasətin formalaşmasında konseptual baxımdan
sosial
demokratik ideologiyanın böyük təsiri vardır. Buna tipik nümunə kimi
sosial dövlətin İsveç modelini göstərmək olar.
Hər iki qrup arasında fərq bu və ya digər amillərin hamısının olub
olmamasından deyil, onlar arsında mövcud olan nisbətlərdən, dövlətin sosial
sahəyə müdaxiləsi və yenidən bölgü prosesində iştirakından asılıdır.
Sosial siyasətdə əsas yeri əhalinin sosial müdafiəsi mexanizmi tutur. Sosial
müdafiə vətəndaşların ilk növbədə əhalinin ən ağır maddi vəziyyətdə olan
təbəqələrinin inflyasiyadan, işsizlikdən müdafiəsinə yönəldilən dövlət siyasətidir.
Dövlət tərəfindən tətbiq olunan tədbirlər kompleksinin xüsusiyyəti əhalinin həyat
və əmək fəaliyyətinin ağırlaşmasının, işsizliyin və yxsulluğun güclənməsinin
qarşısının alınması ilə bağlıdır. Buna görə də əhalinin sosial müdafiəsinin
problemlərindən biri də yoxsulluğun qarşısının alınmasıdır.
Əhalinin sosial müdafiəsai yüksək ixtisaslı kadrların hazırlanması ilə
əlaqədar dövlət tədbirlərini, əhalinin bütün təbəqələrinin pulsuz ümumi və orta
təhsil almasını, rəqabət əsasında ali təhsil əldə etməsini, dövlət hesabına səhiyyə və
KitabYurdu.az
166
sosial xidmətlər göstərilməsini, insanların əmək fəaliyyəti ilə məşğul olması üçün
zəruri olan tədbirləri və s. əhatə edir.
Bazar iqtisadiyyatına keçid şəraitində əhalinin gəlirləri sahəsində olan
bərabərsizlik getdikcə artır. Bu bərabərsizliyin qarşısını almaq məqsədi ilə dövlət
bir çox inkişaf etmiş ölkələrdə gəlirlərin yenidən bölgüsündə fəal iştirak edir.
Gəlirlərin yenidən bölgüsünün əsas vasitəsi əhalinin əldə etdiyi şəxsi gəlirlərə
tətbiq edilən mütərəqqi vergi sistemidir. Verginin mütərəqqi sistemi əhalinin ən
yüksək gəlir əldə etmiş təbəqələrinə, az təmin olunmuşlara nisbətən yüksək vergi
dərəcələrinin tətbiq edilməsini nəzərdə tutur. Dövlət bu yolla əldə etdiyi vergilərin
bir hissəsini əhalinin ən az təmin olunmuş təbəqələrinə transfert ödəmələr şəklində
xərcləyir. Deməl olar ki, bütün ölkələrdə sosial sığota və yoxsullara dövlət köməyi
proqramları vardır. Sosial sığorta proqramı əhalinin qocalığa, əmək qabiliyyətinin
itirilməsinə, iş yerlərinin azalmasına görə sığortalanmasını əhatə edir. Əhaliyə
dövlət yardımı proqramları əlavə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Buraya çoxuşaqlı ailələrə kömək, ərzaq və müxtəlif imtiyazların verilməsi, səhiyyə
sıöortalanması və s. daxildirlər.
Əhalinin sosial müdafiə tədbirləri müxtəlif fondlar hesabına
maliyyələşdirilir. Buraya müxtəlif səviyyəli fondlar, sosial müdafiənin
büdcədənkənar dövlət fondları, işsizliyə görə sığorta fondları, ictimai və xüsusi
xeyriyyə fondları aiddir.
Əhalinin sosial müdafiəsi formalarından biri də gəlirlərin indeksasiya
edilməsidir. Gəlirlərin dövlət indeksasiyası yaşayış dəyərinin artması nəticəsində
əhali gəlirlərində itkinin qarşısını almaq məqsədi ilə həyata keçirilən kompensasiya
tədbirləri sistemidir. Gəlirlərin dövlət indeksasiya yaşayış dəyərinin artmasının
nəzərə alınmasının nəzərə alınması əsasında həyata keçirilir. Başqa sözlə,
indeksasiya inflyasiya şəraitində istehlak qiymətlərinin artması ilə əlaqədar əhali
gəlirlərinin bu qiymətlərə uyğunlaşdırılması tədbirlərini əks etdirir.
İndeksasiya sistemi bir sıra meyarları ilə səciyyələnir.İndeksasiya
qiymətlərin qadırılmasından əvvəl və ya sonra həyata keçirilə bilər.İndeksasiya
makro və mikrosəviyyədə həyata keçirilir. Əhali gəlirlərinin səviyyəsindən asılı
olaraq indeksasiya sistemində diferensial yanaşma prosesinə üstünlük verilir. Bu
prinsip ən aşağı gəlirlərin tam kompensasiyasından tutmuş ən yüksək gəlirləri
olanların minimum kompensasiyasını əhatə edir.
KitabYurdu.az
167
Mövzu 18. Büdcə və vergilər ( 2 saat).
Plan
1. Dövlət büdcəsinin mahiyyəti və quruluşu. Büdcə kəsiri və dövlət borcu.
2. Vergilərin mahiyyəti, vəzifələri və növləri.
3. Vergitutmanın prinsipləri,mexanizmi və tənzimlənməsi.
4. Vergitutmanın beynəlxalq aspektləri.
1. Dövlət büdcəsinin mahiyyəti və quruluşu. Büdcə kəsiri və dövlət borcu.
Dövlət büdcəsi maliyyə sisteminin mühüm tərkib hissəsidir. O, pul
vəsaiti fondlarının əmələ gəlməsi, bölgüsü və yenidən bölgüsü ilə əlaqədar
meydana çıxan iqtisadi münasibətlərin xüsusi sistemi, dövlətin illik maliyyə proqramıdır. Onun başlıca məqsədi maliyyə vəsaitinin köməyilə iqtisadiyyatı inkişaf
etdirmək və cəmiyyət miqyasında sosial vəzifələri həll etməkdən ibarətdir. Budcə
maliyyə-kredit mexanizmi vasitəsilə iqtisadiyyatın ayrı-ayrı sahələri və bölmələri
üzrə ümumi daxili məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsünü
tənzimləyir.
KitabYurdu.az
168
Büdcə, gəlir (mədaxil) və xərc (məxaric) hissələrindən ibarətdir. Bazar
münasibətlərinin inkişaf etdiyi ölkələrdə iq-tisadi və sosial xarakterli ümummilli
vəzifələrin yerinə yetirilməsi üçün dövlətə lazım olan pul vəsaitinin, başqa söz-lə,
büdcə gəlirlərinin əsas hissəsi – 75-85%-i vergilər, 5-8%-i qeyri-vergi
daxilolmaları (dövlət mülkiyyəti və dövlət tica-rətindən daxilolmalar), 10-12%-i
isə sosial sığorta, pensiya, məşğulluq fondlarına ödəmələr vasitəsilə formalaşır.
Sosial-iqtisadi xərclər iki yerə bölünür: 1) Sosial xərclər və 2) Iqtisadi
ehtiyaclara yönəldilən xərclər.
Sosial xərclər bütün sosial-iqtisadi xərclərin 60-80%-ni, bütün büdcə
xərclərinin isə 40-50%-ni təşkil edir. Sosial xərclərə pensiyaların ödənilməsi, yerli
büdcələrə subsidiya-ların verilməsi ilə əlaqədar olan xərclər daxildir.
Sosial xərclərin başlıca tərkib ünsürlərindən biri pen-siya təminatıdır və o,
ildən-ilə artır Sosial-iqtisadi xərclərin ikinci, yəni iqtisadi ehtiyac-lar üzrə xərclər
qrupuna energetika, mənzil tikintisi, təbii ehtiyatların mənimsənilməsi və ətraf
mühitin mühafizəsi, dövlət müəssisələrinə dotasiyalar, hasilat və emaledici sənayeyə, kənd təsərrüfatına subsidiyaların verilməsi ilə əlaqədar xərclər daxildir.
Dövlət büdcəsinin xərc maddələrindən biri də müs-təqim və dolayı
hərbi xərclərdir. Inkişaf etmiş ölkələrdə hərbi və xarici siyasətin maddi təminatı
ilə əlaqədar xərclər (məsələn, diplomatik xidmət sahəsinin saxlanması xərcləri)
bütün büdcə xərclərinin təqribən 10-20%-ni təşkil edir.
Dövlət büdcəsinin ideal surətdə icra edilməsi gəlirlə-rin xərclərdən çox
olması deməkdir. Xərclər gəlirlərdən çox olduqda isə büdcə kəsiri əmələ gəlir.
Büdcə kəsiri dövlət borcları hesabına aradan qaldırılır. Lakin bu, büdcə kəsiri-nin
aradan qaldırılmasının yeganə yolu deyildir. Inkişaf etmiş ölkələrin çoxunda qızıl
pul tədavülündən kağız pul tədavülünə keçildiyi dövrdən büdcə kəsirinin əlavə pul
emissiyası vasitəsilə aradan qaldırılması sahəsində müsbət təcrübə toplanmışdır.
Dövlət borcu emissiyaya nisbətən az təhlükəlidir. Lakin o da ölkə
iqtisadiyyatına mənfi təsir göstərirHökumət orqanlarının borcları yığılır və
nəticədə dövlət borcunu əmələ gətirir. Ayrı-ayrı ölkələrdə dövlət borcu müxtəlif
sürətlə artır. Dövlət borcunun ÜDM-dən 2,5 dəfə çox olması iqtisadiyyatın,
xüsusilə də pul tədavülünün sabitliyi üçün olduqca təhlükəlidir.
Dövlət borcunun aşağıdakı növləri vardır: 1) Daxili borc; 2) Xarici borc;
3) Qısa müddətli (bir ilədək) borc; 4) Orta müddətli (bir ildən beş ilədək) borc; 5)
Uzun müddətli (5 ildən yuxarı) borc. Bunların içərisində ən ağırı qısa müddətli
borcdur
Xarici borc xüsusi diqqət tələb edir. Çünki bu borc üzrə tədiyələr ölkənin
xarici iqtisadi fəaliyyətindən daxil olan gəlirlərin təqribən 20-30%-ni təşkil edirsə,
deməli, xaricdən yeni borcun alınması çətinləşir. Daha doğrusu, ya borc vermək
istəmir, yaxud da girov tələb etməklə onu yüksək faizlə verirlər.
Dövlət gəlirləri və xərclərinin əsas hissəsi dövlət büd-cəsindən keçir.
Ölkənin inzibati-ərazi quruluşundan asılı olaraq düdcə mərkəzi, habelə
respublikaların (ştatların), vilayətlərin, əyalətlərin büdcələrinə və yerli büdcələrə
bölü-nür. Yerli büdcə dedikdə adətən mərkəzi büdcədən başqa, yerdə qalan
büdcələr nəzərdə tutulur.
KitabYurdu.az
169
Büdcə, büdcədənkənar fondlarla əlaqədardır. Büdcə-dənkənar fondlar
dedikdə mərkəzi, yaxud da yerli hakimiy-yət orqanlarının sərəncamında olan və
dövlətin büdcəsinə daxil olmayan pul vəsaiti nəzərdə tutulur. Buna pensiya
fondunu misal göstərmək olar. Büdcədənkənar fondlar döv-lətin iqtisadiyyata
müdaxilə etməsi imkanlarını genişləndirir. Bu fondlarda olan vəsaitdən büdcə
kəsirini azaltmaq üçün istifadə oluna bilər və olunur.
2. Vergilərin mahiyyəti, vəzifələri və növləri.
Vergilər çox qədim zamanlarda, demək olar ki, döv-lətlə eyni vaxtda
meydana gəlmiş və büdcə gəlirlərinin başlı-ca mənbəyidir. Lakin o, sonralar
cəmiyyət inkişaf etdikcə, mövcub sosial-iqtisadi şəraitə uyğun olaraq, gəlirlərin
səfər-bərliyə alınmasının əsas metodu kimi əsaslı dəyişikliklərə uğramış və yeniyeni növləri meydana gəlmişdir.
Vergi–dövlətin maliyyə təminatı məqsədilə vergi ödə-yicilərinin
mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləş-dirilməsi şəklində dövlət
düdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən
məcburi, fərdi, əvəzsiz ödənişdir. Ölkədə alınan vergi, rüsum və tədiyələrin,
həmçi-nin onların forma və metodlarının toplusu isə vergi siste-mini əmələ
gətirir.
Vergilər aşağıdakı vəzifələri yerinə yetirir: 1) Dövlət xərclərinin
maliyyələşdirilməsi–fiskal vəzifə; 2) Ayrı-ayrı so-sial qrupların gəlirləri arasındakı
nisbətin dəyişdirilməsi yolu ilə sosial tarazlığın təmin olunması–sosial vəzifə; 3)
Iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi – tənzimləmə vəzifəsi; 4) Vergi
ödəyicilərinin maraqlandırılması–stimul-laşdırma vəzifəsi.
Vergilər cəmiyyətin sosial həyatında çox mühüm rol oynayırVergilərin,
vergi ödəyicilərinin imkanları nəzərə alın-maqla müəyyən edilməsi prinsipi
mütərəqqi vergitutma qay-dasının meydana gəlməsinə səbəb olmuşdur. Bu, o
demək-dir ki, gəlirlər hissələrə bölünür, onun hər sonrakı artan məbləğindən
daha yüksək normalarla vergi tutulur.
Vergilərin tənzimləmə vəzifəsi özünü: 1) Vergitutma sisteminin müəyyən
edilməsi və dəyişdirilməsində; 2) Vergi
dərəcələrinin dəyişdirilməsi və
fərqləndirilməsində; 3) Döv-lətin iqtisadi proqramına uyğun olaraq mənfəətin və
kapi-talın bir hissəsinin vergidən azad edilməsi üçün güzəştlərin nəzərdə
tutulmasında göstərir.
Hökumət tərəfindən seçilmiş vergitutma sistemi çox mühüm tənzimləmə
vəzifəsini yerinə yetirir.
Dövlət, xarici ticarətdə himayədarlıq siyasətini seç-məklə və gömrük
vergisini tənzimləməklə, bir sıra prob-lemlərin həll olunmasına təsir göstərir.
Müasir dövrdə vergi sistemi daha çevik tənzimlənir. Belə ki, dövlət
tənzimləmə orqanları vergi qanunvericiliyi-nin əsaslarını və strukturunu
saxlamaqla, vergi dərəcələrini seçmə yolu ilə, müvəqqəti olaraq aşağı salır,
dövlətin iqtisadi siyasətini həyata keçirən müəssisələr üçün vergiləri hətta ləğv
edirlər
KitabYurdu.az
170
Vergilər iki yerə bölünür: 1) Müstəqim(birbaşa) ver-gilər; 2) Dolayı
vergilər. Müstəqim vergilərə vətəndaşların gəlirlərindən və onlara məxsus olan
əmlakdan, korpora-siyaların (firmaların) mənfəətindən tutulan, habelə sosial
vergilər (məsələn, sosial sığorta ayırmaları), topraq vergisi və s. aiddir. Bunlar
konkret fiziki və ya hüquqi şəxslərdən tutulur və buna görə də müstəqim (birbaşa)
vergilər adlanır. Dolayı vergilərə isə əlavə dəyər vergisini, aksizləri, daşınmaz
əmlak və qiymətli kağızlarla aparılan sövdələşmələrə görə alınan vergiləri və s.
misal göstərmək olar.
Büdcənin gəlir mənbələrindən biri vətəndaşların gə-lirləri və onların
əmlakından tutulan vergilərdir. Bu vergi-nin obyekti əldə edilməsi mənbələrindən
asılı olmayaraq vətəndaşların şəxsi gəlirləridir (əmək haqqı, sahibkar gəliri, faiz,
dividend, renta, qələm haqqı və i.a.). Bu vergilər mütərəqqi vergi dərəcələri ilə
tutulur. Başqa sözlə, əvvəlcə vergiyə cəlb olunmayan minimum məbləğ
müəyyən edilir. Sonra qalan məbləğdən mütərəqqi dərəcə ilə, yaxud da həmin
məbləğ müxtəlif hissələrə bölünməklə, hər sonrakı hissədən daha mütərəqqi
dərəcələrlə vergi tutulur.
- Dövlət büdcəsinin gəlirləri əsas etibarılə müxtəlif mülkiyyət formasına
mənsub olan müəssisələrin mənfəətin-dən tutulan vergilər hesabına formalaşır.
Vahid vergi siyasə-tinə əsaslanan bu bölgü mexanizmi, müəssisələrin əldə etdikləri mənfəətin qanunla müəyyən olunmuş bir hissəsinin ver-gi şəklində dövlət
büdcəsinə yönəldilməsini nəzərdə tutur. Mənfəət vergisini hüquqi şəxs statusu
olan korporasiyalar (firmalar, müəssisələr) ödəyirlər. Lakin kiçik bizneslə məşğul olan bəzi firmalar üçün istisna halları nəzərdə tutulmuşTorpaq vergisi də vardır. Bu vergi torpaq mülkiy-yətçilərinin və ya
istifadəçilərinin təsərrüfat fəaliyyətlərinin nəticələrindən asılı olmayaraq torpaq
sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Vergitutma obyekti fiziki
şəxslərin və müəssisələrin mülkiyyətində və ya istifadəsində olan torpaq sahəsidir.
Büdcə gəlirləri içərisində sosial sığorta ayırmalarının da rolu artır.
Sosial sığorta ayırmaları həm ayrı-ayrı şəxslər, həm də müəssisələr tərəfindən
ödənilir. Bununla əlaqədar olaraq şəxsi əmlak sığortası və sosial sığortanı birbirindən fərqləndirmək lazımdır. Birinciyə tikintinin, əmlakın və s. icbari və ya
könüllü sığortası aiddir. Ikinciyə isə qanun-vericilikdə müəyyən olunmuş norma ilə
əmək haqqına görə hesablanan və istehsal xərclərinə daxil edilən, yaxud da
işçilərin əmək haqqından tutulan məbləğlər (məsələn, pen-siya fonduna
hesablamalar) nəzərdə tutulur.
Sosial sığorta ayırmaları məqsədli xarakter daşıyır, büdcədənkənar xüsusi
fondlara daxil olur və pensiya verilməsi, habelə yardım göstərilməsinə sərf edilir.
Dolayı vergilərin növlərindən biri aksizlərdir. Aksiz1 əmtəələrin satış və
göstərilən bəzi xidmət növlərinin tarif qiymətlərinə əlavə şəklində müəyyən edilir.
Bu verginin ödəyiciləri istehlakçılardır.
Aksiz sözün dar mənasında məhdud miqdarda əmtəələrin, bir qayda olaraq
kütləvi istehlak mallarının qiymətlərinə əlavə edilir. Geniş mənada isə dolayı
verginin iki növünü – satış vergisi və əlavə dəyər vergisini özündə birləşdirir.
KitabYurdu.az
171
Aksiz duzun satış qiymətinə əlavə şəklində qədim Romada meydana
gəlmişdir. XVII – XIX əsrlərdə isə əmtəə-pul münasibətlərinin genişlənməsi ilə
əlaqədar olaraq vergilərin başlıca növünə, Avropanın qabaqcıl ölkələrinin
əksəriyyətində dövlət gəlirlərinin əsas mənbələrindən birinə çevrilmişdir. Hazırda
geniş mənada başa düşülən aksiz, inkişaf etmiş ölkələrdə bütün vergi gəlirlərinin
təqribən 1/4-ni təşkil edir.
Aksizlər, cəlb olunma üsuluna görə iki yerə bölünür: 1) Fərdi (seçmə)
aksizlər; 2) Universal aksizlər.
Kapitalizmin inkişafının erkən çağlarında fərdi aksizlər geniş yaylmışdı. Bu,
başlıca olaraq duz, şəkər, kibrit, tütün, spirtli içkilərin qiymətlərinə əlavə
olunmuşdur. Imperializm mərhələsində seçmə aksizin şamil edildiyi əmtəələrin
siyahısı genişləndirilmiş və avtomobillərin, soyu-ducuların, ətriyyat mallarının
qiymətlərinə də daxil edil-mişdir. Son dövrlərdə bu vergi benzin, ağ neft, qaz,
habelə telefon xidmətləri, nəqliyyatda yükdaşınması, avia və dəmir yolu
biletlərinin qiymətlərinə də əlavə edilir. Hazırda Almaniyada 20, Yaponiyada isə
600-dən çox seçmə aksiz fəaliyyət göstərir.
Ikinci dünya müharibəsindən sonra inkişaf etmiş ölkələrin çoxunda seçmə
aksizə universal aksiz və ya döv-riyyə vergisi – müəssisələrin ümumi gəlirindən
faizlə alınan vergi əlavə edilmişdir. Hazırda dövriyyə vergisi demək olar ki, iki
ölkədə – ABŞ və Kanadada tətbiq edilir. Dövriyyə vergisi nəticə etibarilə
pərakəndə satış qiymətlərinin vasitəsilə istehlakçılar tərəfindən ödənilir. XX əsrin
60-cı illərində isə Qərbi Avropa ölkələrində dövriyyə vergisinin əvəzinə universal
aksizin yeni növü – əlavə dəyər vergisi tətbiq olunur. Verginin bu növünün dövriyyə vergisindən fərqi ondadır ki, o, əmtəələrin bütün dəyərindən deyil, istehsal və
satışdan ibarət olan ümumi zəncirin hər sonrakı mərhələsində əlavə dəyərdən
alınır. Başqa sözlə, vergiyə, şirkətlərin öz məhsullarını reallaşdırdıqdan sonra əldə
etdikləri pul və göstərdikləri xidmətlərə görə daxil olan məbləğlə, mal satanlardan
satın alınmış xammal, yarımfabrikat və xidmətlərə sərf olunan xərclər arasındakı
fərq kimi hesablanan əlavə dəyərə görə müəyyən edilir. Əlavə dəyər vergisi
təcrübədə aşağıdakı kimi hesablanır. Müəyyən edilmiş norma ilə satılmış məhsulların bütün dəyərinə görə vergi məbləği hesablanır, sonra bundan həmin
məhsulların istehsalına sərf olunan xammal, yanacaq, yarımfabrikat və xidmətlərin
dəyərinə görə hesablanan vergi çıxılır.
Əlavə dəyər vergisi bir qayda olaraq ayda bir dəfə ödənilir və vergi dərəcəsi
8-20% arasında tərəddüd edir. Almaniyada və Böyük Britaniyada sənayenin bütün
sahələri və xidmət növləri üçün vergi dərəcələri eynidir. Əlavə dəyər vergisi əsas
etibarilə pərakəndə satış qiymətlərinin tərkibində istehlakçılar tərəfindən
ödənilir.
Əlavə dəyər vergisindən müəssisələrin xarici iqtisadi fəaliyyətlərini
tənzimləmək üçün kifayət qədər səmərəli istifadə edilir. Bir çox ölkələrdə xaricə
mal ixrac edən müəs-sisələri stimullaşdırmaq məqsədilə onların ixrac etdikləri
məhsulların qiymətlərinə daxil edilmiş əlavə dəyər vergisi sonradan özlərinə
qaytarılır.
Ölkəmizdə araq-konyak və spirt qatılmış içkilər, şampan şərabı, pivə, nərə
və qızıl balıq kürüsü, təbii xəz və gön-dəri məmulatı, məişət kondisionerləri,
KitabYurdu.az
172
maşında toxun-muş xalçalar və xalça məmulatları, minik maşınları, müxtə-lif növ
siqaretlər və s. üzrə aksiz vergisi müəyyən edilmişdir.
Digər vergi növləri də (əmlak, yol, mədən, yerli) vardır. Əmlak vergisinin
obyekti fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan binalar, avtonəqliyyat,
su və hava nəqliyyatı vasitələri, yol vergisinin obyekti ölkənin ərazisinə daxil olan
xarici ölkələrin avtonəqliyyat vasitələri, mədən vergisinin obyekti isə yerin
təkindən çıxarılan faydalı qazıntılardar.
Yerli vergilər (bələdiyyə vergiləri) müvafiq qanunla müəyyən edilən,
bələdiyyələrin qərarlarına əsasən tətbiq olunan və onların ərazilərində ödənilən
vergilərdir. Bələdiy-yələr öz ərazilərində yerli vergitutma üzrə güzəştlər edə və
müəyyən hədlərdə vergi dərəcələrini dəyişdirə bilərlər.
Müəyyən olunmuş qaydalara görə bəzi vergilər mərkəzi, bəziləri isə
yerli büdcəyə daxil olur. Məsələn, aksizlər tamamilə yerli büdcəyə daxil olur,
korporasiyaların (firmaların) mənfəətindən tutulan vergilər isə mərkəzi və yerli
büdcə arasında müəyyən nisbətdə bölüşdürülür. Lazım gəldikdə yerli büdcə
mərkəzi büdcədən subsidiya alır.
Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə büd-cənin mədaxilinin 40%-i
şəxsi gəlirlərin, 10%-i korporasi-yaların mənfəətindən tutulan vergilərin, 30%-i
sosial vergi-lərin (ayırmaların), 10%-i əlavə dəyər, 5%-i gömrük, 5%-i isə digər
vergilər və vergi daxilolmalarının payına düşür.
Müstəqim vergiləri istehlakçılardan tutmaq mümkün deyildir. Onlardan
yalnız torpaq vergisini və digər daşınmaz əmlakdan alınan vergiləri tutmaq çətinlik
törətmir. Ona görə ki, bu vergilər icarə haqqı və mənzil kirayəsinə, kənd təsərrüfatı
məhsullarının qiymətlərinə daxil edilir.
Dolayı vergiləri isə əmtəə və xidmətlərin elastikliyi göstəricisindən asılı
olaraq son istehlakçılardan tutmaq mümkündür. Belə ki, tələbin elastikliyi aşağı
olduqda verginin çox hissəsini istehlakçıdan "çıxartmaq" mümkün olur. Tələbin
elastikliyi yüksək olduqda, dolayı vergilərin artırılması istehlakın, təklifin
elastikliyi yüksək olduqda isə bu, xalis mənfəətin azalmasına səbəb olur. Bu da öz
növ-bəsində sərmayə qoyuluşunun ixtisar olunmasına, kapitalın digər fəaliyyət
sahəsinə axıb getməsinə şərait yaradır. Vergilərlə bağlı bütün məsələlər dövlətin
qanunvericiliyi əsasında tənzimlənir.
3. Vergitutmanın prinsipləri, mexanizmi və tənzimlənməsi.
Vergitutmanın əsas prinsipləri aşağıdakılardır: 1) Vergilər haqqında
qanunvericilikdə vergitutmanın ümumi, bərabər, ədalətli olması təmin edilməli,
vergi iqtisadi cəhət-dən əsaslandırılmalıdır; 2) Vergi dərəcələri, vergi ödəyicilərinin imkanı, yəni gəlirləri nəzərə alınmaqla müəyyən edilməlidir. Başqa sözlə,
fiziki və hüquqi şəxslərin imkanları müxtəlif olduğuna görə onlar üçün vergi
dərəcələri də müx-təlif olmalıdır. Yüzilliklər ərzində gəlirlərdən və əmlakdan
mütərəqqi dərəcələrlə vergi tutulmasının zəruriliyi ideyası cəmiyyətin siyasi dairələrində geniş müzakirə obyekti olmuş, partiya proqramlarında, vergi qanunvericiliklərində öz əksini tapmışdır; 3) Gəlirlər vergitutmaya bir dəfə cəlb edilməlidir.
Bu prinsipin həyata keçirilməsinə inkişaf etmiş ölkələrdə dövriyyə vergisinin əlavə
KitabYurdu.az
173
dəyər vergisi (ƏDV) ilə əvəz edilməsini misal göstərmək olar. Daha əyani olsun
deyə, aşağıdakı misalı nəzərdən keçirək. Tutaq ki, firma dəmir filizi, qara metal
qırıntıları, koks, köhnəlmiş əsas kapitalın yeniləri ilə əvəz edilməsi üçün avadanlıqlar satın alır, çuğun istehsal edir və onu satır. O, satın aldığı məhsulların
dəyəri ilə satdığı əmtəənin dəyəri arasındakı fərqə görə ƏDV ödəyir. Başqa bir
zavod çuğunu satın alır, polad istehsal etmək üçün onu prokata çevirir. Deməli,
zavod satın aldığı çuğunun dəyəri ilə istehsal etdiyi prokatın dəyəri arasındakı
fərqə görə ƏDV ödəyir. Sonrakı mər-hələdə prokat, başqa bir məhsula, deyək ki,
maşın detalla-rına çevrilir və onların dəyəri arasındakı fərqə görə ƏDV ödənilir.
Buradan aydın olur ki, ƏDV dövriyyə vergisinə nisbətən müəyyən üstünlüklərə
malikdir; 4) Vergilər hökmən ödənilməlidir. Bunun üçün vergi sistemi elə
hazırlanmalıdır ki, vergilərin ödənilməsinin labüdlüyü, hansı qaydada, nə vaxt və
hansı məbləğdə ödənilməli olduğu haqqında vergi ödəyicilərində tam təsəvvür
olsun, heç bir şübhə yeri qalma-sın; 5) Vergi sistemi və onun ödənilməsi qaydası
ödəyicilər üçün olduqca sadə və aydın, yığılması isə vergi orqanları üçün iqtisadi
cəhətdən əlverişli olmalıdır; 6) Vergilər onun ödəyiciləri arasında mövcud olan
siyasi, ideoloji və digər xüsusiyyətlər əsas götürülməklə müəyyən olunmalı və ayrı
seçkiliyə yol verilməməlidir; 7) Vergi sistemi çevik və dəyi-şən ictimai-siyasi
tələbata asanlıqla uyğunlaşdırıla bilən olmalıdır; 8) Vergi sistemi, yaradılan ÜDMin yenidən bölgüsünü təmin etməli və dövlət tərəfindən həyata keçirilən iqtisadi
proqramlaşdırmanın ən səmərəli aləti olmalıdır.
Vergi ödəyicisi və vergitutma obyekti, vergitutma bazası, vergi dövrü,
vergi dərəcəsi, verginin hesablanmasının qaydası, verginin ödənilməsi qaydası
və müddəti müəyyən olunduqda vergi də müəyyən olunmuş hesab edilir.
Vergitutmanın aşağıdakı formaları vardır: 1) Bilava-sitə mənbədən (gəlir
və ya mənfəət əldə edilənədək) vergi tutulması; 2) Bəyannamə üzrə (verginin gəlir
və ya mənfəət əldə edildikdən sonra) vergi tutulması. Bunlara uyğun olaraq
vergitutma obyektləri gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar və s. ola
bilər.
Vergitutma bazası dedikdə vergitutma obyektinin vergi tutulan hissəsinin
kəmiyyət ifadəsi başa düşülür.
Vergilər müəyyən olunduqda, bir sıra güzəştlər də nəzərdə tutula bilər
Bu və ya digər vergi növünün ödənilməsi üçün vergi bazasının əsas
götürülən hissəsi vergi dərəcəsi (vergitutma norması) adlanır. Ən aşağı, ən yüksək
və orta vergi dərəcə-ləri bir-birindən fərqlənir
Vergiləri əmək haqqından tutmaq daha asandır, çünki vergi əmək
haqqı hesablanarkən tutulur və ondan yayınmaq mümkün deyildir
Ən böyük çətinlik özünü korporasiyalardan vergilə-rin alınmasında göstərir.
Çünki onlar istehsal xərclərini süni surətdə artırmaq, müxtəlif növ güzəştlər,
investisiya müka-fatları, dövlət orqanları tərəfindən icazə verilən müxtəlif fondlara
ayırmalar və s. hesabına özlərinin vergiyə cəlb olunan mənfəət məbləğlərini
azaltmağa çalışırlar. Vergi tutularkən torpağın və digər daşınmaz əmlakın
dəyərinin müəyyən olunmasında da problemlər meydana çıxır.
KitabYurdu.az
174
Sahibkarlıq fəaliyyətindən, rantyedən gələn, habelə azad peşə sahiblərinin
(həkimlər, vəkillər və s.) əldə etdikləri gəlirlərdən vergilərin alınmasında da
müəyyən çətinliklər
meydana çıxır. Bu gəlirlərdən vergilər ötən ilin yekunları nəzərə alınmaqla,
bütün cari il ərzində ödənilir və bir növ "avans" ödənişlərini xatırladır. Axırıncı
haqq-hesab isə ilin yekunlarına əsasən vergi deklarasiyası üzrə aparılır. Deməli,
əslində bu vergi ödəyiciləri verginin bir hissəsinin ödənilməsi üçün bir növ möhlət
əldə etmiş olur və onun kəmiyyətini azaltmaq imkanı qazanırlar. Bundan başqa,
sahibkarlıq fəaliyyətindən əldə edilən şəxsi gəlirlərdən, korporasiyaların
mənfəətindən və daşınmaz əmlakdan ödənilən vergilərin düzgünlüyünün
yoxlanılması çoxsaylı maliyyə müfəttişləri ştatlarının, bəzi ölkələrdə isə hətta
maliyyə polisinin saxlanmasını tələb edir.
Vergilərin tənzimlənməsi də böyük əhəmiyyət kəsb edir. Vergilərin
tənzimlənməsi dedikdə fiziki və hüquqi şəxslərin vergilərin azaldılması üçün
qüvvədə olan qanun-vericilik çərçivəsində öz hüquqlarından istifadə etmələri
nəzərdə tutulur. Bunun əsasını qanunla icazə verilən bütün güzəşt və imkanlardan
tam istifadə edilməsi təşkil edir.
Təsərrüfat subyektlərinin özlərinin maddi mənafelə-rini müdafiə etmək
hüquqları bazar iqtisadiyyatının mahiy-yətindən və bu sahədə inkişaf etmiş
ölkələrin təcrübəsindən irəli gəlir. 1935-ci ildə hakim C.Sanderlend ABŞ-ın Ali
Məhkəməsi adından belə bir bəyanət vermişdir ki, vergi ödəyicilərinin vergiləri
qanunla icazə verilən vasitələrlə azaltmaq hüququ heç bir mübahisə doğura bilməz.
Vergilərin tənzimlənməsi ilə vergidən boyun qaçırıl-masını eyniləşdirmək
olmaz. Vergidən boyun qaçırmaq o deməkdir ki, ayrı-ayrı şəxslər və ya şirkətlər
vergi güzəştlə-rindən qeyri-qanuni istifadə etməyə, vergini qəsdən ödəmə-məyə
cəhd göstərirlər.
Müasir dövrdə vergilərin tənzimlənməsində aşağıdakı istiqamətlər
özünü göstərir:
Birinci istiqamət – hüquqi şəxslərin vergitutmanın ən optimal təşkilatihüquqi formalarını seçmələri. Bütün dün-yada qeyri-məhdud məsuliyyətli şirkətlər
məhdud məsuliy-yətli şirkətlərə isbətən az vergi ödəyirlər. Bundan başqa, bəzi
ölkələrdə vergi güzəştləri hər hansı bir firmanın digər firmaların kapitalında
iştirakına görə əldə etdiyi dividendə şamil edilir ki, bu da firmaların formal olaraq
birləşmələri və maliyyə qrupları yaratmaları üçün stimul hazırlayır.
Ikinci istiqamət–vergitutmanın səviyyəsi nöqteyi-nə-zərindən firmaların
yerləşdirilməsi, yaxud da qeydiyyatdan keçirilməsi üçün yerin seçilməsi. Bir çox
ölkələrdə ayrı-ayrı əyalətlər, ştatlar, vilayətlər üçün daimi vergi güzəştləri mövcuddur. Dövlət bunlardan iqtisadiyyatın tənzimlənməsi aləti kimi istifadə edir. Bu
güzəştlər regional uyğunsuzluqları aradan qaldırmaq məqsədini güdür. Bütün
dünyada müxtəlif növ sərbəst iqtisadi zonalar inkişaf etməkdədir. Bunun
başlıca səbəblərindən biri həmin ərazilərdə xarici və yerli firmalar üçün vergi güzəştlərinin müəyyən edilməsidir.
Üçüncü istiqamət–firmaların istehsal, kommersiya və maliyyə fəaliyyətləri
ilə əlaqədar qüvvədə olan vergi güzəşt-lərinin təhlili və onlardan istifadə edilməsi.
Bununla əlaqə-dar olaraq şirkətlərin maliyyə mütəxəssisləri vergilərin sti-
KitabYurdu.az
175
mullaşdırılması sahəsində baş verən dəyişiklikləri çox yaxşı bilməli və onları daim
izləməlidir. Ona görə ki, əsas kapita-lın amortizasiyasının hesablanmasında çox
sürətli dəyişik-liklər baş verir; amortizasiya normaları, "gizli" ehtiyatların
reallaşdırılması və yeni texnologiyadan istifadə üçün müka-fatlandırma, gənclərin
istehsalat təlimi qaydaları sürətlə dəyişir.
Dördüncü istiqamət – mənfəətdən və sərbəst kapital-dan ən əlverişli
şərtlərlə istifadə edilməsi, investisiya siya-sətinin seçilməsi. Bu, əlavə vergi
güzəştləri əldə edilməsi, hətta əvvəllərdə ödənilmiş vergilərin bir hissəsinin geri
qay-tarılmasını təmin edə bilər.
Dövlətin iqtisadi siyasətində investisiya mükafatları, dotasiyalar, ETTKI-nin
maliyyələşdirilməsi, ixtisasın artırıl-ması, sosial və ekoloji tədbirlər üzrə güzəştlərə
geniş yer verilir. Bu güzəştlər əsas etibarilə sahələr, regionlar üzrə çox vacib və
orta müddətli ümummilli dövlət proqramlarında nəzərdə tutulur. Əgər şirkətlərin
investiya siyasəti dövlət proqramlarının məqsəd və şərtlərinə uyğun gəlirsə, onlar
vergilərin azaldılmasına ümid bəsləyə bilərlər. Məsələn, XX əsrin 80-ci illərinin
axırlarında Hollandiyada firmalar dövlə-tin orta müddətli proqramına uyğun olaraq
kapital qoyar-kən onlara, sərf olunan investisiyanın 25-30%-i qədər vergi
güzəştləri edilmişdir. Braziliyada bu güzəştlər kapital qoyu-luşunun 1/3-ni təşkil
edir. Vergilərin tənzimlənməsi istiqa-mətləri dəyişməz deyildir. Konkret şəraitdən
asılı olaraq onların tənzimlənməsində müəyyən dəyişikliklər edilə bilər və edilir.
4. Vergitutmanın beynəlxalq aspektləri.
Vergi sisteminin seçilməsi və dəyişdirilməsi, vergi dərəcələri və güzəştlərin
müəyyən edilməsi ayrı-ayrı ölkələ-rin qanunverici və icraedici orqanlarının
səlahiyyətlərinə daxildir. Lakin müxtəlif ölkələrin hökumət orqanları vergi siyasəti
sahəsində öz aralarında fəal əməkdaşlıq edirlər. Bunu zəruri edən əsas şərtlər
ölkələr arasında ikitərəfli və çoxtərəfli təsərrüfat əlaqələrinin intensivləşməsi,
iqtisadi inteqrasiyanın inkişaf etməsi və bununla da dünya bazar-larında bərabər
rəqabət şəraitinin yaradılması və s.-dir.
Ayrı-ayrı ölkələrdə istehsal olunan əmtəə və xidmət-lərin rəqabət
qabiliyyətinin, onların kapital ixracı imkanla-rının artırılması təkcə bütövlükdə
milli iqtisadiyyatın səmə-rəliliyindən deyil, həm də milli firmaların xarici iqtisadi
fəa-liyyətdə üzləşdikləri çətinliklərdən asılıdır.
Ümumdünya ticarət təşkilatı (ÜTT) məhsul ixracının stimullaşdırılması
üçün vergi güzəştlərini məhdudlaşdırır. Belə ki, ÜTT-nin üzvü olan ölkələr
ixrac üçün istehsal olunan məhsulları müstəqim (birbaşa) vergilərdən azad edə
bilməzlər. Odur ki, onlar ixrac olunan məhsullar üçün subsidiyalar ayırmaq
məqsədi ilə başqa alternativlər axtarıb tapmalıdırlar. Bəzi ölkələrdə vergi güzəştləri
məhsulların ixrac üçün istehsal olunub-olunmamasından asılı olmayaraq bü-tün
istehsalçılara şamil edilir. Məsələn, Böyük Britaniyada inflyasiya baş verdikdə
dəyən zərəri azaltmaq və ixrac olu-nan məhsulların rəqabət qabiliyyətini artırmaq
məqsədilə yaradılan maddi dövriyyə vəsaitləri ehtiyatlarına qiymət verərkən bütün
istehsalçılara xüsusi güzəştlər nəzərdə tutulur.
KitabYurdu.az
176
Beynəlxalq iqtisadi münasibətlərə əlavə dəyər vergisi də təsir göstərir.
Məlum olduğu kimi, ƏDV bir qayda olaraq ixrac olunan məhsullara şamil edilmir.
Lakin harada istehsal edilməsindən, başqa sözlə, hansı ölkənin məhsulu
olmasından asılı olmayaraq bu və ya digər ölkənin daxili bazarında reallaşdırılan
bütün əmtəə və xidmətlərin qiymətlərinə əlavə dəyər vergisi daxil edilir. Ona görə
də ƏDV, ixrac olunmaq üçün məhsul istehsalının stimullaşdırıl-masına səbəb
olduğu halda, məhsulların idxal edilməsinə əngəl törədir, çünki ƏDV dolayı
vergidir və ÜTT-nin məh-dudiyyətləri ilə üzləşmir.
Inkişaf etmiş ölkələrin hamısında demək olar ki, on-ların ərazisində əldə
edilən bütün gəlirlərdən vergi tutulur. Bir sıra ölkələrdə – məsələn, ABŞ, Kanada,
Yaponiya, Böyük Britaniya, Rusiya və i.a., - onların xaricdə fəaliyyət gös-tərən
fiziki və hüquqi şəxslərinin əldə etdikləri gəlirlər də vergiyə cəlb edilir. Bu isə o
deməkdir ki, fiziki və hüquqi şəxslərin əldə etdikləri gəlirlər ikiqat vergiyə
cəlb oluna bilər.
Müxtəlif inteqrasiya qruplaşmalarına daxil olan öl-kələrdə vergi
sistemlərinin bir-birinə yaxınlaşması meyli özünü göstərir. Bunu Avropa Ittifaqına
daxil olan ölkələrin timsalında daha aydın görmək olar. Belə ki, perspektivdə,
Avropa Ittifaqına daxil olan ölkələrdə ümumi vergi dərə-cələrinin müəyyən
edilməsi, ikiqat vergitutmanın aradan qaldırılması və s. nəzərdə tutulmuşdur.
Bundan başqa, artıq indi bu ölkələr ƏDV-nin vahid dərəcəsi (15%) və vahid
minimum aksiz rüsumu haqqında razılıq əldə etmişlər. Bu ölkələrdə buraxılan
istiqrazlar üçün milli vergilər bir-birinə yaxınlaşmış (1-2% təşkil edir) və qiymətli
kağızlar üzrə rüsumlar ləğv edilmişdir.
Mövzu 19. Kredit sistemi və banklar( 2 saat).
Plan
1. Kreditin mahiyyəti, prinsipləri və növləri.
2. Banklar və onların növləri. Bank əməliyyatları.
3. Dövlətin kredit siyasəti.
1. Kreditin mahiyyəti, prinsipləri və növləri.
Çox mühüm iqtisadi kateqoriya olan və ssuda, borc mənasını verən kredit
sözü latınca "Creditum" və etibar edirəm, inanıram mənasını verən "Credo"
sözlərindən əmələ gəlmişdir. Borc verilən pul, yaxud da əmtəənin müqabilində faiz
ödənilir.
KitabYurdu.az
177
Kredit münasibətləri dedikdə borc (ssuda) fondunun əmələ gəlməsi və həmin
vəsaitdən müəyyən müddətə, qayta-rılmaq və faiz ödənilmək şərtilə hüquqi və
fiziki şəxslərə borc verilməsi ilə bağlı meydana çıxan münasibətləri ifadə edən
iqtisadi əlaqələr nəzərdə tutulur. Buradan aydın olur ki, kreditin verilməsi
aşağıdakı prinsiplərə əsaslanır. Kredit qaytarılma şərtləri konkretləşdirilməklə:
1) Müddətli; 2) Məqsədli; 3) Təminatlı və 4) Faizli olmalıdır.
Kredit, pul vəsaiti fondlarının–borc kapitalının–hə-rəkətinin xüsusi
formasıdır. Borc kapitalı müəyyən faiz mü-qabilində və qaytarılmaq şərtilə verilən
pul vəsaitidir. Borc kapitalının əsas mənbələri aşağıdakılardır: a) Kapitalın
döv-ranı prosesində, iqtisadi vahidlərin sərbəstləşmiş pul vəsait-ləri; b) Xüsusi pul
fondları şəklində mövcud olan pul ehti-yatları; c) Əhalinin bütün təbəqələrinin pul
gəlirləri və əmanətləri; q) Dövlətin pul ehtiyatları; d) Tədavüldə nəqd pul kütləsinin artırılmasına olan tələbatla əlaqədar həyata keçi-rilən pul emissiyası.
Bazar iqtisadiyyatı şəraitində kredit aşağıdakı vəzifə-ləri yerinə yetirir:
1) Müvəqqəti sərbəstləşən pul vəsaitini sə-fərbərliyə alır; 2) Sonradan qaytarılmaq
şərtilə pul vəsaitini yenidən böüşdürür; 3) Tədavüldə istifadə olunmaq üçün kre-dit
pullarını (banknotları və xəzinə biletlərini) "yaradır" və kredit əməliyyatlarını
həyata keçirir; 4) Ümumi pul tədavülünü tənzimləyir.
Kreditin bölgü funksiyası özünün həm pul vəsaitləri-nin səfərbərliyə
alınmasında, həm də onların yerləşdirilmə-sində göstərir. Kreditin emissiya
funksiyası onda təzahür edir ki, kreditləşdirmə prosesində ödəniş üçün vəsait yaranır. Kreditin nəzarətetmə funksiyası isə özünü borclu və kreditorların fəaliyyəti
üzərində aparılan müşahidə prosesində, müştərilərin ödəmə qabiliyyətlərinin
qiymətləndiril-məsində, kreditləşdirmə prinsiplərinə əməl olunması üzərin-də
nəzarətin həyata keçirilməsində göstərir.
Kredit, qaytarılma müddətinə görə iki yerə bölünür: 1) Qısa müddətli
kredit; 2) Uzun müddətli kredit.
Qısa müddətli kredit adətən xammal, material, yana-caq və s. satın almaq
məqsədilə bir il müddətinə verilir və deməli, dövriyyə kapitalının (dövriyyə
vəsaitlərinin) dövra-nına xidmət edir. Uzun müddətli kredit isə bir ildən çox
müddətə, əsas kapitalın (binalar, maşınlar, avadanlıqlar və s.) bərpa olunması və
yeniləşdirilməsi üçün verilir.
Qısa müddətli kredit aşağıdakı kimi təsnifləşdirilir:
1) Kreditləşdirilən obyektlərin iqtisadi xarakterinə görə:
a) Əmtəə material qiymətlilərinin (xammal və əsas materiallar, ehtiyatlar, bitməmiş istehsal)
satın alınması, ha-belə, müvəqqəti ehtiyacların ödənilməsi üçün ehtiyat yaradılması məqsədilə verilən kredit; b) Xərclərin ödənilməsi (mövsümi istehsalatlar,
yeni istehsalatların hazırlanması və s.) üçün verilən kredit; c) hazır məhsulların
yüklənməsi, ak-kreditivlərin açılması və s. əlaqədar olaraq hesablaşmaq üçün
verilən kredit; q) Yüklənmiş hazır məhsulların dəyəri-nin ödənilməsi üçün vəsait
vaxtında ödənilmədikdə verilən tədiyə krediti; d) Sərbəst pul vəsaiti olmadıqda
müvəqqəti tələbatın ödənilməsi üçün verilən birdəfəlik kredit;
2) Ödənilmə müddətlərinə görə: a) Müddətli kredit; b) Vaxtı uzadılmış
kredit; c) Vaxtı keçmiş kredit;
KitabYurdu.az
178
3) Ödənilmə mənbələrinə görə: a) Borclunun vəsaiti hesabına ödənilən
kredit; b) Qrant vəsaiti hesabına ödənilən kredit;
4) Təminolunma prinsiplərinə görə: a) Birbaşa tə-minolunma ilə verilən
kredit; b) Dolayısı ilə təminolunma ilə verilən kredit; c) Təminat tələb olunmayan
kredit (blank krediti).
Kreditin aşağıdakı formaları vardır: kommersiya, bank, istehlak, ipoteka,
banklararası, təsərrüfatlararası, dövlət və beynəlxalq kreditlər. Onlar bir-birindən
istifa-dəçilərin tərkibinə, borc verilən obyektlərə, faiz dərəcələrinə və fəaliyyət
dairələrinə görə fərqlənirlər.
Kommersiya krediti fəaliyyətdə olan sahibkarların əmtəə formasında birbirilərinə verdikləri kreditdir. Bu kre-ditin əsas məqsədi əmtəələrin reallaşdırılması
prosesini sürətləndirməkdir. Kommersiya kreditində alıcı və satıcı arasında vasitəçi
rolunu veksel oynayır. Veksel əmtəəni borc alan sahibkarın onu borc verən
sahibkara nəzərdə tutulan müddətdə müəyyən məbləğdə pulu ödəməsinə dair
xüsusi borc təəhhüdüdür. Verksel sadə və köçürmə ola bilər. Borclu ödəməli
olduğu məbləği birbaşa kreditora verdikdə veksel sadə, göstərilən məbləğ ödənilmək üçün üçüncü şəxsə verildikdə isə köçürmə olur. Deməli, sahibkarlar veksel
vasitəsilə öz aralarında hesablaşma apara bilirlər. Vekselin bir şəxsdən digərinə
verilməsi onun üzərində "ötürücü qeyd" edilməsilə rəsmiləşdirilir və buna iqtisadi
ədəbiyyatda "indossament" deyilir. Kommersiya krediti üzrə faiz dərə-cəsi bank
krediti üzrə faiz dərəcəsindən aşağı olur.
Lakin aşağıdakı səbəblərə görə kommersiya krediti məhdud xarakter daşıyır:
1) Kreditor borcu özünün əmtəə ehtiyatlarından və məhdud miqdarda verə bilər;
Bu o deməkdir ki, məsələn, qənnadı firmasının sahibi neft səna-yesinin sahibinə
kredit verə bilməz; 2) Bəzi hallar, məsələn istehsalın yeniləşdirilməsi və
kreditləşdirilməsinə zərurət olduğu məqamlar nəzərə alınmazsa, kommersiya
krediti bir qayda olaraq qısa müddətə verilir; 3) Kommersiya kreditin-dən bir sıra
cari ehtiyacların ödənilməsi üçün istifadə edilə bilməz.
Bütün bunlar kreditin digər növünü – bank kreditini zəruri edir. Bank
krediti banklar və başqa kredit – maliyyə təsisatları tərəfindən pul formasında
hüquqi şəxslərə, əha-liyə, dövlətə, xarici müştərilərə verilir. Bank krediti kommersiya kreditinə nisbətən bir sıra üstünlüklərə malikdir. Bu, özünü onda göstərir
ki, o kommersiya krediti kimi məhdud xarakter daşımır, istənilən hüquqi və ya
fiziki şəxsə, həm də daha uzun müddətə verilə bilər. Buradan da belə bir nəticə
çıxarmaq olar ki, bank krediti istehsalın miqyasının genişləndirilməsi, əsas
kapitalın təzələnməsi, yeni iri və tex-niki cəhətdən təchiz olunmuş müəssisələrin
inşa olunması-nın güclü amilidir.
Istehlak krediti istehlak mallarını möhlətlə satın al-maq, yaxud da
göstərilən xidmətlərin haqqını ödəmək üçün ticarət, bank və başqa maliyyə
təsisatları tərəfindən verilir. Bu kredit qısa və orta müddətli olur. Əsas etibarilə
əhalinin uzunmüddətli istifadəsi üçün nəzərdə tutulan şeylərə – avtomobil, ev, bağ
evi, mebel, məişət texnikası və i.a. – olan tələbini stimullaşdırır.
Ipoteka krediti daşınmaz əmlakın girov qoyulması müqabilində verilir. O,
torpağın və tikililərin satın alınması, yaxud da inşa edilməsi üçün verilir və uzun
müddətli olur. Ipoteka krediti kreditor üçün ən "etibarlı" kreditlərdən hesab edilir.
KitabYurdu.az
179
Banklararası kredit dedikdə, bankların bir-birilərinə verdikləri kredit
nəzərdə tutulur. Təsərrüfatlararası kredit kommersiya kreditinə bənzəyir, lakin pul
formasında həya-ta keçirilir.
Dövlət krediti iki yerə bölünür: 1) Məxsusi dövlət krediti; 2) Dövlət borcu.
Birinci halda dövlətin kredit təsi-satları iqtisadiyyatın müxtəlif bölmələrini
kreditləşdirirlər. Ikinci halda isə dövlət debitor, fiziki şəxslər kreditor olurlar.
Başqa sözlə, dövlət öz xərclərini ödəmək, birinci növbədə büdcə kəsirini aradan
qaldırmaq üçün qiymətli kağızlar buraxır, onları maliyyə bazarında yerləşdirir.
Buna dövlətin daxili borcu deyilir.
Beynəlxalq kredit dövlətin özü, bankları və xüsusi şəxslər tərəfindən digər
ölkələrə verilən kreditdir. Beynəl-xalq maliyyə təşkilatları da kredit verirlər.
Beynəlxalq kreditin iki forması vardır: 1) Kommersiya krediti; 2) Bank krediti.
Beynəlxalq kredit təyinatına görə də iki yerə bölünür: 1) Məhsuldar kredit; 2)
Qeyri-məhsuldar kredit. Kreditdən birinci halda təsərrüfat ehtiyacları üçün
maşınlar, avadanlıqlar, xammal və materiallar satın almaq, ikinci hal-da isə qeyriməhsuldar məqsədlər, məsələn, müharibəyə hazırlaşmaq məqsədilə iqtisadiyyatı
hərbiləşdirmək üçün istifadə edilir.
Beynəlxalq kredit müddətinə görə qısa (bir ilədək), orta (bir ildən beş ilədək)
və uzun müddətli (beş ildən çox) ola bilər. Pul formasında beynəlxalq kreditə
dövlətin xarici borcu deyilir. Beynəlxalq kreditdən əksəriyyət hallarda satış
bazarlarını, xammal mənbələrini və nüfuz dairələrini ələ keçirmək üçün istifadə
olunur. Inkişaf etmiş ölkələr beynəl-xalq krediti həm də müəyyən şərtlərlə verirlər.
Bu şərtlərə kreditdən hansı məqsəd üçün istifadə edilməsi, əmtəələrin hansı
hissəsinin borc verən ölkədən satın alınmasına yönəl-dilməsi və s. aiddir.
Beləliklə, kredit–cəmiyyətin sosial-iqtisadi inkişafın-da böyük rol oynayır və
bazar iqtisadiyyatının ayrılmaz tər-kib hissəsidir.
Kreditin mahiyyəti və vəzifələri kredit sistemi vasitə-silə reallaşdırılır.
Kredit sistemi isə iki cəhətdən nəzərdən keçirilir: 1) Funksional cəhətdən; 2)
Təsisat cəhətdən.
