FƏRRUX RƏHİMOV EŞQİN MERACI GƏNCƏ – 2013 FƏRRUX RƏHİMOV EŞQİN MERACI TARİXƏ MƏHƏBBƏT Görəsən tanımadığın biri sevmək mümkündürmü? Sevmək üçün tanımaq nə qədər önəmlidir? Əgər tanımadığın birini sevmək mümkün deyilsə, bəs onda ilk baxışdan sevgi necə mümkün ola bilər? Bəlkə bu bizim heç ilk görüşümüz deyil? Bəlkə əvvəllər bir-birimizi tanımışıq? Bəlkə doğrudan da insanların ruhu dünyaya təkrar gəlir və o biri həyatda biz... “Kitabxananın qarşısında saxlayın.” Qızın incə səsi qarşısında oturan Fərhadı xəyallardan ayıltdı. Gəncə şəhər mərkəzi kitabxanasının oxu zalında oturmuş Fərhad bura necə və nə üçün gəldiyini düşünürdü. Gözünü zillədiyi nöqtədən ayıranda bayaqda “oxuduğu” kitabın üç qabığına baxmağı lazım bildi. Guya bu kitabda yazılanları bilmirmiş kimi “Azərbaycan tarixi” kitabını sifariş etmişdi. Kitabın əvəzinə isə bayaqdan avtobusda rastlaşdığı qızı oxuyurdu... “Hə, sən elə buna layiqsən, elə bu ağılın yiyəsisən, bir on beş il də ömrünü buna görə bada ver qoy olsun qırx yaşın ona kimi də yəqin bir xəstəlik tapıb ölüb gedərsən...” görünür Fərhadın özünü bu qədər danlamasına səbəb təkcə etdiyi hərəkətdən utanmağı yox, həmdə keçmişindən qalan silinməyən yaralar idi. “İndi də tarix oxu görək axırımız necə olur? Günayın xatirinə iqtisadçı oldun əlin bala batdı, indi də tarix oxu fəlsəfə oxu bəlkə filosof zad oldun...” Beləcə özünü danlaya-danlaya kitabı örtüb qalxmaq isdəyəndə Fərhadı yenə həmin incə səs dayandırdı : “Deyəsən axtardığınızı tapa bilmədiz? Yaman əsəbi görünürsüz. Bəlkə mən kömək edə bilərəm? Mən də tarixlə maraqlanıram.” -Əsəbi görünürəm? Fərhad bir anlıq özünü itirdi. Xeyr ... Təşəkkür edirəm, incə düşüncənizə görə... Deyirlər “axtardığını bilməyən tapdığını anlamaz” (Kladue Bernard) 2 FƏRRUX RƏHİMOV EŞQİN MERACI Fərhad kitabda nə axtardığını, ümumiyyətlə kitabxanaya niyə gəldiyini bilmədiyi üçün verməyə sualı da yox idi. Kitabı təhvil verdikdən sonra nədənsə Fərhad tanımadığı o qızla vidalaşmaq qərarına gəldi: -Mən getdim. Təkrarən minnatdaram sizə. Yeri gəlmişkən adım Fərhaddır. -Təşşəkürə dəyər bir şey etmədim mən -Leyla- tanışlığıma şadam. *** Fərhad nəhayyət ki, bayaqdan ona zəng vuran Rüstəmin zənginə cavab verdi : - Hardasan dostum, az yat dana.(gülür) sabahın xeyir. - Hər vaxtın xeyir Rüstəm, çatıram kitabxananı keçmişəm artıq. Bu gün bazar günü olduğu üçün Fərhadgil mağazını saat 11-də açmalı idilər, ancaq məlum görüşün ucbatında bir saata yaxın Rüstəm qapının ağzında onu gözləmişdi və mağazanı saat 12-yə qalmış aça bildilər. Fərhad həmişə boş vaxtlarında kitab mağazada dostu Rüstəmə kömək edirdi və dünün Rüstəm sabah gec gələcəyini bildirib açarları Fərhada vermişdi. Mağazanın qarşısına çatanda dostu Fərhadı gülər üzlə salamlayıb qucaqladı və “bayaqdan müştərilər məni boğur” deyə zarafat etdi. Hər ikisi hündür boylu və yaraşıqlı olan bu dostların belə səmimi münasibəti ətrafdankı insanların da üzlərində təbəssüm yaratdı. Fərhad gülümsəyərək mağazını açdı və dərhal içəri keçərək dünəndən gələn mallara nəzər salmağa başladı. Qısaca olaraq NT adlandırılan Nəsrəddin Tusi mağazalar şəbəkəsini əslində kafemağaza da adlandırmaq olardı, kitablar, dəftərxana, ofis və məktəb ləvazimatları, eloktronik eşyalar, oyuncaqlar, müxtəlif hədiyyəlik mallar və başqa bu kimi mallar satılan bölmələrdən ibarət mağazanın bunlarla yanaşı bir də insanların fərdi və ya ailəvi şəkildə oturub müxtəlif şirniyyatlarla çay içə biləcəkləri və az bir miqdarda pul 3 FƏRRUX RƏHİMOV EŞQİN MERACI ödəyərək oxu bölməsində olan istənilən kitabı oxuya biləcəkləri yer var idi. Azərbaycanın bütün şəhərlərində və xarici ölkələrin əksəriyyətində filyalları olan bu mağazanın Gəncə şəhər şöbəsinin müdiri də Rüstəm idi. Fərhaddan iki yaş kiçik olan Rüstəm onun uşaqlıq dostu idi və bütün işlərində onunla məsləhətləşirdi. Elə mağazanın bazar günləri işləməsi və kafe bölməsinin açılması fikirləri də Fərhada məxsus idi. Gəncə şöbəsindəki kafenin gəlirlərindən Fərhada da pay düşürdü və bir mənada o, da mağazanın müdiri sayıla bilərdi, onun bu fikri çox uğurlu olduğu üçün mağazanın digər şöbələrində də tədbiq edilməyə başlamışdı. Ara-sıra Fərhad dosdu ilə birgə o şöbələrin işlərinə baxmaq və məsləhətlərini vermək üçün səfərlər edirdilər. 4