Uploaded by Ellada Sariyeva

Hamiləlikdə Qadın Orqanizmində Dəyişikliklər və Doğuş Səbəbləri

advertisement
Mühazirə 2
Hamiləlik zamanı qadın
orqanizmində baş verən
dəyişikliklər. Doğuşun baş vermə
səbəbləri
MÜHAZİRƏÇİ: ATU-NUN II MAMALIQGİNEKOLOGİYA KAFEDRASININ DOSENTİ
T.F.D. SARIYEVA ELLADA
HAMİLƏLİK DÖVRÜNDƏ QADIN
ORQANİZMİNDƏ BAŞ VERƏN
DƏYİŞİKLİKLƏR
ANATOMIK DƏYİŞİKLİKLƏR
FİZİOLOJİ DƏYİŞİKLİKLƏR
BİOKİMYƏVİ DƏYİŞİKLİKLƏR
PS. ANABOLIK VƏ KATABOLİK DƏYİŞİKLİKLƏR
ANATOMİK DƏYİŞİKLİKLƏR
GENİTAL
SÜD VƏZİLƏRİ
DƏRİ
SKLET,ƏZƏLƏ
GÖZLƏR
Uşaqlıq (Uterus)
 Hamilə olmayanlarda uşaqlığın forması armudşəkilli, kütləsi
60gr,uzunluğu 7sm olduğu halda, hamiləliyin sonunda 900-1000
gr və uzunluğu 35 -38sm-ə çatır
 Uşaqlığın cisminin, istmusun ölçülərinin artması, konsistensiyası
yumşalması, doğuşa yaxın aşağı seqmentin formalaşması
 Uşaqlığın forması 12 həftədə qlobulyar formada, 28 həftədə
ovoid, 36 həftədə sferik olur, uşaqlıq sağa istiqamətlənir.
 Uşaqlıqda Braxton-Hicks yığılmaları: (qeyrimüntəzəm,az ağrılı, uşaqlıq boynunun açılışına səbəb olmayan
sancıların olması)
 Endometriumun struktur və sekretor aktivliyinin artması,desidual
(düşücü) qişa formalaşır.
PS. Əzələ hipertrofiyası və hiperplaziyası estrogen və progesteron
hormonlarının hesabına baş verir. (xüsusilə hamiləliyin 20-ci
həftəsindən sonra)
BİMANUAL
(İKİƏLLİ
PALPASİYA)
UŞAQLIĞIN
HƏCMİ
7 həftəlik
hamiləlik
10 həftəlik
hamiləlik
UŞAQLIĞIN FORMASI
Uşaqlığın dekstropozisiyası, uşaqlıq boynunun sinistropozisiyası
baş verir.
«CANLI LİQATURA» (LİVİNG LİGATURE)
Hamiləliyin 4-cü ayından (16-cı həftədən) sonra uşaqlıq
qarın divarından əllənir
Hamiləliyin 18-20-ci həftədən dölün
ürəkdöyüntüsünü eşitmək olur
UŞAQLIQ DİBİ HÜNDÜRLÜYÜNÜN SM LENTİ İLƏ
ÖLÇÜLMƏSİ (HƏFTƏYƏ 1SM, YƏNİ AYA 4SM
BÖYÜYÜR)
UŞAQLIĞIN ÖLÇÜLƏRİNİN DƏYİŞMƏSİ
UŞAQLIQ DİBİNİNİN BARMAQLA
ÖLÇÜLMƏSİ
USM
UŞAQLIĞIN AŞAĞI SEQMENTİ
(UAS) – İNGİLİSCƏ LUS
4-cü aydan(16 həftə) başlayaraq uşaqlığın istmus
hissəsi uşaqlığın aşağı seqmentinə çevrilir və hamiləliyin
sonunda simfizdən 10 sm yuxarıda olur
Uşaqlıq boruları (Fallopian
Tubes)
 Total uzunluqlarının artması
 Uşaqlıq borularının əzələlərinin
hipertrofiyalaşması
Uşaqlıq boynu (Cervix)
 Vaskulyarizasiyasının artması
 Birləşdirici və elastik toxumanın hipertrofiyası
və hiperplaziyası
 Uşaqlıq boynunun yumşalması (Goodell
əlaməti), uşaqlıq boynu seliyinin qatılaşması