Kredit sisteminə funksional cəhətdən yanaşdıqda kredit münasibətlərinin,
kreditləşdirmənin forma və metod-larının toplusu nəzərdə tutulur. Bu zaman kredit
sisteminin bank, kommersiya, istehlak, dövlət və beynəlxalq kreditdən ibarət
olduğu təsəvvür edilir.
Kredit sisteminə təsisat cəhətdən yanaşdıqda, kredit-ləşdirmənin əsas
prinsiplərinə uyğun olaraq pul vəsaitlərini formalaşdıran, yaxud da onu cəlb edən
və borc verən kredit təsisatlarının toplusu nəzərdə tutulur.
Kredit təsisatı mənfəət götürmək məqsədilə aşağıdakı bank əməliyyatlarının hamısını, yaxud da onların bir hissəsini yerinə yetirə bilən hüquqi şəxs
deməkdir: 1) Fiziki və hüquqi şəxslərin pul vəsaitlərini əmanət qoyuluşu kimi cəlb
etmək (fiziki şəxslərin pul vəsaitini fəaliyyət göstərdiyi müddət bir ildən çox olan
təşkilatlar cəlb edə bilərlər); 2) Bu vəsaitləri öz adına olan hesablarda
yerləşdirmək; 3) Hüquqi və fiziki şəxslərin bank hesablarını açmaq və aparmaq; 4)
Hesab sahiblərinin tapşırığı ilə hesablaşmaları həyata keçir-mək; 5) Pul sənədlərini
KitabYurdu.az
180
inkasso1 etmək, kassa xidməti gös-tərmək; 6) Xarici valyutaları satın almaq və
satmaq; 7) Qiy-mətli metalları cəlb etmək və yerləşdirmək; 8) Zəmanət vermək.
Kredit təşkilatları olan banklar ilk üç əməliyyatı, qeyri-bank təşkilatları isə
yalnız ayrı-ayrı əməliyyatları yerinə yetirə bilərlər. Kredit təşkilatları, həmçinin
müxtəlif növ sövdələşmələri–faktorinq və lizinq əməliyyatlarını–yeri-nə yetirə,
məsləhət və seyfləri icarəyə verə, istehsal, sığorta və ticarət fəaliyyətindən başqa,
digər fəaliyyət növləri ilə də məşğul ola bilərlər.
Mənfəət götürmək məqsədi güdülməyən birgə vəzifə-lərin həll edilməsi
üçün kredit təşkilatları ittifaqlar və asso-siasiyalar, bank əməliyyatlarını birgə
aparmaq üçün isə qruplar və holdinqlər yarada bilərlər. Kredit təşkilatları öz
fəaliyyətlərini qüvvədə olan qanunvericilik, özlərinin nizam-namələri və alınmış
lisenziya əsasında həyata keçirir, müəyyən edilmiş səviyyədən az olmamaqla
özlərinin nizamnamə kapitallarını formalaşdırırlar.
Ayrı-ayrı ölkələrin kredit sistemlərində müxtəliflik olsa da, onların ümumi
cəhətləri də vardır. Bu, ondan iba-rətdir ki, onların hamısında kredit sistemi bank
sistemin-dən, habelə müvəqqəti sərbəstləşən pul vəsaitlərini səfərbər-liyə ala və
onları müddətli, faizli və qaytarılmaq şərtilə yer-ləşdirə bilən qeyri-bank
təsisatlarından ibarətdir. Beynəl-xalq təcrübədə qeyri-bank kredit-maliyyə
müəssisələrinə investisiya fondları, maliyyə və sığorta şirkətləri, qeyri-dövlət
pensiya fondları, əmanət kassaları, lombardlar daxil edilir. Bu təsisatlar forma
cəhətdən bank olmasalar da, bir çox bank əməliyyatlarını yerinə yetirir və
banklarla rəqabət aparırlar. Lakin bunlara baxmayaraq, dövlətin kredit siste-minin
əsasını bank sistemi təşkil edir.
2. Banklar və onların növləri. Bank əməliyyatları.
Kredit sisteminin mərkəzində banklar dururlar. On-ların yerinə yetirdikləri
vəzifələrin kökləri qədim dövrlərə– Qədim Babilistan, Misir, Yunanıstan və Roma
imperiyası–gedib çıxır. Müasir bankların ilk varisləri Florensiya və Venesiyada
(1587-ci il) meydana gəlmişdir. O dövrdə bank-ların əsas vəzifələri pul vəsaitlərini
əmanətə qəbul etməkdən və nəqd olmayan hesablaşmaları aparmaqdan ibarət
olmuş-dur. Sonralar bu prinsip nəzərə alınmaqla Amsterdamda (1605-ci il) və
Hamburqda (1618-ci il) bank yaradılmışdır.
Ayrı–ayrı ölkələrdə maliyyə–kredit təsisatları mər-kəzi banklara,
kommersiya banklarına və ixtisaslaşdırılmış kredit təşkilatlarına bölünür.
Mərkəzi banklar banknot buraxılmasını həyata keçi-rir və dövlət müəssisəsi
hesab olunurlar. ABŞ-da mərkəzi bank (federal ehtiyat sistemi) qarışıq
mülkiyyətdədir.
Kommersiya bankları sənaye, ticarət və digər müəs-sisələrin
kreditləşdirilməsi ilə əlaqədar əməliyyatları həyata keçirən xüsusi və dövlətə
məxsus olan banklardır. Onların əsas vəsait mənbəyi əmanət şəklində qəbul
etdikləri pul ka-pitalıdır. "Kommersiya bankları" termininin meydana gəl-məsi
KitabYurdu.az
181
XVII əsrdə onların ticarətə və yeni meydana gəlməkdə olan sənayeyə xidmət
etməyə başlamaları ilə əlaqədardır.
Xüsusi kredit təsisatları müxtəlif növ kreditlər veril-məsi sahəsində
ixtisaslaşdırılmış bank və qeyri-bank təşki-latlarından ibarətdir. Məsələn, xarici
ticarət bankları əmtəə-lərin idxal-ixracının kreditləşdirilməsi, ipoteka bankları və
şirkətləri daşınmaz əmlak müqabilində uzunmüddətli kredit verilməsi sahəsində
ixtisaslaşmışlar.
Bundan başqa, valyuta və pul - kredit münasibətlə-rini tənzimləmək
məqsədilə dövlətlərarası razılaşma əsasın-da beynəlxalq banklar–Beynəlxalq
yenidənqurma və inki-şaf bankı (Dünya Bankı) və onun filialları–Beynəlxalq Inkişaf Assosiasiyası və Beynəlxalq Maliyyə Korporasiyası, Beynəlxalq
Hesablaşmalar Bankı, Regional Beynəlxalq Inkişaf Bankı, o cümlədən Avropa
Yenidənqurma və Inki-şaf Bankı, Asiya Inkişaf Bankı, Islam Inkişaf Bankı və başqa banklar yaradılmışdır. Azərbaycan Respublikası bunla-rın hamısının tam
hüquqlu üzvüdür.
Mərkəzi bank aşağıdakı vəzifələri yerinə yetirir:
1) Ölkənin emissiya mərkəzidir. Bu, mərkəzi bankın ən qədim və başlıca
vəzifələrindən biridir. Müasir şəraitdə dövriyyədə nəqd pul kütləsinin olması bir o
qədər böyük əhəmiyyət kəsb etməsə də, mərkəzi bankın ölkənin emissiya mərkəzi
olması öz əhəmiyyətini yenə də saxlayır. Çünki hələ də ödəmələr və kredit sistemi
üçün nəqd pullar lazımdır.
2) Kommersiya bankları üçün kassa ehtiyatlarının səfərbərliyə alınması və
saxlanılması vəzifəsini yerinə yetirir. Bu, o deməkdir ki, milli kredit sisteminin
üzvü olan hər bir bank mərkəzi bankda olan ehtiyat hesabındakı əmanətlərin həcmi
nəzərə alınmaqla müəyyən edilmiş normada vəsait saxlamağa borcludur. Ehtiyat
normalarının dəyişdirilməsi pul-kredit siyasətinin əsas metodlarından biridir.
Mərkəzi bank həm də ənənəyə görə ölkənin malik olduğu rəsmi qızıl-valyuta
ehtiyatlarını saxlayır.
Kommersiya banklarının vəzifələri isə bunlardır: müddətsiz depozitləri
qəbul edir, (cari hesabları aparır), ona ünvanlanmış çeklərin dəyərini ödəyir,
sahibkarlara kredit verir. Kommersiya banklarını bir çox hallarda "maliyyə
univermaqları" və ya supermarket kredit təsisatları da ad-landırırlar. Çünki bu
kredit təşkilatları da milli iqtisadiyyat miqyasında hesablaşmaları həyata keçirir və
pul tədavülünü təşkil edirlər. Onların apardıqları əməliyyatlar əsasında kre-dit
pulları (çeklər, bank vekselləri) meydana çıxır.
XX əsrin 80-90-cı illərində ayrı-ayrı ölkələrdə kom-mersiya banklarının
sığorta biznesinə fəal müdaxilə etməsi prosesi başlamışdır. Bunun nəticəsində
kommersiya bankla-rının göstərdikləri xidmət dairəsi daha da genişlənmişdir.
Onların universallaşdırılması prosesinin yaxın gələcəkdə davam edəcəyi istisna
deyildir.
Ixtisaslaşdırılmış kredit təşkilatları (maliyyə-kredit təsisatları) XIX əsrdə
meydana gəlmişlər. Lakin onlar uzun müddət pul-kredit dairəsində kommersiya
bankları ilə ayaq-laşa bilməmişlər. Buna baxmayaraq, ikinci dünya müharibəsindən sonra bazar iqtisadiyyatının inkişaf etmiş olduğu ölkələrdə onların rolu
kəskin surətdə artmışdır.
Bu, bir tə-rəfdən onların yerinə yetirdikləri
KitabYurdu.az
182
əməliyyatların artması, di-gər tərəfdən isə kommersiya banklarının fəaliyyət
dairəsinə nüfuz etmələri ilə əlaqədardır. Buna pensiya fondlarını misal göstərmək
olar. Son onilliklərdə bu fondlarda olan vəsait çox sürətdə artmış və Qərbdə onlar
qiymətli kağız-ların ən iri alıcılarından birinə çevrilmişlər.
Investisiya bankları emissiya – təsisetmə fəaliyyəti ilə məşğul olurlar.
Başqa sözlə, fond bazarlarında yerləşdirmək üçün qiymətli kağızların buraxılması
əməliyyatlarını yerinə yetirir və gəlir əldə edirlər. Onların depozitə qəbul etmək və
özlərinin xüsusi səhmlərinin satışı, yaxud da kommersiya banklarının krediti
hesabına kapital cəlb etmək səlahiy-yətləri yoxdur. Onlar öz kapitallarından
müxtəlif sahələrə uzunmüddətli kredit vermək üçün istifadə edirlər.
Kredit sistemində başlıca yerlərdən birini də kiçik əmanətləri qəbul edən
geniş əmanət müəssisələri qrupu tu-tur. Əmanət müəssisələrinin müxtəlif növləri
vardır. Bunlara əmanət bankları və kassalarını, qarışıq əmanət banklarını (ABŞ-da
kooperativ bank müəssisələrinin müxtəlif növləri), məxfi-əmanət banklarını
(Böyük Britaniya), borc-əmanət banklarını (ABŞ), kredit ittifaqlarını və
assosiasiyalarını və s. misal göstərmək olar.
Sığorta şirkətləri üçün vəsaiti səfərbərliyə almağın spesifik formaları–sığorta
vəsiqələrinin satışı–səciyyəvidir. Onlar əldə etdikləri vəsaitə digər şirkətlərin
istiqrazlarını və səhmlərini, dövlətin buraxdığı qiymətli kağızları satın alır,
müəssisələrə və dövlətə uzunmüddətli kredit verirlər.
Pensiya fondları özlərinin təşkili və idarə edilməsinə, aktivlərin quruluşuna
görə fərqlənirlər. Məsələn, sığorta şirkətləri tərəfindən idarə olunan sığortalanmış
müəssisələr, yaxud da onların razılığı ilə banklar tərəfindən idarə edilən
sığortalanmış fondlar vardır.
Investisiya şirkətləri öz öhdəliklərini (səhmlərini) xır-da sahibkarlar arasında
yayır və bu vəsaitdən müxtəlif sahə-lərin qiymətli kağızlarının satın alınması üçün
istifadə edir-lər. Xırda investorlar investisiya şirkətlərinin öhdəliklərini
(səhmlərini) həvəslə alırlar. Çünki vəsaitin müxtəlif müəssi-sələrin səhmlərinin
satın alınmasına yönəldilməsi nəticə etibarilə əmanətin itirilməsi təhlükəsini
azaldır.
Bankların yerinə yetirdikləri vəzifələr öz əksini onla-rın apardıqları
əməliyyatlarda tapır. Bank əməliyyatlarının aşağıdakı növləri vardır: 1) Passiv
əməliyyatlar; 2) Aktiv əməliyyatlar; 3) Xidmət göstərilməsi ilə əlaqədar olan
əməliyyatlar; 4) Bankların xüsusi əməliyyatları.
Bankların apardıqları passiv və aktiv əməliyyatlar daha geniş yayılmışdır və
əldə edilən mənfəətəin çox hissəsi onların payına düşür.
Vəsaitin cəlb edilməsi ilə əlaqədar olan əməliyyatlara passiv, bu vəsaitin
yerləşdirilməsi və ondan istifadə edilməsi ilə əlaqədar olan əməliyyatlara isə aktiv
əməliyyatlar deyilir. Bank ehtiyatları isə onun özünün xüsusi vəsaitindən, cəlb
edilmiş vəsaitlərdən və qiymətli kağızlardan ibarətdir. Bankların bütün
ehtiyatlarının cüzi bir hissəsini xüsusi vəsait (məsələn, ABŞ-da təqribən 8-10%-i),
çox hissəsini isə cəlb edilmiş vəsait (depozit1) və qiymətli kağızlar təşkil edir.
KitabYurdu.az
183
Bank yaratmaq üçün əvvəlcə müəyyən məbləğdə xü-susi kapitala malik
olmaq lazımdır. Lakin bu, xüsusi bank təşkil etmək üçün yalnız başlanğıc
nöqtəsidir. Çünki bank əməliyyatları cəlb edilmiş vəsaitlərə əsaslanır. Intisadi
cəhət-dən inkişaf etmiş ölkələrdə xüsusi kapitalla cəlb edilmiş kapital arasındakı
nisbət 1:10–1:100 arasında tərəddüd edir.
Depozit dedikdə bankın müştərilərinin (əmanət qo-yuluşundan başqa) bütün
müddətli və müddətsiz əmanətləri nəzərdə tutulur. Depozit kimi qoyulan vəsaitin
mənbələri müxtəlifdir. Bünlar müəssisələrin, dövlət idarə və təşkilatla-rının
hesablarında, işçi və qulluqçuların əmək haqqı hesa-bında olan və müvəqqəti
istifadə edilməyən vəsaitlərdən ibarətdir. Depozitlər də iki qrupa bölünür: 1) Tələb
olunana-dək; 2) Müddətli depozitlər. Əmanət, birinci halda əmanət-çinin ilk tələbi
ilə ödənilir. Bu əmanət üzrə faiz dərəcəsi aşağıdır. Bəzi ölkələrdə isə əmanətin bu
növü üzrə faiz hesablanması qadağan olunmuşdur. Depozitin bu növü ilk növbədə
cari hesablaşmaları aparmaq üçün nəzərdə tutulmuşdur.
Banklarda hər gün tədiyə hesablaşmalarının aparıl-ması müəyyən məbləğdə
xərc tələb edir. Bankların, bununla əlaqədar olan xərcləri onunla ödənilir ki,
bankda "tələb olunanadək" hesabı olan müştərilər özlərinin pul vəsaitin-dən il
ərzində birdən-birə, tamamilə istifadə etmirlər. Başqa sözlə, müştərilərin
hesablarında necə deyərlər həmişə qalıq olur ki, banklar bundan mənfəət əldə
etmək üçün borc vermək məqsədilə istifadə edirlər.
Müddətli əmanət isə müəyyən edilmiş müddət başa çatdıqdan sonra ödənilir.
Bunun iki növü vardır: 1) Xüsusi müddətli əmanətlər; 2) Vəsaitin götürülməsinə
dair qabaq-cadan xəbərdarlıq edilmək şərti ilə qoyulan müddətli əmanətlər. Xüsusi
müddətli əmanətlər sahibinə qabaqcadan müəyyən olunmuş vaxtda qaytarıla bilər.
Deməli, müddət başa çatanadək həmin vəsaitə bankın sərəncam vermək səlahiyyəti
vardır. Müddətli əmanət, sahibi tərəfindən müəy-yən olunmuş vaxtda götürülmədikdə bank ona cari hesabda olan vəsait kimi sərəncam vermək səlahiyyətinə
malik olur. Belə əmanətlərin qəbul olunduğu müddət aşağıdakı dörd qrupa
bölünür: 1) 30 gündən 89 günədək; 2) 90 gündən 179 günədək; 3) 180 gündən 359
günədək; 4) 360 gündən çox müddətə qəbul olunan əmanətlər.
Xüsusi müddətli əmanətlər müqavilə vaxtı qurtar-dıqda, sahibi onu istənilən
hər sonrakı gün götürə bildiyi halda, qabaqcadan xəbərdarlıq olunmaqla müddətli
əma-nətləri götürmək üçün onun sahibi xüsusi ərizə ilə müraciət etməlidir.
Xəbərdarlıq müddəti isə 1 aydan 3 ayadək, 3 ay-dan 6 ayadək, 6 aydan 12 ayadək,
12 aydan yuxarı ola bilər. Bu əmanətçilər qrupunun hər biri üçün müvafiq faiz
norma-sı müəyyən olunur.
Əmanət qoyuluşları üçün səciyyəvi olan cəhət ondan ibarətdir ki, onlar ləng
artır, sahibinə pulun əmanətdə olma-sına dair vəsiqə-əmanət kitabçası verilir. Ayrıayrı ölkələrdə əmanət qoyuluşlarının iki növü vardır. Bunlardan biri əma-nətin
götürülməsinə dair qanunla müəyyən edilmiş, digəri isə müqavilədə nəzərdə
tutulmuş müddətlərdə xəbərdarlıq edilməsidir.
Bankların passiv əməliyyatlarına cəlb edilmiş vəsait də (başqa banklardan
alınmış kredit) aiddir. Passiv əməliy-yatların bu növü adi kredit sövdələşmələri
deməkdir. Bura-da təşəbbüskar bankdır. Çünki ona müəyyən müddətdə, müəyyən
məbləğdə pul vəsaiti lazımdır, bu məqsədlə də o, pul bazarına üz tutur.
KitabYurdu.az
184
Passiv əməliyytların bir qrupu da ipoteka və bank istiqrazlarının
buraxılmasıdır. Bu əməliyyatların mahiyyəti ondan ibarətdir ki, onların vasitəsilə
bank qiymətli kağızları verməklə pul vəsaitini səfərbərliyə alır.
Bankların aktiv əməliyyatlarında kredit əməliyyatları və qiymətli kağızlarla
aparılan əməliyyatlar bir-birindən ayrılır. Bunlardan birincisinə ssuda, ikincisinə
fond əməliy-yatları deyilir. Bundan başqa, banklar kassa, aksept əməliy-yatlarını,
xarici valyutalar, daşınmaz əmlakla əlaqədar söv-dələşmələri də həyata keçirirlər.
Kredit əməliyyatları aşağıdakı əlamətlər üzrə təsnif-ləşdirilə bilər:
1) Təminatdan asılı olaraq: təminolunma tələb edil-mədən (blank) və
təminolunma tələb edilməklə aparılan kredit əməliyyatları. Təminolunma tələb
edilməklə aparılan kredit əməliyyatları da aşağıdakı növlərə ayrılır: veksel (veksel
satın almaqla verilən kredit) əməliyyatları, əmtəə və ya qiymətli kağızları satın
almaqla verilən kreditlər. Təminatı olan kredit növlərindən biri də qiymətli
kağızların girov qoyulması müqabilində mərkəzi və kommersiya bankları
tərəfindən verilən lombard kreditidir.
2) Ödənilmə müddətinə görə: tələbolunanadək, baş-qa sözlə, borclunun və
ya bankın tələbi ilə ödənilən, qısa müddətli (bir ilədək), orta müddətli (1 ildən 5
ilədək) və uzunmüddətli (beş ildən yuxarı) kreditlər.
3) Ödənilmənin xarakterinə görə: birdəfəlik və hissə-hissə ödənilən kredit.
4) Faizin alınması metoduna görə: faiz, kredit veril-dikdən dərhal sonra
(veksellərin uçotu, istehlak kreditinin verilməsi) və ya kredit qaytarıldıqda, yaxud
da kreditin verildiyi müddət ərzində bərabər hissələrlə tutulur.
5) Borcluların kateqoriyalarına görə. Bu əlamət üzrə kreditin dövd növü
vardır: a) Kommersiya krediti; b) Fond birjalarının vasitəçilərinə verilən kredit; c)
Kənd təsərrüfatı krediti; q) Son istehlakın kreditləşdirilməsi ilə əlaqədar verilən
kredit.
Kommersiya krediti müəssisələrə müvəqqəti dövriyyə kapitalı çatışmazlığını
və əsas kapital üzrə qoyuluşları ta-mamlamaq, istehsalı genişləndirmək və s.
məqsədlər üçün verilir. Fond birjalarının vasitəçilərinə isə kredit, qiymətli kağızları
satın almaq və birja əməliyyatlarında istifadə et-mək üçün verilir. Kənd təsərrüfatı
krediti özü də iki yerə bölünür: 1) Iri kapital xərclərini ödəmək üçün torpaq, tikililər və s. girov qoyulması müqabilində verilən ipoteka kredi-ti; 2) Müvəqqəti (məsələn, məhsul reallaşdırılarkən meyda-na çıxan) ehtiyacların ödənilməsi üçün
verilən qısa müddətli kredit. Son istehlakın kreditləşdirilməsi üç formada mümkündür: 1) Mənzil tikintisinin girov qoyulması müqabilində verilən kredit; 2)
Hissə-hissə ödənilməklə istehlak əmtəələ-rinin satın alınması üçün verilən kredit;
3) Müddəti başa çatdıqda birdəfəlik ödənilən kredit.
Bankların borcvermə əməliyyatları olduqca mürək-kəb və çoxpilləli
prosesdir. Borc götürən, banka kreditin məqsədi, müddəti, ödənilməsi qrafiki və s.
məlumatlar olan rəsmi sənədlə müraciət edir. Bundan başqa o, özünün istehsal və
maliyyə fəaliyyətinin bütün tərəfləri (istehlak kreditində isə şəxsi vəsaiti, gəliri, iş
yeri və i.a.) haqqında ətraflı məlumat verməyə borcludur. Kiçik firmalar "təminat", həmçinin zəmanətçi (zəmanət verən) təqdim etməlidir. Kreditin verilməsinə
dair sifarişlər bankın "uçot-ssuda" əməliyyatları idarəsinə daxil olur. Buradan isə
onu borc götürmək istəyənin ssudanı ödəyə biləcəyinə dair imkanının
KitabYurdu.az
185
qiymətləndirilməsi üçün kredit şöbəsinə göndərirlər. Sifariş iki-üç direktordan
ibarət olan uçot-ssuda komitəsində nəzərdən keçirilir. Bütün sifarişlər üzrə bu
orqanın tövsiyələ-ri vaxtaşırı direktorlar şurasına bildirilir. Direktorlar şurası isə
kreditin verilib-verilməməsi haqqında qərar qəbul edir.
Xarici ölkələrin əksəriyyətində şirkətlərə kredit, limi-tin-"kredit
xəttinin"-açılması formasında verilir. Məsələn, Ingiltərədə "Overdraft" üzrə
limit müəyyən edilir. "Over-draft" bank tərəfindən müştəriyə onun cari
hesabındakı qa-lıqdan artıq məbləğdə kredit verilməsi deməkdir. Kredit xət-tinin
açılması bankla borc götürən arasında razılıq əldə edil-diyini göstərir. Limit
müəyyən müddətə, məsələn, bir il müd-dətinə təyin edilir. Bu müddət ərzində borc
götürən, bankla əlavə danışıqlar aparmadan istənilən vaxt ssuda götürə bilər. Lakin
borc götürənin vəziyyəti pisləşdiyi halda, bank təsdiq olunmuş limit daxilində
ssuda verməkdən imtina etmək səlahiyyətini özündə saxlayır. "Kredit xəttinin"
açılması bir qayda olaraq bankın borc götürən qarşısında müəyyən tələb qoyması
ilə müşayiət edilir. Bu tələb ondan ibarətdir ki, borc götürən özünün cari
hesabında adətən kreditin 20%-dən az olmayan məbləğini saxlamalıdır. Bununla
da bank bütün kredit məbləğini götürməyə, yaxud da, onun başqa banka
köçürülməsinə imkan verməməklə borclunu özündən asılı vəziyyətdə saxlayır.
Ölkələrin çoxunda banklar ilkin və ya baza faiz dərə-cələri (ingiliscə prime
rate, base rate) müəyyən edirlər ki, bunlar da birinci dərəcəli borclular tərəfindən
təminat veril-miş ssudalar üzrə hesablanır. Bu, kreditlər üzrə faizin ən aşağı
səviyyəsidir.
Kreditlər üzrə faiz dərəcələri onun növü və həcmin-dən, borc götürənin
kapitalının kəmiyyətindən, onun bank-la olan əlaqələrindən asılı olaraq
fərqləndirilir. Faiz dərəcə-sinin artmasına görə kreditləri aşağıdakı kimi sıralamaq
olar: birinci dərəcəli borclular üzrə təminat verilməyən kreditlər (ilkin faiz
dərəcələri), birjalarda qiymətli kağızlara, əmtəələrə və avadanlıqlara görə verilən
kreditlər, debitor borclarına görə verilən kreditlər, təminat tələb olunmayan kənd
təsərrüfatı krediti, istehlak krediti.
Bankların fond əməliyyatlarına qiymətli kağızlarla aparılan müxtəlif
əməliyyatlar, məsələn, xüsusi investisiya-lar üçün qiymətli kağızların satın
alınması, təzə buraxılmış qiymətli kağızların ilkin yerləşdirilməsi, müştərinin
tapşırığı ilə qiymətli kağızların satın alınması və satılması, qiymətli kağızlar
müqabilində ssuda verilməsi və s. kimi əməliyyatlar aiddir.
Qiymətli kağızların alqı-satqısı banklara dividend və faiz şəklində əlavə
mənfəət əldə etmək imkanı verir. Dövlət borclarının yerləşdirilməsində də bank
sisteminin rolu böyükdür. Belə ki, banklar dövlət istiqrazlarını öz vəsaitləri
hesabına satın alır, onların yenidən satışını təşkil etməklə ikinci bazarı yaradırlar.
Bu bazarda aparılan əməliyyatlar adətən ən iri bankların (məsələn, ABŞ-da 6
kommersiya və 13 investisiya bankının) əlində cəmlənmişdir. Bunlar alqı və satqı
məzənnələri arasındakı fərqdən ibarət olan böyük məbləğdə mənfəət əldə edirlər.
Banklar həm də başlıca vasitəçilik–inkasso, akkredi-tiv, köçürmə və
ticarət–komisyon əməliyyatlarını yerinə yetirirlər. Bunların içərisində
vəkalətnamə (trast) və lizinq əməliyyatları xüsusi yer tutur. Vəkalətnamə
əməliyyatları zahirən vasitəçilik əməliyyatları ilə oxşar olsalar da, onun
KitabYurdu.az
186
çərçivələrindən kənara çıxır. Inkasso əməliyyatları o demək-dir ki, vasitəçilik edən
bank öz müştərisinin tapşırığı ilə pul və əmtəə–pul sənədləri üzrə vəsaiti qəbul
edir. Çeklər, vek-sellər, qiymətli kağızlar, xarici valyutalar və i. a. inkasso üçün
qəbul edilə bilər. Bank inkasso əməliyyatlarını apar-maqla komisyon haqqı alır. Bu
haqqın kəmiyyəti yerinə ye-tirilən əməliyyatın növündən asılıdır.
Akkreditiv–akkreditiv haqqında sənəddə göstərilən şərtləri yerinə
yetirərkən müəyyən məbləğdə pulun xüsusi şəxsə, yaxud da şirkətə ödənilməsinə
dair tapşırıqdır. Bu əməliyyatlarda, akkreditiv açılması haqqında tapşırıq verən
müştəri; akkreditivi açan bank; akkreditivin açıldığı və onun şərtlərinin yerinə
yetirilməsinə nəzarət edən bank; akkreditivin alıcısı iştirak edirlər.
Pul və əmtəə akkreditivləri bir-birindən fərqlənir. Pul akkreditivi müəyyən
məbləğdə pulu ölkənin başqa şəhərin-də, yaxud da xaricdə almaq üçün bank
tərəfindən onu qo-yan şəxsə verilən adlı sənəddir. Əmtəə akkreditivləri topdansatış dövriyyədə əmtəələrin satıcıları ilə alıcıları arasında hesablaşmalar üçün
qəbul edilir.
Köçürmə (barat) əməliyyatları o deməkdir ki, bank təqdim olunmuş
pulu başqa yerdə olan şəxsə çatdırır.
Banklar xüsusi şəxslər üçün aşağıdakı vəkalətnamə (trast) əməliyyatlarını yerinə yetirirlər: əmlakın idarə olun-ması hüququndan məhrum
edilmiş şəxslərə (dul qadın və kişilər, həddi-buluğa çatmamış şəxslər) müvəqqəti
kömək etmək; varislərin mənafelərinə uyğun olaraq vəfat etmiş şəxslərin əmlakını
idarə etmək; daha çox mənfəət əldə et-mək məqsədilə kapitalı idarə etmək
(səhmlərin, yaxud da daşınmaz əmlakın satın alınması); qiymətliləri yanmayan
seyfdə saxlamaq və s. və i.a. Şirkətlər üçün vəkalətnamə əməliyyatları xüsusi
şəxslər üçün eyni əməliyyatlardan fərq-lənir. Belə ki, bank şirkətlər üçün borclar
üzrə zəmanət ve-rən olduğu halda, bazar üçün buraxılan səhmlərin qeydiyya-tı üzrə
agent kimi, korporasiyaların pensiya fondlarındakı vəsaitinin idarə olunması üzrə
isə idarəedən kimi çıxış edir.
Son illərdə sənaye şirkətləri arasında maliyyə lizinq-ləri, yəni çox bahalı
maşın və avadanlıqların satın alınması və icarəyə verilməsi geniş miqyas almışdır.
Adətən bank, yaxud da ona tabe olan lizinq şirkəti maşın və avadanlıqları tam
dəyərlə satın alır və onları istifadə üçün icarəyə verir. Icarədar isə bunun
müqabilində vaxtaşırı (ayda və ya rübdə bir dəfə) haqq verir ki, bunun hesabına da
avadanlığın dəyəri ödənilir, sövdələşməni kreditləşdirən müəssisənin mənfəət əldə
etməsi təmin olunur.
Müasir dövrdə banklar bir-biri ilə qarşılıqlı əlaqədə olan yüzlərlə əməliyyatı
və xidmətləri yerinə yetirirlər. Bun-dan başqa aktiv və passiv əməliyyatlar arasında
da asılılıq vardır. Banklar əsas etibarilə başqalarına məxsus olan kapi-talla
əməliyyat apardıqlarına görə onların kreditləşdirdikləri və investisiya qoyduqları
vəsaitin məbləği xeyli dərəcədə kredit müəssisəsinin sərbəst pul vəsaitləri və
əmanətlərini səfərbərliyə almaq qabiliyyətindən asılıdır. Eyni zamanda bank
sisteminin inkişafı ilə əlaqədar olaraq passiv əməliyyatların aktiv əməliyyatlardan
asılılığı zəifləyir.
Aktiv əməliyyatlarla passiv əməliyyatlar arasındakı ümumi əlaqə ilə yanaşı,
ayrı-ayrı əməliyyat növləri arasında da asılılıq vardır. Bankın müştəriləri, xüsusilə
KitabYurdu.az
187
də sənaye mü-əssisələri və iri fərdi vahidlər və əmanətçilər, bir qayda ola-raq
bankların müxtəlif növ xidmətlərindən istifadə etməkdə maraqlıdırlar. Borc
kapitalı bazarında gedən kəskin rəqa-bət mübarizəsi bankları yeni xidmət
növlərindən istifadə et-məyə, hətta bəzi hallarda pulsuz xidmət göstərmyə məcbur
edir.
Müasir dövrdə bank fəaliyyətinin inkişafında nəzərə çarpan meyllər
aşağıdakılardan ibarətdir: müasir banklar müxtəlif müddətlərə kredit verir,
kommersiya veksellərini uçota alır, qiymətli kağızlar buraxır və onları reallaşdırır,
vergiləri hesablayır və tutur, müştərilər üçün amortizasiya ayırmalarının uçotunu,
digər mühasibat və hesablaşma əməliyyatlarını aparırlar. Onların məsləhət və
informasiya-vermə sahəsində xidmətləri daha da genişlənir. Bank, müəssisələrin,
sənaye və ticarət firmalarının başlıca investisiya layihələrinin seçilməsində iştirak
edir, maliyyə əməliyyatla-rının aparılmasına kömək göstərir.
Banklar bu məqsədlə özlərinin güclü EHM ilə təchiz olunmuş hesablama
mərkəzlərindən istifadə edirlər. Bank-ların apardıqları "pərakəndə", yəni ayrı-ayrı
əmanətçilərlə əlaqədar olan əməliyyatları avtomatlaşdırmaq üçün son dövrlərdə
avtomat kassa qurğularından istifadə edilir. Belə qurğular kredit müəssisələrinin
binalarında, böyük mağaza-larda, aeroportlarda, avtobus dayanacaqlarında və s.
yerlər-də qoyulur. Gələcəkdə bütün tədiyələrin xeyli hissəsinin nəqdsiz hesablaşmalar (bank çekləri, kredit vərəqələri) və "elektron pullar" (müştərilərin tapşırığı
ilə EHM çərçivə-sində kredit müəssisələri tərəfindən həyata keçirilən köçürmələrin köməyilə) vasitəsilə həyata keçiriləcəyi gözlənilir. Banklar kommersiya
hesabı prinsipləri əsasında işləyir, göstərilən xidmət müqabilində daha çox mənfəət
əldə etməyə çalışır və buna nail olurlar. Çünki depozitlərə görə verdikləri faizə
nisbətən ssuda üzrə daha yüksək faiz alırlar. Alınmış və verilmiş faiz məbləğləri
arasındakı müsbət fərq bankın ümumi mənfəətini əmələ gətirir. Bankın ümumi
mənfəətinə yuxarıda göstərilən xidmət növlərinə görə əldə edilən faiz də daxildir.
Mənfəətin bir hissəsi bankın xərclərinin (əmək haqqı, dəftərxana xərcləri, binaların
saxlanması və s.) ödənilməsinə sərf olunur, yerdə qalanı isə onun xalis mənfəətini
əmələ gətirir. Xalis mənfəətin bankın xüsusi vəsaitinə faizlə olan nisbəti mənfəət
norması adlanır.
3. Dövlətin kredit siyasəti.
Pul-kredit siyasətinin mərkəzində pul haqqında nəzə-riyələr durur. Bunlar
özlərində, pulun və dövlətin yeritdiyi pul-kredit siyasətinin iqtisadiyyata təsirini
əks etdirirlər. Lakin problemin aydınlaşdırılmasına iki yanaşma metodu diqqəti
daha çox cəlb edir. Bunlardan biri modernləşdirilmiş Keyns nəzəriyyəsi, digəri
isə monetarizmdir. Onların ikisi də pul üzrə təklifin dəyişməsinin nominal ÜMMin dəyişmə-sinə təsirini etiraf etsələr də, məsələni müxtəlif mövqelərdən
qiymətləndirirlər. Belə ki, Keynsçilər pul-kredit siyasətinin faiz dərəcələrindən,
monetaristlər isə pul üzrə təklifdən ibarət olduğunu deyirlər.
Keynsçilərin fikrincə bazar iqtisadiyyatı qeyri-sabit sistemdir. Ona görə
də dövlət müxtəlif vasitələrdən istifadə etməklə, iqtisadiyyatı, o cümlədən pulkredit münasibət-lərini tənzimləməlidir. Pul üzrə təklifin dəyişməsinin səbəbi faiz
KitabYurdu.az
188
dərəcələrinin dəyişməsidir. Bu isə öz növbəsində inves-tisiyaya olan tələbin
dəyişməsinə gətirib çıxarır. Monetar siyasət iqtisadiyyatın sabitləşdirilməsində
fiskal və ya büdcə siyasəti qədər faydalı deyildir.
Lakin XX əsərin 70-ci illərində Keyns məktəbində böhran başlayır və bunun
nəticəsində iqtisadi nəzəriyyədə neoklassik istiqamət, o cümlədən onun müasir
forması olan monetarizm üstünlük qazanır.
Müasir monetarizmin tanınmış nümayəndəsi, Nobel mükafatı laureatı M.
Fridmendir. Monetarizm nəzəriyyə-sinə görə bazar iqtisadiyyatı daxilən sabit
sistemdir. Mənfi hallar ona görə baş verir ki, dövlət iqtisadiyyata yersiz müdaxilə
edir. Ona görə də bu müdaxilə minimuma endiril-məlidir.
M. Fridmenin özünə gəldikdə isə o, uzun müddətli monetar siyasətlə
tarazlaşdırılmış «pul qaydaları» ideyasını irəli sürmüşdür. Bunun mahiyyəti ondan
ibarətdir ki, dövlət tədavüldə olan pul kütləsinin daim artmasını müdafiə etməlidir.
Bu artımın kəmiyyətini onun fikrincə aşağıdakı bərabərliklə müəyyən etmək olar:
∆ M = ∆P + ∆Y
Burada: ∆M–pulun orta illik artımını (uzun müddət üçün, %-lə); ∆Y–
ÜMM-in orta illik artımını (uzun müddət üçün %-lə); ∆P - gözlənilən
inflyasiyanın orta illik artımını, (gözlənilən inflyasiyanın orta illik artım sürətini
hesabla-dıqda inflyasiyanın ümumi səviyyəsindən dövlətin, həmkar-lar
ittifaqlarının fəaliyyəti ilə əlaqədar olan inflyasiya çıxılır) göstərir.
M.Fridmenin monetar qaydaları tədavüldə olan pul kütləsinin artımına ciddi
nəzarət olunmasını - (illik 3-5 % olmaqla) nəzərdə tutur. Məhz pul kütləsinin belə
artımı iqti-sadiyyatda işgüzar fəallığı artırır. Onun fikrincə tədavüldə olan pul
kütləsi il ərzində 3-5 %-dən çox artdıqda inflyasiya baş verir, bu həddən az
olduqda isə ÜMM-in artım sürəti aşağı düşür.
M. Fridmenin «pul qaydaları» keçən əsrin 70-ci illə-rinin axırlarında ABŞ
və Böyük Britaniyanın (reyqanomika və tetçerizm) pul-kredit siyasətinin əsasını
təşkil etmişdir.
Pul-kredit siyasətinin müasir nəzəri modelləri də vardır. Onlar Keynsçilik və
monetarizmin ən səmərəli ün-sürlərinin birləşmiş variantlarıdırlar. Başqa sözlə, hər
nəzə-riyyədən ən səmərəli ünsürlər seçilmiş və onlardan istifadə edilmişdir.
Hazırda uzun müddətli dövrdə pul-kredit siyasə-tində monetar yanaşmalar
üstünlük təşkil edir. Bununla bir-likdə, dövlət ən çevik iqtisadi manevretmədə faiz
dərəcələ-rinin bilavasitə təsirindən istifadə olunmasından imtina et-mir, əksinə
ondan hərtərəfli yararlanır.
Göründüyü kimi, dövlət özünün pul-kredit siyasətin-də konkret şəraitdən
asılı olaraq hər iki nəzəriyyənin ünsür-lərindən istifadə edir.
Dövlətin pul-kredit siyasəti dedikdə onun pul təda-vülü və kredit
sahəsində həyata keçirdiyi tədbirlər nəzərdə tutulur. Bu siyasətin əsas məqsədi
kredit bazarı və pul tədavülünə nəzarət etməkdən, habelə inflyasiyaya qarşı fəal
mübarizə aparmaqla, mövcud iqtisadi şəraiti tənzimləmək və sağlamlaşdırmaqdan
ibarətdir.
KitabYurdu.az
189
Pul-kredit siyasəti ya kreditin və pul emissiyasının stimullaşdırılmasına,
yaxud da onların ləngidilməsi və məh-dudlaşdırılmasına yönəldilir. Bunlardan
birincisinə kredit ekspansiyası, ikincisinə isə kredit restriksiyası deyilir.
Istehsalın səviyyəsi aşağı düşdükdə və işsizlik artdıq-da mərkəzi banklar
kredit verilməsini genişləndirmək və faiz dərəcəsini aşağı salmaq yolu ilə mövcud
vəziyyəti canlan-dırmağa çalışırlar. Iqtisadiyyatın yüksəlməsi isə əksəriyyət
hallarda "birja ehtirasları"nın, möhtəkirliyin, qiymətlərin, müxtəlif sahələr arasında
uyğunsuzluqların artması ilə müşayiət olunduğuna görə mərkəzi banklar kredit
verilməsini məhdudlaşdırmaq, faiz dərəcələrini artırmaq, ödəniş vasitələri emissiyasını azaltmaq və s. köməyilə vəziyyətin "alovlanması"nın qarşısını alırlar.
Dünya təcrübəsində tədavüldə olan pul kütləsinin tənzimlənməsində
aşağıdakı vasitələrdən istifadə olunur: 1) Açıq, yəni qiymətli kağızlar bazarında
aparılan əməliyyat-lar; 2) Diskont siyasəti, yəni kommersiya banklarının verdikləri
kreditlər üzrə faiz dərəcələrinin tənzimlənməsi; 3) Məcburi ehtiyatların yaradılması
normativlərinin dəyişdirilməsi. Bu tədbirləri görməkdə məqsəd tədavüldə olan pul
kütləsini azaltmaq və ya artırmaqdan ibarətdir.
Müasir dövrdə tədavüldə olan pul kütləsinin tənzim-lənməsinin başlıca
vasitələri qiymətli kağızlar bazarında aparılan əməliyyatlardır. Bunun mahiyyəti
ondan ibarətdir ki, mərkəzi bank dövlət qiymətli kağızlarını kommersiya
banklarından ya satın alır, ya da onlara satır, qabaqcadan elan olunmuş, yaxud da
bazar qiymətləri ilə aksept və kredit əməliyyatlarını yerinə yetirir. Pul bazarında
pul kütləsi artıqlığı müşahidə olunduqda mərkəzi bank dövlət qiymətli kağızlarını
açıq bazara çıxarır. Bu zaman onların bazar qiymtləri aşağı düşür, faiz dərəcələri
və alıcılarda onları satın almağa maraq isə artır. Bu, onların ehtiyat hesab-larındakı
qalığın azalmasına gətirib çıxarır. Pul bazarında pul kütləsi azlıq etdikdə isə
mərkəzi bank pul üzrə təklifin genişləndirilməsinə yönəldilən siyasət yeridir.
Başqa sözlə, mərkəzi bank digər banklarda və əhalidə olan qiymətli kağızları satın
alır və bununla da onlara olan tələbi artırır. Nəticədə qiymətli kağızların bazar
qiymətləri yüksəlir, faiz dərəcələri aşağı düşür, bu da onların "gözdən düşməsinə"
səbəb olur. Banklar və əhali dövlət qiymətli kağızlarını həvəslə satdıqlarına görə
mərkəzi bankın ehtiyat hesabın-dakı qalıq artır.
Diskont siyasəti kreditin tənzimlənməsinin ən qədim metodudur. Bu
metoddan XIX əsrin ortalarından başlaya-raq geniş istifadə edilir. Onun meydana
gəlməsi mərkəzi bankın kommersiya banklarının kreditoruna çevrilməsi ilə
əlaqədardır. Belə ki, mərkəzi banklar kommersiya bankları-nın götürdükləri
kreditlər üzrə uçot (diskont) dərəcələrini artırmaqla, onları digər kredit
müəssisələrindən borc götürməyin zərərli olduğuna inandıra bilmişlər. Bu, bank
ehtiyatlarının tamamlanmasını çətinləşdirmiş, uçot dərəcə-lərinin yüksəlməsinə və
nəticə etibarilə kredit əməliyyatla-rının azalmasına səbəb olmuşdur.
Bu siyasətdən istifadə edilməsi XIX əsrin axırları, XX əsrin əvvəllrində daha
geniş miqyas almışdı. Belə ki, keçən əsrin 30-40-cı illərində mərkəzi banklar
C.M.Keynsin təklif etdiyi "ucuz pullar", yəni aşağı faiz dərəcələri ilə kredit
verilməsi siyasəti yeritmişlər. Ingiltərədə 1932-ci ildən 1951-ci ilədək uçot
(diskont) dərəcəsi 2%, ABŞ-da 1937-1948-ci illərdə 1% səviyyəsində olmuşdur.
KitabYurdu.az
190
Faiz dərəcələrinin aşağı müəyyən olunmasında ikinci dünya müharibəsindən
sonra xəzinədarlığın imtiyazlı şərt-lərlə maliyyələşdirilməsi böyük rol oynamışdır.
XX əsrin 50-ci illərindən etibarən ölkələrin çoxunda uçot siyasətindən istifadə
olunması yenə də fəallaşmışdır. Hazırda xarici ölkə-lərdə uçot dərəcələri 2-15%
arasında tərəddüd edir.
Kommersiya bankları üçün icbari ehtiyat normativ-lərinin müəyyən
edilməsi bir tərəfdən, bankın öz maliyyə öhdəliklərini ödəyə bilmək qabiliyyətinin
yaxşılaşmasına təsir edirsə, digər tərəfdən, bu normalar, investisiyaların
məhdudlaşdırılması "amili" kimi çıxış edir. Başqa sözlə, bu normaların dəyişməsi
bank ehtiyatlarına birbaşa təsiretmə üsuludur. Bu metoddan ilk dəfə 1933-cü ildə
ABŞ-da istifadə edilmişdir.
Pul-kredit siyasətinin seçmə metodlarından da istifadə edilir ki, bunlara
da aşağıdakılar aiddir: 1) Kreditin ayrı-ayrı növlərinə nəzarət edilməsi. Bu üsuldan
əksəriyyət hallarda birjaların qiymətli kağızlarını satın almaq, habelə ipoteka və
istehlak kreditlərinə nəzarət etmək üçün istifadə olunur; 2) Riskin və bank
əməliyyatlarının tənzimlənməsi. Çoxsaylı hökumət sənədlərində (qanunlarda,
təlimatlarda, göstərişlərdə, digər hüquqi–normativ sənədlərdə) əsas diq-qət riskə və
bank əməliyyatlarının etibarlılığına verilir. Sə-ciyyəvi haldır ki, bankların fəaliyyəti ilə bağlı risketmə borc alanın maliyyə vəziyyətinə qiymət vermək yolu ilə
deyil, bankın xüsusi vəsaiti ilə verilmiş kredit arasındakı nisbətlə müəyyən edilir.
Ölkəmizdə bazar münasibətlərinə keçid dövrünün əv-vəllərində
iqtisadiyyatınmızda mövcud olan ağır iqtisadi böhranın aradan qaldırılması üçün
bir sıra tədbirlər həyata keçirilmişdir. Bunları görməkdə əsas məqsəd inflyasiyanın
cilovlanması və dövlətin az müdaxiləsi ilə bazar iqtisadiy-yatının əsaslarının
yaradılmasından ibarət olmuşdar. Bu problemlərin həll edilməsi mexanizmi
büdcənin qeyri-infl-yasiya mənbələri hesabına maliyyələşdirilməsinə, güzəştlərin
azaldılması və son nəticədə ləğv edilməsinə, pullu hərrac-larda özəlləşdirmənin
aparılmasına, MDB dövlətləri ilə bəzi ittifaqlardan, xüsusilə də vahid pul
məkanından çıxmağa yönəldilmişdi. Bütün bunlar özünün qismən müsbət nəticələrini vermişdir.
"Banklar və bank fəaliyyəti haqqında" və "Azərbay-can Respublikasının
Milli Bankı haqqında" Azərbaycan Resupblikasının qanunlarına uyğun olaraq
ölkəmizin pul-kredit siyasətinin əsas istiqamətləri Azərbaycan Respubli-kası
Nazirlər Kabineti ilə qarşılıqlı əlaqə şəraitində Azər-baycan Resublikasının Milli
bankı tərəfindən işlənib hazırlanır.
1990-cı illərin ikinci yarısında Azərbaycan Respub-likasında pul-kredit
siyasətinin formalaşmasının əsasında aşağıdakı makroiqtisadi məqsədlərə nail
olunması durmuş-dur: 1) Maliyyə sabitliyinin yaradılması və bu sahədə əldə
edilmiş nəticələrin möhkəmləndirilməsi; 2) Inflyasiyanın sürətinin azaldılması; 3)
Iqtisadi subyeklərin formalaşmaq-da olan şəraitə uyğunlaşdırılması üçün əlverişli
mühit yara-dılması; 4) Milli valyutanın məzənnəsinin möhkəmləndi-rilməsi; 5)
Iqtisadiyyatda nominal və real faiz dərəcələrinin azaldılması; 6) Ölkənin tədiyə balansının müsbət saldosu-nun təmin edilməsi; 7) Qeyri-inflyasiya iqtisadi artım
meyli-nə nail olunması və onun möhkəmləndirilməsi.
KitabYurdu.az
191
Azərbaycan Respublikası Milli Bankının pul-kredit siyasətinin əsas vəzifəsi
isə ölkəmizin milli valyutasının – manatın sabitliyini təmin etməkdən və onu
qoruyub saxlamaqdan ibarətdir.
Bu vəzifənin yerinə yetirilməsinin zəruri şərtləri aşa-ğıdakılardır: 1) Pul
emissiyası üzərində sərt nəzarətin həyata keçirilməsi; 2) Çevik idarə olunan
valyuta məzənnəsi siyasə-tinin yeridilməsi; 3) Bazar mexanizmlərinin daha da
inkişaf etdirilməsi və təkmilləşdirilməsi; 4) Pul-kredit siyasətinin başlıca
vəzifələrindən olan milli bankın apardığı əməliyyat-lara görə faiz dərəcələrindən
məqsədyönlü istifadə edilməsi.
Görülən tədbirlərin nəticəsində ölkəmizdə maliyyə və pul tədavülünün
sağlamlaşdırılması və iqtisadiyyatın sabit-ləşdirilməsi sahəsində bir sıra
nailiyyətlər qazanılmışdır. Əgər 1994-cü ildə ölkəmizdə inflyasiya səviyyəsinin
1760% olduğunu, hazırda bir o qədər də təhlükəli olmadığını yada salsaq bu
sahədə nə kimi nailiyyət qazanıldığı aydın olar.
Bütün bunlar onu göstərir ki, ölkəmizdə yeridilən pul-kredit siyasəti öz
bəhrələrini verir və gələcəkdə iqtisa-diyyatımızda müşahidə olunan
çatışmazlıqların aradan qaldırılması bəzi problemlərin həll edilməsinə, mövcud
imkanlarımıza uyğun gələn həyat səviyyəsinə nail olmağa imkan verən sosial
yönümlü bazar iqtisadi sisteminin formalaşmasına şəarait yaradacaqdır.
Mövzu 20: İnflyasiya və onun tənzimlənməsi.( 2 saat)
Plan
1. İnflyasiyanın mahiyyəti və növləri.
2. İnflyasiyanın səbəbləri və müasir dövrdə xüsusiyyətləri.
3. Tələb və təklifin inflyasiyası.
4. İnflyasiyanın sosial iqtisadi nəticələri.
1. İnflyasiyanın mahiyyəti və növləri.
Inflyasiya1 qiymətlərin səviyyəsinin artması, iqtisa-diyyatda ümumi
tarazlığın pozulması deməkdir. Lakin in-flyasiya dövründə bütün əmtəələrin
qiymətləri bahalanmır. Başqa sözlə, inflyasiyanın sürətlə artdığı dövrdə bəzi
əmtəə-lərin qiymətləri qalxa, bəzilərininki sabit qala, digərləri-ninki isə hətta aşağı
düşə bilər. Bunlar tələblə təklif ara-sındakı nisbətin, elastikliyin müxtəlifliyi ilə
əlaqədardır. Məsələn 1970-80-ci illərdə ABŞ-da inflyasiyanın səviyyəsi-nin
yüksək olmasına baxmayaraq videomaqnitafonların, rəqəmli saatların və fərdi
kompüterlərin qiyməti aşağı düşmüşdür. Bütövlükdə götürdükdə isə inflyasiyanı
qiy-mətlərin fasiləsiz olaraq artması prosesi kimi başa düşmək olar. Deməli,
burada həlledici söz "fasiləsiz"indir. Buna görə də qiymətlərin artmasını daimi bir
proses kimi qəbul etmək mümkündür. Çünki bu, bütün bazarları əhatə edir və
KitabYurdu.az
192
bütövlükdə iqtisadiyyat üçün səciyyəvi olmaqla, qiymətlərin bahalanması
nəticəsində tələblə təklif arasındakı tarazlığın, ümumi müvazinətin pozulduğunu
göstərir.
Lakin qiymətlərin artması bütün hallarda inflyasi-yanın baş verməsi demək
deyildir. Çünki məhsulların key-fiyyətinin yaxşılaşması, istehsal amillərinin
məhdudlaş-ması, ümumi tələbin dəyişməsi nəticəsində də qiymətlər qalxa bilər və
qalxır.
Inflyasiyanın səviyyəsini müəyyən edərkən indeks-lərdən, xüsusilə də
qiymət indekslərindən geniş istifadə olu-nur. Bunlardan həyat (yaşayış) səviyyəsi
indeksini, topdan-satış qiymətlər (istehsal təyinatlı əmtəələrin) indeksini və ÜMMin deflyatoru indeksini qeyd etmək olar. Bu indeks-lərin üçü də müəyyən dövr
ərzində qiymətlərin orta səviyyə-sinin dəyişməsini ifadə edir. Əsas dövrün (ilin)
qiymətləri bir qayda olaraq 100% qəbul edilir və sonrakı dövrlərin (illərin)
qiymətləri ayrı-ayrılıqda onunla müqayisə edilir.
Həyat (yaşayış) səviyyəsi indeksinin köməyilə isteh-lak mallarının daxil
olduğu "bazar səbəti" qiymətinin dəyiş-məsi öyrənilir. ABŞ-da bu indeks hər ay
Əmək Statistikası Bürosu tərəfindən hesablanır. Istehlak səbətində müəyyən dövr
(ay, il) ərzində bir orta şəhər ailəsi tərəfindən satın alınan təxminən 400 adda əmtəə
və xidmət nəzərə alınır. Ümumiyyətlə həyat səviyyəsi indeksi aşağıdakı kimi
hesablanır:
Cari dövrdə
qiyməti
Cari dövrdə "bazar səbəti"nin
___
Əsas dövrdə "bazar səbəti"nin
qiyməti
qiymət indeksi =
"Əsas dövr" kimi müxtəlif ölkələrdə müxtəlif il qəbul oluna bilər.
