AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİ RENT A CAR XİDMƏTLƏRİ Fənnindən MÜHAZİRƏ KONSPEKTLƏRİ Qrup NS1701 2019/2020 tədris ili Avtomobil icarəsənin tarixi. Avtomobil icarəsinin üstünlüyü ondan ibarətdir ki, yerdəyişmə ilə əlaqədar təlabatı hər hansı bir şəxs rahat və vaxtında ona lazım olan yerə çata bilir. Avtomobil icarəsindən əsasən bir ölkədən başqa ölkəyə səfər edən turistlər və biznes adamları faydalanırlar. Avtomobl icarəsinin tarixi 1916-cı ilə təsadüf edir. Həmin vaxt Nebraska ştatının sakini Cou Saunders öz T model Ford avtomobilini yerli və gəlmə biznesmenlərə icarəyə verməyə başladı. Avtomobilin icarəsi ideyası Saundersin ağlına təsadüfi bir hadisədən sonra gəldi. İş görüşməsinə tələsən bir komersant ondan avtomobilini istədi, beləliklə Saunders hər milə 10 sentdən avtomobilini icarəyə verməyə başladı. Qət olunmuş məsafəni ölçmək üçün Saunders sol qabaq təkərə məsafə ölçən cihaz quraşdırmışdır. 1925-ci ildə Saundersin yaratdığı avtomobil icare şirkəti 21 ştatda filiala malik idi. Qeyri rəsmi məluamtlara görə 1920-ci ilin əvvəllərində Saundersin şirkətinə ümümi dəyəri 1.000.000 $ olan Kraysler avtomobilləri daxil idi. Saundersin ilk rəqibi 1923-cü ildə avtomobil icarəsi ilə məşğul olmağa başlayan Ueltor Cekobs oldu. O da icarəyə “Ford T” modelli avtomobiller verirdi. Başladığı ildə Cekobsun gəliri 1.000.000 $-ı keçmişdir. Tez bir zamanda Cekobs Saundersi üstələdi. 20-ci illərin ortalarında Cekobs Çinaqoda Yellowcup Manifuctoring Company şirkətinin sahibi Con Hertzle tanış oldu.Hertz Cekobsun Kompaniyasını satın aldı. Daha sonra Hertz öz şirətini General Motors kompaniyasına satdı. Nəticədə dünyanın ən böyük avtomobil icarəsi şirkətlərindən olan Hertz Drive sistemi yarandı. II Dünya müharibəsi illərində ABŞ-da Dəmiryolu şəbəkəsinin etməsi ilə əlaqədar sürətlə inkişaf avtomobil icarəsinə təlabat artdı. 1945-1970-ci illər arasında avtomobil icarəsi bütün dünya üzrə inkişaf etdi. 1946-cı ilə kimi hava limanlarında avtomobil icarəsi demək olar ki, yox idi. 1946-cı ildə Ueren Avis Rent A Car şirkətini yaratdı. Şirkət Detroyodda yerləşirdi. Avis Öz biznesinə 3 avtomobillə başlamışdır. Biznesi inkişaf etdirmək üçün Avis təyyarə reyslərinə bilet alıb şirkətin fəaliyyətini reklam etdirirdi. O zamanlar icarə kompaniyaları üçün müstəqil olmaq həddindən artıq çətin idi. Bunun üçün böyük maddi resurslar tələb olunurdu. Ona görə də 1947-ci ildə müflis olmaqdan qorxan 24 avtomobil icarə şirkəti Missuci ştatında Sent Luis şəhərində birləşərək milli avtomobil icarə sistemi yaratdılar. Hal-hazırda avtomobil icarəsi üzrə dünya lideri Hertz şirkəti hesab olunur. Bu şirkətin dünyanın 150 ölkəsində 7.000 icarə stansiyası var. Şirkət 550.000 avtomobil icarəyə verir. Bu avtomobillərin ümümi dəyəri 10.milyard $-dır. Avtomobiı icarəsi sahəsində 2-ci yeri Avis kompaniyası tutr. Avtomobil icarəsinə təlabatın bu səviyyədı çoxalmasının əsas səbəbi Aviyasiiya turizminin və hava daşımaları həcminin çoxalmasıdır. Avtomobil icarəsinin növləri 1.Sürücü ilə və sürücüsüz avtomobil icarəsi. Avtomobillərin icarəyə verilməsi 2 cür yerinə yetirilir:1-ci halda avtomobil müştəriyə sürücüsüz,2-ci halda isə sürücü ilə birlikdə təqdim olunur.Sürücü ilə avtomobil icarəsi bir növ VİP taxi xidmətinə oxşayır,amma fərq ondadır ki,sürücü ilə avtomobil icarəsi vaxta görə,VİP taxi xidməti isə gedilən yolun uzunluğuna görə xidmət haqqı alır. 2. Sürücü ilə avtomobil icarəsi. Avtomobil icarəsinin tətbiq olunduğu lap ilk vaxtlarda icarə haqqı gedilən yolun uzunluğuna görə alınırdı.Müasir dövrdə icarə xidməti göstətn şirkətlər geniş avtomobil parkına sahib olmaqla bərabər öz sərancamlarında nəqliyyat vasitələrinin sayına uyğun peşəkar sürücülər saxlayırlar.