 Buynuzlaşan epitel hüceyrələrin hiperaktivliyi
 Selikli qişanın bazal qat hüceyrələrinin
hiperplaziyasına , hətta servikal intrapitelial
neoplaziyaya (CİN) !şəraitin yaranması
 Uşaqlıq boynu ifrazatının artması
(fizioloji leykoreya)
 Büküşlü olması
UŞAQLIQ YOLU
(Vagina)
 Uşaqlıq yolu divarlarının
hipertrofiyalaşması, ödemli olması və çox
damarlı olması (venoz kələflər görünə
bilər)
 Uşaqlıq yolunun ön divarının uzunluğunun artması
 Uşaqlıq yolu sekresiyasının artması, ağ rəngli,
qatılığının azalması
 Uşaqlıq yolu pH-nın turşuluğunun artması (3,5-6)
 Uşaqlıq yolu yaxmalarında göbələk florasının
artımına meyillilik
Uşaqlıq yolu dəhlizi
(Vulva)
 Ödemləşmə
 Vasculyarizasiyanın artması
 Səthi varikozların artması (xüsusilə
təkrar doğanlarda)
 Kiçik cinsiyyət dodaqlarının
hipertrofiyalaşması və
piqmentləşməsi
Süd vəziləri
 Süd vəzilərinin ölçülərinin artması
 Süd vəzisi axacaqlarının hipertrofiyası və
hiperplaziyası (estrogen və progesteron
hesabına)
 Vaskulyarizasiyasının artması (bəzən damarlar
görünür)
 Döş gilələrinin böyüməsi, genişlənməsi,
erektilliyinin artması və piqmentləşməsi
Hamiləliyin II
trimestrindən
sonrakı dövrdə
döş gilələrinin
ətrafında qeyrimüntəzəm
piqmentasiyanı
n baş verməsi
(«ikincili
areola«)
(«ikincili areola«)
 Döş gilələri ətrafında piy vəzilərinin (515) hipertrofiyalaşması ( "Montgomer
düyüncükləri» )
 Hamiləliyin 12-ci həftəsindən etibarən
döş vəzisindən ağız südünün ifrazı (
ağız südü -«colostrum») – plasentar
laktogen hormonu təsiri(16 –cı
həftəsindən sonra rəngi saralır)
 Süd vəzilərində gərginlik, mastodiniya
olur(breast ternderness)
Dəridə
dəyişikliklər
Üzdə piqmentasiyanın artması ("cholasma
gravidarum» yaxud «hamiləlik maskası»
yaxud kəpənək piqmentasiyası )
(belə ləkələr yanaqda, başın ətrafında, göz
ətrafında ola bilər)
HAMİLƏLİYİN II TRİMESTRİNDƏN SONRA
Qarın dərisi üzərində orta
xətt üzrə simfizə uzanan
tünd qəhvəyi rəngdə
piqmentasiyanın
olması(«Linea nigra»)
Hamiləlik şırımları
(«Straie gravidarum»)
SIMFIZIT (PATOLOGiYA)
PS. İLKDOĞANLARDA QARIN DİVARI ƏZƏLƏLƏRİ MÖHKƏM OLUR!
HAMİLƏLİK DÖVRÜNDƏ GÖZLƏRDƏ
BAŞ VERƏN DƏYİŞİKLİKLƏR
 KORNEAL HƏSSASLIQ AZALIR, KORNEAL TOXUMA
QALINLAŞIR
 KRUKENBERG SPİNDLES - BUYNUZ QİŞANIN ARXA
SƏTHİNDƏ QƏHVƏYİ-QIRMIZI SAHƏLƏR OLUR.
 İNTRAOKULYAR TƏZYİQ AZALIR
 PİQMENTASİYA ARTIR
 AKKOMODASİYA MÜVƏQQƏTİ AZALIR
 GÖRMƏ FUNKSİYASI NORMAL OLUR.