Məsələn, ABŞ-da vaxtilə 1967-ci il əsas götürü-lür və sonrakı illərin məlumatları
onunla müqayisə edilirdi. Hazırda isə əsas dövr kimi 1982-ci il götürülür. Bu,
onunla əlaqədardır ki, cəmiyyət inkişaf etdikcə insanların tələbat-ları və deməli,
istehlak səbətinin qiyməti də dəyişir.
ABŞ-da 1996-cı ildə həyat səviyyəsi indeksi (buna həyatın dəyəri də deyilir)
129% olmuşdur. Bu, o deməkdir ki, istehlakçılar eyni "əmtəə və xidmətlər
dəstinin" satın alınmasına 1982-ci ildəkinə nisbətən 1996-cı ildə 29% çox vəsait
sərf etmişlər. Bu indeksdən əsas etibarilə minimum əmək haqqının
hesablanmasında istifadə edilir. Inkişaf etmiş ölkələrdə hər yarım ildə bir dəfə
inflyasiya nəzərə alınmaqla əmək haqqı indeksləşdirilir, yəni, inflyasiyanın hər
faizinə görə əmək haqqı 0,5% artırılır.
Inflyasiyanın sürətinin hesablanması da az əhəmiyyət kəsb etmir. Hesabat
dövrü üçün inflyasiyanın sürətini aşağıdakı kimi hesablamaq olar: hesabat
dövrünün qiymət indeksindən əsas dövrün qiymət indeksi çıxılır, alınan fərq əsas
dövrün qiymət indeksinə bölünür və qismət 100-ə vurulur. Məsələn, tutaq ki, son
istehlak əmtəələrinin qiymət indeksi 2005-ci ildə 120%, 2006-cı ildə isə 126%
olmuşdur. 2006-cı il üçün inflyasiyanın səviyyəsi aşağıdakı kimi müəyyən edilir:
KitabYurdu.az
193
Inflyasiyanın sürəti = (126 – 120) : 120 ∙ 100 = 5%
Inflyasiyanın hesablanmasının başqa bir üsulu "70 ədədi qaydası"dır.
Bu, inflyasiyanın kəmiyyətini müəyyən etməyə imkan verir. Daha dəqiq desək, bu
qayda ilə inflyasiyanın sürətinin iki dəfə artması üçün lazım olan illərin sayını
hesablamaq mümkündür. Bunun üçün 70 rəqəmini inflyasiyanın illik səviyyəsinə
bölmək lazımdır. Yəni:
Inflyasiyanın sürətini
70
=
iki dəfə artırmaq üçün
qiymətlərin səviyyəsinin illik
lazım olan illərin
artım sürəti (%-lə)
təxmini sayı
Məsələn, tutaq ki, inflyasiyanın sürəti 5%-ə bərabər-dir. Deməli, qiymətlərin
səviyyəsinin 14 ildən (70:5) sonra iki dəfə artacağını gözləmək olar. "70 ədədi
qaydası"ndan adətən ÜMM-i və ya şəxsi yığımı iki dəfə artırmaq üçün lazım olan
vaxtı müəyyən etmək lazım gəldikdə istifadə olunur.
Topdansatış qiymətləri (istehsal təyinatlı əmtəələrin qiymətləri) indeksini
hesabladıqda istehsalda istifadə olunan aralıq əmtəələrin qiymətlərinin dəyişməsi
müəyyən edilir. Bu qiymətlərin dəyişməsi xammal və materialların, yarımfabrikatların, topdansatış bazarlarında son məhsul növləri qiymətlərinin dəyişməsi
ilə əlaqədardır.
Nəzərdən keçirilən bu iki indeks bir-birilə qarşılıqlı surətdə əlaqədardır.
Çünki sənaye əmtəələri qiymətlərinin qalxması nəticə etibarilə pərakəndə satış
qiymətlərinin artmasına səbəb olur.
Qiymətlərin ümumi səviyyəsini müəyyən etmək üçün ÜMM-in
deflyatoru (ÜMM-in qiyməti) indeksi hesablanır. Bu indeks cəmiyyətdə
qiymətlərin dəyişməsini daha tam əks etdirir. Çünki ÜMM-in tərkibinə bütün son
məhsul və xidmətlər daxildir. Bu, belə müəyyən edilir:
ÜMM-in qiymət
Nominal ÜMM
indeksi (deflyatoru) =
--------------------- ∙ 100
Real ÜMM
Burada: Nominal ÜMM–cari dövrdə həmin dövrün qiymətləri ilə xərcləri;
Real ÜMM–cari dövrdə, əsas dövrün qiymətləri ilə xərcləri göstərir.
Inflyasiyanın aşağıdakı növləri vardır: 1) Açıq inflyasiya; 2) Sarsıdıcı
inflyasiya; 3) Mötədil (mülayim) inflyasiya; 4) Çaparaq inflyasiya; 5) Hiper
inflyasiya; 6) Tarazlaşdırılan inflyasiya; 7) Tarazlaşdırılmayan inflyasiya; 8)
Gözlənilən inflyasiya; 9) Gözlənilməyən inflyasiya.
Açıq inflyasiya bazar münasibətlərinin inkişaf etmiş olduğu ölkələr üçün
səciyyəvidir. Bu, bir-birilə qarşılıqlı əla-qədə olan tələb və təklifin, qiymətlərin
açıq şəkildə artma-sına təsir göstərməsilə əlaqədardır.
Sarsıdıcı inflyasiya inzibati-amirlik iqtisadiyyatına xas olan gizli
inflyasiyadır. Çünki bu iqtisadi sistemdə qiy-mətlərə və gəlirlərə ciddi nəzarət
olunur. Bu isə inflyasiya-nın açıq şəkildə özünü qiymətlərin artmasında
KitabYurdu.az
194
göstərməsinə imkan vermir. Zahirən qiymətlər sabit qalır. Lakin dövriy-yəldə olan
pul kütləsinin artması əmtəə çatışmazlığına səbəb olur. Bu isə öz növbəsində "gizli
iqtisadiyyatın" əl-qol açma-sına gətirib çıxarır.
Sarsıdıcı inflyasiya dövründə əmtəə çatışmazlığı zahirən görünməyən
inflyasiya prosesinin görünən tərəfinə çevrilir. Çünki, eyni miqdarda əmtəənin
satın alınması üçün daha çox pul kütləsi tələb olunur. Sarsıdıcı inflyasiya zamanı
pul kütləsinin yalnız bir hissəsi pul kimi istifadə olunur. Alıcılar əllərində olan
pulun əhəmiyyətini qabarıq şəkildə göstərmək üçün aztapılan əmtəələri axtarıb
tapmağa çalışırlar. Bunun nəticəsində sarsıdıcı inflyasiya şəraitində bazarın qeyrileqal forması olan "qara bazar" əmələ gəlir.
Qara bazarda əmtəələrin əsl qiymətləri formalaşır, qiymətlərin sabitləşməsi
haqqında illüziyalar isə satıcı və alıcıları çaş-baş salır, iqtisadi rifahın yaxşılaşması
haqqında yanlış təsəvvür yaranır.
Mötədil (mülayim) inflyasiya dövründə qiymətlər il ərzində 10%-dan çox
artmır, pulun alıcılıq qabiliyyəti demək olar ki, dəyişmir. Qərb ölkələrində buna
heç bir narahatlıq doğurmayan normal hal kimi baxırlar.
Qiymətlərin qalxması il ərzində iki və daha çox rə-qəmli ədədlərlə ifadə
olunduqda buna "çaparaq" inflyasiya deyilir. Bu zaman müqavilələr
qiymətlərdəki dəyişkənliklə əlaqələndirilir, pul kütləsi sürətlə əmtəələrdə
maddiləşdirilir. Inflyasiya iqtisadiyyat üçün təhlükə törətdiyinə görə onun əleyhinə
tədbirlər görülməsi tələb olunur.
Hiperinflyasiya zamanı qiymətlər çox sürətlə artır, onunla əmək haqqı
arasında çox böyük fərq əmələ gəlir, iri müəssisələr nəinki mənfəət əldə edir,
əksinə zərərlə işləyirlər, iqtisadiyyat iflic vəziyyətinə düşür, adamlar əllərində olan
pulu əmtəələrdə maddiləşdirməyə çalışır, təsərrüfat əlaqələri pozulur, barter
sövdələşmələrinə üstünlük verilir, bizneslə məşğul olmaq fayda vermir. Odur ki,
istehsal ixtisar olunur, xarici əlaqələr azalır, firmadaxili təsərrüfatçılığın ünsürləri
arasında uyğunsuzluqlar əmələ gəlir.
Tarazlaşdırılan inflyasiyada müxtəlif əmtəə qrupları-nın qiymətləri
nisbətən sabit qalır, tarazlaşdırılmayan inflyasiyada isə, əksinə, dəyişir.
Tarazlaşdırılan inflyasiya bizneslə məşğul olmaq üçün qorxulu deyildir. Bu
zaman yalnız qiymətləri vaxtaşırı artırmaq lazım gəlir. Mənfəətin itirilməsi
təhlükəsi isə qiymətlərin artırılmasının axırıncı pilləsində dayanan sahibkarlar üçün
qalmış olur. Bu, birinci növbədə intensiv xarici kooperasiya əlaqələrinə əsaslanan
və mürəkkəb məhsullar istehsal edənlərə aiddir.
Tarazlaşdırılmayan inflyasiya o deməkdir ki, xam-mal və materialların
qiymətləri son istehlak məhsullarının qiymətlərinə nisbətən daha sürətlə artır. Bu,
bizneslə məşğul olmaq üçün təhlükə törədir. Kapitalın tətbiq olunduğu sahələrin
seçilməsində çətinlik yaradır, belə bir şəraitdə sənaye inkişaf etmir, yalnız az sayda
möhtəkirlik – vasitəçilik əməliyyatları mümkün olur.
Gözlənilən və gözlənilməyən inflyasiyalar da bir-birindən fərqlənir.
Gözlənilən inflyasiya dedikdə qabaqca-dan proqnozlaşdırılan inflyasiya nəzərdə
tutulur. Gözlənil-məyən inflyasiya isə adından göründüyü kimi, qabaqcadan onun
olub-olmaması haqqında proqnoz verilmir.
KitabYurdu.az
195
Tarazlaşdırılan və gözlənilən inflyasiyalar iqtisadiy-yata ziyan vurmur.
Çünki onları qabaqcadan proqnozlaş-dırmaq mümkün olduğuna görə müəyyən
tədbirlər görülə bilər və görülür. Tarazlaşdırılmayan və gözlənilməyən inflyasiyalar isə olduqca təhlükəlidir və iqtisadiyyata böyük ziyan vururlar.
2. Inflyasiyanın səbəbləri və müasir dövrdə xüsusiyyətləri.
Qiymətlərin qalxması və pul artıqlığının əmələ gəl-məsi inflyasiyanın zahiri
təzahürləridir. Onun başlıca səbəbi milli iqtisadiyyatda formalaşmış
proporsiyaların, başqa sözlə, ümumi tarazlığın pozulmasıdır.
Dünya iqtisadi ədəbiyyatında tarazlığın pozulmasına və inflyasiyaya
gətirib çıxaran aşağıdakı amillərin olduğu göstərilir.
1) Kağız pulun emissiyası, xarici ticarət, qeyri-məh-suldar, hər şeydən
əvvəl, hərbi xərclər və dövlətin yerinə yetirdiyi vəzifələrlə əlaqədar olan xərclər
üzərində dövlət inhisarının olması;
2) Əmək haqqının artırılması və onun səviyyəsinin saxlanması (azalmaması) üzərində müəyyən müddət həm-karlar ittifaqının inhisarının olması;
3) Ən iri firmaların qiymətlərin müəyyən edilməsi və öz xərcləri üzərində
inhisarının olması.
Bunlar bir-biri ilə qarşılıqlı əlaqədədirlər və hər biri tələb və təklifin artması
və ya azalmasına, onların arasında-kı tarazlığın pozulmasına təsir edə bilər.
Inflyasiyanın sə-bəblərinin müəyyən edilməsi onunla mübarizə tədbirlərini işləyib
hazırlamaq üçün lazımdır.
XX əsrin ortalarında sənayecə inkişaf etmiş ölkələrdə inflyasiyaya iki
amil təsir etmişdir: 1) Maliyyə və pul-kredit sisteminin yenidən qurulması; 2)
Iqtisadiyyatın oliqopolçu strukturunun formalaşması.
Bu dövrdə sahibkarların qiymətləri qaldırmaq yolu ilə daha çox mənfəət əldə
etmək uğrunda apardıqları müba-rizə azad rəqabəti məhdudlaşdırmış, habelə pul
tədavülünün və qiymətlərin əmələ gəlməsinin nisbi sabitliyi qızıl külçə
standartlarını təmin etmişdir. Qızıl külçə standartı o demək idi ki, yalnız böyük
məbləğdə, məsələn, Ingiltərədə ən azı 1700 funt sterlinq, Fransada 215000 frank və
s. banknotlar külçə qızıla dəyişdirilə bilər. Həm də banknotları yalnız qızıla
dəyişdirilməsi mümkün olan xarici valyutaya (devizaya1) mübadilə etmək olardı.
Göründüyü kimi, bu pul sistemində bütün valyutalar bir valyutadan asılı vəziyyətə
salınır. Əsas götürülən valyuta iflasa uğradıqda, onunla bağlı olan bütün ölkələrin
valyutaları da nüfuzdan düşürdü.
Iqtisadiyyatın inkişafının müasir mərhələsinə keçil-məsi pulun hərəkətindəki
istiqamətin kəskin surətdə dəyiş-məsinə səbəb oldu. Pul tədavülündə qızıl, kağız
pullar tərəfindən sıxışdırılıb çıxarıldı, kredit-pul mexanizmi isə pul kütləsinin
artması üçün əlverişli şərait yaratdı. Bunlar da öz növbəsində dövlət xərclərinin
artması və dövlət büdcəsinin daim kəsirli olmasına səbəb oldu.
KitabYurdu.az
196
O dövrdə iqtisadiyyatın əksər sahələri üçün oliqopo-liya strukturu
formalaşmışdı. Sahibkarlar belə bir şəraitdə özlərinin bazar, xüsusilə də qiymət
siyasətlərini qarşılıqlı surətdə əlaqələndirmək imkanı əldə etmişdilər. Bu isə yeni,
XX əsr üçün xarakterik olan, əmtəələrin qiymətlərinin art-ması meylinin inkişaf
etməsinə səbəb olurdu. Lakin əsrin ilk dövrlərində, daha dəqiq desək, təqribən 3035 il ərzində vaxtaşırı baş verən ifrat istehsal böhranları dövründə qiy-mətlərin
artması daimi xarakter daşımır, daim pozulurdu.
Inflyasiya ikinci dünya müharibəsi illərində bazar iqtisadiyyatının
inkişaf etmiş olduğu ölkələrin demək olar ki, hamısında müşahidə edilmişdir.
Bunun iqtisadi əsasını ikinci dünya müharibəsinin gedişində məhsuldar qüvvələrin
dağıdılması təşkil etmişdir. Çünki istehsaldakı dəyişikliklər maliyyə dairəsinə və
pul tədavülünə təsir göstərməyə bilməzdi. Bu isə özünü büdcə kəsirinin və dövlət
borcunun artmasında, pul emissiyasının çoxalmasında göstərirdi.
Müharibədən sonrakı illərdə qiymətlərin artması meyli yenə də özünü
göstərmişdir. Hətta iqtisadi böhranlar dövründə də bütün ölkələrdə qiymətlər
artmaqda davam et-mişdir. Lakin qiymətlərin artma sürəti heç də eyni olma-mışdır.
Belə ki, 50-60-cı illərdə mötədil inflyasiya müşahidə olunduğu halda, 70-80-ci
illərdə "çaparaq" inflyasiya özünü göstərmişdir.
Keçən əsrin 70-ci illərindən inflyasiyanın artmasına təsir göstərən başlıca
amillər idxal və ixrac olunan əmtəə-lərin qiymətlərinin qalxması, dolların
devalvasiyası, dünya bazarında xammalların qiymətlərinin bahalaşması və s.
olmuşdur.
Müasir dövrdə də inflyasiya prosesi davam edir və onun özünə məxsus
bir sıra xüsusiyyətləri vardır.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, keçmiş dövrlərdə inflyasiya bir
və ya bir neçə ölkənin iqtisadiyya-tını əhatə edirdisə, hazırda ümumdünya xarakteri
almışdır.
Ikincisi, inflyasiya müxtəlif ölkələrdə qeyri-bərabər gedir və onun sürəti
daxili amillərlə müəyyən edilir. Sənaye tsiklinin ayrı-ayrı fazalarından, habelə
iqtisadiyyatın tən-zimlənməsinə dövlətin müdaxilə etməsi dərəcəsindən asılı olaraq
bu amillərin təsiri güclənə və ya zəifləyə bilər.
Üçüncüsü, müasir inflyasiya daimi xarakter almışdır. Əvvəlki illərdə ayrıayrı ölkələrdə inflyasiya sonralar pul tədavülünün nisbi sabitlik dövrləri ilə əvəz
edilmişdir. Hazır-da isə qiymətlər sənaye tsiklinin bütün fazalarında artır.
Dördüncüsü, inflyasiyanın xarakteri dəyişmişdir. Belə ki, 80-ci illərin
ortalarınadək "çaparaq" inflyasiya üs-tünlüyə malik olmuşdur. O, Latın Amerikası
ölkələrində xü-susilə geniş miqyas almışdı. 1989 və 1990-cı illərdə inflya-siyanın
səviyyəsi ən yüksək həddə – 2000%-ə çatmışdı. Ayrı-ayrı ölkələrdə (Nikaraqua,
Peru, Argentina, Braziliya) onun səviyyəsi hətta 5000-8000% olmuşdur.
Bununla birlikdə 80-ci illərin ortalarından inkişaf etmiş kapitalist ölkələrində
inflyasiyanın "yavaşıdığı" və onun sürətinin aşağı düşdüyü müşahidə olunur. Bu,
aşa-ğıdakılarla əlaqədardır.
1) Dünya iqtisadiyyatının qeyri-bərabər inkişafının xüsusiyyətləri. 19801992-cı illərdəki dünya iqtisadi böhra-nından sonra uzun sürən durğunluq,
iqtisadiyyatın ləng bərpa olunması, kütləvi işsizlik və s. əmtəə və xidmətlərə olan
KitabYurdu.az
197
tələbin azalmasına səbəb olmuşdur ki, bu da qiymət-lərin artmasının qarşısını
müəyyən dərəcədə almışdır;
2) Əmək məhsuldarlığının dinamikasındakı dəyişik-lik. Daxili və xarici
bazarlarda rəqabət mübarizəsinin kəs-kinləşdiyi şəraitdə əmək məhsuldarlığının
yüksəlməsi və is-tehsal xərclərinin azalması inhisarlar qarşısında qiymətlərin
artırılmasına hədd müəyyən olunması tələbini qoymuş və bununla da inflyasiyanı
məhdudlaşdırmışdır;
3) Maliyyə sahəsində yeni hadisələrin baş verməsi nəticəsində 70-ci illərin
ortalarına nisbətən 80-ci illərdə bir sıra ölkələrdə büdcə kəsiri nisbətən azalmışdır
ki, bu da dövlət maliyyəsi böhranının müəyyən dərəcədə "bitərəfləşdi-rilməsi"nə
səbəb olmuşdur. Belə ki, 70-ci illərdə iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı
(IƏIT) ölkələrində büdcə kəsiri orta hesabla ÜMM-in 1,8%-i qədər olmuşdursa,
bu, 1993-cü ildə 1,2% təşkil etmişdir;
4) 1980-ci illərdə kredit ekspansiyasında (genişlən-məsində) bir sıra
ləngimələrin olması. Sənayecə inkişaf etmiş ölkələrdə mərkəzi bankların uçot
dərəcələrinin kəskin surətdə yüksəlməsi faiz dərəcələrinin artmasına səbəb
olmuşdur ki, bu da borc kapitalına olan tələbin azalmasına, inflyasiya prosesində
kredit ekspansiyasının rolunun bir qədər zəifləməsinə gətirib çıxarmışdır;
5) Dünya bazarında enerji xammallarının qiymətlə-rinin aşağı düşməsi.
1986-cı ildə enerji xammallarının qiy-mətləri indeksi (1980-ci il – 100%) 65%-ə, o
cümlədən neft üzrə 55%-ə enmişdir. Bu isə inkişaf etmiş kapitalist ölkə-lərində
istehsal xərclərinin azalmasına səbəb olmuşdur.
Lakin bütün bunlar o demək deyildir ki, artıq inflya-siya "məğlub"
edilmiş, onun üzərində qələbə çalınmışdır. Əlbəttə, yox! Hazırda istehlak
əmtəələrinin qiymətləri 60-cı illərə nisbətən daha sürətlə artır. Bundan başqa,
inflya-siyanın sürəti vaxtaşırı olaraq dəyişir. Məsələn, ABŞ-da ÜMM-in orta illik
deflyatoru 1951-1960-cı illərdə 2,6%, 1961-1965-ci illərdə 1,4%, 1966-1970-ci
illərdə 4,1%, 1971-1975-ci illərdə 6,6%, 1976-1980-ci illərdə 7,3%, 1981-1985-ci
illərdə 5,2%, 1986-1990-cı illərdə 3,4% olmuşdur.
3. Tələb və təklifin inflyasiyası.
Iqtisadçılar inflyasiyanın aşağıdakı iki tipini bir-birindən fərqləndirirlər: 1)
Tələbin inflyasiyası, 2) Təklifin inflyasiyası.
Ümumi təklif sabit qalmaqla, ümumi tələb artdıqda qiymətlər dəyişir. Və
bununla əlaqədar olaraq tələbin inflyasiyası baş verir ki, onu da ən sadə şəkildə
belə ifadə etmək olar: "dövriyyədə az miqdarda mövcud olan əmtəələri satın almaq
üçün daha çox pul kütləsi olur".
Lakin ümumi tələblə istehsalın həcmi, məşğulluq və qiymətlər arasındakı
nisbətin öyrənilməsi ilk baxışda təsəv-vür olunduğu kimi o qədər də sadə məsələ
deyildir.
Ilk dövrlərdə istehlak və investisiya, habelə hökumə-tin sərf etdiyi və xalis
ixracla əlaqədar olan ümumi xərclər az olduğuna görə ümummilli məhsul tələb
olunan qədər istehsal edilmir, müəssisələrin istehsal güclərinin çox hissəsi
fəaliyyət göstərmir, işsizlik artır. Ümumi tələb artdıqda isə istehsalın həcmi artır,
KitabYurdu.az
198
işsizliyin səviyyəsi aşağı düşür, qiymətlər ya çox az qalxır, yaxud da sabit qalır.
Bu, onunla izah edilir ki, fəaliyyət göstərməyən çox böyük miqdarda maddi və
əmək ehtiyatlarının istehsala cəlb olunmasına ma-raq artır, mövcud qiymətlərlə onları istənilən vaxt istifadəyə vermək imkanı meydana çıxır. Bunun nəticəsində
məhsul istehsalı çoxalır, qiymətlər isə bahalışmır.
Tələb artdıqda isə iqtisadiyyat tam məşğulluğa və mövcud ehtiyatlardan tam
istifadə olunmasına yaxınlaş-maqla ikinci mərhələyə daxil olur. Lakin qeyd
etmək lazım-dır ki, tam məşğulluğa nail olunana qədər də qiymətlər təd-riclə
artmağa başlaya bilər. Ona görə ki, istehsalın miqyası genişləndirildikcə
dövriyyəyə cəlb edilən ehtiyatlardan iqtisadiyyatın bütün bölmələrində və
sənayenin bütün sahələrində birdən-birə, eyni vaxtda istifadə olunmur. Daha
doğrusu, sənayenin bir çox sahələrində artıq isthesal gücləri olduğu halda,
digərlərində "zəif yerlər" meydana çıxır. Sənayenin bəzi sahələri özünün artıq
istehsal güclərindən başqalarına nisbətən daha tez istifadə edirlər. Işçi qüvvəsi
bazarlarında tələbin artması nəticəsində işçilərin bəzi kateqoriyalarından tam
istifadə olunmağa başlayır, onların əmək haqqı yüksəlir. Bunlarla əlaqədar olaraq
firmaların istehsal xərcləri də artır və buna görə də onlar qiymətləri qaldırmağa
məcbur olurlar.
Əmək bazarında təklifin azalması kollektiv müqavi-lələr bağlanarkən
həmkarlar ittifaqının sahibkarlara təsiret-mə imkanlarını genişləndirir və əmək
haqqının artırılma-sına nail olmaqda onlara kömək edir. Firmalar tətil hərəkatından (xüsusilədə iqtisadiyyatın inkişaf etdiyi dövrdə) çəkinərək əmək haqqını
artırmağa razı olurlar. Bundan başqa, ümumi xərclər artdıqda, firmalar onu,
qiymətləri qaldır-maqla istehlakçılardan "çıxarmağa" çalışırlar. Nəhayət tam
məşğulluğa nail olunduqda, firmalar daha məhsuldar, yəni ixtisaslı peşə sahiblərini
muzdla tutmaq məcburiyyətində qalırlar ki, bu da öz növbəsində xərclərin və
qiymətlərin artmasına səbəb olur. Ikinci dövrdəki inflyasiyanı bəzən "vaxtsız"
inflyasiya adlandırırlar. Çünki o, ölkədə tam məşğulluq başlananadək meydana
çıxır.
Üçüncü dövrə çatdıqda tam məşğulluq iqtisadiyyatın bütün bölmələrində
özünü göstərir. Sənayenin bütün sahələri məhsul istehsalının artırılması tələbinə
daha cavab verə bilmir. Bu isə o deməkdir ki, milli məhsulun real həcmi ən yüksək
həddə çatmışdır və tələbin bundan sonra artması inflyasiyaya doğru aparır. Başqa
sözlə, cəmiyyətin istehsal imkanlarından artıq olan ümumi tələb qiymətlərin artmasına səbəb ola bilər. Bu dövrdə tələbin inflyasiyasının başlıca şərtləri aşağıdakılardır:
1) Əhalinin tələbatının artması. Buna təsir edən əsas amillər isə əmək
haqqının və məşğulluğun artmasıdır;
2) Iqtisadi yüksəliş dövründə investisiyaların və bununla əlaqədar olaraq
kapital əmtəələrinə olan tələbin artması;
3) Dövlət xərclərinin (hərbi və sosial xərclərin) artması.
Beləliklə, nəzərdən keçirilənlərə əsasən aşağıdakı nəticələri çıxarmaq
olar: qiymətlər sabit qaldıqda (birinci dövr) nominal və real ÜMM eyni sürətlə
artır. Lakin "vaxtsız" inflyasiya zamanı (ikinci dövr) nominal ÜMM-i deflyasiya
etmək lazımdır. Bu, məhsulun həcmini fiziki ifadədə müəyyən etməyə imkan verir.
KitabYurdu.az
199
"Xalis" inflyasiya zamanı (üçüncü dövr) nominal ÜMM artır (həm də bəzən çox
sürətlə artır), real ÜMM isə dəyişmir.
Xərclərin artması və bazarda ümumi təklifin azalma-sı da inflyasiyaya səbəb
ola bilər. Bunu belə bir faktdan ay-dın görmək olar ki, son illərdə ümumi tələb
artıqlığı olmadı-ğı halda, qiymətlərin artdığı dövrlərə təsadüf olunmuşdur.
Istehsalın həcmi və məşğulluq azaldığı hallarda da qiymət-lərin artdığı dövrlər
müşahidə edilmişdir. Beləliklə, istehsal xərclərinin artması və ya ümumi
təklifin azalması ilə əlaqə-dar olaraq baş verən inflyasiya təklif üzrə inflyasiya
adlanır.
Xərclərin artması ilə əlaqədar olan inflyasiya öz ifadəsini məhsul vahidinə
düşən istehsal xərclərinin çoxal-masında tapır və aşağıdakı kimi müəyyən edilir:
Məhsul vahidinə düşən xərclər = ümumi xərclər : məhsulun miqdarı
Məhsul vahidinə düşən xərclərin artması mövcud qiymətlərlə firmanın təklif
etdiyi məhsulun və deməli, onun mənfəətinin azalmasına səbəb olur. Bunun
nəticəsində bü-tün iqtisadiyyat üzrə təklif olunan əmtəə və xidmətlər azalır, bu isə
qiymətlərin bahalaşmasına gətirib çıxarır. Təklif üzrə inflyasiyaya iki başlıca
amil təsir edir. Bunlardan biri nominal əmək haqqının artırılması, digəri isə
xammal və materialların, enerji daşıyıcılarının qiymətlərinin bahalaşmasıdır.
Əmək haqqının artırılması nəticəsində baş verən inflyasiya istehsal
xərclərinin çoxalması ilə əlaqədar olan inflyasiyanın bir növüdür. Bunun başlıca
səbəbkarı demək olar ki, həmkarlar ittifaqıdır. Bu, onunla izah edilir ki, həmkarlar
ittifaqları kollektiv müqavilələr vasitəsilə nominal əmək haqqı üzərində nəzarəti
müəyyən dərəcədə həyata keçirirlər. Məsələn, tutaq ki, iri həmkarlar ittifaqları
əmək haqqının böyük məbləğdə artırılmasını tələb edir və buna nail olurlar.
Bununla da onlar həm də həmkarlar ittifaqlarının üzvü olmayan işçilərin əmək haqqının yeni standartını müəyyən etmiş olurlar. Bütün ölkə üzrə əmək haqqının
artırılması, əks təsir göstərən hər hansı bir amillə (məsələn, bir saatda istehsal
olunan məhsulun miqdarı) tarazlaşdırılmadıqda məhsul vahidinə düşən xərclər
artır. Istehsalçılar buna bazara çıxardıqları əmtəə və xidmətlərin miqdarını
azaltmaqla cavab verirlər. Tələb sabit qalmaqla, təklifin azalması isə qiymətlərin
artmasına səbəb olur. Bunu əmək haqqının həddindən çox artırılması ilə
əlaqədar olaraq baş verən inflyasiya adlandırırlar.
Xərclərin artması ilə əlaqədar olan inflyasiyanın baş-qa bir növü təklif
mexanizminin pozulması nəticəsində baş verən inflyasiyadır. Bu, enerji istehsalına
sərf olunan xam-malların qiymətlərinin qəflətən artması ilə əlaqədar olaraq istehsal
xərclərinin və deməli məhsulların qiymətlərinin bahalaşması nəticəsində baş verir.
Bunu 1973-1974, 1979-1980-ci illərdə və ümumiyyətlə son dövrlərdə enerji
daşıyıcı-larının qiymətlərinin qalxıb-enməsindən daha aydın görmək olar. Belə ki,
enerji daşıyıcılarının qiymətlərinin artması nə-ticəsində istehsal və məhsulların
daşınması xərcləri artmış-dır. Bu isə öz növbəsində xərclərin çoxalması ilə
əlaqədar olan inflyasiyanın sürətlə artmasına səbəb olmuşdur.
Iqtisadiyyatda elə hallar da olur ki, eyni vaxtda, bir tərəfdən qiymətlər artır,
digər tərəfdən isə istehsalın həcmi azalır. Başqa sözlə, qiymətlər və məhsul
istehsalı müxtəlif istiqamətlərdə dəyişir. Buna staqflyasiya deyilir.
KitabYurdu.az
200
Iqtisadçılar staqflyasiyanın səbəblərini müxtəlif cür izah edirlər. Buna dair
aşağıdakı nöqteyi-nəzərlər diqqəti daha çox cəlb edir:
1) Qeyri-təkmil strukturların mövcudluğu. Belə bir fikir irəli sürülür ki,
yaxşı sahmana salınmış bazar mexaniz-minə malik olan iqtisadiyyatda bəzi
əmtəələrin qiymətləri-nin artması başqa əmtəələrin qiymətlərinin aşağı düşməsinə
səbəb olur. Odur ki, bazar tarazlığına əməl olunmalıdır;
2) Staqflyasiya inhisara və bazarda firmaların hökm-ranlığına səbəb olur. Bu
o deməkdir ki, az istehsal edib, baha satmaq inhisarlar üçün daha faydalıdır;
3) Belə bir fikir də geniş yayılmışdır ki, staqflyasiya-nın səbəbi gözlənilən
inflyasiya ola bilər. Başqa sözlə, isteh-sal amillərinin mülkiyyətçiləri öz
gəlirlərinin inflyasiya nəti-cəsində azalacağından ehtiyat edərək xidmətlərin
dəyərini artırmağa başlayırlar.
4. Inflyasiyanın sosial-iqtisadi nəticələri.
Inflyasiyanın yalnız səbəblərini aydınlaşdırmaqla ki-fayətlənmək
olmaz, həm də onun sosial-iqtisadi nəticələrini nəzərdən keçirmək lazımdır.
Bazar iqtisadiyyatı üçün səciyyəvi olan bir çox hadisələr kimi inflyasiyanı
da birmənalı qiymətləndirmək düzgün deyildir. Ona görə ki, inflyasiyanın mənfi
cəhətləri ilə yanaşı, müsbət cəhətləri də vardır. Belə ki, o, iqtisadi artıma təsir edir,
ona təkan verir. Bu isə o deməkdir ki, iqtisadiyyatın bazar mexanizmi vasitəsilə
tənzimlənməsi üçün səciyyəvi olan bir çox başqa proseslər kimi, inflyasiya da
mütləq mənada hökmən qarşısı alınmalı və qətiyyətlə aradan qaldırılmalı olan
ziyanlı bir proses deyildir. Başqa sözlə, dövlət inflyasiyadan cəmiyyət üzvlərinin
rifahının yaxşılaşdırılması və iqtisadiyyatın inkişaf etdirilməsi üçün istifadə edə
bilər. Məsələn, bazar münasibətlərinin inkişaf etmiş olduğu ölkələrdə mötədil
(mülayim, zəif) inflyasiya iqtisadi artımın normal amili hesab edilir. Bu deyilənlərə
əsasən belə nəticə çıxarmaq olar ki, inflyasiya qiymətlərin və mənfəət normasının
artmasına təsir etməklə, konyukturanı canlandıran amil kimi fəaliyyət göstərir.
Çünki qiymətlər bahalaşdıqda həmin məhsulun istehsalının artırılmasına maraq da
artır. Lakin inflyasiyanın dərinləşməsinə yol vermək olmaz, onun qarşısı vaxtında
alınmalıdır. Çünki onun qarşısı vaxtında alınmadıqda sosial-iqtisadi qeyri-sabitlik
güclənməklə, ölkədə tarazlıq pozulur, iqtisadiyyatın inkişafına əngəl törədilir,
böyük məbləğdə xərc tələb olunur.
Inflyasiya nəinki ölkə daxilində tarazlığın pozulma-sına səbəb olur, həm də
beynəlxalq valyuta münasibətlərinə mənfi təsir göstərir. Bu aşağıdakılarla
əlaqədardır:
Birincisi, ölkə daxilində qiymətlərin qalxması valyu-tanın alıcılıq
qabiliyyətinin aşağı düşməsi deməkdir. Valyu-tanın qiymətdən düşməsi isə valyuta
dempinqinə səbəb olur.
Ikincisi, inflyasiya dünya qiymətlərinin artmasına sə-bəb olur. Inflyasiyanın
təsiri ilə dünya bazarlarında qiymət-lərin artım sürəti daxili qiymətlərin artım sürəti
ilə nəinki bərabərləşmiş, həm də onu ötüb keçmişdir. BVF-nin eks-pertləri bunu
ixrac olunan neftin qiymətlərinin artması ilə izah edirlər.
KitabYurdu.az
201
Üçüncüsü, qiymətlərin artması ixrac olunan məh-sulların rəqabət
mübarizəsini zəiflədir və xarici ticarətdə defisitin artmasını gücləndirir, tədiyə
balansının tarazlaşdı-rılmasını çətinləşqdirir.
Dördüncüsü, valyutaların alıcılıq qabiliyyətinin aşağı düşməsindəki qeyribərabərlik valyuta məzənnələrinin qeyri - ekvivalentliyini gücləndirir, onların
rəsmi və bazar məzən-nələri arasında uyğunsuzluğa səbəb olur. Bu da öz növbəsində valyuta məzənnələrinin sabitləşdirilməsini çətinləşdi-rir, məzənnələr
arasındakı nisbətlərə yenidən baxılmasını zəruri edir.
Beləliklə, inflyasiya təkcə daxili problem olmaqla qalmır, həm də
beynəlxalq valyuta münasibətlərində dağı-dıcı qüvvəyə çevrilir.
Inflyasiya ilə mübarizə və ona qarşı xüsusi proqra-mın işlənib hazırlanması
iqtisadiyyatın sabitləşdirilməsinin zəruri ünsürüdür. Bu proqramın əsasını
inflyasiyaya təsir edən səbəb və amillərin təhlili, onların aradan qaldırılması və ya
azaldılmasına təsir göstərən iqtisadi tədbirlər sistemi təşkil etməlidir.
Inflyasiya şəraitində iki üsuldan istifadə edilə bilər. Bunlardan biri
inflyasiyaya uyğunlaşmaq, digəri isə radikal tədbirləri həyata keçirməklə onu
aradan qaldırmaqdan ibarətdir. Ayrı-ayrı ölkələrdə bu dilemmaya müxtəlif üsullarla yanaşılır. Məsələn, ABŞ və Ingiltərədə inflyasiya ilə fəal mübarizə aparılır,
başqa ölkələrdə isə kompleks uyğunlaşma tədbirləri işlənib hazırlanır.
Uyğunlaşma siyasəti ona əsaslanır ki, bazar iqtisa-diyyatının bütün
subyektləri (ev təsərrüfatları, firmalar, dövlət) öz fəaliyyətlərində inflyasiyanı
pulun alıcılıq qabi-liyyətinin aşağı düşməsi nəticəsində onlara dəyən ziyanın
kəmiyyəti ilə ölçürlər. Dünya təcrübəsində pulun alıcılıq qabiliyyətinin aşağı
düşməsi nəticəsində dəyən ziyanın ödənilməsinin iki metodu vardır. Bunlardan ən
geniş yayı-lanı faiz dərəcəsinin indeksləşdirilməsidir. Bu metodun ma-hiyyəti
ondan ibarətdir ki, faiz dərəcəsi inflyasiya qədər artırılır. Ikinci metod isə
qoyulmuş investisiyaların ilkin məbləğinin indeksləşdirilməsidir. Başqa sözlə, bu,
vaxtaşırı olaraq qabaqcadan şərtləşdirilmiş indeksin köməyilə həmin məbləğin
təshih olunması deməkdir.
Ev təsərrüfatları inflyasiyaya əlavə gəlir mənbələri axtarıb tapmaqla
uyğunlaşmağa çalışırlar. Işçilər özlərini inflyasiyadan qorumaq üçün inflyasiyaya
uyğun olaraq müqaviləyə əmək haqqının təshis olunmasına dair xüsusi bənd daxil
edilməsinə cəhd göstərirlər.
Firmalar da inflyasiya şəraitində özlərinin iqtisadi siyasətlərini dəyişdirirlər.
Bu, öz ifadəsini onda tapır ki, onlar investisiyaların daha tez qaytarılmasını təmin
edən qısa müddətli layihələri həyata keçirməyə çalışırlar.
Xüsusi dövriyyə vəsaitlərinin çatışmaması firmaları səhm və istiqrazlar
buraxmağa, habelə lizinq və faktorinq vasitəsilə yeni xarici maliyyə mənbələri
axtarmağa sövq edir. Bu, dövriyyə vəsaitinin tərkibində cəlb edilmiş vəsa-itlərin
xüsusi çəkisinin və firmaların maliyyə riskinin artma-sına səbəb olur. Onlar,
həmçinin kreditor borclarının çox olmasına, bankdakı hesablarında az məbləğdə
pul vəsaiti saxlamağa səy göstərirlər.
Firmalar inflyasiya şəraitində özlərinin mənfəətdən istifadə olunması
sahəsində yeritdikləri siyasətlərini də də-yişməyə məcbur olurlar. Belə ki, onlar
KitabYurdu.az
202
həm maddi marağın təmin olunmasına yönəldilən vəsaiti artırır, həm də xalis
mənfəətdən istehsalın inkişaf etdirilməsinə daha çox vəsait sərf edirlər.
Tarixdə hökumətin inflyasiya şəraitinə uyğunlaşması siyasətinin bir çox
variantları məlumdur. Məsələn, XX əsrin 60-70-ci illərində Ingiltərədə və digər
ölkələrdə çox ehtiyatla irəliləmə siyasəti yeridilmişdir. Lakin bu, özünü
doğrultma-mışdır. Çünki qiymətlərin artmasının qarşısının alınmasına yönədilmiş
tədbirlər əmək məhsuldarlığının və əhalinin həyat səviyyəsinin aşağı düşməsinə
səbəb olmuşdur.
Başqa bir siyasət qiymətlərlə əmək haqqı arasındakı nisbətə nəzarət
qoyulmasına əsaslanmışdır. Lakin bu siyasət qısa müddətli dövrdə (məsələn, ABŞda 1951-1952-ci, Fin-landiyada 1967-1971-ci illərdə) müsbət nəticələr versə də,
uzun müddətli dövrdə özünü doğrultmamış, məşhurlaşa bilməmişdir.
Inflyasiyanın Keynscəsinə izah edilməsinin tərəfdar-ları, "struktur
inflyasiya" və "təklifin iqtisadiyyatı" nəzəriy-yəsinin nümayəndələri öz
proqramlarında daha təsirli vasi-tələrdən istifadə olunmasını təklif edirlər. Bunlara
qiymət-lərin və əmək məhsuldarlığının müvəqqəti dondurulmasını, vergi
sisteminin köməyilə sahibkarlığın stimullaşdırılmasını, əmanətlərə təminat
verilməsində əhalinin etibarının qazanılmasını, çox böyük həyati əhəmiyyətə malik
olan sahə və istehsalatların fəaliyyət göstərmələrinin təmin edilməsini və s. misal
göstərmək olar.
Inflyasiya şəraitində yeridilən dövlət siyasətinin başqa bir variantı,
onun qarşısının alınması üçün həyata keçirilən tədbirlərə dövlətin müdaxilə
etməsinin son dərəcə azaldılmasıdır. Buna firmaların daxili və dünya bazarlarında fəaliyyətlərinin və qiymətlərin liberallaşdırılmasına imkan verən
proqramları (əmək haqqının artırılması məhdudlaşdırılan zaman sərbəst
qiymətlərdən istifadə olunması, milli valyutanın sabitliyinin qorunub saxlanması
üçün tədbirlər görülməsi və i.a.) misal göstərmək olar.
Qərbin müxtəlif ölkələrində yüksək inflyasiya ilə mü-barizədə hər iki
proqramdakı müsbət cəhətlərdən qarşılıqlı surətdə istifadə olunur.
Reyqanın prezidentliyi dövründə ABŞ-da həyata keçirilən iqtisadi tədbirlər
diqqəti daha çox cəlb etdiyinə görə onu qısaca nəzərdən keçirək. Bu dövrdə ABŞda inflyasiya əleyhinə həyata keçirilən siyasətin əsasını sosial proqramların və
dövlət xərclərinin xeyli azaldılması, dövlət büdcəsi kəsirinin ləğv edilməsi və
ardıcıl olaraq kəskin, məhdudlaşdırıcı kredit-pul siyasətinin yeridilməsi təşkil
etmişdir. Proqramın məqsədi yüksək inflyasiya və işsizliyə qarşı mübarizə aparmaqdan ibarət olmuşdur. Beləliklə, "reyqanomika" "təklif iqtisadiyyatının", Monetar və Keyns metodları və konsepsiyalarının əlaqələndirilməsinə əsaslanmışdır.
Bütün bunlar hətta ETT-ni sürətləndirmək və əmək məhsuldarlığını yüksəltməklə
"çaparaq" inflyasiyanın illik səviyyəsinin 4-6% aşağı salınmasına səbəb olmuşdur.
Bazar münasibətlərinin inkişaf etdiyi ölkələrin hamı-sında demək olar ki,
inflyasiya olmuş, onlar bunun ağrı-acısını bu və ya digər dərəcədə görmüşlər.
Bütün bunlar isə həmin ölkələrin bu sahədə təcrübələrinin öyrənilməsini
zəruri edir.
KitabYurdu.az
203
Bəzən inflyasiyanın və onun nəticələrinin aradan qal-dırılması üçün daha
sərt tədbirlərə əl atılır. Belə tədbirlərə valyutanı sabitləşdirməyin aşağıdakı
metodlarını misal göstərmək olar:
1) Nullifikasiya1. Bu o deməkdir ki, qiymətdən düşmüş pul nişanı ləğv
edilir, etibarsız elan olunur və onun əvəzinə tədavülə yeni valyuta buraxılır.
2) Valyutanın restavrasiyası (bərpa olunması). Qızıl monometalizm
dövründə istifadə olunmuş bu metodda ban-knotun qızıla dəyişdirilməsinin bərpa
olunması istehsalın artımını, büdcə kəsirinin ləğv olunmasını və deflyasiya1 aparılmasını qabaqlayır. Deflyasiya pulun qiymətindən düşmə-sini ləngidir.
Deflyasiyadan bir qayda olaraq pul islahatına hazırlıq kimi stifadə edilir.
Deflyasiya bir sıra maliyyə-kredit tədbirlərinin vasitəsilə həyata keçirilir. Belə
tədbirlərə vergilərin artırılması, dövlət xərclərinin azaldılması, əmək haqqının
dondurulması, dövlət tərəfindən buraxılan qiymət-li kağızların açıq bazarlarda
satışının ixtisar edilməsi, borc faizinin yüksəldilməsi və s. aiddir.
3) Devalvasiya2. Bu, bir ölkənin valyutasının məzən-nəsinin başqa bir
ölkənin valyutasının məzənnəsinə nis-bətən aşağı düşməsi deməkdir. Devalvasiya
pulun qiymət-dən düşməsini hüquqi cəhətdən möhkəmləndirir.
Devalvasiyanı doğuran səbəblər aşağıdakılardır: 1) Başqa ölkələrə "hərbi
yardım" göstərmək məqsədilə xaricdə hərbi bazaların və silahlı qüvvələrin
saxlanmasına sərf olunan xərclərlə əlaqədar tədiyə balansının daim kəsirli olması;
2) Hərbi xərclərin, dövlət borcunun və əmtəələrin qiymətlərinin artması ilə
əlaqədar dərin inflyasiya proseslərinin getməsi 3) Dövlətin qızıl ehtiyatlarının
azalması.
Inflyasiyanın və onun nəticələrinin aradan qaldırıl-masından söhbət
gedərkən revalvasiyanı3 yaddan çıxarmaq olmaz. Bu o deməkdir ki, hər hansı bir
ölkənin valyutasının məzənnəsi başqa ölkələrin pul vahidləri ilə müqayisədə
yüksəlir. Bu metoddan adətən inflyasiyadan sonra ölkənin pul sistemini
sabitləşdirmək və pulun alıcılıq qabiliyyətini bərpa etmək, beynəlxalq valyuta
bazarlarında valyutaların məzənnəsinin sabit şəkildə yüksəldilməsinə xarakteristika
vermək üçün istifadə olunur.
Beynəlxalq iqtisadi əlaqələrdə revalvasiya devalvasiyanın əksidir.
Revalvasiya, borclu, öz borcunu revalvasiya onunan valyuta ilə ödədikdə
kreditor, əmtəələrin haqqı ucuz qiymətlə satın alınmış valyuta ilə ödənildikdə
isə idxal edən üçün sərfəlidir. Ixrac edən üçün revalvasiya bir qayda olaraq
itki verir, çünki onların əmtəələrinin başqa ölkələrin valyutasında ifadə
olunan qiyməti artır.
KitabYurdu.az
204
Mövzu 21: Məşğulluq və işsizlik. ( 2 saat)
Plan
1.Əmək bazarının mahiyyəti, fəaliyyət mexanizmi və seqmentləşdirilməsi.
2. İşsizlik, onun səbəbləri, ölçülməsi və formaları.
3. Əhalinin məşğulluğu və əmək bazarının dövlət tərəfindən tənzimlənməsi.
1.Əmək bazarının mahiyyəti, fəaliyyət mexanizmi və seqmentləşdirilməsi.
Əmək bazarı dedikdə istehsal amillərindən birinin – əmək münasibətlərinin meydana çıxdığı bazar nəzərdə tutu-lur. Əmək bazarının mahiyyətinin
aydınlaşdırılması sahə-sində bir-birindən fərqlənən bir neçə konsepsiyanın olduğu
məlumdur. Birinci konsepsiyanın əsasında klassik siyasi iqtisadın hamı tərəfindən
qəbul olunan müddəası durur. Bunun tərəfdarları neoklassiklərdir (P. Samuelson,
M. Feldstayn, R.Xoll). Keçən əsrin 80-ci illərindən başlayaraq təklif iqtisadiyyatı
konsepsiyasının tərəfdarları da (D.Gilder, A.Laffer və b.) bu konsepsiyaya tərəfdar
çıxmış-lar. Onlar belə hesab edirlər ki, bütün başqa bazarlar kimi, əmək bazarı da
qiymət tarazlığı əsasında fəaliyyət göstərir. Başqa sözlə, bazar tənzimləyicisi
vəzifəsini iş qüvvəsindən ibarət əmtəənin qiyməti (əmək haqqı) yerinə yetirir.
Onların fikrincə, məhz tələb və təklif əmək haqqının köməyilə tən-zimlənir,
onların tarazlığı təmin olunur. Təhsilə və ixtisasın artırılmasına qoyulan
investisiyalar da maşın və avadanlıq-lara qoyulan investisiyaların analoqudur.
Neoklassik nəzə-riyyəyə görə iş qüvvəsinin dəyəri tələb və təklifdən asılı ola-raq
ya artır, yaxud da azalır, bazarda tarazlıq hökm sürdük-də isə işsizlik aradan qalxır.
Keynsçilər və monetaristlər isə əmək bazarının ma-hiyyətinin
aydınlaşdırılmasına başqa mövqedən yanaşırlar. Onlar, neoklassiklərdən fərqli
olaraq əmək bazarını daimi və tarazlığın olmadığı bir sahə kimi nəzərdən keçi-
KitabYurdu.az
205
rirlər. C. M. Keyns, sonralar isə R. Qordon və başqaları iddia edir-dilər ki, iş
qüvvəsinin qiyməti (əmək haqqı) müəyyən olun-muş kəmiyyətdir və demək olar
ki, dəyişmir (xüsusilə də azalmağa doğru dəyişmir). Lakin onlar bunu isbata
ehtiyacı olmayan bir fakt hesab edirdilər. Bu konsepsiyaya görə iş qüvvəsinin
qiyməti (əmək haqqı) bazarın tənzimləyicisi ol-madığı üçün onu (yəni
tənzimləyicini) kənarda axtarmaq la-zımdır. Onların fikrincə bu vəzifəni dövlət
yerinə yetirməli, ümumi tələbi azaltmaq və ya artırmaqla qeyri-tarazlığı aradan
qaldırmalıdır. Bunu onunla izah edirdilər ki, dövlət, vergiləri azaltmaqla tələbin və
istehlakın artmasına səbəb olur. Beləliklə, bu modelə görə iş qüvvəsinə olan tələb,
əməyin bazar qiymətindəki tərəddüdetmələrlə deyil, ümumi tələblə, başqa sözlə,
istehsalın həcmi ilə tənzimlənir.
Monetarizm məktəbi nümayəndələrinin (M.Fridmen və başqaları) fikrincə,
məsələn, amerikanın əmək bazarında tarazlığı pozan mənfi amillər dövlət
tərəfindən əmək haqqı-nın minimum məbləğinin müəyyən edilməsi, həmkarlar ittifaqlarının mövqeyinin möhkəm olması, boş iş yerləri haq-qında bütün zəruri
informasiyaların olmaması və s.-dir. Onlar bazarda tarazlıq yaratmaq üçün pulkredit siyasətindən, xüsusilə də mərkəzi bankın qeydiyyat normalarından,
kommersiya banklarının mərkəzi bankların hesablarında olan məcburi ehtiyatların
məbləğlərindən istifadə olunması-nı təklif edirdilər. Onların fikrincə, bunlar
investisiya və işgüzar fəallığın, beləliklə də ölkədə məşğulluğun artmasına səbəb
ola bilər.
Əmək bazarının fəaliyyət mexanizminə dair geniş yayılmış ideyalardan
biri də C.Danlop, L.Ulman və başqalarının fikirləridir. Onlar əsas diqqəti iş
qüvvəsinin strukturunda peşələr və sahələr üzrə müxtəlifliyin və əmək haqqının
səviyyəsinin təhlilinə yönəldirlər. Göründüyü kimi, burada makroiqtisadi təhlildən
bir növ imtina edilir və bazarın, ayrı-ayrı sahələrin, demoqrafik qrupların dinamikasının xüsusiyyətləri ilə əlaqələndirilməklə izah olunmasına cəhd göstərilir.
Marksist iqtisadi nəzəriyyədə əmək bazarı, bazarın xüsusi növü kimi
müəyyən olunur. Marksizmə görə əmək prosesində iş qüvvəsi dəyər yaratdığı
halda, bütün digər ehtiyatların dəyəri əməyin özü tərəfindən həmin dəyərin üzərinə
keçirilir. Bu, iş qüvvəsini bütün digər ehtiyatlardan əsaslı surətdə fərqləndirir.
Bundan başqa, marksistlər hesab edirlər ki, iş qüvvəsi bazarı da bazara xas olan
ümumi qanunauyğunluqlara tabe olsa da, onun özünəməxsus spesifik xüsusiyyətləri vardır. Belə ki, istehsalın subyektiv amili olan iş qüvvəsi özü əmtəə olmaqla,
tələb və təklifə fəal təsir göstərə bilər.
Beləliklə, nəzərdən keçirilən konsepsiyalar bir-birini tamamlamaqla, əmək
bazarının fəaliyyəti barədə ümumi təsəvvür verir.
Tədqiqatçıların çoxu müasir əmək bazarının ikili xarakterdə olduğunu
qeyd edirlər. Onların fikrincə bazarda bir-biri ilə rəqabət aparmayan ən azı iki iş
qüvvəsi bazarı, yaxud da vahid iş qüvvəsi bazarının iki seqmenti fəaliyyət göstərir.
Bu bazarlardan biri ali təhsilli mütəxəssislərin, inzibati və idarəetmə işçilərinin,
yüksək ixtisaslı işçilərin iş yerlərini əhatə edir. Texniklərin, inzibati-köməkçi
heyətin və orta peşə təhsilli işçilərin iş yerləri də bu bazara aiddir. Bazarlardan
digəri isə xüsusi ixtisas və peşə hazırlığı tələb etməyən iş yerlərini əhatə edir.
KitabYurdu.az
206
Bunlara xidmət işçilərini1, ixtisassız işçiləri, aşağı kateqoriyadan olan qulluqçuları
misal göstərmək olar.
Inkişaf etmiş ölkələrdə iş qüvvəsinə bütün məşğul (hərbi qulluqçular da
daxil olmaqla) və işsiz əhali daxil edilir. Buna iqtisadi ədəbiyyatda həm də
"iqtisadi fəal əhali" deyilir. Bundan başqa, statistikada "mülki iş qüvvəsi" (hərbi
qulluqçular nəzərə alınmadan) kateqoriyası da hesablanır.