Əgər sürücü ilə icarə xidmətləri təklif olunursa xidməti yerinə yetirən sürücülərin peşəkar sürücü vərdişləri ilə yanaşı xidmət etdikləri ərazinin tarixi,tanınmış erləri ilə bağlı informasiyanın olması,dünya ölkələrində çox istifadə olunan dillərdən birini və yaxud bir neçəsini bilməsi məqsədəuygundur. 3. Sürücü ilə avtomobil icarəsinə tələbat. Sürücü ilə avtomobil icarəsi adətən hava limanlarına,toy şənliklərinə və biznes konfranslarına təşkilinə xidmət göstərilərkən istifadə olunur. Hava limanlarına avtomobil icarəsi servisi sərnişin və yaxud turistin gedəcəyi məntəqənin çox uzaqda yerləşdiyi hallarda əlverişli olur.Yalnız bu hallarda icarə xidmətlərindən istifadə etmək,taxi xidmətlərindən istifadə etməkdən ucuz başa gəlir. 4.Yük avtomobillərinin icarəsi. Yük avtomobillərinin icarəsi əsasən sürücü ilə yerinə yetirilir. Sürücüsüz icarə yalnız ən az bir il sürücülük təcrübəsi olan şəxslərə verilir. Xidməti edən şirkət bilir ki, sürücü ilə icarə xidməti əsasən başqa şəhərlərdən gələn müştərilər və ya sürücülük vəsiqəsi olmayan müştərilər tərəfindən sifariş olunur. Yük avtomobillərinin icarəsi sırf rent-a-car xidməti kimi deyil yük daşıma xidməti kimi daha geniş yayılmışdır. 5. Sürücüsüz avtomobil icarəsi. Sürücüsüz icarə xidmətinin üstünlüyü ondadır ki,mştəri öz nəzərde tutduğu biznes fəaliyyətini tam məxfi şəkildə yerinə yetirə bilir.Avtomobil icarəsinin bu növünün çatışmayan cəhəti ondadır ki,icarə müddətində avtomobilə dəyən hər hansı maddi ziyan müştəri tərəfindən ödənilməlidir.Avtomobil müştəriyə təqdim olunarkən yanacaq bakı adətən dolu olur.Avtomobili icarəyə götürən şəxs onu şəkildə də təhvil verməlidir. Rent a car şirkətlərinin böyük əksəriyyətində avtomobil icarəyə götürən şəxslərin sürücülük təcrübəsi 2 il olması tələb olunur. 6. Karşerinq (İng. Carsharing) – əsasən qısa şəhərdaxili gedişlər üçün istifadə olunan dəqiqəyə və ya saata görə ödənilən qısamüddətli icarə üsuludur. Karşerinq avtomobili istənilən xidmət məntəqəsində təhvil verməyə imkan verir. Şəhərədə çoxsaylı avtomatlaşdırılmış məntəqənin olduğu halda ictimai nəqliyyatla karşerinq arasında seçim imkanı yaranır və konkret halda fərdi avtomobillə itirilən vaxtı ixtisar etməyə imkan verir . 7. Karşerinq xidmətinin yayılması. Mütəxəssilərin fikrincə bu xidmətin genişlənməsi ilə şəhər əhalisinin öz avtomobilindən, o cümlədən başqa ictimai nəqliyyat növlərindən istifadə etməyə marağı azalır. Frost & Sullivan şirkətinin apardığı araşdırmaya əsasən 2011-ci ildə Avropa ölkələrində karşerinq abunəçilərin sayı 700 mindən çox olmuşdur. 2020-ci ildə isə 15 milyon nəfəri keçəcəkdir. İstifadə olunmaq üçün nəzərdə tutulan avtomobillərin sayı isə 240 mindən çox olacaq. Toyota kimi iri avtomobil konsernləri özləri karşerinq xidməti göstərən məntəqələr yaradırlar. 8. Karşerinq müqaviləsi. Adətən karşerinq operatorunun xidmətindən istifadə etmək üçün xidmətin göstərilməsi şərtləri, tərəflərin vəzifə və öhdəlikləri göstərilən müqavilənin bir dəfə imzalanması kifayət edir. Müqavilə bağlandıqdan sonra karşerinq müştərisi istənilən anda konkret servisin boş avtomobilindən istifadə edə bilir. 