Uploaded by gulnar536

Həyatda hər bir fərd öz xarakterini və qabiliyyətlərini müəyyən edən unikal keyfiyyətlərə malikdir

advertisement
Həyatda hər bir fərd öz xarakterini və qabiliyyətlərini müəyyən edən unikal keyfiyyətlərə malikdir.
Güclü tərəflərimizi başa düşmək və istifadə etmək və zəif tərəflərimizi etiraf etmək şəxsi inkişaf
və uğur əldə etmək üçün çox vacibdir.
Düşünürəm ki, mənim ən güclü cəhətlərimdən biri məhz öz güclü və zəif cəhətlərimi anlamaq,
güclü cəhətlərimi daha da inkişaf etdirmək və zəif cəhətlərimin üzərində işləyərək aradan
qaldırmağa cəhd etməkdir.
Bundan başqa güclü cəhət olaraq daxili inam və motivasiya gücümü qeyd edə bilərəm. Bu daxili
güc məni risk almağa, çətinliklərin öhdəsindən gəlməyə və hədəflərimiə əzmlə çatmağa sövq edir.
Ən zəif cəhətlərim kimi isə isşlərimi bəzən son ana saxlamaq və vaxtı lazımı qədər səmərəli
istifadə edə bilməməyi qeyd edə bilərəm.
Fədakarlıq və əzmkarlıq sayəsində zəif tərəflərimi zamanla güclü tərəflərə çevirəcəyimə
inanıram.
Mən əlavə təlim imkanlarından yararlanaraq öz yumşaq və texniki bacarıqlarımı daha da inkişaf
etdirərək özümü təhsil sahəsində idarəetmə vəzifəsində görürəm.
Öz güclü cəhətim olaraq daxili inam və motivasiya gücümü qeyd edə bilərəm. Bu daxili güc məni
risk almağa, çətinliklərin öhdəsindən gəlməyə və hədəflərimə əzmlə çatmağa sövq edir.
Ən zəif cəhətlərim kimi isə işlərimi bəzən son ana saxlamaq və vaxtdan səmərəli istifadə etmək.
Download