EKONOMIKS Ekonomika sözü yunan sözü olub, mənası «ev təsərrüfatının idarə olunması» deməkdir. Ekonomiks cəmiyyətin onun sərəncamında olan məhdud resurslardan necə istifadə etməsi haqda elmdir. BƏS MƏHDUD RESURS NƏDİR? Cəmiyyətin resursları adətən bir planlaşdırıcı mərkəzdən deyil, milyonlarla ev təsərrüfatı və firmaların birgə səyləri ilə bölüşdürülür. Beləliklə, iqtisadçıların vəzifəsi insanların qərarlar qəbul etməsi prosesinin öyrənilməsindən ibarətdir: Onlar nə qədər işləyir, nə qədər alır, nə alır, əmanətləri necə toplayır və əldə olunan vəsaitləri hara qoyurlar? Çoxlu sayda alıcılar və satıcılar məhsulun qiymətini və satılan əmtəənin kəmiyyətini necə müəyyən edirlər. Bütövlükdə iqtisadiyyata təsir edən amilləri və meylləri təhlil edirlər: orta gəlirin artımını, iş tapa bilməyən əhalinin hissəsini və qiymətlərin artım tempini. Diaqram 1: Dövri-Axın Diaqramı Firmalar • Əmtəə və xidmətləri istehsal edir və satırİstehsal amillərini istifadə və işə cəlb edir Ev təsərrüfatları • Əmtəə və xidmətləri alır və istehlak edirİstehsal amillərinə sahib olur və onları satır Əmtəə və xidmət bazarları • Firmalar satır • Ev təsərrüfatları alır İstehsal amilləri bazarları • Ev təsərrüfatları satır • Firmalar alır İstehsal amilləri (Factors of Production) İstehsal amilləri əmtəə və xidmətlərin istehsalında istifadə edilir. Torpaq, əmək və kapital Aşağıdakı anlayışlar İstehsal İmkanları Həddi və ya əyrisi vasitəsilə açıqlanır: Səmərəlilik (Efficiency) Seçimlər (Tradeoffs) Alternativ dəyər (Opportunity Cost) İqtisadi artım (Economic Growth) İstehsal İmkanları Həddi və ya Əyrisi İstehsal imkanları həddi və ya əyrisi (production possibilities frontier) iqtisadiyyatın mövcud istehsal amilləri və istehsal texnologiyası çərçivəsində həyata keçirə biləcəyi mümkün istehsal səviyyəsini göstərən məhsul buraxılışını ifadə edən qrafikdir. Bu 10 prinsip öz növbəsində 3 hissəyə bölünür: 1. Qərarlar necə qəbul olunur? (1-4 prinsiplər) 2. İnsanların qarşılıqlı təsiri (5-7 prinsiplər) 3. İqtisadiyyatın bütövlükdə fəaliyyəti (8-10 prinsiplər) Çalışma Lotoroyedan qazandığınız 1000 manatı bugün xərcləmək və ya illik 5 % qazandıran banka depozit kimi bir il qoymaq şansınız var. 1000 manatı bugün xərcləməyin alternativ xərci nədir? Riyaziyyatdan bir tapşırığı yerinə yetirmək üçün yarım saat, mikroiqtisadiyyatdan tapşırığı yerinə yetirmək üçün isə iki saat vaxt lazımdır. İki riyazi tapşırıq yerinə yetirməyin alternaqtiv dəyəri nədir? Çalışma İdarə etdiyiniz şirkət yeni bir məhsul hazırlamaq üçün 5 milyon dollar sərmayə qoymuşdur, lakin inkişaf hələ də tamamlanmamışdır. Son görüşdə satıcılarınız, rəqabət aparan məhsulların təqdim edilməsinin yeni məhsulunuzun gözlənilən satışını 3 milyon dollara endirdiyini bildirirlər. İnkişafı bitirmək və məhsulu hazırlamaq 1 milyon dollara başa gələcəksə, bunu davam etdirməlisiniz? İnkişafı başa çatdırmaq üçün ən çox nə ödəməlisiniz? Riyaziyyatdan bir tapşırığı yerinə yetirmək üçün yarım saat, mikroiqtisadiyyatdan tapşırığı yerinə yetirmək üçün isə iki saat vaxt lazımdır. İki riyazi tapşırıq yerinə yetirməyin alternaqtiv dəyəri nədir? Prinsip 5. Hər kəsin xeyrinə ticarət İnsanlar, ölkələr məhsul və xidmətlərin digərləri ilə mübadilə olunması baxımından qazanmış olur Ticarət prosesində iştirak etməklə fərd daha ucuz qiymətlərlə daha çox sayda əmtəə və xidmətləri almaq imkanını əldə edir. Ticarət onlara daha bacarıqlı olduqları sahələrdə ixtisaslaşmağa və mübadilə nəticəsində daha çox əmtəə və xidmətlər əldə etməyə imkan verir. Prinsip 6. Adətən bazar-iqtisadi fəaliyyətin təşkilinin əlverişli üsuludur Əsas iqtisadi sistemlər: Ənənəvi Planlı iqtisadiyyat – hökumət istehsalat faktorlarını(torpaq, əmək, təbii sərvətlər və kapital) idarə edir və nəyin nə vaxt, harada və nə qədər istehsal olunacağını müəyyənləşdirir. Bazar iqtisadiyyatı - mal və