Məşğul əhalinin tərkibinə aşağıdakılar daxildir: hər iki cinsdən olan, tam
və natamam iş həftəsində muzdla işlə-yən, müstəqil surətdə yerinə yetirilən və
gəlir gətirən sahə-lərdə məşğul olan, xəstəlik, xəstələrə qulluq edilməsi, hər il
işçilərə və təhsil alanlara verilən məzuniyyət, bazar günlərin-də, habelə haqqı
ödənilməməklə və ya müdiriyyətin təşəbbü-sü ilə haqqı qismən ödənilməklə
verilən məzuniyyət dövrün-də, tətil günlərində işləməyən şəxslər.
Məşğul əhali tam və natamam iş həftəsi ərzində işlə-yənlərə bölünür.
Məsələn, ABŞ-da birinci qrupa həftədə 35 saat və daha çox işləyən şəxslər, ikinci
qrupa isə bir saatdan 34 saatadək işləyən şəxslər aid edilir. Bununla əlaqədar olaraq
məşğulluğa dair aşağıdakı göstəricilərdən istifadə olunur: məşğul əhalinin
ümumi sayı, tam iş gününə çevril-məklə məşğul əhalinin sayı, müəyyən dövr
ərzində işlənmiş adam – saatların miqdarı və i. a.
Bazar iqtisadiyyatının daha çox inkişaf etdiyi ölkə-lərdə muzdla işləyən
işçilər bütün iş qüvvəsinin orta hesab-la 90%-dən çoxunu təşkil edir. Iş qüvvəsinin
müəyyən hissəsini muzdlu əməkdən istifadə etməyən və müstəqil işçilər
adlandırılan kiçik sahibkarlar və muzdla işləməyən bir çox peşə sahibləri (vəkillər,
jurnalistlər, yazıçılar, rəssamlar, həkimlər və b.) təşkil edir.
Son onilliklərdə inkişaf etmiş ölkələrdə iş qüvvəsinin sahə quruluşunda baş
verən dəyişikliklərdə iki başlıca meyl özünü göstərir. Bunlardan biri kənd
təsərrüfatında məşğul olanların sayının kəskin surətdə azalması, digəri isə xidmət
sahələrinin genişləndirilməsi və əmək tətbiqinin apa-rıcı sahəsinə çevrilməsi ilə
əlaqədar olaraq, burada məşğul olanların sayının artmasıdır. Məsələn, ABŞ-ın kənd
təsərrüfatında məşğul olanların sayı 1955-ci ildəki 6,5 mln. nəfər-dən, 1994-cü
ildə 3,2 mln. nəfərə qədər azalmış, xidmət sahələrində məşğul olanların sayı isə
əksinə, 1955-ci ildəki 30,1 mln.nəfərdən 1994-cü ildə 91,3 mln.nəfərə çatmışdır.
Müasir elmi-texniki inqilab iş qüvvəsinin ixtisasında birmənalı
dəyişikliklərə gətirib çıxarır. Prinsipcə yeni texnologiya əməyin xarakterinə üç cür
təsir edə bilər: Onun tətbiq olunması nəticəsində: a) Bir sıra istehsal funksiyaları
ləğv edilə, b) Yeni funksiyalar yaradıla, c) Qalan funksiyalar maşınlara verilə bilər.
Bütün bunlar isə nəticə etibarilə fiziki əməklə əqli əmək arasında nisbətin
dəyişməsinə səbəb olur. Başqa sözlə, fiziki əməklə məşğul olanların sayı və xüsusi
çəkisi azalır, əqli əməklə məşğul olanların sayı və xüsusi çəkisi isə artır.
2. Işsizlik, onun səbəbləri, ölçülməsi və formaları.
KitabYurdu.az
207
Müasir dövrdə bütün ölkələrdə müşahidə olunan kəs-kin problemlərdən biri
işsizlikdir. Işsizlik – iş qüvvəsinin (iqtisadi fəal əhalinin) əmtəə və xidmətlərin
istehsalı ilə məşğul olmayan hissəsini göstərən sosial-iqtisadi hadisədir. Məşğul
əhali ilə işsizlər ikisi birlikdə ölkənin iş qüvvəsini əmələ gətirir. Işsizlik özünü
iş qüvvəsinə olan tələbin təklifdən geri qalmasında göstərir.
Işsizlərə aşağıdakılar aid edilir: işləməyənlər, iş axta-ranlar, işə başlamağa
hazır olanlar. Işsizlərə təkcə müxtəlif səbəblərdən işdən çıxarılanlar deyil, iş
yerlərini könüllü surətdə qoyub gedənlər, yeni iş tapmağa cəhd göstərənlər də
daxildir. Işsizliyi ifadə edən kateqoriyalar aşağıdakılardır: 1) Işdən çıxarılma
nəticəsində iş yerlərini itirənlər; 2) işdən könüllü çıxıb gedənlər; 3) Müəyyən
fasilədən sonra əmək bazarına müraciət edənlər; 4) Əmək bazarına ilk dəfə gələnlər. Bu kateqoriyalar arasındakı nisbət hər şeydən əvvəl iqtisadi tsiklin fazalarından
asılıdır.
Işsizliyin orta aylıq səviyyəsi aşağıdakı düsturla hesablanır:
LUE= (UE : LFC ) ∙100
Burada: LUE – işsizliyin səviyyəsini (normasını), %-lə;
UE – işsizlərin orta ay
lıq sayını;
LFC – mülki iş qüvvəsinin sayını göstərir.
Işsizliyin səviyyəsinin hesablanmasını aşağıdakı misalla izah edək. Tutaq ki,
iş qüvvəsinin ümumi sayı 1216990 nəfərə bərabərdir ki, bunun da 1149680 nəfəri
işləyir, 67310 nəfəri isə işləmir. Deməli, işsizliyin səviyyəsi:
LUE = (67310 ∙ 100) : 1216990 = 5,5%-ə bərabərdir.
Işsizliyin səbəblərinə dair müxtəlif baxışlar, nəzəriy-yələr mövcuddur.
Bunlardan geniş yayılmışları aşağıdakı-lardır: 1) Əhali artıqlığı (maltusçuluq); 2)
Texniki tərəqqi ("texnoloji nəzəriyyə"); 3) Kapital yığımı prosesi (marksist
məktəb); 4) Bazar tələbinin kifayət qədər olmaması (Keyns nəzəriyyəsi); 5) Əmək
haqqının səviyyəsinin yüksək olması ("azad sahibkarlıq" məktəbi).
Maltusçuluq ingilis iqtisadçısı T. F. Maltusun adı ilə bağlıdır. O, özünün
"Əhali qanunu haqqında təcrübə" əsərində (1798) göstərirdi ki, əhalinin sayı
həndəsi silsilə ilə, nemətlər istehsalı isə ədədi silsilə ilə artır və buna görə də
müəyyən müddətdən (adətən 25 ildən bir) sonra artıq əhali əmələ gəlir. Bu da
işsizlər ordusunun yaranmasına səbəb olur.
Geniş yayılmış nəzəriyyələrdən biri də işsizliyin başlı-ca səbəbinin texniki
tərəqqi olduğunu elan edən "texnoloji işsizlikdir". Bu nəzəriyyə 1954-cü ildə
Vyanada keçirilmiş tam məşğulluğun təmin edilməsinin vasitə və yolları haq-qında
diskussiyalarda müdafiə olunmuşdur. Qərbin iqtisadi ədəbiyyatında belə bir fikir
yayılmışdır ki, istehsal gücləri-nin yüklənməsi dərəcəsi əsas kapitaldan istifadənin
məqsədəuyğunluğu və faydalılığını göstərdiyi kimi işsizlik də əmək ehtiyatlarından
istifadənin məqsədəuyğunluğunu əks etdirir. Əslində marksizm də işsizliyin başlıca
səbəbini bunda görür. Başqa sözlə, marksizm, işsizliyi kapital yığımı prosesi ilə
əlaqələndirir. Bunun mahiyyəti ondan ibarətdir ki, canlı əməyə (dəyişən kapitala)
olan tələb maşın və ava-danlıqlara (sabit kapitalın başlıca ünsürlərinə) olan
KitabYurdu.az
208
tələbdən ləng artır. Deməli, istehsal proseslərinin mexanikləşdirilməsi və
avtomatlaşdırılması istər-istəməz işsizliyə gətirib çıxarır. Bununla əlaqədar olaraq
hələ XIX əsrdə "Kompensasiya nəzəriyyəsi" meydana gəlmişdir. Bu
nəzəriyyənin tərəfdarlarının fikrincə maşınların istehsalın bir sahəsindən
sıxışdırdığı işçilər digər sahələrdə iş qüvvəsinə olan əlavə tələbin ödənilməsi yolu
ilə kompensasiya edilir.
Müasir dünyada çox geniş yayılmış nəzəriyyələrdən biri də Keynsin işsizlik
nəzəriyyəsidir. 1936-cı ildə məşhur ingilis iqtisadçısı C.M.Keyns özünün
"Məşğulluq, faiz və pulun ümumi nəzəriyyəsi" kitabında kapitalist iqtisadiyyatında
məşğulluq səviyyəsini yeni tərzdə aydınlaşdırmışdır. Onun fikrincə kapitalizmdə
tam məşğulluğa zəmanət verən heç bir mexanizm yoxdur. Belə nəticə çıxarılır ki,
tam məş-ğulluq qanunauyğunluq deyil, təsadüflükdür. Kapitalizm sonsuzluğa
qədər çiçəklənməni təmin edə bilən və öz-özünü tənzimləyən iqtisadi sistem deyildir. Kapitalizmin "öz-özünə inkişaf" etdiyini güman etmək olmaz. Bundan
başqa, iqtisa-di inkişafda tərəddüdetmələri yalnız müharibələr, quraqlıq və s. kimi
xarici və qeyri-normal amillərlə əlaqələndirmək düzgün deyildir. Əksinə, işsizliyin
səbəblərini xeyli dərəcədə bir sıra çox mühüm iqtisadi məsələlər, xüsusilə də yığım
və investisiyalar haqqında qərarlar qəbul edilərkən tam tarazlığın gözlənilməsində
axtarmaq lazımdır.
Keynsdən fərqli olaraq "azad sahibkarlıq" məktəbinin nümayəndələri
kortəbii bazar mexanizmini tərifləyir və işsizliyin səbəbini əmək haqqının yüksək
olması ilə izah edirlər. Onların fikrincə əmək haqqının artırılması məşğul-luğun və
işçilərin sayının azalmasına və deməli, işsizliyə gətirib çıxarır. Bu məktəbin
tanınmış nümayəndələrindən biri Kembric Universitetinin professoru A.Piqudur.
Onun çıxardığı əsas nəticələr bunlardır: 1) Istehsalda məşğul olan işçilərin sayı ilə
əmək haqqının səviyyəsi arasında tərsmütənasiblik vardır. Yəni əmək haqqı nə
qədər yüksək olarsa, məşğulluq da bir o qədər aşağı olur; 2) 1914-18-ci illərdəki
birinci dünya müharibəsinə qədər əmək haqqı ilə məşğulluq arasında tarazlığın
olması onunla izah edilir ki, əmək haqqı işçilər arasında gedən azad rəqabət
əsasında, hamının məşğul ola bilməsinə imkan verən səviyyədə müəyyən
olunmuşdur; 3) Birinci dünya müharibəsindən sonra həmkarlar ittifaqının rolunun
artması və işsizliyə görə müavinətlərin verilməsi əmək haqqının yüksəlməsinə gətirib çıxarmışdır ki, bu da kütləvi işsizliyin səbəblərindən biridir; 4) Tam məşğulluğa
nail olmaq üçün əmək haqqını aşağı salmaq lazımdır.
Beləliklə, işsizlik müxtəlif səbəblərdən əmələ gəlir və başlıca vəzifə onun
qarşısının alınmasıdır. Lakin elə hallar da olur ki, işsizliyin tamamilə aradan
qaldırılması mümkün olmur. Bunun nə dərəcədə həqiqətə uyğun olduğuna
inanmaq üçün işsizliyin formalarını nəzərdən keçirək.
Insanlara fəaliyyət növünün və iş yerinin seçilməsində sərbəstlik verildikdə
istər-istəməz seçim qarşısında, "iki daşın arasında" qalırlar. Belə ki, bəziləri iş
yerlərini könüllü surətdə dəyişir, bəziləri işdən çıxarıldıqlarına görə yeni iş yerləri
axtarır, üçüncülər, mövsümi məşğul olduqları iş yerlərini (məsələn, tikinti sənayesində hava şəraiti pis olduğuna, avtomobil sənayesində model dəyişdiyinə görə)
itirirlər. Elə adamlar da vardır ki, (bu xüsusilə gənclərə aiddir) yenicə əmək fəaliyyətinə başladıqlarına görə iş axta-rırlar. Bu adamların hamısı iş yerləri tapdıqda,
KitabYurdu.az
209
yaxud da işdən müvəqqəti çıxarılanlar köhnə iş yerlərinə qayıtdıqda, digər iş
axtaranlar və iş yerlərini müvəqqəti itirənlər "ümumi işsizlilər fondunda" onları
əvəz edirlər və deməli, işsizlik yenə də qalır. Buna friksion1 işsizlik deyilir.
Işsizliyin bu forması qaçılmaz və müəyyən dərəcədə arzuolunandır. Çünki işçilərin
çoxu, bəlkə də hamısı az maaş verilən işdən çox maaş verilən, az məhsuldar işdən
yüksək məhsuldarlıqlı işə keçməyə çalışır, yaxud da yaşadığı ərazilərdəki idarə və
müəssisələrdə işləməyə üstünlük verirlər. Deməli, əhalinin yerdəyişməsi, bir işdən
başqa işə keçməsi hallarına son qoymaq mümkün olmadığına görə, friksion
işsizliyi də tama-milə aradan qaldlırmaq mümkün deyildir.
Friksion işsizlik hiss olunmadan struktur işsizliyə keçir. Iqtisadçılar struktur
sözünü "tərkib" mənasında işlə-dirlər. Zaman keçdikdə istehlak tələbinin
strukturunda və texnologiyada çox mühüm dəyişikliklər əmələ gəlir ki, bu da öz
növbəsində iş qüvvəsinə olan ümumi tələbin strukturu-nun dəyişməsinə səbəb olur.
Bunun nəticəsində bəzi peşə və ixtisaslara olan tələb azalır, bəzi hallarda hətta yox
olur, bəzilərinə isə, əksinə, tələb artır. Təbiidir ki, bu, işçilərin bəzi kateqoriyalarında işsizliyin əmələ gəlməsinə səbəb olur. Bu, onunla əlaqədardır ki, iş qüvvəsinin quruluşu yeni iş yerlərinin quruluşuna tez bir zamanda uyğunlaşa bilmir və
uyğunlaşa da bilməz. Göründüyü kimi, elmi-texniki tərəqqi sonsuz olduğuna görə
struktur işsizliyin də tamamilə aradan qaldırılması mümkün deyildir və bu mənada
onun friksion işsizliyə oxşarlığı vardır. Lakin bunları tamamilə eyniləşdir-mək
olmaz, onların arasında fərqlər vardır. Bu, özünü onda göstərir ki, friksion
işsizlərin təcrübələri, vərdişləri var və onlar "əmək"lərini sata bilərlər. Stukrtur
işsizlər isə yenidən hazırlıq mərhələsini keçməsələr, əlavə peşəyə yiyələnmə-sələr,
hətta bəzi hallarda yaşayış yerlərini dəyişməsələr iş tapa bilmirlər. Digər tərəfdən
friksion işsizlik qısa müddət, struktur işsizlik isə uzun müddət davam edir.
Işsizliyin növlərindən biri də tsiklik və ya dövri işsiz-likdir. Işsizliyin bu
növü iqtisadi tsiklin azalma mərhələsi ilə əlaqədardır. Başqa sözlə, əmtəə və
xidmətlərə ümumi tələb azaldıqda məşğulluq ixtisar olunur və işsizlik artır. Odur
ki, tsiklik işsizliyi bəzən tələbin azalması ilə əlaqədar olan işsizlik də adlandırırlar.
3. Əhalinin məşğulluğu və əmək bazarının dövlət tərəfindən tənzimlənməsi.
Bazar iqtisadiyyatının yüksək səviyyədə inkişaf etdi-yi ölkələrdə əhalinin
məşğulluğu və əmək bazarının dövlət tərəfindən tənzimlənməsi mexanizminə
aşağıdakı metodlar daxildir:
1) Iqtisadi metodlar – iş yerlərinin yaradılması və mövjud olanların
saxlanması üçün sahibkarları stimullaş-dırmaq məqsədilə güzəştli kreditləşdirmə,
vergitutma və büdjə siyasəti yeridilməsi, peşəkar kadrların hazırlanması-nın həyata
keçirilməsi;
2) Təşkilati metodlar–məşğulluq və işədüzəltmə xid-mətinin, informasiya
və peşəyönümü, kadrların hazırlanma-sı və yenidən hazırlanması sistemlərinin
yaradılması;
KitabYurdu.az
210
3) Qanunverijilikdə
nəzərdə
tutulan
inzibati
metod-lar–əmək
müqavilələrinin bağlanması, iş gününün uzunlu-ğu, işçilər iş vaxtından artıq
işlədikləri hallarda əməyin haqqının ödənilməsi, saatlıq minimum əmək haqqının
müəyyən edilməsi, məşğulluğun təmin olunması ilə əlaqədar sahibkarlar tərəfindən
milli fondlara ödəmələrin tətbiqi, işədüzəltmə kvotalarının müəyyənləşdirilməsi
qaydalarının nizama salınması və i.a.
Qanunverijilikdə nəzərdə tutulan tədbirlər jəmiy-yətdə sosial
təbəqələşmənin məhdudlaşdırılmasına yönəl-dilməlidir. Bu zaman dövlət
tərəfindən tənzimləmənin dolayı və birbaşa təsiretmə vasitələri arasında optimal
nis-bət yaradılmalıdır.
Dolayı təsiretmə vasitələri təsərrüfatçılıq şəraitinin dəyişdirilməsinə
yönəldilmiş makroiqtisadi «alət»lərdən istifadə olunmasını nəzərdə tutur, geniş
əhali təbəqəsini əhatə edir, əməyə olan tələbin tənzimlənməsinə təsir göstərir.
Birbaşa, bilavasitə təsiretmə tədbirləri isə əmək bazarı ilə əlaqədar dövlət
proqoramları vasitəsilə həyata keçirilir.
Dövlət siyasəti, həmçinin aşağıdakı kimi həyata keçi-rilə bilər:
1) Passiv məşğulluq siyasəti yeridilməsi. Bu siyasət boş olan iş yerlərinin
tutulmasına və işsizliyə görə müavi-nətin verilməsinə yönəldilir.
2) Aktiv məşğulluq siyasəti yeridilməsi. Bu siyasət kütləvi işsizliyin
aradan qaldırılmasına yönəldilən investi-siya, maliyyə, kredit, vergi siyasətinin
köməyi ilə həyata keçirilir.
Məşğulluğun vəziyyətinə təsir göstərilməsinin ən mühüm yollarından biri
də sərbəstləşmiş iş yerlərinə uyğun olaraq iş qüvvəsinin yenidən hazırlanması
miqyasının hərtərəfli inkişaf etdirilməsindən ibarətdir. Bununla əlaqə-dar olaraq,
həm də iş qüvvəsinin peşə-ixtisas səviyyəsinin yüksəldilməsi, əmək və sahibkarlıq
fəallığının stimullaş-dırılması, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi
xüsusi əhəmiyyət kəsb edir. Əmək haqqının ödənilməsində yeniliklər edilməsi,
əməyin stimullaşdırıjı funksiyasının təmin olunması da az əhəmiyyət kəsb etmir.
Məşğulluğun tənzimlənməsinə gəldikdə isə bu proses müəyyən məbləğdə xərj
tələb edir.
Qərbin inkişaf etmiş ölkələrində məşğulluğun təmin edilməsi
proqramlarının həyata keçirilməsinə sərf olunan xərjlər ÜDM-də xeyli xüsusi
çəkiyə (2,0-5,5%) malikdir. Həm də kütləvi işsizliyin meydana gəlməsinin
qarşısını al-maq üçün qabaqlama tədbirlərinə yönəldilən dövlət siyasə-ti xüsusi
əhəmiyyət kəsb edir.
Beləliklə, məşğulluq proqramlarını işləyib hazırla-yarkən aktiv və passiv
tənzimləmə arasındakı nisbəti əsas-landırmaq, başqa sözlə, vəsaiti sadəjə olaraq
ayırmaqla kifayətlənməmək, həm də pulun kimə və nə üçün verilmə-sini bilmək
lazımdır.
Beynəlxalq təjrübə, xüsusilə də Isveçin təjrübəsi göstərir ki, aktiv
məşğulluq siyasətinin yeridilməsi insan-ların kütləvi surətdə əmək bazarına
çıxmalarının qarşısını almaqla, nəinki ən yaxşı sosial müdafiə vasitəsi funksiyasını yerinə yetirir, həm də passiv məşğulluq siyasətinə nisbətən müəyyən
üstünlüklərə malik olduğunu nümayiş etdirir.
KitabYurdu.az
211
Əhalinin məşğulluğu və əmək bazarının dövlət tərə-findən tənzimlənməsi
üçün konkret olaraq aşağıdakı metodlardan istifadə olunur: 1) proqramməqsədli metod; 2) normativ metod; 3) balans metodu.
Direktiv xarakterli dövlət planı olmadığı şəraitdə proqram-məqsədli
metodun funksiyaları dəyişir və o daha geniş yayılmağa başlayır. Dövlət
siyasətinin reallaşdırıl-ması mexanizmi olan məşğulluq proqramı müxtəlif səviyyələrdə işlənib hazırlanır və həyata keçirilir. Burada məş-ğulluq və əmək bazarına
dair regional proqramların, habe-lə müxtəlif demoqrafik qruplar (gənjlər, qadınlar
və i.a.) üzrə proqramların işlənib hazırlanması xüsusi aktuallıq kəsb edir.
Normativ metoddan xidmət sahələrində iş qüvvə-sinə olan tələbi
əsaslandırmaq üçün istifadə edilir. Bazar iqtisadiyyatı şəraitində sosial
normativlərin əsaslandırıl-ması xüsusilə vajibdir. Bu normativlərə işsizliyin yol
veri-lən səviyyəsi, əhalinin sosial müdafiəsini təmin edən mini-mum sosial
normativlər, həyat səviyyəsi və sosial inkişafın minimum standartları aiddir.
Məşğulluqla əlaqədar olaraq balans metodundan da geniş istifadə olunur.
Məsələn, ümumi əmək ehtiyatları balansı əmək ehtiyatları ilə onların
bölüşdürülməsi arasın-dakı ən ümumi proporsiyaları səjiyyələndirir.
Ümumi əmək ehtiyatları balansını tamamlayan, həm də tarazlığın başqa
aspektlərini əks etdirməyə imkan verən iş yerləri balansıdır. Onun əsas məqsədi
təsərrüfat-ların ərazi səviyyəsində təşkili zamanı bütün mülkiyyət formalarına
mənsub olan müəssisələrin investisiya proq-ramlarını regionların əmək ehtiyatları
ilə uzlaşdırmaqdan ibarətdir. O, iş yerləri ilə işləyənlər, iş yerlərinin komplektləşdirilməsi üçün tələb olunan işçilərin sayı ilə normativ növbəlik əmsalı
arasındakı tarazlığı göstərir. Onun əsasın-da və iş yerinin dəyəri göstərijisindən
istifadə etməklə kapi-tal qoyuluşunun həjmini və onun təkrar istehsal struktu-runu
(yeni iş yerlərinin yaradılması və onların texniki jəhətdən təkmilləşdirilməsi və
i.a.) proqnozlaşdırmaq olar. Kapital qoyuluşu olmadan əmək məhsuldarlığı ilə
fondla silahlanma arasında zəruri nisbəti təmin etmək mümkün deyildir. Odur ki,
əmək məhsuldarlığı artımının proqnoz-laşdırılan sürətinə nail olunması üçün
kapital qoyuluşunun mümkün olan artımının obyektiv surətdə ölçülməsi çox
vajibdir. Iş yerləri balansı region səviyyəsində məşğul əhalinin sayı və
strukturunun proqnozlaşdırılması və onun tələb olunan investisiyalarla
əlaqələndirilməsinin əsas alətinə çevrilməlidir.
Hazırda ölkəmizdə əmək bazarının tənzimlənməsi sahəsində dünya
təcrübəsində özünü doğrultmuş metodlardan istifadə olunur. Şübhəsiz ki, dünyada
mövcud olan əmək bazarının tənzimlənməsi modellərinin müsbət cəhətləri ilə
yanaşı, mənfi cəhətləri də vardır. Odur ki, həmin təcrübənin müsbət cəhətlərindən
yararlanmaq, zaman keçdikjə baş verən yeniliklərdən istifadə etməklə tam
məşğulluğun təmin olunması və işsizliyin azaldılması sahəsində məqsədyönlü
işlər görmək, tədbirlər həyata keçirməklə ölkəmizin iqtisadi potensialının
artırılması və xalqımızın həyat səviyyəsinin yüksəldilməsində çox böyük
nailiyyətlər qazanılması mümkündür.
Mövzu 22:İqtisadiyyatın dövlət tənzimlənməsi.( 2 saat)
Plan
KitabYurdu.az
212
1.Iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin zəruriliyi.
2. Qarışıq iqtisadiyyat şəraitində dövlətin əsas iqtisadi funksiyaları.
3. Dövlət tənzimlənməsinin obyektləri və subyektləri.
4. İqtisadiyyatın dövlət tənzimlənməsinin formaları və metodları.
1.Iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin zəruriliyi.
Iqtisadiyyatda bazar münasibətlərinin formalaşma-sı sosial-iqtisadi
proseslərin dövlətin tabeliyindən çıxarıl-masını nəzərdə tutur. Lakin bu o, demək
deyildir ki, dövlət mikro və makroiqtisadi səviyyədə bu proseslərin tənzimlənməsindən tamamilə kənarlaşdırılmalıdır. Bazar iqtisadiyyatı nəzəriyyəsinin
banilərindən olan A.Smit hələ vaxtilə qeyd edirdi ki, hökmdarın və ya dövlətin
vəzifəsi bütövlükdə jəmiyyət üçün son dərəjə faydalı olan, lakin öz vəsaiti ilə bir
nəfərin, yaxud da qrupun, xərjini ödəyə bilmədiyi ijtimai müəssisələri yaratmaq və
həyata keçirməkdən ibarətdir. Odur ki, onların xüsusi şəxslər və ya az sayda
xüsusi şəxslərdən ibarət olan qrup tərəfindən yaradılması və saxlanılmasını
gözləmək olmaz1
Buradan aydın olur ki, azad prinsipinə və heç nə ilə məhdudlaşdırılmayan
rəqabətə əsaslanan bazar, jəmiyyət qarşısında duran bütün problemləri həll etmək
iqtidarında deyildir. Və buna görə də dövlətin jəmiyyətdə gedən iqtisadi və sosial
proseslərə müdaxiləsi zəruridir.
Dövlətlə biznesin qarşılıqlı fəaliyyəti baxımından kapitalizm birbirindən az və ya çox dərəjədə fərqlənən iki mərhələdən keçmişdir. Birinji
mərhələdə onun əsas vəzifəsi özünün mənafeyini reallaşdırmaq üçün feodal
dövlətinin istifadə etdiyi qeyri-iqtisadi məjburetmə formalarını aradan
qaldırmaqdan ibarət olmuşdur. Bunlar öz ifadəsini azad rəqabət və sahibkarlıq
prinsiplərinə əsaslanan kapitalizm mərhələsində tapmışdır. Bu dövr formalaşdığı
vaxtdan təqribənX1X əsrin ikinji yarısınadək davam etmişdir.
X1X əsrin sonu, XX əsrin əvvəllərində kapitalist iqti-sadiyyatı öz
inkişafının korporativ mərhələsinə daxil olmuş-dur. Bu dövrün fərqləndiriji
jəhətlərindən biri iqtisadi və sosial sahələrdə dövlətin tənzimləyiji və nəzarətediji
rolu-nun əhəmiyyətli dərəjədə genişlənməsidir.
Bu, istehsalın təmərküzləşməsi və mərkəzləşməsinin güjlənməsi, iqtisadi
əlaqələrin mürəkkəbləşməsi və sosial problemlərin kəskinləşməsi ilə əlaqədardır.
X1X əsrin axırlarından dövlətin iqtisadi funksiya-larının tədrijlə
genişlənməsi üç mərhələdən keçmişdir. Birinji mərhələnin başlanması birinji
dünya müharibəsi ilə əlaqə-dardır. Bu mərhələ 1929-1933-jü illərdəki Böyük
durğunluq dövrünədək davam etmişdir. Bu dövrdə, dövlət, iqtisadiy-yatda dövlət
bölməsi yaratmaqla inhisarçılığa meyli məh-dudlaşdırmağa çalışmış və iqtisadi
proseslərin tənzimlən-məsinə fəal müdaxilə etməyə başlamışdır. Lakin bu müdaxilə əsas etibarilə hərbi istehsal sahələri ilə məhdudlaş-mışdır. Yerdə qalan
sahələrdə isə təsərrüfatçılığın xüsusi kapitalist formaları hökmran mövqeyə malik
olmuşdur.
KitabYurdu.az
213
1929-1933-jü illərdəki dünya iqtisadi böhranı döv-lətin funksiyalarının
genişlənməsində ikinji mərhələnin baş-lanğıjını qoymuşdur. Bu mərhələ ikinji
dünya mühari-bəsinədək davam etmişdir. Bu dövrdə jəmiyyətin tarixində bazar
təsərrüfatının idarə olunmasında dövlətin daim və fəal iştirakı sistemi meydana
gəlmiş, iqtisadiyyatın tənzim-lənməsində istifadə olunan formalar inkişaf etmiş,
planlaş-dırmanın ünsürləri özünü göstərmişdir. Bu jür siyasət öz ifadəsini dövlət
mülkiyyətinin və dövlət büdjəsinin həjmi-nin artmasında tapmışdır. Belə bir
şəraitdə büdjə vəsaitin-dən təkjə dövlət aparatının saxlanması üçün deyil,həm də
dövlət və xüsusi fəaliyyətin maliyyələşdirilməsi üçün istifadə olunmağa
başlanmışdır. Dövlət makroiqtisadi tarazlığın tənzimlənməsi üçün büdjə-vergi
siyasəti ilə yanaşı, həm də kapital qoyuluşlarının stimullaşdırılması və sosial
problem-lərin həllinə yönəldilən pul-kredit siyasətindən də fəal isti-fadə etmişdir.
Dövlətin funksiyalarının genişlənməsində üçünjü mər-hələ ikinji dünya
müharibəsindən sonra başlamış və əllinji illərin ortalarına qədər davam etmişdir.
Bu mərhələ, əvvəlki mərhələdən onunla fərqlənmişdir ki, həmin vaxtadək yeridilən siyasətə iqtisadi artım sürətinin stimullaşdırılması ilə əlaqədar tədbirlər
sistemi əlavə edilmişdir. Bu dövrdə döv-lət, sənayenin ən mühüm sahələrinin
inkişaf etdirilməsində, istehsal və sosial infrastrukturun yaradılmasında daha fəal
iştirak etməyə başlamışdır. Bu mərhələdə «kapitalizmin qızıl əsri» adlandırılan
növbəti mərhələnin başlanması üçün zəruri maddi zəmin yaradılmışdır.
XX əsrin 50-70-ji illərində yeridilən dövlət siyasəti aşağıdakı ilkin şərtlərə
əsaslanmışdır:
1) Iqtisadiyyat xüsusi kapitalist deyil, qarışıq olmalıdır. Dövlətin iqtisadiyyata
müdaxiləsinin zəruriliyi bazarın «nöqsanlı» olması, daha dəqiq desək, onun
resursları səmə-rəli bölüşdürmək iqtidarında olmaması ilə şərtlənir. Bu nöq-sanlara
ijtimai nemətlərin və təbii inhisarların, xariji təsirin mövjudluğu, bazar haqqında
informasiyaların kifayət qə-dər tam olmaması və s. aiddir;
2) Bazar öz-özünə sabit makroiqtisadi nətijələrə gətirib çıxarmaq iqtidarında
olmadığına görə məqsədyönlü makroiqtisadi siyasət yeridilməsi zəruridir;
3) Bazar, öz-özlüyündə gəlirlərin bərabər bölüşdürül-məsinə gətirib çıxarmır.
Ona görə də dövlət, bir tərəfdən gəlirlərin bölüşdürülməsini tənzimləməli, digər
tərəfdən isə hər hansı bir səbəbdən gəlir mənbəyindən məhrum olan şəxsləri
müdafiə etməlidir. Dövlət, həm də təhsil və səhiyyə infrastrukturlarının inkişaf
etdirilməsi qayğısına qalmalıdır.
Bu dövrdə dövlətin başlıja məqsədi tam məşğulluğu, qiymətlərin sabitliyini
və tədiyə balansının tarazlığını təmin etməkdən ibarət olmuşdur. Bu dövrdə dövlət
nəinki iqtisa-di, həm də sosial münasibətlərin tənzimlənməsinə daha geniş
müdaxilə etmiş, Qərbi Avropanın bir çox ölkələrində ümumi rifah dövləti
ideologiyası (Welfare State-rifah döv-ləti) formalaşmışdır.
Keçən əsrin 50-60-jı illərində yeridilən dövlət siyasə-tinə təhsil, səhiyyə,
mənzil tikintisi üzrə dövlət sistemi yara-dılması, habelə sosial təminat, əmək
haqqının minimum məbləğini tənzimləmək yolu ilə əhalinin həyat səviyyəsinin
daha da yüksəldilməsi üçün proqramlar daxil edilmişdir. Bir qədər sonralar bu
proqramlara demoqrafiya və ekolo-giya, milli mədəniyyətin müdafiəsi və sairələrlə
əlaqədar proqramlar əlavə edilmişdir.
KitabYurdu.az
214
Ikinji dünya müharibəsindən sonra bir çox siyasi par-tiyaların proqram
sənədlərində, habelə Qərbi Avropanın üç ölkəsinin konstitusiyasında–1949-ju
ildə AFR-in Əsas Qanununda, 1958- ji ildə Fransanın, 1978-ji ildə isə Ispaniyanın Konstitusiyalarında - «sosial dövlət» anlayışı öz əksi-ni tapmışdır.
Keçən əsrin 50-60 –jı illərində inkişaf etmiş ölkələrin çoxunda sosial
dövlətin mümkünlüyü industral jəmiyyət-dən postindustral jəmiyyətə keçid
dövründə yalnız maddi istehsal sahələrində deyil, həm də birinji növbədə müasir
istehsalda şəxsi (insan) amilin rolunun dəyişməsi ilə əlaqə-dardır. «Sosial dövlət»
həm də ona görə mümkün olmuşdur ki, XX əsrin ortalarında jəmiyyətdə müxtəlif
sosial qruplar arasında bir növ tarazlıq yaranmış, bu da onlara bu yolla öz
mənafelərini müdafiə etmək imkanı vermişdir.
Ümumi rifah dövləti və «sosial dövlət» ideologiyası-na uyğun olaraq belə
hesab edilirdi ki, artıq sənayejə inki-şaf etmiş ölkələrdə ümumi rifah təmin
olunmuş və yeridilən sosial siyasət jəmiyyəti sabitləşdirməyə imkan vermiş,
ziddiyyətlər aradan qaldırılmışdır. Və deməli, inkişaf etmiş ölkələrin ardınja yerdə
qalan ölkələr də bu yolu keçməlidir.
Lakin 1974-1975-ji illərdə növbəti dünya iqtisadi böhranının baş verməsi ilə
əlaqədar olaraq bu mərhələ başa çatmış, dövlətin rolu haqqında yeni ideyalar
meydana gəlmiş və bununla da hazırda davam edən yeni mərhələ başlanmışdır.
Müasir mərhələnin başlıja xüsusiyyəti «sosial dövlət» siyasətindən
«səmərəli dövlət» siyasətinə keçilməsidir. «səmə-rəli dövlət» siyasəti öz ifadəsini
aşağıdakı iki əsas müddəada tapmışdır:
Biirnjisi, dövlət, dövlət büdjəsinin kəsirli olmasına səbəb olan yersiz xərjləri
azaltmaq məqsədilə yerinə yetirdi-yi vəzifələrin dairəsini əhəmiyyətli dərəjədə
məhdudlaşdır-malıdır;
Ikinjisi, pensiya təminatı, tibbi sığortalama, işsizliyə görə müavinətlər və
digər sosial ödənişlər yalnız dövlət büd-jəsi vəsaiti hesabına ödənilməməli, bu
xərjlər bütün sub-yektlər arasında bərabər bölünməlidir.
Beləliklə, dövlət iqtisadi artımı təmin etməklə kifa-yətlənməməli, həm də
bazar iqtisadiyyatının tərəfdaşı, kö-məkçisi olmalıdır. XX əsrin 80-90-jı illərində
inkişaf etmiş kapitalist ölkələrinin əksəriyyətinin apardıqları siyasətin əsas
məzmunu məhz bundan ibarət olmuşdur.
Dövlətin rolunun bu istiqamətə yönəldilməsinin sə-bəbləri içərisində SSRIdə və Şərqi Avropa ölkələrində inzi-bati- amirlik sisteminin dağılmasını, ümumi
rifah dövlətinin maliyyə siyasətinin iflasını, dövlət büdjəsi kəsirinin ilbəil artmasını, habelə son dövrlərdə Jənub-Şərqi Asiya ölkələ-rində baş verən və bütün
dünya üçün nümunə hesab olunan «iqtisadi möjüzəni» xüsusi qeyd etmək
lazımdır.
Qərb alimlərinin əksəriyyəti belə hesab edir ki, SSRI- də və Şərqi Avropa
ölkələrində inzibati- amirlik sisteminin iflası dövlətin sosial problemlərin həllinə
həddindən çox vəsait ayırması, iqtisadi səmərəliliyin azalmasına, iqtisa-diyyatda
durğunluq hallarının inkişafına gətirib çıxarma hallarının bariz nümunəsidir.
Inkişaf etmiş ölkələrdə isə sosial ödənişlərin həddindən çox artırılması sosial işçi
ştat-larının, qeyri-məhsuldar xərjlərin artmasına gətirib çıxar-mışdır ki, bu da öz
növbəsində dövlət büdjəsi kəsirinin çoxalmasına səbəb olmuşdur.
KitabYurdu.az
215
Qərb ölkələrində Jənub-Şərqi Asiya ölkələrindəki «iqtisadi möjüzə»dən
çox danışılır. Məlum olduğu kimi, keçən əsrin 70-80-ji illərində bu ölkələrdə
dövlət fəal sosial siyasət yeritməmişdir. Lakin buna baxmayaraq bu ölkələr çox
qısa bir müddətdə heyrətamiz müsbət iqtisadi göstə-rijilərə nail olmuşlar.
Müasir dövrdə mütəxəssislər Jənub-Şərqi Asiya ölkə-lərinin təjrübəsini əsas
götürərək belə hesab edirlər ki, dövlət sosial sferanın inkişaf etdirilməsi üçün
məsuliyyəti öz üzərinə götürməməlidir. O, sosial xərjləri ixtisar etməli və bunun
nətijəsində sərbəstləşən vəsaiti iqtisadi fəallığın sti-mullaşdırılmasına
yönəltməlidir. Başqa sözlə, dövlət siya-sətinin əsas məqsədi iqtisadi artımın təmin
edilməsi olma-lıdır. Çünki iqtisadi artıma nail olunduqda sosial problem-lər
haqqında fikirləşmək və onları həll etmək olar.
Dövlətin iqtisadi rolunun təkamülü hər şeydən əvvəl maddi istehsalda baş
verən dəyişikliklərlə izah olunur. Bun-ların içərisində isə istehsalın həjminin
artması və iqtisadi əlaqələrin mürəkkəbləşməsi ilə yanaşı, müasir istehsalın
inkişafında şəxsi amilin rolunun güjlənməsi də çox mühüm rol oynamışdır. Bu
dəyişikliklər makroiqtisadi tarazlığın tə-min edilməsinə və sosial vəzifələrin həll
olunmasına dövlətin müdaxiləsini tələb edirdi.
Maddi istehsaldakı dəyişikliklər, iqtisadi əlaqələrin mürəkkəbləşməsi,
dövlətin iqtisadiyyata müdaxiləsi kimi səbəb-nətijə əlaqələri həqiqətən onun
iqtisadi funksiyala-rının təkamülünün yuxarıda nəzərdən keçirilən bütün
mərhələlərində özünü biruzə vermişdir.
XX əsrin 80-90-jı illərində iqtisadi əlaqələrin sadə-ləşdiyini təsəvvür etmək
düzgün olmazdı. Əksinə, qarşılıqlı iqtisadi əlaqələr hazırda 30-40 il bundan
əvvəlkinə nisbətən daha da mürəkkəbləşmişdir. Belə ki, dövlətin fəal pul-kredit,
büdjə-vergi və investisiya siyasəti olmadan ijtimai istehsalın sabitliyinin təmin
edilməsi qeyri mümkündür. Müasir istehsala yalnız dar ixtisasa malik olan işçilər
lazım deyildir. Bununla yanaşı, müasir istehsalda çalışan işçi həm də daim dəyişən
şəraitdən sərbəst surətdə baş çıxarmağı, müstəqil qərarlar qəbul etməyi bajarmalı,
geniş dünyagö-rüşünə malik olmalıdır. Bununla birlikdə, həm də iqtisadiy-yata
dövlətin müdaxiləsinin azaldılması ilə əlaqədar çağırışlar edilir.
Lakin qeyd etmək lazımdır ki, iqtisadi və sosial pro-seslərə dövlətin
müdaxiləsinin azaldılması və onun yerinə yetirdiyi funksiyaların bir qisminin digər
iqtisadi subyekt-lərə verilməsinə jəhd göstərilməsinin maddi istehsal siste-mində
baş verən dəyişikliklərlə əlaqələndirilməsi düzgün deyildir. Əksinə, bu
dəyişikliklər iqtisadiyyatın dövlət tərə-findən tənzimlənməsinin daha da
güjləndirilməsinin zəruri olduğunu deməyə əsas verir.
Dərin iqtisadi, sosial və siyasi dəyişikliklər dövründə dövlətin rolu xüsusilə
böyükdür. Bu sözlər hazırda möhtə-şəm qurujuluq işlərinin getdiyi ölkəmizə də
aiddir. Azər-bayjan jəmiyyətində inzibati-amirlik sistemindən qalmış
idarəetmə qaydalarının tədrijlə aradan qaldırıldığı, bütün sahələrdə yeniləşmə
prosesinin getdiyi, dünyanın üzünə açıq olan iqtisadiyyat yaradıldığı müasir dövrdə
dövlətimiz əzəmətli, geniş miqyaslı və əhatəli vəzifələri və məsul işləri yerinə
yetirir. Bu sahədə ayrı-ayrı ölkələrin təjrübəsinin, onun müsbət və mənfi
jəhətlərinin öyrənilməsi məqsədə-uyğun olardı. Belə olduqda ölkə öz
iqtisadiyyatını malik olduğu imkanlara uyğun inkişaf etdirir, dünya birliyində
KitabYurdu.az
216
layiqli yer tutur, xalqın həyat səviyyəsinin yüksəldilməsi sahəsində böyük
nailiyyətlər qazanır.
Beləliklə, bütün bunlar belə bir fikir söyləməyə əsas verir ki, jəmiyyətdə
gedən iqtisadi və sosial proseslərə dövlətin müdaxiləsi zəruridir və bunun heç bir
sübuta ehtiyajı yoxdur.
2. Qarışıq iqtisadiyyat şəraitində dövlətin əsas iqtisadi funksiyaları.
Iqtisadiyyatın tənzimlənməsində dövlətin rolunun genişlənməsi bir sıra
obyektiv səbəblərlə əlaqədardır. Dünya təjrübəsi göstərir ki, inkişafın mürəkkəb
dövrlərində, xüsu-silə də jəmiyyətdə və iqtisadiyyatda sosial-iqtisadi və texno-loci
dəyişikliklərin getdiyi vaxtlarda dövlətin təşkilatçılıq fəaliyyətinin artırılması
zəruridir.
Keçid dövründə olan ölkələrdə iqtisadiyyatın tən-zimlənməsində dövlət
xüsusilə böyük rol oynayır. Belə ki, keçid dövrünün davametmə müddəti xeyli
dərəjədə məhz bu dövrdə dövlətin nejə fəaliyyət göstərməsindən asılıdır.
Bazar münasibətlərinin formalaşdırılması və tənzim-lənməsi, habelə
resursların yenidən bölüşdürülməsi dövlətin müdaxiləsi olmadan qeyrimümkündür. Çünki bazar müna-sibətlərinin formalaşdırılması köhnə strukturların
ləğv edilməsi və yeni strukturların yaradılması ilə eyni vaxtda həyata keçirilir.
Bunun nətijəsində bir tərəfdən iqtisadiy-yatda çoxukladlılıq meydana gəldiyinə
görə rəqabət üçün şərait yaranır və tələb, təsərrüfatçılığın həllediji amilinə çevrilir.
Digər tərəfdən isə bu dövrdə jəmiyyətdə elə bir şərait formalaşır ki, onların həll
edilməsi dövlətin müda-xiləsi olmadan mümkün deyildir.
Dünyada mövjud olan iqtisadi sistemlərin hamısı demək olar ki, qarışıq
sistemlərdir və bir sıra vəzifələr bazar sistemi ilə dövlət arasında bölünmüşdür.
Bunu belə bir statistik məlumatdan görmək olar ki, hazırda milli məh-sulun 80%-ə
qədəri bazar sisteminin, 20%-i isə dövlətin payına düşür. Bununla yanaşı, dövlət
istehsalı maliyyələş-dirməklə bərabər, iqtisadiyyatın xüsusi bölməsində yaradı-lan
gəlirləri yenidən bölmək məqsədilə bir sıra sosial sığorta və sosial təminat
proqramlarını da həyata keçirir. Statistika göstərir ki, vergilər, habelə əmtəə və
xidmətlərin satın alın-masına, sosial proqramların həyata keçirilməsinə yönəldilən
xərjlərin ümumi məbləği milli gəlirin təqribən 1/3 hissəsini təşkil edir. Nəhayət
ətraf mühitin mühafizəsi, sağlamlığın qorunması, istehlakçıların təhlükəli
məhsullardan müdafiəsi ilə əlaqədar olan çoxsaylı tədbirlər, habelə müəyyən
sahələrdə qiymətlərin formalaşması təjrübəsinə nəzarətin təmin edilməsi və s.
əslində dövləti iqtisadi fəaliyyətin bütün sahələrində «görünməyə» sövq edir.
Ümumiyyətlə, dövlət vətəndaş jəmiyyətinin siyasi və sosial-iqtisadi
prinsiplərini həyata keçirir. O, makroiqtisadi bazar proseslərinin formalaşmasında
fəal iştirak edir. Bunlara uyğun olaraq qarışıq iqtisadiyyat şəraitində dövlətin
əsas funksiyalarına aşağıdakılar aiddir:
- Iqtisadi qərarların qəbul edilməsi üçün hüquqi ba-zanın yaradılması.
Dövlət, dövlətə məxsus olan və xüsusi müəssisələrin fəaliyyətini tənzimləyən
qanunları işləyib hazırlayır və qəbul edir, vətəndaşların hüquq və vəzifələrini
müəyyənləşdirir;
KitabYurdu.az
217
- Iqtisadiyyatın sabitləşdirilməsi. Dövlət istehsalın azalması meylinin
qarşısının alınması, inflyasiyanın azaldıl-ması və işsizliyin səviyyəsinin aşağı
salınması, milli valyu-tanın sabitliyinin təmin olunması üçün büdjə-vergi və pulkredit siyasətindən istifadə edir;
- Bazar mexanizmi imkan vermədiyi hallarda makro-iqtisadi və struktur
tarazlığın qorunub saxlanması;
- Inkişaf strategiyasının işlənib hazırlanması, əlverişli investisiya və
sahibkarlıq, habelə milli strategiyanın məqsə-di və reallaşdırılması vasitələri də
daxil olmaqla iqtisadiy-yatın səmərəli fəaliyyət göstərməsinin təmin olunmasında
çox mühüm rol oynayan sosial mühitin formalaşdırılması;
- Resursların düzgün bölüşdürülməsi. Dövlət, xüsusi müəssisələrdə istehsal
olunmayan əmtəə və xidmətlərin iste-hsalını təşkil edir; kənd təsərrüfatının,
rabitənin, nəqliyyatın inkişaf etdirilməsi üçün şərait yaradır; ölkənin müdafiəsi və
elmin inkişafı ilə əlaqədar xərjləri müəyyən edir, təhsilin səviyyəsinin inkişaf
proqramlarını formalaşdırır və həyata keçirir;
- Əhalinin sosial müdafiəsi və sosial təminatı. Dövlət, əmək haqqının, yaşa
və əlilliyə görə pensiyaların, işsizliyə görə müavinətlərin, aztəminatlı ailələrə
müxtəlif növ yar-dımların minumum məbləğini müəyyən edir və ona təminat verir;
- Xariji aləmdə milli biznesin qorunub saxlanması. Dövlət, qloballaşma
şəraitində ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini yüksəltmək məqsədilə milli
biznesin fəaliyyə-tini əlaqələndirir;
- Ölkənin iqtisadi təhlükəsizliyinin təmin ebilməsi. Dövlət ölkənin iqtisadi
təhlükəsizliyini təmin etmək üçün konkret tədbirlər görür, hər jür təhlükəli və
qeyri-sabitlik amillərinin aradan qaldırılması ilə mübarizə aparır;
- Ölkənin müdafiə qabiliyyətinin lazımi səviyyədə sax-lanması.
Dövlətin ümumi funksiyaları ilə yanaşı, iqtisadiy-yatın konkret sahələri və
ölkənin regionlarının tənzimlən-məsi ilə əlaqədar funksiyaları da vardır.
Dövlətin tənzimləmə funksiyaları onun həyata
keçirdiyi sosial-iqtisadi
siyasətin məqsədləri ilə müəyyən edilir. Hər bir inkişaf dövrünün - qısa, orta və
uzun müd-dətli dövrlər–xüsusiyyətləri nəzərə alınmaqla konkret məq-səd müəyyən
olunur.
Azərbayjan dövlətinin uzunmüddətli sosial-iqtisadi si-yasətinin məqsədi
əhalinin həyat səviyyəsini tədrijlə yüksəlt-məkdən, sosial bərabərsizliyi
azaltmaqdan, ölkənin müstə-qilliyini və mədəni dəyərlərini qoruyub saxlamaqdan,
dünya birliyində onun özünün layiqli yerini tutması üçün tədbirlər görməkdən
ibarətdir.
Siyasətin məqsədi dövlətin fəaliyyətinin əsasında du-ran vəzifələrə, iqtisadi
subyektlərin və ijtimai təşkilatların mənafelərinə, hər bir adamın gündəlik
arzularına uyğun gəlməlidir.
Jəmiyyətimizdə Azərbayjan xalqının ənənələrinə və müasir dövrün
tələblərinə javab verən sərbəstlik, məsuliy-yət, inam kimi dəyərlər sistemi
yeniləşdirilməli, dövlətlə vətəndaşlar, bizneslə vətəndaşlar, hakimiyyətlə biznes
ara-sında etibarlı və qarşılıqlı münasibətlər formalaşdırıl-malıdır.
Bunlara uyğun olaraq ölkənin sosial-iqtisadi inkişa-fının tənzimlənməsinin
təmin edilməsi üçün dövlətin funk-siyalarının prioritetləri müəyyənləşdirilməlidir.
KitabYurdu.az
218
3. Dövlət tənzimləməsinin obyektləri və subyektləri.
Iqtisadiyyatın dövlət tərəfindən tənzimlənən obyekt-lərinə sahələr,
regionlar, iqtisadi və sosial proseslər və s. daxildir. Başqa sözlə, dövlət tərəfindən
tənzimlənən obyekt-lər dedikdə milli iqtisadiyyatın səmərəli fəaliyyət göstərməsi
üçün dövlətin tənzimləyiji fəaliyyətinin hansı məqsədlərə istiqamətləndirilməsi
nəzərdə tutulur. Bunlara isə aşağıdakı-lar aiddir: iqtisadiyyatın sahə, regional,
təkrar istehsal və sosial strukturu; iqtisadi tsikl; məşğulluq; əhalinin həyat
səviyyəsi; təhsil və kadrların hazırlanması; pul tədavülü; ETTKI və investisiyalar;
tədiyə balansı; sosial sahə və əmək münasibətləri; əhalinin sosial müdafiəsi; ətraf
mühitin mü-hafizəsi; qiymətlərin tənzimlənməsi, antiinflyasiya proses-ləri;
iqtisadiyyatın dövlət bölməsi; malliyyə ehtiyatları və büdjələrarası münasibətlər;
dövlət əmlakının özəlləşdiril-məsi, inhisarçılığın aradan qaldırılması; iqtisadiyyatın
müxtəlif sahələrində mülkiyyətin formaları; xariji iqtisadi fəaliyyət və s və i. a.
Ölkəmizdə bazar münasibətlərinə keçid şəraitində qar-şıda duran ən
mühüm vəzifə səmərəli fəaliyyət göstərən bajarıqlı mülkiyətçilərin
formalaşdırılmasından ibarətdir. Bu, indi də prioritet sahə olaraq qalır. Bu isə o
deməkdir ki, mülkiyyətin strukturu, özəlləşdirmə, inhisarçılığın aradan qaldırılması
tənzimləmə obyektləri kimi daim dövlətin diqqət mərkəzində olmalıdır.
Dövlət tənzimləməsinin subyektlərinə qanunveriji, ijraediji hakimiyyət,
habelə məhkəmə orqanları daxildir. Bu, ölkəmizdə Milli Məjlisdən, hökumətdən,
(Nazirlər Kabineti), Azərbayjan Respublikasının Prezidentindən, Konstitusiya
məhkəməsindən, habelə regional hakimiyyət orqanlarından ibarətdir.
Qarışıq iqtisadiyyat şəraitində dövlət tərəfindən tən-zimlənən obyektlərdə
baş verən dəyişikliklər yeni subyekt-lərin meydana gəlməsi ilə müşayiət olunur.
XX əsrin 60-jı illərinədək qarışıq iqtisadiyyat şəraitində tənzimləmənin əsas
subyekti milli dövlətlər olmuşlar.
Sənayejə inkişaf etmiş qabaqjıl ölkələrin informa-siya jəmiyyətinə
keçdikləri müasir dövrdə milli dövlətlərdən asılı olmayan transmilli korporasiyalar
dövlət tənzimləmə-sində çox mühüm rol oynamağa başlamışlar. Belə ki, trans-milli
korporasiyalar dünya sənaye məhsullarının təqribən 50%-ə, xariji tijarətin 63%-ə,
yeni texnikaya verilən patent, texnologiya və noy-haunun 4/5 hissəsinə nəzarət
edirlər. Dünya taxıl, qəhvə, qarğıdalı, meşə materialları, tütün bazarlarının 90%-i,
mis və alüminium filizi bazarlarının 85%-i, çay və qalay bazarının 80%-i, banan
bazarının 75%-i, təbii kauçuk və xam neftin 75%-i transmilli korporasiya-ların
nəzarəti altındadır.
Dünyada iqtisadi hakimyyətin çox böyük hissəsini öz əllərində jəmləşdirən
təqribən 500 transmilli korporasiya vardır. Iri transmilli korporasiyaların güjünü
(ümumi daxili məhsul göstərijisi) hər hansı bir orta dövlətin səviyyəsi ilə müqayisə
etmək olar. Bu, onlara başqa ölkələrə öz iradə-lərini diktə etməyə imkan verir.