Endokrin sistem dəyişiklikləri
Yumurtalıqlar (Ovaries)
 Hamiləlik
sarı
cisminin
8-10-cu
həftəyədək funksiyasının davam etməsi
(estrogen və progesteron sintezinə görə)
 Endometriumun formalaşmasına və hamiləlik
desidual qatının inkişafına kontrol
 Follikulların böyüməsinin inhibə edilməsi
Cift hormonları:
 Plasentanın ciddi hormonlar ifraz etməsi
 Cift tərəfindən yüksək səviyyədə ifraz olunan estrogen
(estriol)və progesteron hormonlarının döş vəzisi
dəyişiklikləri, dəri piqmentasiyası, hamiləliyin ilk
trimestrində uşaqlığın həcminin artmasına cavabdeh
olması
 İnsan Xorionik Qonadotropini (HCG)- immunoloji
hamiləlk testlərinin bazisini təşkil etməsi (ciftin
trofoblast hüceyrələri sintez edir)
 İnsan cift laktogen hormonunun döş vəzilərinin
böyüməsini stimulə etməsi
 Alfa-fetoprotein və digər hormonlar sintez olunur.
HAMİLƏLİK
DOMİNANTI
 AYBAŞININ OLMAMASI
QANDA BETTA XQ
HORMONUNUN MÜSBƏT
OLMASI; (A qualitative)
SİDİKDƏ HAMİLƏLİK TESTİNİN
MÜSBƏT OLMASI (A qualitative)
HCG-nin artma və azalma səbəbləri
 Çoxdöllü hamiləlik
 Gestasional Trofoblast
xəstəliyi
 Daun sindromu
 Fetal eritroblatosis +Fetal
Hemolitik anemiya
 Hamiləliyin erkən
müddətləri
 Ektopik hamiləlik
HCG –nin klinik effektləri
ÜRƏKBULANMA, QUSMA,
HAMİLƏLİK ZAMANI PTİALİZM
OLA BİLİR
(A quantitative
TEST)
1. Normal hamiləlik müddəti artdıqca hCG 96 saatdan bir artır.
2. 5-6 həftəlik hamiləlikdən sonra ultrasəs müayinəsinin nəticələri hCG
sayından daha dəqiqdir.
3. HCG 5 mIU/mL aşağı olduqda hamiləlik testi neqativ hesab
olunur. 25 mIU/mL yuxarı olduqda hamiləlik testi müsbət hesab olunur.
4. HCG 6 və 24 mIU/mL olduqda boz zona hesab olunur , təkrar
analiz vermək məsləhətdir.
5. Transvaginal ultrasəs hCG səviyyələri 1000-2000 mIU/ml səviyyəsinə
çatdıqdan sonra ən azı döl kisəni göstərə bilməlidir. Səviyyələr birbirindən çox fərqlənə bildiyinə və konsepsiya tarixi səhv ola bildiyinə
görə, hCG səviyyəsi ən azı 2000 mIU/ml-ə çatana qədər ultrasəs
nəticələri ilə diaqnoz qoyulmamalıdır.
Keyfiyyət testi (A qualitative) qanda hCG-nin olub- olmadığını
müəyyən edir. Kəmiyyət testi (A quantitative) və ya beta) qanda
həqiqətən mövcud olan hCG miqdarını ölçür.
Hipofiz hormonları
 Hamiləlik dövründə prolaktin, adrenokortikotrop
hormon, tireotrop hormon və
melaninstimulyasiyaedici hormon sintezinin
artması ,follikul stimulyasiyaedici və
luteinləşdirici hormonların cift hormonları
tərəfindən inhibə edilməsi
 Nəticə:Hamiləlik
dövründə aybaşının
olmaması
 Hipofizin arxa payı tərəfindən ifraz olunan
oksitosinin hamiləlik dövründə azalması
 Yetişmiş hamiləliyin sonunda oksitosinin uşaqlıq
yığılmalarını stimulə etməsi (doğuşun başlanması)
Tiroid funksiya
 Tiroid vəzinin 13% halda hiperplaziyalaşması,
vaskulyarizasiyasının artması
 Yoda tələbatın artması
 Hamiləliyin hipertireodizmə ləngidici
təsirinin olması, hipotireoz əlamətləriarterial təzyiqin enməsi, ağlağanlıq,
əsəbilik, qəbizlik və s.