xidmətlərin qiymətlərinin alıcılar və satıcılar tərəfindən müəyyən olunduğu, tələb və təklifə əsaslanan bir sistemdir. Prinsip 6. Adətən bazar-iqtisadi fəaliyyətin təşkilinin əlverişli üsuludur Kompaniyalar kimi işə götürmək və nəyi istehsal etmək barədə qərarları yalnız özləri qəbul edirlər. Ev təsərrüfatları öz üzvlərinin hansı firmalarda işləməsi və onların gəlirlərindən necə istifadə etmək barədə qərarlar qəbul edirlər Prinsip 6. Adətən bazar-iqtisadi fəaliyyətin təşkilinin əlverişli üsuludur Adam Smith – «Gözəgörünməz əl» Bazar heç bir xarici müdaxilə olmadan,əsasən də dövlətin müdaxiləsi olmadan "Görünməz əl"in köməyi ilə idarə olunur. A.Smitin əsas ideyasıbazar iqtisadiyyatında liberalizm, dövlətin iqtisadiyyata minimal müdaxiləsi, tələb və təklifdən asılı olaraq azad qiymətlər əsasında bazar özünüidarəsi ideyası idi. Prinsip 7. Bəzən dövlət bazara müsbət təsir etmək imkanına malik olur Bəzən müxtəlif səbəblərə görə «görünməz əl» işləmir. Bazarın müvəffəqiyyətsizliyi (iflas) - Bazarın öz-özünə resursları səmərəli bölüşdürmək iqtidarında olmadığı vəziyyət. Dövlətin iqtisadiyyata müdaxiləsi iki səbəbdən məqsədyönlüdür: 1. səmərəliliyin 2. bərabərliyin təmin olunmasına yönəldilirsə. Bazarın müvəffəqiyyətsizliyinə aşağıdakılar səbəb ola bilər: Xarici effektlər (ektremal hallar) - bir insanın fəaliyyətinin digərlərinin rifahına təsiri Bazar üzərində hökmranlıq – bazar iştirakçılarından birinin və ya kiçik bir qrupunun bazarda gücünün yüksək olması bazar gücü – qiymətlərə təsir edəbilmmə qabiliyyəti Prinsip 8. Əhalinin həyat səviyyəsi ölkənin əmtəə və xidmətləri istehsal etmək qabiliyyəti ilə müəyyən olunur Xalqın rifah halının göstəricisi olan həyat səviyyəsi əhalinin gəlirləri və istehlakı ilə yanaşı, əmək və məişət şəraitini, iş vaxtı və asudə vaxtının həcmini, quruluşu, əhalinin mədəni və təhsil səviyyəsi göstəricilərini, həmçinin sağlamlığını və demoqrafik vəziyyətini əks etdirir. K. Marks: «İş qüvvəsinin dəyər kəmiyyətini hər bir ölkədə ənənəvi həyat səviyyəsi müəyyən edir. Bu səviyyə yalnız fiziki tələbatların ödənilməsini deyil, həm də insanların yaşadığı ictimai şəraitdən doğan müəyyən tələbatların ödənilməsini nəzərdə tutur» Prinsip 8. Əhalinin həyat səviyyəsi ölkənin əmtəə və xidmətləri istehsal etmək qabiliyyəti ilə müəyyən olunur BMT nin təklifinə əsasən həyat səviyyəsi geniş göstəricilər sistemi vasitəsilə əks olunur. Bu sistemə daxil olan göstəricilərdən aşağıdakıları göstərmək olar: -səhiyyənin vəziyyəti; -təhsilin səviyyəsi; -orta ömür müddəti; -əhalinin məşğulluq səviyyəsi; -əhalinin alıcılıq qabiliyyəti; -siyasi həyata daxil olma. Prinsip 8. Əhalinin həyat səviyyəsi ölkənin əmtəə və xidmətləri istehsal etmək qabiliyyəti ilə müəyyən olunur Hazırda həyat səviyyəsini əks etdirən vahid ümumiləşdirici göstərici yoxdur.Həyat səviyyəsi beynəlxalq miqyasda müqayisə etmək məqsədi ilə 1990 cı ildən başlayaraq BMT də yeni göstəricidən istifadə edilir. Bu “ insan potensialının inkişaf indeksi” və ya qısacı desək, “ insan inkişafı indeksi”göstəricisidir. İnsan inkişafı indeksini müəyyən edən göstəricilər sistemindən üç əsas göstərici ayırırlar: adambaşına düşən ümumi daxili məhsul, gözlənilən ömür uzunluğu, təhsilin səviyyəsi. Prinsip 9. Qiymətlər hökumət həddən artıq çox pul çap etdikdə artır İnflyasiya – iqtisadiyyatda qiymətlərin ümumi səviyyəsinin artmasıdır. İnflyasiyanı nə əmələ gətirir? - tədavüldə olan pulun miqdarının artması. Hökumət çoxlu sayda milli pul vahidi buraxırsa, pulların dəyəri azalır. Prinsip 10. Qısamüddətli perspektivdə cəmiyyət inflyasiya və işsizlik arasında seçim etməlidir İşsizlik səviyyəsi və inflyasiyanın sürəti arasında əks asılılığın mövcuddur. inflyasiya İnflyasiya və işsizlik arasındakı asılılığı bu qarşılıqlı əlaqəni kəşf edən iqtisadçının şərəfinə adlandırılan Fillips əyrisi təsvir edir. Necə? işsizlik