Məsələn, ABŞ-ın «General motors» korporasiyasının satdığı məhsulların
dəyəri Isvej, Avstriya və Isveçrənin birlikdə istehsal etdikləri ümumi daxili
məhsuldan çoxdur. Məsələyə tənzimləmə nöqteyi-nəzərindən yanaşıldıqda, qeyd
etmək lazımdır ki, korporasiyaların da-xilində qiymətlər bazar tərəfindən deyil,
KitabYurdu.az
219
onların strategi-yalarına uyğun olaraq özləri tərəfindən müəyyən olundu-ğuna görə
bu, azad bazar qanunlarına tam uyğun gəlmir.
Transmilli korporasiyaların «xüsusi çəkisi»ni nəzərə aldıqda məlum olur ki,
dünya iqtisadiyyatının 50%-i sərbəst bazar şəraitində, 50%-i isə planlı sistemdə
«fəaliyyət» göstərir. Bu sahədə iqtisadi sistemlərin konvergensiyasına1 keçid
nəzərdə tutulmuşdur. Burada məqsəd plan və bazar münasibətlərini
əlaqələndirməkdən ibarətdir. Transmilli kapital dövlətin daxili bazarın
tənzimlənməsi sahəsində səy-lərini heçə endirə və istədiyi vaxt hər hansı bir
dövlətin ma-liyyə bazarlarını «zəbt» edə bilər. Bu isə belə bir fikir söylə-məyə
imkan verir ki, dövlət iri transmilli korporasiyaların işinə geniş miqyaslı müdaxilə
etmək iqtidarında deyildir. Beynəlxalq Valyuta Fondu (BVF), Dünya bankı,
Ümum-dünya tijarət təşkilatı və sairələr də tənzimləmə subyekt-ləridir.
Bu təşkilatlar kredit verərkən qarşıya müəyyən şərt-lər qoyur və dövlət, istər
iqtisadi, istərsə də siyasi sahədə onlarla hesablaşmağa məjbur olur.
Dövlət tənzimləməsinin beynəlxalq təsisatları rolun-da çıxış edən bir qrup
ölkə milli iqtisadiyyatların tənzimlən-məsinin ümumi məqsədi ilə kifayətlənmir,
həm də tənzimlə-mənin ümumi mexanizmindən istifadə edirlər. Məsələn, Avropa
Ittifaqına daxil olan ölkələrin böyük əksəriyyətində vahid valyuta kimi avrodan
istifadə olunmaqla, bəzi sahələrdə vahid vergi dərəjələri tətbiq edilir.
Bazar münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi bəzi ölkələrin
iqtisadi güjü bir sıra amillərlə müəyyən olunur. Məsələn, keçən əsrin 90-jı
illərində bir barrel neftin qiyməti 8-9 dollara bərabər olmuşdur. Bu dövrdə
inkişaf
etməkdə olan ölkələrdə bütün əmtəəlik xammalların qiy-mətləri kəskin surətdə
aşağı düşmüş, inkişaf etmiş ölkələrdə isə elmtutumlu əmtəələrin qiymətləri 1,5
dəfə yüksəlmişdir. Odur ki, ABŞ 8 il (1992-2000-ji illər) ərzində öz iqtisadiyyatının inflyasiyasız inkişafına demək olar ki, dünyanın di-gər ölkələrinin təbii
ehtiyatlarından «pulsuz» istifadə etməsi sayəsində nail olmuşdur. Digər inkişaf
etmiş ölkələrdə də bu yoldan istifadə edilmişdir. Dolların hamı tərəfindən
ümumi tədiyə vasitəsi kimi qəbul olunması, ona etibar edilməsi bütün
dünyada ABŞ üçün çox böyük üstünlüklər yaradır. Dolların emissiyasına
nəzarət etmək imkanı ABŞ-ın iqtisadi güjünün əsaslarından biridir. Bunun
nətijəsidir ki, ABŞ ən yüksək «iqtisadi azadlıq indeksi»nə malikdir və bazarda
gedən pro-seslərə ən az müdaxilə edən ölkələr sırasına başçılıq edir.
Dövlətin
tənzimləmə
fəaliyyətinin
səmərəliliyini
iki
jəhətdən
qiymətləndirmək olar. Bunlardan biri onun milli mənafelərin ifadəçisi və sosialiqtisadi proseslərin tənzimlə-yijisi, digəri isə bazarın ən böyük mülkiyyətçisi və
subyekti kimi çıxış etməsidir. Bunların hər birində müxtəlif qiymət-ləndirmə
meyarlarından istifadə olunur. Bu meyarlara nətijə etibarilə əhalinin rifahının
yüksəlməsinə imkan verən məhsuldar qüvvələrin inkişafı, fikrimizi bir qədər də
kon-kretləşdirsək istehsalda tənəzzülün baş verməsi (iqtisadi ar-tımın olmaması),
iqtisadiyyatın və sosial proseslərin idarə olunmasının nəzarətdən çıxması aiddir.
Конверэенсийа- латынjа «конвергере» сюзцндян эютцрцлмцшдцр вя «йахынлашма», «ейниляшмя»
мянасыны верир.
1
KitabYurdu.az
220
Səmərəlilik meyar-larına həmçinin istehsalın səmərəliliyinin yüksəlməsi (əmək
məhsuldarlıgının yüksəlməsi, ehtiyatlara qənaət edilməsi və i.a.) aid edilir. Son
dövrlərdə iqtisadi təhlükəsizliyin, xüsusilə də onun təmin olunması ilə
əlaqədar dövlətin öz vəzifələrini yerinə yetirməsinin vajibliyinin artması da
buraya aid edilir.
Bunları nəzərə almaqla, dövlət tərəfindən tənzim-ləmənin səmərəliliyini
aşağıdakı əsas meyarlardan istifadə etməklə qiymətləndirmək olar:
-proqnozlaşdırılan göstərijilərlə faktiki göstərijilərin müqayisə edilməsi;
-beynəlxalq müqayisədən istifadə olunması;
-ölkənin iqtisadi təhlükəsizliyinə qiymət vermək üçün faktiki və optimal
həddin müqayisə edilməsi.
4. Iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin forma və metodları.
Planlı iqtisadiyyat şəraitində direktiv planlaşdırma-dan istifadə olunduğu
halda, bazar iqtisadiyyatına keçid dövründə tənzimləmənin aşağıdakı
formalarından istifadə edilir: 1)dövlət sifarişi; 2) indikativ (tövsiyə xarakterli)
planlaşdırma; 3) strateci planlaşdırma; 4)proqramlaşdırma; 5) proqnozlaşdırma və
i.a.
Dövlət tərəfindən tənzimləmənin əsas formalarından olan direktiv
planlaşdırmadan keçmiş SSRI-də və digər sosialist ölkələrində uzun müddət
istifadə edilmişdir.
Direktiv planlaşdırmada ölkənin iqtisadi və sosial in-kişaf planı qanun
qüvvəsinə malik olur və iqtisadiyyatın bü-tün pillələri-müəssisələr, sahələr,
regionlar üçün məjburidir. SSRI-də direktiv planlaşdırma dövründə dövlətin
iqtisadiy-yata müdaxiləsinin ən yüksək həddinə nail olunmuşdu.
Direktiv planlaşdırma iqtisadi fəaliyyət azadlığını və qərarların qəbul
olunmasında təşəbbüskarlığı məhdudlaş-dırırdı. Bu zaman dövlət əsas etibarilə
maddi ehtiyatların bölüşdürülməsi, habelə istehsal və istehlakın inzibati yolla idarə
edilməsi vəzifələrini yerinə yetirirdi. Çünki müəssisələr dövlətə məxsusdur və
istehsal dövlət planları əsasında hə-yata keçirilirdi. Başqa sözlə, hər bir müəssisə
üçün tapşırıq mərkəzi plan orqanları tərəfindən myəyyən olunurdu. O zaman hər
bir malgöndərənin özünün istehlakçısı var idi, onlar bir-birilərini yaxşı tanıyırdılar.
Planlaşdırma texniki normativlərin və maddi balan-sların köməyilə
aparıldığına görə dəyər, maliyyə balansları yalnız əlavələr kimi işlənib hazırlanırdı.
Belə planlaşdırma mürəkkəbləşən iqtisadiyyatın obyektiv tələblərinə javab
vermirdi.
Planlaşdırmanın əsas forması beşillik planların işlə-nib hazırlanmasından
ibarət olmuşdur ki, bunlar da illik planlara bölünmüşdür. Kontrol rəqəmləri və
beşillik plan-ların direktiv sənədlərini də planlaşdırmanın bu formasına aid etmək
olar. Iqtisadiyyatın inkişaf etdirilməsinin məqsədi və əsas istiqamətləri kontrol
rəqəmlərlə müəyyən edilirdi. Iqtisadiyyatın inkişaf etdirilməsinə dair dövlət planı
haq-qında Qanun SSRI Ali Soveti tərəfindən təsdiq olunurdu.
Dövlət sifarişi bazar münasibətlərinə keçidin baş-lanğıjında qlobal direktiv
planlaşdırmadan məhdud plan-laşdırmaya keçilməsi deməkdir.
KitabYurdu.az
221
Tənzimləmənin dövlət sifarişi formasından keçən əsrin 20-ji illərində xariçi
ölkələrdə və keçmiş SSRI-də geniş istifadə olunmuşdur. Lakin dövlət sifarişinin
yerinə yetiril-məsi heç də həmişə satışla və maliyyə resursları ilə təmin olunmur və
buna görə də istehsalçı müəssisə üçün faydalı deyildi. Qərb ölkələrində firmalar
dövlət sifarişi uğrunda öz aralarında rəqabət aparır, sovet müəssisələri isə bütün
jid-di-jəhdlə bu prosesdən kənarda qalmağa səy göstərirdilər.
Dövlət sifarişləri ABŞ-da daha geniş yayılmışdır. Təsərrüfatçılığın bu
forması sənayenin yeni-yeni sahələrinin (elektron, aerokosmik, atom və. i.a.)
meydana gəlməsi ilə əlaqədardır.
Bazar iqtisadiyyatı şəraitində toplanmış təjrübə dövlət sifarişinin
formalaşması və reallaşdırılmasının aşağıdakı prin-siplərini müəyyən etməyə
imkan verir:
1) Məhsulların (işlərin, xidmətlərin) sifarişçisi müəyyən maliyyə və digər zəruri
resurslara, büdjə vəsaitinə malik olan, hüquqlarının bir hissəsini özünün
səlahiyyətli ijra or-qanlarına verən, konkret smetaları, tədbirlər proqramlarını
işləyib hazırlayan, dövlətdir;
2) Sifarişlərin tərkibi ümumdövlət tələbatlarının quru-luşu, ölkənin içtimaisiyasi, elmi və iqtisadi həyatının müx-təlif sahələrində dövlətin yerinə yetirdiyi
funksiyalarla əla-qədardır. Çünki bu vəzifələr obyektiv səbəblər üzündən ba-zarın
öz-özünü tənzimləmə mexanizminin köməyilə həyata keçirilə bilmir.
3) Sifarişlərin həjmi ölkənin büdjə fondundakı vəsaitin kəmiyyəti ilə
məhdudlaşır;
4) Sifarişlər müqavilə əsasında yerləşdirilir və yerinə yetirilir.
Dövlət sifarişi dövlət büdjəsinin xərj hissəsinin ijra edilməsi və deməli,
bazar iqtisadiyyatının tənzimlənməsi formasıdır.
Sifarişlər yerləşdirilənə qədər podratçı müəssisələrin seçilməsi üçün
müsabiqə aparılır. Bu, büdjə resurslarından istifadənin səmərəliliyinin
yüksəlməsinə təsir edir. Müsabi-qənin qalibi podratçı müəssisə ilə müqavilə
bağlayır. Müqavilədə məhsulların göndərilməsi, işlərin görülməsi və xidmətlərin
göstərilməsi sahəsində tərəflərin hüquq və vəzi-fələri müəyyən edilir. Müqavilədə
sifarişçi təşkilatla pod-ratçı təşkilat arasındakı iqtisadi, hüquqi, təşkilati-texniki,
inzibati-idarəetmə və sosial sahələrdə qarşılıqlı münasibət-lər nəzərdə tutulur.
Müqavilədə müəyyən göstərijilər olmalıdır. Göstəri-jilərin sayı və tərkibi,
onun dəyəri, hazırlanması müddəti, təyinatı (mülki və ya hərbi məqsədlər, ETTKI,
tikinti və i. a. üçün nəzərdə tutulması), istifadə olunmuş müsabiqə siste-minin
xarakteri, maliyyələşdirmə formaları sifarişin spesi-fikasından asılıdır.
Bazar münasibətləri şəraitində dövlət tərəfindən tən-zimləmənin
formalarından biri indikativ (tövsiyə xarakteri daşıyan) tənzimləmədir.
Direktiv planlaşdırmadan fərqli olaraq qərbin bir sıra ölkələrində (Fransa,
Yaponiya və. s.) indikativ plandaşdırma geniş yayılmışdır.
Bu planlar ümumxalq mənafelərinə xidmət edən planların yerinə yetirilməsi
üçün təsərrüfat subyektlərinin səylərinin səfərbərliyə alınmasına xidmət edir.
Indikativ planlaşdırma sosial-iqtisadi inkişaf göstə-rijilərinin işlənib
hazırlanmasına əsaslanan, dövlət tərəfin-dən tənzimləməni bazar və qeyri-bazar
özünütənzimləmə metodları ilə əlaqələndirən, iqtisadiyyatın dövlət və qeyri-dövlət
KitabYurdu.az
222
subyektlərinin fəaliyyətlərinin idarə olunması və onların mənafelərinin
əlaqələndirilməsini nəzərdə tutur.
Planda müəyyən olunan makroparametrlər xüsusi sahibkarlığa təsir göstərən
iqtisadi mühitin formalaşmasına xidmət etməlidir. Ona görə də indikativ
planlaşdırma xüsusi bölməyə əsas etibarilə stimullaşdırıjı, ya da məhdudlaşdırıjı
tələb vasitəsilə təsir göstərir.
Sosial-iqtisadi inkişafın indiqatoru kimi iqtisadiy-yatın dinamikası, strukturu
və səmərəliliyi, maliyyənin, pul tədavülünün, əmtəə və qiymətli kağızlar
bazarlarının vəziy-yəti, qiymətlərin hərəkəti, məşğulluq və əhalinin həyat səviyyəsi və s. göstərijilərdən istifadə olunur.
Yaponiyada müharibədən sonrakı illərdə 12 beşillik və bir yeddiillik plan
qəbul edilmişdir ki, onların adları qarşıya qoyulan məqsədi əks etdirir. Onlardan
bəziləri 29.1. jədvəlində verilmişdir.
Dövlət tərəfindən tənzimləmənin formalarından biri kimi Fransada və digər
ölkələrdə strateci planlaşdırmadan istifadə edilir. Fransanın və Avropa Ittiffaqına
daxil olan digər ölkələrin milli bazarlarının bir-birinə yaxınlaşması indikativ
planlaşdırmadan strateci planlaşdırmaya keçilməsini zəruri etmişdir. Strateci
planlaşdırma öz əksini ilk dəfə 1989-1992-ji illərdə Fransanın iqtisadi inkişafına
dair onunju planda tapmışdır.
Strateji planlaşdırmanın mahiyyəti ondan ibarətdir ki, dövlət, milli
iqtisadiyyatın başlıca inkişaf prioritetlərinin seçilməsi və həyata
keçirilməsində aparıcı rol oynamalıdır. Strateji planlaşdırma vasitəsilə
cəmiyyətin inkişaf yolu müəyyən edilir, hansı bazarlarda fəaliyyət
göstərməyin daha yaxşı olması, hansı texnologiyalardan istifadə olunması, bu
zaman iqtisadiyyatın hansı bölməsinə və hansı ictimai struk-turlara istinad
olunması məsələləri həll edilir. Bunlara əsasən ölkənin inkişaf etdirilməsinin əsas
istiqamətləri, milli valyu-tanın möhkəmləndirilməsi və məşğulluğun təmin
olunması, əhalinin təhsili və sosial müdafiəsi, elmi tədqiqatların apa-rılması,
ərazilərin abadlaşdırılması və s. və i.a. müəyyənləş-dirilir.
Jədvəl 29.1
Yaponiya iqtisadiyyatının bəzi inkişaf planları
Planın Adı və əhatə etdiyi
Qarşıya qoyulan məqsəd
dövr
Iqtisadi
Iqtisadi müstəqilliyə nail
özünütəminetmənin
olunması, tam
beşillik planı
məşğulluğun təmin
(1956-1960-jı illər)
edilməsi
Yeni izunmüddətli
Iqtisadi artımın yüksək
iqtisadi plan(1958-1962- həddə çatdırılması, həyat
ji illər)
səviyyəsinin
yüksəldilməsi, tam
1
Мянбя: Индикативное планирование: теория и пути совершенствования.
СПб., 2000, с.38-39.
1
KitabYurdu.az
223
məşğulluğa nail olunması
Iqtisadi artımın yüksək
Milli gəlirin iki dəfə
həddə çatdırılması, həyat
artırılması planı (1961səviyyəsinin
1970-ji illər)
yüksəldilməsi, tam
məşğulluğa nail olunması
Ölkənin inkişafındakı
Orta müddətli iqtisadi
uyğunsuzluqların ləğv
plan (1964-1968-ji illər.)
edilməsi
Rifah dövləti yaradılması Həyat səviyyəsinin
üçün beşillik plan (1992- əhəmiyyətli dərəjədə
1996-jı illər)
yaxşılaşdırılması
Ölkənin iqtisadi və sosial
Struktur islahatlarına dair
strukturunda əsaslı
iqtisadi və sosial plan
islahatların həyata
(1996-2000-ji illər)
keçirilməsi
Proqramlaşdırma sosial-iqtisadi inkişaf proqramlarının işlə-nib hazırlanması və
onlara nail olunması yollarının müəy-yənləşdirilməsi deməkdir. Ölkənin sosialiqtisadi inkişaf proqramı adətən aşağıdakıları əhatə edir:
- Ölkənin əvvəlki illər üzrə sosial-iqtisadi inkişafının ye-kunlarının təhlili və
ölkə iqtisadiyyatının müasir vəziyyə-tinin səjiyyələndirilməsi;
- Orta müddətli perspektiv üçün ölkənin sosial-iqtisadi inkişaf proqramı
konsepsiyası;
- Makroiqtisadi siyasət;
- Institusional (hərtərəfli) dəyişikliklərin aparılması;
- Investisiya və struktur siyasəti;
- Aqrar siyasət;
- Ekoloci siyasət;
- Sosial siyasət;
- Regional siyasət;
- Xariji iqtisadi siyasət.
Proqnozlaşdırma ölkənin inkişaf etdirilməsinin başlıja problemləri və
istiqamətlərinin aşkara çıxarılmasına xidmət edir. Dövlət orqanları proqnoz
hesablamalarının nətijələ-rindən sosial-iqtisadi siyasətin və prioritetlərin işlənib
hazır-lanması və əsaslandırılması üçün istifadə edirlər.
Proqnozlaşdırma dövlət tərəfindən tənzimləmənin formalarından biri
olmaqla, proqramların, planların, əsas istiqamətlərin, sosial-iqtisadi inkişaf
strategiyasının işlənib hazırlanmasının başlanğıj mərhələsidir. Ijtimai fəaliyyətin
bütün növlərində inkişaf perspektivlərinin, hazırda qəbul olunan qərarların
gələjəkdə nə kimi nətijələr verəjəyinin qabaqjadan müəyyənləşdirilməsinin çox
böyük əhəmiyyəti
vardır. Sosial-iqtisadi proseslərin idarə olunmasında bu, üsusilə vajibdir. Lakin bu,
çox çətin məsələdir. Çünki müasir dövrdə ijtimai həyatın bütün formaları və
onların qarşılıqlı fəaliyyəti olduqja mürəkkəbləşmişdir. Elm, texnika, sosial şərait,
KitabYurdu.az
224
dünya təsərrüfatına daxil olan ölkələr arasındakı qarşılıqlı əlaqə və asılılıqlar
güjlənmişdir.
Qarşıda duran başlıja vəzifə çoxsaylı obyektiv və subyektiv (daxili və xariji)
amillər arasındakı qarşılıqlı əlaqələri nəzərə almaqdan, ijtimai inkişafın idarə
edilməsinin ünsürlərindən biri olan proqnozlaşdırmanın elmi jəhətdən
əsaslandırılması və düzgünlüyünə nail olunmasından ibarətdir.
Ölkənin sosial-iqtisadi inkişafına dair proqnozlar adətən aşağıdakı
sahələr üzrə işlənib hazırlanır:
- Bütövlükdə iqtisadiyyat üzrə (o jümlədən ərazi üzrə);
- Iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə;
- Regionlar (iqtisadi rayonlar) üzrə.
Proqnozlar, daxili və xariji, siyasi, iqtisadi, təbii və digər amillər nəzərə
alınmaqla, bir neçə variantda hazır-lanır. Onlara makroiqtisadi vəziyyəti,
iqtisadiyyatın struk-turunu, elmi-texniki və innovasiya inkişafını, xariji iqtisadi
fəaliyyəti, istehsal və istehlakın dinamikasını, həyat səviy-yəsini, ekoloci vəziyyəti,
jəmiyyətin sosial quruluşunu, ha-belə təhsili, mədəniyyəti, səhiyyəni, əhalinin
sosial təmina-tını ifadə edən kəmiyyət və keyfiyyət göstərijiləri daxil edilir.
Dövlət tərəfindən tənzimləmənin nəzərdən keçirilən əsas formaları
yeniləşdirilir, jəmiyyətin inkişafı ilə əlaqədar olaraq konkret şəraitə uyğun gələn
yeni-yeni ünsürlərlə zənginləşdirilir.
Iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi me-todları iki qrupa
bölünür: 1) müstəqim (inzibati) metodlar; 2) dolayı (iqtisadi) metodlar. Lakin
qeyd etmək lazımdır ki, real həyatda tənzimləmənin inzibati və iqtisadi metodları
hüdudlarının müəyyənləşdirilməsi əslində şərti xarakter daşıyır. Bu, onunla
əlaqədardır ki, iqtisadi tənzimləmə prosesini müəyyən inzibati amillərdən istifadə
etmədən tənzimləmək mümkün deyildir. Misal üçün dövlət, əhalidə olan pul
vəsaitini əmanət qoyuluşuna jəlb etmək üçün əmanətə görə verilən faizin
səviyyəsini qaldırmalıdır. Hər bir inzibati tənzimləmə metodu isə müəyyən iqtisadi
mexanizmlər vasitəsilə həyata keçirilir. Məsələn, dövlət milli məhsulun
strukturunun jəmiyyətin tələbatına uyğunlaş-dırılmasına nail olmaq üçün müvafiq
vergi və güzəştlər sistemi tətbiq etməli, qiymətlərin səviyyəsi üzərində nəzarəti
həyata keçirməli, yaxud da ayrı-ayrı istehsalçılara xüsusi şərait yaratmalıdır.
Bunlarla yanaşı, inzibati və iqtisadi metodlardan qarşılıqlı şəkildə istifadə olunması
onların bir-birindən fərqləndirilməsini inkar etmir. Belə ki, məlum olduğu kimi,
iqtisadi proseslərin tənzimlənməsində inzibati metodlardan gen-bol istifadə
olunması azad iqtisadi fəaliyyəti məhdudlaşdırır. Lakin tətbiq olunan tənzimləmə
metodları iqtisadi jəhətdən əsaslandırıldıqda, bu, onların bazar iqtisadiyyatının
fəaliyyətinə mənfi təsirini xeyli azaldır. Bazar münasibətlərinin hələ təşəkkül
tapmadığı böhranlı iqtisadiyyat şəraitində isə milli reallıqlar nəzərə alınmadan
iqtisadi proseslərin tənzimlənməsində iqtisadi metodlara üstünlük verilməsi böyük
mənfi sosial-iqtisadi nətijələrə gətirib çıxara bilər.
Dövlət tərəfindən istifadə olunan tənzimləmə metodlarının təsnifləşdirilməsi
olduqça mürəkkəb prosesdir. Iqtisadçılar tənzimləmə metodlarını adətən iki
qrupa bölürlər: 1) ümumi metodlar; 2) xüsusi metodlar;
KitabYurdu.az
225
Ümumi metodlara idrak metodlarının toplusu, sis-temli metod, ümumi
təkrar istehsal nəzəriyyələri və başqa-ları aiddir. Makroiqtisadiyyatın qarşısında
duran əsas vəzi-fə bütövlükdə iqtisadi sistemin fəaliyyətini tədqiq etməkdən
ibarətdir. Makroiqtisadi proseslərin tədqiq olunması, bu və ya digər sosial-iqtisadi
proseslərdə hadisələrin inkişafının qabaqjadan proqnozlaşdırılması, kəmiyyət və
keyfiyyət təh-lil metodlarına kompleksli yanaşmalara əsaslanır.
Sosial-iqtisadi inkişaf proseslərinin dövlət tərəfindən tənzimlənməsində
xüsusi metodlardan daha geniş istifadə olunur. Bunların içərisində
ekstropolyasiya, iqtisadi qruplaşdırma, indeks, büdjə, balans, proqram-məqsədli və
normativ metodlar xüsusi yer tutur.
Ekstropolyasiya metodundan əsas etibarilə ilkin proqnozların, əsas
istiqamətlərin, proqramların, layihələrin işlənib hazırlanmasında istifadə olunur.
Bu metodun tətbiq olunduğu müddət nə qədər qısa olarsa, onun dəqiqliyi də bir o
qədər böyük (etibarlı) olur.
Dövlət tərəfindən tənzimləmədə iqtisadi qruplaşdır-ma metodundan geniş
istifadə edilir. Bu metod tərkibinə görə çox mürəkkəb olan toplunun hər hansı bir
əhəmiyyətli əlamət üzrə eynitipli qruplara ayrılmasına imkan verir. Təhlil bir çox
hallarda bir və ya bir neçə əlamətin əlaqələn-dirilməsi üzrə formalaşan struktur,
dinamik və struktur-dinamik qruplaşdırmaların köməyi ilə həyata keçirilir.
Məsələn, əhalinin həyat səviyyəsinə xarakteristika vermək üçün əhali hər nəfərə
düşən pul gəlirlərinə, yaşayış mini-mumuna, hər 10000 nəfərə düşən
xəstəxanalardakı çarpayı-ların sayına görə qruplaşdırılır.
Indeks metodundan bilavasitə jəmlənməsi mümkün olmayan ünsürlərdən
ibarət olan topluya müqayisəli xarak-teristika vermək üçün istifadə edilir. Indeks
metodu mürək-kəb hadisələri əmələ gətirən ünsürlərin dəyişməsinə təsir edən
amilləri aşkara çıxarmaq və onları qiymətləndirmək üçün tətbiq edilir.
Büdjə metodu (ev təsərrüfatları büdjələrinin seçmə yolu ilə tədqiq
olunması) dedikdə əhalinin həyat səviy-yəsinin öyrənilməsi ilə əlaqədar həyata
keçirilən statistik müşahidə metodu nəzərdə tutulur. Bu müşahidə ölkənin statistika
orqanları tərəfindən aparılır. Tədqiqatın materi-alları əhalinin maddi rifah halı,
istehlakı, pul xərjləri, həyat şəraitinə görə bölgüsü haqqında mühakimə yürütməyə
imkan verir. Bu materiallar müxtəlif tərkibli ailələrin isteh-lakı ilə əlaqədar olan
xərjlərin strukturu haqqında infor-masiya mənbəyidir, şəhər və kənd yerlərindəki
ev təsərrü-fatlarının istehlak tələbinin dəyişməsi dinamikasını müəy-yən etməyə
imkan verir.
Ev təsərrüfatları büdjələrinin tədqiq olunması nəti-jəsində əldə edilən
materiallardan statistikada müxtəlif iqtisadi hesablamalarda (istehlak qiymətləri
indekslərinin, milli gəlirin, əhalinin real gəlirlərinin hesablanmasında) istifadə
edilir.
Bazar iqtisadiyyatı şəraitində tarazlıq təmin olunma-lıdır. Başqa sözlə,
resurslarla tələbat (maddi, əmək, maliyyə) arasında tarazlığın yaradılması ilk
növbədə həll edilməli olan problemdir. Bazar iqtisadiyyatı şəraitində heç kim onun
subyektlərini istehsal, mal göndərilməsi, istehlak limiti üzrə tapşırıqları məjburi
surətdə yerinə yetirməyə təhrik etmir.
KitabYurdu.az
226
Müasir dövrdə, maddi, əmək ehtiyatları, maliyyə-dəyər və sahələrarası
balanslardan daha çox istifadə olunur. Sahələrarası balansın məlumatlarından
iqtisadiyyatın sahə strukturunun işlənib hazırlanması, ayrı-ayrı amillərin təsirinin,
məsələn, iqtisadiyyatın enerci təjhizatından, yaxud da qiymətlərin dəyişməsindən
asılılığının aşkara çıxarılması üçün istifadə edilə bilər. Bazar münasibətləri
şəraitində məhdud nomenklaturda maddi balansların işlənib hazır-lanmasının da
çox böyük əhəmiyyəti vardır.
Hər hansı bir konkret problemin həll edilməsi üçün başqa metodlardan
istifadə edilməsi mümkün olmadıqda proqram-məqsədli metoddan istifadə
olunur. Bu metodu tətbiq etmək üçün problemin seçilməsi əsaslandırılmalıdır.
Proqram-məqsədli metod sözün geniş mənasında problemin həll edilməsinə
kompleksli yanaşılmasının həyata keçiril-məsi və dərinləşdirilməsi deməkdir.
Normativ metoddan həm ayrılıqda, həm də digər me-todlarla birlikdə
istifadə oluna bilər. Məsələn, proqram-məqsədli metodla birlikdə qarşıya qoyulan
məqsəd üzrə kəmiyyət göstərijiləri və ona nail olunması üçün lazım olan ehtiyatlar
müəyyən edilir. Normativ metoddan müxtəlif balanslar tərtib olunarkən tələbatın
və mümkün olan ehtiyatların aşgara çıxarılması, dövriyyə vəsaitləri
normativlərinin, amortizasiya ayırmaları normalarının mü-əyyən edilməsi üçün
istifadə olunur.
Bazar iqtisadiyyatı şəraitində müxtəlif normativlərdən də istifadə edilir.
Bunlara texniki-iqtisadi, sosial, ekoloci normativləri, maliyyə normaları və
normativlərini misal göstərmək olar.
Texniki-iqtisadi normativlər bazar şəraitində fəaliy-yət göstərən təsərrüfat
subyektlərinə xammal, yanajaq, elektrik enercisi və s. sərfini müəyyən etməyə
imkan verir. Dövlət isə əvvəllərdə olduğu kimi, bu normativlərin işlənib
hazırlanması və tətbiq olunması əvəzinə iqtisadi inkişafın resurslara qənaətetmə
imkanı verən proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi ilə məşğul
olur.
Iqtisadi normativlər bütövlükdə iqtisadiyyatın və ayrı-ayrı sosial-iqtisadi
proseslərin inkişaf etdirilməsinin tənzimləyijisidir. Bunlara aşağıdakılar aiddir:
1) əmlaka, gəlirlərə, faydalı qazıntıların hasilatına, əmtəə və xidmətlərə görə alınan
vergilər, gömrük rüsumları; 2) maliyyə norma-tivləri-transfertlər, büdjəyə
ayırmalar, büdjədənkənar fond-lara ayırmalar və i.a; 3) bank normativləri-məjburi
ehtiyat-ların yaradılması normativləri, faiz dərəjələri və i.a.
Iqtiasdi normativlərin içərisində maliyyə normaları başlıja yer tutur. Bunlara
təhsilin idarə olunmasını, maliyyə resurslarının bölgüsünü tənzimləyən kəmiyyətin
ən aşağı, orta və ən yüksək hədlərini əks etdirən göstərijilər aiddir. Maliyyə
normativləri maliyyə resurslarından, məqsədli pul vəsaiti fondlarından səmərəli
istifadə olunmasını tənzimlə-mək üçün tətbiq edilir. Bunlardan istifadə olunması
isteh-salla maliyyə göstərijiləri arasındakı əlaqələrə, büdjənin tarazlığının təmin
edilməsinə imkan verir.
Maliyyə normaları və normativləri təsdiq olunan və hesablama yolu
əldə edilən norma və normativlərə bölünür.
Təsdiq olunan norma və normativlər-vergi dərəjə-ləri, mənfəətdən büdjəyə
ayırmalar, büdjədənkanar fond-lara ayırmalar (vahid sosial vergi), gəlir vergisinin
KitabYurdu.az
227
dərəjələri və i.a. - qüvvədə olan qanunverijiliklə müəyyən edilir. He-sablama yolu
ilə əldə edilən maliyyə normativlərinə, dövriyyə vəsaitləri normativləri misal ola
bilər.
Təyinatından asılı olaraq vahid və fərqli maliyyə norma və normativləri birbirindən fərqləndirilir. Məsələn, əsas fond növləri üzrə müəyyən olunan fərqli
amortizasiya normaları sahə üzrə vahid normalardır.
Sosial normativlər yaşayış minimumu və istehlak büdjələri əsasında
normativ metodla-minimum istehlak büdjəsi və səmərəli istehlak bədjəsi-işlənib
hazırlanmalıdır. Hazırda rəsmi statistikada bir qayda olaraq yaşayış mini-mumu,
hər nəfərə düşən orta gəlir və orta əmək haqqı gös-tərijilərindən istifadə olunur,
bunlar bir-biri və digər sosial göstərijilərlə müqayisə edilir. Lakin bu kifayət
deyildir. Çünki hazırda ölkəmizdə müəyyən olunmuş yaşayış mini-mumu BMTnin tövsiyə etdiyi normalara uyğun gəlmir və deməli, iqtisadi və sosial jəhətdən
əsaslandırıldığını demək olmaz. Müxtəlif əhali qruplarının pul gəlirlərinin real
alıjılıq qabiliyyətinin qiymətləndirilməsi də belə bir nətijə çıxarmağa imkan verir
ki, orta əmək haqqı da həyat səviyyəsinin indiqatoru vəzifəsini yerinə yetirmir.
Ekoloci normativlər dedikdə zərərli tullantıların at-mosferə təsirinin,
suyun çirklənməsinin qarşısını almaq üçün müəyyən olunan normativlər;
torpaqdan və sudan istifadə normativləri və.s. nəzərdə tutulur.
Ekoloci normativlərdən təbiəti mühafizə tədbirlərinin səmərəliliyinin
hesablanmasında, təbiəti mühafizə təyinatlı əsas fondların və obyektlərin
yaradılmasında; məqsədli təbi-əti mühafizə proqramları və təbiətin qorunmasına
dair kompleks ərazi sxemlərinin işlənib hazırlanmasında istifadə edilir.
Iqtisadiyyatın ətraf mühitə təsiri həm makroiqtisadi, həm də mikroiqtisadi
səviyyədə nəzərdən keçirilir. Makro-iqtisadi səviyyə üçün amerika iqtisadçıları
V.Leontyev və D.Fordun «Iqtisadiyyatın strukturunun ətraf mühitə təsirinin
sahələrarası təhlili» əsəri əsas təşkil edir. Bu əsərin məqsədi çirklənmənin
sahələrarası əlaqələr sisteminə daxil edilməsi və ekoloci əlaqələr nəzərə alınmaqla
sahələrarası modelin düzəldilməsindən ibarətdir. Əsərdəki materiallar ekoloci
amillər nəzərə alınmaqla iqtisadiyyatın modelləşdi-rilməsində yeni elmi
istiqamətin inkişafına təkan vermişdir.
Nəzərdən keçirilən normativlərlə yanaşı, digər əla-mətlər üzrə
normativlərdən də istifadə olunur. Məsələn, resurs və ijtimai istehsalın səmərəliliyi
üzrə normativlər də vardır.
Resurs üzrə normativlərə maddi, maliyyə, əmək və təbii resurslar üzrə
normativlər, məsələn, material tutumu, metal tutumu və i. a aiddir.
Ictimai istehsalın səmərəliliyi normativlərinə əhalinin hər nəfərinə, xərjin
hər manatına görə ümumi daxili məhsul istehsalı; rentabellik; fondverimi; ümumi
daxili məhsul artımının əmək məhsuldarlığının yüksəldilməsi nətijəsində əldə
edilən hissəsi (xüsusi çəkisi) daxildir.
KitabYurdu.az
228
Mövzu 23: Dünya iqtisadiyyatı və beynəlxalq bazar. ( 2 saat)
Plan
1. Dünya təsərrüfatının meydana gəlməsinin obyektiv əsasları.
2.İqtisadi inteqrasiya anlayışı, onun məzmunu və amilləri.
3. Beynəlxalq miqyasda kapitalın hərəkəti, onun formaları və tənzimlənməsi.
4. Birbaşa investisiya mexanizmi. İnvestisiya mühiti və məsuliyyəti.
5. Beynəlxalq miqyasda işçi qüvvəsinin miqrasiyası, onun nəticələri və
tənzimlənməsi.
1. Dünya təsərrüfatının meydana gəlməsinin obyektiv əsasları.
Beynəlxalq iqtisadi münasibətlər ayrı-ayrı ölkələrin inkişafına, onların
dünya birliyində özlərinə məxsus yer tutmalarına səbəb olur. Bu münasibətlərin
məntiqi nəticəsi kimi dünya təsərrüfat sistemi meydana gəlmişdir. Dünya
təsərrüfatı mürəkkəb quruluşa malikdir və ölkələrarası istehsal kooperasiyasını, iş
qüvvəsinin miqrasiyasını, xarici ticarəti, kapitalın və investisiyaların hərəkətini,
elm və texnika sahəsində qarşılıqlı əlaqələri, valyuta-kredit münasi-bətlərini və s.
əhatə edir.
Dünya təsərrüfatının tarixən birinci mərhələsi dünya kapitalist
təsərrüfatının meydana gəlməsi olmuşdur. Dünya kapitalist təsərrüfatı isə XIX
əsrin ortalarında iri maşınlı sənayenin inkişaf etməsi və dünya bazarının yaranması
əsa-sında formalaşmışdır.
Dünya kapitalist təsərrüfatının yaranması bir tərəf-dən, dəniz donanmasında
yük daşınmasının artmasına, iri limanların tikilməsinə, kanalların, qitələlarası
dəmir yolları-nın çəkilməsinə əsaslanmış, digər tərəfdən isə bunların inkişafını
sürətləndirmişdir. Lakin bir qədər sonralar və müasir dövrdə avtomobil nəqliyyatı
və beynəlxalq əhəmiy-yətli avtomobil yolları, habelə aviasiya daha sürətlə inkişaf
etməyə başlamışdır. Bu sahədə dünya rabitə (radio, kabel, peyk və i.a.), habelə
güclü elektron-hesablama maşınlarına əsaslanan informasiya sistemi də böyük rol
oynamışdır.
Dünya təsərrüfatının ikinci mərhələsi dünya sosialist təsərrüfatının
meydana gəlməsi olmuşdur. Bunun bünövrəsi 1917-ci ildə bolşeviklərin iqtisadi
cəhətdən geridə qalmış Rusiyada hakimiyyəti zorla ələ keçirmələri nəticəsində
dünyada qüvvələr nisbətinin dəyişməsi və keçmiş Sovet Ittifaqının güclü hərbi və
KitabYurdu.az
229
iqtisadi qüvvəyə çevrilməsi ilə qoyulmuşdur. Ikinci dünya müharibəsinin gedişində
isə bir sıra ölkələrdə yaranmış obyektiv və subyektiv amillərdən istifadə edən
"mütərəqqi" qüvvələr hakimiyyətə gəldikdən sonra, onlar da Çar Rusiyasının yolu
ilə getmiş və beləliklə də "dünya sosialist təsərrüfatı" meydana gəlmişdir. Lakin
möhkəm təməl üzərində qurulmamış bu "dünya təsərrüfatı" uzun müddət yaşaya
bilməmiş və 1990-cı illərin əvvəllərində tarix meydanında nüfuzdan düşüb
dağılmışdır.
Buradan aydın olur ki, dünya kapitalist təsərrüfatı hazırda yeganə hakim
təsərrüfatdır, ümumdünya təsərrüfatı onun bazasında formalaşır və inkişaf edir.
Bu, onunla izah edilir ki, dünyanın bütün ölkələri az və ya çox dərəcədə beynəlxalq
əmək bölgüsünə (BƏB) daxildirlər və müasir ETI-nin təsiri ilə onun daha da
dərinləşməsi iqtisadi əlaqələrin genişlənməsini sürətləndirir. Hər bir ölkənin
iqtisadi mübadilədə iştirak etməsi isə ona öz tələbatını daha tam və az xərclə
ödəməyə imkan verir. Və bu əsas üzərində BƏB-in bütün iştirakçılarında qarşılıqlı
əlaqələrin inkişaf etdiril-məsinə və deməli, iqtisadi əməkdaşlığa maraq yaradır.
Bəs, beynəlxalq əmək bölgüsü nədir?
Beynəlxalq əmək bölgüsü, əmək bölgüsünün ən yük-sək formasıdır. BƏB
dedikdə, ayrı-ayrı ölkələrin müəyyən məhsul növlərinin istehsalı sahəsində
ixtisaslaşmaları və həmin məhsulları öz aralarında mübadilə etmələri nəzərdə
tutulur. BƏB ilk dəfə XX əsrin əvvəllərində beynəlxalq kapitalist əmək bölgüsü
formasında meydana gəlmişdir.
BƏB-in əsasını dünya bazarı və ölkələr arasındakı iqtisadi münasibətlərin
digər formaları təşkil edir. Onun inkişaf etməsinin əsas səbəbi isə bütün bəşəriyyət
üçün ümumi olan elmi-texniki tərəqqinin qanunauyğunluqlarıdır. Başqa sözlə,
dünya birliyinə daxil olan ölkələr öz aralarında elmi-texniki, ən yeni məhsul
növləri istehsalı, elmi-tədqiqatların və konstruktor işlərinin nəticələrinin
mübadiləsi sahəsində əməkdaşlıq etməyə maraqlıdırlar. Müasir dövrdə nəinki
istehsal dairəsində, həmçinin elmi fəaliyyət sahəsində də əmək bölgüsünün
zəruriliyi meydana çıxır. BƏB-ə coğrafi amillər, ayrı-ayrı regionlarda bu və ya digər təbii ehtiyatla-rın olması da təsir göstərir. Müasir şəraitdə ən kəskin vaxt-larda
bir-birinə elektrik enerjisi verməklə energetika ehtiyatlarından, habelə dəniz və
okeanların sərvətindən səmərəli istifadə etmək sahəsində də ölkələrin öz aralarında
iqtisadi əməkdaşlığa girmələri imkanları meydana gəlmişdir.
BƏB öz növbəsində istehsalın beynəlmiləlləşməsinə səbəb olur. Bu,
müxtəlif ölkələrin milli təsərrüfatları arasın-da əlaqələrin meydana gəlməsi və
dərinləşməsini ifadə edən obyektiv prosesdir. Istehsalın beynəlmiləlləşməsi dünya
miqyasında ictimailəşmənin spesifik forması olmaqla, cəmiyyətin iqtisadi həyatını
əhatə edir və özünü bütün sahələrdə – istehsal, bölgü, mübadilə və istehlak – biruzə
verir. Istehsalın beynəlmiləlləşməsi beynəlxalq iqtisadi münasibət-lərin inkişaf
etməsinin obyektiv əsasıdır. Bütün bunlar ölkələr arasında iqtisadi münasibətlərin
obyektiv xarakter daşıdığını göstərir. Doğrudur, müəyyən sinfi mənafelər dünya
təsərrüfat əlaqələrinə mane ola, yaxud da onu məh-dudlaşdıra bilər. Lakin onların
həyata keçirilməsinin obyek-tiv zəruriliyi labüd olaraq özünə yol açmışdır və
bundan sonra daha da inkişaf edəcəkdir.
KitabYurdu.az
230
Dünya təsərrüfat əlaqələrinin güclənməsinin əsasını təşkil edən amillər
dəyişməz deyildir və müasir dövrdə onların əhəmiyyəti daha da artır. Bu, dünya
iqtisadiyyatının beynəlmiləlləşməsi, müasir elmi-texniki inqilabın hərtərəfli
xarakter daşıması, informasiya və kommunikasiya vasitə-lərinin yeni rolu, yer
kürəsində mövcud olan ehtiyatların vəziyyəti və s. əlaqədardır.
2. Iqtisadi inteqrasiya anlayışı, onun məzmunu və amilləri.
Müasir dövrdə dünya iqtisadiyyatında iki meyl özü-nü göstərir. Bir tərəfdən,
ölkələr arasındakı iqtisadi əlaqələr inkişaf edir, ticarət liberallaşdırılır,
kommunikasiya və in-formasiya sistemlərinin, texniki standartların yaradılması ilə
əlaqədar dünya təsərrüfatının qloballaşması güclənir, di-gər tərəfdən isə, ölkələrin
region səviyyəsində iqtisadi cəhət-dən bir-birilərinə yaxınlaşmaları və qarşılıqlı
fəaliyyət gös-tərmələri prosesi gedir, iri regional inteqrasiya strukturları formalaşır,
dünya təsərrüfatının müstəqil mərkəzləri meyda-na çıxır. Bütün bünlar beynəlxalq
iqtisadi inteqrasiyanın nəticələri olmaqla, həm də onun daha da təkmilləşdirilməsini zəruri edir.
Beynəlxalq Iqtisadi Inteqrasiya (BII) ölkələr və milli təsərrüfatlar
arasında dərin və sabit əlaqələrin, əmək bölgü-sünün müxtəlif səviyyələrdə və
formalarda inkişaf etdiril-məsi əsasında onların iqtisadiyyatının iqtisadi-siyasi
cəhət-dən birləşməsi deməkdir. Bu proses müxtəlif səviyyələrdə iqtisadi
münasibətlər, o cümlədən filiallar yaratmaqla bir-birilə yaxınlaşan ölkələrin ayrıayrı firmaları arasında əməkdaşlığın həyata keçirilməsi formasıdır. Dövlətlərarası
səviyyədə isə, inteqrasiya, onların arasında iqtisadi birlik-lərin yaradılması
əsasında formalaşır.
Firmalararası əlaqələrin sürətlə inkişaf etməsi, bu və ya digər regionda
əmtəə və xidmətlərin, kapitalın və iş qüvvəsinin sərbəst surətdə hərəkətinin təmin
olunmsına yönəldilmiş dövlətlərarası tənzimlənməni, habelə birgə iqtisadi, valyutamaliyyə, elmi-texniki, sosial, xarici və müdafiə siyasətinin yeridilməsini zəruri
edir. Bunların nəticəsində regional valyuta, infrastruktur, ümumi iqtisadi vəzifələr,
dövlətlərarası idarəetmə və maliyyə təşkilatları üzrə vahid təsərrüfat kompleksləri
formalaşır.
Iqtisadi inteqrasiyanın ən sadə forması sərbəst ticarət zonalarının
yaradılmasıdır. Bunun əhəmiyyəti hər şeydən əvvəl onunla müəyyən edilir ki,
iştirakçı-dövlətlər arasında ticarət məhdudiyyəti, birinci növbədə gömrük vergisi
aradan qaldırılır.
Iqtisadi inteqrasiyanın başqa bir forması gömrük ittifaqlarının
yaradılmasıdır. Bu zaman həmin ərazidə sər-bəst ticarət zonasının fəaliyyət
göstərməsi ilə yanaşı, həm də vahid xarici ticarət qiymətlərinin (tariflərinin)
müəyyən edilməsi və üçüncü ölkələrə münasibətdə vahid ticarət siya-sətinin
yeridilməsi nəzərdə tutulur.
Nəzərdən keçirilən hər iki halda dövlətlərarası müna-sibətlər yalnız
mübadilə sahəsinə aid olur. Bu, iştirakçı-dövlətlər üçün qarşılıqlı ticarətin və
maliyyə hesablaşmala-rının inkişaf etdirilməsində eyni imkanların yaradılmasına
KitabYurdu.az
231
xidmət edir. Gömrük ittifaqlarına daxil olan ölkələr arasında ümumi hesablaşma
vahidi fəaliyyət göstərir və valyutaların qarşılıqlı surətdə dönərliliyi təmin edilir.
Beynəlxalq Iqtisadi Inteqrasiyanın daha mürəkkəb forması ümumi
bazardır. Ümumi bazar onun iştirakçıları arasında qarşılıqlı ticarət əlaqələri və
vahid xarici ticarət tarifləri ilə yanaşı, həm də kapitalın və iş qüvvəsinin sər-bəst
hərəkəti, habelə razılaşdırılmış iqtisadi siyasət yeridil-məsi ilə səciyyələnir.
Dövlətlərarası iqtisadi inteqrasiyanın ən yüksək for-ması, onun yuxarıda
göstərilən bütün formalarını özündə birləşdirən ümumi iqtisadi və valyuta-maliyyə
siyasəti yeri-dən iqtisadi və valyuta ittifaqıdır.
Iqtisadi inteqrasiya qarşılıqlı əlaqədə olan tərəflər üçün bir sıra əlverişli
şərait yaradır.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, inteqrasiya əlaqələri təsərrüfatçılıq
edən subyektlər (firmalar) üçün maddi, əmək və maliyyə ehtiyatlarından, ən yeni
texnika və mütərəqqi texnologiyadan istifadə olunmasına, yüksək key-fiyyətli
məhsullar hazırlanmasına imkan verir.
Ikincisi, region ölkələrinin iqtisadi cəhətdən bir-biri-lərinə yaxınlaşmaları və
iştirakçı ölkələrin firmaları üçün imtiyazlı şərait yaradır, onları başqa ölkələrin
firmalarının rəqabətindən müəyyən dərəcədə qoruyur.
Üçüncüsü, inteqrasiya əlaqələri onun iştirakçılarına daha kəskin sosial
problemləri (məsələn, ayrı-ayrı rayonla-rın inkişaf şəraitinin bir-birinə
yaxınlaşması və son nəticədə bərabərləşməsi, əmək bazarında vəziyyətin
"yumşaldılması", əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi, səhiyyə
sisteminin, əmək mühafizəsi və sosial təminatın daha da inkişaf etdirilməsi və s.)
birlikdə həll etməyə imkan verir.
Lakin milli təsərrüfatlar arasındakı qarşılıqlı əlaqələr müxtəlif miqyasda və
intensivlikdə inkişaf edir. Odur ki, bu prosesi müəyyən edən obyektiv amilləri
nəzərdən keçirmək lazımdır. Başqa sözlə, inteqrasiya prosesi bir sıra amillərlə
müəyyən edilir ki, bunların içərisində də əsas yeri aşağıda-kılar tutur: 1)
Təsərrüfat həyatının qloballaşması; 2) Beynəl-xalq əmək bölgüsünün dərinləşməsi;
3) Elmi-texniki inqila-bın xarakteri; 4) Açıq milli iqtisadiyyata geniş yer verilməsi.
Bu amillər bir-biri ilə qarşılıqlı surətdə əlaqədardır. Belə ki, müasir dövrdə
BƏB əsasında ölkələr, xüsusilə də onların firmaları arasında sabit iqtisadi
əlaqələrin inkişafı qlobal xarakter almışdır. Milli iqtisadiyyatların daha çox açıq
xarakter daşıması, transmilli korporasiyaların fəaliy-yətlərinin, ETI-nin, beynəlxalq
ticarətin, kapitalın hərəkə-tinin, müasir nəqliyyat, rabitə və informasiya
sistemlərinin geniş miqyas alması təsərrüfat həyatının beynəlmiləlləşmə-sinin elə
bir səviyyəyə gəlib çıxmasına səbəb olmuşdur ki, bu, bir çox ölkələrin firmaları
arasındakı qarşılıqlı əlaqə-lərin qlobal şəbəkəsinin yaranmasını təmin etmişdir.
Təsərrüfat həyatının qloballaşması regional səviyyədə daha intensiv
gedir. Çünki hər hansı bir ölkənin firmalarının böyük əksəriyyəti qonşu ölkənin
firmaları ilə müəyyən əlaqələrə girirlər. Bununla əlaqədar olaraq dünya təsərrüfatının qloballaşmasının əsas meyllərindən biri bu və ya digər ölkələrin, yaxud da
inkişaf etmiş ölkələr qrupunun ətrafında inteqrasiya zonalarının, iri iqtisadi
meqablokların (məsələn, Amerika qitəsində ABŞ, Sakit Okean zonasında ABŞ və
Yaponiya, Qərbi Avropada aparıcı Qərbi Avropa ölkələri) yaradılmasıdır. Bəzi
KitabYurdu.az
232
hallarda regional inteqrasiya blokları çərçivəsində subregional "mərkəzlər"
yaradılır. Bu, Sakit Okean regionu üçün daha səciyyəvidir.
BƏB dərinləşməkdə davam edir. XX əsrin ikinci yarısında dünya
təsərrüfatında, ətrafında sürətli iqtisadi inkişaf zonalarının formalaşdığı liderdövlətlər meydana gəlmişdir. Bunlara elm tutumlu məhsulları istehsal və ixrac
edən Avropa Ittifaqını, ABŞ, Yaponiya və b. misal göstər-mək olar. Çin və Cənubşərqi Asiyanın yeni sənaye ölkələri (Cənubi Koreya, Tayvan, Sinqapur, Tailand,
Malayziya, Indoneziya) elektron texnikasının istehsalını mənimsəmiş və indi onun
ixrac edilməsi ilə fəal məşğul olurlar. Yüksək dərəcədə inkişaf etmiş kənd təsərrüfatına malik olan və ixrac üçün məhsul istehsalı sahəsində ixtisaslaşmış ölkələr
qrupu vardır. Bunlara Yeni Zelandiyanı, Yunanıstanı, Hollandiyanı, Braziliyanı,
Finlandiyanı misal göstərmək olar. Kənd təsərrüfatı məhsullarının ixracı ilə ABŞ
və Böyük Britaniya kimi yüksək dərəcədə inkişaf etmiş ölkələr də məşğul olurlar.
Bəzi ölkələr (məsələn, OPEK ölkələri) neft istehsalı və ixracı sahəsində
ixtisaslaşmışlar.
Bunlarla yanaşı, hələlik ayrı-ayrı ölkələrin xammal kimi bir və ya iki növ
ixrac məhsulunun istehsalı sahəsində ixtisaslaşmaları ənənəsi də qalmaqdadır. Bu,
Afrikanın əksər, Latın Amerikasının isə bir sıra ölkələri üçün səciy-yəvidir.
Elmi-texniki tərəqqinin təsiri ilə firmadaxili və ölkə-lərarası səviyyədə
predmet, detal və texnoloji əmək bölgüləri getdikcə dərinləşir. Ayrı-ayrı
ölkələrdəki istehsalçılar arasın-da qarşılıqlı əlaqə və asılılıqlar yalnız əməyin
nəticələrinin mübadiləsi əsasında deyil, həm də kooperasiyalaşdırma,
kombinələşdirmə və istehsal-texnoloji proseslərin bir-birini tamamlaması əsasında
birgə istehsalların təşkili yolu ilə həyata keçirilir. Müxtəlif ölkələrin firmaları
arasındakı koo-perasiyalaşdırmanın intensiv inkişafı iri beynəlxalq istehsalinvestisiya komplekslərinin meydana gəlməsinə gətirib çıxarmışdır. Belə
komplekslərin yaradılması təşəbbüsü ilə adətən transmilli korporasiyalar çıxış
edirlər.