9. Karşerinq sifarişi vasitələri. Texniki cəhətdən avtomobili əldə etmək üçün aşağıdakılar istifadə oluna bilər: -Fiziki xəritə (HID, Mifare, EM-marine və s.). Məsələn car2go Alman şirkəti RFİD işarəli sürücülük vəsiqələri istifadə edir. -internet brauzer vasitəsilə boş avtomobilin bronlaşdırılması. Bu xidməti karşerinq şirkətləeinin əksəriyyəti təklif edir. -smartfonlardakı tətbiqlər vasitəsilə avtomobil bronnlaşdırılması. Karşerinq şirkətlərinin özlərinə məxsus tətbiqlər də geniş yayılmışdır. Onlayn bronlaşdırma və ya tətbiq vasitəsilə bronlaşdırma zamanı adətən istifadəçiyə avtomobili götürmək üçün 20 dəqiqə vaxt verilir. Bu vaxt bitdikdən sonar parklanma tarifinə uyğun haqq alınır. 10. Karşerinq xidmətinin fərqli cəhətləri Karşerinq xidmətinin uzunmüddətli icarədən fərqli cəhətləri aşağıdakılardır. • təhvil və təslim məntəqələri 24 saat , 7 gün açıqdır; • bronlaşdırma avtomatikdir.; • avtomobil dəqiqəlik, saatlıq və günlük götürülə bilər; • bütün müştərilərin müştəri kartı var; • metro və digər ictimai nəqliyyat vasitələrinin dayanacaqlarına yaxın yerləşən təhvil və təslim məntəqələri var; • sığorta və yanacaq xərci icarə haqqına daxildir. 11. Karşerinq xidmətinin üstünlüyü Karshinqinq iştirakçıları öz nəqliyyat xərclərinə 70% -ə qədər qənaət etmək imkan əldə edirlər. Çünki onlar vaxta görə ödəmə edirlər, reallıqda isə fərdi avtomobildəki komfortu hiss edirlər. verir ki, onlar yalnız avtomobilə tam zaman istifadə edirlər. Uğursuzluqlar qarşısınma-klubları ümumilikdə 47%, istifadə edilən ümumi nəqliyyat vasitəsi, 10% -dan çox gəzinti üzrə bisiklet və 26% -ə qədər pesix pogulok. Karşerinq iştirakçıları qeyd edillər ki, onlar ictimai nəqliyyatdan istifadəni 47%, velosipedlə gedişləri 10%, piyada gedişləri 26% artırıllar və eyni zamanda lazımsız gedişləri ixtisar edrlər. Lakin bu xidmətin reklamı hələ də lazımi saviyyədə deyil. Kaliforniya Universitetinin apardığı sorğuya əsasən əhalinin əksər hissəsinin belə bir servisin mövcudluğundan xəbəri yoxdur. Müasir Rent a Car şirkətləri Rent a car şirkətləri arasında rəqabət Hal hazırda dünya miqyasında avtomobil icarəsi ilə məşğul olan minlərlə şirkət var. Lakin bu şirkətlər arasında özünə məxsus mövqeyi ilə fərqlənən 40-a yaxın şirkət fəaliyyət göstərir. Hertz, Avis, Holiday, Sizt belə şirkətlərdəndi.2001-ci ildə Hertz kompaniyası özünün nüfuzlu avtomobil markaları kolleksiyasını nümayiş etdirib yeni səviiyənin əsasını qoydu. Hal hazırda şirkət Yaquar, Land Rover, Linkoln, İnfiniti, Cadillac kimi Premium Klass avtomobilləri müştərilərə təklif edə bilir. Şirkət dünya lideridi.150 ölkədə nümayəndəliyi var. Təkcə Ukraynada Hertz şirkətinin 11 fəaliyyət göstərən nümayəndəliyi mövcuddur. Axırıncı 3 ildə şirkətin avtomobil parkı 3 dəfə böyümüşdür.Avropa ən böyük Rent a car şirkəti Sixty şirkətidir. Şirkətin 105 ölkədə nümayəndəliyi vardır.Şirkət Ekar, EDNR, CLAR tələbatına uyğun gələn avtomobil parkına sahibdir. Avis şirkəti dünyanın ikinci ən böyük Rent a car şirkətidir.Azərbaycanda 1997-ci iilin 15 aprel tarixində Koç Holding qurumu olan Set Auto LTD tərəfindən qurulmuşdu.Koç Holding dünyanın “Fortuna Glob 500” adlanan ən məşhur 200 koorparasiyasından biridir.Hal hazırda Avisin Azərbaycan nümayəndəliyinin avtomobil parkında 200 avtomobil daxildir.