Uploaded by tomrisdada

qurğuların texnoloji əməliyyatları aktiv sillabus

advertisement
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ
Kimya Texnologiya Fakültəsi
“Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrası
050618 - «KİMYA MÜHƏNDİSLİYİ» ixtisası üzrə
BAKALAVR HAZIRLIĞI ÜÇÜN
“KİMYA MÜHƏNDİSLİYİNDƏ QURĞULARIN TEXNOLOJİ
ƏMƏLİYYATLARI” fənninin
SILLABUSU
Kurs..........................................................................................................................3
Semestr.....................................................................................................................6
Kreditlərin sayı.........................................................................................................5
Auditoriyadan kənar saatlar....................................................................................90
Auditoriya saatları...................................................................................................60
O cümlədən
Mühazirə.................................................................................................................45
Məşğələ...................................................................................................................15
İmtahan (semestr).....................................................................................................6
Sillabus 050618 - «Kimya mühəndisliyi» ixtisasının tədris planına uyğun
tərtib olunmuşdur.
Kafedra müdiri, dosent
Əliyeva N.T.
Sillabusu tərtib etmişdir:
dos. Əliyeva A. Ə.
1
“Kimya mühəndisliyində qurğuların texnoloji əməliyyatları”
I.
II.
III.
IV.
V.
VI.
VII.
VIII.
IX.
Fənnin təsviri.
Fənnin hədəf və məqsədi.
Fənnin qısa məzmunu.
Fənnin təsvirinin növləri və müddəti.
Tələbənin təqdimatı üçün tapşırıq və onun yerinə yetirilmə müddəti,
məsləhət saatları.
Müəllim haqqında məlumat.
Müəllimin tələbləri.
Cari biliyin qiymətləndirmə meyarları
İstifadə olunan ədəbiyyat.
2
I. Fənnin təsviri
“Kimya mühəndisliyində qurğuların texnoloji əməliyyatı” fənninin tədris
edilməsində əsas məqsəd tələbələrə neft və qaz sənayesinin Azərbaycan
iqtisadiyyatında, yanacaq-enerji kompleksində və neft-kimya sənayesində rolu
haqqında geniş məlumat verməkdir. Həmçinin respublikamızda və xaricdə
çıxarılan neft, qaz məhsullarının təmizlənməsi və emala hazırlanması, neftin fizikikimyəvi, istilik, optik, elektrik, kolloid-kimyəvi və digər xassələrinin öyrənilməsi
yolları, neftin atmosfer, atmosfer-vakuum qurğularında emalı, termiki və
termokatalitik proseslər, onların neft emalı sənayesindəki rolu və bu proseslərdə
istifadə olunan xammallar, bu proseslərdən alınan məhsulların keyfiyyət
göstəriciləri, neftin müxtəlif emal qurğularından alınan benzin, kerosin, dizel
yanacaqları və yağ fraksiyalarının xüsusiyyətləri, tətbiq sahələri haqqında biliklərin
aşılanmasıdır.
II Fənnin hədəf və məqsədi
Fənnin öyrənilməsinin əsas təyinatı neft və neft emalı sənayesinin perspektiv
inkişaf yollarının, neftlərin təsnifatının, keyfiyyət göstəricilərinin, əsas emal
variantlarının və neft-emalı qurğularının, termiki və termokatalitik proseslər –
piroliz, kokslaşma, katalitik riforminq, katalitik krekinq, hidrokrekinq, katalitik
izomerləşmə və alkilləşmə sənaye qurğuları, bu qurğularda alınan məhsulların əsas
xarakterik göstəricilərinin, tətbiq sahəsinin öyrənilməsi və müəyyənləşdirilməsidir.
