Uploaded by Elgun Elgun

IX sinif Azərbaycan dili KSQ №2.docx · 1 sürümü

advertisement
IX sinif Azərbaycan dili
Kişik Summativ Qiymətləndirmə №2
Şagirdin soyadı,adı:_____________________________________Tarix:____________________________
“Bəhlul” jurnalı
“Molla Nəsrəddin” jurnalından sonra Azərbaycanda çıxan¹ ilk satirik jurnallardan biri də “Bəhlul”dur.
Jurnalın adı xalq içərisində müdrik² fikir və hikmətli ifadələri ilə məşhur olan Bəhlul Danəndədən
götürülmüşdür.
Harun ər-Rəşidin qardaşı olan Bəhlulun tarixi şəxsiyyət olmasına baxmayaraq, o, Yaxın Şərqdə Molla
Nəsrəddin kimi əfsanələşdirilmişdir. Jurnalın ilk nömrəsi 1907-ci il may ayının 19-da Bakı şəhərində
“Kaspi” mətbəəsində nəşr edilmişdir. Redaktoru Azərbaycanın görkəmli inqilabçı və maarifpərvər
xadimlərindən olan Ələsgər Əliyev idi. O, daim mətbuatda inqilabi-publisistik məqalələrlə çıxış edirdi.
“Bəhlul”un ayda iki nömrəsi buraxılırdı. Jurnalın cəmi doqquz nömrəsi çıxmışdır. Az müddət davam
etməsinə baxmayaraq, “Bəhlul” Azərbaycan mətbuatını və ədəbiyyatı tarixini öyrənmək³ üçün
əhəmiyyətlidir. “Bəhlul” forma etibarı ilə “Molla Nəsrəddin”ə bənzəyirdi. Jurnalda şəkillər, felyetonlar,
satirik şeir, bilməli xəbərlər, teleqraf xəbərləri, lüğət, tapmaca və başqa yazılar dərc olunurdu. Jurnalın
nömrələrində “Molla Nəsrəddin”ə dair maraqlı materiallar verilmişdir. “Bəhlul” və “Molla Nəsrəddin”
jurnallarının əməkdaşları arasında sıx əlaqə yaranmışdı4. Jurnalın redaktoru M.Ə.Sabirin yüksək istedadını
nəzərə alıb onu jurnalla əməkdaşlığa dəvət etmişdir. “Bəhlul”un nəşri də dəfələrlə dayandırılmışdır. Lakin
irticaçıların təqibi “Bəhlul”u öz yolundan döndərə bilməmişdi. Onun “Camaata” adlı müraciətində “Molla
Nəsrəddin”in bütün islam aləmində ən qabaqcıl ideyaları ▲təbliğ etdiyini və məhz bu səbəbdən mürtəce
qüvvələrin onu dağıtmaq, məhv etmək5 istədiklərini bildirirdi. Jurnal “Oyanın! Oyanın!” – deyə xalqa
xitabında “Molla Nəsrəddin”i qorumağa çağırırdı.
1.Verilmiş fikirlərdən hansılar mətnin əsas hissəsinə aiddir? 4 bal
1.Jurnalın səhifələrində müxtəlif yazılar dərc olunurdu.
2.İrticaçı qüvvələr jurnalı təqib etməyə çalışırdılar.
3.Satrik jurnalın əməkdaşları bir-birləri ilə əməkdaşlıq etməyə çalışırdılar.
4.Bu jurnal camaata “Molla Nəsirəddini” qorumağa çalışırdı.
A) 1,4 B) 2,3 C) 1,3 D) 2,4 E) 1,2
2.Hansı nümunə qarşısında işarə qoyulmuş sözün şərhinə uyğundur? 4 bal
A) O,xalqın mədəniyyəti haqqında məlumat yayırdı. B) Aşpaz xəmiri nazik yayırdı.
C) Bitkilərin xoş ətri ətrafa yayılırdı. D) Arif dostunu dərsi oxumağa həvəsləndirdi.
E) Müəllimimiz bizi bu işdən yayındırdı.
3.Tünd-qara hərflərlə verilmiş sözün kontekstə uyğun mənasını müəyyənləşdirin.4 bal
1.sorğu 2.məlumat 3. Bilik 4. Informasiya
A) 1.4 B) 2.3 C) 1.3 D) 1.2 E) 2.4
4. Mətnə görə doğru fikirlər hansılardır?4 bal
1.Bütün maarifçi yazarlar əsərlərini yalnız “Molla Nəsrəddin “ bə “Bəhlul” da nəşr etdirdilər.
2.Jurnalda həm şəkillər,həm də ciddi məqalələr dərc olunurdu.
3.Digər məcmuələr kimi “Bəhlul” da təqiblərə məruz qaldı.
4.”Molla Nəsirəddin” və “Bəhlul”-un redaktoru eyni adam idi.
A) 1.2 B) 3.4 C) 1.4 D) 1.3 E) 2.3
5.Mətndə işarələnmiş sözlərdən hansının mənası kontekstə görə düzgün verilməmişdir.4 bal
A) çıxan- nəşr olunan B) müdrik-ibrətamiz C) öyrənmək- bilmək
D) yaranmışdı-meydana gəlmişdi E) məhv etmək-nüfuzdan salmaq
6.”Bəhlul” Azərbaycan mətbuatını və ədəbiyyat tarixini öyrənmək üçün əhəmiyyətlidir. 15 bal
Cümləısində zərfliyi seçib mənaca növünü , quruluşca növünü və ifadə vasitəsini qeyd edin.
______________________________________________________________________________________
______________________________________________________________________________________
7.Altından xətt çəkilmiş cümlələri yazıb düzgün sintaktik təhlil edin.20 bal
______________________________________________________________________________________
______________________________________________________________________________________
______________________________________________________________________________________
8. “Bəhlul”un nəşri dəfələrlə dayandırılmışdır. Lakin irticaçıların təqibi “Bəhlul”u öz yolundan
döndərə bilməmişdi. 8 bal
Verilmiş cümlələrdən tabesiz mürəkkəb cümlə düzəldib yazın.
______________________________________________________________________________________
______________________________________________________________________________________
9.Mətndən elə cümlə seçib yazın ki,eyni zamanda uzlaşma,idarə və yanmaşa əlaqələri işlənmiş
olsun.8 bal
______________________________________________________________________________________
______________________________________________________________________________________
10. Jurnalın ilk nömrəsi 1907-ci il may ayının 19-da Bakı şəhərində “Kaspi” mətbəəsində nəşr
edilmişdir.Cümləsindəki mürəkkəb adları seçib yazın.7 bal
______________________________________________________________________________________
______________________________________________________________________________________
11.Mətndə çərçivəyə alınmış sözü hansı sözlərlə əvəz etmək olar? 7 bal
______________________________________________________________________________________
12. Jurnalın redaktoru M.Ə.Sabirin yüksək istedadını nəzərə alıb onu jurnalla əməkdaşlığa dəvət
etmişdir. 15 bal
Birində uyğunluq pozulub.
A) Jurnalın redaktoru-idərə,uzlaşma
B) əməkdaşlığa dəvət etmişdir-idarə
C) nəzərə alıb dəvət etmişdir-uzlaşma
D) onu dəvət etmişdir-idarə
E) M.Ə.Sabirin yüksək istedadını nəzərə alıb-idarə,uzlaşma,yanaşma
Suallar__________Düzgün______Səhv_______Bal_______Qiymət____________________
Fənn müəllimi:
_____________________________
Download