 Vəzin bazal metabolizminin artması
Birinci trimestrdə tiroid stimullaşdırıcı hormon
(TSH) hamilə olmayanlara nisbətən daha
aşağı olur. Bu, əsasən beta-HCG-nin TSH-yə
bənzər təsirləri ilə əlaqədardır. İkinci və üçüncü
trimestrdə, beta-HCG azaldıqca, TSH
ümumiyyətlə hamilə olmayan səviyyələrə
yaxınlaşır. Sərbəst tiroid hormonları (FT3 və
FT4) dövran edən bağlayıcı zülalların
dəyişməsi səbəbindən hamiləlikdə çox hallarda
artır.
Hamilələrdə qalxanabənzərətrafı vəzin
hipofunksiyası olur(əzələ qıcolmaları, mamaça
əli simptomu, balıq ağzı simptomu, balerina
ayağı simptomu)
«MAMAÇA ƏLİ»
« BALERİNA AYAĞI»
Böytəküstü vəzilər
Böyrəküstü vəzilərin qabıq maddəsinin
qan təchizatı artır və hiperplaziyaya
uğrayır
Glükokortikoid və mineralokortikoidlərin
sintezi güclənir
HAMİLƏLİK ZAMANI FİZİOLOJİ
DƏYİŞİKLİKLƏR
 HEMATOLOJİ
 KARDİOVASKULYAR
 RESPİRATOR
 RENAL
 HƏZM SİSTEMİ
 SİNİR SİSTEMİ
Hematoloji dəyişikliklər
Qanın həcmi
 Qanın həcminin artması (6-cı həftədən başlanması
və 30-32 həftədə hamilə olmayanlara nisbətən 4050% artması)
Plazma
Qanın həcminin artması ilə paralel plazmanın artması
(hamiləliyin III trimestrində 50%) HEMODİLLUSİYA
Hemodillusiya hesabına plazma proteinin
azalması , plazma fibrinogeninin hamiləliyin
III trimestrində artması
Hamiləlik –hiperkoaqulyasiya vəziyyətidir !
Qırmızı qan hüceyrələri və
hemoqlobin
 Qırmızı qan hüceyrələrinin , leykositlərin sayının
artması
 Hamiləlik müddətində oksigenə tələbatın artması
 Qanın plazması ilə qırmızı qan hüceyrələrinin
artması arasında proporsiya pozulduğundan
fizioloji hemodillüsiyanın yaranması
 Hb miqdarının hamilə olmayanların
göstəricilərindən 2 vahid aşağı olması
HAMİLƏLİYİN 20-Cİ HƏFTƏSİNDƏN BAŞLAYARAQ
FİZİOLOJİ ANEMİYA QEYD OLUNUR.
İMMUNOLOJİ DƏYİŞİKLİKLƏR
 Hamiləliyin erkən müddətlərində proinflammator dəyişikliklər
 Hamiləliyin orta dövrlərində- antiinflammator dəyişikliklər
T-limfosit
Adəti düşüyü
olan qadınlarda
isə T1 immun
cavab reaksiyası
baş verir
İNF ɣ
İL4
T1 limfosit
T2 limfosit
İNFɣ
İL10
İL12
İL4
İL2
İL5
TNFɣ
İL6
Normal hamiləliyi
olan qadınların
çoxunda T2
limfositlərin immun
cavab reaksiyası
baş verir
Ümumi metabolik dəyişikliklər
 Hamiləlik müddətində metbolizmin hamilə
olmayanlara nisbətən 30% artması (böyüyən dölün
və uşaqlığın ehtiyacı).
 Protein (zülal) metabolizmi
 Yetişmiş hamiləlikdə plasenta və fetusda 500 qr
protein ehtiyatı, anada 500 qr protein olması
Karbohidrat metabolismi
 Insulin sekresiyasının artması (glükoza və amin
turşularına cavabdehlik)
 Mədəaltı vəzin betta hüceyrələrinin
hiperplaziyası və hipertrofiyası
 Artmış insulinin lipogenezi sürətlləndirməsi (dölə
glükoza gəlişinin təmin olunması)
 Piy metabolizmi
 Orta hesabla hamiləlik müddətində 3-4 kg piy
toxumasının artması (qarın divarı, döş vəziləri,
bud nahiyələri)
HAMİLƏLİYİN 28-Cİ HƏFTƏSİNDƏ
HESTASİON DİABET RİSKİ YÜKSƏK
OLDUĞUNDAN GÖSTƏRİLƏN MÜDDƏTDƏ
QANDA ŞƏKƏR YÜKÜ SINAĞI APARILIR.