Həmçinin tələbələr tərəfindən laboratoriya şəraitində neft və neft məhsullarının
əsas parametrlərinin təyin edilməsi metodlarının öyrənilməsi, istehsalat şəraitində
isə neftin çıxarılması, neft məhsullarının müxtəlif texnoloji üsullarla (birdəfəlik,
çoxdəfəlik və tədrici buxarlanma yolu ilə distilləsi) alınma proseslərinin (atmosfer
və vakuum qurğularında hazır neft məhsullarının və neft-kimya sintezi üçün
xammalların alınması) öyrənilməsi daxildir.
3
III Fənnin qısa məzmunu
Fənnin tədrisinə aşağıdakı mövzular daxildir:
1.Azərbaycanda neft emalı sənayesinin perspektiv inkişaf istiqamətləri və ölkə
iqtisadiyyatındakı rolu. Neft emalı
sənayesinin qısa inkişaf mərhələləri.
Neftin kimyəvi və element tərkibi.
Neftin mənşəyi, tərkibi və neft sənayesinin inkişaf tarixi. Neft və neft emalı
sənayesinin inkişafının qısa tarixi. Neftin çıxarılması, stabilləşdirilməsi, sudan və
mexaniki qarışıqlardan təmizlənməsi və mədənlərdən neft emalı zavodlarına nəql
edilməsi haqqında qısa məlumat. Neft məhsullarının kimyəvi element tərkibi
2. Neft və neft məhsullarının fiziki-kimyəvi xassələri.
Neft emalı sənayesində müxtəlif texnoloji proseslərin və ayrı-ayrı aparatların
hesablanmasında, eləcə də xalq təsərrüfatının müxtəlif sahələrində işlədilən neft
məhsullarının keyfiyyətinin müəyyənləşdirilməsində onların bir sıra fiziki-kimyəvi
xassələrinin dəqiq öyrənilməsinin çox böyük əhəmiyyəti var. Neftin sıxlığı,
molekul kütləsi, neft məhsullarının doymuş buxarlarının təzyiqinin təyin edilmə
üsulları, özlülük, istilik xassələri, neft məhsullarının istiliktörətmə qabiliyyəti,
donma və ərimə temperaturu və s.
3. Neft və qazın emal istiqamətləri. Neftin və əmtəə məhsullarının təsnifatı.
Neftlərin texnoloji təsnifatı. Əmtəə neft məhsullarının təsnifatı və
standartların onlara olan tələbləri. Müasir və perspektivli yanacaq və yağların əsas
istismar xassələri və onlara olan müasir tələblər. Neftin emal variantları:Yanacaq,
yağ, yanacaq-yağ və yanacaq-neftkimya variantları.
4. Benzinlərdə antidetonasiya xassəsi. Dizel yanacaqlarının alışma xassəsi.
Karbürator mühəssriklərinin iş prinsipi, yanacağın detonasiya ilə yanması,
detonasiyanın yaranma səbəbləri, benzinin karbohidrogen tərkibi, benzinlərin
oktan ədədi. Dizel mühərriklərinin iş prinsipi, dizel yanacaqlarının karbohidrogen
tərkibi, setan ədədi.
5.Sənayedə neftin stabilləşdirilməsi. Stabilləşdirmə kalonu.
4
Stabilləşdirmə prosesi və mahiyyəti, qurğunun sxemi. Stabilləşdirmə
kalonunun iş prinsipi.
6. Qazların emala hazırlanması və təmizlənmə üsulları.
Qaz emalı sənayesinin xammal bazası.qazların emala hazırlanması, qazın
emal texnologiyasının təsnifatı. Qazların təmizlənmə üsulları
7.Neftin
emala
hazırlanması.
Duzsuzlaşdırılması,
susuzlaşdırılması,
elektrodehidratorun iş prinsipi.
Neftləriin emala hazırlanması, su, duz və mexaniki qarışıqlardan
təmizlənməsi. Emulsiyanın növləri, parçalanma üsulları. Elektrik dehidratorunun iş
prinsipi.