Inteqrasiya proseslərini stimullaşdıran amillərdən bi-ri də milli iqtisadiyyatın
açıq olması səviyyəsinin artması-dır. Açıq iqtisadiyyatın səciyyəvi cəhətləri
aşağıdakılardır:
1) Ölkə iqtisadiyyatının dünya təsərrüfat münasi-bətlərinə bağlılığı (bunu
dünya ölkələrinin çoxunun ÜMM-də əmtəə və xidmətlər üzrə ixracın xüsusi
çəkisinin artma-sından aydın görmək olar);
2) Əmtəələrin, kapitalın və iş qüvvəsinin ölkələr-arası hərəkətində
məhdudiyyətlərin azaldılması, yaxud da tamamilə aradan qaldırılması;
Milli valyutaların konversiya edilməsi.
3. Beynəlxalq miqyasda kapitalın hərəkəti, onun formaları və tənzimlənməsi.
Beynəlxalq miqyasda kapitalın hərəkəti dedikdə, onun ixrac edilməklə
xaricdə yerləşdirilməsi nəzərdə tutu-lur. Kapital isə aşağıdakı formalarda ixrac
olunur: 1) Xüsusi və ya dövlət kapitalı formalarında; 2) Pul və əmtəə kapitalı formalarında. Maşın və avadanlıqlar, patentlər və nou-hau ixracı, habelə əmtəə
formasında verilən kreditlər də kapital ixracına aiddir. 3) Qısa müddətli (adətən bir
KitabYurdu.az
233
ilə-dək) və uzun müddətli formalarda. Borc formasında kapital ixracı (borc
kapitalı) sahibinə əsas etibarilə əmanətlər, verilmiş borc və kreditlər üzrə faiz
şəklində, sahibkar kapi-talı isə mənfəət formasında gəlir gətirir.
Sahibkar kapitalına birbaşa və dolayı investisiyalar daxildir. BVF-nin
müəyyən etdiyinə görə birbaşa investisi-yaların səciyyəvi cəhəti ondan ibarətdir ki,
sahibkar investi-siya qoyduğu əmlakın (müəssisənin) idarə olunmasında nəzarəti
öz əlində saxlayır. Dolayı investisiyalar isə onun sahibinə belə bir səlahiyyət
vermir. Çünki bu investisiyalar adətən səhmlər zərfindən (yaxud da ayrı-ayrı
səhmlərdən) ibarət olur. Bu, firmaların xüsusi kapitalının 10-20%-dən azını təşkil
edir. Dolayı investisiyalara istiqrazlar və digər qiymətli kağızlar da daxildir. Ayrıayrı ölkələrdə formal olaraq birbaşa və dolayı investisiyalar arasında müxtəlif
formalarda və müəyyən hədd daxilində fərq qoyulur. Lakin bu hədd şərtidir. Ona
görə ki, bəzi hallarda, xüsusilə də fir-maların özlərinə məxsus olan kapital çoxsaylı
həmsahiblər arasında bölündükdə, səhmlərə sahib olmaq idarəetməyə nəzarəti
həyata keçirməyə imkan verir. Sahibkar və borc kapitalları arasında da belə qeyrimüəyyən hədd qoyulur. Məsələn, firmaların özlərinin xaricdə olan filiallarına
verdikləri borc birbaşa investisiyalara aid edilir.
Investorlar birbaşa investisiyaları ixrac etməklə baş-qa ölkələrdə yeni
firmalar (müstəqil və ya yerli tərəfdaşlarla birlikdə) təsis edir, yaxud da xaricdə
fəaliyyət göstərən fir-malarda müəyyən paya sahib olurlar. Xaricdə belə firmaları
adətən filial (ingiliscə – foreign affilates) adlandırırlar.
Bu filiallar da öz növbəsində şöbələrə, qız və assosia-tiv şirkətlərə bölünür.
Şöbə (ingiliscə – division, branch) xaricdə qeydiyyatdan keçsə də xüsusi balansa
malik olan müstəqil şirkət hesab edilmir və əsas firmaya məxsus olduğu üçün
hüquqi şəxs sayılmır. Qız şirkətləri (ingiliscə – subsidiary) isə xaricdə müstəqil
şirkət kimi qeydiyyatdan keçirilir, başqa sözlə, müstəqil balansa malik
olmaqla, hüquqi şəxs hesab edilir. Lakin onun fəaliyyəti üzərində nəzarəti
səhmlərin əsas hissəsinə, yaxud da onun kapitalına sahib olan baş firma həyata
keçirir. Assosiativ şirkətlər (accociated company, accociate) qız cəmiyyətlərindən
onunla fərqlənir ki, o, baş firmanın nəzarəti altında deyil, təsiri altında olur. Çünki
assosiativ şirkətlərin səhmlərinin çox böyük hissəsi bir şirkətə məxsus olur. Bu
şirkətlərin müxtəlif növləri ola bilər. Bunlardan biri iki və daha çox milli firmanın
(onların içərisində xarici firmalar da ola bilər) vəsaiti hesabına yaradılan müştərək
şirkətlərdir. Ingiliscə buna joint ventures deyilir. Müştərək müəssisələr az çeşiddə
məhsul buraxa və qısa müddət mövcud ola bilər. Burada xarici müəssisələrin
iştirakı məcburi deyildir.
Bəzi hallarda bir səhminin belə baş şirkətə məxsus olmadığı müəssisələri də
xarici firmalara aid edirlər. Baş firmalar onlara (filiallara) müqavilə əsasında
nəzarət edirlər. Müqavilə filialın idarə edilməsilə əlaqədar olaraq bağlana bilər.
Bunlara mehmanxanaların idarə olunmasına dair razılaş-maları misal göstərmək
olar.
Xaricdə fəaliyyət göstərən kapitalın dəyəri olduqca çoxdur. Belə ki, 1996-cı
ilə olan məlumata görə dünyada birbaşa investisiyalar təqribən 3 trln. dollara
bərabərdir. Dünyada mövcud olan 40 min baş firmanın (transmilli
korporasiyaların) sahib olduğu 270 mindən çox xarici filiallar var və onların sayı
KitabYurdu.az
234
daim artır. Bunların çoxu orta və kiçik müəssisələrdir və dünya bazarlarına daha
çox çıxırılar. Lakin qeyd etmək lazımdır ki, transmilli korporasiyaların əsasını hələ
də onlarla, bəzi hallarda hətta yüzlərlə xarici filialı olan iri korporasiyalar təşkil
edirlər. Belə ki, birbaşa xarici investisiyaların 1/3 hissəsi bazar iqtisadiyyatının
inki-şaf etdiyi ölkələrin yüz iri korporasiyasının payına düşür. Bu korporasiyaların
mənzil-qərargahının 90%-dən çoxu da məhz bu ölkələrdə yerləşmişdir. Lakin
transmilli korporasi-yaların sayı inkişaf etməkdə olan və keçid dövrü iqtisadiyyatını "yaşayan" ölkələrdə daha sürətlə artır. Bu proses özünü Meksika, Braziliya,
ÇXR, Koreya Respublikası, Rusiya və başqa ölkələrdə daha bariz şəkildə göstərir.
Inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin bir çoxu belə hesab edir ki,
onların bazarı yalnız ticarətlə məh-dudlaşa bilməz, xaricə daha çox investisiya
qoymağa çalış-maq, şöbə, filial, assosiativ firma yaratmaq lazımdır. Onla-rın
fikrincə bu, həmin firmaların xarici bazara nüfuz etmə-ləri və öz fəaliyyətlərini
genişləndirmələri üçün etibarlı üsuldur.
Bəs, kapital nə üçün ixrac və idxal olunur? Ilk baxış-da çox sadə görünən
bu suala bir çox nəzəriyyələr cavab verməyə çalışmışlar və indi də buna cəhd
göstərirlər. Bun-ların içərisində diqqəti daha çox cəlb edən neoklassik, neokeynsçilik və marksist nəzəriyyələrdir.
Neoklassik nəzəriyyə beynəlxalq ticarət haqqında klassik nəzəriyyə
əsasında inkişaf etmişdir. Belə ki, onun tərkib ünsürlərindən biri D.Rikardonun
beynəlxalq ticarət-də müqayisəli üstünlük prinsipidir. Ingiltərə iqtisadiyyatının
klassiklərindən olan C.S.Mill bu prinsiplərə əsaslanaraq XIX əsrdə dünyada birinci
dəfə ölkələr arasında kapitalın hərəkəti məsələlərini təhlil etməyə başlamışdır. O,
D.Rikardodan sonra qeyd edirdi ki, ölkələr arasında kapitalın hərəkətinin səbəbi
mənfəət normalarındakı müxtəliflikdir.
XIX əsrin axırları, XX əsrin əvvəllərində yaşamış ingilis iqtisadçıları
C.A.Hobson və C.Keyns, J.B.Seyin is-tehsal amilləri haqqında konsepsiyasından
istifadə edərək, onu beynəlxalq iqtisadi münasibətlərin (o cümlədən kapita-lın
hərəkəti) üzərinə "keçirmişlər". C.Keyns beynəlxalq tica-rətlə istehsal amillərinin
hərəkətinin alternativliyi haqqında sübutsuz müddəanı formalaşdırmışdır. Bu, o
deməkdir ki, müəyyən şəraitdə istehsal amillərinin miqrasiyası beynəlxalq
ticarəti əvəz edə bilər. Bu isə həmin nəzəriyyənin tərəfdar-larının marjinalizmin
baniləri K. Mengerin, U. Cevonsun, Y. Bem-Baverkin əsərlərində işlənib hazırlanmış istehsal amillərinin son məhsuldarlığı məsələlərinə olan marağının səbəbini
araşdırmağa əsas verir.
Kapitalın beynəlxalq miqyasda hərəkətinə dair neo-klassik nəzəriyyə son
olaraq XX əsrin ilk onilliklərində E. Xekşer və B. Olin, R. Nurkse və K. Iversen
tərəfindən bir sıra müddəalarla zənginləşdirilmişdir. Belə ki, E. Xekşer son
faydalılıq nəzəriyyəsinə özünün konsepsiyası çərçivəsində istehsal amilləri
qiymətlərinin beynəlxalq miqyasda taraz-laşması meylləri haqqında tezisi
formalaşdırmışdır. Bu meyllər özünə istər beynəlxalq ticarət, istərsə də istehsal
amillərinin beynəlxalq miqyasda hərəkəti vasitəsilə yol açır.
B.Olin özünün beynəlxalq ticarət konsepsiyasında göstərirdi ki, istehsal
amillərinin hərəkəti ayrı-ayrı ölkələrdə onlara olan tələbin müxtəlifliyi ilə
əlaqədardır. Belə ki, istehsal amilləri adətən son məhsuldarlığı az olan
KitabYurdu.az
235
yerlərdən məhsuldarlıq daha yüksək olan yerlərə doğru hərəkət edir. Kapital
üçün son məhsuldarlıq isə birinci növbədə faiz dərəcəsi ilə müəyyən edilir. Lakin
B.Olin bunlarla yanaşı, kapitalın beynəlxalq miqyasda hərəkətinə təsir göstərən
digər məqamları da aşkara çıxarmışdır. Bunlara gömrüklə əlaqədar maneələr,
firmaların kapital qoyuluşunu genişləndirməyə cəhd göstərmələri, ölkələr arasında
siyasi ixtilaflar və s. misal ola bilər.
R. Nurkse kapitalın beynəlxalq miqyasda hərəkətinə dair müxtəlif modellər
yaratmış və belə bir nəticəyə gəlmişdir ki, əmtəə ixracının sürətlə artdığı ölkələrdə
kapitala olan tələb də artır. Bu isə kapitalın idxal olunmasını zəruri edir. Əksinə,
əmtəə ixracı azaldıqda kapitala olan tələb və onun idxalı da azalır.
K.Iversen də neoklassik nəzəriyyəni bir sıra yeni müddəalarla
zənginləşdirmişdir. Belə ki, o, kapitalın beynəl-xalq miqyasdaki hərəkətini iki yerə
bölmüşdür. Bunlardan birini real, digərini isə tarazlaşdırıcı, yəni tədiyə balansını
tənzimləmək üçün lazım olan kapital adlandırmışdır. O. həmçinin göstərmişdir ki,
kapitalın müxtəlif növləri beynəlxalq miqyasda müxtəlif sürətlə hərəkət etmək
qabiliyyətinə malikdir və eyni bir ölkənin, kapitalı həm ixrac, həm də idxal etməsi
məhz bununla əlaqədardır.
Neokeynsçilik nəzəriyyəsində əsas diqqət kapitalın hərəkəti ilə ölkənin
tədiyə balansı arasındakı əlaqəyə yönəldilir. C.Keynsin özü kapitalın hərəkətini
ayrı-ayrı ölkə-lərin tədiyə balansınadıkı qeyri-bərabərliklə əlaqələndirirdi. O,
B.Olinlə mübahisədə qeyd edirdi ki, kapital ixracı o vaxt həyata keçirilir ki, əmtəə
və xidmətlərin ixracı onların idxalından çox olsun. Bu qayda pozulduqda isə
dövlətin işə qarışmasına ehtiyac duyulur.
R. Xarrod özünün "Iqtisadi dinamika" modelində göstərirdi ki, kapital
ilə zəngin olan ölkədə iqtisadi artım sürəti nə qədər aşağı olursa, kapital ixracına
meyl də bir o qədər güclü olur. Y.Domar qeyd edirdi ki, kapital ona görə ixrac
edilir ki, xaricdə qoyulan investisiyalara görə əldə edi-lən gəlirin artım sürəti, ölkə
daxilində qoyulan investisi-yalara görə əldə edilən gəlirin artım sürətindən yüksək
olur.
Neokeynsçilik nəzəriyyəsi bazar iqtisadiyyatının yüksək dərəcədə inkişaf
etdiyi ölkələrin Afrika, Asiya və Latın Amerikası ölkələrinin inkişafına yardım
etmələrinə dair yeritdikləri siyasətin əsaslarından biri olmuşdur.
Kapital ixracı ilə əlaqədar marksist nəzəriyyə də diqqəti cəlb edir.
K.Marks ölkədən kapital ixracını onun artıqlığı ilə izah edirdi. O da klassiklər kimi
kapital artıqlığı dedikdə ölkə daxilində tətbiq olunduqda mənfəət norma-sının aşağı
düşməsinə gətirib çıxaran kapitalı nəzərdə tutur-du. K.Marksın fikrincə kapital
artıqlığı üç formada – əmtəə, məhsuldar (artıq istehsal gücləri və iş qüvvəsi) və pul
formasında – olur. Əmtəə və pul formasında olan bu artıq kapital (real və ya mümkün olan) xaricə göndərilir.
Iqtisadi nəzəriyyədə transmilli korporasiyalara xüsu-si diqqət yetirilir. Bu,
digər amillərlə yanaşı, həm də XX əsrin II yarısında onların çox sürətlə artması ilə
əlaqədardır. Transmilli korporasiyalar əvvəlcə firmalar səviyyəsində, sonra isə
müstəqil konsepsiya kimi öyrənilmişdir. Bunların əsasında amerika iqtisadçıları
S. Xaymer, R.Kouza və R. Vernonun ideyaları durur. S. Xaymerin fikrincə
firma xaric-də birbaşa investisiyaları həyata keçirdikdə yerli rəqiblərlə müqayisədə
KitabYurdu.az
236
üstünlüyə malik olmalıdır. R. Kouzanın ideya-sının mahiyyəti ondan ibarətdir ki,
iri korporasiyanın daxi-lində spesifik bazar olmalıdır. R. Vernon isə özünün
məhsu-lun həyat dövrü konsepsiyasında transmilli korporasiya fenomenini –
birinci növbədə milli inhisarların xarici rəqiblərinə xəbərdarlıq zərbəsi
endirmələrinə cəhd göstərmələri ideyasını irəli sürmüşdür.
Transmilli korporasiyaların başlıca cəhətləri onların xaricdə əmtəə və
xidmətlərin istehsalı ilə məşğul olmaları, yəni birbaşa investisiya qoymalarıdır.
Bununla əlaqədar olaraq birbaşa investisiyaların daha geniş yayılmış aşağıdakı
modelləri hazırlanmışdır:
1) Inhisarçının üstünlüyü modeli. Bunu S.Xaymer iş-ləyib hazırlamış,
sonra isə o, Ç.P.Kindleberqer, R.Y.Keyvz, Q.C.Conson, R.Lakrua tərəfindən
inkişaf etdirilmişdir. Bu model belə bir ideyaya əsaslanır ki, yerli investora
nisbətən xarici investor müəyyən dərəcədə əlverişsiz şəraitdə olur. O, ölkənin
bazarlarını və onlardakı "oyun qaydaları"nı yaxşı bilmir, burada əlaqələri geniş
deyildir, əlavə nəqliyyat xərc-ləri sərf edir, riskə görə daha çox əziyyət çəkir. Odur
ki, o, yerli rəqiblərlə müqayisədə əlavə üstünlüklərə malik olmalı-dır ki, bunun
hesabına daha çox mənfəət əldə edə bilsin.
Xarici investor isə aşağıdakı hallarda inhisarçı üstün-lüyünə nail ola
bilər: a) Yerli əmtəə bazarlarında qeyri-mü-kəmməl rəqabətdən (onun məhsulları
bir sıra keyfiyyət gös-təricilərinə görə seçildikdə) istifadə olunduqda; b) Istehsal
amilləri bazarlarında qeyri-mükəmməl rəqabətdən (xarici firmalarda ən yeni,
təkmilləşdirilmiş texnika mövcud və investor böyük sahibkarlıq qabiliyyətinə
malik olduqda) istifadə etdikdə; c) Istehsalın miqyasında üstünlüyə malik olduqda
(bunun hesabına daha çox mənfəət əldə etmək mümkündür); q) Xarici investisiyaların tənzimlənməsinə dair dövlət tərəfindən əlverişli şərait yaradıldıqda (xarici
kapital üçün xüsusi imtiyazlar müəyyən edildikdə) və i.a.
1) Məhsulun həyat dövrü modeli. Bu, firmaların inkişafı nəzəriyyəsi
əsasında amerika iqtisadçısı R.Vernon tərəfindən işlənib hazırlanmışdır. Bu
modelə uyğun olaraq yeni məhsul öz "həyatında" aşağıdakı mərhələlərdən keçir: 1)
Məhsulun bazarda irəlilədilməsi; 2) Satışın artması; 3) Yetkinlik mərhələsi; 4)
Bazarın həmin məhsulla doldurulması; 5) Satışın azalması.
Məhsulu ilk dəfə istehsal edən firmalar üçün onun beynəlxalq miqyasda
həyat dövrü bir qədər başqa cürdür. Bunu aşağıdakı kimi müəyyən etmək olar:
1) Yeni məh-sulun istehsal və ixrac olunması; 2) Xarici rəqiblərin eyni məhsuldan
istehsal etmələri və onların bazarlarda (hər şey-dən əvvəl öz ölkələrinin
bazarlarında) irəlilədilməsi ; 3) rə-qiblərin üçüncü ölkələrin bazarlarına çıxmaları
və buna uy-ğun olaraq məhsulu ilk ixrac edən ölkədən məhsul ixracının azalması;
4) rəqiblərin, yeni məhsulu ilk istehsal edən ölkə-lərin bazarlarında görünməsi.
Əlbəttə, qabaqcıl texnologiyaya sahib olan firmanın istehsal etdiyi yeni
məhsul digər firmalar tərəfindən də bu-raxıldıqda o, başqa bir yeni məhsul
buraxmağa meyl göstərə bilər. Lakin ixrac üçün təhlükə yarandıqda vəziyyətdən
çıx-maq məqsədilə başqa yoldan – məhsulun istehsalını xaricdə təşkil etmək
yolundan istifadə olunması da mümkündür. Bu, məhsulun həyat dövrünü uzatmağa
imkan verir. Həm də qeyd etmək lazımdır ki, məhsul istehsalının artırıldığı və
yetkinlik mərhələlərində "istehsal xərcləri" adətən azalır ki, bu da qiymətlərin aşağı
KitabYurdu.az
237
müəyyən olunmasına və beləliklə də ixrac olunan məhsulların miqdarının artmasına səbəb olur. Digər tərəfdən, məhsulu ixrac etməkdənsə, onun istehsalının
xaricdə təşkili iqtisadi cəhətdən daha sərfəlidir. Bu, onunla əlaqədardır ki,
məhsulun istehsalı xaricdə təşkil olunduqda dəyişən xərclər azalır, gömrük
sərhədlərindən yan keçmək imkanları artır, xarici inhisarlarla mübarizədə mövqelər
möhkəmlənir və i.a.
2) Internallaşdırma modeli. Bu model R.Kouzanın ideyalarına əsaslanır.
Onun fikrincə çox iri korporasiyaların daxilindjə xüsusi bazar (ingiliscə – internal)
fəaliyyət göstərir və o, korporasiyanın, habelə onun filiallarının (bölmələri-nin)
rəhbərliyi tərəfindən tənzimlənir. Internallaşdırma mo-delinin yaradıcıları–ingilis
P.Bekli, M.Kesson, C.Makmanus, A.Raqmen, C.Danninq və b.–belə hesab edirlər
ki, beynəlxalq əməliyyatların xeyli hissəsi, əslində transmilli korporasiyalar adlandırılan iri təsərrüfat komplekslərinin bölmələri arasındakı firmadaxili
əməliyyatlardır.
3) Marksist model. Kapital ixracına dair digər nə-zəriyyələr kimi bu
model də kapital artıqlığına əsaslanır. Bu, XIX əsrdə və XX əsrin əvvəllərində, o
zaman təsərrüfat həyatına başçılıq edən xırda mülkiyyətçilər tərəfindən, onla-rın
özləri üçün əlverişli olan üsulla – fond birjaları vasitəsilə və istiqrazlar şəklində
həyata keçirilmişdir. XX əsrin ikinci yarısından isə artıq kapital iri və ən iri
mülkiyyətçilər (inhisarlar) tərəfindən birbaşa investisiyalar şəklində ixrac olunur.
Bununla da beynəlxalq inhisarlar birbaşa investisi-yalar vasitəsilə istehsal, maliyyə
və texnoloji güclərinə görə yerli rəqiblər üzərində müəyyən üstünlük əldə etmiş
olurlar.
4) Eklektik model. Birbaşa investisiya modellərinin birtərəfli və məhdud
olmaları C.Danninq modelinin meyda-na gəlməsinə səbəb olmuşdur. O, özündə
digər modellərdə sınaqdan keçirilmiş və təcrübədə özünü doğrultmuş ünsür-ləri
birləşdirdiyi üçün onu "Eklektik paradiqma" adlandırır-lar. Bu modelə görə
aşağıdakı üç şərt bir-birinə uyğun gəldikdə firma xaricdə məhsul istehsalına
başlayır: 1) Firma xarici ölkədə fəaliyyət göstərən digər firmalar üzərində müəyyən
üstünlüyə malik olur (mülkiyyətçinin spesifik üs-tünlüyü); 2) Firma üçün bu
üstünlüyün yerlərdə, yəni məh-sulu ixrac etmək yolu ilə deyil, məhz onun
istehsalını həmin ölkədə təşkil etməklə həyata keçirilməsi daha sərfəlidir (Beynəlmiləlləşmənin üstünlüyü); 3) Firma öz ölkəsində ol-duğuna nisbətən xaricdə bəzi
istehsal ehtiyatlarından daha səmərəli istifadə edir. Hazırda birbaşa investisiyaların
ek-lektik modeli geniş şöhrət qazanmışdır.
Dolayı investisiya nəzəriyyələri də vardır. Bu nəzə-riyyələrə görə investorları xaricdə üç məqam maraqlandırır. Bunlardan biri xarici qiymətli
kağızların gəlirlilik səviyyəsi, ikincisi, bu qoyuluşlar üzrə risketmə dərəcəsi,
üçüncüsü isə – xarici qiymətli kağızlar hesabına özlərinin qiymətli kağız-larının
yayılması istəyinin olmasıdır. Bu, üç məqamın çulğalaşması ona gətirib çıxarır ki,
dolayı investisiyalar iqtisadi və siyasi vəziyyətin dəyişməsinə daha çox məruz
qalır.
Kapital axını nəzəriyyəsi hələlik bir o qədər mükəm-məl işlənməmişdir.
Bunu ondan görmək olar ki, kapital axını termininin özü müxtəlif cür izah edilir.
Bu isə istər-istəməz onun nəticələrinin qiymətləndirilməsinə təsir edir. Belə ki,
KitabYurdu.az
238
D.Kaddinqton kapital axınını, onun qısa müddətə idxal və ixrac olunması ilə izah
edir. Lakin tədqiqatçıların əksəriyyəti ölkədən kapital axınını onun mənafeyinə
zidd olan hadisə kimi qiymətləndirir və bunu ölkədə sahibkarlıq üçün əlverişli
investisiya mühitinin yaradılmaması ilə izah edirlər. Bəziləri isə belə hesab edirlər
ki, kapital ona görə "qaçır" ki, o, bir çox hallarda qeyri-qanuni yolla əldə edilir və
"yuyulma" tələb edir.
4. Birbaşa investisiya mexanizmi. Investisiya mühiti və məsuliyyəti.
Firmalar başqa ölkələrə investisiya qoyarkən aşağı-dakıları nəzərə
alırlar:
1) Onlar kapitalı daha çox səmərə verən ölkəyə ixrac etməyə cəhd göstərir
və buna əmtəə və xidmətlərin "yerlər-də" istehsalını təşkil etməklə nail olurlar.
Birbaşa investisi-yaların çox hissəsi məhz bu məqsədə yönəldilir.
2) Bu, texniki-iqtisadi göstəricilərlə əlqədardır. Bir-başa investisiyaların bir
hissəsi infrastrukturun (anbarların, nəqliyyat müəssisələrinin, bankların, sığorta
şirkətlərinin, ti-carət təşkilatlarının və i.a.), başqa sözlə, satışın təmin edil-məsi
üçün xidmət şəbəkəsinin yaradılmasına yönəldilir.
3) Bu, iqtisadi və siyasi qeyri-sabitliyin, vergilərin yüksək olması, qeyriqanuni yollarla əldə edilmiş "çirkli pulların yuyulmasının" zəruriliyi ilə
əlaqədardır.
Birbaşa investisiyalara hazırlıq və onun həyata keçi-rilməsi təqdim olunan
layihələrin təhlilinə əsaslanır. Odur ki, bu layihələrin xüsusiyyətləri üzərində
dayanmaq məqsə-dəuyğun olardı.
Məlum olduğu kimi, başqa ölkələrdə firma yarat-maqda məqsəd ölkənin
həmin bazarlara göndərdiyi məhsul-ları sınaqdan keçirməkdir. Birbaşa
investisiyaların həyata keçirilməsi üçün layihələrin hazırlanması bir neçə mərhələdən keçir. Buna əmtəə və xidmətlərin ixrac olunduğu ölkə-nin bazarlarının
öyrənilməsindən başlanılır. Bu məqsədlə, əvvəlcə satış üçün perspektivli olan
məhsullar və bazarların tutumu müəyyən edilir. Bundan sonra əmtəə və
xidmətlərin ixrac olunması şərtləri barədə danışıqlar aparılır, müqavilələr bağlanır.
Müqavilələrdə alqı-satqı şərtləri, ofi-sin saxlanması, nəqliyyat və anbar təsərrüfatları, əmtəələrin tədarükü və saxlanması, gömrük haqqı, yüklənmə, sığortalanma və s. üzrə xərclər nəzərdə tutulur. Hesablama milli və xarici dönərli valyuta ilə
aparılır və bir neçə ili əhatə edir.
Bununla yanaşı, yaradılan firmaların fəaliyyətinə birbaşa, yaxud da dolayısı
ilə aid olan milli və xarici ölkənin qanunvericilik sənədləri işlənib hazırlanır.
Bunlara kapitalın idxal və ixrac olunması, əldə edilən mənfəətin investisiya
qoyulan ölkədən "çıxarılması"na qoyulan məhdudiyyətlər, gömrük qanunvericiliyi,
rəqabət, dempinq və vergilər haq-qında qanunvericilik sənədləri, immiqrasiya
rejimi, qeyri-formal məhdudiyyətlər və s. misal ola bilər.
Investisiya mühiti və riskinin qiymətləndirilməsinə xüsusi diqqət
yetirilir, yaradılan firmanın təşkilati-hüquqi forması (birlik, səhmdar cəmiyyəti və
i.a.) müəyyən edilir, ehtiyac olduqda, onun xarici təsisçiləri seçilir.
KitabYurdu.az
239
Bundan sonra yaradılan firmanın fəaliyyətinin iqti-sadi səmərəliliyinə
qiymət verilir. Bu zaman nəzərə almaq lazımdır ki, təchizat-satış şirkətləri üçün
mənfəətin artırıl-ması sahəsində yüksək nəticələrə nail olunması heç də həmişə
başlıca məqsəd deyildir. Çünki mənfəətin dividendin artması yolu ilə deyil,
firmanın satın aldığı, yaxud da satdığı əmtəələrin qiymətləri hesabına əldə
edilməsi daha sərfəlidir.
Firmanın yaradılmasının (və ya satın alınmasının) axırıncı mərhələsinə təsis
sənədlərinin (müqavilə, nizamna-mə və i.a.) hazırlanması və qəbul edilməsi, ölkə
daxilində və xarici ölkədə səlahiyyətli orqanlardan icazə alınması (əgər bu tələb
olunursa), qeydiyyatdan keçirilməsi və adının xarici müəssisələrin qeydiyyat
reyestrinə salınması daxildir.
Kapitalın beynəlxalq miqyasda hərəkətindən bəhs olunduqda investisiya
mühiti və məsuliyyətinin (riskinin) aydınlaşdırılması da çox böyük əhəmiyyət kəsb
edir.
Investisiya (bəzi hallarda sahibkarlıq) mühiti dedik-də, kapitalın ixrac
olunduğu ölkədəki mövcud şərait nəzərdə tutulur. Bu mühiti çoxsaylı ünsürlərdən
ibarət olan aşağıda-kı qruplarda birləşdirmək olar: 1) Ölkədəki sosial-siyasi şərait
və onun perspektivləri; 2) Daxili iqtisadi şərait və onun inkişaf perspektivləri; 3)
Xarici iqtisadi fəaliyyət və onun perspektivləri. Bunların hər birinin öz "çəkisi" var
və bal sistemi ilə qiymətləndirilir. Öz kapitalını ixrac edən sa-hibkarı həm bu
amillərin hər biri, həm də ən başlıcası ma-raqlandırır. Xarici sahibkarın fikrincə,
bu, onun başqa ölkə-lərdə rastlaşdığı müxtəlif növ məsuliyyətləri səciyyələndirən
amillərdir. Bu halda məsuliyyət, investor tərəfindən qoyulmuş vəsaitin
itirilməsi ehtimalıdır. Ona görə də "risk" amili əvəzinə sadəcə olaraq "risk",
ölkədəki sosial-siyasi, iqtisadi şərait və onun inkişaf perspektivləri əvəzinə isə
"daxili iqti-sadi" və "xarici iqtisadi" risk sözlərini işlətmək olar.
Sosial-siyasi risk ölkədəki şəraitin nə dərəcədə sabit olması nəzərə alınmaqla
qiymətləndirilir. Çünki ölkədəki sosial-siyasi dəyişikliklər iqtisadi siyasəti elə
dəyişdirə bilər ki, bu, xarici şirkətlərə məxsus olan vəsaitin itirilməsi ilə
nəticələnər. Daxili iqtisadi və xarici iqtisadi riski də bu cür qiymətləndirmək olar.
Riskin təsnifləşdirilməsi ilə əlaqədar digər baxışlar da vardır. Bunlardan aşağıdakıları qeyd etmək olar:
1) Bəzi sosial risklər də daxil olmaqla siyasi risklər;
2) Maliyyə riskləri. Bu, ölkəyə və onun hüquqi şəxs-lərinə verilən borc
kapitalının ödənilə bilməsi imkanları ilə müəyyən edilir;
3) Əməliyyatlar üzrə risklər. Bunlara aşağıdakıları aid etmək olar: a) xarici
ticarət fəaliyyəti ilə əlaqədar risklər (xarici ticarət riski); b) istehsal fəaliyyəti ilə
əlaqədar risklər (istehsal riski).
Riskin qiymətləndirilməsi investorların hamısı, xüsu-silə də xaricdə kapital
qoyuluşunu həyata keçirənlər üçün olduqca vacibdir. Çünki, xarici investor tanış
olmadığı bir mühitə düşür. Ona görə də o, bu yeni mühitin müsbət və mənfi
cəhətlərindən xəbərdar olmalıdır. Bu məqsədlə müxtəlif mənbələrdən informasiya
almaq, onu təhlil etmək və qiymətləndirmək lazımdır. Burada məqsəd xaricdə
firma yaratmaq istəyən investora ilkin mərhələdə "harada" (kapital qoyuluşu üçün
ölkə seçilərkən), "necə" (bazara daxil olmaq üsulu müəyyən olunarkən) və "nə za-
KitabYurdu.az
240
man" (layihədə nəzərdə tutulan müddətdən asılı olaraq) suallarına cavab
axtarmaqda kömək göstərməkdir. Xaricdə fəaliyyət göstə-rən firmalara münasibət
isə başqa cür olmalıdır. Çünki onl-ar demək olar ki, fəaliyyət göstərdikləri
ölkələrin necə de-yərlər "ab-havasına" öyrənmişlər və onları digər məsələlərbazarda fəaliyyətin genişləndirilməsinin məqsədəuyğun olub-olmaması, hansı
məhsulların satışının təşkili və s.–maraqlandırır.
Riskin azaldılmasının mümkün olan aşağıdakı me-todları vardır:
1) Layihənin dəyərinə "riskə görə mükafatın" əlavə edilməsi. Məsələn,
100 bal sistemi ilə ölkə üzrə ümumi inves-tisiya riskinin səviyyəsi 90-100 bal
təşkil edirsə, investor layihənin dəyərinə böyük məbləğdə "riskə görə mükafat"
əlavə etmir. Bu səviyyə 80-89 bal həddindədirsə, real dis-kont dərəcəsinin
(inflyasiyadan "təmizlənmiş") 3 faizlik bənd qədər artırılması məqsədəuyğundur.
Bu səviyyə 60 baldan aşağı olduqda diskont dərəcəsinə 11 faizlik bənd əlavə
edilməsi münasib sayılır;
2) Xaricdə investisiya fəaliyyətindən mümkün olan itkiləri sığortalamaq
üçün firmaların ehtiyat fondlarının ya-radılması və ya genişləndirilməsi;
3) Xüsusi sığorta şirkətləri, habelə dövlət təşkilatları vasitəsilə siyasi
riskdən sığortalanma. ABŞ-da bunları Ixrac-idxal bankı və xarici xüsusi investisiya
korporasiyaları həyata keçirirlər (OPYS)1.
4)Elə layihə seçmək lazımdır ki, bu, doğrudan da onu qəbul edən ölkəyə
lazım olsun və xaricdə "himayə" edilsin;
5) Riskin, mülkiyyətin qeyri-səhmdar formasından istifadə olunmasına
əsaslanan səmtə yönəldilməsi.
Riskin azaldılmasına imkan verən digər üsullardan da istifadə edilə bilər və
bunlar şübhəsiz ki, kapitalın hərəkətinin sürətləndirməsinə təsir göstərər.
5. Beynəlxalq miqyasda iş qüvvəsinin miqrasiyası, onun nəticələri və
tənzimlənməsi.
Dünya iqtisadiyyatı qloballaşdıqca, ölkələrin əksə-riyyətinin iqtisadi, sosial
və demoqrafik inkişafı üçün bey-nəlxalq miqyasda iş qüvvəsinin və əhalinin
miqrasiyası başlıca amilə çevrilir. Bu, beynəlxalq iqtisadi münasibətlərin ən
mürəkkəb ünsürlərindən biridir. Çünki onun obyekti insan resurslarıdır və bu,
beynəlxalq miqrasiya ilə əlaqədar kəskin problemlər doğurur.
Iş qüvvəsinin miqrasiyası əmək ehtiyatlarının daha əlverişli şərtlərlə işə
düzəlmək üçün sakini olduğu ölkədən başqa ölkələrə getməsi deməkdir. Buna
iqtisadi amillərlə yanaşı, siyasi, etnik, mədəni, ailə münasibətləri də təsir edir.
Beynəlxalq miqrasiyada iki əsas ünsürü bir-birindən fərqləndirmək
lazımdır. Bunlardan biri daimi yaşamaq üçün başqa ölkəyə köçüb getmə
(emiqrasiya), digəri isə daimi yaşamaq üçün başqa ölkələrdən köçüb gəlmə
(immiqrasiya) adlanır. Ölkədən köçüb getmiş vətəndaşların öz vətənlərinə
qaytarılmaları da (repatriasiya) əhalinin beynəlxalq miqrasiyasına aiddir.
1
ОПЙС – Орелрсъас Привате Jнвестмент Ъорпоратион.
KitabYurdu.az
241
Beynəlxalq miqrasiya aşağıdakı kateqoriyalara bölü-nür: 1) Ölkəyə
qanuni yolla gəlmiş mühacirlər; 2) Müqavilə üzrə işləyən mühacirlər. Ölkələrin
çoxu xarici iş qüvvə-lərindən asılıdır. Odur ki, onlar iş qüvvəsi artıqlığı olan
ölkələrlə müqavilə bağlamaqla özlərinin iş qüvvəsinə olan tələbatlarını ödəyirlər;
3) Qeyri-leqal mühacirlər. Sənayecə inkişaf etmiş ölkələrin demək olar ki,
hamısında qeyri-leqal mühacirlər vardır. Bunların bir hissəsi sərhədi qeyri-qanuni
yolla keçməklə gəlir, bəziləri isə qanunla müəyyən edilmiş müddət qurtardıqdan
sonra gəldikləri ölkədə qalır və ən adi işlərdə çalışırlar; 4) Sığınacaq istəyən şəxslər. XX əsrin 80-ci illərinədək bu kateqoriyadan olan şəxslərin sayı bir qədər az
olmuş, sonra isə artmışdır. Insanlar sığınacaq haqqında xa-hişi siyasi səbəblərlə,
yaxud da yaşadığı ölkədə iqtisadi və-ziyyətin ağır olması ilə əlaqələndirirlər; 5)
Qaçqınlar. BMT-nin məlumatına görə XX əsrin 90-cı illərinin əvvəllərində
dünyada 17mln-dan çox qaçqın olmuşdur. Indiki qaçqın-ların çoxu müharibə
«qurbanlarıdır». Onlar adətən BMT-nin himayəsi altında olan xüsusi düşərgələrdə
yaşayırlar.
Kapital axını, xarici ticarət əlaqələrinin inkişafı və iqtisadi inteqrasiya kimi
iş qüvvəsinin beynəlxalq miqra-siyası da obyektiv prosesdir. Çünki əmək
ehtiyatları da ba-zar qanunlarına uyğun olaraq ən yüksək səmərə verən daha
əlverişli şərait axtarır.
Beynəlxalq bazarda insan resurslarının digər iqtisadi resurslarla
müqayisəsindən danışarkən onun xüsusiyyətini qeyd etmək lazımdır. Bu, xüsusi
növ əmtəə olan iş qüvvə-sinə aiddir. Bu xüsusiyyət ondan ibarətdir ki, iş qüvvəsi
beynəlxalq iqtisadi münasibətlərin nəinki obyekti, həm də subyektidir. Bundan
başqa, beynəlxalq miqrasiya prosesi donor və iş qüvvəsini qəbul edən ölkələrə
yalnız iqtisadi cəhətdən deyil, həm də sosial, demoqrafik və sosial-psixoloji
cəhətdən təsir göstərir.
Təsərrüfat həyatının beynəlmiləlləşməsi artdıqca bey-nəlxalq miqrasiyanın
əhəmiyyəti də artır. Son onilliklərdə beynəlxalq miqrasiyada əsas axın ABŞ-a
doğru yönəlmişdir. XX əsrin 70-ci illərində bu ölkəyə açıq şəkildə mühacirət
edənlərin sayı 4,5 mln. nəfərə çatmışdır ki, bu da 60-cı illərdəkindən təqribən 33%
çoxdur. XX əsrin 80-ci illərindən mühacirətin miqyası daha da genişlənmiş və bu,
ABŞ əhalisi artımının 39%-ni təşkil etmişdir. Bu dövrdə ölkəyə 6 mln. nəfər leqal,
2 mln. nəfər isə qeyri-leqal yolla mühacirət et-mişdir. Keçən əsrin sonlarında bu
səviyyə demək olar ki, sabit qalmışdır.
Mühacir axınının başqa bir iri mərkəzi Qərbi Avropa-dır. Bu ölkələrə hər
il orta hesabla 600 min nəfər mühacirət edir ki, bunların da ailə üzvlərinin sayı 700
min nəfərə çatır. Avropada Almaniya, Fransa və Böyük Britaniya müha-cirətin
miqyasına görə öncül mövqedədirlər. Iş qüvvəsinin miqrasiyasına–daha çox
mühacirət edilməsinə görə regional mərkəzlər arasında Avstraliyanı xüsusi qeyd
etmək olar.
Iş qüvvəsini qəbul edən müxtəlif ölkələr üçün miq-rasiya mənbələri birbirindən fərqlənir. Bu, bir tərəfdən iş qüvvəsinin üz tutduğu ölkənin müasir
dünyada oynadığı rol və malik olduğu imkanla, digər tərəfdən isə onun tarixi,
etnik, coğrafi əlaqələri ilə bağlıdır. Və müasir mühacir axını-nın coğrafiyasında
nəzərə çarpan dəyişikliklər müşahidə olunur. Belə ki, XX əsrin 60-cı illərində ABŞ
KitabYurdu.az
242
üçün yeni mühacirətin əsas mənbələri Kanada və Qərbi Avropa (mü-hacirət edənlərin 80%-ə qədəri) olmuş, 70-80-ci illərdə isə Latın Amerikası və Asiya ölkələri
üstünlüyə malik olmuşlar. 90-cı illərdə bu regionlardan ABŞ-a gələnlər mühacirət
edənlərin 85%-ni təşkil etmişdir.
Keçən onilliklər ərzində mühacirlərin təkcə etnik tər-kibi deyil, peşə və
təhsil səviyyələri də dəyişmişdir. XX əsrin 80-ci illərində ABŞ-a 1,5 mln. nəfər ali
təhsilli mütəxəssis mühacirət etmişdir. Lakin bütün mühacirlərin yüksək ixtisas və
peşə təhsilinə malik olduqlarını demək düzgün olmazdı. Belə ki, mühacirlərin
33%-i hətta orta məktəbi belə bitirməmişlər.
Əhalinin və iş qüvvəsinin beynəlxalq miqrasiyası ayrı-ayrı ölkələrin milli
qanunvericilikləri və beynəlxalq hüquq normaları ilə tənzimlənir.
Qanunvericilikdə iki meyl özünü göstərir. Bunlardan biri açıq iqtisadiyyata və
buna uyğun olaraq əhalinin və əmək ehtiyatlarının sərbəst surətdə yerdəyişməsi,
digəri isə beynəlxalq miqrasiya sahəsində himayədarlıq və məhdudiyyətlərə
əsaslanır.
Hər bir ölkədə milli miqrasiya siyasəti işlənib hazır-lanır. Dövlətin
miqrasiya siyasəti ölkədən gedən və ölkəyə gələn adamların, onlara ölkədə
yaşamaq üçün vətəndaşlıq statusu verilməsinin, yaxud da onların vətəndaşlıqdan
məh-rum edilməsinin, xarici iş qüvvəsindən istifadənin, onların işlədikləri dövrdə
qaçqınların sosial müdafiəsinin təşkili sis-teminin tənzimlənməsinə yönəldilmiş
qanunvericilik, təşki-lati və digər tədbirlər kompleksidir.
Inkişaf etmiş ölkələrin çoxu beynəlxalq miqrasiya-nın sosial vəziyyətə və
əmək bazarına nəzarət oluna bilmə-yən təsirinə yol verməmək üçün özlərinin
iqtisadiyyatlarını və əhalisini müdafiə etməyə yönəldilən və himayədarlığa
əsaslanan miqrasiya siyasəti yeridirlər. Məsələn, ABŞ-da 1990-cı ildə qüvvəyə
minmiş mühacirət haqqında qanuna uyğun olaraq 1995-ci ildən başlayaraq ölkəyə
hər il 675 min nəfərdən çox mühacir gəlməsinə yol verilmir. Qanunda həmçinin
ABŞ-a iş axtarmaq üçün hər il 140 min nəfərin gəlməsi ilə əlaqədar kvota müəyyən
edilmişdir.
XX əsrin 90-cı illərində siyasi və demoqrafik qeyri-sabitliyin artması və
mühacirlərin işlə təmin olunmasının mürəkkəbləşməsi ilə əlaqədr olaraq Avropa
ölkələrinin çoxu özlərinin mühacirət haqqında qanunvericiliklərini sərtləşdirmişlər. Məsələn, 1993-cü ildə Fransa ölkəyə yeni müha-cirlərin gəlməsini
məhdudlaşdırmışdır. Avstriya, Italiya, Ispaniya və Portuqaliya da özlərinin
mühacirət haqqında qanunvericiliklərində bu istiqamətdə dəyişikliklər
etmişlər. Beynəlxalq konvensiyalar, o cümlədən, 1948-ci il dekabrın 10-da BMT
tərəfindən qəbul edilmiş insan hüquqlarına dair ümumi bəyannamədə hər bir şəxsə
sərbəst surətdə yaşayış yeri seçmək hüququ verilir. Bunlarla birlikdə razılaşma əldə
edən, miqrasiya prosesini tənzimləyən beynəlxalq hüquq normaları, inteqrasiya
qruplaşmaları daxilində əhalinin və iş qüvvəsinin yerdəyişməsinin liberal
normaları və üçüncü ölkələrə münasibətdə məhdudiyyətləri müəyyənləşdirir. Məsələn, Avropa Ittifaqı çərçivəsində əhalinin və iş qüvvəsinin beynəlxalq miqrasiya
axınını tənzimləyən bir sıra kon-vensiyalar imzalanmışdır. Bunların içərisində
1957-ci ildə bağlanmış və 1968-ci ildə qüvvəyə minmiş Roma müqavilə-sinin 52ci yarımfəslində AI-nin ilk 6 iştirakçısı olan ölkə-lərin işçilərinə (sonra bu qayda
KitabYurdu.az
243
AI-nin üzvü olan bütün öl-kələrə şamil edilmişdir) həmin ölkələrdə sərbəst surətdə
iş axtarmaq hüququnu verən sənəd, sığınacaq verilməsi qaydalarını müəyyən edən
və 1990-cı ildə qəbul edilmiş Dublin konvensiyasını göstərmək olar. Qeyd etmək
lazımdır ki, həm bütün əhalinin, həm də iş qüvvəsinin beynəlxalq miq-rasiyası
təkcə iqtisadi deyil, eyni zamanda çox mürəkkəb siyasi və sosial-iqtisadi hadisədir.
O, istər iş qüvvəsinin gəldiyi, istərsə də getdiyi ölkənin əmək ehtiyatlarının tərkibinə əhəmiyyətli dərəcədə təsir edir, əmək bazarında şəraitin dəyişməsinə, iş
qüvvəsini qəbul edən ölkənin sosial-siyasi həyatında çətinliklərə gətirib çıxarır.
Mühacirət yerli əhali ilə "gəlmələr" arasında, etnik, irqi, dini və mədəni
fərqlərlə əlaqədar bir sıra problemlərin meydana çıxmasına səbəb ola bilər.
Bütün ölkələrin rastlaşdıqları çətinliklər bunu əyani surətdə sübut edir.
Bəs, iş qüvvəsinin beynəlxalq miqrasiyasının hər iki tərəf üçün nə kimi
nəticələri ola bilər? Bu suala birmənalı cəvab vermək olmaz.
"Zəkaların axını" prosesinin ABŞ-ın iqtisadiyyatı üçün müsbət təsiri
haqqında az yazılmamışdır. Təkcə bunu demək kifayətdir ki, XX əsrin 80-ci
illərində ABŞ-ın əmək bazarında mühəndislik və kompüter sahəsində iş axtaran
elmlər doktorlarının 40%-i mühacirlər olmuşdur. Ali mək-təblərdə texniki
fənlərdən dərs deyənlərin də 25%-ni müha-cirlər təşkil etmişdir. XX əsrin 90-cı
illərinin ortalarında ABŞ-da 11 milyondan çox mühacir yaşamış və onların bir illik
əmək haqqı 240 mlrd. dollara bərabər olmuşdur. Və onlar hər il 90 mlrd. dollar
məbləğində vergi ödəmişlər. ABŞ həm də hər il mühacirlərə 5 mlrd. dollar maddi
yardım göstərir. Aydın məsələdir ki, mühacirlər ABŞ-ın iqtisadiyya-tının inkişaf
etdirilməsində yaxından iştirak edir və öz töh-fələrini verirlər. Bu, özünü elmdə,
təbabətdə, incəsənətdə da-ha bariz şəkildə göstərir. Bunu demək kifayətdir ki,
təkcə 1998-ci ildə ABŞ-a xaricdən 23,5 min nəfər alim və mühən-dis gəlmişdir.
Lakin qeyd etmək lazımdır ki, inkişaf etməkdə olan ölkələrdən gəlmiş
alimlərin çoxu ABŞ-da və inkişaf etmiş di-gər ölkələrdə işlədikdən və özlərinin
ixtisaslarını artırdıqdan sonra vətənlərinə qayıtmış və öz ölkələrində elmi məktəblərin başlanğıcını qoymuşlar. Bundan başqa, digər peşə sahibləri də-idarəedicilər,
həkimlər, inşaatçılar, ixtisaslı işçi-lər–təhsil aldıqdan və maddi vəziyyətlərini yaxşılaşdırdıqdan sonra vətənlərinə dönmüşlər. Çinlilərin, Koreyalıların, Hindlilərin
çoxu da öz doğma yurd-yuvalarına qayıtmağa üstünlük vermişlər. Onların hamısı
öz ölkələrinə yeni bilik, peşə, ixtisas, ailələrinə isə azuqə gətirmişlər. Başlıca
məsələ isə ondan ibarətdir ki, bu ölkələr də öz kadrlarını dəyər-ləndirməli, onlara
özlərinin malik olduqları imkanları real-laşdırmaq, işləmək, yaşamaq və yaratmaq
üçün normal şərait təmin etməlidirlər.
KitabYurdu.az
244
Mövzu 24: Dünya ticarəti və tədiyyə balansı.( 2 saat)
Plan
1. Dünya ticarəti haqqında nəzəriyyələr.
2. Dünya ticarətinin əsas cəhətləri və quruluşu.
3. Dünya əmtəə bazarında qiymətlərin əmələ gəlməsi.
4. Tədiyə balansı, onun tərtib olunması və tənzimlənməsi.
5. Xarici ticarət siyasəti və onun həyata keçirilməsi mexanizmi.
1. Dünya ticarəti haqqında nəzəriyyələr.
Müasir dövrdə ölkələrin dünya ticarətində fəal iştirak etmələri bir sıra
səbəblərlə əlaqədardır. Belə ki, dünya tica-rəti ölkədə mövcud olan iqtisadi
ehtiyatlardan, elm və texni-kanın ən yeni nailiyyətlərindən istifadə olunmasına,
iqtisa-diyyatda çox qısa müddətdə struktur dəyişiklikləri aparıl-masına, əhalinin
tələbatının daha yaxşı ödənilməsinə imkan verir. Bununla əlaqədar olaraq
beynəlxalq ticarət nəzəriyyələrinin öyrənilməsi böyük maraq doğurur.
Başlanğıcını klassik ingilis siyasi iqtisadından alan beynəlxalq ticarət
nəzəriyyələri dünya iqtisadi fikrinin inkişafı ilə birlikdə bir sıra mərhələlərdən
keçmişdir. Lakin buna baxmayaraq onun başlıca məsələləri aşağıdakılardan ibarət
olaraq qalır:
- Beynəlxalq əmək bölgüsünün əsasını nə təşkil edir?
KitabYurdu.az
245
- Hansı beynəlxalq ixtisaslaşma ayrı-ayrı ölkələr və regionlar üçün daha
sərfəlidir və daha çox fayda verir?
- Dünya ticarətində ölkənin rəqabət qabiliyyəti hansı amillərlə müəyyən
edilir?
Bütün bunlar, şübhəsiz ki, ölkəmizin indiki inkişaf mərhələsində bizim üçün
də aktualdır. Deməli, beynəlxalq ticarət nəzəriyyələrinin öyrənilməsi həm də
praktik əhəmiy-yətə malikdir.
A. Smit belə bir tezis irəli sürürdü ki, beynəlxalq tica-rətin inkişaf etməsinin
əsasını istehsal xərclərindəki fərqlər təşkil edir. O, qeyd edirdi ki, əmtəələri istehsal
xərcləri az olan ölkələrdən idxal etmək lazımdır.
A. Smitin baxışları D. Rikardo tərəfindən daha da inkişaf etdirilmişdir.
Məlum oluduğu kimi, xarici ticarət əlaqələrinə girən tərəflər həmişə ondan
faydalanmağa çalışır və buna əsas etibarılə nail olurlar. Bununla əlaqədar olaraq
belə suallar meydana çıxa bilər ki, nə üçün ABŞ qara qəhvəni idxal, taxılı isə ixrac
edir? Yaponiya yalnız xammalı idxal, sənaye məhsullarını isə ixrac edir?
Bu suallara düzgün cavabı D.Rikardonun adı ilə bağlı olan müqayisəli
üstünlük nəzəriyyəsi verə bilər. Çünki bu nəzəriyyə hər bir millətə, yaxud da ayrıca
bir şəxsə özü-nün real gəlirlərini və həyat səviyyəsini necə yüksəltmək ba-rədə
istiqamət verir. Məsələn bu bir həqiqətdir ki, ABŞ-da kompüter, Braziliyada isə
qara qəhvə istehsalı üçün daha əlverişli şərait vardır. Odur ki, ABŞ qara qəhvə
idxal etmək-lə, kompüter istehsalı və ixracından, Braziliya isə kompüter idxal
etməklə, qara qəhvə istehsalı və ixracından daha çox faydalana bilər. Ölkəni onun
üçün səmərəli olmayan məhsulları ixrac etməyə heç bir qüvvə məcbur edə bilməz.
Hansı məhsulları beynəlxalq bazara çıxarmaq, hansını isə çıxarmamaq məsələsini
səmərəlilik baxımından ölkələrin özləri müəyyən edirlər.
Müqayisəli üstünlük nəzəriyyəsinə görə ticarət əla-qələrini zəruri edən
şərtlərdən biri də rayonlar arasında is-tehsal şərtləri ilə bağlı meydana çıxan
fərqlərdir. Hər bir ölkə özünə lazım olan bütün məhsulların hər birindən az
miqdarda olsa da istehsal olunmasını təşkil edə bilər. Lakin həmin məhsullardan
bəzilərinin istehsalına daha çox xərc sərf oluna və onların dəyəri həddindən çox
yüksək ola bilər. Bu isə o deməkdir ki, məhsulların istehsalı, bu ölkə üçün iqtisadi
cəhətdən sərfəli deyildir.