Dəmir metabolizmi
 Dəmirin dəmir-oksid şəklində bağırsaqlardan sorulması
və transferrinlə sirkulyasiya etməsi
 Bağırsaqdan həzm olunan dəmirin 10%-nin absorbsiya
olunması
 Total dəmirə hamiləlik dövründə tələbat: təxminən 1000
mg
ÜST təşkilatı (2016-cı il) hamilələrə
sutkalıq 400 mkg fol turşusunun
qəbulunu vacib hesab edir
Kütlə artımı
 Hamiləliyin erkən müddətlərində qusma və
ürəkbulanma hesabına çəkinin az itirilməsi
 Növbəti aylarda çəkinin 2 həftə ərzində proqressiv
artması, sonradan stabil qalması
 Hamiləlik müddətində ümümi artımın 11-12 kg
hesab edilməsi (1kg- I trimestr, 5% kg –II
trimestrdə, 5kg –III trimestrdə)
 HAMİLƏLİYİN II YARISINDAN
BAŞLAYARAQ HƏFTƏDƏ ÇƏKİNİN- 300-350
QRAM ARTMASI NORMADIR.
Reproduktiv çəki artımı: Xalis maternal çəki
artımı:
6 kg
: 6 kg
Döl – 3.3 kg, plasenta –
Qan həcminin artması
0.6 kg və dölyanı maye – – 1.3 kg
0.8 kg
uşaqlıq – 0.9 kg və
Extracellular mayenin
artması
Döş vəziləri -0.4 kg,
Piy və protein cəmi
– 3.5 kg
– 1.2 kg
Kalsium metabolizmi və dayaq-hərəkət
sistemi
 Kalsiuma tələbatın artması
 Hamiləliyin axır aylarında çanaq bağlarının
boşalması,xüsusilə simfiz nahiyəsində qasıq
sümüklərinin 0,5-0,6sm aralanması
(estrogen, relaksin hormonları)
 Döş qəfəsinin enlənməsi, qabırğa qövslərinin
qalxması,döş sümüyünün aşağı kənarının
onurğadan uzaqlaşması
 Bel lordozunun artması, hamilə qadının yerişinin
dəyişməsi («hamilənin məğrur yerişi»)
«LORD POZASI»
KARDIOVASCULYAR
DƏYİŞİKLİKLƏR
ÜRƏK:
 Sol mədəciyin hissəvi yüklənməsi,əzələlərinin
hipertrofiyalaşması ürəyin həcminin artması,
ürək döyüntülərinin artması, sinus
taxikardiyası
 Böyüyən uşaqlıq hesabına diafraqmanın
qalxması, ürəyin sola və yuxarı yerləşməsi
 Ürək vurğularının artması (qan həcminin
artması və oksigen təhcizatının yüksəlməsi
hesabına), hamilələrdə zəif sistolik küy (30%)
ola bilər.
Ananın damar sistemində fizioloji
dəyişikliklər
 A.uterina damarlarının diametrinin artması
 Hamiləliyin 20-ci həftəindən başlayaraq
damarlarda qan axınının artması
 Vazodilatasiyanın baş verməsi
 Venaların genişlənməsi və vena qapaqlarının
itməsi
 Limfa damarlarının kanallarının açılması
 Vascular dəyişikliklərin ən çox cift sahəsində
olması
ARTERİAL TƏZYİQ
 HAMİLƏLİYİN I YARISINDA ARTERİAL
HİPOTENZİYA
 HAMİLƏLİYİN II YARISINDA, XÜSUSİLƏ 2426-CI HƏFTƏLƏRDƏ ARTERİAL
HİPERTENZİYAYA MEYİLLİK YARANA BİLƏR
(DVT riski ən çox təkrar
doğanlarda olur (bu
patologiyadır!)