Şirkətin sərəncamında 80 sürücü var. Rent a car şirkətləri arasında rəqabət ölkənin və şirkətlərin xüsusiyyətlərindən asılı olaraq fərqlidir.MDB məkanında yerləşən ölkələrin bazar münasibətlərinin oxşarlığını nəzərə alsaq Rusiya avtomobil icarəsi bazarında rəqabəti nəzərdən keçirmək daha məqsədə uyğun olar.2012-ci ilin 15 və 27 fevral tarixləri arasında tədqiqat nəticəsində əsas 3 məsələ öyrənilmişdi: bazar, rəqabət mühüti, şirkət. Ekspertlərin ümumi fikrinə əsasən rent a car bazarı Rusiyada ilkin mərhələdədir. Bazar tələbatını qiymətləndirərək ekspertlərin gəldiyi fikir bazarın minimal təlabatının 30-35 avtomobil bazarın potensialı isə 1500 avtomobil təşkil edir. Müşahidələr göstərir ki, rent a car bazarı çox sürətlə inkişaf edir (il ərzində 17% - 20%). Ekspertlərin nöqteyi nəzərinə görə Rusiya avtomobil icarəsi bazarının xüsusiyyətləri Qərbinkindən heç nə ilə fərqlənmir.Əksinə müəyyən məsuliyyətə malikdi.Bunlara bazarın inkişafı üçün potensialın böyüklüyü, xidmət haqlarının azlığı, böyük şəhərlərin çoxluğu, əhalinin sıxlığı, hadisələrin yüksək müntəzəmliyi sərt rəqabətdir. Kampaniyalar səviyyəsində göstərilən xidmətlərin aşağı səviyyədə olması, köhnə avtomobil patkı, yüksək risklər, götürülən avtomobillərin müqabilində qoyulan zəmanətin çoxluğu, avtomobilin istismarının çətin şəraitdə həyata keçirilməsi, reklam xərclərinin çoxluğu, Qərb rent a car şirkətlərinə nisbətən çatıçmazlıqlardır. Təkcə Moskva şəhərinin rent a car bazarının ümumi həcmi 30-60 milyon $ arasında dəyişir. Yaxın 3-7 il ərzində bu bazarın əhali tərəfindən daha dərindən mənimsənilməyi təxmin edilir. Yaxın 5-7 il ərzində isə Moskva rent a car bazarının Qərb analoqlarına çatacağı ekspertlər tərəfindən proqnozlaşdırılır. Moskvada fəaliyyət göstərən ekonomklass təklif edən rent a car sistemləri Eleks Polius, Pinguen, Scarlet, Aves, Global rent, Sixt, Aventa, Zeyn Systems, Avtomir şirkətləridir.Biznes klas xidmətləri təklif edən şirkətlər Raydin, Pinguen, Delta car Rental, Hertz, Sixt şirkətləridir. Premium klas xidmətləri isə Aventa, Sixt, Opsalut Karona, PR auto, Hertz, Limuzen service şirkətləri göstərir. İşi tədqiq olunan kompaniyaların 2005-ci il ərzində ümumi gəlirləri 3.000.000 $ təşkil etmişdir.Təxmin olunur ki, bu rəqəmlər dəqiq rəqəmlər deyil şirkətlərin verdikləri yalançı statistikaya əsaslanır.Şirkətlər kommersiya sirrlərini bölüşmək istəmirlər.Avtomobil parklarının böyüməsi yüksək ixtisaslı sürücülərin çatışmaması ilə nəticələnə bilər.Bəzi şirkətlər müştəri cəlb etmək məqsədilə öz xidmətləri ilə yanaşı əlavə xidmətlər və avadnlıqlar təklif edirlər.Bunlara mehmanxanaların bronlaşdırılması, biletlərin çatdırılması, mobil mühafizə, eskort xidməti, əlavə sığortalanma, peyklə izləmə, operativ lizinq, xaricdə avtomobil icarəsi və s. aiddir.Müşahidələr nəticəsində müəəyyən olmuşdur ki, avtomobil icarəsi ilk fəsilləri üzrə müxtəlif intensivliyə malik olur.Yaz ayları tələbatın atrması müşahidə edilir.Yaz aylarında xüsusilədə bayram və istirahət günlərində avtomobil icarəsinə təlabat pik nöqtəsinə çatır.Payız aylarında avtomobil icarəsi aşağı düşməyə başlayır və nəhayət qış aylarında ən az aktivlik müşahidə olunur. Yuropkar 300o ofisə malikdir, dünyanın 160 ölkəsində fəaliyyət göstərir. Sikst aparıcı alman icarə şirkətidir. 74 ölkıdı xidmət göstərir. Bu ölkələr Avropa, Afrika, Asiya və Mərkəzi Amerika ölkələridir. Badjet ucuz xidmətlər təşklif edən amerikan ixarə şirkətidir, Avis Budget Group konserninin tərkibinə daxildir. ABŞ və Kanadanın bütün ərazisində xidmət məntəqələri var Neşnl (National) 24 müstəqil operator tərəfindən 1947-ci ildə yaranıb və ABŞ avtomobil icarəsi sahəsinin liderlərindəndir Alamo Rent a car əsas turist mərkəzlərində avtomobil icarəsi üzrə ixtisaslaşdırılıb. 1974-cü ildə yaradılıb. 