8. Rektifikasiya kalonları. Neftin atmosfer qurğularında qovulması. Birdəfəlik
buxarlanma qurğusu
Rektifikasiya kalonları. Rektifikaisya kalonunda temperatur və təzyiqin
tənzimlənməsi. Suvarma üsulları – soyuq, iti və dövrü suvarmalar. Buxarlandırıcı
kalonlar və onların şöbələri. Rektifikasiya boşqablarının növləri və seçilmə
prinsipi. Kalona qızmış su buxarının verilməsi. Neftin birdəfəlik buxarlanma
qurğusunda emalı.
9. Benzinsizləşdirmə kalonu olan ikidəfəlik buxarlanma qurğusu və ilk
buxarlandırıcısı olan qurğu.
Neftin benzinsizləşdirmə kalonu olan ikidəfəlik buxarlanma qurğusu və ilk
buxarlandırıcısı olan qurğuda emalı.
10 Vakuum kalonu. Mazutun vakuumda qovulmasının texnoloji sxemi.
Vakuum yaradan sistemlər.
Vakuum kalonu,vakuum kalonunda alınan məhsullar, kalonun iş rejimi.
Mazutun vakuum altında qovulması.
11. Vakuum yaradan sistemlər. Ejektor, səthi kondensator, barometrik qab.
Vakuum yaradan sistemlərin əsas xüsusiyyətləri, ejektor, səthi kondensator və
barometrik qab və bu sistemlərin vakuum yaradılmasında istifadəsi
12.Kombinə edilmiş atmosfer vakuum qurğuları
5
Neftin kombinə edilmiş atmosfer vakuum qurğusunda emalı. EÜDS-AV
qurğusunun texnoloji sxemi
13. Kombinə edilmiş EÜDS-AV qurğusunda alınan məhsullar və onların
tətbiq sahələri.
Neftin kombinə edilmiş atmosfer vakuum qurğusunda emalı zamanı alınan
məhsulların (qaz, benzin, dizel yanacağı,reakstiv yanacaq, mazut, geniş vakuum
qazoylu, yağ fraksiyaları, qudron) əsas xüsusiyyətləri və onların tətbiq sahəsi
14. Benzinin təkrar distilləsi və qurğunun texnoloji sxemi
Benzinin təkrar distilləsi qurğusu, texnoloji sxemi, qurğunun əsas məqsədi
15. Destruktiv proseslər. Termiki krekinq. Visbrekinq prosesi.
Destruktiv proseslərin neft emalı sənayesindəki rolu, növləri. Visbrekinq
prosesinin məqsədi, xammalı, növləri və qurğunun texnoloji sxemi
16. Piroliz prosesi, xammalı və alınan məhsullar, qurğunun texnoloji sxemi
Piroliz prosesinin aparılmasının əsas məqsədi, prosesin xammalı, alınan
məhsulları və həmin məhsulların tətbiq sahəsi, qurğunun texnoloji sxemi.
17. Tədrici kokslaşma prosesinin nəzəri əsasları və texnoloji sxemi
Tədrici kokslaşma qurğusunun məqsədi, prosesdə alınan məhsullar, onların
əsas xüsusiyyətləri, qurğunun texnoloji sxemi
18. Bitum. Bitumun istehsal texnologiyası
Bitum, bitumun əsas xüsusiyyətləri, növləri və istehsal texnologiyası
19. Katalitik krekinq prosesi, xammalı və alınan məhsullar, texnoloji sxemi
Katalitik krekinq prosesinin məqsədi,katalitik krekinq prosesinin termiki
krekinq prosesindən fərqi, prosesdə alınan məhsullar,onların əsas xüsusiyyətləri,
qurğunun texnoloji sxemi
20. Katalitik riforminq prosesi, xammalı, alınan məhsullar və texnoloji sxemi
Katalitik riforminq prosesinin məqsədi, prosesdə alınan məhsullar,onların
əsas xüsusiyyətləri, qurğunun texnoloji sxemi
21. Dizel yanacağının hidrogenlə təmizləmə prosesi. Prosesin xammalı, alınan
məhsullar və texnoloji sxemi.