(Dərin vena trombozu)
Regional qan axını
 Uşaqlıq qan axınının doğuşa yaxın müddətdə
artması(hamilə olmayanlarda bir dəqiqədə
50ml qan,hamilələrdə dəqiqədə -750 ml)
 Pulmonar qan axınının artması -normal
6000ml/dəq. Hamiləlikdə dəqiqədə 2500ml
artıq olması
 Renal qan axını -normal 800 ml.
Hamiləlikdə 4 ayından başlayaraq dəqiqədə
400 ml artması
Qan təzyiqi
 Hamiləliyin ilk 3 ayında arterial təzyiqin
enməsi bayılmalara səbəb olur.
 Hamiləliyin gec müddətlərində qadınların 10%də AŞAĞI BOŞ VENA SİNDROMU- “supine
hypotensive syndrome” baş verir.
TƏNƏFFÜS SİSTEMİ
 Döş qəfəsinin ölçüsünün 6 sm artması
 Oksigenə tələbatın artması (döl və ana
metabolizmi tələbatı)
 Burun-udlağın selikli qişasının
ödemli və hiperemik olması
 Hiperventilyasiya vəziyyətinin
olması
 Hamiləliyin axır aylarında
təngənəfəsliyin olması
 Hamiləlik - respirator alkaloz
vəziyyətidir.
Reports and Proceedings EUROPEAN
LUNG FOUNDATION
• Böyrəklər
Sidik-ifrazat sistemi
• Sidik axarlarının, böyrək ləyənlərinin,
kasacıqların dilatasiyası (hidronefroz) ,böyrəklərin
ölçücə 1 sm artması
 Renal plazma axınının 50-75% artması, 4 ayında
maksimal səviyyəyə çatması və 34 həftəyədək bu
şəkildə davam etməsi
 Glomerulyar filtrasiya tezliyinin 50% artması
 Hamiləliyin sonunda sidikdə zülalın izi (hamilə
olmayan-150mg/dl yuxarı, hamilə-300mg/dl
yuxarı normaldır), keçici glükozuriyanın normal
hesab edilməsi
• Sidik axarları-Ureterlərin atonik olması,dilatasiyası
(yüksək progesteron səviyyəsi)
HAMILƏLİK DÖVRÜNDƏ BÖYRƏK DAŞI
XƏSTƏLİYİNİN KƏSKİNLƏŞMƏSİ, SİSTİT,
PİELONEFRİT (HESTASİON PİELONEFRİT) ÇOX
RAST GƏLİNİR.
• Sidik kisəsi
 Hamiləliyin 6-8 həftəsində 12 həftəsinə qədər qeyd
oluna bilən sidik ifrazının tezləşməsi əlamətinin
hamiləliyin sonlarında da rast gəlinməsi
 Hamiləliyin gec müddətlərində stress sidik
qaçırılmasının olması ( uretral sfinkterin
zəifləməsi səbəbindən) , həm də aşağı seqmentin
formalaşması səbəbindən və döl başının təzyiqindən
baş verir.
Həzm sistemi


Hamiləliyin ilk aylarında ürəkbulanma,qusma, bəzi qidalara ikrah
hissinin olması, böyük aylarda keçib getməsi (hormonal təsir, həzm
orqanlarının anatomik-funksional dəyişikliyi)
Diş ətlərinin yumşaq,həssas və qanamaya meyilli olması
 Peptik xora xəstəliyi riskinin azalması (mədə turşuluğunun azalması,
ezofaqus refleksi
 Progesteron səbəbindən bağırsaq atoniyasından qəbizliyin yaranması
(Hemorroidal düyünlər) HD-in digər səbəbi venoz təzyiqin artması,
hamilə uşaqlığın bağırsağa pressor təsiri)
 Qaraciyərin anatomik, funksional dəyişiklikləri, xolestaza
meyillilik,metabolizmin artması, qlobulin sintezinin artması (estrogen
effekti) qanda QF-nin ikiqat artması (estrogen effekti)
 Hamiləlik dövründə öd kisəsində daş əmələgəlmə proseslərinə
meyillilik
Sinir sistemi
 Temperament dəyişiklikləri, mental
dəyişikliklərin olması, yuxucululuq,
yaxud yuxunun itməsi, ağlağanlıq ,
depresiyaya meyillilik (zahılıqda da
ola bilər), baş ağrıları
 PS. 20 həftədən sonrakı ciddi baş ağrıları,
görmə pozğunluqları simptomlarına ciddi fikir
vermək lazımdır !