Beynəlxalq ticarətin əsas prinsiplərini Avropa və Amerikanın timsalında,
məsələn, yemək şeyləri ilə paltarın mübadiləsində nümayiş etdirmək olar. Amerika
geniş tor-paq sahələrinə, təbii ehtiyatlara malik olsa da, iş qüvvəsi və kapital
sarıdan korluq çəkir. Avropada, əksinə, kapital və əmək ehtiyatları boldur, torpaq
sahələri isə azlıq edir. Belə bir şəraitdə nə etmək lazımdır?
D.Rikardonun hələ 1817-ci ildə bu suala verdiyi ca-vab beynəlxalq
miqyasda ixtitsaslaşdırmanın səmərəliliyinin isbat olunduğunu göstərir. Bu, məhz
müqayisəli üstünlük və ya müqayisəli istehsal xərcləri nəzəriyyəsinin nailiyyətidir.
D.Rikardo məsələnin həllini sadələşdirmək üçün iki ölkə və yalnız iki şərti məhsul
– ərzaq və paltar götürmüşdür. O, bü-tün istehsal xərclərini şərti olaraq yalnız iş
vaxtı ilə ifadə etmiş, azad ticarətin mövcudluğunu, ehtiyatların bir-birini tam əvəz
etməsinin mümkünlüyünü, nəqliyyat xərcləri və texniki dəyişikliklərdə, əmək haqqının səviyyəsində ölkələr arasında fərqin olmadığını göstərmiş, (lakin istənilən
KitabYurdu.az
246
kon-kret şəraitdə zəruri dəyişikliklər etmək mümkündür) və nəti-cədə Amerika və
Avropa arasında ticarətin qarşılıqlı fayda verdiyini isbat etmişdir. Bu ilkin
şərtlər beynəlxalq ticarətin əsas inkişaf prinsiplərini aşkara çıxarmaq üçün lazım
olmuş-dur. Lakin onların bəzilərinin dəqiqləşdirilməsinə ehtiyac vardır və deməli
müqayisəli üstünlük nəzəriyyəsi çatış-mazlıqlardan xali deyildir.
Məlum olduğu kimi, bir sıra sahələrdə istehsalın ge-nişləndirilməsi son
hədd xərclərinin artması ilə əlaqədardır. Odur ki, bu və ya digər bir məhsulun
hər sonrakı vahidinin istehsalı baha başa gəldiyindən bu, bütün məhsul istehsalı
artımından imtina olunmasını tələb edir. Bu qanunauyğun-luq özünü hasilat
sənayesində daha əyani şəkildə göstərir. Belə ki, zəngin və əlverişli ərazilərdə
yerləşən yataqların eh-tiyatı azaldıqca, ehtiyatı az və işlənməsi çətin olan yataqların istismarına meyl artır. Deməli, əmtəə istehsalının art-masının xərclərin artmasına səbəb olması ixtisaslaşdırma qarşısında müəyyən hədd qoyur. Və nəticədə
bu, belə bir və-ziyyətə gətirib çıxarır ki, əksəriyyət hallarda müqayisəli üstünlüyə
malik olan ölkələrdə tam ixtisaslaşdırma mümkün olmur. Bu, D.Rikardonun müqayisəli üstünlük nəzəriyyəsi-nin başlıca çatışmaz cəhətidir.
D.Rikardonun vəfatından sonra onun bu nəzəriyyəsi beynəlxalq əmək
bölgüsü və dünya ticarəti sahəsində, bir sıra onilliklər ərzində demək olar ki,
yeganə nəzəriyyə olaraq qalmışdır.
Bu sahədə yeni model Isveç tədqiqatçıları Eli Xekşer və Bartel Olin
tərəfindən işlənib hazırlanmışdır. XX əsrin 60-cı illərinədək bu model iqtisadi
ədəbiyyatda "hökmranlıq" etmişdir. 1977-ci ildə isə Olin iqtisadiyyat sahəsində
xidmət-lərinə görə Nobel mükafatına layiq görülmüşdür. Bu mode-lin inkişaf
etdirilməsi və zənginləşdirilməsində P.Samuelsonun çox böyük xidmətləri
olmuşdur. Odur ki, onun bu xidmətlərinin şərəfinə modeli bir çox hallarda Xekşer
– Olin – Samuelson modeli də adlandırırlar.
Beynəlxalq ticarətə və ixtisaslaşdırmaya neoklassik yanaşmanın mahiyyəti
belədir: maddi və insan ehtiyatları tarixi və coğrafi səbəblərə görə ölkələr arasında
qeyri-bərabər bölünmüşdür. Neoklassiklərin fikrincə əmtəələrin qiymətlərindəki
nisbi fərqlər və müqayisəli üstünlüklər də məhz bunlarla əlaqədardır.
Xekşer – Olinin beynəlxalq ticarət modelinə uyğun olaraq, bu prosesdə
istehsal amillərinin qiymətləri tarazla-şır. Tarazlaşma mexanizminin mahiyyəti
belədir: Ölkədə hansı istehsal amilləri (əmək haqqı, borc faizi, renta və i.a.)
boldursa, onların qiyməti aşağı, hansılar azlıq edirsə, onların qiyməti baha
olur.
Bu və ya digər bir ölkənin kapital tutumlu əmtəələr sahəsində ixtisaslaşması
kapitalın ixrac üçün məhsullar istehsal edən sahələrə getməsinə şərait yaradır.
Nəticədə kapitala olan tələb artır, onun qiyməti (kapitala görə faiz) isə yüksəlir.
Əksinə, digər ölkələrin əməktutumlu əmtəələr istehsalı sahəsində ixtisaslaşmaları
əmək ehtiyatlarının xeyli hissəsinin müvafiq sahələrə getməsinə və deməli, iş
qüvvəsi dəyərinin (əmək haqqının) artmasına səbəb olur.
Beləliklə, bu modelə uyğun olaraq, hər iki ölkələr qrupu özlərinin ilkin
üstünlüklərini itirirlər və onların inki-şafında tarazlaşma gedir. Bu, ixrac üçün
əmtəələr istehsal edən sahələrin dairəsini genişləndirir, onların beynəlxalq əmək
bölgüsünə daha dərindən nüfuz etmələri üçün şərait yaradır.
KitabYurdu.az
247
Rus mənşəli, məşhur amerika iqtisadçısı V.Leontyev 1956-cı ildə ABŞ-ın
ticarət balansının strukturunu təhlil etmiş və belə bir nəticəyə gəlmişdir ki, Xekşer–
Olin nəzəriy-yəsinin əksinə olaraq, ABŞ-ın ixrac etdiyi məhsullar içəri-sində əmək
tutumlu əmtəələr, idxal etdiyi məhsullar içəri-sində isə kapital tutumlu məhsullar
üstünlük təşkil etmişdir. Buna iqtisadi ədəbiyyatda Leontyevin paradoksu1
deyilir.
Müqayisəli üstünlük nəzəriyyəsi amerika iqtisadçısı Maykl Porterin2
əsərlərində daha da inkişaf etdirilmişdir. M.Porter, sənayecə inkişaf etmiş 8
ölkənin iqtisadiyyatının 100-ə yaxın sahəsini əhatə edən geniş statistik materialları
təhlil etmək əsasında ölkələrin rəqabətdə üstünlüklərinə dair nəzəriyyə işləyib
hazırlamışdır. Onun bu nəzəriyyəsində əsas yeri iqtisadiyyatda dörd başlıca
müəyyənedicini (determinantı) aşkara çıxaran, həmin ölkəyə məxsus olan firmanın
fəaliyyət göstərməsi üçün rəqabət makromühitini formalaş-dıran "milli nişan" təşkil edir.
"Milli nişan" qarşılıqlı fəaliyyətdə olan müəyyənedi-cilər sistemini
aşkara çıxarır, ölkələrin rəqabətdə malik olduqları üstünlüklərin reallaşdırılması
üçün ya əlverişli, ya da əlverişsiz şərait yaradır.
Bəs, bu müəyyənedicilər hansılardır? Bunlara amillə-rin parametrləri3,
firmaların strategiyaları, onların struk-turu və rəqabət; tələbin parametrləri, birbirinə yaxın və bir-birinin inkişafı üçün şərait yaradan sahələrin mövcudluğu,
təsadüfi hadisələrin baş verməsi və s. daxildir.
Amillərin parametrləri dedikdə ölkənin və onun iqtisadiyyatının ixrac
üçün məhsul istehsal edən ayrı-ayrı aparıcı sahələrinin rəqabətdə üstünlüyünün
təmin olunması üçün zəruri olan maddi və qeyri-maddi şəraitin yaradılması
nəzərdə tutulur.
M.Porter istehsal amillərini ölkənin rəqabət qabiliy-yətinə (üstünlüyünə)
təsiri baxımından nəzərdən keçirərkən ənənəvi amillərlə (əmək, torpaq, kapital,
sahibkarlıq qabi-liyyəti) yanaşı, necə deyərlər "biliklərdən ibarət olan resursları", yəni elmi, texniki və bazar informasiyalarını, poçt xidmətlərini, səhiyyə
sistemini, əhalinin mənzillə təmin olunmasını və s. xüsusi qrupa ayırmışdır. Onun
nəzəriyyə-sində amillərin ümumi (məsələn, avtomobil yolları şəbəkəsi, ali təhsilli
işçi heyəti və i.a.) və ixtisaslaşdırılmış amillərə (məsələn, dar ixtisas sahibləri, müəyyən bilik sahələri üzrə məlumat bazarı və i.a.) bölünməsi də böyük əhəmiyyətə
malikdir.
Rəqabətdə üstünlüyün təmin olunmasında ölkə daxi-lindəki rəqabət mühiti
və firmaların strukturu az əhəmiyyət kəsb etmir. Başqa sözlə, ölkə daxilində
rəqabət mühiti yara-dılmamışdırsa və firmalar bir-biriləri ilə raqabət aparmırlar-sa,
onların strategiyası rəqabət şəraitinə uyğunlaşdırılma-mışdırsa, onda xarici bazarda
bu firmalar rəqabətdə üstün-lük qazana bilməzlər.
Tələbin parametrləri dedikdə, hər şeydən əvvəl onun həcmi, inkişaf
dinamikası, məhsul növləri üzrə diferensial-laşdırılması nəzərdə tutulur. Inkişaf
1
Парадокс – щамы тяряфиндян гябул едилмиш доьру фикирлярля, елми мцддяаларла дцз эялмяйян, йахуд
да саьлам мцщакимяйя зидд олан гярибя фикир, инанылмаз шей демякдир.
3
Параметр – щяр щансы бир амилин бу вя йа диэяр хассясини эюстярян кямиййят кими баша дцшцлцр.
KitabYurdu.az
248
etmiş tələb şəraitində yeni mallar dünya bazarına çıxana qədər məhz daxili
bazarda "özünütəsdiqdən" keçməlidir.
Ixrac üçün məhsul istehsal edən firmaları zəruri material, yarımfabrikat,
komplektləşdirici məmulatlar və digər maddi vəsaitlər və informasiya ilə təmin
edən yüksək dərəcədə inkişaf etmiş, bir-birinə yaxın olan sahələrin möv-cud
olması da dünya ticarətində üstünlüyə malik olmağın başlıca şərtləridir.
M.Porter rəqabət üstünlüyünün müəyyənediciləri sisteminə təsadüfi
hadisələri də daxil edir. Və göstərir ki, bunlar ölkələrin rəqabətdə üstünlüyünü ya
gücləndirə, ya da zəiflədə bilər. Bu hadisələrə yeni ixtiraları, iri texnoloji
sıçrayışları, iqtisadi ehtiyatların qiymətlərinin kəskin surət-də dəyişməsini, dünya
maliyyə bazarındakı dəyişiklikləri, hakimiyyətin siyasi qərarlarını, müharibələri və
s. misal göstərmək olar. Təsadüfi hadisələr rəqabət aparan dövlətlərin mövqelərini
dəyişə bilər. Bunlar köhnə, güclü rəqibləri sıradan çıxara, yeni dövlətlər üçün
imkan yarada bilərlər.
Rəqabətdə milli iqtisadiyyatın üstünlüyünün forma-laşdırılmasında hökumət
də çox mühüm rol oynayır. Bu, öz ifadəsini əsas müəyyənedicilərin "milli nişana"
təsir göstər-məsində tapır. Lakin bu təsir ya müsbət, yaxud da mənfi ola bilər.
Hökumət istehsal amilləri və tələbin parametrlərinə pul-kredit, vergi, gömrük
siyasəti vasitəsilə təsir edir. Ölkələrin əksəriyyətində ordu, nəqliyyat, rabitə,
təhsil, səhiyyə və digər sahələr üçün lazım olan məhsulların alıcısı məhz
hökumətdir. Bundan başqa, hökumət, inhisar əleyhinə tən-zimləməni həyata
keçirməklə, milli iqtisadiyyatın aparıcı bölmə və sahələrində ən əlverişli rəqabət
mühitinin qorunub saxlanmasına təsir edir.
Beləliklə, M. Porterin nəzəriyyəsi hər hansı bir ölkə-nin rəqabətdə
üstünlüyünü müəyyən edən başlıca amilləri daha tam əks etdirir.
2. Dünya ticarətinin əsas cəhətləri və quruluşu.
Iqtisadi ədəbiyyatda dünya ticarəti belə səciyyələn-dirilir: "Beynəlxalq
ticarət dedikdə, müxtəlif ölkələrdə alıcı-lar, satıcılar və vasitəçilər arasında həyata
keçirilən alqı-satqı prosesi nəzərdə tutulur".1
Beynəlxalq ticarət idxal və ixracdan ibarətdir. Bunların arasındakı
nisbət ticarət balansı adlanır. BMT-nin nəşr etdirdiyi statistik məcmuələrdə
dünya ticarətinin həcmi və dinamikası haqqında məlumatlar bütün ölkələrin ixrac
etdikləri məhsulların və göstərdikləri xidmətlərin ümumi məbləği kimi verilir.
Qədim zamanlarda meydana gəlmiş dünya ticarəti XVIII əsrin axırları və
XIX əsrdə xeyli inkişaf etmiş, geniş-lənmiş və beynəlxalq əmtəə-pul münasibətləri
sabit xarakter almışdır. Bu prosesə sənayecə daha çox inkişaf etmiş bir sıra
ölkələrdə (Ingiltərə, Hollandiya və b.) iri maşınlı sənayenin əmələ gəlməsi və geniş
vüsət alması təkan vermişdir. Bu prosesə həmin ölkələrə iqtisadi cəhətdən zəif
inkişaf etmiş ölkələrdən xammal idxal olunması da təsir göstərmişdir. Sənayecə
KitabYurdu.az
249
inkişaf etmiş ölkələr zəif inkişaf etmiş ölkələrdən idxal etdikləri xammalların
əvəzinə onlara, əsas etibarilə istehlak təyinatlı məhsullar ixrac edirlər.
Lakin XX əsrdə dünya iqtisadiyyatı bir sıra böhran-larla üzləşmişdir.
Bunlardan biri 1914-1918-ci illərdə birinci dünya müharibəsi ilə əlaqədar baş
verən böhrandır. Bu böh-ran ikinci dünya müharibəsinə qədər davam etmiş və
əmtəə dövriyyəsinə mənfi təsir göstərmişdir. Bundan başqa, ikinci dünya
müharibəsindən sonra, imperializmin müstəmləkə sisteminin dağılması ilə əlaqədar
olaraq dünya ticarəti yeni çətinliklərlə üzləşmişdir. Lakin sonralar bu çətinlikləri
ara-dan qaldırmaq mümkün olmuşdur. Bunu belə bir faktdan aydın görmək olar ki,
ikinci dünya müharibəsindən sonra dünya ticarətinin inkişaf sürəti xeyli yüksəlmişdir. Belə ki, dünyada ixrac olunan məhsulların orta illik artım sürəti 50-ci illərdə
6%, 60-cı illərdə 8,2%, 1970-1991-ci illərdə 9%, 1991-1995-ci illərdə 6,2%
olmuşdur.1 Bununla əlaqədar olaraq dünya ticarətinin həcmi də artmışdır. Məsələn,
o, 1965-ci ildə 172 mlrd. dollar, 1970-ci ildə 193,4 mlrd., 1975-ci ildə 816,5 mlrd.,
1980-ci ildə 1,9 trln., 1990-ci ildə 3,3 trln., 1995-ci ildə isə 5 trln. dollardan çox
olmuşdur.1 Buna bir sıra amillər təsir etmişdir.
Bunlardan biri ikinci dünya müharibəsindən sonrakı dövrdə yeni sahələrin
yaradılması və köhnə sahələrin texniki cəhətdən yenidən qurulmasıdır. Bu, onunla
əlaqədardır ki, elmi-texniki inqilabın təsiri ilə beynəlxalq miqyasda predmet (son
məhsul üzrə), detal (hissələrin, detalların və s. istehsalı üzrə), texnoloji (ayrı-ayrı
əməliyyatların, texnoloji proseslərin həyata keçirilməsi üzrə) ixtisaslaşdırma və
kooperasiyalaşdırma dərinləşmişdir. Bu isə ona gətirib çıxarmışdır ki, adi kommersiya ticarəti ilə yanaşı, beynəlxalq miqyasda istehsal – texniki əlaqələrə xidmət
göstərən əmtəə dövriyyəsi də artmışdır. Istehsalın beynəlxalq miqyasda ixtisaslaşdırılması və kooperasiyalaşdırılmasının dərinləşməsi dünya ticarətinin
liberallaşdırılmasına, onun məhdudlaşdırılmasının qarşısının alınmasına və gömrük
vergisinin əhəmiyyətli dərəcədə azaldılmasına səbəb olmuşdur.
Dünya ticarətinin artım sürətinə əvvəllərdə iqtisadi cəhətdən geridə
qalmış ölkələrin bu prosesə fəal qoşulmaları da əhəmiyyətli təsir göstərmişdir.
Belə ki, müstəqillik qazandıqdan sonra həmin ölkələrin sənayeləşdirmə yolunu
seçmələri, onların sənayecə inkişaf etmiş ölkələrdən daha çox maşın və avadanlıq
idxal etmələrinə səbəb olmuşdur.
Proqnozlara görə dünya ticarətinin yüksək sürəti yaxın gələcəkdə qalmaqda
davam edəcəkdir. 2
Dünya ticarətinin quruluşunu öyrənərkən nəzərə al-maq lazımdır ki, statistik
məcmuələrdə əmtəələr beynəlxalq miqyasda qəbul edilmiş ticarət təsnifatı ilə
qruplaşdırılır. Dünyada olan bütün ölkələr, o cümlədən də Azərbaycan
Respublikası əmtəələrin kodlaşdırılması sistemindən isti-fadə edirlər.
Dünya ticarətinin quruluşu elmi-texniki inqilabın və beynəlxalq əmək
bölgüsünün təsiri ilə dəyişir. Hazırda dün-ya ticarətində emaledici sənayenin
məhsulları daha yüksək xüsusi çəkiyə malikdir. Başqa sözlə, dünya əmtəə dövriyyəsinin 3/4 hissəsi onun payına düşür. Maşın, avadanlıq, nəqliyyat vasitələri,
2
Мировая экономика на рубеjе XXI века: сборник обзоров. М.,1994, с. 29.
KitabYurdu.az
250
kimyəvi məhsulların xüsusi çəkisi daha sürətlə artır. Ərzaq məhsulları, xammal və
yanacağın xüsusi çəkisi təqribən 25%-ə bərabərdir.
Elm tutumlu əmtəələrin və yüksək texnologiya ilə istehsal olunan
məhsulların ticarəti daha dinamik inkişaf edir. Bu isə öz növbəsində
ölkələrarası xidmətlərin, xüsusilə elmi-texniki, istehsal, kommunikasiya və
maliyyə-kredit xa-rakterli xidmətlərin mübadiləsini stimullaşdırılır. Bu da öz
növbəsində (xüsusilə də informasiya – hesablama, konsal-tinq, lizinq, injinirinq)
istehsal təyinatlı əmtəələr üzrə dünya ticarətinə marağı artırır.
Dünyada ixrac olunan məhsulların tərkibində ayrı-ayrı ölkə qrupları və
ölkələrin xüsusi çəkisini 32.1 cədvə-lindəki məlumatlardan aydın görmək olar.
Cədvəl 32.1
Dünyada ixrac olunan məhuslların tərkibində ayrı-ayrı ölkə
qruplarının xüsusi çəkisi (%-lə)1
Illər
Ölkələr
1987
1993 1998
Inkişaf etmiş ölkələr
70,0
67,2
67,8
10,2
11,4
11,3
O cümlədən, ABŞ
Kanada
4,0
3,8
3,7
Avropa Ittifaqı
41,8
37,4
34,6
Inkişaf etməkdə olan
21,4
28,0
26,2
ölkələr
32.1 cədvəlindəki məlumatlardan aydın olur ki, XX əsrin 90-cı illərinin
ortalarında dünyada ixrac olunan məh-sulların 2/3 hissəsindən çoxu inkişaf etmiş
ölkələrin payına düşmüşdür. Dünya ticarətində – əmtəə dövriyyəsində inkişaf
etməkdə olan ölkələrin payının artması meyli özünü gös-tərir. Belə bir cəhəti də
nəzərə almaq lazımdır ki, dünya ticarətində yeni sənaye dövlətlərinin, xüsusilə də
Asiya ölkələrinin rolu artmaqdadır.
3. Dünya əmtəə bazarında qiymətlərin əmələ gəlməsi.
Ilk dövrlərdə beynəlxalq əmək bölgüsü və dünya ka-pitalist bazarı əsas
etibarilə ölkələrin təbii şəraitlərindəki müxtəlifliyə əsaslanırdı. Sənaye
çevrilişindən sonra istehsal amillərinin beynəlmiləl xarakter alması ilə əlaqədar
olaraq o, milli təsərrüfat çərçivəsindən çıxmış və bu əsas üzərnidə sabit beynəlxalq
əmək bölgüsü və dünya bazarı meydana gəlmişdir. Lakin aydın məsələdir ki,
beynəlxalq əmək bölgüsündə və mübadilədə iştirak edən ölkələr əvvəllərdə olduğu
kimi eyni şəraitdə olmurlar. Bu, onların coğrafi vəziyyətlərində, təbii sərvətlərin
tərkibi və zənginliyində, iqtisadiyyatın miqyası, inkişaf səviyyəsi və daxili bazarın
tutumunda və sairələrdəki müxtəlifliklə əlaqədardır.
KitabYurdu.az
251
Bunun nəticəsidir ki, ayrı-ayrı ölkələrdə eyni məhsu-lun istehsalına
çəkilən xərclər də müxtəlif olur. Ona görə də hər bir ölkə başqa ölkələrə o,
məhsulları satmağa çalışır ki, həmin məhsulların istehsalında üstünlüyə malik
olsun. Və dünya bazarında elə məhsulları satın almağa cəhd göstərir ki, həmin
məhsullar onun özündə baha başa gəlir.
Ölkələr arasında əmtəə mübadiləsi isə dünya qiymət-ləri ilə həyata keçirilir.
Bu, dünya ticarətinin səciyyəvi cəhəti ilə müəyyən edilir. Başqa sözlə, dünya
ticarətində “milli qiy-mətlər–dünya qiymətləri” sistemi mövcuddur. Bunun
əsasını beynəlmiləl istehsal xərcləri təşkil edir. Bu, hər hansı bir əmtəə növünün
hazırlanmasına sərf olunan istehsal amillərinin (kapital, əmək, təbii və maddi
ehtiyatların müx-təlif növləri) dünyada formalaşmış orta qiymətləri əsasında
müəyyən edilir. Həm də qeyd etmək lazımdır ki, beynəlmiləl istehsal xərcləri bu
və ya digər xammal növünün çox hissəsi-ni dünya bazarına göndərən əsas
ölkənin təsiri ilə formalaşır. Bunlarla yanaşı, dünya qiymətlərinə beynəlxalq bazarlarda ayrı-ayrı əmtəə növlərinə olan tələb və təklif də təsir göstərir.
Beynəlxalq ticarət üçün çoxqiymətlilik, yəni eyni bir əmtəə növü üzrə
müxtəlif qiymətlərin mövcud olması sə-ciyyəvidir. Dünya qiymətləri ilin
vaxtından, yerdən, əmtəə-lərin reallaşdırılması şərtlərindən, bağlanmış
müqavilədən asılı olaraq bir-birindən fərqlənir. Təcrübədə dünya qiymət-ləri
beynəlxalq ticarət mərkəzlərində, müəyyən növ əmtəəni idxal və ixrac edən
məşhur firmalar arasında bağlanan ən iri və sabit ixrac, yaxud da idxal
sövdələşmələrində nəzərdə tu-tulan qiymətlər hesab olunur. Bir çox xammal
növlərinin (taxıl, kauçuk, pambıq və s.) beynəlxalq qiymətləri dünya-nın ən iri
əmtəə birjalarında əməliyyatların aparılması prosesində müəyyən olunur.
Bəzi hallarda hər hansı bir ölkə hətta özündə istehsal olunan və dünya
qiymətlərindən baha başa gələn məhsulları ixrac etdikdə zərər çəkə bilər. Lakin
buna baxmayaraq bu ölkənin ixrac etdiyi məhsulların satışından əldə olunan
vəsaitə başqa ölkələrdə istehsal edilən beynəlxalq bazarda qiymətləri nisbətən ucuz
olan əmtəələri satın almaqla, müəyyən məbləğdə fayda götürməsi də mümkündür.
Bunu aşağıdakı şərti misalla izah edək. Tutaq ki, hər hansı bir ölkədə iki məhsul "A" və "B" əmtəələri istehsal olunur və onların daxili bazar qiymətləri müvafiq
olaraq 5 və 6, dünya bazar qiymətləri isə 4 və 2 dollara bərabərdir. "A" məhsulu
ixrac olunduqda dünya bazar qiymətləri ilə 4 dollar əldə edilir. Bu 4 dollara dünya
bazarında 2 ədəd "B" məhsulu (4:2=2) almaq olar ki, bu da milli qiymətlə
hesablandıqda dəyəri 10 dollara (5x2=10) bərabər olur. Deməli, ixracın zərərli
olmasına baxmayaraq (4–6=-2) həmin ölkə üçün bütövlükdə xarici iqtisadi əlaqələr
sərfəlidir, çünki 6 dəyər vahidi (dollar) ixrac etməklə o, bunun müqabilində 10
dəyər vahidi (dollar) əldə etmiş olur.
4. Tədiyə balansı, onun tərtib olunması və tənzimlənməsi.
Hər bir ölkənin başqa ölkələrlə iqtisadi əlaqələri özü-nün ümumiləşdirilmiş
ifadəsini tədiyə balansında tapır. Bu balans beynəlxalq miqyasda kapitalın, əmtəə
və xidmətlərin mübadiləsində ölkənin iştirakının xüsusiyyətlərini aşkara çıxaran
informasiya mənbəyidir.
KitabYurdu.az
252
Tədiyə balansında ölkənin xarici iqtisadi əlaqələrdə həyata keçirdiyi
əməliyyatların sistemləşdirilmiş siyahısı verilir. Ölkənin xarici iqtisadi
fəaliyyətinin yekunları əks etdirilir, onun valyuta-maliyyə vəziyyətinə qiymət
verilir. Tədiyə balansı ilə yanaşı, hesablaşma balansı da tərtib olunur.
Hesablaşma balansında təkcə faktiki tədiyələr deyil, həm də müddətindən asılı
olmayaraq həmin ölkənin ödə-nilmiş öhdəlikləri əks etdirilir.
Bütün xarici iqtisadi əməliyyatlar üzrə tədiyələrin uçotu müəyyən dövr
ərzində (ay, rüb, il) həyata keçirilir. Onların tədiyə balansında uçotu ikili qeyd
prinsipi əsasında aparılır. Məsələn, məhsulların ixracından ölkəyə daxil olan pul
vəsaiti balansın kredit maddələrində (“+” işarəsi ilə), ölkədən ixrac olunan
əmtəələr isə debet maddələrində (“-“ işarəsi ilə) qeyd edilir.
Tədiyə balansının kredit və debet maddələrindəki yekun məbləğlər
arasındakı fərq qalıq adlanır. Daxilolmalar ödəmələrdən çox olduqda müsbət,
əksinə olduqda isə mənfi fərq əmələ gəlir. Ikinci hal balansın kəsirli olduğunu
göstərir.
Beynəlxalq Valyuta Fondunun metodikasına görə balansın aşağıdakı
maddələrdən ibarət olması məqsədə-uyğundur:
- cari əməliyyatlar;
- əmtəələr;
- xidmətlər;
- investisiyalardan əldə edilən gəlir;
- digər xidmətlər və fondlar;
- xüsusi birtərəfli baratlar (köçürmələr);
- dövlət tərəfindən birtərəfli baratlar (köçürmələr);
- birbaşa investisiyalar və sair uzumüddətli kapital;
- birbaşa investisiyalar;
- uzun müddətli investisiyalar;
- sair uzun müddətli kapital;
- sair qısa müddətli kapital;
- xətalar və səhvlər;
- ödənilən maddələr;
- qızılın hərəkəti;
- SDR-in bölgüsü və istifadə edilməsi;
- Ehtiyatların yenidən qiymətləndirilməsi;
- Fövqaladə hallarda maliyyələşdirmə;
- Xarici orqanların valyuta ehtiyatlarını əmələ gətirən təəhhüdlər;
- Ehtiyatların dəyişməsinin yekunu;
- Qızıl;
- SDR;
- BVF-də ehtiyat mövqe;
- Xarici valyuta;
- Sair tələblər;
- BVF-in kreditləri.
Təsnifatdan göründüyü kimi, tədiyə balansı üç böyük bölmədən
ibarətdir. Bunlar cari əməliyyatlar hesabı (və ya balansı), kapital əməliyyatları
KitabYurdu.az
253
hesabı (və ya balansı) və rəsmi beynəlxalq ehtiyatlar üzrə hesablaşmaları əks
etdirən bölmələrdir. Öz növbəsində bu bölmələrə alt bölmələr və maddələr
daxildir.
Tədiyə balansının birinci bölməsi əmtəə və xidmət-lərin, habelə birtərəfli və
birdəfəlik tədiyələrin mübadiləsi prosesini özündə əks etdirir. Balans, xarici
ticarətə – əm-təələrin ixracı və idxalı – yekun vurulması ilə başlanır. Tədiyə
balansınının əmtəələrin idxalı və ixracını əks etdirən hissəsi ölkənin ticarət
balansını əmələ gətirir. Ticarət balansı tədiyə balansının daha çox dərc olunan
hissəsidir. Bu, onunla əlaqədardır ki, ölkədən ixrac olunan, yaxud ölkəyə idxal
edilən əmtəələr haqqında məlumatları toplamaq bir o qədər də çətin və mürəkkəb
deyildir.
Ticarət balansının qalığını müəyyən etmək üçün ix-rac olunan əmtəələrin
dəyərindən idxal olunan əmtəələrin dəyərini çıxmaq lazımdır. Ixrac idxaldan çox
olduqda ba-lans aktiv, əksinə olduqda isə passiv hesab edilir.
Ticarət balansının aktiv və ya passiv olması haqqın-da məlumatlara əsasən
ölkənin xarici tiracətinin vəziyyəti barədə qəti nəticə çıxarmaq düzgün olmazdı.
Əgər başqa ölkələrə, əmtəə ixracı bu ölkənin məhsullarına olan tələbin azalması
hesabına azalırsa bu, çox pis əlamətdir. Yox, əgər ölkənin tiracət balansının passiv
olması idxal olunan inves-tisiya əmtəələrinin artması və bununla da daxili investisiya-ların çoxalması nəticəsində əmələ gəlirsə, bu, iqtisadiyyat-dakı vəziyyətin
mənfi qiymətləndirilməsinə əsas vermir. Başqa sözlə, tədiyə balansının və onun
ayrı-ayrı bölmələri-nin aktiv və ya passiv olmasını bu vəziyyətə gətirib çıxaran
səbəbləri hərtərəfli təhlil etdikdə düzgün nəticə çıxarmaq mümkün olur.
Ölkənin tiracət balansının aktiv olması da vəziyyətin nikbin
qiymətləndirilməsi üçün əsas ola bilməz. Ola bilər ki, doğrudan da müsbət qalıq
ixracın artması və idxalın azalması hesabına olsun. Lakin burada qiymətlərin təsiri
də nəzərə alınmalıdır. Birinci bölmədə əmtəələrin tiracəti ilə yanaşı, xidmətlərin
tiracəti də öz əksini tapır. Başqa sözlə, obrazlı ifadə ilə desək, balansda görünən
maddələrlə yanaşı, görünməyən maddələr də vardır. Həm də dünya əmtəə
dövriyyəsində xidmətlərin xüsusi çəkisi artdığına görə o, daha böyük əhəmiyyət
kəsb edir. "Xidmətlər" maddəsindəki gəlir və xərclər turizm, teleradiokommunikasiya işləri, hər-bi bazaların, xarici nümayəndəliklərin saxlanması,
xüsusi qeyri-kommersiya əməliyyatlarının (məsələn, qohumların bir-birilərinə pul
göndərmələri, vərəsəlik və s.) əlaqədardır. Bu bölmədə nəqliyyat, sığorta və digər
qeyri-əmtəə tədiyə-ləri ilə bağlı olan ödəmə və daxilolmalar da əks etdirilir.
Bunlara humanitar yardımları (verilən və alınan), habelə subsidiyaları misal
göstərmək olar.
Tədiyə balansının ikinci bölməsi kapitalın hərəkəti balansı adlanır.
Burada əsas etibarilə aktivlərin satın alın-ması və satılması, qısa və uzun müddətli
kreditlərin verilmə-si və alınması əks etdirilir. Məsələn, ixracdan daxilolmalar
idxal üzrə xərclərin ödənilməsi üçün kifayət deyildirsə, borclar üzrə hesablaşmaq
lazım gəlir. Başqa sözlə, bu zaman kredit maddələrində kapitalın hərəkəti onun
daxil olması kimi qeyd edilir. Başqa ölkələrə, xarici müəssisələrə verilən vəsait
debet maddələrində əks etdirilir və kapital "axını" kimi qiymətləndirilir.
KitabYurdu.az
254
Cari əməliyyatlar balansı ilə kapitalın hərəkəti ba-lansı arasındakı qarşılıqlı
əlaqəni aşağıdakı düsturla ifadə etmək olar:
Ümumi məhsul = C + I + G + NX
Xalis ixrac (NX) əmtəə və xidmətlərin ixracı ilə idxalı arasındakı fərq, cari
əməliyyatlar hesabının qalığı kimi müəyyən edilir.
Bərabərliyin hər iki tərəfindən istehlakı (C) və dövlət xərclərini (G)
çıxdıqda, onun sol tərəfi (ÜMM-C-G) milli yığımı və ya sadəcə olaraq yığımı (S)
göstərir. Yığımın düsturunu isə aşağıdakı kimi yazmaq olar:
S = I + NX
Dəyişmələri davam etdirək və bərabərliyin hər iki tərəfindən investisiyaları
(I) çıxaq. Bu zaman aşağıdakı düstur alınır:
S – I = NX
Daxili yığımla investisiyalar arasındakı fərq tədiyə balansında kapitalın
hərəkəti hesabı deməkdir. Investisiya-lar ölkənin daxili yığımından çox olduqda
investisiya layi-hələri dünya maliyyə qurumlarının verdikləri kredit hesa-bına
maliyyələşdirilir. Milli yığım investisiyadan çox olduq-da isə, ölkə daxilində
investisiya qoymaq məqsədilə istifadə oluna bilməyən vəsaitdən başqa ölkələrə
borc vermək üçün istifadə edilə bilər. Kapitalın hərəkəti hesabındakı məbləğ
tədiyə balansının cari hesabındakı məbləğə bərabər olmalı-dır. Əgər əmtəə və
xidmətlərin xalis ixracı müqabilində xaricdən alınan vəsaiti ifadə edən göstərici,
yəni cari əməliyyatlar üzrə qalıq müsbətdirsə, o, ölkədən kapital axını ilə tənləşir.
Cari əməliyyatlar üzrə kəsir olduqda isə bu kəsir xaricdən kapital cəlb edilməsi
yolu ilə ödənilir.
5. Xarici ticarət siyasəti və onun həyata keçirilməsi mexanizmi.
Beynəlxalq iqtisadi münasibətlərin təkamülü nəticə-sində bazar
iqtisadiyyatının nəzəriyyəsi və təcrübəsi əsasın-da xarici tiracət siyasətinin həyata
keçirilməsinin bir sıra vasitələri meydana gəlib formalaşmışdır. Bu proses həm
milli, həm də dövlətlərarası səviyyədə getmişdir. Qeyd et-mək lazımdır ki, bu, hər
hansı bir problemin həllində razı-lığa gələn tərəflərin öhdələrinə götürdükləri
normaların, qaydaların və başqa şərtlərin işlənib hazırlanmasını nəzərdə tutur.
Hamı tərəfindən qəbul olunan beynəlxalq standartlar və qaydalar da, öz növbəsində
milli iqtisadiyyatın tənzim-lənməsinə təsir göstərə bilər. Milli iqtisadiyyatda islahat
apardıqda həmin norma və qanunlardan istifadə edilməsi məqsədəuyğundur. Bu,
ümumdünya təsərrüfatında forma-laşmış hüquq və vəzifələrin universal sisteminə
uyğunlaşma prosesinin getdiyi müasir dövrdə müstəqillik qazanmış dövlətlər, o
cümlədən də Azərbaycan Respublikası üçün xüsusilə vacibdir.
Tiracət siyasətində beynəlxalq qaydalar hər şeydən əvvəl 1948-ci ildən
fəaliyyət göstərən tariflər və ticarət haqqında Baş Saziş (QATT) çərçivəsində
işlənib hazırlanır. Bu beynəlxalq təşkilat çoxtərəfli müqavilələr əsasında fəaliyyət
göstərir. O, iştirakçı dövlətlərin tiracət və tarif siyasətini tənzimləyir, onların
arasındakı qarşılıqlı əlaqədə daha əlverişli ticarət qaydalarını təmin etməyə və
kəmiyyət məhdudiyyətlərini aradan qaldırmağa çalışır. Bu müqaviləni ilk dəfə 23
KitabYurdu.az
255
ölkə imzalamışdı. Hazırda isə onun 140-dan çox tam hüquqlu üzvü vardır. 70-dən
çox ölkə və 40 beynəlxalq təşkilat müşahidəçi statusuna malikdir. Müşahidəçi
ölkələ-rin bu təşkilatın müxtəlif orqanlarının iclaslarında, sessiyalarında,
müzakirələrdə iştirak etmək, bəyanat vermək, onun əsas sənədlərini və
materiallarını əldə etmək imkanı vardır. Dünya tiracət dövriyyəsinin 90%-dən çoxu
QATT-ın üzvü və müşahidəçi statusuna malik olan ölkələrin payına düşür.
Təşkilatın üzvü olan ölkələrin nümayəndələri vaxtaşırı ra-undlara toplaşırlar.
Yığıncaqlarda müxtəlif xarakterli əngəl-ləmələrin – kəmiyyət məhdudiyyətlərinin
və gömrük rüsumunun azaldılması yolu ilə dünya tiracətinin daha da yaxşılaşdırılması sahəsində qərarlar işlənib hazırlanır və qəbul edilir.
Belə raundlardan biri 1986-cı ildə Uruqvayda start götürmüşdü. Yeddi
il (1993-cü ilə qədər) davam edən bu raund dekabrın 15-də başa çatmışdır.
Uruqvay raundunun bu qədər uzanmasının əsas səbəbi razılaşdırılması nəzərdə
tutulan məsələlərin çoxluğu, istiqamətlərin çoxplanlılığı olmuşdur. Belə ki,
gündəliyə yüzlərlə, minlərlə əmtəə növü ilə yanaşı, bank əməliyyatları və
xidmətlərinə, geniş çeşiddə kənd təsərrüfatı məhsullarına, video və "səsli"
məhsullara, intellektual mülkiyyətə və s. görə məhdudiyyətlərin azaldıl-ması,
yaxud da onların tamamilə ləğv olunması kimi məsə-lələr daxil edilmişdi.
Məsələlərin müzakirəsinin gedişində, danışıqlarda çox vaxt kəskin diskussiyalar,
hətta mübahisələr yaranması müşahidə olunmuşdur.
Daha çox mübahisə doğuran sahə kənd təsərrüfatı olmuşdur. Burada əsas
etibarilə ABŞ-la Avropa ölkələrinin mənafeləri toqquşmuşdur. Avropalıların,
xüsusilə Fransa-nın ciddi səyləri nəticəsində kino və teleməhsullar, kassetlər
müzakirələrdən çıxarılmışdır. Bu addım Avropa bazarların-dakı həmin məhsulların
80%-ə qədərinin ABŞ-ın istehsalı olması ilə əlaqədar olmuşdur.
Ümumiyyətlə, danışıqlardakı çətinliklərə baxmaya-raq bütün tərəflər 1995ci il yanvarın 1-dən öz aralarında ticarət əlaqələrində gömrük rüsumunun 40-50%ə qədər azaldılması haqqında razılığa gəlmişlər.
QATT-ın üzvü olan ölkələrdə ticarət əməliyyatlarının ümumi məbləği 4000
mlrd. dollar həddindədir. Uruqvay raundunun müvəffəqiyyətlə başa çatması həmin
ölkələrdə ticarətin daha sürətli inkişafına təkan vermişdir. Bununla belə,
mütəxəssislərin fikrincə, son nəticədə inkişaf etməkdə olan ölkələrə nisbətən
inkişaf etmiş ölkələr daha çox qazanırlar. Belə ki, sonuncular həmin ölkələrin
bazarlarını «zəbt etmək» imkanı əldə edirlər. Uruqvay raundunda qəbul edilmiş
qərara uyğun olaraq 1995-ci il yanvarın 1-dən QATT ümumdünya ticarət təşkilatına (ÜTT) çevrilmişdir.
Iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı tərəfindən aparılmış hesablamalar
göstərir ki, 2002-ci ildə bu təşkilat hesabına dünya gəlirlərinin artımı təqribən 270
milyard dol-lar (1991-ci ilin qiymətləri ilə) təşkil etmişdir Avropa birli-yinin payı
71 mlrd. dollar məbləğində qiymətləndirilir ki, bu da həmin regionun ümumi daxili
məhsulun 1,7%-ə bərabərdir.
Xarici iqtisadi fəaliyyəti tənzimləmək üçün dövlətin sərəncamında olan
çoxsaylı vasitələri aşağıdakı qruplara bölmək olar:
1) Gömrük tarifləri;
2) Qeyri-tarif məhdudiyyətləri;
KitabYurdu.az
256
3) Ixracın stimullaşdırılması formaları.
Adlarından göründüyü kimi, onların hamısı himayə-darlıq siyasətinə
«köklənmişlər». Daxili və xarici şəraitdən asılı olaraq bu siyasəti dövlət
tənzimləyir. Bu, xarici iqtisadi sahələrin dövlət tənzimləməsinin başlıca tərkib
hissələrindən olan tarif tənzimləmələrinə də aiddir.
Xarici əlaqələrin tənzimlənməsinin tarif vasitələrindən biri gömrük
vergisi və rüsumudur. Bu o deməkdir ki, öl-kənin sərhədlərini keçərək gətirilən
əmtəə və digər material qiymətlilərinə (ixrac-idxal) görə gömrük vergisi və rüsumu
ödənilməlidir. Gömrük vergi və rüsumlarının sistemləşdiril-miş siyahısına
gömrük tarifi deyilir. Ixrac və idxal tarifləri bir-birindən fərqlənir.
Gömrük vergisinin müəyyən edilməsi o deməkdir ki, əmtəənin sahibi
dövlətə qiymətin müəyyən hissəsi qədər ver-gi ödəməlidir. Idxal vergisi
istehsalçının xərclərini artırdı-ğına görə əmtəənin satış qiyməti də artır. Deməli,
idxal vergisinin artırılması birinci növbədə istehlakçılara ziyan vurur.
Xarici tiracət əlaqələri olmadıqda, daxili bazarda hər hansı bir
əmtəənin tarazlıq qiyməti (P) ilə miqdarı (Q) bir-birinə uyğun gəlir. Bu
əmtəənin dünya qiyməti daxili bazar qiymətindən aşağı və yuxarı ola bilər. Lakin
azad ticarət variantında həmin əmtəənin daxili bazar qiyməti dünya qiymətindən
yüksək olmamalıdır. Bu zaman qiymətlər nisbətən aşağı olduğu üçün daxili tələbat
artır, yerli istehsalçıların təklifi azalır, çatışmayan məhsullar idxal olunan
məhsulların hesabına ödənilir. Idxal vergisi tətbiq olunduqda qimytələr artır, yeni
qiymətlər dünya qiymətləri üstəgəl idxal vergisi qədər olur. Qiymətlərin
yüksəlməsi isə tələbin və idxal olunan məhsulların azalmasına, daxildə məhsul
istehsalının artmasına səbəb olur.
Beləliklə, idxal vergisi tətbiq olunduqda yerli istehsalçılar öz əmtəələrini
daha yüksək qiymətə və daha çox sata bilərlər. Bu zaman təbiidir ki, istehlakçılar
idxal məhsullarını ixtisar etmək və daha baha olan yerli məhsul-ları satın almaq
məcburiyyətində qalırlar.
Bu vəziyyət isə ehtiyatlardan istifadənin səmərəliliyi-nin azalmasına gətirib
çıxarır. Çünki əmtəələrin daha yük-sək qiymətlərlə satılması onları daha çox xərclə
istehsal et-məyə səbəb olur. Başqa sözlə, resursların az səmərə verən sahələrə
getməsi prosesi baş verir.
Lakin istehsalçıların mənafelərinin təşkilati cəhətdən qorunub saxlanması
istehlakçıların mənafelərinin qorunub saxlanmasına nisbətən daha asan və
sərfəlidir. Çünki tarif-lərdən dövlətin müəyyən məbləğdə gəliri olur.
Bundan başqa, gömrük vergisi və rüsumu yüksək müəyyən olunduqda idxal
olunan və yerli istehsalçıların isti-fadə etdikləri xammalların, materialların,
avadanlıqların qiymətləri yüksəldiyinə görə, onların istehsal xərcləri və deməli,
məhsulların qiymətləri də artır, nəticə isə ondan iba-rət olur ki, istehsalın həcmi
azalır. Bu zaman vergilərdən daxilolmaların azalmasından dövlətə dəyən "zərər"
idxal vergi və rüsumlarından gələn gəlirlərdən çox olur. Bütün bunlar onu göstərir
ki, gömrük vergi və rüsumlarından isti-fadə edilməsi mexanizmi də ölçülübbiçilmiş parametrlər əsasında fəaliyyət göstərməlidir.
Beləliklə, tariflərin himayədarlıq xarakteri daşıma-sından danışarkən qarşıya
qoyulan məqsəd nəzərə alınma-lıdır. Bundan isə o vaxt istifadə olunur ki, dövlət
KitabYurdu.az
257
gömrük vergi və rüsumlarını artırmaqla, həm də idxal olunan məh-sulların daxili
(milli) qiymətlərini artırır, onun rəqabət qabi-liyyətini azaldır və deməli, daxili
(milli) bazarı müdafiə edir.
Fiskal rüsumların məqsədi başlıca olaraq dövlət büdcəsini vergilər
hesabına daxilolmalarla təmin etməkdir. Bu vəzifəni adətən, həmin ölkədə
istehsal edilməyən əmtəələrə qoyulan vergilər yerinə yetirir. Lakin bu vergilər bir o
qədər də yüksək olmur.
Tutulma formalarına görə vergilərin aşağıdakı növ-ləri var: 1) Advaler
vergilər; 2) Xüsusi vergilər; 3) Qarışıq vergilər.
Advaler vergilərin mahiyyəti ondan ibarətdir ki, o, əmtəənin qiymətindən
faizlə (məsələn, soyuducunun qiymə-tinin 15%-i qədər) tutulur. Xüsusi vergilər
əmtəənin həcmin-dən, çəkisindən və ya miqdarından müəyyən pul məbləği
şəklində (məsələn, metalın hər tonundan 15 dollar) tutulur. Qarışıq vergilər eyni
zamanda həm advaler, həm də xüsusi vergilər formasında tutula bilər.
Gömrük tarifləri bir qayda olaraq milli səviyyədə müəyyən edilir. Lakin o,
müəyyən ticarət–iqtisadi qruplarda birləşmiş ölkələr üçün də ümumi ola bilər.
Məsələn, Avropa Ittifaqına daxil olan ölkələr vahid xarici gömrük tarifləri və vahid
gömrük sərhədlərinə malikdirlər. Avropa Ittifaqında gömrük rüsumuna onun
aşağıdakı növləri daxildir: 1) ən yüksək gömrük rüsumu; 2) ən aşağı gömrük
rüsumu; 3) Güzəştli gömrük rüsumu.
Ən yüksək gömrük rüsumlarından ticarət sazişləri bağlanmamış ölkələrlə
aparılan ticarətdə istifadə olunur. Ən aşağı gömrük rüsumları adətən ticarət
müqavilələri olan ölkələrlə aparılan sövdələşmələrdə tətbiq edilir. Güzəştli gömrük
rüsumlarından isə bir qayda olaraq əmtəələr inkişaf etməkdə olan ölkələrdən idxal
olunduqda istifadə edilir. BMT çərçivəsində güzəştlərin ümumi sistemi fəaliyyət
göstərir. Başqa sözlə, inkişaf etmiş ölkələr, inkişaf etməkdə olan ölkələrdən gətirilən məhsullar üçün güzəştli gömrük rüsumu qoyurlar.
Ikinci dünya müharibəsindən sonrakı dövrdə ölkələr arasında xarici ticarət
əlaqələri əsas etibarilə gömrük rüsum-larının qarşılıqlı surətdə azaldılması yolu ilə
tənzimlənməyə başlanmışdır. Bu, başlıca olaraq beynəlxalq ticarətin
tənzimlənməsində özünü göstərirdi. Məsələn, gömrük rüsumunun səviyyəsi
QATT çərçivəsində keçirilən bütün raundların müzakirə obyekti olmuşdur.
Bu, keçən dövr ərzində gömrük rüsumlarının səviyyəsinin 75% aşağı salınmasına
imkan vermişdir. Hazırda tarif dərəcələrinin orta səviyyəsi inkişaf etmiş ölkələrdə
6%-ə, inkişaf etməkdə olan ölkələrdə isə 30-40%-ə bərabərdir. Lakin ayrı-ayrı
əmtəələr üzrə rüsumlar daha geniş həddə tərəddüd edə bilər.
Ticarətin liberallaşdırılmasında qeyri-tarif maneələri də az təhlükə
törətmir. Qeyri-tarif maneələrinə xarici iqti-sadi fəaliyyətin birbaşa və ya dolayı
yolla məhdudlaşdırıl-masının müxtəlif növ (2000-dən çox müxtəlif maneələr olduğu qeyd edilir) iqtisadi, siyasi, inzibati metodları aiddir. Bunların içərisində ayrıayrı əmtəələr və ya əmtəə qrupları üzrə ixrac (idxal) kvotalarının müəyyən
edilməsi xüsusi yer tutur. Idxal və ixrac müəyyən edilmiş kvota çərçivəsində
səlahiyyətli orqanların verdikləri lisenziyalar əsasında həya-ta keçirilir.
KitabYurdu.az
258
Qeyri-tarif maneələrinə, həmçinin müəyyən növ xari-ci iqtisadi fəaliyyətin
həyata keçirilməsi üzrə dövlət inhisa-rının, milli vergi sisteminin, milli
standartların və i.a. olması aiddir.
Dövlət tənzimləməsi kapitalın idxal və ixrac olunma-sına da şamil edilir.
Dövlət bir tərəfdən, əlverişli investisiya mühitini təmin etməli, digər tərəfdən isə
özünün xüsusi mənafelərini müdafiə etməlidir. Məsələn, müştərək müəs-sisələrdə
xarici kapitalın maksimum payının, xarici inves-torlar üçün sərfəli olan sahələrin
siyahısının, idarəetmədə milli kadrların iştirakının, informasiyanın əlverişliliyinin
və s. müəyyən edilməsi ilə, dövlət özünün bütün mənafelərini müdafiə edə bilər.
Dövlətin istifadə etdiyi xüsusi tədbirlər qrupuna, necə deyərlər fəal
himayədarlıq, yaxud da ixracın stimullaş-dırılmasının müxtəlif formaları
aiddir. Bunların içərisində ixracın dövlət tərəfindən güzəştli şərtlərlə
kreditləşdirilməsi (faiz dərəcələrinin azaldılması və kreditin müddətinin
uzadılması), ixrac kreditlərinin dövlət sığortasını, ixracın birbaşa
subsidiyalaşdırılmasını və ixrac edənlər üçün müxtəlif vergi güzəştlərini xüsusi
qeyd etmək lazımdır. Milli müəssisələrin məhsullarının ixrac edilməsinin, ticarətiqtisadi informasiyaların əldə olunmasının, nəqliyyat və informasiya
infrastrukturunun inkişaf etdirilməsinin, yar-marka və sərgilərin təşkilinin müxtəlif
formalarından isti-fadə olunur və s.
Ixracın stimullaşdırılması formalarına ticarət siyasə-tinin dempinq
istiqaməti də aiddir. Bu, o deməkdir ki, ixrac olunan məhsullar hər hansı bir
ölkənin bazarında daha aşa-ğı qiymətlə satılır. Doğrudur, dempinq siyasətindən
isteh-lakçılar qazanırlar. Lakin oxşar məhsulları istehsal edən-lərin zərər çəkmələri
dövləti dempinqə qarşı tədbirlər görməyə (məsələn, dempinq əleyhinə gömrük
rüsumları tətbiq etməyə) məcbur edir. Dempinq əleyhinə tədbirlərdən daxili bazarı
xarici firmaların rəqabətindən müdafiə vasitəsi kimi istifadə olunur.
Mövzu 25: Beynəlxalq valyuta münasibətləri.
( 2 saat)
Plan
1. Valyutanın mahiyyəti, milli və qünya valyuta sistemləri.
2. Valyuta məzənnəsi və onu müəyyən edən amillər.
3. Beynəlxalq maliyyə kredit sistemi.
1.Valyutanın mahiyyəti, milli və dünya valyuta sistemləri.
Valyuta sözü qiymət, dəyər mənasını verir və ölkənin pul vahidi–manat,
dollar, funt sterlinq və i.a.–deməkdir. Hər bir milli bazarın özünün va-lyuta sistemi
vardır.
KitabYurdu.az
259
Milli valyuta sistemi ölkənin pul sisteminin ayrılmaz tərkib hissəsidir. Lakin
o, təkcə daxili pul tədavülünü deyil, həm də beynəlxalq hesablaşmalarla əlaqədar
meydana çıxan münasibətləri əhatə edir. Milli valyuta sisteminin əsas ünsürləri
aşağıdakılardır: 1) Milli valyuta vahidi, 2) Valyuta məzənnəsi, 3) Valyutanın
dönərliliyi şərtləri, 4) Valyuta və qızıl bazarları sistemləri, 5) Ölkənin istifadə
etdiyi beynəl-xalq hesablaşma qaydaları, 6) Ölkənin qızıl valyuta ehtiyat-larının
tərkibi və idarə edilməsi sistemi, 7) Ölkədə valyuta münasibətlərini tənzimləyən
milli təsisatların statusu.