42 ölkədə avtomobil icarəyə verir. Dollar trifti 1958 ci ildə yaranan trifti şirkətinin 1990-cı ildə Dollar rent a car şirkəti ilə birləşməsindən yaranıb. Dünyanın 68 ölkəsində fəaliyyət göstərən 1000 ofis vasitəsilə xidmətlər göstərir. İzi car (easy car) 2000-ci ildə Böyük Britaniyada yaradılıb və dünyanın 60-dan çox ölkəsində icarə xidmətləri göstərir. Şirkətin iri şəhərlərdə, o cümlədən Moskvada ofisləri var MÜXTƏLİF ÖLKƏLƏRDƏ RENT A CAR XİDMƏTLƏRİNİN XÜSUSİYYƏTLƏRİ. AVROPADA AVTOMOBİL İCARƏSİ. Müasir dövrdə avtomobil icarə etmək üçün hər hansı bir icarədarın telefon nömrəsini bilmək kifayətdir. Avropa ölkələrində istənilən tələbata cavab verən fərqli xarakteristikalara malik nəqliyat vasitəsinin qısa bir zaman ərzində icarəyə götürmək olar. Amma avtomobil icarəsi iri şəhərlərdə yerdəyişmə ilə əlaqədar problemlərin həlli üçün kütləvi şəkildə istifadə edilmir. Məsələn: Roma və yaxur Londonda keyfiyyətli nəqliyyat xidməti göstərən ictimai nəqliyyat növləri mövcudur. Buna görədə avtomobil icarəsi əsasən meqapolislərin ətrafında yerləşən yaşayış məntəqələrinə,gəzintilərə, yarışlara və digər tədbirlərə gedərkən istifadə olunur. Avropa ölkələrində avtomobil icarəsi üzrə ixtisaslaşmış çoxlu sayda şirkət vardır. Bunlardan Hertz və Avis haqqında məlumat əldə etmişik. Bu şirkətlərdən başka avtievro park, evrokart kimi avtomobil icarə şirkətləridə mövcudur. İcarə şirkətini seçərkən xidməti təşkil edən şirkətin qiymətlərinə görə sərf etmək olmaz. Çünki ucuz xidmət təklif edən şirkətlər bir çox hallarda avtomobillərin siğortası, təmiri və vergilərlə əlaqədar xərclərin icarə haqqına daxil etmir və xidmətin sonunda əlavə haqq tələb edillər. Bunnan əlavə icarə şirkətini seçərkən gedişin hardan başlanmasının sərfəli olduğunu müəyyən etmək lazımdır.Əgər hava limanında avtomobil icarəyə götürülürsə və sifariş əvvəlcədən verilməmişdirsə icarə xidməti təxminən iki dəfə baha başa gəlir. Avtomobil icarə edən zaman icarə şirkətinin təklif etdiyi avtomobillərin yanacaq və istismar materialları ilə əlaqədar tələbatını bilmək vacibdir. Əgər siz avtomobili yanacaqla özünüz təmin edirsinizsə , avtomobilin təmiri ilə əlaqədar xərclər sizin üzərinizə düşür. Əgər avtomat sürət qutusuna malik avtomobil kirayələmək etmək lazımdırsa bu barədə əvvəldən icarəçiyə məlumat verməlidir. Almaniyada avtomobil icarəsi. Almaniyada avtomobil icarə məntəqələri bütün hava limanlarında olduğu kimi bütün dəmir yollu vağzallarında böyük şəhərlərdə olduğu kimi bütün kiçik yaşayış məntəqələrində vardır. Avtomobillərin icarə müqaviləsinin bağlanması çəmi bir neçə dəqqə çəkir. İcarə götürülən avtomobilin texniki vəziyyətinə tam zəmanət verilir. Bütün şirkətlərdə tələb olunan sənədlər pasport, sürücülərin vəsiqəsi, və kredit kartlarıdır. Bu sənədlər avtomobilin geri qaytarılmasının zəmanəti kimi tələb olunur. Almaniyada avtomobil icarə şirkətlərinin təklif etdikləri xidmət haqqlarının miqdarı demək olar ki, fərqlənmir. Firmalar müştərinin bütün suallarına həm əsas ödəməyə görə, həm də əlavə ödəmə müqavilində cavab verə bilər. Fransada avtomobil icarəsi. Fransada avtomobil icarəyə götürmək üçün pasport,sürücülük vəsiqəsi,kredit kartı və müştəri haqqında şəxsi informasiyanın olması əsas şərtdir. Kredit kartı iki ədəd olarsa bu müştəriyyə güzəştlərin edilməsinə səbəb ola bilər. Almanyadan fərqli olaraq Fransada avtomobil icarəsinin qiymətləri şirkətdən aslı olaraq kəskin fərqlənə bilər. “A” tipli avtomobil üçün ( məsələn:opel corsa,reno tringo ) icarə haqqının xidməti bir gün üçün 215-250 frank , (150-250 EVRO) təşkil edir. Həftəlik icarə isə bu avtomobillər üçün təxminən 700 EVRO təşkil edir. Həftəlik icarə müqaviləsinə avtomobilin siğortası 2000- 2200km üçün bütün texniki xərcləri daxildir. Əgər avtomobilin yürüşü bunan artıq olarsa hər “km” üçün “1evro” əlavə haqq alınır. Avtomobil icarəyə yanacaq bakı tam şəkildə dolu vəziyyətdə verilir, və onu geri həmin vəziyyətdə qaytarmaq lazımdır. Belçikada avtomobil icarəsi. Belçikada avtomobili icarəyə götürmək üçün müştərinin öz ölkəsində aldığı və ən azı bir il istifadə etdiyi sürücülük vəsiqəsini və pasportun təqdim etməsi vacibdir. Belçikada , Almaniyada və Fransada olduğu kimi nağd pulla avtomobil icarə etmək mümkün deyil. Burda da ançaq kredit kartı ilə də ödəməy mümkündür. Bəzi şirkətlərdə kredit kartı zəmanət kimi saxlanılır. Belçikada ən cox içarəyə götürülən avtomobillər kiçik ritrajlı minik avtomobilləridir. Belə avtomobilləri 23 yaşında olan vətəndaşlara da icarəyə verilir. Ümumilikdə Belçikada avtomobil icarəyə götürən şəxsin yaşı 25 yaşdan az olmamalıdır. İcarəyə götürülmüş avtomobilə istənilən qədər qədər məsafə qət etmək olar. İcarə puluna avtomobilin qaçırılmasına və hər hansı bir hissəsinin sınmasına yaranan zərərin siğortası da daxildir.Əgər icarəyə götürülən avtomobilin səyahəti xariçi ölkədə bitmişdirsə və orada icarəyə verilən şirkətin nümayəndəliyyi varsa icarədar avtomobili ora təhvil verə bilər. Avtomobilin qaçırılması nətiçəsində icarədar da məhsuldarlığ daşıyır. İcarə haqqının içərisində qaçırılmaya qarşı siğortalanma nəzərdə tutlsa da belə halda icarədar müəyyən konpensasiya ödəyir. Məsələn: “OPEL ASTRA” avtomobilinin oğurlanması üçün icarədar, icarəciyyə təxminən 400 dollar pul ödəyir. Avtomobil icarə müqaviləsi Müasir avtomobil şirkətlərinin icarə müqavilələ-rində əsasən müqavilənin predmeti, tərəflərin hüquq və cavabdehlikləri, müqavilə qiymətləri, müqavilənin davametmə müddəti, tərəfləri, ünvan və rekrevizitləri öz əksini tapır. Göstərilənlərdən əlavə icarədar və icarəçi arasında razılaşmaya əsasən müqavilələrə xüsusi bəndlər əlavə edilə bilər. Müqavilənin predmeti bölməsində buraxılış ili göstərilməklə icarəyə verilən avtomobilin texniki göstəriciləri, kuza və mühərrikinin nömrəsi, dövlət nömrə nişanı, texniki passportun seriyası və nömrəsi, həmçinin avtomobilin tam komplektinə daxil olan avadanlıqların siyahısı əksini tapır. Müqavilənin iki bölməsi icarəçi və icarədarın hüquq və vəzifələrini göstərən bəndlərdən ibarət olur. Adətən icarəçilər avtomobili sürücülük təcrübəsi 2 ildən çox, yaşı 20 – dən çox olan sürücülərə verirlər. Müqavilənin ikinci bölməsinə əsasən icarədar avtomobili tam komplekdə, saz və təmiz vəziyyətdə geri qaytarmalıdır. Avtomobil üzərində olan avadanlıqların siyahısı göstərilmiş təhvil, təslim əqdi (aktı) müqaviləyə əlavə olunur. İcarədar icarə müddətində avtomobilin təmiri və baxımı ilə əlaqədar bütün məsuliyyəti öz üzərinə götürür. İcarəçi müqavilədə nəzərdə tutulmuş qayda da avtomobilin sığorta xərclərini öz üzərinə götürür. İcarəçi istismar etdiyi müddətdə avtomobilə aid olan xərcləri öz üzərinə götürür. İcarə müddətində icarədar götürdüyü avtomobili sub arendaya verə bilməz. İcarədar avtomobilin sökülüb-yığılması, həmçinin üzərində hər hansı bir konstruktiv dəyişikliyin edilməsi ixtiyarına sahib deyil. İcarədar avtomobilin istismarı, parklanması və yol hərəkət qaydalarının pozulması ilə əlaqədar xərclərə görə cavabdehlik daşıyır. Müqavilənin başa çatma vaxtı icarədar avtomobili