6
Hidrotəmizləmə prosesinin əsas məqsədi, neft emalı sənayesindəki rolu,
prosesdə istifadə olunan katalizatorlar, prosesin kimyası və aparılma şəraiti.
22. Neft emalı proseslərinin ekoloji təhlükəsizliyi
Neft emalı zavodlarının ekologiyaya təsiri, neft emalı proseslərindən alınan
məhsulların (karbohidrogenlər, dəm qazı, kükürd oksidi, hidrogen sulfid, azot
oksidləri, fenol, ammonyak, aldehidlər, spirtlər və s.) havanı, su hövzələrini və
torpağı çirkləndirən güclü mənbələr olması və onların təsirinin azaldılması üsulları.
7
“Kimya mühəndisliyində qurğuların texnoloji əməliyyatı” fənninin
məzmunu”
3.1 Mühazirə dərslərinin mövzuları
Cədvəl 3.1
Fənnin tədrisinə ayrılan
№
Mövzular
saatlar
1
2
1
Azərbaycanda neft emalı sənayesinin perspektiv
inkişaf istiqamətləri və ölkə iqtisadiyyatındakı rolu.
Neft emalı
sənayesinin qısa inkişaf mərhələləri.
Mühazirə
Məşğələ
Cəmi
3
4
5
2
2
Neftin kimyəvi və element tərkibi
2
Neft və neft məhsullarının fiziki-kimyəvi xassələri
3
Neft və qazın emal istiqamətləri. Neftin və əmtəə
məhsullarının təsnifatı
4
Benzinlərdə
antidetonasiya
xassəsi.
Dizel
yanacaqlarının alışma xassəsi
5
Sənayedə neftin stabilləşdirilməsi. Stabilləşdirmə
kalonu
6
Qazların emala hazırlanması və təmizlənmə üsulları
7
Neftin
emala
hazırlanması.
Duzsuzlaşdırılması,
susuzlaşdırılması, elektrodehidratorun iş prinsipi
8
Rektifikasiya kalonları. Neftin atmosfer qurğularında
qovulması. Birdəfəlik buxarlanma qurğusu
9
Benzinsizləşdirmə kalonu olan ikidəfəlik buxarlanma
qurğusu və ilk buxarlandırıcısı olan qurğu
10 Vakuum kalonu. Mazutun vakuumda qovulmasının
texnoloji sxemi.
8
2
2
2
2
4
2
2
4
2
2
2
2
2
2
2
2
2
2
2
2
4
Cədvəl 3.1-in ardı
1
2
3
11 Vakuum yaradan sistemlər. Ejektor, səthi
kondensator, barometrik qab.
12 Kombinə edilmiş atmosfer vakuum qurğuları
13 Kombinə
edilmiş
EÜDS-AVQ-da
alınan
məhsullar və onların tətbiq sahələri
14 Benzinin təkrar distilləsi və qurğunun texnoloji
sxemi
15 Destruktiv proseslər. Visbrekinq prosesi.
16 Piroliz prosesi, xammalı və alınan məhsullar,
qurğunun texnoloji sxemi
17 Tədrici kokslaşma prosesinin nəzəri əsasları və
texnoloji sxemi
18 Bitum. Bitumun istehsal texnologiyası
19 Katalitik krekinq prosesi, xammalı və alınan
məhsullar, texnoloji sxemi
20 Katalitik riforminq prosesi, xammalı, alınan
məhsullar və texnoloji sxemi
21 Dizel
yanacağının
hidrogenlə
4
2
2
5
2
2
4
2
2
2
2
2
2
2
2
4
2
2
2
2
2
2
4
2
2
4
2
1
3
təmizləmə
prosesi. Prosesin xammalı, alınan məhsullar və
texnoloji sxemi
22 Neft emalı proseslərinin ekoloji təhlükəsizliyi
CƏMİ
3
45
9
3
15
60
3.2 Məşğələ dərslərinin mövzuları
Cədvəl 3.2
№
Mövzular
Saatların miqdarı
Neftin kimyəvi və element tərkibi. Neft və neft
1
məhsullarının fiziki-kimyəvi xassələri. Neftin və əmtəə
məhsullarının
təsnifatı.
