Uploaded by silhouette037

Telefon aparatlarının təsnifatı Telefon aparatları vəzifəsinə gö-fayllar.org (1)

advertisement
Telefon aparatlarının təsnifatı Telefon aparatları vəzifəsinə görə
Telefon aparatlarının təsnifatı
Telefon aparatları vəzifəsinə görə 2 yerə bölünür:
1. Ümumi istifadə edilən aparatları;
2. Xüsusi istifadə edilən aparatlar.
Ümumi istifadə edilən telefon aparatlarına stasionar telefon aparatlar və pullu avtomatlartaksafonlar aiddir:
Xüsusi telefon aparatlarına gəmilərdə, şaxtalarda,hərbi hissələrdə istifadə edilən telefon
aparatları aiddir.Yaddaşlı çox funksiyalı telefon aparatları da xüsusi aparatlara aiddir.
Konstruksiyasına görə, telefon aparatları 2 yerə bölünür:
1.Stasionar şəraitdə işləyən telefon aparatları məs: stolüstü, divardan asılan.
2. Yeri dəyişdirilən telefon aparatları, məsələn hərbi səhra şəraitində işlənən aparatlar.
Qoşulma üsuluna görə telefon aparatları 2 yerə bölünür:
1.Telefonu və mikrofonu danışıq vaxtı xəttə qoşulan telefon aparatları
2.Telefon qəbul vaxtı, mikrofonla veriliş vaxtı xəttə qoşulan telefon aparatları.
Birinci tip aparatlar öz növbəsində 2 yerə bölünür:
a)Yerli effektli(təsirli) aparatlar;
b) Əks yerli effektli aparatlar.
Yerli effekt dedikdə, abunəçinin özü öz səsini telefonda eşitmə hadisəsi başa düşülür.
Texniki tələbatlar nəticəsində telefon aparatları yüksək keyfiyyətli veriliş və qəbul proseslərini
həyata keçirtməli, fiziki cəhətdən davamlı olub, etibarlı işləməli, tətbiqi sadə olub, aşağı qiymətə,
estetik cəhətdən yaxşı tərtib edilməli və montajı yüksək texnologiyalı olmalıdır.
Telefon aparatlarının qoşulma sxemləri
Yerli effektin maneəedici təsiri iki hadisə ilə əlaqədardır:
1.Səsin pərdələnməsi (örtülməsi) 2. Veriliş prosesinin uyğunlaşması.
Səsin pərdələnməsi dedikdə, maneəedici səslərin və ya hay-küy maneələri təsirindən qulağın
həssaslığının azalması başa düşülür. Ən güclü pərdələnmə təsiri aşağı səs tezliklərində yaranır.
Çox güclü intensivliyə malik səslərin pərdələyici təsiri az olur. Uyğunlaşma- adaptasiya dedikdə,
insan qulağının güclü səslərə uyğunlaşması prosesi başa düşülür və nəticədə qulağın həssaslığı
xeyli azalır. Lakin güclü səsdən qəflətən sakit mühitli səsə keçdikdə qulaq bu təsirə tezliklə
uyğunlaşa bilmir və nəticədə onun mövcud seçiciliyi xeyli pisləşir.Telefon aparatlarında yerli
effektin olması aşağıdakı təsirləri yaradır.
1. Otaqda yaranan hay-küylər. Bu səs mənbələri mikrofona təsir edir və eyni vaxtda abunəçinin
qulağına, qəbul siqnalı ilə bərabər daxil olmaqla, pərdələnmə hadisəsi yaradır.
2. Çox güclü səsin olması qəbul siqnalının adaptasiyasına səbəb olur.
Hər iki hadisə qəbul edilən danışığın seçiciliyinə mənfi təsir göstərən amillərdir. İstismarda olan
telefon aparatları ancaq əks yerli sxem əsasında hazırlanır. Beləliklə abunəçinin özü-öz səsinin
eşidilməsinin qarşısı alınır. Əks yerli sxemlərin 3 tipi geniş yayılmışdır:
1.Körpü sxemli telefon aparatları.
2. Kompensasiya sxemli telefon aparatları.
3.Avtotransformator sxemli telefon aparatları.
İki tipdən olan telefon aparatının iş prinsipi ilə tanış olaq.
Körpü sxemli telefon aparatları. Bu tip sxemə malik telefon aparatlarında telefon
transformatorunun I dolağına elektomaqnit sistemli telefon kapsulu qoşulduğu halda, II dolaq
müqavimətləri eyni olan 2 yarım dolağa bölünməklə orta nöqtəyə kömür mikrofonu qoşulur Bu
halda yarımdolaqların tam müqavimətləri təqribən eyni olduğu üçün, mikrofonun qarşısında
danışan zaman yarım dolaqlardan qiymətcə eyni, istiqamətdə əks döyünən cərəyanlar axacaqdır.
Kirxhofun I qanununa görə, düyün nöqtəsində cərəyan və deməli maqnit seli də sıfır olduğu üçün
II dolaqda induksiyalanmış cərəyan və deməli maqnit seli olmayacaqdır, çünki
=0
və ya
I1=I2
şərti ödənilir. Giriş danışığı vaxtı isə hər iki yarım dolaqdan axan cərəyanın axma istiqaməti və
qiyməti eyni olduğundan, maqnit selləri toplanır və II dolağa induksiyalanır.
http://fayllar.org
Download