???
«ƏLİN UYUŞMASI»
DOĞUŞUN BAŞ VERMƏ
SƏBƏBLƏRİ
DOĞUŞ NƏDİR?
DOĞUŞ («Partus») - FİZİLOJİ PROSES OLUB
UŞAQLIQDAN DOĞUŞ YOLLARI VASİTƏSİLƏ
DÖLÜN, CİFTİN QİŞALARI VƏ DÖLYANI MAYE İLƏ
QOVULMASIDIR.
FİZİLOJİ DOĞUŞ 37- 42 HƏFTƏLİK HAMİLƏLİK
MÜDDƏTİNDƏ VƏ BAŞ GƏLİŞİNDƏ (ƏNSƏ
GƏLİŞİNDƏ) OLUR.
YETİŞMİŞ HAMİLƏLİKDƏ UŞAQLIĞIN
XARİCDƏN VƏ QARIN BOŞLUĞUNDAN
GÖRÜNÜŞÜ
DOĞUŞUN DÖVRLƏRİ
I DÖVR-AÇILMA DÖVRÜ
(UŞAQLIQ BOYNUNUN
AÇILMASI)
II DÖVR- QOVULMA DÖVRÜ
(DÖLÜN DOĞULMASI)
III DÖVR- SON DÖVRÜ (CİFTİN
VƏ QİŞALARIN DOĞULMASI)
1
2
I
3
NƏZƏRİYYƏLƏR:
- HİPPOKRAT NƏZƏRİYYƏSİ
- MEXANİKİ NƏZƏRİYYƏ
- İMMUNOLOJİ NƏZƏRİYYƏ
- CİFT NƏZƏRİYYƏSİ
- BİOKİMYƏVİ NƏZƏRİYYƏ
- ENDOKRİN NƏZƏRİYYƏ
-NEYROHUMORAL
Miyometriumda müxtəlif mediator və hormonal reseptorlar (contractionassociated proteins(CAPs) müəyyən edilmişdir: a-adrenergik
reseptorlar, serotonin, m-xolin və histamin reseptorları, estrogen və
progesteron, oksitosin və prostaqlandin reseptorları, konneksin . Müəyyən
olunub ki, serviksdə prostaglandin E2 -reseptorları var, uşaqlığın cismində
isə prostaglandin F2a - reseptorları var.
gap junctions
Fizioloji olaraq davam edən doğuşlarda,
müəyyən miqdarda vasitəçi asetilxolinin
təsiri altında uterus əzələlərinin yığılması
baş verir, asetilxolinin xolinesteraza
tərəfindən inhibə olunması yığılma
dalğasının tədricən azalması ilə müşayiət
olunur. Asetilxolinin yeni bir hissəsi əmələ
gələndə uterusun yeni yığılması baş verir.
 Miometriumda alfa-adrenoreseptorların sayı artır
 Əzələ yığıcı zülalların və energetik substratların sintezi
sürətlənir(aktomiozin, ATF, qlikogen)
 Hüceyrə membranlarının K+, Ca+, Na+ ionları üçün keçiriciliyi
artır, nəticədə miositlərin membran potensialı azalır və qıcığa
həssaslığı artır.
 Uşaqlıq boynunun yetişməsi baş verir
 Miometriumda oyanma ocağı - » ritm idarəedici »-PEYSMEKER
OCAĞI formalaşır.
 Doğuşun əmələ gəlməsində prostaqlandinlərin mühüm rolu
vardır.(PGE –uşaqlıq boynu yetişməsi və doğuşun latent fazasında
yığılmaları,PGF-həm latent , həm də aktiv fazada uşaqlıq
yığılmalarlnı gücləndirir. Prostaglandinlər gap junctions təmin
edirlər.
 OKSİTOSİN-Alpha-hypophamine; sintetik versiyalar –
syntocinon and pitocin ,carbetocin -(SEVGİ HORMONU)
doğuşda ana və döl tərəfindən sintez olunur, prostaqlandinlərin
təsirini gücləndirir, uşaqlıq yığılmalarını (doğuş sancılarını)təmin
edir. Oksitosin reseptorları əsasən miometriumda və
endometriumda olur.