Benzinlərdə
antidetonasiya
2
xassəsi. Dizel yanacaqlarının alışma xassəsi
Sənayedə neftin stabilləşdirilməsi. Stabilləşmə kalonu.
2
Qazların emala hazırlanması və təmizlənmə üsulları.
Neftin
emala
hazırlanması.
Duzsuzlaşdırılması,
2
susuzlaşdırılması, elektrodehidratorun iş prinsipi.
Neftin
3
atmosfer qurğularında qovulması. Birdəfəlik
buxarlanma qurğusu. İkidəfəlik buxarlanma qurğusu və ilk
buxarlandırıcısı olan atmosfer qurğusu. Vakuum kalonu.
2
Mazutun vakuumda qovulmasının texnoloji sxemi
4
5
6
Aralıq imtahanı
2
Destruktiv proseslər. Visbrekinq. Piroliz prosesi, xammalı
və alınan məhsullar, qurğunun texnoloji sxemi.
Tədrici kokslaşma prosesinin nəzəri əsasları və qurğunun
texnoloji sxemi. Bitum. Bitumun istehsal texnologiyası
2
2
Katalitik krekinq prosesi, xammalı və alınan məhsullar,
7
texnoloji sxemi Katalitik riforminq prosesi, xammalı və
2
alınan məhsullar, texnoloji sxemi.
8
Hidrogenlə təmizləmə prosesinin neft-emalı sənayesindəki
rolu, alınan məhsullar, texnoloji sxemi. Neft emalı
proseslərinin ekoloji təhlükəsizliyi
CƏMİ
10
1
15
IV. Fənnin təsvirinin növləri və müddəti.
050641-“Kimya
mühəndisliyi“
ixtisası
üzrə
tədris
olunan
“Kimya
mühəndisliyində qurğuların texnoloji əməliyyatları” fənni üçün mühazirə və
məşğələ dərsləri nəzərdə tutulmuşdur.
№ Ixtisas
050641“Kimya
mühəndisliyi“
Saatlar
Mühazirə Məşğələ Lab.
45
15
-
Cəmi
Kreditlərin Semester
sayı
60
5
6
V.Tələbənin təqdimatı üçün tapşırıq və onun yerinə yetirilmə müddəti,
məsləhət saatları.
Təqdimatın yerinə yetirilməsi fənnin dərindən mənimsənilməsində böyük rol
oynayır. Təqdimat mövzuları müəllim tərəfindən verilir və təqdimatın yerinə
yetirilmə müddəti müəllim tərəfindən müəyyən olunur.
VI Müəllim haqqında məlumat.
Adı, soyadı
Elmi dərəcəsi
Əliyeva A.Ə.
Dosent
Mühazirə Məsləhət saatları
otağının
nömrəsi
330
I gün saat 1400
IV gün saat 1400
Məsləhət
otağının
nömrəsi
460
VII Müəllimin tələbləri.
