Salam, buradan xaricdə oxumaq istəyən tələbələrə səslənirəm. Şikayətim Gradfeld’dəndir. İlk öncə bunu bildirim ki, bu postu buraya yazmamışdan əvvəl özlərinə dəfələrlə narazılığımı bildirmişəm. Ancaq yenə də, məsələ həll olmayıb, çıxış yolu olaraq bunu işıqlandırmağa qərar verdim. Deməli keçən ilin avqust ayında universitetin son ili ağır olduğu üçün və təqaüdləri araşdırmağa vaxtım olmadığı üçün nisbətən ucuz görüb “Hundred Students” layihəsinə baş vurdum. İlk öncə bunu bildirim ki, nəinki təqaüdləri özlərinin assign etməsi, hətta bir təqaüd barədə özlərinə azı 5 dəfə deməsən assign olunmur(bəzən heç assign etmirlər). Buna son misal Litva təqaüdüdür. Mart ayının ortasından dəfələrlə özlərinə təqaüd haqqında məlumat verməyi tələb etdiyim halda yalnız aprel ayının 23-ü mənə assign olundu və mətndə bildirilmişdi ki, sənədləri son yükləmə tarixi aprelin 24üdür) Maraqlısı da budur ki, mənə başqa adamın taskını vermişdilər, hansı ki ona aprelin əvvələri artıq assign olunmuşdu. İkincisi, dekabr ayından İtaliya universitetlərini assign etmələrini xahiş etmişdim, yenə çoxsaylı cəhdlərdən sonra assign olundu və bütün məlumatları daxil etdim. Hər həftə soruşmağıma baxmayaraq, Martın 30una qədər universitetə müraciət edilməmişdi və sonda qərara aldım ki, pulu geri götürüb özüm müraciət edim. Ümumiyyətlə, yuxarıda sadaladığım və sadalamadığım bir çox problemi şirkətin rəhbərinə bildirdim və mənə vəd edildi ki, bundan sonra problem olmayacaq. İndi isə yeni problemlərlə bağlı yazıram. Deməli Türkiyə Burslarına mülakat mərhələsinə dəvət edildim və mənə hesabımı verdilər ki, “gir burdan formu götür”. Forma daxil olduqda gördüklərim məni şoka saldı. İlk öncə, sadaladığım ixtisaslar səhv sıra ilə düzülmüşdü (qısacası, Pamukkale ən üstlərə, Yıldız Teknik isə ən alt sıralara yazılmışdı) Araşdırandan sonra mülakatın ortasında bunu intervyu götürənlərlə həll elədim (necə unprofessional görünməyini qeyd etmək istəməzdim). Ikinci bir problem isə özlərinə yazılı şəkildə Türkiyədə stajda olduğumu bildirməyimə baxmayaraq formda o yerdə böyük bir “NO“ yazılmışdı və bunu editləmək mümkün deyil. Üçüncü bir məsələ isə odur ki? “Graduation date”i 31 may qeyd etmişdilər, xoşbəxtlikdən onu düzəltmək mümkün oldu. Eyni application üzrə 4cü bir məsələ isə bütün experience-lərimin və sertifikatlarımın yalnızca 40-50%-ini sistemə yükləmişdilər. Qısacası, mülakata çağrılmağım belə möcüzə olub. Gəldik şikayətimin əsas məsələsinə. İyunun axırı “Stefan Banach” təqaüdü açıldı və ora müraciət etmək istədiyimi bildirdim. Bütün sənədləri hazırladıqdan sonra müraciət olundu. Bu təqaüdün fərqlərindən biri təqaüdə ayrı, universitetə isə ayrı müraciət olunmasıdır, yəni hər ikisindən qəbul almalısan. Bu yaxınlarda isə təqaüddən sonra artıq universitetə müraciət etmək istədiyimi bildirdim və onda məlum oldu ki, mən AGH Universitetində Materials Engineering bildirdiyim halda, onlar mənə Warsawa universitetinin Mechanical Engineering proqramına müraciət edib. Özlərinə bildirəndən sonra mənə çox gülməli bir cavab yazdılar. Cavabda deyilirdi ki, “Banachla əlaqə saxladıq əgər müraciətinizin cavabı müsbət olsa ixtisası dəyişmək mümkündür” (sonradan biraz danışandan sonra məlum oldu ki, heç mənim məsələmə görə əlaqə saxlamamışdılar). Buna – bizim məhşur təhsil ekspertlərinə qısa olaraq belə bir cavab verdim “Kimya Mühəndisliyi qurtaran biri necə ola bilər ki, Mechanical Engineeringdən qəbul alsın?”. Cavabında isə “Sizin məqsədiniz nədir?!” sualını aldım. Mənə cavab çıxmamışdan əvvəl danışıb həll ediləcəyini bildirdilər (məncə mümkün deyil. Olsa belə, artıq “mənim” necə məsuliyyətsiz biri olduğumu biləndən sonra necə cavab verərlər? Bilmirəm). Ancaq belə məsuliyyətsizliyə görə yenə də üzr istəmədilər, hətta özlərini haqlı çıxarmağa da çalışırdılar. Qısacası yazılacaq hələ çox şey var, amma yenə də bu postu yazmaqda məqsədim gələn il son kurs olacaq tələbələrə xəbərdarlığımdır. Attachment-ə şirkətin mənə necə “mülayim və professional” cavab verdiklərini əlavə edirəm. Məni 2 dəfə necə təhdid elədikləri isə göz qabağındadır. Bəlkə bu şikayəti yazmaqla onların “normal” tələbəsi olmayacam və heç bir yerə müraciət eləməyəcəklər (onsuzda yer qalmayıb) ancaq içim rahatdı özlərinin dediyi kimi hara istəsəm şikayət edəcəm. Bu işdən ən böyük təcrübəm: Qiymətdən əvvəl keyfiyyətə nəzarət edin!