OKSİTOSİN MIOMETRİUMA NECƏ TƏSİR
EDİR?
 Oksitosin. Oksitosinin uşaqlığın kontraktil aktivliyinə təsiri
hormonal fondan, ilk növbədə, estrogenlərin və
progesteronun səviyyəsindən, həmçinin uşaqlığın funksional
vəziyyətindən, onun spontan fəaliyyətindən asılıdır.
Oksitosinin miyometriuma təsir mexanizmi əzələ
hüceyrəsinin membran potensialının azalması ilə
əlaqələndirilir. Bu prosesdə əsas rolu Na və Ca ionlarının
daşınması oynayır.
Oksitosin asetilxolinin miometrial reseptorlara bağlanma
sürətinə təsir edir. Oksitosinin təsiri xolinesteraza fəaliyyətinin
inhibə edilməsi, hüceyrələrin elektrolit xüsusiyyətlərinin
dəyişməsi, uterusun a-adrenergik reseptorlarının
oyanmasında və digər proseslərdə özünü göstərir.
Orqanizmdə oksitosinin miqdarı plasentanın sintezl etdiyi
dağıdıcı ferment olan oksitosinazın fəaliyyətindən asılıdır.
Doğuşun başlanmasına dair müasir
təsəvvürlər
Döl - doğuşun başlanmasının inisiatoru kimi
Dölün epifizi döl faktoru ifraz edir (40 həftədə
genetik determinə olunur)
Döl faktoru- böyrəküstü vəzin qabıq hissəsinin
fetal zonasıdır, -DHEAS sintez edir.
 DHEAS ciftə keçir, ciftdə estriola çevrilir
 Estrogenlər həm də dölün böyrəküstü
vəzisində və qaraciyərində sintez olunur
Hamiləliyin sonunda dölün hipofizi də anada
olduğu kimi oksitosin ifraz edir. Döl tərəfindən
doğuşa yaxın kortizol ifraz edilir.
NEYROHUMORAL MEXANİZMLƏR
HAMİLƏLİK
DOMİNANTI
DOĞUŞ
DOMİNANTI
PEYSMEKER VƏ
ÜÇLÜ ENƏN Qradiyent anlayışı
UŞAQLIQ ƏZƏLƏLƏRİNİN
YIĞILMALARI
KONTRAKSİYA
RETRAKSİYA
 DİSTRAKSİYA
UŞAQLIQ BOYNUNUN AÇILMASINDA ROLU OLAN 2 FAKTOR
UŞAQLIQ YIĞILMALARI VƏ AMNİON KİSƏSİ(SU QOVUĞU)
SU QOVUĞUNUN
PAZVARİ FORMADA
İRƏLİLƏMƏSİ
KTQ (CTG)
Fetal heart sounds was described as early as 350 years ago
and approximately 200 years ago mechanical stethoscopes,
such as the Pinard horn, were introduced in clinical
practice.
CTG as we know it today was developed and introduced in
the 1950s and early 1960s by Edward Hon, Roberto
Caldeyro-Barcia and Konrad Hammacher. The first
commercial fetal monitor (Hewlett-Packard 8020A) was
released in 1968
A
B
DOĞUŞ ZAMANI UŞAQLIQ YIĞILMALARI
UŞAQLIQ YIĞILMALARI AKTİVLİYİ
(DOĞUŞUN II DÖVRÜ)
BELƏLİKLƏ....
DOĞUŞUN ƏMƏLƏ
GƏLMƏSİNİN ƏSAS
SƏBƏBLƏRİ:
1. NEVROLOJİ FAKTORLAR
2. FETOPLASENTAR SİSTEM
FƏALİYYƏTİ
3.ESTROGEN
4.PROGESTERON
5. PROSTAGLANDİNLƏR
6. OKSİTOSİN
DOĞUŞUN BAŞLANMA SXEMİ
T ə ş ə k k ü r l ə r...
elladasariyevaatu@mail.ru
HAMILƏLİK HEMOQRAMI
TROMBOSİT SAYI DƏYİŞMİR !
Download