Müəllimin tələblərinə aşağıdakı meyarlar daxildir:
1) Dərslərdə tələbələrin müntəzəm iştirak etmələri;
2) Mühazirə, məşğələ və laboratoriya dərslərində keçilmiş materialları müntəzəm
öyrənmək;
3) Təklif olunan ədəbiyyatlarla sərbəst işləmək;
4) Dərslərdə aktiv iştirak etmək, aydın olmayan məsələlərlə bağlı müəllimə suallar vermək;
5) Semestr ərzində hər dərsdə cari biliyin yoxlanılmasının aparılması və nəticəsinin qrup
jurnalında qeyd olunması;
11
6) Laboratoriya dərslərində aktiv iştirak etmək, aparılan təcrübələrin nəticələri barədə
hesabatları vaxtında təhvil vermək, təqdimatı vaxtında tələb olunan səviyyədə
hazırlamaq;
7) Fənnin dərindən mənimsənilməsi ilə bağlı müəllimə qarşı tələbkarlıq göstərmək;
8) Tələbələr tərəfindən semestr ərzində fənnin mənimsənilməsi ilə bağlı nəzərdə tutulmuş
maksimum 50 balın qazanılması üçün ciddi cəhd göstərmək.
VIII Cari biliyin qiymətləndirmə meyarları
Tələbələr tərəfindən fənnin mənimsənilməsi səviyyəsini müəyyən etmək məqsədilə
mühazirə və laboratoriya dərslərində cari biliyin qiymətləndirilməsi aparılır. Bunlardan əlavə
semestr ərzində 1 dəfə aralıq imtahan keçirilir. Yoxlamalar 7-cü və 8-ci həftələrdə aparılır.
Aparılan yoxlamanın nəticələri qrup jurnalında aralıq imtahanına görə 0 – 20 balla qeyd olunur,
semestr ərzində fənni mənimsəmə qiyməti müəyyənləşdirilir və tələbələrin semestr ərzində fənn
üzrə qazandığı balların tərkibinə daxil edilir.
Biliyin qiymətləndirilməsi çoxballı sistem əsasında aparılır. Fənn üzrə tələbələrin
topladığı maksimum balın həddi 100-dür. Bunun 50 balı imtahanda, 50 balı isə semestr
müddətində qazanılır.
Semestr ərzində toplanılacaq maksimum 50 balın tədris göstəriciləri üzrə paylanması
aşağıdakı kimi formalaşır:
 Aktivliyə görə -10 bal;
 Təqdimata görə -10 bal;
 Məşğələ – 10 bal;
 Aralıq imtahanlara görə - 20 bal.
IX İstifadə olunan ədəbiyyat
1. S.Ə.Mustafayev, Y.Q. Qəhrəmanlı. Neftin ilkin emalı texnologiyası, Bakı,
ADNA, 2013, s. 452s..
2. Uttam Ray Chaudri Fundamentals of petroleum and petrochemical
engineering., 2011
3. James G. Speight “ The chemistry and technology of petroleum”, 2006
12
4. M. A. Fahim, T. A.Alsahhaf, A.,S.Elkilani “Fundamentals of petroleum
refining”, 2010
5. Jacob A. Moulijn,Michiel Makkee, Annelies E. Van Diepen
Chemical
process technology, Second Edition, 2013
6. V.M.Abbasov,H.C.İbrahimov,S.R.Hacıyeva,S.Ə.Məmmədxanova,E.Ş.Abdu
llayev. Neft kimyası və neftin ilkin emalı, Uni Print, Bakı, 2010, 418 s.
7. В.М.
Капустин,
А.А.
Гуреев.
Технология
переработки
нефти.
Деструктивные процессы. М.: Колос, 2007. 334с.
8. F.Ə.Əmirov. Neft və qaz emalı proseslərinin kimyası və texnologiyası. Dərs
vəsaiti- Bakı 2014, Elm, 408 səh.
9. V.M.Abbasov,
N.F.Canıbəyov,
H.C.İbrahimov,
S.R.Hacıyeva,
S.Ə.Məmmədxanova,M.M.Abbasov. Əsas neft kimya məhsulları və onların
istehsalı prosesləri. Dərs vəsaiti, Bakı 2014,Elm, 316 səh
10. Q.İ.Səfərov, A.S.Məmmədov. Neft və qaz emalının texnologiyası. Dərs
vəsaiti. – Bakı: “Maarif”, 2000, 464 s.
13
14
Download