tam komplekdə, texniki cəhətdən saz vəziyyətdə icarəçiyə qaytarmalıdır. İcarəyə götürülən vaxt avtomobildə olan yanacağın miqdarı təhvil verilən vaxt çəndə olan yanacaqdan fərqlənməməlidir. Əgər təhvil verilən anda yanacağın miqdarı az olarsa, aradakı fərq pul ilə icarəçiyə ödənilməlidir. Təhvil verilən anda avtomobil təmiz vəziyyətdə olmasa, icarəçi icarədardan avtomobilin yuyulması və salonun təmizlənməsi üçün əlavə pul tələb edə bilər. İcarədar icarə müddətində aşağıda göstərilən-ləri etməyə borcludur: 1. Avtomobilin sənədlərini özü ilə gəzdirməlidir; 2. Avtomobilin texniki vəziyyətini nəzarətdə saxlamalı, texniki nasazlıq barədə ən qısa zamanda icarəçiyə məlumat verməlidir; 3. İcarəçinin birinci tələbi ilə avtomobilin texniki baxış üçün təqdim etməlidir; 4. Əgər müqavilə uzunmüddətlidirsə, hər 15000, 30000, 45000 km və.s məsafədən sonra avtomobilə texniki qulluq göstərilməlidir; 5. Avtomobili ancaq nəzərdə tutulmuş ərazidə idarə etməlidir; 6. İcarə haqqı vaxtında ödənməlidir ( əgər müqavilə müddəti bitibsə, onu uzatmalıdır ). Yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə zədə dəyərsə, icarədar dər hal Yol Patrul Xidmətinin əməkdaşlarını çağırmalı, qəza haqqında müvafiq arayış almalı, qəza yerinin sxemi olan protakolun surətini əldə etməli, icarəçiyə baş vermiş hadisə barədə məlumat verməli və 3 gün müddətində icarəçiyə qəza haqqında rəsmi arayış təqdim etməlidir. Əgər avtomobil təbii fəlakət nəticəsində və yaxud üçüncü şəxsin günahı ucbatından zədələnərsə, icarədar DİN orqanlarına müraciət etməli, 10 gün müddətində icarəçiyə hadisə barəsində rəsmi arayış təqdim etməlidir. Əgər avtomobil icarə müddətində itərsə, icarədar icarəçini xəbərdar etməli, DİN oarqanlarına ərizə ilə müraciət etməli, avtomobilin qeydiyyatı, sığorta müqaviləsi və texniki baxış haqqında sənədləri icarəçiyə qaytarmalıdır. Avtomobil icarəsində reklamın təşkili İcarə reklamıın xüsusiyyətləri XX əsrin 50-ci illərindən inkşaf mərhələsinə daxil olan avtomobil icarəsi turizm sahəsinin bir hissəsi kimi fəaliyyət göstərirdi. Son 20 il ərzində müstəqil sahə kimi sürətlə inkşaf etməsinin səbəbi reklam fəaliyyətinin yaxşılaşdırılması və müasir texnalogiyaların inkşafıyla əlaqədərdir. Avtomobil icarəsinin ən populyar reklam sahəsi informasiya texnalogiyaları sahəsidir. İcarə şirkətləri öz internet səhifələrini yaratmağla yanaşı turizm və nəqliyyatla məşqul olan iri şirkətlərin interet səhifələrində öz reklamlarını yerləşdirirlər. Dünya bazarında liderlik edən icarə şirkətlərinin iri sənaye və mədəniyyət mərkəzlərində avtobus və dəmiryol vağzallarında, hava limanlarında müxtəlif formalı reklamı mövcuddur. İnformasiyanın sürətli yayılması ilə əlaqədər olaraq şirkətlərin təqdim etdikləri xidmətlərin keyfiyyəti və təklif etdiyi qiymətlər biri-birindən əhəmiyyətli dərəcədə fərqlənmir. Avtomobil icarəsinin reklamı elə təşkil olunmalıdır ki, müştəri şirkətin yerli nümayəndəliyinin yerini bilsin və ya turizm firması və yaxud internet vasitəsiylə avtomobil sifariş edə bilsin. Avtomobilin turizm şirkətindən bronlaşdırılmasının üstünlüyü ondan ibarətdir ki, turizm şirkəti turist və icarə şirkəti arasında yaranan kanflekti özü nizamlayır. Məsələn; vaqzala tələsən tuist müqavilədə nəzərdə tutulduğu kimi avtomobili dolu bakla geri qaytarmasa, turist firması bu işi öz üzərinə götürür Beynəlxalqicarə şirkətləri rəqabətə davamlı olmaq üçün çxu güzəştlər etməyə məcbur olurlar. Elə şəhərlər var ki, orada 20-yə yaxın məhşur icarə şirkətlərinin