Milli valyuta sistemi beynəlxalq hüquq normaları nəzərə alınmaqla, milli
qanunvericilik əsasında formalaşır. Bu sistemin xüsusiyyəti ölkə iqtisadiyyatının
inkişaf səviyyəsi, onun xarici iqtisadi əlaqələri, qarşıya qoyulan sosial vəzifələrlə
müəyyən edilir.
Beynəlxalq iqtisadi münasibətlər inkişaf etdikcə milli valyuta sistemlərinin bazasında dünya valyuta sistemi əmələ gəlmişdir. Bu valyuta sistemi
dövlətlərarası razılaşmalarla təsbit olunan beynəlxalq valyuta münasibətlərinin
təşkili formasıdır. Onun əsas ünsürləri bunlardır: 1) Valyuta mə-zənnələrinin
müəyyən edilməsi və qorunub saxlanması me-xanizmi; 2) Beynəlxalq tədiyələrin
tarazlaşdırılması qaydası; 3) Valyutaların dönərlilik şərtləri; 4) Beynəlxalq valyuta
və qızıl bazarlarında istifadə olunan qaydalar; 5) Valyuta münasibətlərini
tənzimləyən dövlətlərarası təsisatlar.
Bazar iqtisadiyyatı şəraitində pul vəsaitinin bir ölkə-dən digər ölkəyə
hərəkəti, valyutaların dəyişdirilməsi və sa-tılması hər şeydən əvvəl iri kommersiya
bankları tərəfindən həyata keçirilir. Bu bankların müxtəlif ölkələrdə filialları,
yaxud da başqa ölkələrin banklarında hesabları olur. Müş-tərilər onların vasitəsilə
ticarət və başqa xarici iqtisadi əmə-liyyatları həyata keçirməklə bir ölkənin
banklarındakı hesablara pul qoymaq, lazım gəldikdə isə onu hər hansı bir valyuta
ilə digər bir ölkənin banklarına köçürtdürmək imkanına malik olurlar.
Beynəlxalq valyuta bazarının başlıca iqtisadi vahid-ləri xaricə mal
göndərənlər, xaricdən mal gətirənlər və dolayı aktivlərin sahibləridir. Valyuta
bazarının bu "ilkin" sub-yektləri ilə yanaşı, "ikinci", "törəmə" subyektləri də
vardır. Bunlar kommersiya bankları, valyuta brokerləri və dilerlə-ridir. "Ikincilik",
"törəmə" anlayışlrı şərtidir. Çünki hazırda xarici valyuta bazarlarında bütün
sövdələşmələrin 90%-ə qədəri ticarətlə əlaqədar deyildir. Valyuta ticarətinin böyük
bir hissəsi mənfəət əldə etmək məqsədilə həyata keçirilən adi birja oyunlarıdır.
Burada valyuta məzənnələri çox mühüm rol oynayır. Beynəlxalq valyuta bazarının
ən iri mərkəzləri Londonda, Tokioda, Nyu-Yorkda, Frankfurtda və Brüssel-dədir.
Beynəlxalq pul tədavülü dairəsində başlıca subyekt-lərdən biri də hökumət
orqanlarıdır. Bu, onunla əlaqədardır ki, dünya iqtisadiyyatında pul-kredit
münasibətləri dövlətlə-rin milli mənafelərinə toxunur. Odur ki, bu münasibətlərin
təkamülü gedişində, onları tənzimləyən və milli mənafelərə uyğun gələn qanun və
qaydalar işlənib hazırlanır.
Dünya valyuta sistemi sənaye inqilabından və dünya təsərrüfat sistemi
yarandıqdan sonra meydana gəlmiş və öz inkişafında aşağıdakı mərhələlərdən
keçmişdir; 1) XIX əsrdə–yarandığı vaxtdan ikinci dünya müharibəsinədək olan
dövr; 2) Ikinci dünya müharibəsinin gedişində–1944-cü ildə Bretton-Vudse (ABŞ)
KitabYurdu.az
260
konfransında dünya valyuta sistemi-nin hüquqi cəhətdən rəsmləşdirildiyi vaxtdan
XX əsrin 70-ci illərinin ortalarınadək olan dövr; 3) XX əsrin 70-ci illərinin
ortalarından meydana gəlmiş və hazırda mövcud olan val-yuta sistemi.
Dünya valyuta sistemi öz inkişafının ilk iki mərhə-ləsində qızıl (qızıl
sikkə) standartına əsaslanmışdır.
Pul tədavülü və beynəlxalq hesablaşmaların bu qay-dada təşkili pulun
vəzifəsinin qızılda təsbit olunmasını və milli pul vahidinin qızıl məzmununun
müəyyən edilməsini nəzərdə tuturdu. Bu, qızılın rəsmi qiyməti hesab olunurdu.
Tədavülə qızıl sikkələr buraxılmışdı və onlar tədiyə vasitəsi hesab edilirdi. Mərkəzi
banklar kağız pulları (banknotları, xəzinə biletlərini və başqa pul nişanlarını)
nominal dəyərlə qızıla dəyişməyə borclu idilər. Qızılın istənilən şəkildə ölkəyə
gətirilməsi və ölkədən aparılmasına icazə verilirdi.
Qızıl standartı özünün klassik formasında XIX əsrin əvvəllərində meydana
gəlmiş, əsrin axırlarında isə demək olar ki, sənayecə inkişaf etmiş ölkələrin
hamısında mövcud olmuşdur.
Qızıl standartı şəraitində tədiyə balansının tənzim-lənməsi əsas etibarilə
kortəbii surətdə, xüsusi kanallar vasi-təsilə qızılın bir ölkədən digərinə aparılması
yolu ilə həyata keçirilmişdir. Bu dövrdə beynəlxalq hesablaşmaların aparılmasında, əslində dövlət iştirak etmir, rəsmi qızıl ehtiyatları isə tədiyə balansının
tarazlaşdırılmasında başlıca "tənzimlə-yici" rolunu oynayırdı.
Lakin sonralar qızıl standartın ləğv olunması üçün obyektiv əsaslar
yaranmağa başladı. Bu, beynəlxalq miqyasda kapitalın hərəkətinin genişlənməsi,
kredit və nəqd olmayan hesablaşmaların üstünlüyə malik olduğu dövrdə daxili
tədiyə mexanizminin təkamülü nəticəsində baş verirdi. Bunun təsiri ilə tədiyə
balansı qalığının ödənilməsi mexanizmində keyfiyyət dəyişiklikləri əmələ gəldi.
Beynəlxalq hesablaşmaları tarazlaşdırmaq üçün dövlət orqanlarının sərəncamında
olan iqtisadi vasitələr xeyli genişləndi. Valyutanın devalvasiyası, yaxud da revalvasiyası yolu ilə onun məzənnəsindən hiyləgərlik məqsədilə istifadə edilməsi,
əmtəələrin, xidmətlərin və kapitalın hərəkətini tənzimləmək üçün inflyasiya və ya
deflyasiya siyasətinin yeridilməsi, uçot (faiz) dərəcələrinin dəyişdirilməsi,
beynəlxalq borc və kre-ditlərdən istifadə olunması və nəhayət xarici borcların
restrukturizasiyası–bütün bunlar alınmış borcun və kredit-lərin ödənilmə
müddətinin vaxtaşırı uzadılmasına və nəticədə tədiyə balansını müvəqqəti olsa da
tarzlaşdırmağa və qızıl ehtiyatları hesabına onun mənfi qalığını qeyri-müəyyən
müddətə aradan qaldırmağa imkan verdi.
Beləliklə, qızıl standartı sisteminin daha səmərəli sis-temlə əvəz edilməsi
üçün obyektiv şərait hazırlanmış oldu. Buna dünya iqtisadiyyatında və iki dünya
müharibəsi ara-sındakı dövrdə siyasi və iqtisadi qeyri-sabitlik də təkan verdi.
Beynəlxalq valyuta sisteminin yenidən təşkili planı ikinci dünya müharibəsi
illərində hazırlanmış, onun yeni mexanizminin fəaliyyət prinsipləri isə 1944-cü
ildə Bretton-Vudsedə (ABŞ) keçirilmiş valyuta-maliyyə konfransda müəyyən
edilmişdir.
Bretton-Vudse valyuta sistemi elə dünya valyuta sis-temi deməkdir. Bu
sistemə görə qızılla yanaşı, ABŞ dolları və çox az həcmdə Ingiltərə funt sterlinqi
ehtiyat yaratmaq vəzifəsini yerinə yetirir və bu məqsədlə onlar qızıla dəyiş-
KitabYurdu.az
261
dirilirdi. Həm də onların qızıla dəyişdirilmə qiyməti də sabit idi. Yəni bir unsiya
qızıl (bir unsiya 31,1 qrama bərabərdir) 35 dollara bərabər tutulurdu. Valyuta
məzənnələri qəti müəyyən olunmuşdu, ölkələr (sosialist ölkələrindən başqa)
arasındakı valyuta münasibətləri BVF tərəfindən həyata keçirilirdi.
Qızıl-valyuta standartının normal fəaliyyət göstər-məsi, ehtiyatların daim
artırılmasını tələb edirdi. Bundan başqa, qızıl və valyuta (dollar) ehtiyatları
arasında ən əlve-rişli nisbət qorunub saxlanmalı idi. Bu şərtlərə əməl olun-maması
Bretton–Vudse sistemini uğursuzluğa gətirib çıxara, ehtiyat vəsaitin (dollar, fund
sterlinq, qızıl) çatışmaması dünya ticarətində ləngimələrə, onun çox olması isə qəti
müəyyən edilmiş valyuta məzənnələri sisteminin pozulma-sına səbəb ola bilərdi.
ABŞ-ın dollar ehtiyatı onun qızıl ehtiyatından bir neçə dəfə çox olduğuna və
başqa ölkələr dollar ehtiyatının qızıl ehtiyatı ilə əvəz olunmasını tələb etdiklərinə
görə o, (ABŞ) 1971-ci il avqustun 1-dən rəsmi olaraq Amerika dollarının qızıla
dəyişdirilməsini dayandırdı. Ona görə qərbi Avropa ölkələri də dolların
məzənnəsinin qorunub saxlanmasına dair üzərlərinə götürdükləri öhdəlikdən
imtina etdilər.
Bununla da Bretton- Vudse valyuta sistemində böh-ran baş verdi. Odur ki,
bu böhrandan çıxmaq üçün 1972-1974-cü illərdə BVF-nin «Iyirmilər komitəsi»
dünya valyuta sistemində islahatlar aparılmasına dair layihə hazırladı. 1976-cı ilin
yanvar ayında BVF-nin üzvü olan ölkələr Kinq-ston şəhərində (Yamayka)
təşkilatın nizamnaməsində dəyi-şiklik edilməsi haqqında razılığa gəldilər və
bu, Yamayka valyuta sistemi adını aldı.
Yamaykada BVF-nin nizamnaməsinə edilmiş dəyişikliklər 1978-ci ildə
qüvvəyə mindi. Və burada dünya valyuta sistemində əmələ gələn aşağıdakı
dəyişikliklər öz əksini tapdı: 1) Qızılın rəsmi qiyməti ləğv olundu; 2) Dəyişən
məzənnələr sistemi rəsmən təsbit edildi; 3) BVF-nin üzvü olan ölkələrin daxili və
xarici iqtisadi siyasətlərinin əlaqələndirilməsinə verilən tələblər artırıldı; 4) SDR1in əsas ehtiyat aktivlərinə çevrilməsi bəyan edildi. Bütün bunların nəticəsində
ölkələrin valyuta siyasətləri onların makro-iqtisadi
siyasətlərinin ayrılmaz
hissəsinə çevrildi.
2. Valyuta məzənnəsi və onu müəyyən edən amillər.
Hər bir ölkənin pul vahidi valyuta adlanır. Burada söhbət banknotlardan,
xəzinə biletlərindən, müxtəlif növ bank hesablarından, habelə çeklərdən,
veksellərdən, akkre-ditivlərdən və başqa tədiyə vasitələrindən gedir.
Müxtəlif valyutalarla ifadə olunan bu tədiyə sənəd-ləri xüsusi bazarlarda–
valyuta bazarlarında alınır və satılır.
СДР вя йа хцсуси явязетмя щцгугу ("Спеъиал дривинэ риэщтс") – бейнялхалг ещтийат активидир.
Емиссийасы БВФ тяряфиндян щяйата кечирилир вя юлкяляр арасында онларын квоталарына уйьун олараг
бюлцнцр. БВФ-нин мцдирляр шурасында щяр юлкянин 250 сяси цстяэял юз нормасынын щяр 100 мин СДРи цчцн бир сяси вар. СДР мадди формада мювъуд дейилдир, йалныз мяркязи банкларын щесабларында,
щямчинин БВФ-нин хцсуси щесабында мцщасибат гейдляри шяклиндя якс етдирилир. СДР-дян тядийя
балансындакы кясири, щабеля БВФ-я вя башга юлкяляря олан борълары юдямяк цчцн истифадя олунур.
1
KitabYurdu.az
262
Milli valyuta bazarlarında tələb və təklif müxtəlif valyutalarda öz əksini
tapan, beynəlxalq miqyasda əmtəə-lərin, xidmətlərin və kapitalların hərəkətinə
xidmət edən pula olan tələb və öhdəliklərin toqquşması nəticəsində for-malaşır.
Məsələn, ABŞ-dan kompüter ixrac edən sahibkar məhsulun satışından əldə etdiyi
Ingiltərə funt sterlinqini öz ölkəsinin milli valyutasına – dollara dəyişdirmək
istəyir. Deməli, o, özünün bu hərəkəti ilə ABŞ dollarına tələb, Ingiltərə funt
sterlinqinə isə təklif formalaşdırır.
Bütün valyutaları şərti olaraq üç qrupa bölmək olar: 1) Sərbəst dönərli
valyutalar; 2) Qismən dönərli valyutalar; 3) Dönərli olmayan (qapalı) valyutalar.
Həm rezidentlər, həm də qeyri–rezidentlər tərəfin-dən həyata keçirilən
istənilən əməliyyat (ticarət, qeyri-ticarət, kapitalın hərəkəti) nəticəsində əldə edilən
və qanun-vericiliklə məhdudiyyətlər qoyulmayan valyutaya dönərli valyuta
deyilir.
Ayrı-ayrı əməliyyat növləri və müxtəlif valyuta söv-dələşmələri nəticəsində
əldə edilən, lakin müəyyən məhdu-diyyətlər qoyulan, yaxud da icazəalma
qaydaları ilə tənzi-mlənən valyuta qismən dönərli valyuta adlanır.
Nəhayət, dönərli olmayan (qapalı) valyuta dedikdə, əslində qanunvericilikdə
bütün əməliyyatlar üzrə müəyyən məhdudiyyətlər qoyulan milli pul vahidi nəzərdə
tutulur. Buna keçmiş Sovet Ittifaqının milli valyutasını – manatı misal göstərmək
olar.
Valyuta sövdələşmələrinin subyektləri arasında mey-dana çıxan bütün
münasibətlərin toplusu "valyuta bazarı" adlanır. Valyuta bazarı bir-birilə
müasir rabitə vasitələri ilə bağlı olan çoxsaylı iri kommersiya banklarından və
digər maliyyə idarələrindən ibarətdir. Bu mənada valyuta bazarı alıcı və satıcıların
toplaşdığı hər hansı bir konkret yer deyildir. Təcrübəli dilerlər valyuta bazarlarında
(məsələn, kommersiya bankında xüsusi şöbənin əməkdaşı) özlərinin iş yerlərində
oturub kompüter və telefon vasitəsilə digər bank-ların dilerləri ilə əlaqə saxlayır və
valyutaların məzənnələri haqqında lazımi məlumatlar əldə edirlər.
Alıcı bankın dileri telefon vasitəsilə satıcı bankın dileri ilə əlaqəyə girir və
sövdələşir. Sövdələşmənin həyata keçirilməsi bir neçə saniyədən 2-3 dəqiqəyə
qədər çəkir. Onu təsdiq edən sənədlər sonra göndərilir, bank hesablarında müvafiq
qeydlər isə iki iş (bank) günündə aparılır.
Valyuta ticarətinin bu formada təşkilinə banklararası valyuta bazarı
deyilir. Valyuta əməliyyatlarının böyük əksəriyyəti nəqd olmayan formada, yəni
cari və müddətli bank hesablarında müvafiq qeydlər edilməklə aparılır, çox az bir
hissəsi isə nəqd pul mübadiləsinin payına düşür. Bəzi ölkələrdə banklararası
bazarın bir hissəsi valyuta birjası şəklində təşkil olunur.
Müasir kommunikasiya vasitələri bütün gün ərzində (bazar günlərindən
başqa) valyuta əməliyyatlarını aparma-ğa imkan verir. Məsələn, bütün dünyada
geniş filiallar şəbəkəsinə malik olan Qərbi Avropa bankı günün istənilən vaxtı
Sinqapurda, Frankfurtda, San-Fransiskoda, Ankara-da, Nyu-Yorkda dolların
alverini edə bilər. Göründüyü kimi, müasir dövrdə milli valyuta bazarları bir-biri
ilə sıx tellərlə bağlı olmaqla, dünya valyuta bazarının tərkib hissəsidirlər.
Bir ölkənin pul vahidinin başqa bir ölkənin pul vahidində ifadə olunan
qiymətinə valyuta məzənnəsi deyilir. Milli pul vahidi məzənnəsinin xarici pul
KitabYurdu.az
263
vahidinin məzən-nəsində təsbit olunması isə valyuta qiyməti adlanır. Bu
zaman milli pul vahidinin məzənnəsi ya birbaşa qiymət təyinetmə (xarici
valyutanın 1, 10, 100 vahidi = milli valyutanın "X" vahidinə), yaxud da əks qiymət
təyinetmə (milli valyutanın 1, 10, 100 vahidi = xarici valyutanın "X" vahidinə)
formasında müəyyən edilə bilər. Ölkələrin əksəriyyətində milli valyutaların
məzənnələrini müəyyən edərkən birbaşa qiymət təyinetmədən, Böyük Britaniyada
əks qiymət təyinetmədən, ABŞ-da isə hər ikisindən istifadə olunur.
Valyuta bazarının peşəkar iştirakçıları üçün "valyuta məzənnəsi"
anlayışı demək olar ki, yoxdur. Onlar buna alıcı və satıcı məzənnələri deyirlər.
Alıcı məzənnəsi milli valyuta ilə xarici valyutanın satın alındığı, satıcı məzənnəsi
isə xarici valyutanın milli valyutaya satıldığı məzənnədir. Məsələn, 1 Ingiltərə funt
sterlinqinin 1,5655/75 ABŞ dollarına bərabər olması o deməkdir ki, ABŞ-ın kommersiya bankı bir funt sterlinqi 1.5655 ABŞ dollarına satın almağı və 1.5675 dollara satmağı qarşısına məqsəd qoymuşdur. Deməli, birbaşa qiymət təyinetmədə
satıcı məzənnəsi alıcı məzənnəsindən daha yüksəkdir.
Satıcı məzənnəsi ilə alıcı məzənnəsi arasındakı fərqə marj deyilir. Bu
fərq bankın valyuta əməliyyatlarının aparıl-ması ilə əlaqədar xərclərini ödəyir və
onun mənfəətinin formalaşmasında iştirak edir. Valyuta məzənnələri mübadi-lə
obyekti olan tədiyə sənədlərinin növlərinə görə də fərq-lənir. Bununla əlaqədar
olaraq teleqraf baratlarının, çeklərin, banknotların xüsusi məzənnələri vardır.
"Kross-məzənnə" anlayışı da mövcuddur. Bu, sövdə-ləşmədə iştirak edən
tərəflərdən heç birinə məxsus olmayan iki xarici valyuta arasında qiymətin təyin
edilməsi demək-dir. Məsələn, əgər Azərbaycan Milli bankı ABŞ dollarının Yapon
yeninə olan məzənnəsini müəyyən edirsə, bu kross-məzənnə adlanır. Müxtəlif milli
valyuta bazarlarında kross-məzənnələr arasında fərq ola bilər. Kross-məzənnələr
haq-qında 34.1. cədvəlinin məlumatlarına əsasən daha aydın təsəvvür əldə etmək
olar.
Cədvəl 34.1.
Əsas valyutaların kross-məzənnələri (24.03.2001)
1
VALYUT
C A E N D S
U G 00C
ANIN
A U U Z K E
SD BP HF JP
ADI
D D R D K K
Y
5 8 6 5 9 4 1
Isveç
1
1
5.9 8.4 6.5 5.1 9.1 4.2 1.2
kronu
10. 14.
■
89 06 87 15 72 86 28
(SEK)
31 69
5 8 4 7 5 0 9
4 8 5 4 7 3
0
Danimark
8
1
4.8 8.4 5.3 4.1 7.4 3.4
0.8
a kronu
8.3 11.
■
73 06 60 62 63 87
13
(DKK)
867 95
7 8 3 7 7 6
7
3 1 1 1 1 2
0 0
Y.Zelandi
2
3.4 1.3 1.9 1.5 1.1 2.1
0.2 0.2
ya dolları 2.4
■
26 97 61 07 93 40
86 33
(ZD)
047
6 4 4 0 6 1
7 3
KitabYurdu.az
264
1 0 0 0 0
0 0
1
Avro
1.6 0.6 0.9 0.7 0.5
0.4 0.1 0.1
1.1
■
(EUR)
01 53 16 18 57
67 34 09
237
2 0 5 2 7
3 0 0
2 1 1 1
1 0 0
Avstraliya
2
2.8 1.1 1.6 1.2
1.7 0.8 0.2 0.1
dolları
2.0
■
70 70 43 87
93 37 40 95
(AUD)
147
9 8 3 7
0 8 2 5
2 0 1
0 1 0 0
Kanada
1
2.2 0.9 1.2
0.7 1.3 0.6 0.1 0.1
dolları
1.5
■
29 09 76
76 92 50 86 51
(CAD)
646
5 8 2
6 4 6 6 8
1
1
1
7
7 6
5 1
Yaponiya
17
10
122
71.
78.■ 60.
50. 14. 11.
yeni (JPY)
4.7
9.1
.60
25
36 85
98 62 90
0
1
2
1 1 0 1 0 0
Isveçrə
1
2.4
1.4 1.0 0.8 1.5 0.7 0.2 0.1
frankı
1.7
■
52
03 99 54 31 15 05 67
(CHF)
208
1
6 8 1 4 6 2 0
0 0 0 0 0 0 0
Ingiltərə
0
0.4 0.5 0.4 0.3 0.6 0.2 0.0 0.0
funtu
0.7
■
07 72 48 48 24 91 83 68
(GBP)
018
8 4 5 3 6 8 7 1
1 0 0 0 0 0 0 0
ABŞ
1.4 0.5 0.8 0.6 0.4 0.8 0.4 0.1 0.0
dolları
■
25 81 15 39 96 90 15 19 97
(USD)
0 1 7 1 4 0 9 2 0
0
0
0
1
0
0
0
Nəhayət, valyuta məzənnələri sövdələşmələrin növün-dən asılı olaraq
fərqləndirilir. Bunlardan biri nəqd sövdələş-mələr, digəri isə müddətli
sövdələşmələr üzrə məzənnədir. Nəqd sövdələşmə üzrə məzənnə o deməkdir ki,
valyuta dərhal, iki iş günü ərzində göndərilir. Müddətli sövdələş-mələrdə isə
valyutanın göndərilməsi müəyyən olunmuş vaxt-da həyata keçirilir.
Nəqd və müddətli sövdələşmələr valyuta məzənnə-lərinin dinamikasını
müəyyən edən əsas amillər olduqlarına görə onları bir qədər ətraflı nəzərdən
keçirək.
Valyuta bazarları üçün nəqd sövdələşmələr həlle-dicidir. Çünki ticarət və
qeyri-ticarət əməliyyatları onun əsasında aparılır. Müddətli sövdələşmələr üzrə
məzənnə isə iştirakçılar tərəfindən müəyyən edilir və konkret tarixdə həyata
keçirilir. Məsələn, tutaq ki, Nyu-Yorkda 2006-cı il sentyabrın 1-ə nəqd
sövdələşmələr üzrə bir Ingiltərə funtunun məzənnəsi 1.5675, müddətli
sövdələşmələr üzrə isə (2006-cı il dekabr ayının birinə) 1.5715 ABŞ dollarına
bərabərdir. Bu o deməkdir ki, Amerika bankı 1 Ingiltərə funtunu dərhal 1.5675,
dekabrın birində isə 1.5715 ABŞ dollarına satmağı qarşısına məqsəd qoymuşdur.
KitabYurdu.az
265
Deməli, dekabrın 1-dək bankın sərəncamında nəqd dolların olması vacib deyildir.
Əsas məsələ ondan ibarətdir ki, bank dekabrın 1-də 1 ABŞ dolları ilə 1 Ingiltərə
funtu arasındakı məzənnədən asılı olmayaraq müştəriyə onu sentyabrın 1-də
müəyyən olunmuş məzənnə ilə satmalıdır. Beləliklə, müddətli sövdələşmələr üzrə
3 ay qabaqcadan müəyyən edilmiş məzənnəni, müddət başa çatan zaman mövcud
olan məzən-nə ilə qarışdırmaq olmaz.
Valyuta bazarlarının iştirakçıları əməliyyatları ya xalis möhtəkirlik,
yaxud da valyuta risklərini sığortalamaq məqsədilə həyata keçirirlər. Həm də
qeyd etmək lazımdır ki, riskləri sığortalayanlarla, möhtəkirlik edənlər bir-birinə
zidd olan tərəflərdir.
Məzənnələrin dəyişməsi ilə əlaqədar olan valyuta risklərinin sığortalanması
hər hansı bir valyuta ilə nə xalis aktivlərin, nə də xalis passivlərin olmasına yol
verilməmə-sinə yönəldilən fəaliyyət deməkdir. Maliyyə dairələrində bunu "xarici
valyutanın açıq vəziyyətinin ləğv edilməsi" kimi də səciyyələndirirlər.
Açıq vəziyyətin isə iki növü vardır: 1) Uzun müddətli dövrdə vəziyyət
(xarici valyutada netto – aktivlər); 2) Qısa müddətli dövrdə vəziyyət (netto –
passivlər). Birinci halda tələb təəhhüddən, ikinci halda isə əksinə, təəhhüd tələbdən
çox olur.
Sığortalama normal əməliyyatdır. Çünki xarici tica-rət müqaviləsinin
qüvvədə olduğu müddətdə əmtəə ixracı və idxalı sahəsində valyuta itkisinə məruz
qalmaqdansa, hər hansı bir məzənnəyə əsaslanmaq, onu bilmək daha vacibdir.
Bunu yaxşı başa düşmək üçün aşağıdakı misalı nəzərdən keçirək. Tutaq ki,
Ingiltərədən əmtəəni idxal edən amerikalı sahibkar müqavilənin şərtinə görə 3
aydan sonra 1650000 ABŞ dolları ödəməlidir. Ingiltərə funtunun ABŞ dollarına
olan cari məzənnəsi 1 GBP=1.6500 dollardırsa deməli, bu məbləğ 1.000.000 funt
sterlinqə bərabərdir. Lakin tədiyə müddətində ABŞ dollarının Ingiltərə funtuna
olan məzənnəsi 1.5000 bərabər olarsa, onda amerikalı sahibkar 1.100.000 funt
sterlinq, başqa sözlə, müqavilə bağlanan vaxt nəzərdə tutulduğundan 10% çox
ödəməli olacaqdır. Odur ki, bu riskə məruz qalmamaq üçün amerikalı sahibkar ya
müqavilə bağlanan zaman nəqd sövdələşmə üzrə valyuta bazarında mövcud
məzənnə ilə həmin məbləğdə ABŞ dolları satın alıb onu Amerika bankında depozitə qoymalı, yaxud da müddətli sövdələşmələr bazarında üç ay müddətinə
1.650.000 məbləğində ABŞ dolları satın alıb, onu Ingiltərə bankında depozitdə
saxlamalıdır. Beləliklə, amerikalı sahib-kar yaxşı bilir ki, hər iki variantda üç
aydan sonra onun əlində ABŞ dolları ilə müəyyən məbləğdə pul olacaqdır.
Valyuta bazarlarında möhtəkirlik etmək sözün geniş mənasında "uzun" və ya
"qısa" dövrlərdə xarici valyutanın vəziyyətinin aşkara çıxarılması deməkdir. Bu
zaman valyuta bazarında iştirakçıların fəaliyyəti məzənnənin gələcək dinamikası
əsas götürülməklə, şüurlu surətdə müəyyən edilir və qarşıya qoyulan məqsəd əlavə
mənfəət əldə etməkdən ibarət olur.
Xarici valyuta ilə möhtəkirlik məqsədilə aparılan əməliyyatların səmərəliliyi
bir tərəfdən milli valyuta, digər tərəfdən isə xarici valyuta ilə depozitlər üzrə faiz
dərəcələri arasındakı ən yüksək fərqin azaldılmasından asılıdır. Aydın olsun deyə,
belə bir misalı nəzərdən keçirək. Tutaq ki, üç aylıq depozit üzrə (il üzrə
hesablamaya çevrilməklə) faiz dərəcəsi Ingiltərədə 4%-ə, ABŞ-da isə 6%-ə
KitabYurdu.az
266
bərabərdir. Ingiltərəli möhtəkir 1.000.000 funt sterlinq məbləğində pulu Ingiltərədə
depozitə qoymaqla üç aydan sonra 1.010.000 funt sterlinq, yaxud da bir funt
sterlinqin 1.6500 ABŞ dollarına bərabər olduğu məzənnə ilə həmin pula ABŞ
dolları satın alıb onu ABŞ-da depozitə qoymaqla üç aydan sonra 1.674.750 dolların
sahibi olur. Əgər üç ay ərzində funt sterlinqlə dollar arasındakı məzənnə dəyişməz
qalarsa onda sahibkar üçün ikinci variant daha sərfəli və məqsədəuyğundur. Çünki
bu variant, birinci varianta nisbətən 5000 funt sterlinq (1.674.750 $ : 1.6500 $ /
GBP = 1015000GBP) çox mənfəət əldə etməyə imkan verir.
Əgər üç ay ərzində funt sterlinqin məzənnəsi 1.5000 dollara qədər aşağı
düşərsə, onda ABŞ dollarının satın alın-ması ilə əlaqədar əməliyyat daha çox –
106500 GBP mənfəət əldə etməyə (1.674.750 $ : 1.5000 $/GBP = 1010000GBP)
imkan verir. Əksinə olduqda isə bu əməliyyat ciddi itkilərə gətirib çıxara bilər.
Müddətli əməliyyatlar möhtəkirlik üçün daha böyük imkanlar yaradır.
Həm də bu əməliyyatlar hətta xüsusi döv-riyyə vəsaitləri olmadıqda belə,
mümkündür. Belə ki, müd-dətli müqavilənin vaxtının başa çatmasına bir neçə gün
qal-mış, onu banka təqdim etməklə, lazım olan məbləğdə ssuda götürmək olar.
Bunu aşağıdakı misalı nəzərdən keçirməklə aydınlaşdıraq. Tutaq ki, hər hansı bir
bankın dileri üç ay ərzində nəqd sövdələşmələr üzrə məzənnənin 1.6500$-dən
1.5000$-ə düşəcəyinə əmindir. O, bazarda satmaq üçün cari vəziyyətdə (məqamda)
müddətli əmanətlər üzrə mövcud olan 1GBP=1.6000$ məzənnəsi ilə üç ay
müddətinə dəyəri 100.000.000$ olan müqavilə bağlamışdır. Əgər dilerin proq-nozu
özünü doğrultsa, onda o, müqavilənin vaxtı çatdıqda, bazarda nəqd sövdələşmələr
üzrə 1 GBP = 1.5000 $ məzən-nəsi ilə 100.000.000 GBP dəyərində əmtəəni
150.000.000$-ə satın alacaq və dərhal onu üç ay bundan əvvəl bağlanmış müddətli
sövdələşmənin 1GBP=1.6000$ məzənnəsi ilə 160.000.000$-ə satmaqla, bir neçə
dəqiqə ərzində 10.000.000$ məbləğində xalis mənfəət əldə edəcəkdir. Diler valyuta məzənnəsinin dinamikasında gözlənilən dəyişiklikdə hər hansı bir səhvə yol
verdikdə isə böyük məbləğdə zərər çəkə bilər.
Buradan aydın olur ki, müddətli sövdələşmələrin iştirakçıları nəqd
sövdələşmələr üzrə məzənnə ilə müddətli sövdələşmələr üzrə məzənnə arasındakı
fərq qədər ya mənfəət əldə edir, ya da ziyana düşür.
Müəyyən zaman kəsiyində hər hansı bir valyutanın başqa bir valyutaya olan
məzənnəsi onların hər ikisinin di-namikası haqqında mühakimə yürütməyə imkan
verir. Məsələn, funt-sterlinqin dollara olan məzənnəsi müəyyən zaman kəsiyində 1
GBP = 1.6500 $-dən 1GBP=1.5000$-ə enmişdirsə, onda ABŞ dollarının Ingiltərə
funtuna olan mə-zənnəsinin 1.6000$-dən 1.5000$-ə yüksəldiyini desək, səhv etmərik. Əks qiymət təyinetmədə isə ABŞ dollarının məzən-nəsinin 0,6061-dən
0,6667%-ə yüksəldiyini demək olar.
Hazırda, valyuta məzənnələri, demək olar ki, bütün beynəlxalq iqtisadi
münasibətlər sistemində "əsəb gərginliyi" yaradan nöqtədir. Çünki valyuta
məzənnələri xeyli dərəcədə ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının inkişafını
müəyyən edən daxili və xarici amillərdən asılıdır. Odur ki, valyuta məzənnələri
dinamikasının qanunauyğunluqlarını dərindən başa düşmək üçün bəzi əsas
anlayışları nəzərdən keçirək.
KitabYurdu.az
267
Müasir dövrdə milli pul bazarlarını hərtərəfli öyrən-mədən valyuta
məzənnələrini təhlil etmək mümkün deyildir. Çünki, ayrı-ayrı dövlətlərin daxili
bazarlarında olan pul kütləsi valyuta məzənnələrinə təsir göstərir.
Pulun tədavül və tədiyə vasitəsi vəzifələrini yerinə yetirdiyi pul bazarında
ümumi tələb aparılan sövdələşmələ-rin miqdarından asılıdır. Sövdələşmələrin
miqdarı isə bu və ya digər ölkənin ÜMM-nin dinamikası ilə əlaqədardır. Bundan
başqa, ÜMM-nin dinamikası ilə pula olan tələb arasındakı əlaqə miqdar pul
nəzəriyyəsində başlıca rol oynayır. Buradan da belə bir nəticə hasil olur ki, iqtisadi
artım sürətinin və müxtəlif növ aktivlərə olan tələbin yüksək olduğu ölkələrdə
valyuta məzənnəsi də yüksək olmalıdır.
Belə bir fərziyyə də vardır ki, iki valyutanın müəyyən nisbətdə mübadiləsinin əsasını alıcılıq qabiliyyətlərindəki bərabərlik təşkil edir. Bu
fərziyyə əsasında işlənib hazır-lanmış alıcılıq qabiliyyətlərindəki bərabərlik
nəzəriyyəsi valyuta məzənnələrinin dinamikasının həmin ölkədə qiymətlərin
dəyişməsi ilə sıx bağlı olduğunu göstərir.
Yəni:
P1 = r ∙ P2 və ya r = P1 : P2
Burada: “r”–valyuta məzənnəsi, P1 və P2–nəzərdən keçirilən ölkələrdə
qiymətlərin səviyyəsi deməkdir.
Bu nəzəriyyə belə bir fərziyyə əsasında hazırlanmış-dır ki, beynəlxalq
ticarətdə əsas məhsulların qiymətlərindəki fərq yox olub getdiyinə görə bütün
ölkələrdə belə əmtəələrin eyni bir valyuta ilə hesablanan qiymətləri təqribən birbirinə bərabər olmalıdır. Məsələn, tutaq ki, 1GBP=1.5000 $– məzənnəsi ilə eyni
"nəsildən" olan kompüterin bir ədədinin qiyməti Ingiltərədə 1000 funt-sterlinqə,
ABŞ-da isə 2000 dollara bərabərdir. Belə olduqda Ingiltərə şirkətləri ABŞ-a kompüter ixracını artırırlar. Bu, ABŞ-da həm idxalın, həm də təklifin artmasına və
qiymətlərin Ingiltərədəki qiymət-lərin səviyyəsinə, yəni 15000 $-ə düşməsinə
gətirib çıxarır. Ingiltərədən ixrac, ABŞ-da isə idxal edənlərin fəaliyyəti funt
sterlinqə olan tələbi artırır. Bu isə öz növbəsində funt sterlinqin məzənnəsinin
yüksəlməsinə (məsələn, deyək ki, 1GBP=1.6500$) səbəb olur. Bütün bunların
nəticəsində ABŞ-da kompüterin qiyməti tarazlıq qiymətindən bir qədər yüksək
olur.
Lakin bütün əmtəələr, xüsusilə də xidmətlər üzrə bu cür tarazlaşma
mexanizmi fəaliyyət göstərə bilməz. Bu sözlər daha çox daşınmaz əmlaka aiddir.
Belə ki, ayrı-ayrı ölkələrdə daşınmaz əmlakın qiyməti həmin ölkələrdəki valyuta
məzənnələri nəzərə alınmaqla hesablandıqda bir-birindən fərqlənə bilər. Başqa bir
misal. Vəsaitə qənaət et-mək məqsədilə, heç vaxt baş qırxdırmaq, yaxud da
restoran-da nahar etmək üçün bir ölkədən başqa ölkəyə getməzlər. Bunun
üçün sadəcə olaraq, yaşayış yerini dəyişdirmək daha məqsədəuyğundur.
Gətirilən bu misallar bütün əmtəə və xidmətlər üçün eyni tarazlaşma mexanizminin
KitabYurdu.az
268
olmadığını göstərir. Valyuta məzənnələrinə təsir edən amillərdən biri də onun
özünün dinamikası ilə ölkənin ticarət balansı arasındakı qarşılıqlı əlaqədir1.
Valyuta məzənnəsi ilə ticarət balansı arasında əks əlaqə vardır. Ticarət
balansının pisləşməsi, yəni idxalın ixracdan çox olmasının artması ölkənin xarici
bazarlarda daha çox pul «xərclədiyini» göstərir. Bu da milli valyuta üzrə təklifin,
xarici valyuta üzrə isə tələbin artmasına gətirib çıxarır. Bunun nəticəsində milli
valyutanın məzənnəsi aşağı düşür. Ixrac idxaldan çox, yəni ticarət balansının qalığı
müsbət işarəli olduqda isə əksinə, milli valyutanın məzən-nəsinin yüksəlməsi
meyli özünü göstərir.
Məlum olduğu kimi, milli valyutanın məzənnəsinin aşağı düşməsi ixracın
artması, idxalın isə azalması üçün sti-mul yaradır. Məsələn, üç ay ərzində ABŞ
dollarının Ingiltə-rə funt-sterlinqinə olan məzənnəsi 1.5000$-dən 1.6500$-ə
düşdükdə, əmtəə ixrac edənlər 3 ay bundan əvvəlkinə nisbə-tən 10% çox mənfəət
əldə edir, Ingiltərədən əmtəə idxal edənlər isə 10% artıq ödəyirlər. Valyuta
məzənnəsinin bu cür dəyişməsi ixracın artmasına və idxalın azalmasına şərait
yaradır. Başqa sözlə, bu, ticarət balansındakı mənfi qalığın azalmasına və nəticədə
tamamilə yox olmasına, müsbət qalı-ğın isə əmələ gəlməsi və artmasına səbəb olur.
Milli valyu-tanın məzənnəsi yüksəldikdə hər şey tərsinə cərəyan edir.
Valyuta məzənnəsinə təsir edən amillərdən biri də fa-iz dərəcələrinin
dəyişdirilməsidir. Burada asılılıq göz qaba-ğındadır. Belə ki, Ingiltərəyə nisbətən
ABŞ-da faiz dərəcəsi-nin yüksək olması, digər şərtlər sabit qalmaqla investorlar
üçün dolları daha cazibədar edir, onlar öz aktivlərini "dollar depozitində"
yerləşdirməyə çalışırlar. Bunun nəticəsində valyuta bazarında dollara olan tələb
artdığına görə onun məzənnəsi yüksəlir. Əksinə, ABŞ-da faiz dərəcəsi aşağı
düşdükdə, dolların məzənnəsinin aşağı düşməsi meyli özünü göstərir. Lakin faiz
dərəcəsinin valyutanın məzənnəsinə təsi-rini aydınlaşdırarkən nəzərə almaq
lazımdır ki, bu qanu-nauyğunluq nominal faiz dərəcəsi üçün yox, real faiz dərəcəsi
üçün (yəni ölkədə inflyasiyanın sürəti nəzərə alınmadan) doğrudur.
Faiz dərəcəsinin dəyişməsi xeyli dərəcədə dövlətin pul-kredit
siyasətindən və ölkənin mərkəzi bankının valyuta məzənnəsinin tənzimlənməsi sahəsində necə fəaliyyət göstər-məsindən asılıdır.
Pul-kredit siyasəti sərtləşdirildikdə tədavüldə olan pul kütləsi azalır və
deməli valyuta bazarında milli valyuta üzrə təklif nisbi mənada aşağı düşür ki, bu
da onun məzən-nəsinin yüksəlməsinə gətirib çıxarır. Pul-kredit siyasətinin
"yumşaldılması" isə milli valyutanın məzənnəsinin aşağı düşməsinə səbəb olur.
Vergi siyasətinin sərtləşdirilməsi də milli valyutanın məzənnəsinin aşağı düşməsi
səbəblərindən biridir. Valyuta siyasətinin ən mühüm vasitələrindən biri də rəsmi
orqanların, birinci növbədə mərkəzi bankın, valyuta məzənnələrinin tənzimlənməsinə müdaxilə etməsidir.
Nəzərdən keçirilənləri ümumiləşdirərək müxtəlif amillərin təsiri ilə valyuta
məzənnələrinin dəyişməsinin ümumi qaynunauyğunluğunu aşağıdakı düsturla
ifadə etmək olar:
Бу барядя ХХХЫЫ фясилдя ятрафлы бящс олунмушдур. Бурада йалныз тиъа-рят балансы иля валйута
мязянняси арасындакы ясас мягамлар тящлил олунур.
1
KitabYurdu.az
269
r = (M1 : M2) ∙ (N1 : N2) ∙ (I1-I2) ∙ (P1-P2) ∙ T
Burada: “r”–milli valyutanın məzənnəsi, M1–həmin ölkədə olan pul kütləsi,
M2 –hər hansı başqa bir ölkədə olan pul kütləsi, N1 – həmin ölkənin ÜMM-i, N2 –
hər hansı baş-qa bir ölkənin ÜMM-i, I1 və I2 – müvafiq olaraq faiz dərəcə-ləri, P1
və P2–inflyasiyaların sürəti, T–ticarət balansı demək-dir. Bu düstura əsasən
aşağıdakı qanunauyğunluğu aşkara çıxarmaq olar: "x" ölkəsində pul kütləsi (M1),
ÜMM (N1), inflyasiyanın gözlənilən sürəti (P1) artıqda, faiz dərəcəsi (I1) aşağı düşdükdə, "y" ölkəsində isə əksinə, pul kütləsi (M2), ÜMM (N2), inflyasiyanın
gözlənilən sürəti (P2) azaldıqda və faiz dərəcəsi (I2) artdıqda, "x" ölkəsinin milli
valyutasına (r) nisbətən "y" ölkəsinin valyutasının məzənnəsi yüksəlir və bütün
bunların nəticəsində "x" ölkəsinin ticarət balansı (T) pisləşir.
3. Beynəlxalq maliyyə-kredit sistemi.
Ölkələr arasında iqtisadi münasibətlər ya birbaşa, yaxud da müxtəlif
beynəlxalq iqtisadi təşkilatların vasitəsilə tənzimlənir. Belə təsisatlar hər şeydən
əvvəl maliyyə-kredit sahəsində fəaliyyət göstərirlər. Bunlara beynəlxalq Valyuta
Fondunu (BVF), Beynəlxalq Yenidənqurma və Inkişaf Bankını (BYIB),
Beynəlxalq Hesablaşmalar Bankını (BHB), Avropa Yenidənqurma və Inkişaf
Bankını (AYIB) misal göstərmək olar. BVF ən iri beynəlxalq iqtisadi təşkilatlardan,dünya valyuta sistemini tənzimləyən mərkəzi orqanlardan biridir.
BVF 1944-cü ildə ABŞ-ın Bretton-Vudse şəhərində beynəlxalq valyuta-maliyyə
konfransında yaradılmışdır. BVF ölkələr arasında valyuta sahəsində münasibətlərin
əsas, ən ümumi qaydalarını müəyyən edir və BMT-nin ixtisaslaşdırılmış
müəssisəsi statusuna malikdir. Onun əsas vəzifələri valyuta problemləri üzrə
hökumətlər-arası məsləhətləşmələr aparmaq və əməkdaşlığın daimi mexanizmini
təmin etməkdən, valyuta məzənnələrini sabit-ləşdirmək və pul vahidlərinin
rəqabətdə qiymətdən düşməsi-nin qarşısını almaqdan, fondun üzvü olan ölkələr
arasında cari əməliyyatlar üzrə çoxtərəfli ödənişlər sistemini müəyyən və xarici
iqtisadi mübadilənin maneəsiz inkişafını təmin etmək məqsədi ilə valyuta
məhdudiyyətlərini aradan qaldır-maqdan, tədiyə balansındakı çatışmazlığı
tənzimləmək üçün kredit verməkdən, lazım gəldikdə beynəlxalq miqyasda satı-la
bilən şeylərin yerini doldurmaq məqsidilə süni ehtiyat aktivləri – SDR
yaratmaqdan ibarətdir.
BVF 1970-ci ildən başlayaraq beynəlxalq tədiyə və ehtiyat aktivləri
buraxır. Beynəlxalq hesablaşma vahidi və dünya kredit pullarının bir növü olan
SDR-in yaradılma-sının əsas səbəbi milli valyutaların qeyri-sabitliyi
olmuşdur.
Dünya valyuta sisteminin qeyri-sabitliyi valyuta tən-zimləmələrinin regional
səviyyədə razılaşdırılmasına gətirib çıxarmışdır. Belə ki, 1979-cu ildə valyuta
məzənnələrini sabitləşdirmək məqsədilə Avropa Iqtisadi Birliyinə daxil olan
ölkələrdə Avropa Valyuta Sistemi (AVS) və Avropa Valyuta Vahidi olan
EKYÜ yaradılmışdır. EKYÜ-dən "Ümumi bazara" daxil olan ölkələrin firmaları
arasında aparılan əməliyyatlarda istifadə edilir. AVS-ə daxil olan ölkələrin
KitabYurdu.az
270
valyutaları bir-biri ilə sıx surətdə bağlıdır və mə-zənnələrə görə fərqlənirlər. Milli
valyutaların məzənnələri EKYÜ ətrafında 2,25% həddində tərəddüd edə bilər.
Beynəlxalq hesablaşma vahidlərinin (SDR, EKYÜ) meydana gəlməsi dünya
birliyinə daxil olan milli təsərrü-fatların bir-biri ilə qaynayıb – qarışdıqlarını
göstərir.
Ən nüfuzlu beynəlxalq iqtisadi təşkilatlardan biri də BYIB-dir. Bank BMTnin ixtisaslaşdırılmış müəssisəsidir. Bretton-Vudse konfransının qərarı ilə BVF ilə
eyni vaxtda - 1944-cü ildə yaradılmış, lakin 1946-cı ildə fəaliyyətə başla-mışdır.
BYIB iki filialdan–Beynəlxalq Maliyyə Korporasi-yası (BMK) və Beynəlxalq
Inkişaf Assosiasiyası (BIA) iba-rətdir. Bunların üçü bir yerdə Dünya Bankını
əmələ gətirir.
Yalnız BVF-nin üzvü olan ölkələr BYIB-nin üzvü ola bilərlər. Bu
iqtisadi təşkilatı yaratmaqda məqsəd onun Ikin-ci dünya müharibəsində zərər
çəkmiş üzvlərinin iqtisadiy-yatlarını bərpa və inkişaf etdirməkdən ibarət olmuşdur.
Əvvəlcə təsərrüfatı müharibədə dağılmış Qərbi Avropa ölkələrini dirçəltmək üçün
kapitalist dövlətlərinin və xüsusi sahibkarların büdcə vəsaitləri səfərbərliyə
alınmışdır. Qarşı-ya qoyulan vəzifələr 50-ci illərin ortalarınadək əsas etibarilə
yerinə yetirildiyinə görə BYIB inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı, infrastruktur, tikinti və sənaye sahələrində "inkişaf layihələrinin" maliyyələşdirilməsi
üzrə ixtisaslaşmağa başlamışdır. BYIB-in filiallarının–BMK və BIA–spesifikası
ondan ibarətdir ki, BMK hər şeydən əvvəl inkişaf etməkdə olan ölkələrdə xüsusi
bölməni maliyyələş-dirir. BIA isə zəif inkişaf etmiş ölkələrə güzəştli şərtlərlə, bəzi
hallarda, hətta faizsiz kredit verir.
Bundan başqa, dövlətin hakimiyyət orqanları kredi-tin və ona uyğun faiz
məbləğinin ödənilməsini öz öhdəsinə götürdükdə BYIB ayrı-ayrı xüsusi, yaxud da
dövlət müəssi-sələrinə kredit verir. Lakin bu zaman kredit almaq istəyən
müəssisələr ən əlverişli şərtlərlə vəsait əldə etməyin digər mənbələrinin olmadığını
sübuta yetirməlidirlər.
BYIB hər hansı bir ölkəyə kredit verilməsi məsələsini həll edərkən, onun
iqtisadi və maliyyə imkanlarının tükən-məsinə dair məlumat tələb edir, bunun
doğruluğunu yəqin etmək və tövsiyələr hazırlamaq məqsədilə oraya ekspert-lərdən
ibarət nümayəndə heyəti göndərilir. Bu tövsiyələrdə bir qayda olaraq kredit verilən
ölkələrdə iqtisadiyyatın xüsusi mülkiyyətlə əlaqədar bölməsinin inkişaf etdirilməsi
və onun iqtisadiyyatına xarici kapitalın gəlməsi üçün əlverişli şəraitin yaradılmasına üstünlük verilir. Bu şərtlər kreditə ehtiyacı olan ölkə tərəfindən qəbul
edilmədikdə borc veril-məyə bilər. Bəzi hallarda kredit verilməsindən siyasi
təsəv-vürlərə görə də imtina edilir. Məsələn, keçən əsrin 70-ci illərinin
əvvəllərində Çilidə hakimiyyətə Xalq Cəbhəsinin nü-mayəndələri gəldikdə belə
olmuşdur.
XX əsrin 80-ci illərində bankın fəaliyyətində özünü göstərən başlıca cəhət
ondan ibarət olmuşdur ki, o, obyekt-ləri və layihələri maliyyələşdirməkdə davam
etməklə borc alan ölkənin yerləşdiyi iqtisadi siyasət dairəsinə daha çox nüfuz
etməyə başlamışdır. Belə ki, bank həmin ölkənin iqti-sadi siyasətinin işlənib
hazırlanmasında bir növ ekspert və-zifəsini yerinə yetirir, sənaye və kənd
təsərrüfatı məhsulları üçün qiymət islahatının, gömrük siyasətinin hazırlanmasın-
KitabYurdu.az
271
da, xarici ticarətin istiqamətlərinin müəyyən olunmasında iştirak edir. Bank
"struktur tənzimləmələri", yəni iqtisadiy-yatın tamamilə yenidən qurulması proqramlarının həyata keçirilməsi üçün daha çox kredit verir.
Valyuta-maliyyə sahəsində fəal əməkdaşlıq edən hökumətlərarası
təşkilatlar içərisində Iqtisadi Əməkdaşlıq və Inkişaf Təşkilatını (IƏIT) xüsusi
qeyd etmək lazımdır. Sənayecə inkişaf etmiş ölkələrin demək olar ki, hamısı bu
təşkilata daxildir. O, təşkilatın üzvü olan ölkələrin iqtisadi inkişafındakı meylləri,
iqtisadiyyat sahəsində daxili fəaliyyətlərin digər ölkələrin tədiyə balansına təsirini
aşkara çıxarmalıdır. Bu təşkilatın hazırladığı proqnozlara əsasən makroiqtisdi
siyasət sahəsində tədbirlər müəyyənləşdirilir.
Beynəlxalq miqyasda fəaliyyət göstərən ən nüfuzlu banklardan biri də
Beynəlxalq Hesablaşmalar Ban-kıdır (BHB).
Bu bank birinci dünya müharibəsi nəticəsində mey-dana çıxan borcların
Almaniya tərəfindən ödənilməsini və onun tənzimlənməsini nəzərdə tutan "Yunqa
planını" həya-ta keçirmək üçün qabaqcıl kapitalist ölkələri arasında 1930-cu ilin
yanvar ayında bağlanmış HAAQA müqaviləsinə uyğun olaraq həmin ilin may
ayında Bazeldə (Isveçrə) təsis edilmişdir. Lakin bank fəaliyyətə başladığı ilk
gündən daha geniş beynəlxalq iqtisadi və siyasi vəzifələrin həll olunma-sına xüsusi
diqqət yetirmişdir. Bu, birinci növbədə beynəl-xalq ticarətin sürətlə artmasına,
onun nizama salınmasına, ölkələr arasında valyuta münasibətlərinin sabitləşdirilmə-sinə aiddir.
BHB heç bir subsidiyadan istifadə etmir, mənfəəti bank fəaliyyətindən əldə
edir və onu öz səhmdarları ara-sında dividend şəklində bölüşdürür. Bankın
səhmdar təsisçi-ləri Belçika, Böyük Britaniya, Almaniya, Italiya, Fransa və
Yaponiyanın mərkəzi bankları, habelə ABŞ-ın üç ən iri xüsusi bankından ibarət
konsorsium olmuşdur. BVF-də müşahidəçi statusuna malik olan bu bank dünya
valyuta sisteminin təkamül prosesi ilə əlaqədar problemlərin həll olunmasında
onunla fəal əməkdaşlıq edir.
Hazırda BHB demək olar ki, bütün Avropa dövlət-lərinin, Kanada,
Avstraliya, Yaponiyanın mərkəzi və ABŞ-ın bir qrup kommersiya banklarını
birləşdirir. 70-dən çox mərkəzi bank özlərinin ehtiyat valyuta vəsaitlərini bu
bankda saxlayırlar.
Yuxarıda adları çəkilən beynəlxalq iqtisadi təşkilat-lar Şərqi Avropa ölkələri
və keçmiş SSRI məkanında mey-dana gəlmiş müstəqil dövlətlərdə valyuta-maliyyə
sahəsin-dəki problemlərin həll olunmasında bu və ya digər dərəcədə iştirak edirlər.
Bunu əlaqələndirmək üçün 1990-cı ildə Avro-pa Yenidənqurma və Inkişaf Bankı
(AYIB) yaradılmışdır. Bankın fəaliyyəti müxtəlif proqram və layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir.
Göründüyü kimi, dünyada bütün ölkələrin mənafelə-rilə az və ya çox
dərəcədə əlaqəsi olan maliyyə-kredit sistemi mövcuddur və o, bir sıra kəskin
problemlərin həll olunma-sında yaxından iştirak edir.
KitabYurdu.az
272
KitabYurdu.az
273
Download