nümayəndəlikləri yerləşir. Eyni ölkənin ərazisində regiondan asılı olaraq icarə haqları 1520% fərqlənə bilər. Bu əsasən turuzmin çox inkşaf etdiyi ölkədə müşahidə olunur. Reklam xarakterli yazılar və ya lövhəciklər icarə şirkətinin öz avtomobilləriylə yanaşı taksi parklarının, avtobusların və digər nəqliyyat vasitələrinin üzərində yerləşdirilə bilər. İcarə reklamının ən effektiv vasitəsi müasir dövrdə internet saytları hesab olunur. Turizm xidməti təklif edən şirkətlərin avtobus və dəmiryolu vaqzallarının iri taxi şirkətlərinin saytları reklam üçün ən əlverişli hesab olunur Rent a car xidmətlərinin xarici ölkədə reklam olunmasında turizm şirkətlərinin rolu böyükdür. Beynəlxalq səviyyədə fəaliyyət göstərən turizm şirkətləri nümayəndəliklərində braşurlar biletlər vasitəsiylə avtomobil icarəsi şirkətinin xarici ölkədəki reklamını təşkil edə bilərlər. Rent a car xidmətinin reklam olunmasının növlərindən biri də turistlər üçün avtomobil icarəsinin otellər vasitəsiylə həyata keçirilməsidir. Bizim ölkəmizdə hələ ki mövcud deyil. Moskva şəhərində metropol, rasional otelləri bu tipli xidməti və reklamı təşkil edirlər. Otellər rent a car xidmətləriylə bu cür qarşılıqlı fəaliyyət müqavilində icarə haqqının 18-20% həddində gəlir əldə edirlər. Buna baxmayaraq avtomobil icarəsinin otellər vasitəsiylə reklamı avropada da o qədər geniş yayılmamışdır. Rent a Car xidmətləri və turizm Avtomobil səyahət prosesinə hazırlıq əsas 3 hissədən ibarətdir. Marşrutun hazırlanması, hərəkət qrafikinin hazırlanması, marşrut sənədlərinin qeydiyyatı. Yolboyu əsasən turistlərdən aşağıdakı sənədlərin götürülməsi tələb olunur: Pasport, beynəlxalq səviyyədə tanınan sürücülük vəsiqəsi, avtomobilin texniki pasportu və icarə müqaviləsi. Əgər turist səyahətə öz avtomobilində çıxmağa qərara alırsa avtomobil sığortalanmış olmalıdır. Turist təşkilatı lazım olan sənədlərin qeydiyyatı üçün müştərisinə bacardığı köməyi göstərir. İri firmalar şəhərlərdə, şəhərətrafı ərazilərdə nümayəndəlik saxlasalar da onların hamısının hava limanlarında dayaq məntəqələri vardır. Tutduqları bu yerin müqabilində onlar şəhər ərazisinə nəzərən bir neçə dəfə icarə haqqı ödəyirlər. Ona görə də limandan göstərilən xidmətin qiyməti həddən artıq yuxarıdır. Təcrübə göstərir ki, qiymətlərin həddindən artıq yüksək olmasına baxmayaraq, müştəriləri daha çox cəlb edir və onlar tələb olunan məbləği verməyə hazırdırlar. Turistlər üçün avtomobil icarəsinin qaydası çox sadədir. Turistdən tələb olunur ki, yaşı 21 – 70 olsun (Böyük Britaniyada 25 - 75). Turist pasport və sürücülük vəsiqəsi təqdim etməlidir. Müqavilənin başlandığı ana qədər sürücülük təcrübəsi 2 ildən (Böyük Britaniyada 1 ildən) az olmasın. Turist üçün icarə haqqına aşağıdakılar daxildir. - Avtomobilin yürüşünə məhdudiyyət qoyulmaması - Şəhərin hüdudlarında avtomobilin müştəriyə çatdırılması - Şinlərin və külək şüşələrinin zədələnməsi istisna olmaqla texniki nasazlıq halında avtomobilin təmiri - Müştərinin günahı üzündən baş verməyən yol nəqliyyat hadisələrinin tam sığortalanması - Müştərinin günahı ucbatından baş vermiş yol nəqliyyat hadisəsinin nəticəsində yaranan həddən artıq böyük zərərin sığortalanması. Sürücü istisna olmaqla sərnişinlərin xoşagəlməz hallarından sığortalanması - Vergilərin ödənməsi Turist səyahətə yollanmazdan əvvəl səyahət edəcəyi ərazidə parklanma və taksi xidmətlərinin qiymətlərini öyrənməlidir. Ola bilsin ki, taksi ilə gedişlər həm maddi həm də mənəvi nəzərdən daha əlverişli olsun.